İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İmamiyyə şiələrinin əqidə üsullari

    İmamiyyə şiələrinin əqidə üsullari
    2012-01-12, 6:42 AM
    BEŞİNCİ FƏSİL:
    –Məad barəsindəki əqidəmiz
    –Сismani məad məsələsi
    43. MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Bizim əqidəmiz budur ki, mütəal Allah insanları, bəndələrinə vədə verdiyi müəyyən olunmuş gündə öldükdən sonra yeni bir xilqətlə dirildəcək. Əmrlərinə müti olanlara, yaxşı əməl sahiblərinə mükafat, asi olanlara vəgünahkarlara isə əzab verəcəkdir.
    Bu əqidə sadə və ümumi halda bütün ilahi din və fəlsəfələrin qəbul etdiyi bir məsələdir. Hər bir müsəlman labüd olaraq Allahın Peyğəmbərinin gətirdiyi Quran əqidəsinə müvafiq olaraq bu əqidəni etiraf etməlidir. Çünki, hər kəsin Allaha, Onun haqq din və hidayət əsasında göndərdiyi Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə qəti şəkildə etiqad bəsləyirsə, təbiidir ki, onun gətirdiyi Quranın buyurduğu Qiyamət oyanışı, savab və cəza, Behişt və Cəhənnəm, ilahi nemət və Cəhənnəm əzabına da iman gətirməlidir. Quranda məad mövzusunda təqribən min ayə gəlmişdir.
    Əgər bir kəs bu barədə şəkk və tərəddüd etsə, məlum olar ki, o Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətində (peyğəmbər olmasında), yaxud Allahın varlığı və qüdrətində şəkk edir. Hətta bütün dinlərin əslində, ilahi şəriətlərin səhih olmasında şəkk edir.
    44. CİSMANİ MƏAD MƏSƏLƏSİ
    Biz məadın özünə etiqad bəsləməkdən əlavə, onun cismani olmasını da dinin zəruri məsələlərindən hesab edirik. Bunu Quran ayələri tam aşkarlıqla göstərir, o cümlədən,
    Məgər insan güman edir ki, Biz onun sümüklərini cəm etməyə qadir deyilik? Qadirik, hətta onun barmaqlarını da yenidən düzəltməyə qadirik! (Rəd surəsi, 5)
    cismani məad Qiyamət oyanışından, bədənin çürüyüb məhv olmasından sonra, insanın yenidən əvvəlki forma və vəziyyətə qaytarılmasından başqa bir şey deyildir. Cismani məadda, Quranın bəyan etdiyi bu qədərdən artıq təfsilatla etiqad bəsləmək vacib deyildir. Məsələn, hesab-kitab, sirat, mizan, cənnət, cəhənnəmin varlığı kimi məsələlərdə Quranın buyurduğu qədərlə kifayətlənmək lazımdır.
    Təhqiqatçılardan, mütəfəkkirlərdan başqa bir kəsin dərk etməkdə aciz olduqları bəzi məsələlər barədə elm və mərifət kəsb etmək,
    Əgər bir şeyə təəccüb etmək istəyirsənsə, onda onların çürüyüb torpaq olandan sonra yeni bir xilqətdə olacağıqmı demələri təəccüblüdür.(Qaf surəsi, 15)
    Məgər Biz ilk dəfə yaratdıqda (ilk xilqətdə) aciz qaldıq ki (Qiyamətdə də diriltməyə aciz olaq)? Amma onlar (bu qədər aşkar dəlillərlə) yenə də yeni oyanışda (Qiyamət oyanışında) şəkk-şübhədədirlər. (Yasin surəsi, 76)
    Qiyamət barəsində elə bu qədər əqidəylə kifayətlənmək lazımdır və bundan artıq zəruri deyildir. O cümlədən, qiyamət oyanışı eynilə bu bədənlərlədir, yoxsa onların oxşarı olan bəndələrlə? Ruh da bədən kimi məhv olub aradan gedir, yoxsa qiyamətdə öz bədəninə daxil olana qədər diri qalır, Məad və qiyamət oyanışı təkcə insanlar üçündür, yoxsa bütün canlılar və heyvan növləri də dirildiləcəkdir., Bəndələrin dirildilməsi tədrici olacaq, yoxsa bir dəfəyə? və s. kimi məsələlər.
    Məsələn, ümumi halda behişt və cəhənnəmin olacağına inanmaq vacibdir, amma hal-hazırda mövcud olub-olmaması, göylərdə və ya yerdə, yaxud da birinin göydə, digərinin isə yerdə olacağı barədə təhqiqat aparmaq zəruri, vacib deyildir.
    Həmçinin, mizanaa inanmaq ümumi halda vacibdir, amma onun mənəvi tərəzi, yaxud adi ikigözlü tərəzilər kimi olmasına dair elm tapmaq vacib deyildir.
    Habelə, sirata ümumiyyətlə inanmaq vacibdir amma onun lətif və nazik bir cisimdən təşkil olunması, yaxud məqsədin mənəvi möhkəmlik olmasına inanmaq vacib deyildir.
