İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 8:51 AM
    SƏQƏLEYN HƏDİSİ PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) DİLİNDƏ TƏKRARLANIR
    Diqqət yetirmək lazımdır ki, Peyğəmbəri-əkrəm (s) bu hədisi yalnız bir dəfə deyil (buna Peyğəmbərin (s) yalnız bir dəfə buyurduğu "Qədir-Xum" hədisini misal göstərmək olar ki, onu müsəlmanlar o həzrətin dilindən eşitmiş və nəql etmişlər), həm də müxtəlif zaman və münasibətlərdə bəyan etmişdir.
    Əhli-sünnə mənbələrinə görə, bu hədisin Peyğəmbəri-əkrəmdən (s) nəql olunduğu məntəqələr aşağadakılardan ibarətdir:
    1. "Qədir-Xum": Peyğəmbəri-əkrəm (s) sonuncu həcc mərasimindən qayıdarkən "Qədir-Xum"da geniş söhbətdən sonra "səqəleyn" hədisini buyurmuşdur.
    2. "Ərəfat": Peyğəmbəri-əkrəm (s) həcdə olarkən "Ərəfə" günü dəvəsinin belində bir xütbə söylədikdən sonra bu hədisi buyurmuşdur. Ötən səhifələrdə qeyd etdiyimiz kimi, "Səhihi-Termizi"də Cabir ibn Abdullah Ənsaridən nəql olunan hədis (2-ci hədis) Ərəfə gününə aid idi.
    3. "Cöhfə": Peyğəmbəri-əkrəm (s) həccin "miqat”larından sayılan, Məkkə ilə Mədinə arasında yerləşən "Cöhfə" adlı məntəqədə "səqəleyn" hədisini buyurmuşdur. Bunu İbn Əsir "Usdul-ğabə" kitabında Abdullah ibn Hintəbin tərcümeyi-halında nəql etmişdir.
    4. Peyğəmbəri-əkrəm (s) vəfatına səbəb olan xəstəliyi zamanı son vəsiyyətində belə buyurmuşdur: "Ey camaat! Mən tezliklə sizin aranızdan gedəcəyəm və artıq sizə höccətim tamamlandı. Agah olun! Mən sizin aranızda böyük Allahın kitabını və itrətim olan Əhli-beytimi yadigar qoyuram." Sonra Əliyə (ə) işarə ilə buyurdu: " Əli Quranla, Quran da Əli ilədir. Onlar (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar. Bu iki əmanətdə yadigar qoyduqlarımdan soruşun!"("Əbəqatul-ənvar"ın xülasəsi, 2-ci cild, səh. 105-242, "Müəssəsətul-bəsə" çapı.)
    Düşünənlər üçün bu hədisdə bir sıra incəliklər var.
    5. "Həccətül-vida" ("Vida” həcci): Peyğəmbəri-əkrəm (s) "Vida” həccində "Xif" məscidində belə buyurmuşdur: "Agah olun! Mən sizdən iki ağır əmanət haqda soruşacağam." O həzrətdən "Ey Allahın Rəsulu! İki ağır əmanət nədir?" – deyə soruşulduqda, buyurdu: "Böyük və ağır əmanət Qurani-kərimdir. Onun bir tərəfi Allahın əlində (ixtiyarında), digəri isə sizin əlinizdədir. Belə isə, ondan yapışsanız, heç vaxt azğınlığa düşməz və həlak olmazsınız. Kiçik ağır əmanət isə mənim itrətim və Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər vermişdir ki, bu iki əmanət eynilə mənim iki yanaşı üzüyüm kimi "Kövsər” hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq."("Əs-səvaiqul-muhriqə", səh. 75.)
    6. Peyğəmbəri-əkrəm (s) (Məkkənin fəthindən sonra) Taifdən qayıdan zaman bu hədisi buyuraraq mühüm bir məsələni açıqlamışdır.
