İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 8:55 AM
    QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI
    Əslində imamət və rəhbərlik təkcə dini məsələ deyil və bütün yaradılış aləmində əhəmiyyət daşıyır. Allah-taala Özü varlıq aləminin əsl imamı və rəhbəridir, kainatı hidayət və idarə edən də Odur!
    Qurani-kərimdə bu məsələyə xüsusi əhəmiyyət verilmiş və imamət insanın təkamül seyrinin son mərhələsi sayılmışdır. Yalnız "ulul-əzm” peyğəmbərlər ona çatmışlar. Belə ki, "Bəqərə” surəsinin 124-cü ayəsində buyurulur:
    وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِن ذُرِّيَّتِي قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ
    "Xatırla o zamanı ki, İbrahimi öz Rəbbi kəlmələrlə (müxtəlif vasitələrlə) imtahana çəkdi və o, imtahanları tamamladı (onların öhdəsindən layiqincə gəldi). Bu zaman Allah ona buyurdu: "Səni insanlara imam təyin etdim!” İbrahim "nəslimdən necə” (onları da imam qərar verəcəksənmi) – soruşduqda Allah buyurdu: "Mənim əhdim (imamlıq məqamı) heç vaxt zalımlara çatmaz! (Və bu məqama yalnız sənin pak və məsum övladların layiqdir!)”
    Ayənin əvvəlində həzrət İbrahimin bir neçə kəlmə ilə imtahana çəkilməsindən söz açılmışdır. Təfsir alimləri arasında bu kəlmənin nədən ibarət olması barədə fikir ayrılığı vardır. "Ruhul-məani” kitabının müəllifi bu haqda on üç baxış qeyd etmişdir.("Ruhul-məani”, 1-ci cild, səh. 336.)
    Nəzərə daha düzgün gələn baxış budur ki, "kəlmələr”də məqsəd İbrahim peyğəmbərin öhdəsinə qoyulan ağır vəzifələrdən ibarət müxtəlif əmr və qadağalardır. Bu vəzifələr – əmr və qadağalar aşağıdakılardan ibarətdir: onun bütpərəstlərə qarşı şücaətli qiyamı, bütləri sındırması, odda yandırılması, ürəyinin parası olan övladını qurban etmək məqsədi ilə bıçağı onun boğazına qoyması, ailə-uşağından keçib, onları Məkkənin bir nəfər belə yaşamayan quru və yandırıcı torpağında tək-tənha qoyması və nəhayət, müqəddəs vəzifəsini yerinə yetirmək üçün bütpərəstlərin yaşadığı diyardan köçməsi... Bunların hər biri ağır imtahan olsa da, İbrahim (ə) iman və səbir qüvvəsilə onların öhdəsindən gələrək imamət məqamına nail olmuşdur.
    Bəzi təfsirçilər həzrət İbrahimin (ə) imtahanlarının otuzdan çox olduğunu qeyd edərək demişlər ki, bu otuz imtahan Qurani-kərimin üç yerində – "Tövbə” surəsinin 13-cü ayəsi (on imtahan), "Əhzab” surəsinin 1-9-cu və 35-ci ayələrində (qalan iyirmi imtahan) açıqlanmışdır. Lakin bu imtahanların bir qisminin təkrar yönünə diqqət yetirdikdə, həmin nəzəri düzgün hesab etmək olmaz.
    Ümumiyyətlə, İbrahim (ə) qəhrəmanlıq göstərərək bütləri sındırdı, bütün ağır sınaqların öhdəsindən layiqincə gələrək imamət libası geyindi. Allah-taala onun böyük iftixar və məqama nail olduğunu belə açıqlayır: "Mən səni insanlara imam təyin etdim!”
    Həzrət İbrahimin (ə) risalət və peyğəmbərlik məqamından, eləcə də, bütün mübarizələrdən sonra ömrünün sonunda nail olduğu bu məqam hansı məqam idi?
