İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 8:54 AM
    QURANİ-KƏRİMDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏT
    İmamət və vilayətlə əlaqədar yenə iki fərqli bəhs mövcuddur:
    1. "Ümumi imamət və vilayət"; yəni hər bir əsr və dövrdə insanlar arasında Allah tərəfindən bir imam və rəhbər mütləq olmalıdır; istər peyğəmbərlik, istərsə də yalnız imamət məqamına malik olsun.
    2. "Xüsusi imamət və vilayət"; bu ilahi məqam İslam peyğəmbərindən sonra onun canişininə aiddir.
    Başqa sözlə, nübüvvət və peyğəmbərlik iki qismə – ümumi və xüsusi peyğəmbərliyə bölündüyü kimi, imamət də iki qismə bölünür.
    Qurani-kərimdə ümumi imamət və vilayət haqqında bir sıra ayələr mövcuddur. O cümlədən:
    إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ
    1-"Sən yalnız qorxudansan. Hər tayfanın da bir hidayət edəni vardır." ("Üsuli-kafi”, 1-ci cild, səh. 200.)
    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ
    2-"Ey iman gətirənlər! Allahdan qorxun (Onun əmrinə qarşı çıxmayın) və doğru danışanlarla birgə olun." (Nəhcül-bəlağə”, xütbə: 46.)
    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ
    3-"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və sizlərdən olan əmr sahiblərinə tabe olun." ("Rəd” surəsi, ayə: 7.)
    ***
    İNZAR VƏ HİDAYƏT AYƏSİ
    Birinci ayədə İslam peyğəmbərinə (s) xitabən buyurulur:
    إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ
    "Sən yalnız qorxudansan. Hər qövmün və millətin də bir hidayət edəni vardır!"
    Fəxri-Razi bu ayənin təfsirində üç fikir söyləmişdir:
    1. "Münzir" (qorxudan) və "hadi" (rəhbər və hidayət edən) sözlərinin hər ikisi eyni məna daşıyır və ayənin mənası belədir: "Sən yalnız hər tayfanı qorxudan və hidayət edənsən!"
    2. İslam peyğəmbəri (s) qorxudan, Allah isə hidayət edəndir.
    3. İslam peyğəmbəri (s) qorxudan, imam Əli (ə) isə hidayət edəndir.
    İbn Abbas deyir: "Peyğəmbər (s) mübarək əlini sinəsinə qoyub buyurdu: ( اَنا الْمُنْذِرُ ) "Mən qorxudanam!" Sonra isə əlini Əliyə (ə) tərəf uzadaraq buyurdu:
    اَنْتَ الْهادِىُ يا عَلىّ! بِكَ يَهْتَدِى الْمُهْتَدوُنَ مِنْ بَعْدِى!
    "Ya Əli! Sən (isə) hidayət edənsən. Məndən sonra doğru yolu tapanlar sənin vasitənlə hidayət olacaq."("Bəraət” surəsi, ayə: 119.)
    Bu üç baxışı digər təfsirçilər də qeyd etmişlər. Sünni təfsirçilərinin bəziləri isə bu ayənin 1-ci və 2-ci təfsirinin düzgün olduğunu sübut etməyə çalışmışlar. Çünki 3-cü təfsir onların təəssübkeş təfəkkür tərzinə uyğun deyil. Halbuki birinci təfsir ayənin zahiri ilə uyğun gəlmir. Çünki hər iki vəsf İslam peyğəmbərinə (s) aid olsaydı, onda Allah-taala belə buyurardı: "İnnəma əntə munzirun və hadin li-kulli qovmin" – "Həqiqətən, sən yalnız hər millət və tayfanı qorxudan və hidayət edənsən!" Başqa sözlə, ərəb qrammatikasına əsasən, ("carr və məcrur” olan) "li-kulli qovmin" (hər tayfanı) ifadəsi "hadi" (hidayət edən) sözündən öncə qeyd edilə bilməz. Əgər öncə qeyd edilərsə, onda hər iki vəsfdən öncə gəlməli və belə deyilməlidir: "İnnəma əntə li-kulli qovmin munzirun və hadin" – "Həqiqətən, sən hər tayfanın yalnız qorxudanı və hidayət edənisən!" Bir sözlə, "li-kulli qovmin" (hər tayfanı) ifadəsinin iki vəsfdən yalnız birindən öncə qeyd edilməsi və digərinə aid edilməsi üçün bir dəlil yoxdur; ya hər ikisindən öncə, ya da hər ikisindən sonra qeyd edilməlidir.
    İkinci təfsirdə də uyğunsuzluq var. Çünki Allah-taalanın hidayətçi olmasına heç bir şəkk-şübhə olmadığından onu qeyd etməyə ehtiyac qalmır. Bir də cümlənin zahiri mənası hər bir əsr və zamanda xüsusi hidayətçinin olmasını bildirir. Halbuki tək halda "li-kulli qovmin hadin" (hər tayfanın bir hidayətçisi vardır) – ifadəsindən başa düşülən cəm hal Allaha münasib deyil.