    Xülasə, siratın cisimdən təşkil olunmasına inanıb-inanmamaq müsəlmançılığın əsas şərtlərindən deyildir.
    Bəli, məad barədə İslamın gətirdiyi sadə və hamının düşünə bildiyi əqidə budur. Əgər insan Quranın işarə etdiyindən daha artıq məlumat kəsb etmək istəsə və qiyaməti inkar edənlər, şəkkdə olanlar, onun isbatı üçün əqli dəlil və hissi təcrübə gətirilməsini istəyənlərin icad etdikləri şübhələr müqabilində qaneedici dəlil tapmaq istəyən bir şəxs özünü sonsuz və mürəkkəb elmi müşküllərə salar.
    Din heç vaxt mütəkəllimlərin, filosofların kitablarındakı mövcud olan həddindən artıq mətləbə inanmağı tələb etmir. Habelə dini, ictimai və siyasi zərurətlər də bizə o kitablardakı müxtəlif bəhslərə, məqalələrə vadar etmir. Onlardan bəzilərinin o qədər də faydası yoxdur və vaxtın tələf olmasına, təfəkkürün zay olmasına gətirib çıxarır.
    Bu qədər müfəssəl yazılar ətrafında yaranan şəkk və şübhələrin hamısını rədd etmək üçün bunu qeyd etmək kifayətdir ki, insan onun üçün gizlin olan bütün mətləbləri dərk etməkdə acizdir. Elə mətləblər ki, bizim dərkimizdən və vücudumuzun əhatəsindən kənardadır. Bizim torpaq (sırf maddi) tipli həyatımızın səviyyəsindən çox-çox uzaqdadır. Bundan əlavə biz inanırıq ki, Alim, Qadir və Mütəal Allah bizə xəbər verib ki, məad və qiyamət oyanışı hökmən gerçəkləşəcəkdir. İnsanın malik olduğu elm, təcrübə və axtarışlar onun çata bilmədiyi, təcrübə və sınaqdan keçirə bilmədiyi işləri vücudu ilə dərk etməyə qabiliyyəti yoxdur. Bunun yolu yalnız bu hiss, təcrübə və sınaq aləmindən daha geniş bir aləmə (mücərrəd aləmə) nəql olunmaqdır. Belə isə, insan öz məhdud təfəkkür, təcrübəsi ilə məadın nəinki cüzi məsələlərini, hətta onun özünün necə isbat, yaxud rədd edə bilər? O, bu yolda yalnız qeybi xəbərlərə inanmaqla müəyyən məlumatlar əldə edə bilər. İnsan təbiətən belədir: ünsiyyətdə olmadığı, elm, təcrübə və hiss yolu ilə ləms etmədiyi şeyləri qəribə hesab edir. Məsələn, qiyamətdə insanın yenidən dirilməsinə qəribə, təəccüblü bir hadisə kimi baxan bir şəxs həddindən artıq çürümüş sümükləri götürüb Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yanına gətirir, ovub havaya üfürür, sonra deyir:
    Bu çürüyüb ovulmuş sümükləri kim dirildə bilər?
    Onun, bu məsələni çox təəccüblü və qəribə bir şey hesab etməsinin səbəbi budur ki, heç vaxt öz həyatında bədəni çürümüş ölünün dirilməsini görməyib. Amma o, öz yaradılışının əvvəlini, yoxdan necə vücuda gəldiyini unutmuşdur. Onun bədən üzvüləri xilqətindən əvvəl yerdə və havada, pərakəndə zərrələr şəklində idi ki, əql sahibi olan normal insan halına gəlib çıxdı. Quran buyurur:
    Yoxsa insan görmür ki, Biz onu nütfədən (spermatozoiddən) yaratdıq?! İndi isə, (şükr etmək yerinə) Bizim aşkar düşmənimiz oldu. Bizim üçün məsəl vurdu, amma özünün xilqətini yaddan çıxartdı. (Bəqərə surəsi, 123)
    Quran belə unutqan şəxsi cavab olaraq buyurur:
    (O sümükləri) ilk dəfə yaradan Kəs dirildəcəkdir və O, hər şeyi yaratmağa alimdir.
    Biz üzümüzü Qiyaməti inkar edən hər hansı şəxsə tutub deyirik ki, sən bir tərəfdən varlıqların Xaliqinə, Onun qüdrətinə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətinə və verdiyi qeybi xəbərlərin doğruluğunu təsdiq və etiraf edirsən, digər tərəfdən isə, sənin dərrakən və elmin hətta özünün yaradılışının mürəkkəb quruluşunun sirlərini dərk etməkdə acizdir, necə inkişaf etdiyinə, əql və iradə qüvvəsi olmayan nütfədən neçə mərhələ keçib təbiətdə pərakəndə surətdə olan zərrələrdən normal, əql, şüur, tədbir və hissə malik olan necə insan surətinə düşdüyündən xəbərsizsən?