    Sözsüz ki, həzrət İbrahimin (ə) ağır imtahanlardan sonra Allah tərəfindən layiq görüldüyü bu məqam onun peyğəmbərlik məqamından üstün olmalıdır. Təfsir alimləri ayədə qeyd olunan "imam” sözü haqda çox söz demişlər və bəziləri bu sözün məna incəliyinə varmadan ciddi tərəddüdlərə düçar olmuşlar. Ən maraqlısı budur ki, bir qrup məşhur təfsirçilər onu nübüvvət və peyğəmbərlik məqamı ilə eyni bilmişlər. Halbuki həzrət İbrahimin (ə) həmin vaxt peyğəmbər olmasına heç bir şəkk-şübhə yox idi. O, imamət məqamına çatanda, peyğəmbərliyindən uzun illər keçmişdi, həm də övlad sahibi olmuşdu. Ayənin davamında da onun Allahdan öz övladları üçün imamət məqamı istədiyi göstərilir.
    Bir çox təfsirçilər həzrət İbrahimin (ə) imtahana çəkildiyi "kəlmələr”in Allah tərəfindən aldığı bir sıra təlimlərdən, yaxud bütpərəstlərlə mübarizəsindən, Kəbə evini bina etməsi və oğlunu qurban kəsməsindən ibarət olduğunu bildirsələr də, bəziləri yenə də imaməti peyğəmbərlik məqamına aid etmişlər. Halbuki bütün bu göstəriş və qəhrəmanlıqlar həzrət İbrahimin (ə) peyğəmbərlik məqamından sonra baş vermişdir. Hər halda, onların təfsirlərində "Mən səni insanalara imam təyin etdim” cümləsi aydın şərh olunmur.
    Ayədə qeyd olunan "imamət”in itaətin vacibliyi mənasında təfsiri də düzgün deyil. Çünki hər bir peyğəmbərə itaət vacibdir. Əgər məqsəd İbrahimə (ə) itaət etməyin vacibliyidirsə, artıq bu onun üçün üstün məqam sayıla bilməz.
    Bəziləri də başqa bir təfsirlə demişlər: "İmamda məqsəd din və dünya işlərinə rəhbərlikdir. Başqa sözlə, hökumətə başçılıq nəzərdə tutulur.”
    Bu təfsir qeyd etdiyimiz digər iki təfsirdən fərqli olsa da, imamətin dərin mənasını aydın göstərmir. Bizim nəzərimizcə, bu zəmində digər ayələrə diqqət yetirdikdə imamətin daha yüksək bir məqama aid olduğu aydınlaşır. O da geniş mənada ilahi proqramların həyata keçirməsindən – həm hökumət məsələləri, həm əmr və hökmlərin icrası, həm də insanların zahiri və batini tərbiyəsindən ibarətdir.
    İzah: Peyğəmbərlərin göndərilməsində əsas məqsəd bəşəriyyəti hidayət etmək, doğru yola yönəltməkdir. Bu hidayət iki mərhələdə həyata keçirilir:
    1. Haqq yolu göstərmək; bu bütün ilahi peyğəmbərlərin vəzifəsidir.
    2. Məqsədə çatdırmaq; bu da iki hissəyə bölünür:
    a) "Təşrii hidayət”; yəni dinin əsaslarını gerçəkləşdirmək, istər hökumət qurub hökmləri icra və ictimai ədaləti bərpa etməklə, istərsə də əməli olaraq insanları tərbiyələndirməklə hər iki iş peyğəmbərlərin hədəf və məqsədlərinin gerçəkləşməsi üçün vasitə olsa da, onları həyata keçirmək asan deyil. Bu işin sahibi mütləq elm, təqva("Təqva” sözü əsasən Allahın əzəmət və cəlalından qafil olmamaq, Onun hökmləri ilə müxalifət etməmək, inadkar və günahkarların qazandıqları ilahi əzabların çətin və ağır olmasından qorxmaq mənasındadır. Təqvanın müxtəlif dərəcəsi vardır: 1-Günah və haram işlərdən uzaq olmaqdan ibarət olan xalqın əmr olunmuş təqva həddidir; 2-Məxsus insanların əldə etdikləri təqva həddidir ki, təkcə haram işlərdən deyil, həm də məkruh və bəyənilməz işlərdən də uzaq olmaq və pəhriz etməkdir; 3-Məxsusların məxsusunun nail olduqları təqva dərəcəsinə şamil olur. Bu seçilmiş şəxsiyyətlər hətta bəzi mübah və halal olan, lakin insanın özünü məşğul edib, onu Allahın yadı və zikrindən yayındıran əməllərdən çəkinib pəhriz edirlər. ("Camieyi-kəbirə ziyarətnaməsinin şərhi”, Seyid Abdullah Şübbər, səh. 98.) (Müt.)), şücaət və müdiriyyət kimi xüsusiyyətlərə malik olmalıdır.