    Beləliklə, yuxarıda qeyd olunan ayənin yeganə məqbul təfsiri budur ki, Peyğəmbəri-əkrəm (s) qorxudandır və hər dövrdə hər qövmün hidayətçisi var.
    Görəsən, bu hidayətçi məqamı hər dövr və tayfanın alimlərinə də şamildirmi? – Cavab mənfidir. Çünki hər dövrdə bir yox, çoxsaylı alimlər ola bilər. İslam peyğəmbəri (s) bir nəfər olduğu kimi, müsəlmanların hidayətçisi də hər dövrdə bir nəfər olmalıdır. Başqa sözlə, İslam peyğəmbəri (s) dinin təsisçisi olduğundan camaatı qorxudur, imam isə onları hidayət etməklə bu yolu davam etdirir.
    Qeyd olunanlar ayədən başa düşülən dəqiq nöqtələr idi. Bu zəmində şiə və sünnilərdən nəql olunan rəvayətlərə nəzər saldıqda isə məsələ daha da aydınlaşır.
    Sünnilərin ən məşhur təfsir kitablarından olan "Əd-durrul-mənsur"da Peyğəmbəri-əkrəmdən (s) bu ayənin təfsiri ilə əlaqədar müxtəlif rəvayətlər nəql edilmişdir:
    1. İbn Cərir, İbn Mərdəveyh, Əbu Nəim, Deyləmi, İbn Əsakir və İbn Nəccardan belə nəql olunur: "Sən yalnız qorxudansan. Hər qövmün və millətin bir hidayət edəni var!"ayəsi nazil olduqda İslam peyğəmbəri (s) əlini sinəsinə qoyub "Qorxudan mənəm!" buyurdu. Sonra Əliyə işarə ilə buyurdu: "Ya Əli! Hidayətçi (rəhbər) sənsən və məndən sonra doğru yolu tapanlar məhz sənin vasitənlə hidayət olacaq."(Nisa” surəsi, ayə: 59.)
    2. Əbu Bərzə Əsləmi bu ayə barəsində deyir ki, Peyğəmbəri-əkrəmin (s) əlini sinəsinə qoyduğu halda belə buyurduğunu eşitdim: "Həqiqətən, sən qorxudansan!" Sonra əlini Əlinin (ə) sinəsinə qoyub "Hər tayfanın bir hidayət edəni vardır!" deyə buyurdu."("Kəbir" təfsiri, Fəxri-Razi, 19-cu cild, səh. 14.)
    3. Yenə həmin kitabda bu ayənin təfsirində Abdullah ibn Əhməd, İbn Əbi Hatəm, Təbərani, Hakim, İbn Mərdəveyh və İbn Əsakirin imam Əlidən (ə) belə nəql etdikləri qeyd olunmuşdur: "Allahın Rəsulu (s) qorxudandır, mən isə hidayətçiyəm!"("Əd-durrul-mənsur", (Cəlaləddin Süyuti, vəfatı: 910 h.q), 4-cü cild, səh. 45.)
    4. Başqa bir hədisdə İbn Abbas Peyğəmbəri-əkrəmdən (s) belə nəql edir: "Mən qorxudanam, Əli isə hidayətçidir. Ya Əli! Doğru yolu tapanlar məhz sənin vasitənlə hidayət olar."
    Bu hədis bir qrup məşhur sünni hafizlərinin (hədis əzbərçilərinin), o cümlədən, Hakimin "Müstədrək", Zəhəbinin "Təlxis", Fəxri-Razinin "Kəbir”, İbn Kəsirin "Təfsir”, İbn Səbbağ Malikinin "Füsusul-muhimmə", Gənci Şafeinin "Kifayətut-talib", Əllamə Təbərinin "Təfsir”, İbn Həyyan Əndəlusinin "Bəhrul-muhit", Nişapurinin "Təfsir”, Həməvininin "Fəraidus-səmteyn" və s. təfsir kitablarında nəql edilmişdir.(Yenə orada.)
    5. "Həbibus-seyr" kitabının müəllifi Mirqiyasəddin belə yazır: "Müxtəlif mənbələrə görə, "Həqiqətən, sən yalnız qorxudansan və hər tayfanın bir hidayət edəni vardır” – ayəsi nazil olanda İslam peyğəmbəri (s) Əliyə (ə) buyurdu: "Ya Əli, mən qorxudanam, sən isə hidayət edənsən! Məndən sonra doğru yolu tapanlar məhz sənin vasitənlə hidayət olarlar."(Yenə orada.)
    6. Bu hədisi Həməvini Əbu Hüreyrədən, o da imam Əlidən (ə) nəql etmişdir.(Bu hədisin mənbə və sənədləri ilə əlaqədar məlumat əldə etmək istəyənlər "Ehqaqul-həqq" kitabının 3-cü cildinin 92-188-ci səhifələrinə müraciət edə bilərlər.)
