İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 8:52 AM
    İKİNCİ FƏSİL
    RƏVAYƏTLƏRDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏT
    Bu mövzu Peyğəmbəri-əkrəmin (s) sünnə və rəvayətlərinin böyük bir qismini təşkil edir. Bu zəmində o həzrətdən ən məşhur və mötəbər mənbələrdə çoxlu rəvayət vardır. Onları qərəzsiz və diqqətlə araşdıraraq, uzun illər boyu bu məsələyə kölgə salan pərdələri insaf və ixlasla götürəcək, heç bir təəssübkeşliyə yol vermədən onun həqiqi simasını üzə çıxaracaq və İslamın bu mühüm əmri qarşısında öz ilahi vəzifəmizi yerinə yetirəcəyik.
    Hər şeydən əvvəl burada ümumi şəkildə imamət və vilayət məsələsi ilə əlaqədar məşhur hədislərin bir qisminin məfhumunun qısa şərhini məqsədəuyğun görürük. Oxuculardan xahiş edirik ki, verilən hədislərə, onların sənəd və mənbələrinə, məzmununa diqqət yetirsinlər. Nəticəni onların özünə həvalə edəcəyik.
    Bizim əqidəmizə görə, bu qədər aydın hədislərə ötəri yanaşmaq və onların üzərindən keçmək olmaz; həqiqətləri ört-basdır etməklə məsuliyyətimizi artırmaqdan başqa bir şey qazanmırıq.
    1-SƏQƏLEYN HƏDİSİ
    Bu söz (səqəleyn) Peyğəmbəri-əkrəmin (s) buyruğunda gəldiyi üçün "səqəleyn" hədisi adlanmışdır. Belə ki, Həzrət buyurmuşdur:
    اِنّى تارِكٌ فيكُمُ الثِّقْلَيْنِ...
    "Mən sizi tərk edərək aranızda iki ağır əmanət qoyuram..."("Şəvahidut-tənzil", 1-ci cild, səh. 148, "Beyrut" çapı.)
    Bu hədis şiə və sünnilərin mötəbər kitablarında Peyğəmbəri-əkrəmdən (s) geniş şəkildə nəql olunmuşdur. Belə ki, hədisin o həzrətdən nəql olunmasına heç bir şübhə yoxdur. Hədislərin məcmusundan açıq-aşkar başa düşülür ki, Peyğəmbər (s) bu hədisi bir dəfə bəyan etməmişdir. Onu müxtəlif yerlərdə dəfələrlə buyurmuşdur və rəvayətlər də tamamilə bir-birindən fərqlənir.
    Burada hədisin ravilərinə və onu nəql edən mötəbər kitablara işarə edirik:
    1. Əhli-sünnənin ən məşhur kitabı sayılan, eləcə də altı səhih kitabdan biri olan "Səhihi-Müslim"də Zeyd ibn Ərqəmdən belə nəql edilir:
    قامَ رَسوُل اللهِ (ص) يَوْماً فِينا خَطِيباً بِماءٍ يُدْعى خُمّاً، بَيْنَ مَكَّة وَالْمَدينَةِ، فَحَمَدَاللهَ وَاَثْنى عَلَيْهِ، وَوَعَظَ وَذَكَرَ، ثُمَّ قال: اَمّا بَعْدُ اَلا اَيُّها النّاسُ فَاِنَّما اَنَا بَشَرٌ يُوشَكُ اَنْ يَأتِىَ رَسُولُ رَبِّى فَاُجِيبُ، وَاِنِّى تارِكٌ فِيكُمْ ثِقْلَيْنِ: اَوَّلُهُما كِتابُ اللهِ، فِيهِ الهُدى وَالنُّورُ، فَخُذُوابِكِتابِ اللهِ وَاسْتَمْسِكُوا بِهِ، فَحَثَّ عَلى كِتابِ اللهِ وَرَغَّبَ فِيهِ، ثُمَّ قالَ وَاَهْلِبَيْتى، اُذَكِّرُكُمُ اللهَ فِى اَهْلِبَيْتى، اُذَكِّرُكُمُ اللهَ فِى اَهْلِبَيْتى، اُذَكِّرُكُمُ اللهَ فِى اَهْلِبَيْتى...