    b) "Təkvini hidayət”; yəni mənəvi təsirlə hidayət nurunu insanların qəlbinə şüalandırmaq. Bu mənəvi və daxili bir hərəkət, seyrdir. İlahi rəhbər və peyğəmbərlər öz ardıcıllarını zahiri və xarici seyrlə inkişaf etdirirlər. Şübhəsiz, belə bir proqram icra etmək istəyən şəxs bir çox xüsusiyyətlər və hazırlıqlara malik olmalıdır.
    Hidayətin hər iki qismində dini və ilahi vəzifələr həyata keçirilir, layiqli insanlar maddi və mənəvi, zahiri və batini təkamülə çatdırılır. Ayədə qeyd olunan imamətdə məqsəd məhz budur! Həzrət İbrahim (ə) xüsusi sifət və xislətlərə malik olmasaydı bu məqama çata bilməzdi!
    Qeyd edilənlərdən belə nəticə çıxarırıq ki, bir şəxs həm imamət, həm də peyğəmbərlik məqamına nail ola bilər. Ulul-əzm peyğəmbərlərdən İbrahimi (ə) və İslam peyğəmbərini (s) misal göstərmək olar. Eləcə də, bir şəxs peyğəmbər olmadığı halda, imamət məqamına nail ola bilər. "Rəsul” və "nəbi”dən fərqli, vəhy almayan məsum imamları misal çəkmək olar.
    Ümumiyyətlə, ayənin başlanğıcında buyurulan "Mən səni insanlara imam təyin etdim” cümləsində imamət məqamının böyüklüyü və imamın Allah tərəfindən seçilməsi aydın olur. Həmin ayənin davamında bu nöqtə daha təkidlə qeyd edilir. Belə ki, İbrahim (ə) bu məqama nail olduqda gələcək nəsli haqda da düşünüb deyir: "İlahi! Nəslimdən də? (Onları da imam qərar verəcəksənmi?)” Bu zaman Allah tərəfindən belə xitab gəlir: "Mənim (imamət və vilayət) əhdim heç vaxt zülmkarlara çatmaz!” Yəni ey İbrahim! Sənin övladlarından yalnız zülm və günahdan uzaq, pak olanlar bu məqama layiqdir!
    Şübhəsiz, burada "zülm” deyərkən, yalnız başqalarına rəva görülən zülm və haqsızlıq yox, həm də geniş mənada ədalətin əksi (antonimi) olan zülm nəzərdə tutulur. Ədalət geniş mənada hər şeyin yerini düzgün təyin etmək, zülm isə onun yerini səhv salmaqdır. Qurani-kərimdə həzrət Loğmanın (ə) oğluna belə dediyi buyurulur:
    يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ
    "Oğlum! Allaha şərik qoşma; çünki şirk böyük zülmdür!” ("Loğman” surəsi, ayə: 13.)
    Aydındır ki, burada ədalət kamil ədalət, başqa sözlə, imamətlə uyğunlaşan ismət məqamıdır. Günahla yanaşı ədalət isə imamət məqamından uzaqdır və ona layiq deyil. Bəli, yuxarıdakı ayə imamın məsum və günahsız olmasına bir sübutdur.
    Maraqlıdır ki, biz ədalət üçün ömrün əvvəlindən sonuna qədər hər bir günahdan uzaqlığı şərt saymalıyıq, yoxsa yox?