    Peyğəmbəri-əkrəmin (s) Səqəleyn hədisini müxtəlif yerlərdə – Mədinədə, həcc mərasimində, "Ərəfə" günündə, "Xif" məscidində ("Mina"da), Məkkə ilə Mədinə arasında və digər məntəqələrdə müsəlmanların zəlalətə düşməmələri üçün təkidlə təkrarlaması o iki əmanətin yüksək əhəmiyyət daşımasına bir sübutdur. Doğrudan da, bu qədər təkid və təkrardan sonra Peyğəmbərin (s) yadigar qoyduğu Quran və Əhli-beytdən uzaqlaşmağımız, yaxud yanlış yozumlara əl atmağımız aşkar zəlalət və azğınlıq deyilmi?! Peyğəmbərin (s) iyirmidən artıq səhabəsindən iki yüzə yaxın məşhur və birinci dərəcəli İslam mənbəyində nəql olunan, sənədində heç bir şəkk-şübhə olmayan belə hədisin üzərindən asanlıqla keçmək olarmı?! Şübhəsiz, belə bir inadkarlığın ağır nəticələri var.
    İslam peyğəmbərini (s) Allahın rəsulu, peyğəmbərlərin sonuncusu, ilahi vəhyin əmanətdarı kimi tanıyan şəxs bilməlidir ki, o həzrətin iki böyük və ağır əmanətə sarılmağın vacibliyini, eləcə də, onlardan uzaqlaşanların azğınlığa düşdüklərini təkidlə vurğulamasında mühüm bir sirr, İslamın əsası ilə bağlı danılmaz bir həqiqət var.
    ***
    SƏQƏLEYN HƏDİSİNDƏN ANLAŞILAN MÜHÜM NÖQTƏLƏR
    Bu hədis müsəlmanların qarşısında bir neçə mühüm üfüq açır. Burada onların bir qismini nəzərdən keçirəcəyik:
    1. Quran və Əhli-beyt (ə) həmişə birgədir, heç vaxt bir-birindən ayrılmayacaq. Quranın həqiqətlərilə tanış olmaq istəyənlər Əhli-beytə (ə) sığınmalıdır.
    2. Qurani-kərimin hökmlərinə itaət etmək müsəlmanlara qeyd-şərtsiz vacib olduğu kimi, Əhli-beytə (ə) itaət də qeyd-şərtsiz vacibdir.
    3. Əhli-beyt (ə) məsum və günahsızdır; Onların Qurandan ayrılmaması, həm də onlara qeyd-şərtsiz itaətin vacibliyi onların məsum olduğunu, günah, xəta və səhvə yol vermədiyini göstərir. Əgər onların günah, yaxud xətası olsa, Qurandan ayrılarlar və onlara itaət müsəlmanları azğınlıqdan saxlamaz. Hədisdə qeyd olunduğu kimi, Əhli-beytə (ə) itaətlə günahlardan uzaqlaşmaq, onların günahsız olmasına başqa bir dəlildir.
    4. Daha mühüm məsələ budur ki, Peyğəmbəri-əkrəmin (s) buyuruğu qiyamətə qədər bütün müsəlmanlar üçün öz gücündədir: "Bu iki əmanət "Kövsər” hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq." Bu isə açıq-aşkar göstərir ki, tarix boyu Əhli-beytdən (ə) bir nəfər məsum və günahsız rəhbər həyatda olacaq. Qurani-kərim həmişə hidayət çırağı olduğu kimi, onlar da həmişə hidayət çıraqlarıdır. Buna görə də hər əsrin ilahi imam və rəhbərini tanımaq lazımdır.
    5. Bu hədisdən başa düşülür ki, Əhli-beytdən (ə) ayrılmaq, yaxud qabağa keçmək azğınlıqla nəticələnir. Heç vaxt şəxsi istəyi onların istəyindən üstün tutmaq olmaz.