    7. Bu hədis Hakimin "Müstədrək" kitabında Əbu Büreydə Əsləmidən geniş şəkildə belə nəql olunmuşdur:
    دَعا رَسوُلُ اللهِ (ص) بالطَّهوُرِ وَعِنْدَهُ عَلِىُّ ابْنُ اَبِى طالِبٍ فَاَخَذَ رَسوُلُ اللهِ (ص) بِيَدِ عَلِىٍّ بَعْدَ ما تَطَهَّرَ فَاَلْصَقَها بِصَدْرِهِ ثُمَّ قالَ: اِنَّما اَنْتَ مُنْذِر، وَيَعْنى نَفْسَهُ، ثُمَّ رَدَّها اِلى صَدْرِ عَلِىٍّ، ثّمَّ قالَ: وَلِكُلِّ قَوْمٍ هادٍ، ثُمَّ قالَ لَهُ اَنْتَ مَنارُ الْاَنامِ وَغايَةُ الْهُدى وَاَميرُ القُرّاءِ اَشْهَدُ عَلى ذالِكَ اِنَّكَ كَذالِكَ:
    "Bir dəfə Allahın Rəsulu (s) dəstəmaz almaq üçün su istədi. Əli ibn Əbi Talib də onun yanında idi. Dəstəmaz aldıqdan sonra Əlinin əlindən tutub, öz sinəsinə qoyaraq buyurdu: "Qorxudan sənsən! (Həzrət özünü nəzərdə tuturdu.) Sonra öz əlini Əlinin sinəsinə qoyub buyurdu: "Hər tayfanın bir hidayət edəni vardır!” Sonra əlavə edərək buyurdu: "Sən camaatın işıqlı çırağı, hidayətə yönəldəni və Quran qarilərinin əmirisən. Mən şəhadət verirəm ki, doğrudan da, sən beləsən!"("Həbibus-seyr", 2-ci cild, səh. 12.)
    Peyğəmbəri-əkrəmin (s) bu hədisinin müxtəlif ifadələrlə bəyanı onun dəfələrlə təkrarlandığını göstərir. Qeyd etdiyimiz hədislərdə nəzərə çarpan ifadənin müxtəlifliyi buna yetərli sübutudur.
    Əhli-beyt məktəbi ardıcıllarından da bu zəmində müxtəlif hədislər nəql olunmuşdur. Biz onlardan birinə işarə etməklə kifayətlənirik:
    "Nurus-səqəleyn" kitabında bu məsələ ilə əlaqədar beş yüzə yaxın hədis nəql olunmuşdur.("Ehqaqul-həqq", 3-cü cild, səh. 92.) O cümlədən, imam Baqir (ə) və imam Sadiqdən (ə) belə nəql olunur: "Hər bir (məsum) imam öz zamanının hidayətçisidir." Başqa bir hədisdə belə buyurulur: "Hər bir imam öz zamanında yaşayan qövmlərin hidayətçisidir."(Əl-mizan", 11-ci cild, səh. 327, bəhs etdiyimiz ayənin təfsirində.)
    Maraqlıdır ki, bəzi təfsirçilər bu hədisləri nəzərdən qaçıraraq, bəzi səhabələrin Peyğəmbəri-əkrəmə (s) istinadsız nəql etdikləri hədisləri dəlil göstərir, başqa mənalar bildirmişlər. O cümlədən, Mücahiddən belə nəql olunmuşdur: "Qorxudan”da məqsəd Məhəmməd (s), "hər tayfanın bir hidayət edəni vardır" ifadəsində məqsəd isə budur: "Hər qövmün bir peyğəmbəri var ki, onları Allaha doğru dəvət edir!" Bu təfsir olduqca əsassızdır.
    Səid ibn Cübeyrdən isə belə nəql olunmuşdur: "Məhəmməd (s) qorxudan, Allah isə hidayət edəndir." Halbuki ayənin zahirinə görə, hər tayfanın öz hidayət edəni var. Bir də ki, Allah-taala bütün tayfaların hidayətçisidir.
    Görəsən, şiələrə qarşı çıxmaq məqsədilə Allahın Rəsulundan "mütəzafir"("Nurus-səqəleyn", 2-ci cild, səh. 482-485.)şəkildə nəql olunan mötəbər rəvayətlərə göz yumub, uyğunsuz təfsirlərə istinad etmək rəvadırmı?
    SADİQİN (DOĞRUÇULAR) AYƏSİ
    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ
    Bu ayədə möminlər təqvaya, Allahın əmrindən çıxmamağa çağırılır və onlara göstəriş verilir ki, (azğınlığa düşməsinlər deyə,) sadiqlər və doğru danışanlarla birgə olsunlar.
    Ayədə qeyd olunan "sadiqin" sözünün kimlərə işarə olması barədə müxtəlif təfsirlər mövcuddur:
    Bəzi ehtimallara görə, məqsəd Peyğəmbəri-əkrəmdir (s) və bu ayə həzrətin öz dövrünə aiddir. Halbuki Qurani-kərimin digər xitabları kimi bu ayənin də ümumiliyi, hər bir dövrə və hər bir məntəqədə yaşayan möminlərə aid olması aydındır.
