İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İmamiyyə şiələrinin əqidə üsullari

    İmamiyyə şiələrinin əqidə üsullari
    2012-01-12, 6:46 AM
    ZİYARƏTİN QAYDA-QANUNLARI
    Bu ziyarətlərin yüksək məqsədləri aydın olsun deyə, onlardan bəzilərini bəyan edirik:
    1) Ziyarətçi ziyarətə başlamazdan qabaq qüsl almalı, özünü pak-pakizə etməlidir. Məlum olduğu kimi, bu işin faydası budur ki, qüsl insan bədənini çirklərdən paklayır, təmizləyir, nəticədə çoxlu xəstəliklərin qarşısı alınır, həm də camaat çirkli bədənin üfunətli iyindən əziyyət çəkmir. Həmçinin qüsl insan ruhunun, nəfsinin rəzilliklərdən paklanıb təmizlənməsinə səbəb olur.
    İmamlarımızdan gələn rəvayət və göstərişlərə uyğun olaraq ziyarətçi ziyarətin ali hədəflərindən agah olması üçün qüsldən sonra bu duanı oxumalıdır:
    İlahi, bu qüslü mənim üçün nur, paklıq səbəbi, hər bir bəla və xəstəlikdən, xoşagəlməzliklərin qarşısını alan bir sipər qərar ver, onun vasitəsi ilə qəlbimi, əzalarımı, sümüklərimi, ətimi, qanımı, tükümü, dərimi, beynimi, sinirlərimi bu qüsllə pak et və onu mənim ehtiyaclı, fəqr və çarəsiz günümdə (Qiyamət günü) mənə şahid qərar ver!
    2) Ziyaətçi özünün ən gözəl və ən təmiz paltarlarını geysin. Ümumi yerlərdə təmiz, pakizə paltarlar geymək insanlar arasında məhəbbət və dostluğa səbəb olur, onları bir-birinə daha da yaxınlaşdırır. Bundan əlavə insanın nəfsinin izzətini artırır, onun iştirak etdiyi mərasimin əhəmiyyətini anladır.
    Hökmən diqqət yetirnəlidir ki, bu göstərişlərdən məqsəd ziyarətçinin hamıdan daha yaxşı geyinməsi deyil, paltarları arasında ən yaxşısını geyinməsi nəzərdə tutulur. Çünki hər kəsin, (camaat arasında) ən yaxşı paltar sayılan geyimlərə gücü çatmaz. Əks halda yoxsulların üzərinə ağır yük düşər, bu da şəfqət və mehribalığın xilafıdır. Deməli, yaxşı paltar geyinib bəzəndikdə fəqirləri və vəziyyətləri yaxşı olmayanları da nəzərə almaq lazımdır.
    3) Ziyarətçi imkan dairəsində özünə ətir vurmalıdır ki, onun xeyri və təsiri gözəl paltar geymək kimidir.
    4) İmkan daxilində fəqirlərə gömək etsin. Bu kimi mərasimlərdə fəqirlərə sədəqə verib maddi kömək etməyin müsbət təsiri məlumdur: həm pənahsızlara, biçarələrə kömək edir, həm də onlara kömək, nəvaziş ruhunu özündə aşılayır.
    5) Ziyarətgaha tərəf tam vüqar və xatircəmliklə getsin, gözlərini şəriətə xilaf olan işlərdən yumsun. Aydındır ki, bu göstərişə əməl etmək mübarək hərəmə ziyarət əməlinə və ziyarətçiyə ehtiram və əzəmətə, Allaha xalis niyyətli olmağa səbəb olar. Bundan əlavə, hərəmə daxil və xaric olanda sair şəxslərə narahatçılıq törətməməyə, hörmətsizliyə səbəb olan işlərdən uzaq olacaqdır.
