İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 8:56 AM
    ÖN SÖZ
    Ümumi mənada "imamət” və "rəhbərlik”, xüsusi mənada isə İslam peyğəmbərinin canişinlik məsələsi tarixdə yüksək əhəmiyyət daşıyan teoloji-təfsiri bəhslərdəndir və heç bir mövzu haqda bu qədər söz açılmamışdır.
    Təəssüf ki, bəzən bu mövzu çərçivədən çıxaraq qanlı müharibə meydanına çevrilmişdir. Bəzi teoloqların dediyi kimi, vilayət və imamətlə bağlı qılınc çəkildiyi qədər İslamda qılınc çəkilməmişdir! Məhz bu səbəbdən də ən çox İslamın köklü əqidə üsullarından olan bu məsələ barədə yazılmış və mövzu bütün incəliklərilə maraqlananların ixtiyarına verilmişdir. Əlbəttə, burada məntiqsiz, ixtilaf törədən və yersiz təəssübkeşlikdən doğan fikirlərə də təsadüf olunur.
    Bu mühüm və həssas məsələ ilə bağlı vəzifələrimiz aşağıdakılardan ibarətdir:
    1. Məntiqsiz və təəssüb doğuran bəhslərdən uzaq olub, Allahın kitabına, qəti sünnə("Sünnə” lüğətdə üslub mənasındadır – istər yaxşı olsun, istərsə də pis. Dini termin kimi isə Peyğəmbəri-əkrəmin (s) əməl və sözlərindən ibarət olan və Qurani-kərimdə aşkar şəkildə qeyd olunmayan əmr, nəhy və göstərişlər mənasını daşıyır. Həmçinin, o həzrətin bir şeyi müşahidə edib təsdiqləməsinə də şamil olur. Yəni Peyğəmbər (s) hər hansı bir müsəlmanda gördüyü bir işi ona qadağan etməyibsə və sükutu ilə həmin əməli təsdiqləyibsə, sünnə ona da aid olur. İslamda şəriət mənbələrindən biri də sünnədir. ("Məalimul-mədrəsətəyn”, Əllamə Əskəri, 3-cü cild, səh. 9.) (Müt.)) və əqli sübutlara istinadən onları tərtib etmək;
    2. İmamətin əsasları ilə məsum imamların ilahi mənsəbindən sayılan vilayət və rəhbərliyi uyğunlaşdırmaq;
    3. Bu məsələni Quran baxımından araşdırıb, imamətlə bağlı ayələri dəqiq təfsir etmək.
    Bəzi tədqiqatçıların dediyi kimi, imamət haqda fikirlər yenicə yaranmamışdır və İslam aləmində peyğəmbərliyin davamı olan ümmətə rəhbərlik, İslamın taleyi ilə əlaqədar köklü bir məsələdir.("İmamət və rəhbəri”, Şəhid Mütəhhəri, səh. 13.)
    Biz hər şeydən öncə varlıq aləminə, daha sonra bəşəriyyətə rəhbərlik məsələsini, sonra məsum imamların rəhbərliyini və nəhayət, naiblərin hökumət və rəhbərliyini araşdıracağıq. Bütün bunlardan öncə bir neçə məsələni nəzərdən keçirmək zəruridir.
    İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR?
    Qeyd etmək lazımdır ki, imamətin tərifi ilə bağlı fikir ayrılığı var. Bir zümrə müsəlmanın (şiə və Əhli-beyt (ə) məktəbi ardıcıllarının) nəzərincə, imamət dinin əsası və etiqadın köklərindən olduğu halda, başqa bir zümrə (əhli-sünnə) onu fürui-din və əməli göstərişlərdən sayır.
