İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamiyyə şiələrinin əqidə üsullari

    İmamiyyə şiələrinin əqidə üsullari
    2012-01-12, 6:45 AM

    40. ZÜLÜMKAR DÖVLƏTDƏKİ VƏZİFƏ BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Zalımlara azacıq da olsa belə kömək etmək, yaxud hətta onların sağ qalmasını arzulamaq məsum İmamlarımızın qadağan etdiyi ən böyük günahlardan sayılırsa, onda görəsən onlarla zülmkar hakimiyyətdə şərikli olmaq, onların vəzifələrini qəbul edib, hakimiyyətləri altına girmək necə olar? Habelə, onların dövlətlərini təsis edənlər sırasında olanların, bu hökumətin sütunlarını möhkəmləndirən amillərdən onların halı necə olar? (Bunlar daha böyük günahdır,)
    Çünki zalım hökumət bütün haqq qanunların məhv olmasına, batilin dirçəlməsinə, zülmün, zorakarlığın, fəsadın zahir olmasına səbəb olacaqdır. (Bihadül-ənvar, 75-ci cild, səh.381.)
    Amma, bəzi hallarda İmamlar istisna olaraq zalım hökumətlərdə bəzi məqam və vəzifələri qəbul etməyə icazə vermişlər. Məsələn, əgər zalım dövlət tərəfindən müəyyən bir məqamı qəbul etmək ədalətin bərqərar olmasına, ilahi qanunların, hüdudların icrasına, möminlərə ehsan etməyə, əmr be məruf və nəhy
    əz münkər kimi təbliğatlar aparmağın mümkünlüyünə səbəb olarsa. Necə ki, hədisdə buyurulur:
    Həqiqətən Allah üçün zalımların saraylarında elə adamlar var ki, Allah onların vasitəsi ilə Öz bürhan və höccətini camaata açıqlayır, onlara həmin ölkədə qüdrət bəxş etməklə onların vasitəsi ilə Öz dostlarını himayə edir və şəri onlardan dəf edir, möminlərin də işlərini o şəxslərin vasitəsi ilə islah edir. Onlar həqiqi möminlər, Allahın yer üzündə aşkar nişanələri, rəiyyətin içindəki Allah nurlarıdır. (Nəhcül-bəlağə, 62-ci yazı)
    Bu barədə İmamlarımızdan çoxlu hədislər vardır ki, belə hökumətlərdəki (mömin) məqam və vəzifə sahiblərinə layiq olan yolları, açıb göstərir. Məsələn, İmam Sadiq (əleyhis-salam)-ın Əhvazın əmiri Əbdüllah Nəcaşiyə yazdığı risaləni göstərmək olar. (Bax: Vəsail, Bey bölməsi, 78-ci bab)
    41. İSLAMİ VƏHDƏTƏ DƏVƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Əhli-beyt (əleyhimüssalam) İslamın əzəmətinin qorunub saxlanılmasına, İslamın izzət və başıucalığına, İslam əhlinin yekdil olub qardaşlıqlarının hifz olunmasına, qəlblərdən hər növ düşmənçiliyin, nəfslərdən kin-küdurətin təmizlənməsinə dair həddindən artıq meylli olduqları ilə tanınmışlar.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın özündən qabaqkı xəlifələr qarşısında seçdiyi hərəkət tərzi heç vaxt unudulası deyildir. O Həzrət xilafətin ona məxsus olduğunu, xəlifələrin isə Onun haqqını qəsb etdiklərini bilməklə eyni zamanda (İslami ittihadın qorunub saxlaması naminə) xilafətin onun özünə məxsus olması barədə nəzərini gözlətdi və onlarla müdara etdi. Hətta məhz özünün xilafətə onun təyin olunduğunu yalnız hakimiyyətə gələndən sonra ümumi yerlərdə irəli çəkdi. Belə ki, məhşur Rəhbə günündə, Qədir-Xumda o Həzrətin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən xilafətə təyin olunmasını görən səhabələrdən şahid olmalarını istədi.
    Həzrət Əli (əleyhis-salam) İslam və müsəlmanların məsləhəti, mənafeyi olan şeyləri dərhal xatırladırdı.