    Bəziləri ”üsul” qaydalarına əsaslanaraq deyirlər: "Əgər bir kəs müəyyən sifətlə vəsf edilərsə, həmin halda ona malik olmalıdır. Məsələn, "ayaq üstə duran” sifətini o kəsə aid edə bilərik ki, həmin vaxt ayaq üstə olsun. Əvvəlcə ayaq üstə olub, sonra oturan şəxsə bunu aid etmək düzgün deyil. Buna əsasən, ayənin məfhumu belə olur ki, imam imamət məqamına nail olduğu zaman zülm, şirk, günah və çirkinliklərdən uzaq olmalıdır. Deməli, ədalət və ismət sifətləri ömrün əvvəlinə şamil olmur.
    Lakin hədislərə əsasən, Əhli-beyt imamları (ə) İslam peyğəmbərinə (s) istinadən "imam”ın ömür boyu ədalətli olduğunu bildirmişlər. Abdullah ibn Məsud Allahın Rəsulundan (s) belə nəql edir ki, Allah-taala İbrahimə (ə) buyurdu:
    لا اُعْطِيكَ عَهْداً لِلظّالِمِ مِنْ ذُرِّيَّتِكَ
    "Mən (imamət) əhdimi övladlarından zülmkar olanlara əta etmərəm!”
    قالَ يا رَبِّ وَمَن الظّالِمُ مِنْ وُلْدی الَّذِی لا يَنالُ عَهْدِكَ؟
    İbrahim (ə) dedi: "İlahi! Sənin əhdinə nail olmayan zülmkar övladlarım kimlərdir?”
    قالَ مَنْ سَجَدَ لِصَنَمٍ مِنْ دوُنِی لا اَجْعَلُهُ اِماماً اَبَداً وَلا يَصْلَحُ اَنْ يَكوُنَ اِماماً
    Allah buyurdu: "Məni qoyub, bütə səcdə (pərəstiş) edən kəsi heç vaxt imam təyin etmərəm. O, imamlığa layiq deyil!”("Əmali”, Şeyx Müfid, "Burhan” təfsirindən nəqlən, 1-ci cild, səh. 151, hədis: 13.)
    Bunu əhli-sünnənin məşhur alimi İbn Məğazili "Mənaqib” kitabında azacıq fərqlə İbn Məsuddan nəql edir ki, Peyğəmbəri-əkrəm (s) bu ayənin təfsirində buyurdu: "Allah-taala İbrahimə (ə) buyurdu: "Məni qoyub, bütə səcdə (pərəstiş) edən kəsi heç vaxt imam təyin etmərəm!” Sonra Həzrət sözünə əlavə etdi: "Nəhayət, İbrahimin duası mənə və qardaşım Əliyə çatdı. Bizim heç birimiz bütə əsla səcdə etməmişik!”("Mənaqib”, İbn Məğazili, "Əl-mizan” kitabından nəqlən, 1-ci cild, səh. 278, həmin ayənin təfsirində.)
    Mötəbər kitablarda bu zəmində Əhli-beytdən (ə) nəql olunan digər rəvayətlər də var. Bütün bu rəvayətlərdən aydın olur ki, İbrahim (ə) Allahdan imamət məqamını zülmkar və müşrik kəsə əta etməsini heç vaxt istəməmişdir. Onun Allaha duası sonradan tövbə edərək haqq-ədalət yolunu tutanlar üçün olmuşdur. Bu zaman Allahdan xitab gəlir ki, imamət əhdi yalnız əzəldən zülm etməyən və Allaha şərik qoşmayanlara nəsib olacaq!