    Məlum olduğu kimi, hər iki qrup məsələyə eyni gözlə baxmadığından, təbii olaraq ona fərqli təriflər vermişlər. Məsələn:
    Əhli-sünnə alimlərindən biri imamətə belə tərif verir:
    اَلْاِمامةُ رِئاسَةٌ عامَّةٌ فِيِ اُموُرِ الدّيِنِ وَالدُّنْيا، خَلافَة عَنِ النّبِي (ص)
    "İmamət İslam peyğəmbərinin (s) canişinliyi adı ilə din və dünya işlərinə ümumi rəyasət və rəhbərlikdir!”(Şərhi-təcrid”, Quşçi, səh. 472)
    Bu tərifə əsasən, imamət hökumət rəhbərliyinə aid zahiri məqam və vəzifədir. Bu hökumət dinə əsaslanır və Peyğəmbərin (s) (hökumət işlərindəki) canişini adını daşıyır. Təbii ki, burada "imam” xalq tərəfindən seçilməlidir.
    Başqa bir tərifdə deyilir: "İmamət müəyyən bir şəxsin şəri hökmlərə nəzarəti və dində İslam peyğəmbərinə (s) canişinlikdən ibarətdir. Belə ki, ona itaət bütün müsəlmanlara vacibdir!”("Təcridül-etiqad” kitabının qədim şərhi, Şəmsəddin İsfahani Əşəri, "Tovzihul-murad”dan ("Şərhu-təcridil-etiqad”ın haşiyəsi) nəqlən, Seyid Haşim Hüseyni Tehrani, səh. 672.)
    Bu tərifin birinci təriflə əsaslı fərqi yoxdur və hər iki tərif eyni məfhumu ehtiva edir. İbn Xəldun tarixlə əlaqəli "Müqəddimə” adlı kitabında bu tərifi qeyd etmişdir.
    Şeyx Müfid "Əvailul-məqalat” kitabının "ismət”("İsmət”, yəni insan elə bir güclü dərketmə qüvvəsinə malik olsun ki, başqaları kimi günah etməyə qadir olduğu halda, günaha düşməsin. Bu məsələ Allahın məsum şəxsi günahı tərk etməyə məcbur etməsi kimi təsəvvür olunmamalıdır. Allah-taalanın insana yüksək ağıl, kamal, dərrakə, mənəvi paklıq, eləcə də, ibadət və itaətə son dərəcədə diqqət kimi böyük nemətlər bəxş etməsi nəticəsində onun günah etmək qüdrətinə malik olmasına bayxmayaraq, onu öz ixtiyarı ilə tərk edir. Peyğəmbərlər və imamlar da bu məqama malik olduqları üçün onlara "məsum” deyilir. ("Camieyi-kəbirə ziyarətnaməsinin şərhi”, Seyid Abdullah Şübbər, səh. 180.) (Müt.)) bölümündə belə yazır:
    اِنَّ الاَئِمَّةَ القائِمِينَ مَقامَ الْاَنْبِياء فِى تَنْفِيذِ الْاَحْكامِ وَ اِقامَةِ الحُدوُدِ وَحِفْظِ الشَرايِع وَتأديبِ الاَنامِ مَعْصوُموُن كَعِصْمَةِ الاَنْبِياء
    "Peyğəmbərin (s) canişini olan imamlar hədd(Şəriətdə bəzi günah və pozğun işləri törədənlərin fiziki cəzalanmasına "hədd” deyilir. (Müt.)), hüquq və hökmlərin icrasında, şəriətin qorunması, eləcə də, insanların tərbiyəsində peyğəmbərlər kimi (günah və xətadan) məsumdurlar!”(Müqəddimə”, İbn Xəldun, səh. 191.)
    Əhli-beyt (ə) ardıcıllarının əqidəsinə uyğun bu tərifə əsasən, imamət xalqa rəyasət və rəhbərlikdən də yüksək məqamdır. İmamlar peyğəmbərlərin (vəhyi istisna etməklə) bütün spesifik xüsusiyyətlərinə malikdirlər. Buna görə də "ismət” sifəti (günah və xətalardan paklıq) imamlara da aiddir.