    Məhz əvvəlki xəlifələrin dövrünə işarə edərək buyurardı:
    Qorxurdum ki, əgər İslam və müsəlmanlara kömək etməsəm, ağır zərbələr dəyər, məhv olardı.(Bax: Təbəqat (İbni Səd), 2-ci cild, səh.339; Fəzailü-Əhməd, səh.155; Ənsabül-əşraf (Bilazəri), 2-ci cild, səh.99; Nəhcül-bəlağənin şərhi, (İbni Əbil-hədid), 1-ci cild, səh.18; Əl-mənaqib (Xarəzmi), səh.96, 97; Üsdül-ğabə, 4-cü cild, səh.22; Kifayətüt-talib, səh.217; Əl-isabə, 2-ci cild, səh.509; Zəxairül-üqba, səh.82; Təhzibüt-təhzib, 7-ci cild, səh.296; Təzkirətül-xəvass, səh.134, 137; Ər-riyazün-nəzrət, 3-cü cild, səh.161; Fəraidüs-səmtin, 1-ci cild, səh.344 )
    Necə ki, (xilafət hadisəsindən sonra) heç vaxt sözü, yaxud rəftarı ilə xəlifələrin qüdrət və şövkətinə zərbələr vurması, yaxud onların səltənətlərini zəiflətməsi müşahidə olunmadı, heybətlərinin azalmasına səbəb olmadı. Xəlifələrdən gördüyü xoşagəlməz işlərə baxmayaraq Öz nəfsinə hakim kəsildi, evin guşəsinə çəkildi.
    Bu işlərin hamısına İslamın dünyəvi mənafe və məsləhətinin qorunub saxlanması, İslam və müsəlmanların birliyinə zərbə dəyməməsi naminə sinə gərirdi. Belə ki, O Həzrətin bu işlərə riayət etməsini başa düşürdülər. Ömər ibni Xəttab təkrar-təkrar deyərdi:
    Elə bir müşkülüm olmadı ki, Əbəl-Həsən onu həll etməsin.(Əl-mənaqib (Xarəzmi), səh.80; Təzkirətül-xəvass, səh.137; Nəhcül-bəlağənin şərhi, (İbni Əbil-hədid), 1-ci cild, səh.18, 141 və 12-ci cild, səh.179 və 223; Kifayətüt-talib, səh.219; Zəxairül-üqba, səh.82;Ər-riyazün-nəzrət, 3-cü cild, səh.161.)
    Əgər Əli olmsaydı, Ömər həlak olardı.(Əmali (Aeyx Səduq), səh.277; Vəsailüş-şiə, 16-cı cild, səh.220.)
    İmam Həsən (əleyhis-salam)-ın İslamın hifzi üçün Müaviyə ilə sülh etməkdəki seçdiyi yol heç vaxt unudulmazdır. Müharibənin davam etdirilməsini israr etməyin Siqli Əkbər (Qurani Kərim) və ilahi hökumətin, (İslamdan və İmamların hökmdən az-çox qalanların) və ümumiyyətlə, İslamın adının əbədi olaraq məhv olmasına gətirib çıxaracağını gördükdə, İmam Həsən (əleyhis-salam) heç olmasa İslamın zahirinin və dinin adının qorunub saxlanmasını üstün hesab etdi, dinin və müsəlmanların, xüsusilə şiələrin inadkar və kinli düşməni olan Müaviyə ilə sülh bağlamağa məcbur oldu. Halbuki, Müaviyə Həzrətə və onun şiələrinə qarşı saysız-hesabsız zülmlər etməkdə idi. Bəni Haşim və Həzrətin bəzi şiələrinin qılıncları siyrilmişdi, onlar haqlarını almadan və onu müdafiə etmədən geri qayıdıb sülh etməyə narazı idilər. Amma, bütün bunlara baxmayaraq, əziz İslamın ali məram və məqsədlərini nəzərə alm,aq İmamın fikrincə, hər şeydən üstün idi.