    Böyük təfsir alimi Əllamə Təbatəbai "Əl-mizan” təfsirində yazır: "Bu ayənin imamların (ömür boyu) məsumluğuna dəlil oması barədə ustadlarımızın birindən soruşduqda belə cavab verdi: "İnsanlar əql və məntiq baxımından dörd qrupa bölünür:
    1. Ömrünü əvvəldən axıra qədər zülm və haqsızlıqla keçirənlər;
    2. Ömrü əvvəldən axıra qədər hər bir günah və zülmdən pak olanlar;
    3. Ömrünün əvvəlində zülmkar olan, axırda isə bu işdən çəkinənlər;
    4. Ömrünü əvvəlcə ədalətlə başlayan, sonra isə zülmlə başa vuranlar.
    Şübhəsiz, həzrət İbrahim kimi peyğəmbərin Allahdan birinci və dördüncü qrupa aid olanlar üçün imamət məqamı istəməsi əsla təsəvvür olunmur. Burada iki qrup qalır və Allah-taala üçüncü qrup üçün imamət məqamını rədd edir. Beləliklə, yalnız bir qrup qalır - ömrünün əvvəlindən sonuna kimi pak və günahdan uzaq olanlar!("Əl-mizan”, 1-ci cild, səh. 274.)
    Fəxri-Razi "Kəbir” təfsirində etiraf edir ki, bu ayə peyğəmbərlərin məsum olmasını göstərir. Diqqəti cəlb edən budur ki, peyğəmbərin məsum olması onun imamət məqamı ilə sübuta yetir, yəni hər bir peyğəmbər imamdır.”
    Bütün bu qeydlərdən sonra Qurani-kərim baxımından imamət məqamının əzəmət və böyüklüyü məlum olur. Məqsədimiz məhz bu nöqtəni aydınlaşdırmaq idi.
    ***
    İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
    İbrahimin (ə) imamət məqamından söz açan ayədə imamın vücudunun əhəmiyyəti qısa şəkildə qeyd olundu. Lakin mövzu yüksək əhəmiyyətə malik olduğundan burada ayrıca, geniş araşdırmanı lazım görürük.
    Ümumiyyətlə, peyğəmbərlərin gəlişindəki məqsəd, yaxud vücudunun zərurəti haqda deyilənlər imamlara da aiddir.
    Xacə Nəsrəddin Tusi "Təcridul-etiqad” kitabının "Nübüvvət” fəslində peyğəmbərlərin besətinin səbəbini açıqlayarkən doqquz səbəb qeyd etmişdir. Biz burada onları qısaca nəzərdən keçirəcək və görəcəyik ki, onların çoxu məsum imamlara da şamildir.
    1. Əqli mərifətin nəqli yolla qüvvətləndirilməsi. Belə ki, insan əql qüvvəsilə bir çox nəzəri və əməli həqiqətləri dərk etsə də, bəzən qəlbində şübhələr baş qaldırır. Bu isə bir şeyə inam və imanın qarşısını alır. Amma əqlin hökmləri ilahi və məsum rəhbərlərin bəyanı ilə təsdiq edildikdə, bütün maneələr aradan qalxır, insan qəlbən rahatlıq tapır və hər hansı işə meyli artır.
    2. Bəzən insan bir sıra işlərdən çəkinir və qorxur ki, onun əməli Allahın istəyinə əks olsun. İlahi rəhbərlərin icazəsi ilə bu qorxu aradan qalxır.
    3. İnsanın bütün əməl və rəftarları "əql yaxşı-pisi dərk edir” ölçüsünə yerləşmir. Çox olar ki, əql bir işin yaxşı, yaxud pis olduğunu dərk etməsin. Yaxşını pisdən ayırd etmək üçün ilahi rəhbərlərə ehtiyac duyulur.
    4. İnsan ilahi rəhbərlər olmadan, yalnız öz düşüncəsi ilə xeyir-ziyanını dərk etməyə qadir deyildir.
    5. İnsan ictimai bir varlıq olduğundan fərdlər bir-birləri ilə həmkarlıq və bir-birlərinə kömək etmədən həyatın problemlərini həll etməyə qadir deyillər. Şübhəsiz, bütün fərdlərin hüquqlarını qoruyan, onları düzgün istiqamətləndirən qanunlar olmadan ictimai ədalət bərpa olunmayacaq, istənilən nəticə əldə edilməyəcək. Bu qanunları tam mənada düzgün ayırd və icra edə bilən kəs yalnız agah, pak, məsum ilahi rəhbərlər ola bilər.