    6. Onlar hamıdan üstün və fəzilətli, elmli və biliklidirlər.
    Diqqəti cəlb edən məsələ budur ki, hicri-qəməri tarixlə 9-10-cu əsr alimi və "Vəfaul-vəfa" kitabının müəllifi Səmhudi Şafei "Cəvahirul-əqdeyn" kitabında Səqəleyn hədisi barədə yazır: "Bu hədis göstərir ki, qiyamətə qədər hər bir dövrdə Əhli-beytdən bir nəfər var və ona itaət edilməlidir.
    ***
    YALNIZ BİR SUAL
    Araşdırdığımız mövzu ilə əlaqədar yalnız bir sual qalır. Bəzi rəvayətlərdə – sayca az da olsa – "və itrəti Əhli-beyti" (itrətim olan Əhli-beytim) ifadəsinin yerinə "və sünnəti" (mənim sünnəm) qeyd olunmuşdur. Bu "Sünəni-Beyhəqi" kitabında iki yerdə qələmə alınmışdır. Bir yerdə İbn Abbas Peyğəmbəri-əkrəmdən (s) nəql edir ki, həzrət sonuncu həcc mərasimindəki xütbəsində buyurdu: "Sizin aranızda iki ağır əmanət qoyuram. Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: "Kitabəllah və sünnətə nəbiyyihi" yəni "Allahın kitabı və Peyğəmbər sünnəsi!"(Təfsiri-Əli ibn İbrahim", "Biharul-ənvar", 23-cü cild, səh. 129, hədis: 61, "Təfsiri-Əli ibn İbrahim"dən nəqlən.)Başqa bir yerdə isə eynilə bu məzmunda bir hədis Əbu Hüreyrədən nəql edilmişdir.("Sünəni-Beyhəqi", 10-cu cild, səh. 114.)
    Əhli-beytin (ə) açıq-aşkar bəyanlarını, bəzi hədislərdə bu sözün üç dəfə təkrar və təkid olunmasını, bəzi hədislərdə imam Əlinin (ə) adının çəkilməsini, eləcə də Peyğəmbəri-əkrəmin (s) Əlini (ə) öz Əhli-beyti kimi tanıtdırdığı hədisləri kənara qoyub, təkcə belə nadir rəvayətə istinad etmək qətiyyən düzgün deyil. Görünür ki, dövrün hakim dairələri öz mənafelərini qorumaq üçün bu hədisdə bir sıra dəyişikliklərə əl atsalar da, onu tamamilə təhrif edə bilməmişlər. Bir də bu iki hədis ("sünnəti” sözünün düzgünlüyünü fərz etsək belə) bir-birilə heç bir ziddiyyət təşkil etmir: Peyğəmbəri-əkrəm (s) bir yerdə "kitab” və "sünnə”yə, digər bir yerdə isə "kitab” və "Əhli-beyt”ə (ə) işarə etmişdir. Öncə qeyd etdiyimiz kimi, həzrət bu hədisi (əhli-sünnənin məşhur mənbələrindəki çoxlu rəvayətlərə əsasən) müxtəlif məntəqələrdə – "Vida” həccində, "Xif” məscidində, "Ərəfə”də, "Cöhfə”də, "Qədir-Xum”da, Taifdən qayıdanda, Mədinədə minbərdə və vəfatına səbəb olan xəstəliyi zamanı bəyan etmişdir. Beləliklə, Həzrətin bir yerdə "Əhli-beyt”, digər bir yerdə isə "sünnəti” deyə buyurmasında heç bir ziddiyyət yoxdur.