    İmam Hüseyn (əleyhis-salam)-a gəldikdə isə, onun qiyam etməsinin səbəbi bu idi: o həzrət Bəni-Üməyyə hökumətinin bu minvalla davam edib onların nalayiq, bədniyyətli əməllərinin heç kimin tərəfindən ifşa olunmadığı təqdirdə, onlar İslamı məhv edəcək, İslamın əzəmətini aradan aparacaqlarını qabaqcadan görürdü. İmam, onların İslama qarşı dərin düşmənçiliklərini, zülmlərini isbat və onların bəd əməllərini, Peyğəmbər şəriətinə qarşı qəfil hücumlarını tarixdə ifşa etmək istədi. Və bu istəyini də əməli olaraq həyata geçirtdi. Əgər onun müqəddəs qiyamı olmasaydı, İslamı kökündən məhv edəcəkdilər və tarixdə İslamdan yalnız batil bir din kimi yad olunacaqdı.
    Şiələrin İmam Hüseyn (əleyhis-salam)-ın xatirəsini canlandırmaq üçün müxtəlif yollardan istifadə etmələrinin səbəbi budur ki, onlar zülm və haqsızlığa qarşı mübarizə aparmaq üçün o Həzrətin getdiyi yolu təkmilləşdirmək, onun məqsədlərini dirçəltmək istəyirlər ki, o Həzrətdən sonrakı İmamların Aşura xatirəsini canlandırmaq üçün olan göstərişlərinə əməl etmiş olsunlar.
    Əhli-beyt (əleyhimüssalam)-ın, ən inadkar düşmənlərinin hakimiyyəti əllərinə almalarına baxmayaraq, İslamın əzəmətinin qorunub saxlanması üçün kəskin reaksiya göstərmələri İmam Səccad (əleyhis-salam)-ın həyatında açıq-aydın görünməkdədir. O Həzrət Bəni-Üməyyə rəhbərləri ilə bir zamanda yaşayırdı. Onlar Həzrətin əzizlərinin qanlarını nahaq yerə axıtmış, o pak sülaləyə qarşı hörmətsizlikdə həddi aşmışdılar. Bəni Üməyyənin törətdiyi kədərli Kərbəla faciəsində O Həzrətin əziz atasına və Əhli-beytinə etdikləri zülmlərdən qəmli idi. Amma bunların
    hamısına baxmayaraq, o Həzrət gizlində Allahdan İslam ordusu üçün nüsrət, İslama qələbə və izzət, müsəlmanlara əmin-amanlıq, salamatçılıq arzulayırdı. Əvvəldə qeyd olundu ki, İmam Səccad (əleyhis-salam)-ın İslam məarifini yaymaq üçün yeganə silahı dua idi. O həzərət öz ardıcıllarına İslam ordusu və müsəlmanlar barəsində necə dua etmək lazım olduğunu öyrətdi.
    O Həzrət Səhifeyi-Səccadiyyənin 27-ci duası olan Sərhədçilər duasında belə deyir:
    İlahi, Mühəmməd və Ali-Mühəmmədə salavat göndər, (sərhədçilərin) sayını artır, silahlarını kəsərli et! Onların hədd-hüdudlarını, ətraflarını hifz et, cərgələrini möhkəmlət, aralarında ülfət və mehribançılıq bərqərar et, işlərini tədbirli et, ruzilərini müntəzəm çatdır, təkcə Özün onların məxaricini təmin et. Onlara nüsrət etməklə qüvvətləndir, səbr və təmkin əta etməklə kömək et, onlara düşmənlərin əleyhinə rəmzli yol tapmaq siyasətini lütf et!
    Duanın davamında kafirlərə lənət, qarğış yağdırdıqdan sonra deyir:
    İlahi, bunun səbəbi ilə müsəlmanların tədbir və uzaqgörənlik bacarıqlarını gücləndir, şəhərlərini möhkəm, sərvətlərini bol et, onları Sənə bəndəçilik və ibadət etmək üçün müharibədən və Səninlə xəlvətgahlarda münacat etmək üçün çarpışmalardan xilas et ki, yer üzünün hər yerində Səndən başqasına pərəstiş olunmasın, Səndən başqası üçün səcdəyə alın qoyulmasın!