    "Bir gün Allahın Rəsulu (s) bizimlə birgə olarkən, Məkkə ilə Mədinə arasında yerləşən rütubətli "Xum" (Qədir-Xum)(Əlavə məlumat əldə etmək istəyənlər "Burhan" təfsirinin 1-ci cildinin 381-387 və "Kənzüd-dəqaiq" kitabının 3-cü cildinin 437-452-ci səhifələrinə müraciət edə bilərlər.) adlı məntəqədə ayağa qalxıb, Allaha həmd-səna edəndən, moizə və öyüd-nəsihətdən sonra buyurdu: "Ey camaat! Mən də insanam, Allahın elçisinin gəlişi və onun dəvətini qəbul etməyimin vaxtı yaxınlaşmışdır. Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram: Birincisi hidayət və nurla dolu Allahın kitabıdır. Ondan bərk yapışın.” Peyğəmbər (s) Quranla bağlı çoxlu tapşırıq verəndən sonra buyurdu: "(İkincisi) Əhli-beytimdir. Sizə tövsiyə edirəm ki, Allaha xatir Əhli-beytimi unutmayın! Sizə tövsiyə edirəm ki, Əhli-beytimi unutmayın. Sizə tövsiyə edirəm ki, Əhli-beytimi unutmayın!"
    Peyğəmbəri-əkrəmin (s) Əhli-beyti (ə) iki ağır və qiymətli əmanətdən biri kimi Qurani-kərimlə yanaşı bəyan etməsi və onlara qarşı ilahi məsuliyyətin unudulmaması ilə bağlı bunu üç dəfə təkrarlaması göstərir ki, bu iş müsəlmanların müqəddəratı, hidayəti və İslamın əsasları ilə sıx əlaqəlidir. Bu isə onların Qurani-kərimlə yanaşı qeyd edilməsindən başa düşülür.
    2. Yenə həmin kitabda Zeyd ibn Ərqəmdən azacıq fərqlə başqa bir rəvayət nəql olunmuşdur.
    Diqqəti cəlb edən məsələ budur ki, bu hədisin davamında Zeyd ibn Ərqəmdən "Peyğəmbərin (s) Əhli-beytində məqsəd onun zövcələridirmi?" deyə soruşulduqda, o "Xeyr, məqsəd, onun nəsəbi qohumlarıdır ki, sədəqə onlara haramdır!" deyə cavab vermişdir.
    3. Məşhur "Sünəni-Termizi" ("Səhihi-Termizi" adı ilə də məşhurdur) kitabının "Əhli-beytin fəzilətləri" bölümündə Cabir ibn Abdullahdan belə nəql olunur: "Həcc zamanı – "Ərəfə" günü Allahın Rəsulu (s) öz dəvəsinə minib xütbə oxuyurdu. Bu zaman onun belə buyurduğunu eşitdim:
    يا اَيُّها النّاسُ اِنّى قَدْ تَرَكْتُ فِيكُمْ ما اَخَذتُمْ بِهِ كِتابَ اللهِ وَ عِترَتِى، اَهْلَبَيْتِى:
    "Ey camaat! Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlardan yapışsanız (onlara sarılsanız), heç vaxt zəlalətə düşməzsiniz. (O iki əmanət) Allahın kitabı və Əhli-beytimdir!"("Səqəleyn" sözünü iki cür oxumaq olar: 1-"Səqəleyn", onun tək forması "səqəl"dir, qiymətli və dəyərli, eləcə də müsafirin əmtəəsi mənasını daşıyır. 2-"Siqleyn", onun tək forması "siql"dir, bu da ağır şey mənasını verir. "Ət-təhqiq" kitabının müəllifinin əqidəsinə əsasən, birinci məna mənəvi baxımdan qiymətli şeyə deyilir, ikincisi isə ümumi məna kəsb edir. Yeri gəlmişkən, diqqət yetirmək lazımdır ki, "səqəl" sözü "sifəti-müşəbbəhə", "siql" sözü isə məsdər formasında olan isimdir.)
    Termizi əlavə edir: "Bunu Əbuzər, Əbu Səid Xidri, Zeyd ibn Ərqəm və Hüzeyfə də nəql etmişlər.”