    "Şərhu Ehqaqil-həqq” kitabında şiəlik baxımından imamətə belə tərif verilir: "İmamət peyğəmbərin peyğəmbərlik və onun ayrılmaz xüsusiyyətlərini istisna etməklə, bütün səciyyəvi xüsusiyyətlər və fəzilətlərini əhatə edən ilahi bir mənsəb, məqamdır.”("Şərhu Ehqaqil-həqq”, 2-ci cild, səh. 300 (birinci vərəqaltı haşiyədə).)
    Bu tərifə əsasən, imam Peyğəmbər (s) vasitəsilə, Allah tərəfindən seçilir. İmam o həzrətin (peyğəmbərlik məqamından başqa) bütün fəzilət və imtiyazlarına malikdir. Onun işi yalnız dini hökumət və rəhbərliklə bitmir. Beləliklə, imamət fürui-din və əməli vəzifələrdən yox, dinin əsaslarından sayılır!
    ***
    İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?
    Öncə qeyd edildiyi kimi, bu sualın cavabı bizə aydındır. Amma müxtəlif nəzəriyyələr də mövcuddur. Əhli-sünnənin məşhur alimi və "Nəhcül-həqq”("Ehqaqul-həqq” kitabı ona cavab olaraq yazılmışdır.) kitabının müəllifi Fəzl ibn Ruzbehan yazır: "Əşərilərin baxışında imamət dinin əsası və etiqadi məsələlərdən yox, mükəlləfin əməli ilə bağlı fürui-dindəndir!”("Ehqaqul-həqq”, 2-ci cild, səh. 294 və "Dəlailus-sidq”, 2-ci cild, səh.4.)
    Bu məsələdə əhli-sünnənin digər firqələri ilə əşərilik arasında heç bir fərq yoxdur. Çünki onların hamısı imaməti əməli yöndə xalqa tapşırılan vəzifələrdən bilirlər. Yalnız Əhli-beyt (ə) məktəbinin ardıcılları olan şiələr, eləcə də, Qazi Beyzavi və onun bir qrup ardıcılı imaməti dinin əsaslarından hesab edirlər.("Dəlailus-sidq”, 2-ci cild, səh. 8.) Bunun səbəbi aydındır. İmamət Allah tərəfindən müəyyənləşmiş ilahi mənsəb və məqam olduğundan onun təyini yalnız Allaha aiddir. Şəriətin əsasını qoyan Peyğəmbərə (s) inam zəruri olduğu kimi, imamlara da inam labüddür. Lakin bu o demək deyil ki, imamiyyə şiələri bu fikirlə müxalif olanları kafir adlandırırlar. Əksinə, onlar sair müsəlman firqələrini müsəlman bilir və bu əqidəni qəbul etməsələr də onlara müsəlman qardaş kimi baxırlar. Məhz bu səbəbdən şiələr dini etiqadı iki hissəyə bölmüşlər: 1) Dinin əsasları – tövhid, nübüvvət və məad; 2) Məzhəb əsasları – ilahi ədalət və imamət.