    İmam Səccad (əleyhis-salam) bu dolğun və dərin mənalı dua ilə İslam ordusunu layiqli işlərə hazırlayır ki, özlərini əxlaqi fəzilətlərlə zinətləndirsinlər, düşmən müqabilində möhkəm, sıx birləşib müqavimət göstərsinlər. Həzrət bu dua qalibində islami cihad müharibəsini, onun məqsəd və faydalarını bəyan edir, düşmənlə mübarizə və qarşılaşmada lazım olan üsul və taktikanı aydınlaşdırır. Daha sonra xatırladır ki, müharibənin bütün hadisələrində yalnız Allaha təvəkkül etmək, günahlardan uzaq olmaq, yalnız Allah xatirinə cihad etmək yaddan çıxmamalıdır.
    Sair İmamların da zəmanəsinin hakimləri müqabilində tutduqları yol da elə bu cür idi. Onların ən qəsavətli, daşürəkli və qansız düşmənlərin cürbəcür kin-küdurətləri, zorakılıqları ilə qarşı-qarşıya durmalarına baxmayaraq, özlərinin haqq hakimiyyətini onlara qaytarılmamasını yəqin etdikdən sonra, dini və əxlaqi təlimlərə başlayıb öz şiələrini ali dini məktəblə dərindən agah edirdilər.
    İmamların dövründə baş verən bütün inqilabi hərəkatlar (ələvilər hərəkatı və s.) onların mövcud hakimiyyəti rəğbətli olmalarını deyil, onlara qarşı kəskin müxalifətlərindən söz açır. Həqiqətdə isə İmamlar İslam dövlətini qorunub saxlanmasında, hətta bəni Abbas xəlifələrindən də artıq can yandırırdılar.
    Bu barədə İmam Musəbni Cəfər (əleyhis-salam)-ın vəsiyyətini oxumaq kifayətdir ki, həzrət belə buyurur:
    Öz hakimlərinizə itaətdən boyun qaçırmaqla özünüzü zəlil etməyin. Əgər ədalətli olsalar, Allahdan qalmalarını istəyin; yox əgər zalım olsalar, Allahdan onu islah etməsini diləyin. Çünki, həqiqətən sizin islah olmağınız hakiminizin islah olmasına bağlıdır. Həqiqətən ədalətli padşah mehribat ata kimidir. Özünüz üçün sevib bəyəndiklərinizi onlar üçün də istəyin, özünüz üçün istəmədiyiniz şeyləri onlar üçün də istəməyin. (Qiyamət surəsi, 3-4)
    Bu, rəiyyətin hakimin sağlamlığının qorunmasında mümkün olan ən son həddir ki, özləri üçün sevdiklərini hakim üçün də sevsinlər, özləri üçün bəyənmədiklərini onlar üçün də bəyənməsinlər
    Əhli-beyt (əleyhimüs-salam) və onların ardıcıllarının yolu məhz budur. Amma təəssüflər olsun ki, hazırkı əsrimizdə bəzi yazıçılar ağır cinayətlərə əl ataraq şiələri gizlin və təxribatçı bir dəstə kimi təqdim etməyə səy göstərirlər.
    Əhli-beyt (əleyhis-salam)-ın təlimi məktəbinə tabe olan hər bir müsəlmanın əxlaqi xüsusiyyətlərindən biri budur ki, zülmlə, zülkarlarla düşmən olub, zorakılıq, eybəcərliklərlə rabitə bərqərar etməsinlər, habelə zülmə, zorakarlığa kömək edənlərə nifrət edərək onları zəlil və vəhşi insanlar saysınlar. Onlar bu gözəl xüsusiyyətləri nəsildən-nəsilə ötürürlər.
    Şiələr heç vaxt camaatı aldatmağı özlərinə rəva bilmirlər. Bu gözəl əxlaqi xüsusiyyəti də öz İmamlarından əxz etmişlər.
    Şiə əqidəsinə görə Allahın birliyinə, İslam Peyğəmbərinin risalətinə şəhadət verən hər bir müsəlmanın canı, namısı və heysiyyəti möhtərəmdir,
    Razılığı olmadan heç bir müsəlmanın malı başqasına halal deyildir.