    4. Yenə həmin kitabda Əbu Səid və Zeyd ibn Ərqəmdən belə nəql olunur: "Allahın Rəsulu (s) belə buyurmuşdur:
    اِنّى تارِكٌ فِيكُمْ ما اِنْ تَمَسَّكْتُمْ بِهِ لَنْ تَضِِلُّوا بَعْدِى: اَحَدُهُما اَعْظَمُ مِنَ الْآخَرِ، كِتابُ اللهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّماءِ اِلَى الْاَرْضِ، وَعِتْرَتِى اَهْلُبَيْتِى، وَلَنْ يَفْتَرِقا حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ، فَانْظُرُوا كَيْفَ تُخْلِفُونِى فِهِيما:
    "Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlardan yapışsanız, heç vaxt zəlalətə düşməzsiniz: Biri səmadan yer üzünə uzanmış ip olan Allahın kitabı, digəri itrətim,(Su yığılıb qalan bir torpağın yerləşdiyi məntəqəyə deyilir. ("Fərhəngi-muin.” (Müt.))Əhli-beytimdir! Onlar "Kövsər”("Səhihi-Termizi", 5-ci cild, səh. 662, "Əhli-beytin fəzilətləri" bölümü, hədis: 3786.) hovuzunda mənə qovuşanadək, bir-birindən ayrılmazlar. Baxın görün, məndən sonra onlarla necə rəftar edəcəksiniz!"(İnsanın "itrəti” dedikdə, onun övladı, nəvə-nəticəsi və nəslindən olan ən yaxın ailə üzvləri nəzərdə tutulur. Bu söz əslində ceyranın göbəyindəki qandan yaranmış ətirli müşkün böyük bir qisminə deyilir. Əhli-beytin və məsum imamların "itrət” adlanması onların "Bəni-Haşim” qəbiləsindən və cənab Əbu Talibin bütün övladları içərisində ətirli müşk parçalarının böyük və qiymətli hissəsinə bənzədilməsidir. Allahın tam və kamil vilayəti də ətirli müşkün yerləşdiyi ceyran göbəyinə bənzəyir. Müşk parçaları damarcıqlar vasitəsilə bir-birlərinə birləşdikləri kimi, bütövlükdə həmin damarcıqlarla ceyran göbəyinə birləşərək böyüyüb inkişaf edir. Məsum imamlar da vilayət ipləri vasitəsilə həm bir-birilə, həm Peyğəmbəri-əkrəm (s)-lə, həm də Allah-taalanın kamal vilayəti ilə əlaqə yaradırlar. Elə bu bağlılıq və əlaqə səbəbindən də inkişaf edib ən yüksək məqama çatırlar. ("Ədəb finayi-müqərrəban”, Cavadi Amoli, 1-ci cild, səh. 323.) (Müt.))
    5. Məşhur kitablardan olan "Sünəni-Darəmi"də Peyğəmbəri-əkrəmdən (s) Zeyd ibn Ərqəmin rəvayətinə oxşar bir hədis nəql olunmuş və orada açıq-aşkar "səqəleyn", "Allahın kitabı" və "Əhli-beyt" ifadələri ilə mətləb sona çatdırılmışdır.(Behiştdə bulaq adıdır, lüğətdə firavan, bol, böyük nemət və xeyir-bərəkət mənasını daşıyır. Quran surələrindən birinin adı "Kövsər”dir. Təfsirçilər bu surənin Peyğəmbəri-əkrəmin (s) pak övladları – həzrət Fatimeyi-Zəhra (ə.s) və məsum imamlar barəsində nazil olduğunu qeyd etmişlər. ("Nəsri-tuba”, 2-ci cild, səh. 330.) (Müt.))
    Unutmayaq ki, Darəmi bəzi alimlərin dediyinə əsasən, Müslimin, Əbu Davudun və Termizinin müəllimi olmuşdur. "Sünəni-Darəmi" sünnilərin məşhur və mötəbər olan altı kitabından biridir. (Hərçənd, bəziləri onun yerinə "Sünəni-İbn Macəni" qeyd etmişlər.)