    Bəziləri isə belə deyir: Ayədə qeyd olunan "məə" )birgə) "min" (dan, dən) mənasındadır. Yəni siz sadiqlərdən və doğru danışlardan olun! Halbuki belə yozumlara heç bir zərurət yoxdur və ərəb ədəbiyyatında, ədiblərin kəlamlarında "məə"nin "min" mənasında işlənməsi görünməmişdir.
    Ayənin zahiri mənasına əsasən, bütün müsəlmanlar hər bir dövr və əsrdə sadiqlərin sırasında və onlarla birlikdə olmağa çağırılırlar. Məlum olur ki, hər dövrdə sadiq, yaxud sadiqlər var və camaat təqva və pərhizkarlıq yolunu tutmaq üçün mütləq onlarla birlikdə olmalıdırlar.
    Yaxşı olar ki, "sadiqin" sözünün mənasını və onların hansı xislətlərə malik olduğunu bilmək üçün Qurani-kərimin özünə müraciət edək. Qurani-kərimin "Hücurat" surəsində buyurulur:
    إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ أُوْلَئِكَ هُمُ الصَّادِقُونَ
    "Möminlər yalnız Allaha və Onun peyğəmbərinə iman gətirən, sonra isə heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir. Məhz belələri sadiq olanlardır!" (Yenə orada, səh. 483, hədis: 19-20.)
    Bu ayədə "sidq" sözü hər növ şəkk-şübhə və tərəddüddən uzaq iman və əməldən ibarətdir.
    "Bəqərə" surəsinin 117-ci ayəsində yaxşılıq və xeyirxahlığın Allaha, qiyamət gününə, mələklərə, səmavi kitablara və peyğəmbərlərə imandan, mal-dövləti Allah yolunda yoxsullar və kölələrə xərcləməkdən, habelə namaz qılmaq, zəkat vermək, əhdə vəfa etmək, çətinliklər və cihad zamanı dözümlü, səbirli olmaqdan ibarət olduğu açıqlandıqdan sonra buyurulur: "Belələri sadiq olanlardır!" Beləliklə, sadiqlərin əsas nişanə və əlaməti bütün müqəddəs şeylərə kamil iman gətirmək, hər bir halda Allahın əmrinə tabe olmaq, xüsusilə namaz qılmaq, zəkat vermək, infaq etmək və çətinliklərdə səbir edib dözməkdir. Bu məna "Həşr" surəsinin 8-ci ayəsində də gözə dəyir.
    Bu ayələrdən, eləcə də, bəhs etdiyimiz ayənin ümumi mənasından – sadiqlərlə birgə olmağın qeyd-şərtsiz zəruri sayılmasından nəticə çıxarırıq ki, müsəlmanlar iman və təqva, elm və əməl, səbir və dözüm baxımından ən yüksək dərəcəli kəslərlə birgə olmağa məsuldurlar. (Diqqət yetirmək lazımdır ki, ayədə "sadiqlər zümrəsindən olun" yox "onlarla birgə olun” deyilir. Bu da insanların nail ola biləcəyi ən yüksək mərhələni göstərir. (Məsumlar isə onlara nümunə və örnəkdirlər.)
    Digər tərəfdən, sadiqlərlə birgə olmaq əmrinin ümumi, mütləq və qeyd-şərtsiz sayılması onların (sadiqlərin) məsumlığına başqa bir dəlildir. Çünki məsum olmayanlara qeyd-şərtsiz tabe olmaq əmri düzgün deyil.
    Diqqəti cəlb edən məsələ budur ki, Fəxri-Razi burada bir müqəddimədən sonra ayənin məqsədini belə açıqlayır: "Səhv və xətaya yol verən kəsin məsum şəxsə itaət etməsi vacibdir. Allah-taala da sadiqləri məsum hesab etmişdir. Buna əsasən, səhv və xətaya yol verən kəslərin məsumlarla birgə olması vacibdir və məsumlar onların xəta və səhvlərinin qarşısını alırlar. Bu əmr hər bir zamana aiddir və danılmazdır. Deməli, hər dövrdə məsum insanın varlığı zəruridir."
    Sonra əlavə edir: "Biz hər dövrdə məsum və günahsız şəxsin olmasını qəbul edirik. Lakin biz məsum dedikdə bütün ümməti nəzərdə tuturuq. Halbuki siz (şiələr) deyirsiniz ki, məsum yalnız bir nəfər olmalıdır."(Müxtəlif sənədlərlə nəql olunan, lakin "təvatür” həddinə çatmayan rəvayətə deyilir.)
    Fəxri-Razi ayənin məzmunca çox aydın olmasına baxmayaraq, Əhli-beyt (ə) məktəbi ardıcıllarının əqidəsini danmaqla bütün ümmətin məsum olmasından, yaxud "ümmət icması"ndan söz açmışdır. Halbuki bütün ümmət az məsələdə yekdildir. Sadiqlərlə birgə olmaq məsələsi isə ümumi bir vəzifəni göstərir. Hətta bu ayə nazil olan zaman heç bir ərəbdilli şəxs "sadiqin" dedikdə bütün ümməti nəzərdə tutmurdu. Belə isə onu bu mənaya yozmaq mümkündürmü? Etiraf etməliyik ki, hər bir dövrdə sözlərində əsla xilaf olmayan, səhv və xətaya yol verməyən sadiq şəxsin olması zəruridir və insanlar ona itaət etməlidirlər.