    6) Ziyarət vaxtı Allahu əkbər kəlməsini istədiyi qədər təkrar etsin. Bəzi ziyarətlərdə bunun sayı 100-ə qədər təyin olunub. Bu göstəriş insanın ruhunu Allahın əzəmətinə, heç nəyin Ondan böyük, əzəmətli olmamasına yönəldir, ona başa salır ki, ziyarətin həqiqəti ilahi nişanələri canlandırmaq və Onun dinini təsdiq etmək yolu ilə Allaha ibadət etmək, Onu hər növ eyb, nöqsandan pak, müqəddəs bilmək və qarşısında təzim etməkdən, əzəmətlə yad etməkdən başqa bir şey deyildir.
    7) Ziyarətçi hər hansı İmamın və yaxud Peyğəmbərin ziyarətini qurtarandan sonra bu ziyarətə müvəffəq etdiyi üçün, Allaha ibadət və Ona şükür əlaməti olaraq heç olmazsa iki rəkət namaz qılıb savabını ziyarət etdiyi qəbrin sahibinə hədiyyə etsin.
    Bu namazdan sonra ziyarətçinin oxuyacağı dua ona anladır ki, qıldığı bu namaz və yerinə yetirdiyi bu əməl yalnız yeganə olan Allah üçündür və o, Allahdan qeyrisinə pərəstiş və ibadət etmir. Bu ziyarət də Allah dərgahına bir növ yaxınlaşmaqdan başqa bir şey deyildir. O dua belədir:
    İlahi, yalnız Sənin üçün namaz qıldım, yalnız Sənin üçün ruku etdim, yalnız Sənin üçün səcdə etdim. Hər cəhətdən yeganəsən, heç bir şərikin yoxdur. Çünki namaz, rüku və səcdə Səndən başqası üçün ola bilməz; və çünki həqiqətən Sən, O Allahsan ki, Səndən başqa bir məbud yoxdur. İlahi, həzrət Mühəmməd və Ali-Mühəmmədə salavat göndər və mənim bu ziyarətimi qəbul et. Həzrət Məhəmməd və onun pak Əhli-beyti xatirinə mənim istəklərimi əta et!
    Bu göstərişlər məsum İmamlar və onların şiələrinin, qəbirlərin ziyarətində əsl məqsədlərinin həqiqətini, başa düşmək istəyənlərə göstərməklə qəbirlərin ziyarətini onlara bir növ ibadət, qəbirlərə yaxınlaşmaq və şirk sayanlara tutarlı cavab verir.
    Çox ehtimal var ki, şiələrə irad tutan bu kimi şəxslərin qərəzi budur ki, camaatı bu əzəmətli və faydalı dini-ictimai mərasimlərin faydalarına qarşı süstləşdirsinlər. Çünki, həqiqətdə bu cür əzəmətli toplantılar Peyğəmbər Əhli-beyti düşmənlərinin gözünə batan bir tikan kimidir. Əks təqdirdə, heç də güman etmirik ki, onlar Əhli-beytin bu ziyarətlərə göstəriş verməsindənki ali məqsədlərinin mahiyyətini dərk etməmiş olsunlar. Niyyətlərini tam ixlaslı edib yalnız Allaha ibadət edən, Onun dininə kömək etməkdə canlarını fəda edən ilahi şəxslərin xalqı ibadətdə şirkə dəvət etmələri qeyri-mümkün bir işdir.
    8) Ziyarətçi gərək öz rəfiqləri və dostları ilə son dərəcə gözəl rəftar etsin, faydalı sözlər istisna olmaqla, az danışsın, Allahı çox yad etsin, Allahın əzəmətindən qorxsun, çoxlu namaz qılsın, Peyğəmbər və Onun Əhli-beytinə çoxlu salavat göndərsin, gözü orda-burda olmasın, karvandan geri qalan yoxsul və kasıb din qardaşlarına, yoldaşlarına kömək etməyə tələssin, nəhy olunan şeylərdən pərhiz etsin, düşmənçilikdən, çox and içməkdən və çox and içməli olan mübahisələrdən uzaq olsun.
    Qeyd etmək lazımdır ki, ziyarətin həqiqəti Peyğəmbər və onun pak Əhli-beytinə salam göndərməkdən ibarətdir. Özü də bu niyyətlə ki:
    Onlar diridir və Allah dərgahında olan ilahi ruzilərdən bəhrələnirlər. Onlar ziyarətçilərin sözlərini eşidir, cavablarını verirlər.