    Müsəlman müsəlmanın qardaşıdır. Doğma qardaşın qardaş üzərində olanın hüquqları eynilə müsəlman qardaşda da vardır.
    42. MÜSƏLMANLARIN BİR-BİRİNƏ QARŞI HAQLARI
    Müqəddəs İslam dininin ən böyük və ən gözəl çağırışlarından biri müsəlmanların arasında, onların bütün sinfi və məqam fərqləri ilə belə, qardaşlığa çağırmasıdır. Keçmişdə və hal-hazırda müsəlmanların ən pis və yararsız işlərindən biri bu islami qardaşlığın tələbinə diqqət yetirməmələri, səhlənkarlığa, laqeydliyə yol vermələri olub.
    Çünki bu qardaşlığın ən sadə tələblərindən biri İmam Sadiq (əleyhis-salam)-ın buyurduğu kimi, budur ki, hər müsəlman öz müsəlman qardaşına özü üçün bəyəndiyi, razı olduğu şeyləri bəyənsin, özü üçün bəyənmədiyi şeyləri onun üçün də bəyənməsin.
    Əhli-beyt (əleyhimüs-salam)-ın bizlərə verdiyi bu sadə və qısa göstəriş barəsində dərindən fikirləşsək, ona əməl olunmasının müsəlmanlar üçün nə qədər çətin və müşkül, onların bu göstərişdən nə qədər uzaq olmaları aydınlaşar. Əgər onlar insaflı olub öz dinlərini layiqincə tanısaydılar və yalnız qeyd olunan göstərişə əməl etsəydilər, heç vaxt bir-birlərinə zülm etməzidilər, aralarında başqasının haqqına təcavüz, oğurluq, yalan, qeybət, sözgəzdirmək, töhmət vurmaq, abrını tökmək, nalayiq sözlər demək, şəxsiyyətini təhqir etmək, xudbinlim və s. kimi rəzil sifətlər baş alıb getməzdi.
    Əgər müsəlmanlar öz aralarında qardaşlığın ən sadə xüsusiyyətlərindən agah olub ona əməl etsəydilər, zülm, düşmənçilik və ədavətin kökü yer üzündən kəsilər, bəşəriyyət tam xoşbəxtliklə, ictimai səadətin ən yüksək mərhələsində qardaş olar və öz həyatını bu minvalla davam etdirərdi. Həmçinin qədim fəlsəfələrdə deyilən utopik (ideal) cəmiyyət gerçəkləşərdi. Dostluq və məhəbbətin hakim olduğu bu halda hökumət, məhkəmə, polis, zindan, cəza qanunları, hədd və qisas hökmlərinə artıq yer olmazdı, istismarçıların və zalımların qarşısında baş əyməzdilər, zalımlar da onlara hakim ola bilməzdi. Nəhayət yer üzü büsbütün dəyişilər, cənnətə dönərdi.
    Qeyd etmək lazımdır ki, hərgah İslamın buyurduğu qardaşlıq və məhəbbət qanunu insanlar arasında hakim olsaydı, artıq indi ədalət kəlməsi lüğətlərdən çıxmışdı. Başqa sözlə desək, bu surətdə ədalət və ədalətli qanunlar kimi terminlərə ehtiyac duyulmazdı ki, ədalət kəlməsinə də ehtiyac duyulmuş olsun. Əksinə, məhəbbət və qardaşlıq qanunu gözəlliklərin, yaxşılıqların yayılmasına, əmin-amanlığın bərqərar olmasına, xoşbəxtlik və səadətə kifayət edərdi. Çünki, insan yalnız cəmiyyətdə məhəbbət olmadığı təqdirdə ədalətli qanun axtarmağa başlayır. Amma, hər hansı cəmiyyətdə ata-oğul münasibəti, qardaşlıq məhəbbəti hakim olarsa, insan öz istəklərində güzəştə gedər, məhəbbət qoruğunu tam razılıqla müdafiə edər, nəticədə bütün problemlər ədalət və məsləhət naminə deyil, qaşılıqlı məhəbbət sayəsində həll olar. Belə olan halda artıq hansısa ədalətə, məsləhətə ehtiyac qalmaz.