    Sual: Burada belə bir sual yaranır ki, "sadiqin" (sadiqlər) sözünün cəm formasında olması hər dövrdə məsumun hüzurunumu göstərir? Bu, Əhli-beyt (ə) məktəbi ardıcıllarının əqidəsinə uyğun gəlmir. Bu sualın cavabını necə vermək olar?
    Cavab: Burada bir incə nöqtəyə diqqət yetirməklə şübhənin cavabı aydınlaşır. O da budur ki, cəm formasını bütün zamanlara aid etmək olar və burada "sadiqlər" başqa-başqa zamanlarda yaşamış müəyyən bir qrupu təşkil edir. Bu, eynilə belə bir ifadəyə bənzəyir: "Hər dövrün camaatı ilahi peyğəmbərlərə tabe olmalıdır." Bu o demək deyil ki, bir zamanda bir neçə peyğəmbər yaşamalıdır. Əksinə, hər dövrün insanları öz zamanının peyğəmbərinə tabe olmalıdır. Yaxud "insanlar öz vəzifələrini alim və mərcəi-təqlidlərdən öyrənməlidir" cümləsinin mənası hər kəsin öz zamanında yaşayan alim və mərcəi-təqlidə itaət etməsindən ibarətdir.
    Bunun canlı şahidi Peyğəmbəri-əkrəmin (s) özüdür. Belə ki, onun dövründə itaəti vacib olan başqa bir kəs yox idi və ayədəki hökm qəti şəkildə o həzrətə də aiddir. Məlum olur ki, "sadiqlər" sözünün cəm forması təkcə bir zamana aid deyil, bütün zamanları əhatə edir. Bu təhlil ayənin məzmununa daha çox uyğundur.
    ***
    Bir çox sünni təfsirçi və mühəddisləri İbn Abbasdan nəql etmişlər ki, yuxarıda qeyd olunan ayə Əli ibn Əbi Talibə (ə) aiddir. O cümlədən, Əllamə Sələbi öz təfsirində İbn Abbasın bu ayə barəsində belə dediyini nəql edir:
    مَعَ الصّا دِقِينَ يَعْنى مَعَ عَلِىِّ بْنِ اَبِيطالِبٍ وَ اَصْحابِهِ
    "(Ayədə buyurulan) "Sadiqlərlə birgə olun" ifadəsində məqsəd Əli ibn Əbi Talib və onun səhabələrilə birgə olmaqdır!"("Hücurat” surəsi, ayə: 15)
    Həmçinin Əllamə Gənci "Kifayətut-talib" və Əllamə Sibt ibn Cövzi "Təzkirə" kitabında bir qrup alimdən belə nəql etmişlər: "Alimlərin dediklərinə görə, bu ayədə Əli (ə) və onun xanədanı ilə birgə olmaq nəzərdə tutulur." İbn Abbas əlavə edir: "Əli (ə) sadiqlərin rəhbəri, sərvəridir."("Kəbir” təfsiri, 16-cı cild, səh. 221.)
    Əhli-beytdən (ə) bizə gəlib çatan müxtəlif rəvayətlərdə də bu məna eynilə təkrarlanır. O cümlədən, Cabir ibn Abdullah Ənsarinin imam Baqirdən (ə) nəql etdiyi bir rəvayətdə deyilir ki, o həzrət "Sadiqlərlə birgə olun” ayəsinin təfsirində belə buyurdu: (اى آلُ مُحَمَّدٍ)"Məqsəd, Məhəmmədin (s) övladlarıdır!"("Ehqaqul-həqq", 3-cü cild, səh. 297.)
    Başqa bir rəvayətdə Büreyd ibn Müaviyə həmin ayənin təfsiri ilə əlaqədar o həzrətdən belə nəql edir: "Məqsəd bizik!"(Yenə orada.)
    "Bürhan" təfsirində "Nəhcül-bəyan" kitabından belə nəql edilir: "Rəvayət olunmuşdur ki, Peyğəmbəri-əkrəmdən (s) "sadiqlər” barəsində sual olunduqda, "Onlar qiyamətə qədər Əli, Fatimə, Həsən, Hüseyn və onların məsum, günahsız övladlarıdır", buyurmuşdur.("Nurus-səqəleyn", 2-ci cild, səh. 280, hədis: 392-393.)
    Məlum olduğu kimi bütün bu rəvayətlər həqiqətdə (sadiqlərin) xaricdəki fərdlərini tanıtdırır və ayənin ümumi məfhumu ilə heç bir ziddiyyət təşkil etmir. Çünki bu qrupa ilk növbədə Peyğəmbəri-əkrəmin (s) özü, sonra isə müxtəlif zamanlarda yaşayan məsum imamlar aiddir. Beləliklə, bu ayə həm ümumi, həm də xüsusi imamət və vilayəti sübut etmək üçün aydın dəlildir.