    6. Əhli-sünnənin dörd imamından biri olan Əhmədin "Müsnəd" kitabında Zeyd ibn Sabitdən nəql olunan bir hədisdə belə deyilir: "Allahın Rəsulu buyurmuşdur:
    اِنّى تارِكٌ فِيكُمْ خَليفَتَيْنِ: كِتابُ اللهِ حَبْلٌ مَمْدُودٌ ما بَيْنَ السَّماءِ وَالاَرْضِ اَوْ ما بَيْنَ السَّماءِ اِلَى الْاَرْضِ، وَعِتْرَتِى اَهْلُبَيْتِى وَاِنّهُما لَنْ يَفْتَرِقا حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ:
    "Mən sizin aranızda iki xəlifəni (canişini) yadigar qoyuram; yerlə göy arasında uzanmış ip olan Allahın kitabı və itrətim, Əhli-beytim. Bu iki (yadigar) (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar."(Yenə orada, səh. 663, hədis: 3788.)
    Diqqət yetirmək lazımdır ki, bu rəvayətlərin bəzisində ("Səhihi-Müslim" kitabında qeyd olunduğu kimi,) "səqəleyn" (iki ağır və qiymətli əmanət), bəzisində ("Sünəni-Əhməd"də nəql olunduğu kimi, qeyd etdiyimiz sonuncu rəvayətdə) "xəlifəteyn" (iki canişin) ifadələri işlənmişdir. Bəzisində isə onların heç biri qeyd olunmasa da, həmin mənanı çatdırır. Həqiqətdə bu hədislərin hamısı eyni məna daşıyır.
    7. (Əhli-sünnənin böyük alimlərindən, sünnilərin altı səhih və mötəbər kitablarından sayılan "Sünən" adlı kitabın müəllifi) Əhməd ibn Şüeyb Nisai "Xəsais" kitabında Zeyd ibn Ərqəmdən belə nəql edir: "Peyğəmbər (s) "Həccətül-vida"dan (vida həccindən) qayıdarkən, "Qədir-Xum" adlı məntəqəyə daxil olduqda, kölgə bir yer hazırlanmasını göstəriş verdi. Bundan sonra buyurdu:
    كَاَنّى دُعِيتُ فَاَجَبْتُ وَاِنِّى تارِكٌ فِيكُمُ الثِّقْلَيْنِ اَحَدُهُما اَكْبَرُ مِنَ الآخَرِ، كِتابَ اللهِ وَعِتْرَتِى فَانْظُرُوا كَيْفَ تُخْلِفُونِى فِيهِما، فَاِنَّهُما لَنْ يَفْتَرِقا حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ، ثُمَّ قالَ: اِنَّ اللهَ مَوْلاىَ وَاَنَا مَولى كُلِّ مُؤمِنٍ، ثُمَّ اَخَذَ بِيَدِ عَلِىٍّ عَلَيْهِ السَّلامُ، فَقالَ: مَنْ كُنْتُ مَوْلاهُ فَهذا وَلِيُّهُ، اَللّهُمَّ والِ مِنْ وَالاهُ وَعادِ مَنْ عاداهُ:
    "Mən (Allah tərəfindən) dəvət olunmuş və bu dəvəti qəbul etmişəm (tezliklə sizin aranızdan gedəcək və dünyamı dəyişəcəyəm). (Buna görə də) sizin aranızda iki qiymətli əmanət qoyuram. Biri digərindən daha böyük olan Allahın kitabı, o birisi isə itrətim, Əhli-beytimdir. Baxın görün, məndən sonra onlarla necə rəftar edəcəksiniz? Onlar (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar." Sonra buyurdu: "Allah mənim mövlamdır, mən isə hər bir möminin mövlasıyam!" Sonra Əlinin əlindən tutub buyurdu: "Mən hər kəsin mövlası və rəhbəriyəmsə, bu da onun mövlası və rəhbəridir. İlahi! Hər kəs onu sevirsə, Sən də onu sev; hər kəs ona düşməndirsə, Sən də onunla düşmən ol!"