    Bu araşdırmanı İmam Rizanın (ə) bir buyuruğu ilə sona yetiririk:
    اِنَّ الْاِمامَةَ زَمامُ الدِّينِ وَنِظامُ المُسلِمِينَ وَصَلاحُ الدُّنْيا وَعِزُّالمؤُمِنِينَ، اِنَّ الْاِمامَةَ اُسُُّ الْاِسْلامِ النّامِى وَفَرْعُهُ السّامِى، بِالْاِمامِ تَمامُ الصَّلاة وَالزَّكات وَالصِّيام وَالحَجّ وَالجَهاد وَتَوْفيرُ الفَيئ وَالصَّدَقات وَاِمْضاءُالْحُدوُد وَالْاَحْكام، وَمَنْعُ الثُّغوُر وَالْاَطْراف، اَلاِمامُ يَحِلُّ حَلالَ الله، وَيَحْرُمُ حَرامَ الله، وَيُقِيمُ حُدوُد الله، وَيَذُبُّ عَنْ دِينِ الله، وَيَدْعُو اِلی سَبِيلِ رَبِّهِ بِالحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَالْحُجَّةِ الْبالِغَةِ
    "İmamət dinə rəhbərlik, müsəlmanların nizam-intizamı, dünyanın abadlığı və möminlərin izzəti deməkdir. İmamət həqiqi İslamın əsası və onun gövdəsidir. İmam vasitəsilə namaz, zəkat, oruc, həcc və cihad kamilləşir, beytül-mal (ümumi əmlak) və sədəqə (yoxsullara kömək) çoxalır, qanun və hökmlər icra olunur, İslamın sərhədləri qorunur. İmam Allahın halalını halal, haramını haram bilir, Allahın hökmlərini icra edir, Onun dininin müdafiəsində dayanır. Elm, yaxşı nəsihət, möhkəm və tutarlı dəlillərlə (insanları) Rəbbinə doğru dəvət edir!”
    ***
    İMAMƏT BƏHSLƏRİ NƏ VAXTDAN BAŞLANDI?
    İslam peyğəmbərindən sonra canişinlik məsələsi ilə bağlı mübahisə yarananda bir qrup Peyğəmbərin (s) özünə canişin təyin etmədiyini və bu işi ümmətin öz öhdəsinə qoyduğunu iddia etdi. Dedilər ki, ümmət bir yerə toplaşıb, öz aralarından bir nəfəri rəhbər seçməlidir. Həmin şəxs hökuməti idarə etməli, xalqın nümayəndəsi olaraq rəhbərlik vəzifəsini yerinə yetirməlidir. Hərçənd, İslam tarixində belə bir seçki əsla baş vermədi. Xəlifəliklə bağlı ilk mərhələ yalnız səhabədən təşkil olunan kiçik bir dəstənin təyini, ikinci mərhələ səsvermə, üçüncü mərhələ isə altı nəfərdən ibarət bir şura vasitəsilə başa çatdı. Bu növ təfəkkür tərzinin tərəfdarları "əhli-sünnə” adlanırlar.
    Bu fikrə müxalif qrupun əqidəsincə, Peyğəmbərin (s) canişini Allah tərəfindən təyin olunmalıdır. Çünki o, ümmətin maddi və mənəvi rəhbərliyini öhdəsinə götürmək, İslamın əsaslarını qorumaq, dini yaşatmaq, şəri hökm və Quranın incəliklərini şərh etmək üçün Peyğəmbər (s) kimi yüksək elmə malik olmalı, günah və xətaya yol verməməlidir. Bu qrup "imamiyyə”, yaxud "şiə” adlanır. Bu ad Peyğəmbərdən (s) nəql olunan hədislərdən götürülmüşdür. Belə ki, əhli-sünnənin məşhur mənbələrindən sayılan "Əd-durrul-mənsur” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: "Biz Peyğəmbərin (s) yanında idik. Bu zaman Əlinin (ə) bizə tərəf gəldiyini gördük. Peyğəmbər (s) buyurdu:
    ...اِنَّ هذا وَ شِيعَتَهُ لَهُم الْفائِزُونَ يَوْمَ الْقِيامَةِ
    "O və onun şiələri qiyamət günü nicat tapacaqlar.” Bu məqamda "İnnəl-ləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh” («Həqiqətən, iman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır») ayəsi nazil oldu.”("Əd-durrul-mənsur”, 6-cı cild, səh. 379. ("Bəyyinə” surəsinin 7-ci ayəsinin təfsirində.))
    Hicri-qəməri 5-ci əsrin məşhur əhli-sünnə alimi Hakim Nişapuri "Şəvahidut-tənzil” kitabında Peyğəmbəri-əkrəmdən (s) müxtəlif sənədlərlə bu məzmunu ifadə edən iyirmidən artıq rəvayət nəql etmişdir. O cümlədən, İbn Abbasdan belə nəql olunur: "Həqiqətən, iman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır!” ayəsi nazil olanda, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:
    هُوَ اَنْتَ وَ شيعَتَكَ...