    Əsas etibarilə heç kim Peyğəmbərin (s) sünnəsinin mühüm bir yadigar və əmanət olduğunu inkar etmir. Mümkündür, müsəlman bir şəxs Qurani-kərimin "ma atakumur-Rəsul fə-xuzuhu və ma nəhakum ənhu fəntəhu” (Peyğəmbərin sizə gətirdiklərinə əməl edin, qadağan etdiklərindən isə çəkinin), ayəsilə təsdiq olunan Peyğəmbər sünnəsinə əməl etməsin. Lakin bu məna Əhli-beytə (ə) tabe olmağa və onlardan yapışmağa çağıran hədislərlə heç bir ziddiyyət təşkil etmir. Başqa sözlə, iki rəvayətdən birinə o zaman üstünlük verilir ki, onlar bir-birilə ziddiyyət təşkil etsin. Halbuki geniş məna ifadə edən bu iki rəvayət arasında heç bir ziddiyyət yoxdur. Ümumiyyətlə, Əhli-beytə (ə) tabe olmağın özü Peyğəmbər (s) sünnəsinə tapınmağın bariz nümunələrindəndir. Hər kim Əhli-beytə (ə) itaət etsə, sünnəyə əməl etmiş, hər kim itaət etməyib, onlardan üz çevirsə öz nəzərini Peyğəmbərin (s) əmrindən üstün tutsa, sünnəni tərk etmiş və Allahın Rəsuluna (s) itaətdən boyun qaçırmışdır.
    Doğrusu, bu bəhanələrlə "səqəleyn” hədisinin biz müsəlmanların üzərinə qoyduğu mühüm vəzifələrdən boyun qaçıra bilmərik. Şübhəsiz, bu hədislər "təvatür”("Sünəni-Beyhəqi", 10-cu cild, səh. 114.)həddindədir, onların sənədinə heç bir irad yoxdur.
    Qeydlərimizi Şafeinin (şafei məzhəbinin banisi) bu barədəki mədhi ilə sona çatdırırıq:
    Və ləmma rəəytun-nasə qəd zəhəbət bihim,
    Məzahibuhum fi əbhuril-ğəyyi vəl-cəhli.
    Rəkibtu əla ismillahi fi sufunin-nəcati,
    Və-hum alu-bəytil-Mustəfa xatəmir-rəsuli.
    Və əmsəktu həbləllahi və huvə vilauhum,
    Kəma qəd umirna bit-təməssuki fil-həbli...
    "Camaatın məzhəb və təriqətlərilə azğınlıq və nadanlıq dəryasında batdığını görüb, Allahın adı ilə "nicat gəmisi”nə sığındım. O gəmi sonuncu Peyğəmbərin Əhli-beytidir. İlahinin (uzatdığı) vilayət ipindən yapışmışam. Necə ki Allahın ipindən (Qurani-kərimdən) yapışmağa əmr olunub. Nə yaxşı olar ki, hamı hər işdə onlara sığınıb, haqqı onlarda arasın!”(Üç və ya daha artıq ravilər silsiləsi vasitəsilə nəql olunub, yəqin hasil edilən hədis qisminə "mütəvatir” və "təvatür həddinə çatmış” hədis deyilir. Bu növ hədislər, silsilə və təbəqəsinin müxtəlifliyi, ravilərinin çoxluğu və bir-birilə əlaqələrinin olmaması üzündən həm şiə, həm də sünnilərin hədis alimləri tərəfindən tam surətdə qəbul olunur. (Müt.))
    Ötən rəvayətlərin çoxunda "Kövsər” hovuzunun adının çəkilməsindən belə məlum olur ki, bu hovuz behişt qapılarının arxasında və behiştin girişində yerləşir. Möminlər, əməlisalehlər və pərhizkarlar Peyğəmbəri-əkrəm (s) və Əhli-beytlə (ə) orada görüşəcəklər.
    2-SƏFİNƏ (GƏMİ) HƏDİSİ
    Əhli-beyt (ə) və məsum imamlar barəsində buyurulan, həm şiə, həm də sünnilərin mötəbər kitablarında geniş nəql olunan məşhur hədislərdən biri də "səfinə” hədisidir. Biz burada bu hədisin mətni, sənədi və mənbələrini qısa şəkildə bəyan edəcəyik.