    ULİL-ƏMR (ƏMR SAHİBLƏRİ) AYƏSİ
    Bu ayədə Allaha, Peyğəmbərə və əmr sahiblərinə tabe olmağın vacibliyi vurğulanır:
    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ
    "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun!"
    Allah və Peyğəmbərə (s) tabe olmağın vacibliyi məlum məsələdir. Amma bu tabeçilikdə Allah və Peyğəmbərlə (s) yanaşı "ulil-əmr" kimdir? (əmr sahibləri) Bu barədə təfsirçilər arasında fikir ayrılığı mövcuddur.
    Şiə və Əhli-beyt (ə) məktəbinin bütün alim və təfsirçilərinin yekdil nəzərinə əsasən, "əmr sahibləri" İslam ümmətinin maddi və mənəvi rəhbərləri olan məsum imamlara aiddir. Çünki Allah və Peyğəmbərə (s) itaətlə eyni səviyyədə zəruri sayılan itaət yalnız məsum imamlara itaət ola bilər. Lakin digərlərinə itaət həmişə müəyyən qeyd-şərtlə məhdudlaşır və onlara mütləq itaət əsla mövcud deyil.
    Halbuki sünni alim və təfsirçilər arasında "əmr sahibləri"nin kimliyi ilə bağlı böyük fikir ayrılığı mövcuddur. Bəziləri "səhabə"lərin, bəziləri "ordu sərkərdələri"nin, bəziləri də "dörd xəlifə"nin (raşidi xəlifələrin) nəzərdə tutulduğunu iddia edir, amma tutarlı bir dəlil göstərmirlər.
    Başqa bir qrup isə "əmr sahibləri"ni alimlər mənasında yozmuş və "Nisa" surəsinin 83-cü ayəsinə istinad etmişlər:
    وَإِذَا جَاءهُمْ أَمْرٌ مِّنَ الأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُواْ بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُوْلِي الأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِطُونَهُ مِنْهُمْ
    "Onlara qələbə və ya məğlubiyyət xəbəri çatdıqda, dərhal (araşdırmadan) onu yayarlar. Halbuki bunu Peyğəmbərə və ya özlərindən olan əmr sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varanlar bilərdilər."
    Hazırkı ayədə itaətin qeyd-şərtsiz göstərilməsi və "Nisa" surəsinin 83-cü ayəsinin hər hansı bir xəbərin araşdırılması barədə nazil olmasına diqqət yetirməklə iki fərqli məsələ qarşıya çıxır. Onları bir mənaya yozmaq olmaz. Bir şeyi araşdırmaq qeyd-şərtsiz itaətdən tam fərqlənir. İkinci yalnız məsumlar barədə təsəvvür olunur. Birinci isə daha geniş mənaya malikdir.
    Bəzi sünni təfsirçiləri beşinci bir ehtimalla çıxış edirlər: "Əmr sahibləri"ndə məqsəd xalq nümayəndələri, hakimlər, rəislər, alimlər və müxtəlif vəzifə sahibləridir. Başqa sözlə, "sadiqlər"də məqsəd ixtilafları aradan qaldıran və camaatın işlərini tənzim edənlərdir. Onlar müəyyən bir məsələdə yekdil fikrə gəlsələr, onlara qeyd-şərtsiz itaət vacibdir, (bu şərtlə ki, ayədə "minkum" ifadəsinə əsasən, onlar bizdən olsun, Peyğəmbər (s) sünnəsinə qarşı çıxmasın, başqaları tərəfindən məcbur edilməsin, hamısı bir fikirdə olsun və həll olunan məsələ də ümumi məsələlərdən olsun). Onlara tabe olmaq müqəddəs şəriət tərəfindən dəlil göstərilənədək vacibdir. Bu zümrə məsum və günahsız olduğundan onlara qeyd-şərtsiz itaət etmək əmr olunmuşdur.(Yenə orada.)
    Bütün bu təfsirlərə əsasən, "əmr sahibləri" beş şərtə malik alim, hakim və vəzifə sahiblərinə aid edilmişdir: 1) müsəlman olsun; 2) Peyğəmbər (s) sünnəsinə qarşı çıxmasın; 3) rəyində məcbur olmasın; 4) şəriətdə onların nəzərinə qarşı bir hökm olmasın; 5) yekdil qənaətə gəlsinlər. Onlar bu şərtlərə malik şuranı məsum və günahsız hesab edirlər.
    Doğrudanmı, ayədə qeyd olunan "əmr sahibləri"ndə məqsəd budur? Görəsən, müsəlmanlar və Peyğəmbər (s) səhabələri bu ayəni eşitdikdə, yuxarıdakı mənanımı başa düşürdülər? Yoxsa bu məna xeyli zəhmətdən sonra ayəyə zorla qəbul etdirilmişdir ki, şiələrin qəlbən inandıqları məsum imamlar nəzərdə tutulmasın?!