    Səbəbi də budur ki, hər insan yalnız özü üçün və öz istədiyi şeyləri sevir. Öz vücudundan kənarda olan şeyləri yalnız o şeylərlə rabitə bərqərar etdikdən, xoşuna gələn şey olduğunu bildikdən sonra dost tutur.
    Həmçinin, sevmədiyi, meylli olmadığı bir şeyin yolunda öz ixtiyarı ilə fədakarlıq edib canından keçməsi, onun xatirinə öz sevdiyi şeylərdən keçməsi mümkün deyildir. Amma, əgər bu barədə onun sevdiyi şeylərə olan məhəbbət qüvvəsindən güclü olan müəyyən əqidəyə malik olsa o əqidə yolunda fədakarlıq edəcəkdir. Məsələn, ədalət və ehsanın yaxşı əməl olmasına əqidəsi olsa, bu halda daha güclü təmayül səbəbi ilə nisbətən zəif təmayüllərdən əl çəkər. Qəlbə nüfuz edən bu güclü əqidə insanda yalnız böyük ruha malik olduğu halda vücuda gəlir.
    Misal kimi gətirilən bu əqidə maddi və şərti işlər naminə heç vaxt maddiyyatın fövqündə dayanan mənəvi şeyləri kənara vurmayacaq, nəticədə isə ədalət başqalarına ehsanı yüksək, ali mərhələsini dərk edəcək. İnsanın bu ruhi və mənəvi proqramlara o vaxt ehtiyacı olar ki, özünün həqiqi məhəbbət və qardaşlıq hissini həyata keçirməkdə aciz olsun.
    Hər bir müsəlmanın malik olması vacib olan birinci dərəcəli xüsusiyyət budur ki, sair müsəlmanlarla qardaşlıq hissini özündə vücuda gətirsin. Əgər nəfsani istəklərin, xudbinlik və təkəbbürün qələbə çalması səbəbi ilə özündə qardaşlıq hissini vücuda gətirməkdə aciz olsa (əksər hallarda da acizdir), islami göstərişlərə tabe olaraq ədalət və ehsançılıq əqidəsini öz nəfsində qüvvətləndirsin. Bu mərhələdə də aciz olan şəxsin isə yalnız adı müsəlmandır, batində isə ilahi vilayət dairəsindən kənara çıxmışdır və İmam (əleyhis-salam)-ın buyurduğu kimi, Allahın ona qarşı lütfü və diqqəti yoxdur.
    Əksər hallarda inadkar nəfsani istəklər və ehtiras qüvvələri insanda tüğyan edib ona qələbə çalır, nəticədə nəinki kamil əqidə qüvvəsini öz vücudunda təkmilləşdirib inadkar nəfsani qüvvələrə üstün olması, hətta vicdanında ədalət istəmək əqidəsini tapmaq xeyli çətin olur.
    Məhz bu səbəb görə insanda həqiqi qardaşlıq hissi olmadan, bu şüur formalaşmadan qardaşlıq hüququna riayət etməsi ən çətin dini təlimlərdəndir. Buna görə də İmam Sadiq (əleyhis-salam) Məli ibni Xənisin qardaşlıq hüququ barəsində verdiyi suala cavab verərkən onun halını nəzərə aldı, onun bu hüquqları biləndən sonra əməl edə bilməməsindən ehtiyat etdiyi üçün onun bacarığından artıq izahat vermədi.
    Məli ibni Xəlnis deyir: İmam Sadiq (əleyhis-salam)-dan, bir müsəlmanın başqa müsəlman üzərindəki haqqının nədən ibarət olduğunu soruşdum. İmam (əleyhis-salam) buyurdu: –Hər bir müsəlmanın başqa müsəlman üzərində yeddi vacib haqqı var ki, bunlardan hər biri həmin müsəlmanın özünə də vacibidir. Bu yeddi hüquqdan hər hansını tapdalasa, Allahın vilayət, hökumət və itaətindən çıxmışdır və Allah tərəfindən onun üçün heç bir nəsib yoxdur.
    Məli: –Sənə fəda olum, o hüquqlar hasıdır?