    Ziyarətçinin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in ziyarətində hətta Əssəlamu ələykə ya Rəsuləllah deməsi belə kifayətdir.
    Amma daha yaxşı olar ki, Əhli-beyt (əleyhimüssalam) tərəfindən göstəriş verilən ziyarətnaməni oxusun. Əvvəldə qeyd olunduğu kimi, onlardan gəlib çatan ziyarətnamələrdəki ali hədəf və məqsədlər, dini mənfəətlər, fəsahətli və bəlağətli olmalarını, söz ustalığını və gözəlliyini, ali məhfumlara malik olduğu nəzərə almaq lazımdır ki, bu dualar insanı şəriksiz və yeganə Allaha yaxınlaşdırır.
    37. ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
    Peyğəmbər Əhli-beytindən olan məsum İmamlar islami hökumətə rəhbərlikdən məhrum edildikdən sonra bütün diqqət və səylərini Allahın istədiyi səhih tərzdə müsəlmanların əxlaqi cəhətdən saflaşdırılmasını, təlim-tərbiyəsinə sərf etdilər. Məsum İmamlara məhəbbət bəsləyənlərə və özlərinin etimad etdiyi şəxslərin təlim-tərbiyəsinə İslam məarifini hökm və qanunlarını onlara öyrətmək üçün, onlara faydalı, yaxud ziyanlı olan şeylərlə agah etmək üçün xas diqqət yetirib səy göstərirdilər.
    Bir kəsi öz şiələri və tabeçiləri kimi, yalnız tam mənada Allahın fərmanlarına müti, həvayi-nəfsə itaətdən çəkinən, İmamların təlim və yol göstərməlirinə əməl edən olduqda qəbul edirdilər.
    Onlarla sadəcə dostluğu nicat üçün kafi bilmirdilər. Necə ki, bəziləri günah və şəhvətdə qərq olur, İmamlarla dostluğu isə bəhanə gətirirlər. Halbuki, İmamlar, onlara məhəbbət və dostluğu, yalnız saleh əməl, düzlük, əmanətdarlıq, vərə və təqvalılıqla yanaşı olduqda nicat və qurtuluş vasitəsi hesab edirlər.
    Xəysəmə deyir ki, İmam Baqir (əleyhis-salam)-ın hüzuruna gedib onunla vidalaşmaq istəyəndə, mənə buyurdu:
    Ey Xəysəmə! Bizim dostlarımıza (bizim bu peyğamı) çatdır ki, biz onların nicatı üçün Allah tərəfindən, özlərinin saleh əməlləri olmadan heç bir iş görə bilməyəcəyik. Onlar bizim vilayət və dostluğumuza yalnız vərə və təqvalılıqla çata bilərlər. Qiyamət günü o kəs hamıdan artıq xəsarət və ziyanda olacaq ki, ədaləti başqaları üçün vəsf edib, özü onunla müxalifət etmiş olsun.
    İmamlar (əleyhimüs-salam) saleh əməldən əlavə, öz şiələrindən istəmişlər ki, haqqa dəvət edən, xeyrə, səadətə yol göstərən olsunlar. O cənabların nəzərində əməl ilə dəvət, dil ilə dəvətdən qat-qat təsirlidir. İmam Sadiq (əleyhis-salam) buyurur:
    Xalqa dilinizdən başqa şeylə (əməllə) yol göstərib hidayət edin. Onlar gərək sizdən ictihad (səy) sidq və vərə görsünlər.(Əl-Kafi, 2-ci cild, səh.64)
    Bəhsin bu hissəsində İmamların xalqın əxlaqi cəhətdən saflaşdırılmasına nə qədər təkid etdiyi məlum olsun deyə, onların bəzi şiələrlə olan söhbətlərini qeyd edirik.
    1. İmam Baqir (əleyhis-salam)-ın Cabir Cofi ilə söhbəti:
    Ey Cabir! Şiə olduğunu iddia edən bir şəxsin Əhli-beytlə dostam deməsi kifayətdirmi? Allaha and olsun ki, bizim şiələrimiz yalnız Allah qarşısında təqvalı olub Ona itaət edənlərdir.