    Zahirən, "Əl-mənar" kitabının müəllifi bu ehtimalı Fəxri-Razidən götürmüşdür. Belə ki, Fəxri-Razi yazır: "Bizim nəzərimizcə, bu ayə («özünüzdən olan əmr sahibləri») ümmətin (yekdil fikrinin) höccət, mötəbər olmasına dəlildir! Allah-taala əmr sahiblərinə itaəti qeyd-şərtsiz əmr etdiyindən, onlar günahsız və xətadan uzaqdırlar. Əgər belə olmasaydı, xətaya yol verə biləcəkləri təqdirdə mütləq itaət əmrinə şübhə yaranardı. Xəta etdikləri zaman harama düşdükləri üçün bir işdə həm əmr, həm də qadağa qarşıya çıxı. Bu isə qeyri-mümkündür. Məlum olur ki, əmr sahiblərinə itaətin mütləq şəkildə qeyd edilməsi onların məsum və günahsız olduğunu göstərir."
    Sonra əlavə edərək belə yazır: "Bu məsumlar ya ümmətin hamısı, ya da onların bir qismidir. İkinci ehtimal düzgün deyildir, çünki biz mütləq o qismi tanımalı və onlardan faydalanmalıyıq. Halbuki məsum imamı tanımaqda acizik. Buna əsasən, qeyd-şərtsiz itaəti vacib olan məsum şəxs bir fərd, yaxud müəyyən bir qrup yox, bütün ümmətdir."("Burhan" təfsiri, 2-ci cild, səh. 170.)
    Fəxri-Razi, "Əl-mənar" kitabının müəllifi kimi şəxslərin bu ayəni heç bir səhabənin qəbul etmədiyi şəkildə təfsir etməsinin səbəbi onun Əhli-beyt məsumlarına aid edilməsilə əlaqədardır. Onlar əmr sahiblərinin məsum və günahsız olması aydın ikən müəyyən bir şəxsi məsum imam kimi qəbul etmək istəmir, səhabələrdən fərqli təfsirlərə əl atırlar.
    Qəribədir ki, bəzi sünni təfsirçilərinin əqidəsinə görə, "əmr sahibləri”ndə məqsəd padşahlar, hakimlər və əmirlərdir. Müsəlmanlara hökmranlıq edən hər bir hakimə (istər ədalətli, istərsə də zülmkar, istər doğru, istərsə də azğın yolda olsun, istər Allaha itaətə dəvət etsin, istərsə də Ona qarşı çıxsın) itaət etmək vacibdir. Necə ki, "Əl-mənar" kitabının müəllifi üstüörtülü şəkildə belə yazır: "Bəziləri bu ayəyə görə, bütün hakimlərə itaəti vacib bilirlər."
    Bundan da qəbahətlisi yuxarıdakı təfsirin sübutu üçün Peyğəmbəri-əkrəmə (s) aid edilən şübhəli və saxta rəvayətlərdir. Guya, bu rəvayətlərin birində Yezid Cofi Peyğəmbəri-əkrəmdən (s) "Ya Peyğəmbər, əgər haqqımızı əlimizdən alan, onu bizə qaytarmayan (zalım) hakimlər bizə rəhbərlik etsə, onda nə edək" soruşduqda, o həzrət buyurmuşdur: "Onların əmrinə qulaq asın və itaət edin!"("Əl-mənar", 5-ci cild, səh. 181.)
    Həmin kitabda qeyd olunan başqa bir rəvayətdə Əbuzərin belə dediyi nəql olunur:
    اِنَّ خَلِيلِى اَوصانِى اَنْ اَسْمَعَ وَاَطِيعَ وَاِنْ كانَ عَبْداً مُجَدَّعُ الاَطْرافِ
    "Mənim dostum (Peyğəmbər) mənə (hakim və əmirlər) əl-ayaq kəsən olsalar belə, tabe olmağı tövsiyə etdi."("Kəbir” təfsiri, 10-cu cild, səh. 144.) (Bəziləri hədisdə göstərilən "mücəddəul-ətraf” ifadəsini "əl-ayaq kəsən şəxs” deyil, "alçaq və çirkin ailədə dünyaya gələn şəxs” mənasında təfsir etmişlər.)
    Şübhəsiz, əziz İslam peyğəmbərinin (s) əql və şəriətlə uyğun gəlməyən belə bir göstəriş verməsi qeyri-mümkündür. Halbuki o həzrətdən belə bir hədis nəql olunmuşdur:
    لا طاعَة لِمَخْلوُقٍ فِى مَعْصِيَةِ الْخالِقِ
    "Xaliqə qarşı günah edən məxluqa itaət etmək caiz deyil!"
    Əbuzərin adından Peyğəmbərə (s) aid edilən hədislərin saxtalığına ən tutarlı dəlil Əbuzərin öz həyat tərzidir. O, həyatı boyu zülmkar, azğın hakim və əmirlərlə mübarizə aparmış, elə bu yolda da ömrünü başa vurmuşdur. Halbuki Peyğəmbərin (s) məqamı daha üstündür. Heç bir ağıllı insan xilafkar və zülmkar hakimə itaətin vacibliyini dilinə gətirməz. Xüsusilə, bu hədis həm şiə, həm də sünni alimləri arasında məşhurdur: "Xaliqə qarşı günah edən məxluqa itaət etmək caiz deyil!"("Səhihi-Müslim", 3-cü cild, "əmarə" kitabı, "vücubu taətil-uməra..." bölümü, səh. 474.)