    İmam (əleyhis-salam): –Ey Məli! Mənim sənə ürəyim yanır, qorxuram ki, bu hüquqları zay edib hifz etməyəsən, öyrənib əməl etməyəsən!
    Məli: –Allahın köməyi ilə, əməl edərəm.
    Sonra İmam (əleyhis-salam) yeddi hüququ bəyan edib buyurdu: –Onların birincisi və ən sadəsidi budur ki, müsəlman qardaşın üçün özünə istədiyin şeyləri istəyəsən, özün üçün bəyənmədiklərini onun üçün də bəyənməyəsən.
    Sübhanəllah! örəsən bu ən kiçik və ən sadə haldırmı?! Onda biz müsəlmanların bugünkü halı necə olacaq? örəsən bu haqqa riayət etmək bizim üçün doğrudan da sadə və asandırmı? Üzü qara olsun müsəlmanlıq iddiası edib İslamın ən sadə göstərişinə əməl etməyələr!
    Üstəlik müsəlmanlara hakim olan bu geriliyin İslamın adına yazırlar! øHalbuki müsəlmanların bu nalayiq və yaramaz əməlləri bu geriliyə səbəb olmuşdur. İslamın zatında heç bir eyb, nöqsan yoxdur, hər nə eyb nöqsan varsa, bizim müsəlmançılığımın naqis olmasındadır.π Əlbəttə ki, bütün günahlar özlərini müsəlman adlandırıb ən sadə dini vaciblərinə əməl etməyə hazır olmayanların boynuna düşür.
    Yalnız tarixdə yazılsın deyə, habelə özümüzü və öz laqeydliklərimizi tanımaq üçün İmam Sadiq (əleyhis-salam)-ın Məli ibni Xənisə buyurduqları yeddi hüququ qeyd edirik:
    1) Özün üçün bəyəndiyini müsəlman qardaşın üçün də bəyənəsən, özünə rəva bilmədiklərini ona da rəva bilməyəsən;
    2) Müsəlman qardaşını qəzəbləndirməkdən (onun qəzəbindən) uzaq olasan, razı olduğu işləri gör (razılğını qazan), əmrlərinə itaət edəsən;
    3) Öz can, mal, dil, əl və ayaqlarınla ona kömək edəsən;
    4) Onun gözü, yol göstərəni, güzgüsü olasan;
    5) Belə olmasın ki, o ac olsun, sənsə tox, o susuz olsun sənsə sirab, o çılpaq olsun sənsə libaslı;
    6) Belə olmasın ki, sənin xidmətçin olsun, onun isə olmasın; belə olarsa sənə vacibdir öz xidmətçini göndərəsən ki, onun paltarlarını yusun, xörək hazırlasın, yatağını hazırlasın;
    7) Onu and içmək məsuliyyətindən azad edəsən, dəvətini qəbul edəsən, xəstələnəndə əyadətinə gedəsən, öləndə cənazəsinin yanında hazır olasan. Əgər bir şeyə ehtiyacı olduğunu bilsən, ehtiyacını təmin etmək üçün tələsəsən, o qədər təxirə salmayasan ki, o hacəti səndən istəsin. O istəməmiş sən onun istəyini yerinə yetirəsən.
    Sonra İmam Sadiq (əleyhis-salam) kəlməsini bu cümlə ilə sona çatdırdı: Elə ki, bu hüquqları yerinə yetirdin, özünün məhəbbət tellərini ona və onun məhəbbət tellərini özünə qovuşdurmuş olarsan.
    Məsum İmamlardan bu mövzuda çoxlu rəvayətlər nəql olunub ki, onların mühüm hissəsi Vəsailüş-şiə kitabının müxtəlif bölmələrində qeyd olunmuşdur.
    Bəziləri belə güman edirlər ki, Əhli -beyt (əleyhimüs-salam)-ın hədislərində gələn qardaşlıq dedikdə, məqsəd təkcə onların şiələri arasında olan qardaşlıq nəzərdə tutulur. İmamlarımız onlarla müxalif olanları, onların göstərişlərinə əməl etməyənləri başqa cəhətlərdən kəskin şəkildə inkar etmələrinə, baxmayaraq, bu barədə gələn bütün hədisləri araşdırdıqda bu anlaşılmazlıq dəf olunub aradan qaldırılır. Bunu isbat etmək üçün Müaviyət ibni Vəhəbin nəql etdiyi rəvayəti nəzərinizə çatdırmaq kifayətdir.