    Bizim şiələr bu xüsusiyyətlərlə tanınarlar: Onlar təvəzökar, Allahın əzəmətindən qorxan, əmanətdar, Allahı çox-çox yad edən olub namaz və oruc əhlidirlər. Ata-anaya ehtiram qoyurlar, fəqir, yetim və borclu qonşulara qarşı mehriban, düz danışandırlar; Quran tilavət edərlər, ağızlarını xalq arasında yaxşılıqdan başqa bir şeyə açmazlar. Öz qohumları üçün hər şeydə əmanətdardırlar.
    Allah qarşısında təqvalı olun! Allahın mükafatını qazanmaq üçün əməl edin. Allahın heç kimlə qohumluğu yoxdur. Allah dərgahında ən çox sevilən bəndə–təqvalı və Ona çox itaət edən bəndədir.
    Ey Cabir! Allaha and olsun ki, biz Allahın dərgahına itaətdən başqa bir şeylə yaxınlaşa bilmərik; kimsəni Cəhənnəm odundan xilas etmək üçün bərat kağızımız yoxumuzdur. Heç kəsin də Allaha qarşı dəlili, höccəti yoxdur; hər kəs Allaha itaət etsə, bizim dostumuz və Ona qarşı asi olsa, bizim düşmənimizdir. Bir kəs bizim vilayət və dostluğumuza təqva və əməldən başqa bir şeylə çata bilməz.(Əl-Kafi, 2-ci cild, səh.63, 10-cu hədis)
    2. İmam Baqir (əleyhis-salam)-ın Səid ibnil-Həsən ilə söhbəti.
    Səid ibni Həsən deyir:
    İmam Baqir (əleyhis-salam) Səidə buyurdu: –(Sizin aranızda belə bir qayda varmı ki,) biri öz din qardaşının yanına gedib əlini onun kisəsinə salsın və ehtiyacı olan qədər pul götürsün, kisənin sahibi də ona mane olmasın?
    Səid: –Belə bir qayda bizim aramızda yoxdur.
    İmam: –Deməli sizin aranızda qardaşlıqdan xəbər yoxdur.
    Səid: –Belə isə biz həlakətdəyik!
    İmam (əleyhis-salam): –Bu qövmün əqli hələ təkamül həddinə çatmayıb.
    3. İmam Sadiq (əleyhis-salam)-ın Əbu Səbah Kənani ilə söhbəti.
    Əbu Səbah: –Sizə məhəbbət və bağlılıq səbəbibə bizə camaatdan nələr çatır!
    İmam Sadiq (əleyhis-salam): –Camaatdan sizə nələr çata bilər?
    Əbu Səbah: –Bizimlə bir kəsin arasında söz-söhbət olanda bizə ey xəbis Cəfəri şiəsi deyə xitab edirlər.
    İmam Sadiq (əleyhis-salam): –Camaat sizi, bizə tabe olmağa görəmi məzəmmət edir?
    Əbu Səbah: –Bəli!
    İmam Sadiq (əleyhis-salam): –Allaha and olsun, Cəfərə həqiqi mənada tabe olanların sayı sizin aranızda çox azdır! Mənim əshabım yalnız onlardır ki, təqva və pəhrizkarlıqları yüksək həddə olsun, Öz xaliqinə xatir itaət edib və Onun mükafatına ümüdvar olsunlar. Mənim əshabım belə kəslərdir!