    Deməliyik ki, bu hədisi Peyğəmbəri-əkrəmin (s) ən azı səkkiz səhabəsi nəql etmişdir. (Əbuzər, Əbu Səid Xudri, İbn Abbas, Ənəs, Abdullah ibn Zübeyr, Amir ibn Vasilə, Sələmə ibn Əkvə və imam Əli (ə))
    "Səfinə” hədisi əhli-sünnənin onlarla məşhur kitabında nəql olunmuşdur. Onlardan bəzilərini nəzərdən keçiririk. Əlavə məlumat əldə etmək istəyənlər "Ehqaqul-həqq” kitabının 9-cu, "Xülasətul-əbəqat” kitabının 4-cü cildinə və digər kitablara müraciət edə bilərlər.
    1. Bir dəfə Əbuzər əli ilə Kəbə evinin qapısının halqasından tutub deyirmiş: "Məni tanıyanlar (mənim kim olduğumu yaxşı) bilir, tanımayanlar da bilsinlər ki, mən Əbuzər Qifariyəm! Allahın Rəsulundan (s) belə eşitmişəm:
    مَثَلُ اَهْلِبَيْتِى فِيكُمْ كَمَثَلِ سَفِينَةِ نُوحٍ فِى قَوْم نُوحٍ مَنْ رَكِبَها نَجى وَمَنْ تَخَلَّفَ عَنْها هَلَكَ:
    "Mənim Əhli-beytim sizin üçün Nuhun gəmisinə bənzəyir; hər kəs ona minsə, nicat tapar, hər kəs ondan ayrı düşsə, həlak olar.” (Başqa bir rəvayətdə isə "qərq olar” ifadəsi qeyd olunmuşdur.)("Zəxirətül-məal”, "Xülasətul-əbəqat” kitabından nəqlən, 2-ci cild, səh. 277.)
    Burada Əhli-beyt (ə) həyatın tufanlı dəryasında nicat gəmisinə bənzədilmişdir.
    2. İbn Abbas, eləcə də Sələmə ibn Əkvə (İbn Məğazili adı ilə tanınan Əbül-Həsən Əli ibn Məhəmməd Şafeinin "Mənaqib” kitabındakı nəqlinə əsasən) Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql etmişlər:
    مَثَلُ اَهْلِبَيْتِى فِيكُمْ َمَثلُ سَفِينَةِ نُوحٍ، مَنْ رَكِبَها نَجى وَمَنْ تَخَلَّفَ عَنْها هَلَكَ:
    "Mənim Əhli-beytim sizin üçün Nuhun gəmisinə bənzəyir; hər kəs ona minsə, nicat tapar, hər kəs ondan ayrı düşsə, həlak olar.”
    Hədisin bu deyilişi İbn Abbasdan nəql olunmuşdur. Sələmə ibn Əkvədən nəql olunan hədis isə belədir:
    مَثَلُ اَهْلِبَيْتِى َمَثَلُ سَفِينَةِ نوحٍ مَنْ رَكِبَها نَجى:
    "Əhli-beytim Nuhun gəmisinə bənzəyir; ona minən şəxs nicat tapar!”
    "Limaza-əxtərtu məzhəbə Əhlil-beyt?” ("Nə üçün Əhli-beyt məzhəbini seçdim?”) kitabının müəllifi Şeyx Məhəmməd ibn İntaki "səfinə” hədisinin şərhində yazır: "Bütün İslam alimlərinin yekdil fikrinə əsasən, bu hədis "təvatür” həddinə yaxın "səhih” və "müstəfiz”("Səfinə” hədisi bu kitablarda nəql olunmuşdur: "Möcəmül-kəbir vəl-möcəmüs-səğir”, Hafiz Təbərani, səh. 78, Dehli çapı; "Üyunul-əxbar”, İbn Qüteybə Dinəvəri, 1-ci cild, səh. 212, Misir çapı; "Müstədrək”, Hakim Nişapuri, 3-cü cild, səh. 150; "Mizanul-etidal”, Zəhəbi, 1-ci cild, səh. 224; "Tarixul-xüləfa”, Süyuti, səh. 573 və s.) hədislərdəndir. Təxminən yüz nəfər hafiz və hədis əzbərçisi, tarixçi və "sirə”(Təvatür həddinə çatmayan və ravilərinin sayı üçdən az olmayan rəvayətə deyilir. (Müt.)) yazan şəxs öz kitablarında onu nəql və qəbul etmişlər.” Sonra əlavə edir: "Bu hədisi qeyri-müsəlmanlar belə islami bir hədis kimi nəql etmişlər.”("Sirə” – Peyğəmbəri-əkrəmin (s) əməli rəftar və davranışlarına deyilir.)