    O deyir: İmam Sadiq (əleyhis-salam)-a ərz etdim ki, bizimlə gediş-gəlişləri olan, amma şiə olmayan sair müsəlman firqələri ilə necə rəftar etməliyik?
    Həzrət buyurdu: –Tabe olduğunuz İmamlarınıza baxın. Onlar müxaliflərlə necə rəftar edirlərsə, siz də o cür rəftar edin. And olsun Allaha ki, sizin İmamlarınız onların (müxaliflərin) xəstələrinin əyadətinə gedir, dəfn mərasimlərində iştirak edir, qazinin yanında onların lehinə, yaxud əleyhinə şəhadət verməyə hazır olurlar (yəni şəhadət verməkdən boyun qaçırmırlar), onların əmanətlərinə xəyanət etmirlər.
    Amma, İmamlarımızın öz şiələrindən istədikləri qardaşlıq qeyd olunan islami qardaşlıqdan daha da üstündür. Şiənin tərifi fəslindəki hədislər bu mətləbə dəlalət edir. Məsələn, Əban ibni Təğlibin İmam Sadiq (əleyhis-salam) ilə olan söhbətini burada qeyd etmək yerinə düşərdi.
    Əban deyir: İmam Sadiq (əleyhis-salam) ilə Allah Evində təvafa məşğul idik. Bu anda şiələrdən biri yanıma gəlib mənim bir iş görmək üçün getməyimi istədi. İmam (əleyhis-salam) bizi gördü və mənə buyurdu: –Bu şəxsin səninlə işi vardırmı?
    Dedim: –Bəli!
    İmam: –O da sənin əqidəndədirmi (şiədirmi)?
    Dedim: –Bəli!
    Buyurdu: –Təvafı dayandır və onun işini görmək üçün get!
    Dedim: –Əgər təvaf vacibi təvaf olsa da dayandırım?
    Buyurdu: –Bəli!
    O şəxslə birlikdə getdim (onun işinə kömək etdikdən) sonra İmam (əleyhis-salam)-ın hüzuruna gəldim. Möminin haqqı barədə soruşdum.
    Buyurdu: –Bu sualdan keç və bir daha təkrarlama!
    Amma mən sualı təkrarladım, nəhayət buyurdu: –Ey Əban, öz sərvətini o kəslə bölərsənmi?
    Sonra İmam (əleyhis-salam) mənə baxdı, onun sözlərinin təsirini üzümdə oxudu, sonra buyurdu: –Ey Əban, Allahın fədakarları (dost yolunda öz haqqından keçəni) yad etməsini bilirsənmi?
    Dedim: –Bəli, bilirəm.
    Buyurdu: –Əgər mal-dövlətini onunla yarı bölsən, isar (fədakarlıq) məqamına çatmazsan. O vaxt bu məqama çatarsan ki, mal-dövlətinin yarısını ona verəsən, sonra isə özün üçün qalan hissəni də ona verəsən.
    Bizim həyatımızın necə də rüsvayçı, xəcalətlidir ki, özümüzü həqiqi mömin hesab etməyimiz belə rəva deyil. Biz bir vadidəyik, İmamlarımızın təlimləri isə tamamilə başqa vadidə. Əbanın İmam (əleyhis-salam)-ın mal bölüşdürmək təklifindən sonra üzünün rəng alıb rəng verməsi haləti bu hədisi oxuyan hər birimiz üçün də baş verə bilər.
    Amma özümüzü elə unutqanlığa vurub hədisdən üz döndəririk ki, sanki hədis bizə xitabən deyilmir və öz nəfsimizi məsuliyyətli bir adam kimi heç vaxt hesab ayağına çəkmirik.
    Category: İmamiyyə şiələrinin əqidə üsullari | Added by: Islam_Kitabxanasi
    Views: 744 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024