    "Bu ayədə məqsəd sən və sənin şiələrindir!”("Şəvahidut-tənzil”, 2-ci cild, səh. 357.)
    Başqa bir hədisdə Əbu Bərzədən nəql olunur ki, Peyğəmbəri-əkrəm (s) bu ayəni tilavət etdikdən sonra buyurdu:
    هُمْ اَنْتَ وَ شيعَتَكَ يا عَلِىّ
    "Ya Əli! Onlar sən və şiələrindir!”(Yenə orada, səh. 359)
    Bu hədis əhli-sünnə İbn Həcərin "Əs-səvaiq” və Məhəmməd Şəbləncinin "Nurul-əbsar” kimi mötəbər kitablarında da qeyd olunmuşdur.("Əs-səvaiq”, səh. 96 və "Nurul-əbsar”, səh. 70 və 110. Bu hədisin raviləri və onu nəql edən kitablar barəsində əlavə məlumat əldə etmək istəyənlər "Ehqaqul-həqq” kitabının 3-cü cildinin 287-ci və 14-cü cildinin 258-ci səhifələrinə müraciət etsinlər.)
    Bu rəvayətlərə əsasən, imam Əlinin (ə) tərəfdarları və ardıcıllarının adını Peyğəmbəri-əkrəmin (s) özü təyin etmişdir. Bəzilərinin bu ad və ünvandan narahat olub onu pis yad etməsi, "ş” hərfi ilə "şər”, eləcə də, "ş” hərfi ilə başlanan digər pis sözlər kimi nəzərdə tutması təəccüblü deyilmi?!
    Doğrusu, həmişə məntiqi dəlillər üzərində hərəkət etməyə cəhd göstərən bir tədqiqatçının belə sözlər deməsi maraqlıdır! Halbuki hər bir sözün hərflərini asanlıqla pis və ya yaxşı mənalarda yozmaq olar.
    Ümumiyyətlə, şiəliyin yaranışı İslam peyğəmbərinin vəfatından sonraya yox, elə o həzrətin öz zamanına təsadüf edir. Peyğəmbər (s) bu adı imam Əlinin (ə) dostları və ardıcıllarına aid etmişdir. İslam peyğəmbərini Allahın rəsulu kimi tanıyanlar yaxşı bilirlər ki, (Quran ayəsinə əsasən,) o həzrət nəfsani hisslər əsasında danışmır, bütün dedikləri vəhydən qaynaqlanır. Əgər o həzrət "Ya Əli, sən və ardıcılların qiyamət günü nicat tapanlardansınız”, – deyə buyurmuşsa, demək, bu əsl həqiqətdir.
    ***
    QURAN VƏ LÜĞƏTDƏ İMAM SÖZÜ
    Lüğət alimlərinin qeyd etdikləri kimi, "imam” sözü feldən əmələ gələn mücərrəd isimdir və insanın diqqət mərkəzində saxladığı, ardınca düşərək tələb etdiyi hər bir şeyə aid edilir. Bu söz müxtəlif yerlərdə ayrı-ayrı mənaları ifadə edir. Məsələn, bəzən "imam cümə”, ”imam camaat”, "hidayət imamı”, bəzən də "zəlalət imamı” kimi müəyyən mənalar nəzərdə tutulur.(Ət-təhqiq”, "əmm” kökü.)
    Bu söz əslində "niyyət etmək” mənasını daşıyan "əmm” sözündən götürülmüşdür. "Məqayisul-lüğət” kitabında yazılır: "Ümm” əsl, mərcə, camaat və din mənalarını bildirir, iqtida olunan və hər bir işdə qabaqcıl şəxsə "imam” deyilir. "İmam” sözü "ön” mənasında da işlədilmişdir.”