    Hədisin sonunda qeyd olunduğu kimi, ikinci ravi Əbu Tüfeyl deyir: Mən, Zeyd ibn Ərqəmdən "Sən özün bu hədisi Allahın Rəsulundanmı (s) eşitmisən?" deyə soruşduqda, o dedi: "Kölgəlikdə olan hər bir kəs bu səhnəni gözlərilə görüb, qulaqları ilə Həzrətin sözlərini eşitdi!"(Sünəni-Darəmi", 2-ci cild, səh. 432, Beyrutun "Darul-fikr" çapı.)
    Bu hədis açıq-aşkar göstərir ki, Peyğəmbəri-əkrəm (s) bu sözləri "Qədir-Xum"da müsəlmanların qarşısında söyləmiş və hamı da bilavasitə eşitmişdir.
    8. Hicri qəməri tarixi ilə 4-cü əsrin böyük sünni alimlərindən olan Hakim Nişapurinin "Müstədrəküs-səhiheyn" adlı məşhur kitabında "Səhihi-Buxari" və "Səhihi-Müslim" kitablarında olmayan bir çox hədislər qeydə alınmışdır. O cümlədən, "səqəleyn" hədisi İbn Vasildən belə nəql edilir: "Mən Zeyd ibn Ərqəmdən eşitdim ki, Peyğəmbəri-əkrəm (s) Məkkə ilə Mədinə arasındakı bir ağaclığa çatdıqda, dayandı. Camaat oturmaq üçün ağacların altını səliqəyə saldı. Peyğəmbər (s) əsr namazından sonra xütbə söyləyərək, Allaha həmd-səna dedi. Öyüd-nəsihət verdikdən sonra buyurdu:
    اَيُهَا النّاسُ اِنّى تارِكٌ فِيكُمْ اَمْرَيْنِ لَنْ تَضِِلُّوا اِنِ اتَّبَعْتُمُوهُما: وََهُما كِتابُ اللهِ وَ اَهْلُبَيْتِى َعِتْرَتِى:
    "Ey camaat! Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlara itaət etsəniz, heç vaxt azğınlığa düşməzsiniz. Onlar Allahın kitabı və itrətim Əhli-beytimdir."("Müsnədi-Əhməd", 5-ci cild, səh. 182, Beyrutun "Darus-sadir" çapı.)
    Sonra Hakim əlavə edərək yazır: "Bu hədis Buxari və Müslimin nəzərincə səhih və düzgündür.("Xəsaisi-Nisai", səh. 20, Misirin "Təqəddüm" çapı.)
    9. Şiələrin qatı müxaliflərindən olan Hicaz müftisi İbn Həcər Heysəmi "Əs-səvaiqul-muhriqə" kitabında yazır ki, səhih bir rəvayətə əsasən, Peyğəmbər (s) buyurmuşdur:
    قَدْ دُعِيتُ فَاَجِبْتُ، اِنِّى قَدْ تَرَكْتُ فِيكُمُ الثَّقَلَيْنِ اَحَدُهُما آكَدُ مِنَ الْآخَرِ: كِتابَ اللهِ عَزَّوَجَلََّ وََعِتْرَتِى اَهْلُبَيْتِى، فَانْظُرُوا كَيْفَ تُخْلِفُونِى فِهِيما فَاِنَّهُما َلَنْ يَفْتَرِقا حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ:
    "Mən Allah tərəfindən dəvət olunmuşam və bu ilahi dəvəti qəbul edəcəyəm. (Buna görə də) sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram: Allahın kitabı və itrətim, Əhli-beytimi! Baxın görün, məndən sonra onların haqqını necə ödəyəcəksiniz? Bu iki əmanət (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq!"
    Sonra əlavə edir: Başqa bir rəvayətdə bu hissə də qeyd olunmuşdur: "Mən bu məqamı onlar üçün Allah-taaladan istəmişəm. Onlardan qabağa keçməyin, yoxsa həlak olarsınız; geridə də qalmayın ki, (yenə) həlak olarsınız! Onlara bir şey öyrətməyin, çünki onlar sizdən elmli və biliklidirlər!"
    Sonra yazır ki, bu hədisin iyirmidən artıq ravisi vardır və onu izah etməyə ehtiyac yoxdur.("Müstədrəküs-səhiheyn", 3-cü cild, səh. 109.)