    4. İmam Sadiq (əleyhis-salam)-ın bu barədə buyurduqlarından bəzilərini qeyd edirik:
    a) Bir kəs yüz min nəfərlik, yaxud ondan da çox olan bir şəhərdə yaşasa və o şəhərdə ondan daha təqvalı bir kəs tapılsa, o şəxs bizdən deyil və fəziləti də yoxdur.(Əl-Kafi, 2-ci cild, səh.63, 13-cü hədis)
    b) Biz bir kəsi, bizim bütün əmrlərimizə tabe olub, onların hamısını istəməyincə, mömin hesab etmirik. Agah olun, bizim əmrimizə tabe olub onları istəməkdən biri vərədir. Özünüzü vərə ilə zinətləndirin ki, Allah Öz rəhmətini sizə şamil etsin.(Əl-Kafi, 2-ci cild, səh.64, 15-ci hədis)
    v) Bir kəsi, iffətli qadınlar öz gizlin məclislərində vərə ilə yad etmirlərsə, bizim şiələrdən deyil. Bir kəs on min nəfərlik bir yerdə yaşasa və o yerdə ondan daha təqvalı bir kəs tapılsa, o bizim dostlarımızda deyil.(Əl-Kafi, 2-ci cild, səh.183, 9-cu hədis)
    q) Həqiqətən Cəfər Sadiqin şiələri o kəslərdir ki, qarnını və şəhvət hisslərini haramdan qorusun, din yolunda cihad və fədakarlığı möhkəm olsun, öz Xaliqinin fərmanına əməl etsin, Onun savabına ümid bağlayıb, cəzalandırmasından qorxsun. Əgər belə şəxsləri görsən, (bil ki) onlar həqiqətən Cəfər şiələridir.(İbrahim surəsi, 42)
    38. ZÜLM VƏ ZORAKILIQ BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Məsum İmamlarımızın tam kəskinliklə qadağan etdikləri ən böyük günahlardan biri–başqaları ilə düşmənçilik və onlara zülm etməkdir. Qurani Kərim insanları başqalarına zülm və haqlarını tapdalamaqdan tam şiddətlə çəkindirmiş, buyurmuşdur:
    Allahın zalımların əmməllərindən qafil olmasını əsla güman etmə!. Allah onların cəzasını, gözlərin yorğun olduğu (Qiyamət günü) üçün təxirə salır. (Nəhcül-bəlağə)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın kəlamında zülm və zorakarlıq ən kəskin bir ləhn ilə pislənmişdir. O Nəhcül-bəlağədə buyurur (Onun sözü sadiq, özü isə təsdiq olunmuşdur):
    And olsun Allaha, əgər qarışqanın ağzından arpa dənəsinin qabığını alaraq Allaha asi olmaq müqabilində yeddi iqlim qurşağını və onların əhatə
    etdiyi yer üzü ilə birlikdə mənə versələr, heç vaxt bu işə (zülmə) razı olmaram! (Bax: Mənaqib (İbni Aəhraşub), 4-cü cild, səh.19. O Mübərrəddən və İbni Ayişədən belə nəql etmişdir: Aamlı bir kişi İmam Həsən (əleyhissalam)-ı görüb lənət yağdırmağa başladı. İmam Həsən (əleyhissalam) isə ona cavab qaytarmadı. Elə ki, şamlı kişinin sözü qurtardı, İmam ona tərəf gəlib salam verdi, təbəssümlə buyurdu: –Ey şeyx, elə bil bu diyarda qəribsən, ola bilsin səhvə düşmüsən. Bir şey arzu etsən, arzunu yerinə yetirərik. Əgər bizdən bir şey istəsən, əta edərik, yol göstərməmizi istəsən, yol göstərərik ağır yükünü götürməyimizi istəsən, yükünü götürərik, ac olsan, doyuzdurarıq, üryan olsan, geyindirərik, ehtiyaclı olsan, qəni edərik, (haradansa) qovulmuş olsan, sığınacaq verərik, bir hacətin olmuş olsa, təmin edərik. Əgər karvan bizə tərəf gəlibsə, karvan yola düşənə qədər sənin üçün faydalı olar. Çünki bizim (xas bir) mövqeyimiz, çoxlu hörmət və malımız vardır. Aamlı kişi İmamın bu sözlərini eşidib kövrəldi və ağlamağa başladı, sonra dedi: –Aəhadət verirəm ki, sən Allahın yer üzündəki xəlifəsisən. Allah daha yaxşı bilir ki, Öz risalətini harda qərar versin. İndiyə qədər Allah bəndələri içərisində ən çox sənə və atana qarşı kin-küdurət bəsləyirdim. Artıq indi isə sən Allah bəndələri içərisində mənim üçün ən sevimli şəxssən. Sonra həzrətin evinə getdi, karvan yola düşənə qədər ona qonaq oldu, onların məhəbbətinə qəlbən iman gətirdi.)