    Beləliklə, bu ayəni hər hansı mənaya yozmağa bir bəhanə yoxdur.
    ***
    Burada daha iki irad qalır:
    1. Əgər "əmr sahibləri"nin məfhumu məsum imamlara şamildirsə, bu cəm formasında işlənən "uli" (sahiblər) sözü ilə uyğun gəlmir. Çünki şiələrin əqidəsinə əsasən, məsum imam eyni dövrdə bir nəfərdən çox ola bilməz.
    Cavab: Bu irada ötən bəhslərdə cavab verildi. Belə ki, eyni zamanda məsum imamın bir nəfərdən artıq olmaması doğrudur. Lakin ayə bütün zamanlara aid edildikdə məsum imamlar bir qrup təşkil edirlər. Ərəb dilində buna bənzər ifadələr çoxdur. Məsələn, "Əssəlamu əleykum və əla ərvahikum və əcsadikum" (Sizə, sizin ruh və cismlərinizə salam olsun!) deyən, kimsə bu salama irad tutub, "insan bir ruh və bir cisimdən ibarət olduğu halda, nə üçün ruh və cisim cəm formada işlənmişdir” demir. Çünki buradakı cəm forması onların məcmusuna işarədir.
    Deməli, Peyğəmbəri-əkrəmin (s) hər dövrdə bir məsum canişini olmasına baxmayaraq, bütün zamanları nəzərə almaqla (onların sayı çox olduğundan) ayədə "əmr sahibləri" cəm formada işlədilmişdir.
    2. Peyğəmbəri-əkrəmin (s) dövründə məsum imam olmadığından, ona itaət əmri necə mümkündür?
    Cavab: Əgər bu ayə yalnız Peyğəmbəri-əkrəmin (s) öz dövrünə aid olsaydı, belə bir irad mümkün idi. Lakin onun bütün müsəlmanlar üçün qiyamət gününə qədər ümumi bir göstəriş olduğuna diqqət yetirdikdə bu şübhə aradan qalxır. Peyğəmbəri-əkrəmin (s) dövründə əmr sahibi o həzrətin özü, sonrakı dövrlərdə isə məsum imamlardır. Bu belə bir ifadəyə bənzəyir: "Peyğəmbər və onun canişinlərinə itaət etmək müsəlmanların vəzifəsidir!" Bu əmr canişinlərin məhz o həzrətin dövründə olduğunu göstərmir.
    Qeydlərimizi şiə və sünni kitablarında bu ayənin təfsirində həzrət Əli (ə) və digər məsum imamlara aid gələn bir neçə hədisə qısa şəkildə işarə etməklə yekunlaşdırırıq.
    Şeyx Süleyman Qunduzi Hənəfi "Yənabiul-məvəddət" kitabında Mücahidin təfsir kitabından belə nəql edir: "Allaha, Peyğəmbərə və sizlərdən olan əmr sahiblərinə itaət edin” ayəsi Əli (ə) barəsində nazil olmuşdur. Bu ayə nazil olarkən Peyğəmbəri-əkrəm (s) onu ("Təbuk" müharibəsində) Mədinədə öz canişini təyin etmişdi.
    Həmçinin imam Əlidən (ə) belə nəql edir ki, o həzrət mühacir və ənsar(Yenə orada, "vücubu taətil-uməra..." bölümü.)qrupları ilə söhbət zamanı bu ayəni onlara dəlil gətirdikdə, onlar heç bir etiraz etməyib susdular.(Nəhcül-bəlağə", "qısa kəlamlar”: 165.)
    "Şəvahidut-tənzil" kitabında Hakim Həskaninin "əmr sahibləri"nin təfsiri ilə əlaqədar imam Əlidən (ə) belə bir hədis nəql olunmuşdur:
    يا نَبِىَّ اللهِ مَنْ هُمْ؟ قالَ اَنْتَ اَوَّلُهُمْ
    "Mən Peyğəmbəri-əkrəmdən (s) "Ya Peyğəmbər, onlar kimlərdir," deyə soruşduqda, o həzrət buyurdu: "Sən onların birincisisən!"(İslam peyğəmbərinin (s) Mədinə şəhərinin yerli sakinlərindən olan səhabələri "ənsar” (yardımçılar) və Məkkə şəhərindən gələn səhabələrə isə "mühacirlər” (hicrət və köç edənlər) adlandırılmışlar. (Müt.))
    Bu ayənin məsum imamlara aid olması ilə əlaqədar Əhli-beytdən (ə) çoxlu rəvayət nəql olunmuş, onların hər birində "əmr sahibləri"nin məsum imamlardan ibarət olduğu açıqlanmışdır.("Yənabiul-məvəddət", səh. 114-116.)
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 984 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024