    6. İnsanlar kamilliyi dərk etmək, elm və maarifə yiyələnib fəzilətlər qazanmaq baxımından bir-birlərindən fərqlənirlər; bəziləri buna tam qadir, bəziləri isə acizdirlər. İlahi rəhbərlər birinci qrupa təkan verir, ikinci qrupa kömək edirlər ki, hər ikisi mümkün kamala çatsın.
    7. Ümumiyyətlə, insan həyatı elm, sənət və digər sahələrlə sıx əlaqədardır. İlahi rəhbərlər isə onların inkişafında çox güclü mühərrikdirlər.
    8. İnsanlar öz əxlaqi səciyyələri ilə bir-birlərindən fərqlənirlər. Onların düzgün təlim-tərbiyəsində pak və məsum kəslərə ehtiyac vardır.
    9. İlahi rəhbərlər itaətlə bağlı savab və mükafat, günahla bağlı cəza və əzabdan tam agahdırlar. Onların əməllərin aqibəti ilə bağlı xəbərdarlıqları hər hansı vəzifənin düzgün yerinə yetirilməsində güclü amil sayılır.("Şərhi-təcrid”, səh. 271 (ixtisarla).)
    İmamət məqamı nübüvvətin davamı olduğu üçün qeyd edilən səbəblərin çoxu məsumlara da aiddir.
    Qurani-kərimdə bütün bunlar, hətta onların ən üstün üç qismi ixtisarla verilmişdir: "təlim”, "tərbiyə” və "ədalətin icrası”. Bir çox ayələrdə onlara toxunulmuş və bir ayədə İslam peyğəmbərinin (s) besət fəlsəfəsi belə bildirilmişdir:
    هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ
    "Yazıb-oxumaq bilməyən ərəblər arasından onların özlərindən olan bir peyğəmbər göndərən Odur! Bu Peyğəmbər onlara Allahın ayələrini oxuyar, onları saflaşdırar, onlara kitab və hikmət öyrədər. Hərçənd, əvvəllər açıq-aşkar azğın yolda idilər!” ("Cümə” surəsi, ayə: 2)
    Bu ayədə Peyğəmbər (s) və imamların ən mühüm vəzifəsi olan "təlim” və "tərbiyə” məsələsinə işarə edilmişdir.
    Başqa bir ayədə buyurulur:
    لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ
    "Həqiqətən, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə (səmavi) kitab və tərəzi (haqqı batildən ayırd edən ədalətli qanunlar) nazil etdik ki, insanlar ədaləti bərqərar etsinlər.” (Hədid” surəsi, ayə: 25.)
    Bu ayədə düzgün təlim-tərbiyə üçün zəmin yaradan ictimai ədalət məsələsinə toxunulmuşdur.
    Adətən, hakim təbəqə mövqe qazanmaq, yaxud bir qrupun mənafeyinə xidmət fikrində olduğu üçün kütlənin mənafeyini bu yolda qurban verir. Yalnız pak və ilahi rəhbərlər bəşərin hüquq və mənafelərini yetərincə müdafiə etmişlər. Qeyri-ilahi rəhbərlər haqq-ədaləti qorusa da, cəmiyyəti istənilən kamala doğru yönəltsə də müəyyən işlərin dəqiq ayırd edilməsində gücsüzdürlər. Onlar yalnız səthi fərqləri ayırd edə bilirlər. Bu isə böyük əhəmiyyət kəsb etmir. Bu işin öhdəsindən yalnız Allahın sonsuz elm dəryasına bağlı ilahi rəhbərlər gələ bilir.