    Vilayət və imamət məsələsində şiələrə müxalif olan şəxsin "səqəleyn" hədisini belə aşkar etirafla qeyd etməsi doğrudan da diqqəti cəlb edir!
    10. "Usdul-ğabə" kitabının müəllifi İbn Əsir (Məhəmməd ibn Məhəmməd ibn Əbdülkərim), Abdullah ibn Hintəbin tərcümeyi-halında onun belə dediyini nəql etmişdir: "Allahın Rəsulu (s) (Məkkə ilə Mədinə arasında yerləşən) Cöhfə məntəqəsində öz xütbəsində buyurdu: "Mən sizin üzərinizdə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?" Camaat dedi: "Bəli, ey Allahın Rəsulu (s)!" Həzrət buyurdu: "Mən (qiyamətdə) sizdən iki şeyi soruşacağam: "Quran və Əhli-beytimi!"(Buxari və Müslimin şərtində məqsəd budur ki, onlar yalnız sənədi İslam peyğəmbərinə (s) çatan hədisləri nəql edirdilər. Onların nəzərində belə hədislərin raviləri etimadlı şəxslər olmuşlar. Onlar bu şərtə əsaslanan bütün hədisləri nəql etmədiklərindən, Hakim Nişapuri onları "Müstədrəküs-səhiheyn" kitabında toplamışdır. Buna görə də bu kitabı "Səhihi-Buxari" və "Səhihi-Müslim" kitabları ilə eyni səviyyədə hesab etmək olar.)
    11. Cəlaləddin Əbdür-Rəhman Süyuti("Əs-səvaiqul-muhriqə", səh. 226, Misirin "Əbdüllətif" çapı.)"Ehyaul-məyyit" kitabında İbn Əsirin "Usdul-ğabə"də yazdığı mətləbləri qeyd etmişdir.("Usdul-ğabə fi mərifətis-səhabə", 3-cü cild, səh. 47.)
    12. Zəməxşəri Beyhəqinin (Əbu Bəkr Əhməd ibn Hüseyn) barəsində yazır: "Şafei məzhəbinin rəhbəri və imamının onun məzhəbinə etiqadlı bütün şəxslərin boynunda haqqı varsa, Beyhəqinin öz kitablarına görə həm Şafeinin, həm də bu məzhəbdə olanların boynunda haqqı vardır."(O, bir çox dəyərli kitablar yazmış və beş yüzdən çox kitab yazdığı nəql olunmuşdur. "Əl-kuna vəl-əlqab", 1-ci cild, səh. 207.))
    Beyhəqi bu hədisi "Əs-sünənül-kubra" adlı mühüm kitabında ("Səhihi-Müslim"də nəql olunan hədisin oxşarını, xüsusilə, "Əhli-beyt" sözünü üç dəfə təkrar etdiyi halda) nəql etmişdir.(Ehyaul-məyyit" ("Əl-ithaf"ın haşiyəsində), səh. 116.)
    13. Hafiz Təbərani əhli-sünnənin məşhur mühəddislərindən olub, 3-cü və 4-cü əsrlərdə yaşamış və bəzilərinin dediyinə görə, hədis elmində mindən artıq ustadı olmuşdur. O da "Əl-möcəmül-kəbir" adlı məşhur kitabında bir hədisdə Peyğəmbəri-əkrəmdən (s) nəql edir ki, o həzrət camaatı "səqəleyn"ə itaətə dəvət edərkən, bir nəfər ayağa qalxıb, "Ey Allahın Rəsulu! "Səqəleyn nədir" deyə soruşduqda, Həzrət buyurdu:
    اَلاَكْبَرُ كِتابُ اللهِ، سَبَبٌ طَرَفُهُ بِيَدِاللهِ، وَطَرَفُهُ بِاَيْدِيكُمْ، فَتَمَسَّكُوا بِهِ لَنْ تَزالُوا وَلا تَضِلُّوا، وَالاَصْغَرُ عِتْرَتِى وَاِنَّهُما لَنْ يَفْتَرِقا حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ:
    "Böyük və ağır əmanət Allahın kitabıdır. Onun bir tərəfi Allahın əlində (qüdrətində), digər tərəfi isə sizin əlinizdədir. Əgər ondan yapışsanız, birliyiniz itməz, azğınlığa düşməzsiniz. Kiçik əmanət isə itrətimdir. Onlar (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar."