    İnsanın zülmdən bu qədər pəhriz etdib uzaq olması onu çirkin bir əməl hesab etməsini təsəvvür edəcəyi son həddir.
    Əgər yeddi iqlim qurşağı və onun əhatə etiyi yer üzünün müqabilində bir qarışqaya zülm etməyə razı olmursa, bu halda nahaq yerə müsəlmanların qanına susayanlar, onların mal-dövlətlərini qarət, irz-namus və heysiyyətlərinə toxunanların vəziyyətləri necə olar? Onların işlərini Əli (əleyhis-salam)-ın işləri ilə necə müqayisə etmək olar? Yaxud o Həzrətin şagirdlərinin məqamına nisbəti necə ola bilər?
    Dinin bəşərdən istədiyi ali, ilahi ədəb həqiqətən elə budur!
    Bəli, zülm Allahın haram buyurduğu ən böyük günahlardan biridir. Məhz buna görə Əhli-beyt (əleyhimüssalam) öz hədis və dualarında ilk növbədə zülmü məzəmmət etmiş, öz şiələrində ona qarşı nifrət hissi oyatmışlar.
    Bu qeyd olunanlar İmamlarımızın siyasət üsuludur. Hətta onların haqqına təcavüz, məqamlarına hörmətsizlik edənlərə qarşı da elə bu siyasətlə rəftar etmişlər.
    İmam Həsən (əleyhis-salam)-ın ona qarşı hörmətsizlik edib, nalayiq sözlər danışan şamlı bir kişiyə qarşı necə də mehriban olması hadisəsi hamıya
    məlumdur: İmam ona qarşı lütf və mehribançılıq edərək bəd əməlini ona anlatdı.(Hər kəs sizə zülm etsə, onun zülm etdiyi kimi siz də ona zülm edin. Allah qarşısında təqvalı olun və bilin ki, Allah təqvalılarladır. (Bəqərə surəsi, 194))
    Yuxarıda, İmam Səccad (əleyhis-salam)-ın duasında O Həzrətin haqqına təcavüz edənlərin (günahlarının bağışlanması üçün) Allahdan əfv və bağışlanmaq istəməsi üçün gözəl dua qaydaları qeyd olunmuşdur. Bu ali nəfsin, kamil insaniyyətin çata biləcəyi ən yüksək zirvədir. Şəriətdə zalıma, onun zülm və təcavüz etdiyi qədər təcavüz etdiyi,(Əl-Kafi, 2-ci cild, səh.250, 17-ci hədis; İqabül-əmal, səh.274) habelə, haqqa təcavüz edənə qarşı zülm etməyin caiz olmasına baxmayaraq, bir şeyin caiz olması ilə gözəl əxlaqi xüsusiyyətlərdən olan əfv başqa-başqa şeylərdir. Hətta İmamlarımızın nəzərində zalıma qarşı qarğış etməkdə həddi aşmaq özü bəzən zülm sayılır. Belə ki, İmam Sadiq (əleyhis-salam) buyurur:
    Bəzi vaxtlar məzlum (haqqında zülm olunmuş) bəndə, ona zülm edənə o qədər qarğış edir ki, nəhayət özü də zalıma çevrilir.(Hud surəsi, 113)
    Yəni ona zülm edən şəxsə qarşı həddindən artıq qarğış etdiyinə görə zalım olur.
    Sübhanəllah! Zalıma edilən qarğışda həddi keçəndə zülm olarmış! Belə isə, zülm və zorakılıqda həddi aşan, camaatın heysiyyətini, abır-həyasını aparıb namısına toxunan, var-yoxunu qarət edən, zalımların xalqa qəsd etməsi üçün onların yanında camaatı bədnam edən, hiylə və fırıldaqla xalqı fəlakətə, əzab-əziyyətlərə və çətinliklərə salan, yaxud müsəlmanların əleyhinə casusluq edənlərin halı necə olar?