    Yer kürəsinin az qala yarısına yetmiş il hökmranlıq edən marksizm ibrətamiz bir təcrübə idi. Marksizmin əsaslarını möhkəmləndirmək üçün geniş təbliğat vasitələrindən istifadə edilsə də, bu yolda çoxsaylı qəzet və jurnallar çap olunsa da cəmiyyətin problemlərinin həlli, ictimai ədalətin təmini, bəşəriyyətin təkamülü, tarix və ictimai elmlərin düzgün təlimi üçün marksizm yeganə yol sayılsa da müxaliflər müxtəlif yollarla sıradan çıxarılsa da, bu ideyanın məhsulu diktatura və süqutdan başqa bir şey olmadı. Hətta onların bir çox mütəfəkkir və alimləri bu ideologiyanın əsaslarının səhv olduğunu etiraf etdilər!
    Bəlkə də, bu qədər mütəfəkkirlərin, alimlərin, təhsil ocaqları və universitetlərin müdafiə etdiyi məktəbin axırda puç olması tarixin misli görünməmiş hadisəsidir. Kim zəmanət verə bilər ki, gələcəkdə insan təfəkküründən doğan digər ictimai və etiqadi məktəblər belə bir taleyə düçar olmayacaq?! Beləcə, Allah tərəfindən hər bir xəta və səhvdən uzaq olduğuna zəmanət verilən peyğəmbər və məsum rəhbərlərin məktəbi bir daha öz zəruriliyini göstərir.
    Bir sözlə, bəşəriyyəti kamal və səadətə çatdırmaq istəyən mütəal Allah haqq yola hidayət üçün vəhy qüvvəsi və ismət məqamına malik peyğəmbərlər göndərdiyi kimi, onlardan sonra bu yolu davam etdirəcək məsum canişinlər təyin etmişdir. Şübhəsiz, həmin canişinlər olmadan bu məqsəd həyata keçəsi deyildir. Çünki:
    1. İnsan əqli bütün kamal, səadət və tərəqqi yollarını müstəqil olaraq ayırd etməyə qadir deyil.
    2. Peyğəmbərin vəfatından sonra mümkündür ki, din müxtəlif təhriflərə məruz qalsın. Deməli, Allahın dinini azğın kəslərin təhrifi, nadanların müdaxiləsi, nəfsə uyanların təfsirindən qorumaq üçün məsum və ilahi rəhbərlərə ehtiyac duyulur.
    Bu məsələ "Üsuli-kafi” kitabında imam Sadiqdən (ə) nəql olunan məşhur bir hədisdə belə açıqlanır:
    اِنَّ فِينا اَهْلَ الْبَيْتِ فِی كُلِّ خَلَفٍ عُدوُلاً يَنْفُونَ عَنْهُ تَحْرِيفُ الْغالِينَ، وَانْتِحالُ الْمُبْطِلِينَ، وَتَأوِيلُ الْجاهِلِينَ!
    "Hər bir nəsildə biz Əhli-beytdən ədalətli bir şəxs ifrata varanların təhrifini, bidətini , batil əlini və nadanların iftiralarını ondan (İslamdan) uzaqlaşdıracaq!” (Burada məsum imam nəzərdə tutulur.)
    İmam Əli (ə) dərin mənalı kəlamlarından birində bu nöqtəyə işarə edərək buyurmuşdur: "İlahi! Doğrudan da, yer üzü heç vaxt Allahın dəlil və nişanələrini batildən qoruyan aşkar, ya gizli ilahi höccətsiz qalmayacaqdır!”("Bidət” sözü lüğətdə yeni zühur edən iş mənasındadır. Dində bidət dedikdə, hər hansı yeni bir saxta (qondarma) işi və sözü şəriət sahibinə aid etmək nəzərdə tutulur. ("Məalimul-mədrəsətəyn”, Əllamə Əskəri, 3-cü cild, səh. 9.) (Müt.))
    3. İnsanların yaranış məqsədinə uyğun ilahi hökumətin təşkil olunması yalnız məsumların vasitəsilə mümkündür. Tarixdən göründüyü kimi, dinsiz hökumətlər həmişə fərd, yaxud qrupun mənafeyinə xidmət etmişdir. Təcrübədə sübut olunmuşdur ki, "demokratiya”, "bəşər hüquqları” və "xalq hakimiyyəti” kimi şüarlar asanlıqla kələk və müəyyən məqsədlər üçün vasitəyə çevrilir. Belə vasitələrlə hər hansı bir məqsəd üstüörtülü şəkildə xalqa yüklənilir.