    Bu hədis "Əbəqatul-ənvar” kitabında əhli-sünnənin doxsan iki məşhur aliminin doxsan iki kitabından bütün təfərrüatı ilə nəql olunur. "Əbəqatul-ənvar” kitabının xülasəsinin müəllifi isə onun haşiyəsində bu hədisi səkkiz nəfər səhabə, səkkiz nəfər tabein, üç nəfər 2-ci əsr, səkkiz nəfər 3-cü əsr, on dörd nəfər 4-cü əsr alimlərindən və bu minvalla hər əsrin öz alimlərinin adları ilə birgə qeyd etmişdir.("Limaza əxtərtu məzhəbə Əhlil-beyt”, səh. 166.)
    ***
    SƏFİNƏ HƏDİSİ NƏ DEMƏK İSTƏYİR?
    Bu hədisi dərk etmək üçün Nuh peyğəmbərin macərasına qısa bir nəzər salırıq. Allah-taala Qurani-kərimdə buyurur:
    فَفَتَحْنَا أَبْوَابَ السَّمَاء بِمَاء مُّنْهَمِرٍ وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاء عَلَى أَمْرٍ قَدْ قُدِرَ
    "Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq (və dayanmadan yağış yağdı). Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular müəyyən edilmiş miqdarda bir-birinə qarışdı.” ("Xülasətül-əbəqatil-ənvar”, 2-ci cild, səh. 126-195.)
    Bu tufan və sel bir yerdən başqa hər yeri ağuşuna aldı. O da Nuhun (ə) gəmisi idi. Allah-taala onun sərnişinlərinə nicat verdi. Hətta Nuhun (ə) oğlu qürurla "Mən bir dağa sığınaram, o da məni seldən qoruyar”, dediyi zaman atasının "Allahın rəhm etdiklərindən başqasını, bu gün heç kim Onun əzabından qoruya bilməz”, tutarlı cavabı ilə üzləşdi. (Həzrət Nuh (ə) gəmiyə minib nicat tapan möminləri nəzərdə tuturdu.) Nuhun (ə) sözü dərhal həyata keçdi. Çünki "böyük bir dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o (Nuhun oğlu) da suda boğuldu!”(Qəmər” surəsi, ayə: 11-12.)
    Bəli Əhli-beytin (ə) həmin gəmiyə bənzədilməsində dərin məna var və bu bənzətmə bizə bir çox həqiqətləri açıqlayır. O cümlədən:
    1. İslam peyğəmbərindən (s) sonra ümmət bir sıra tufanlara düçar olacaq. Bu tufanlar çoxlarını özü ilə aparacaq və dalğalar arasında boğub həlak edəcək.
    2. İnsanları dini, imanı, ruhu və həyatı hədələyən təhlükələrdən qoruyub-saxlamaq üçün yeganə ümid yeri Əhli-beyt (ə) adlı nicat gəmisidir. Şübhəsiz, hər kəs ondan uzaq düşsə, həlakətə uğrayasıdır.
    3. Səhrada karvandan ayrı düşmək həmişə ölümlə nəticələnmir. Mümkündür ki, insan üzücü çətinliklərdən sonra nicat tapsın. Lakin tufanlı bir dəryada nicat gəmisindən ayrı düşmək mütləq həlakət və ölüm deməkdir.