    Sonra əlavə edərək buyurdu: "Mən bu iki əmanəti Allahdan istəmişəm. Onlardan qabağa keçməyin ki, həlak olarsınız; onlara bir şey öyrətməyin; çünki onlar sizdən elmli və biliklidirlər."("Əl-kuna vəl-əlqab", 2-ci cild, səh. 114)
    14. Hazırda vəhhabiliyin banisi kimi tanıtdırılan İbn Teymiyyə (Əhməd ibn Əbdülhəlim Hənbəli, ölümü: 727 h.q) "Minhacus-sünnə" kitabında bu hədisi "Səhihi-Müslim"də qeyd olunduğu kimi nəql etmişdir.(Sünəni-Beyhəqi", 10-cu cild, səh. 114.)
    Sünnilərin digər məşhur və tanınmış alimləri də "Səqəleyn" hədisini öz əsərlərində nəql etmişlər. O cümlədən:
    15. Hicri-qəməri tarixilə 5-ci əsr alimlərindən olan İbn Məğazili (Əli ibn Məhəmməd Fəqih Şafei) bu hədisi geniş şəkildə Zeyd ibn Ərqəmdən nəql etmişdir.(Əl-möcəmül-kəbir", səh. 137, ("Ehqaqul-həqq" kitabından nəqlən, 9-cu cild, səh. 322.))
    16. 6-cı (h.q) əsrin məşhur alim, mühəddis, xətib və şairlərindən olan Xarəzmi də onu "Mənaqib" kitabında qeyd etmişdir.("Minhacus-sünnə", 4-cü cild, səh. 104, Qahirə çapı.)
    17. 7-8-ci əsr alimlərindən və məzhəbcə təəssübkeşliyi ilə məşhur olan Zəhəbi (Məhəmməd ibn Əhməd ibn Osman Dəməşqi Şafei) də bu hədisi "Təlxisul-müstədrək" kitabında qeyd etmişdir.("Ehqaqul-həqq", 4-cü cild, səh. 438 (dəstixətt nüsxədən nəqlən).) Tacəddin Səbki "Təbəqatuş-şafei" kitabında Zəhəbi barəsində belə yazır: "O, öz zamanının dahi və görkəmli mühəddisi, böyük hafiz (hədis əzbərçisi), əhli-sünnə məzhəbinin bayraqdarı, əsrinin rəhbər və qabaqcılı idi.”
    18. 11-ci əsrin məşhur alim və tarixçisi Əli ibn Burhan Hələbi Şafei özünün "Sireyi-Hələbi" adı ilə tanınan "İnsanul-üyun" kitabında "səqəleyn" hədisi və "Qədir-Xum" hadisəsini açıq-aşkar nəql etdikdən sonra belə yazır: "Bu hədis səhih və düzgündür, səhih(Mənaqib", səh. 93)və "həsən"("Təlxisul-müstədrək" (Hakimin "Müstədrək" kitabının haşiyəsində), 3-cü cild, səh. 109, "Heydərabad" çapı.) sənədləri ilə nəql olunmuşdur."(Sənədi məsumlara çatan, raviləri ədalətli və on iki imamçı olan hədisə "səhih hədis” deyilir.)
    19. İbn Həyyan Maliki "Əl-muqtəbəsu fi əhvalil-Əndəlus" kitabında bu hədisi "Səhihi-Müslim"də olduğu kimi qeyd etmişdir; bu fərqlə ki, Məkkə ilə Mədinə arasındakı məkanı "qalalar" mənasını ifadə edən "Həsain" adlandırmışdır.(Raviləri şiə olmasa belə, ədalətli olan hədisə "həsən hədis” deyilir.)
    20. 8-ci (h.q) əsr alimlərindən olan Xazin adı ilə tanınmış Əlauddin Əli ibn Məhəmməd Bağdadi bu hədisi "Təfsir" kitabında "Səhihi-Müslim" və "Səhihi-Termizi"də qeyd olunduğu kimi nəql etmişdir.(Sireyi-Hələbi", 3-cü cild, səh. 274, Qahirə çapı. "Əl-muqtəbəsu fi əhvalil-Əndəlus" səh. 167, Paris çapı.)