    Həqiqətdə bu üç əsas – haqq yolun ayırd edilməsi, peyğəmbər mirasının qorunması və ədalətli hökumət qurulması məsum imamın vücudunun fəlsəfəsini təşkil edir.
    ***
    Bu məsələ ilə əlaqədar mövzumuzu imam Rizadan (ə) imamətin fəlsəfəsi barədə nəql olunan bir hədis, eləcə də, Əmirəl-möminin Əlinin (ə) "Nəhcül-bəlağə”də buyurduğu bir kəlamla sona yetiririk:
    İmam Riza (ə) Mərvdə olarkən cümə günü "Came” məscidində camaatın qarşısında bir sıra məsələlərə toxunur. O cümlədən, buyurur:
    اِنَّ الْاِمامَةَ هِىَ مَنْزِلَةُ الْاَنْبِياء، وارِثُ الْاَوصِياء، اِنَّ الْاِمامَة خِلافَةُ اللهِ وَخِلافَةُ الرَّسوُلِ... اَلْاِمامُ اَلْبَدْرُ الْمُنِيرُ، وَالسِّراجُ الزَّاهِرُ، وَالنّوُرُ السّاطِعُ، وَالنَّجْمُ الْهادِی فِی غَياهِبِ الدّجی... اَلْاِمامُ اَلماءُ الْعَذبُ عَلی الظَّمّاءِ وَالدّالُّ عَلی الْهُدی، وَالمُنْجِی مِنَ الرَّدی... اَلْاِمامُ السَّحابُ الْماطِرُ، وَالْغَيثُ الْهاطِلُ، وَالشَّمْسُ الْمُضِيِئَة... اَلْاِمامُ اَمينُ اللهِ فِى خَلْقِهِ، وَحُجَّتُهُ عَلى عِبادِهِ، وَخَلِيفَتُهُ فِى بِلادِهِ... نِظامُ الدِّيِن، وَعِزُّالْمُسْلِمِينَ، وَغَيْضُ الْمُنافِقِينَ، وَبَوارُالْكافِرِينَ
    "Şübhəsiz, imamət peyğəmbərlərin məqamı və vəsilərin irsidir. İmamət Allahın nümayəndəliyi, Peyğəmbərin (s) xilafəti("Üsuli-kafi”, 1-ci cild, səh. 32, "sifətül-elm” bölümü, hədis: 2.) və canişinliyidir... İmam parlaq ay, işıqlı çıraq, şölələnən nur, zülmət və qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır... İmam yağış dolu bərəkətli bulud, ardıcıl (dirilik) yağış və parlaq günəşdir... İmam yaranmışlar arasında Allahın əmini, bəndələri üzərində Onun höccəti və canişinidir... İmamın vücudu ilə din nizamlanır, müsəlmanlar izzət qazanır, münafiqlər qeyzdən yanır və kafirlər həlakətə yetir.”(Nəhcül-bəlağə”, qısa kəlamlar: 147)
    Əmirəl-möminin Əli (ə) qısa bir kəlamla imamət həqəqətini açıqlayaraq buyurmuşdur: "Müsəlmanların işlərində imamın mövqeyi təsbeh dənələrini bir-birinin kənarında nizamla yığan ipə bənzəyir. Əgər ip qırılsa, onlar dağılar ətrafa və (imam olmasa, cəmiyyət bir-birinə dəyər, nizam-intizam pozular) heç vaxt onları bir yerə yığıb nizamlamaq olmaz!(Xilafət” ərəb dilində başqasının əvəzedicisi olmaq mənasındadır. Xəlifə o kəsə deyilir ki, başqasının ardınca gəlib onun canişini olsun və mövcud boşluğu doldursun. ("Məalimul-mədrəsəteyn”, Əllamə Əskəri, 1-ci cild, səh. 156.) (Müt.))

    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 913 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024