    "Lisanul-ərəb” kitabında "imam” sözünün bir çox mənaları qeyd edilmişdir. O cümlədən, qabaqcıl, müəllim, evin bünövrəsini qurmaq üçün istifadə olunan ip (vəsait), yol, hər bir şeyin ön hissəsi və s.
    Lakin belə nəzərə çarpır ki, "Ət-təhqiq” kitabının müəllifinin yazdığı kimi, bütün bu mənaların batinində müəyyən məqsədlə niyyət etmək mənası var. Hətta ərəb dilində anaya "ümm” deyilməsinin səbəbi hər bir şeyin əsas və kökünün "ümm” adlanmasıdır. Həm də o, insanın məqsəd və diqqət mərkəzindədir. Həmçinin iqtida olunan şəxs mənasında imam o kəslərə deyilir ki, camaat xüsusi meyl və məqsədlə onlara üz tutur.
    Bunu da deməliyik ki, Qurani-kərimdə bu söz və onun cəm forması olan "əimmə” sözü düz on iki dəfə – yeddi dəfə tək, beş dəfə isə cəm halda işlədilmişdir. Qurani-kərimin ayələrindən birində bu söz "lövhi-məhfuz” mənasında işlədilmişdir:
    كُلَّ شَيْءٍ اَحْصَيْنَاهُ فِى إِمامٍ مُبِينٍ
    "Hər bir şeyi aşkar imamda – (lövhi-məhfuzda) sayıb hesabladıq!” (Yasin” surəsi, ayə: 12.)
    Başqa bir ayədə bu söz yol mənasında işlədilir:
    وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ
    "Hər ikisi (Lut və Şüeyb qövmlərinin yaşadıqları şəhərlər Şama doğru gedən sizlərin) açıq-aşkar yolunuz üzərindədir!” (Hicr” surəsi, ayə: 78.)
    Çünki insan məqsədə nail olmaq üçün yola əhəmiyyət verir.
    Quranın başqa iki ayəsində bu sözlə yəhudi qövmünə örnək və qabaqcıl şəriət olan Tövrata işarə edilir və buyurulur:
    وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إِمَامًا وَرَحْمَةً
    "Bundan qabaq Musanın kitabı onlara rəhbər və rəhmət idi.” ("Əhqaf” surəsi, ayə: 12 və "Hud” surəsi, ayə: 17.)
    Bu söz beş ayədə ilahi və saleh rəhbərlərə aid edilmişdir. O cümlədən:
    قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا
    "Allah İbrahimə buyurdu: "Mən səni insanlara imam təyin etdim!” ("Bəqərə” surəsi, ayə: 124.)
    Başqa bir ayədə bir qrup peyğəmbərlər haqda buyurulur:
    وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا
    "Biz onları öz əmrimizlə (camaatı ) doğru yola yönəldən imamlar və qabaqcıllar təyin etdik!” ("Ənbiya” surəsi, ayə: 73.)
    Ümumi mənada bu məfhum "Furqan” surəsinin 74-cü, "Qəsəs” surəsinin 5-ci və "Səcdə” surəsinin 24-cü ayələrində də müşahidə olunur.
    Başqa bir ayədə isə küfr və zəlalət rəhbərləri nəzərdə tutulur. Ayədə buyurulur:
    فَقَاتِلُواْ أَئِمَّةَ الْكُفْرِ
    "Belə isə küfr rəhbərləri ilə döyüşün!” (Tövbə” surəsi, ayə: 12.)
    Digər bir ayədə geniş mənada həm hidayət, həm də zəlalət rəhbərlərinə işarə olunur və buyurulur:
    يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ
    "O gün (qiyamətdə) hər tayfanı öz rəhbərləri ilə birgə çağıracağıq!” ("İsra” surəsi, ayə: 71.)
    Ümumiyyətlə, Qurani-kərimdə "imam” sözü müxtəlif mənalarda on iki dəfə işlədilmişdir.
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 885 | Downloads: 0 | Rating: 3.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024