    4. Nuh peyğəmbərin gəmisinə minməyin şərti iman və saleh əməl olduğu üçün Nuh (ə) öz oğluna iman gətirib kafirlərdən ayrılmağı təklif etdi. Beləliklə, İslam ümməti də tufan, bəla və azğınlıqlardan nicat tapmaq üçün Əhli-beytə iman gətirib, onlara tabe olmalıdır.
    5. Nicat tapmaq üçün təkcə onlara məhəbbət bəsləmək kifayət deyil. Bəzi alimlərin dediyi kimi, bütün müsəlmanlar Əhli-beyti (ə) sevir, hörmətlə yad edirlər. Buna əsasən, hamı nicat əhlidir. Əksinə, rəvayətdə bəyan olunduğu kimi, əsas məsələ onlara tabe olmaq və müxalif çıxmamaqdır. Nuhun (ə) oğlu atasını sevsə də, ona tabe olmadığından bu məhəbbət qurtuluşa səbəb olmadı.
    6. Ötən bəhsdə qeyd olunduğu kimi, "səqəleyn” hədisindən başa düşülür ki, Əhli-beytə (ə) tabe olmaq üçün müəyyən şərt qoyulmamışdır. Quranla Əhli-beyt (ə) həmişə birgə olacaq, heç vaxt bir-birindən ayrılmayacaq və nəhayət, behiştdə ("Kövsər” hovuzunda) Peyğəmbəri-əkrəmə (s) qovuşacaq. "Səfinə” hədisindən də belə başa düşülür ki, dünyanın sonuna qədər bu minvalla davam edəcək. Çünki dünya həmişə tufanlı və təlatümlüdür. Yəni nə qədər ki, şeytanlar, zəlalət carçıları və heyrət vadisində batanlar var, bu tufanlar da sakitləşməyəcək. Allah-taalanın Öz bəndələri arasında qəzavət edəcəyi, Qurani-kərimin buyurduğu kimi, ixtilafların aradan qaldırılacağı("Hud” surəsi, ayə: 43.) vaxta qədər davam edəcəkdir. Buna əsasən, hər bir dövrdə "nicat gəmisi”nin varlığı zəruridir və ondan üz döndərənlər məhvə məhkumdur.
    7. Əhli-beytə (ə) qeyd-şərtsiz itaət hər bir dövrdə məsum və günahsız bir imamın varlığına gözəl sübutdur. Ona itaət nicat tapmaq, ondan üz döndərmək isə həlakətlə nəticələnəsidir.
    8. "Səfinə” hədisi Peyğəmbəri-əkrəmin (s) buyurduğu
    ( سَتُفَرِّقُ اُمَّتِى عَلى ثَلاثٍ وَسَبْعِينَ فِرْقَةٍ، فِرْقَةٌ ناجِيَةٌ وَالباقُونَ فِى النّارِ:)
    "Tezliklə ümmətim yetmiş üç firqəyə ayrılacaq, (onların) biri nicat, qalanları isə cəhənnəm əhlidirlər”(Qurani-kərimdə və çoxlu rəvayətdə buyurulduğu kimi, qiyamət günü ixtilafların aradan qaldırılacağı və Allah-taalanın ümmətlər arasında qəzavət və hökm kəsəcəyi bir gündür.) məşhur hədisin təfsiridir.
    Bu hədisdən məlum olur ki, "firqətun naciyə” (nicat əhli olan firqə) Əhli-beyt (ə) məktəbinin üzvləri, İslam üsul və füruatında onların hidayət çərçivəsində qərar tutan firqədir.
    Bu məşhur hədis ətrafında araşdırmalardan belə nəticə alırıq ki, İslam ümmətində Əhli-beytin (ə) adı çox yüksək olub. Onların kənarından sadəcə məhəbbətlə ötüb keçməməliyik.
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 848 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024