    Belə adamlar Allah dərgahından, ilahi rəhmətdən ən uzaq olanlar, günahları və cəzaları hamıdan ağır, əməlləri və əxlaqları ən çirkin olanlardır.
    39. ZALIMLARLA ƏMƏKDAŞLIQ, HƏMKARLIQ BARƏDƏ ƏQİDƏMİZ
    Zülm və zorakılığın böyük günah və aqibətinin acınacaqlı olduğuna görə, Allah-Taala zalımlara kömək və onlarla həmkarlıq etməyi qadağan edib buyurur:
    Zülümkarlarla dostluq və həmkarlıq etməyin ki, Cəhənnəm oduna mübtəla olarsınız. Sizin üçün Allahdan başqa dost yoxdur. (Əks halda) sonra bir kəs sizə kömək etməyəcək. (Vəsailüş-şiə, 17-ci cild, səh.183.)
    Budur Qurani Kərimin verdiyi ədəb! Və elə bu Əhli-beyt (əleyhimüssalam)-ın öyrətdiyi ədəbdir. O alicənab insanlardan gəlib çatan hədislərdə zalımlara kömək, onlara birləşmək, hər hansı bir işdə həmkarlıq və kömək–hətta cüzi də olsa belə–son dərəcə pislənərək onlarda bu işə nifrət hissi oyadır.(Töhəfül-üqul, səh.275)
    Şəkk yoxdur ki, İslam və müsəlmanların başına gələn ən böyük faciə bu olmuşdur ki, zalımlarla rabitədə səhlənkarlığa yol vermiş, onların çirkin, nalayiq işlərini görməməzliyə vurmuş, onlarla həmkarlıq etmişlər. Hətta zalımlarla hərarətli olub zülm və sitəmdə onlara kömək etmişlər.
    Doğrusu bu faciələrdən, qara günlərdən, neçə-neçəsi bu düz, haqq yoldan sapmalar nəticəsində müsəlman cəmiyyətlərinə endirilmişdir. Onların acınacaqlı təsiri nəticəsində zamanın keçməsi ilə din zəfləmiş, qüvvələrinə ağır, öldürücü zərbələr dəymişdir. Onlar özlərinin düşmənləri ilə birləşmiş, nəticədə qərib qalmışdır. İş o yerə çatmışdır ki, bugünkü gündə müsəlmanlar və yaxud özlərini müsəlmançılığa vuranlar Allahdan qeyrisini dost tutaraq Onun rəhmətindən uzaq düşmüş və köməyindən elə məhrum olmuşlar ki, nəinki güclü düşmənlər, hətta yəhudilər kimi ən zəif, ən mənfur və müsəlmanları məhv etməyə cürət tapan düşmənlərin təcavüzkarlığı qarşısında müqavimət etməyə qeyrətləri çatmır.
    Məsum İmamlar (əleyhis-salam) son dərəcə səylə öz ardıcıllarını, şiələrini zalımlara həmkarlıqdan çəkindirmiş, öz dostlarını zalımlarla həmkarlıqəan, zülm və zorakılıqdan şiddətlə çəmindirmişlər. Belə ki, O Həzrətlərin bu barədə buyurduqlarının sayı-hesabı yoxdur. O cümlədən, İmam Səccad (əleyhis-salam)-ın Məhəmməd ibni Müslüm Zəhriyə yazdığı məktubda zalımlarla, onların zülmündə həmkarlıq etməkdən çəkindirdikdən sonra yazır:
    Məgər zalımların səni (həmkarlığa) dəvət etmələri səbəbi səndən zülm dəyirmanının qütb ağacı (mili) kimi istifadə etmələrindən, səni öz alçaq məqsədlərinə çatmaq üçün bir körpü, öz azğınçılıqlarına çatmaq üçün bir nərdivan, etdikləri zülmlərin carçısı, zülmləri yolunda bir yolçu etmədən başqa bir şeydirmi? Onlar səni araya almaqla alimlərin qəlbinə şəkk salmış, sənin vasitənlə avam camaatı özlərinə tərəf çəkmişlər. Öz fəsadlarını gözəl cilvələndirmək və hamının nəzər-diqqətini