    Deməli, öz xilqətinin əvvəlindən təəccüb etmirsən, amma ölümdən sonra, çürüyüb torpaq olduqdan sonra bir daha sonra diriləcəyinə təəccüblənirsən. Labüd olaraq ölülərin necə dirilməsini elm və təcrübə yolu ilə dərk etmək istəyirsən. Amma bu yolla heç bir müsbət nəticə əldə edə bilmirsən. Yalnız bir yol var: bütün varlıqların Xaliqini, yəni səni yoxdan və pərakəndə, çürümüş zərrələrdən yaradan Kəsi qəbul etməlisən ki, O, Quranda məaddan, qiyamətdən xəbər vermişdir. Bu mətləbi açıb dərk etmək üçün heç bir çarə yoxdur; sənin və elm və dərkinin həddi-hüdudu onu dərk edib qavramağa qadir deyildir. Bu iş üçün hiylə işlətmək boş və bihudə bir işdir, haqq yoldan azmaq, qaranlıq zülmətdə gözləri açıb nəsə axtarmağa bənzər. Bu insan elm və texnikanın inkişaf etdiyi, elektron qurğuların kəşf və istifadə olunduğu, bölünməz sayılan atomun və nüvənin bölündüyü və s. kimi işlərin kəşf olunduğu bu son əsrdə (belə ki, əgər bu ixtiraların adları keçən əsrdə çəkilsəydi, onu zatən qeyri-mümkün bir iş hesab edərək onu danışanı məsxərəyə qoyar, atomun, elektron qurğuların həqiqətini, hətta bunların hər hansı bir xüsusiyyətlərini belə əsla dərk etməzdilər) xilqətin sirlərini necə dərk etmək istəyir ki sonra da irəliləyib məad və qiyamət məsələlərini dərk etsin?
    Amma insana kifayət olan budur ki, İslam dininə iman gətirdikdən sonra həvayi-nəfsə tabe olmaqdan çəkinsin, dünya və axirətdəki vəziyyətini islah edə biləcək, məqam və şəxsiyyətini Allah dərgahında yüksəldəcək işlərlə məşğul olsun, bu yolda ona kömək edəcək məsələlər barəsində, bu dünyadan sonrakı aləmdə nələrlə qarşılaşacağını fikirləşib düşünsün. Qəbir əzabları və çətinlikləri, Qadir və Alim Allah qarşısında hesab və mühakimə və s. barəsində fikirləşib təqva ilə zinətlənsin, elə bir gün üçün hazırlaşsın ki:
    O gündə heç bir nəfs başqasının əvəzindən cəzalanmaz, ondan şəfaət və əvəz qəbul obunmaz, ədalət onda götürülmər və onlara bir kömək edən olmaz.  
    MÜƏLLİFİN İSTİFADƏ ETDİYİ ƏDƏBİYYAT
    1. Qurani Kərim
    2. Əslüşşiə və üsulüha (Şeyx Məhəmməd Hüseyn Kaşifül Ğita, vəfat tarixi: h.q. 1373
    3. Üsulül-əqaid min kitabi kəşfil-ğita (Şeyx Cəfir Kəbir, vəfat tarixi: h.q. 1227)
    4. Üsuli Kafi (Məhəmməd ibn Yəqub Kuleyni, vəfat tarixi: h.q. 329)
    5. Əl-etiqadat (Şeyx Səduq, vəfat tarixi: h.q. 381)
    6. Əl-etiqadat (Əllami Məclisi, vəfat tarixi: h.q. 1110)
    7. Əvailül-məqalat (Şeyx Müfid, vəfat tarixi: h.q. 413)
    8. Ət-təcrid (Xacə Nəsirəddin Tusi, vəfat tarixi: h.q. 682)
    9. Töhəfül-üqul (Həsən ibni Əliyyibni Şöbə Hərrani, 4-cü hicri əsrinin alimlərindəndir)
    10. Dəlailüs-sidq (Şeyx Məhəmməd Həsən Müzəffər, vəfat tarixi: h.q. 1375)
    11. Əs-səqifə (Mərhum müəllifin öz kitabıdır)
    12. Şərhül-bəabil-hadi əşər (Fazil Miqdad Seyvəri, vəfat tarixi: h.q. 826)
    13. Şərhüt-təcrid (Əllamə Hilli, vəfat tarixi: h.q. 726)
    14. Şərhü əqaidis-Səduq (Şeyx Müfid, vəfat tarixi: h.q. 413)
    15. Əs-səhifətüs-Səccadiyyətül-ula (İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin əleyhis-salam)
    16. Kamilüz-ziyarat (Cəfir ibni Quləveyh, vəfat tarixi: h.q. 367)
    17. Nəhcül-bəlağə (İmam Əliyyibni Əbitalib əleyhis-salam)
    18. Vəsailüş-şiə (Hürr Amili, vəfat tarixi: h.q. 1104)
    Category: İmamiyyə şiələrinin əqidə üsullari | Added by: Islam_Kitabxanasi
    Views: 734 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024