    21. 7-ci əsrin məşhur alimi İbn Əbil-Hədid Mötəzili (İzzəddin Əbdülhəmid) "Nəhcül-bəlağə"nin şərhində "səqəleyn" hədisini nəql etdikdən sonra yazır: "Peyğəmbər (s) öz itrətini tanıtdıraraq belə buyurmuşdur:
    قَدْ بَيَّنَ رَسُولُ اللهِ (ص) عِتْرَتَهُ مَنْ هِىَ؟ لَمّا قالَ: اِنِّى تارِكٌ فِيكُمُ الثِّقْلَيْنِ، فَقالَ عِتْرَتِى اَهْلُبَيْتِى:
    "Mən sizin aranızda iki böyük və ağır əmanət qoyuram." Sonra buyurmuşdur: "İtrətim, yəni Əhli-beytim."
    O yazır: "Peyğəmbər (s) başqa bir yerdə öz Əhli-beytini əbasının altına alaraq tanıtdırmış və "Təthir" ayəsi nazil olduqda, demişdir: "İlahi, bunlar mənim Əhli-beytimdir, çirkinliyi onlardan uzaq et!"("Xazin" təfsiri, 1-ci cild, səh. 4, Qahirə çapı.)
    22. 13-cü əsr alimlərindən olan Məkkə müftisi Zeyni Dehlan Şafei (Seyid Əhməd) "Sireyi-Hələbi"nin haşiyəsində çap olunan "Sireyi-Nəbəvi" kitabında bu hədisi "Səhihi-Müslim"də olduğu kimi yazmış, eləcə də "Müsnədi-Hənbəl"də Əbu Səid Xidrinin hədisini eynilə nəql etmişdir.("Nəhcül-bəlağə"nin şərhi, 2-ci cild, səh. 437, Qahirə çapı, 6-cı cild, səh. 375, Beyrutun "Hələbi" çapı, xütbə: 86.)
    Xülasə və nəticə:
    Qeyd etdiyimiz şəxslər "səqəleyn" hədisini öz əsərlərində nəql edən əhli-sünnənin məşhur və tanınmış alimləridir. Əlbəttə, bunu da unutmaq olmaz ki, burada adı çəkilənlər alimlərin az bir qismini təşkil edir. Mərhum Mirhamid Hüseyn Hindi "Əbəqatul-ənvar" kitabının xülasəsində "səqəleyn" hədisinin yüz iyirmi altı mənbədən ibarət məşhur kitablarda nəql olunduğunu yazmış, habelə hər bir kitabın cild və səhifəsini göstərmişdir.("Sireyi-nəbəviyyə", 2-ci cild, səh. 300 – "Sireyi-Hələbi"nin haşiyəsində, səh. 33, Misir çapı.
     )
    Qeyd etmək lazımdır ki, bu hədis yalnız Cabir ibn Abdullah Ənsari, Əbu Səid Xidri və Zeyd ibn Ərqəmdən deyil, demək olar Peyğəmbərin (s) iyirmi üç səhabəsindən vasitəsiz nəql olunmuşdur. Onların adları aşağıdakılardan ibarətdir:
    1-Zeyd ibn Ərqəm; 2-Əbu Səid Xudri; 3-Cabir ibn Abdullah Ənsari; 4-Hüzeyfə ibn Üseyd; 5-Xüzeymə ibn Sabit; 6-Zeyd ibn Sabit; 7-Səhl ibn Səd; 8-Zəmurətul-Əsləmi; 9-Amir ibn Leyli; 10-Əbdür-Rəhman ibn Ovf; 11-Abdullah ibn Abbas; 12-Abdullah ibn Ömər; 13-Ədiyy ibn Hatəm; 14-Əqəbə ibn Amir; 15-Əli ibn Əbi Talib (ə); 16-Əbuzər Qifari; 17-Əbu Rafe; 18-Əbu Şüreyh Qazi; 19-Əbu Qüdamə Ənsari; 20-Əbu Hüreyrə; 21-Əbu Heysəm ibn Teyhan; 22-Ümmü Sələmə; 23-Ümmü Hani.
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 704 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024