cəlb etmək üçün səndən etdikləri istifadəni heç xüsusi vəzirlərindən, ən yaxın və ən güclü dostlarından edə bilməmişlər. Sənin onlara verdiklərin müqabilində onların sənə verdikləri şey nə qədər də əhəmiyyətsizdir! sənin üçün xarab etdikləri şey abad etdiklərindən nə qədər də çoxdur! Öz nəfsinə nəzər sal, çünki səndən başqa heç kəs (sənin nəfsin barədə fikirləşməyəcək; və Öz nəfsini məsuliyyətli və vəzifəsini tanıyanların hesab çəkdiyi kimi (kəskin tərzdə) mühakimə et!(Ricalü-Kəşşi, səh.440, 828-ci hədis)
    Sonuncu Məsuliyyətli şəxsin hesab etdiyi kimi nəfsindən hesab çək! cümləsi nə qədər də əzəmətlidir! Çünki həvayi-nəfs insana qələbə çalanda, insan daxilində özünü çox xar və dəyərsiz görür. Başqa sözlə desək, özünü, etdiyi əməllər müqabilində məsuliyyətli bilmir. ördüyü əməlləri kiçik, əhəmiyyətsiz cilvələndirir və güman edir ki, onların heç bir hesab-kitabı yoxdur. Bu üslub insanın əmmarə (pisliklərə sövq edən) nəfsinin sirlərindəndir. İmam Səccad (əleyhis-salam)-ın da məqsədi budur ki, Məhəmməd ibni Müslüm Zəhrini insanın vücudunda həmişəlik olan bu nəfsani sirlərdən agah etsin ki, xəyal qüvvəsi ona qalib olmasın və öz məsuliyyətində səhlənkarlığa yol verməsin.
    Zalımlarla həmkarlığın günah və haram olmasını Səfvan Cəmmalın İmam Musəbni Cəfər (əleyhis-salam)-la söhbəti yuxarıdakı hədisdən daha gözəl surətdə çatdırır. Səfvan İmam Musəbni Cəfərin şiəsi, həm də O Həzrətdən hədis nəql edən etimadlı adam (siqə) idi. Kəşşi öz Rical kitabında Səfvanın tərcümeyi-halında belə nəql edir: İmam Musəbni Cəfərin hüzuruna getdim, mənə buyurdu: –Ey Səfvan, sənin bir işindən başqa bütün işlərin gözəldir!
    Dedim: –Sənə fəda olum, o bir iş hansıdır?
    İmam: –Öz dəvələrini bu kişiyə (Harunər-Rəşidə işarə edərək) kirayə verməyindir.
    Dedim: –Allaha and olsun ki, mən dəvələrimi ona haram, günah, batil işlər və əyyaşlıq üçün deyil, Məkkə yolunda istifadə etməsi üçün kirayə vermişəm. Özüm də dəvələrimlə getmirəm, qulamlarımı göndərirəm.
    İmam (əleyhis-salam): –Ey Səfvan, sənin kirayə haqqının ödənməsi onun (Harunun) qayıtması ilə şərtlənirmi, ya yox?
    Dedim:–Bəli!
    İmam: –Hər kəs onların sağ qalmasını istəsə, onlarla bir cərgədədir və hər kəs onların cərgəsində olsa, cəhənnəm odunda olacaq.
    Səfvan deyir ki, bu söhbətdən sonra dəvələrimin hamısını bir yerdən satdım.(Töhəfül-üqub, səh.332)
    Bəli, əgər zalımların sadəcə sağ qalmasını istəmək belədirsə, onda onlara rəsmən kömək edən zülm və təcavüzlərində onlarla şərik olanların halını izah etməyə ehtiyac yoxdur. O ki qala onlarla bir sırada qərar tutub işlərində, əməllərində və dəstələrində şərik olanlar, əmrlərinə itaət edənlər!
    Category: İmamiyyə şiələrinin əqidə üsullari | Added by: Islam_Kitabxanasi
    Views: 802 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024