İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 8:50 AM
    3-NÜCUM (ULDUZLAR) HƏDİSİ
    İslam mənbələrində Peyğəmbərdən (s) nəql olunan və hər bir dövrdə Əhli-beytin müsəlmanlara rəhbər və hidayətçi olduğu göstərilən digər bir hədis "nücum” hədisidir. Bu hədisi Peyğəmbərin (s) bir çox səhabəsi (ən azı yeddi nəfər: imam Əli (ə), Cabir ibn Abdullah, Əbu Səid Xudri, Ənəs ibn Malik, Münkədir ibn Abdullah(Bu rəvayəti bir çox şiə və sünni alimləri nəql etmiş, hətta bəzi rəvayətlərdə göstərilmişdir ki, imam Əli (ə) Peyğəmbəri-əkrəmdən (s) "Nicat əhli olan firqə hansıdır?” – deyə soruşduqda, o həzrət buyurmuşdur: "Əl-mutəməssiku bima əntə və şiətukə və əshabukə!” – (Sənin, şiələrinin və səhabələrinin yolundan yapışanlar!) ("Ehqaqul-həqq”, 7-ci cild, səh. 185.)), Sələmə ibn Əkvə və İbn Abbas) nəql etmiş, əhli-sünnə hafizləri və mühəddislərinin onlarla kitabında qeyd edilmişdir. Burada onların bir qismini qısa şəkildə nəzərdən keçirəcəyik:
    Hakim Nişapuri "Müstədrək” kitabında İbn Abbasdan İslam peyğəmbərinin (s) belə buyurduğunu nəql edir:
    النُّجُومُ اَمانٌ لِاََهْلِ الْاَرْضِ مِنَ الْغَرْقِ، وَاَهْلُ بَيْتِى اَمانٌ لِاُ مَّتِى مِنَ الْاِخْتِلافِ، فَاِذا خالَفَتْها قَبِيلَةٌ مِنَ الْعَرَبِ اِخْتَلَفُوا فَصارُوا حِزْبَ اِبْلِيسِ!
    Ulduzlar yer əhli üçün əmin-amanlıq və dəryada (qərq olmaqdan) qurtuluşa səbəb olduğu kimi(İbn Əsirin "Usdul-ğabə” kitabında qeyd etdiyinə əsasən, Məhəmməd ibn Münkədirin atası Münkədir ibn Abdullah Peyğəmbərin (s) səhabələrindən olmuşdur.), mənim Əhli-beytim də ümmətim üçün ixtilaflarda əmin-amanlıq və nicat yeridir. Ərəb qəbilələrindən hansı biri onlara qarşı çıxsa, ümmətin arasında ixtilaf yaranar. Bilin ki, onlar (müxalifətçilik edənlər) şeytanın qoşunundandır!”
    Hakim Nişapuri bu hədisi qeyd etdikdən sonra yazır: "Bu hədisin sənədi səhih və düzgündür.”(Keçmiş zamanlarda cəhətlərin təyini mümkün olmadığından, dəniz səfərlərində onları bilmək üçün ən gözəl vasitə səma ulduzları idi.)
    Əllamə Həmzavi "Məşariqul-ənvar” kitabında "Hakim Nişapurinin səhih və düzgün hesab etdiyi rəvayətdə belə deyilmişdir!”(Müstədrək”, Hakim Nişapuri, 3-cü cild, səh. 141, "Heydərabad” çapı, "Ehqaqul-həqq” kitabından nəqlən, 9-cu cild, səh. 294.)söyləyərək yuxarıdkı hədisi olduğu kimi qeyd edir.
    Bu hədisi İbn Həcər "Əs-səvaiqul-muhriqə”, Əllamə Əli Müttəqi "Müntəxəbu Kənzül-ümmal”, Bədəxşi "Miftahun-nicah”, Şeyx Məhəmməd Səbban Maliki "İsğafur-rağibin”, Əllamə Burhani "Əş-şərəful-muəyyəd” və "Cəvahirul-bihar” kitablarında nəql etmişlər.(Əllamə Həmzavinin qeydi belədir: "Buxari və Müslimün hədislərin düzgünlüyündəki şərtinə əsasən, bu hədis səhih və düzgündür. ("Məşariqul-ənvar”, səh. 90, Misirin "Şərqiyyə” çapı.))
    Bu hədisi digər ravilər də Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər. Onların hədisləri şiə və sünnilərin məşhur kitablarında qələmə alınmışdır. (Əlbəttə, bu rəvayətlərin sözlərində azıcıq fərqlər gözə dəysə də, əsas məqsəd birdir.)
    Məsələn, Sələmə ibn Əkvənin rəvayətində belə oxuyuruq: "Allahın Rəsulu buyurmuşdur:
    النُّجُومُ اَمانٌ لِاَهْلِ السَّماءِ وَاَهْلُ بَيْتِى اَمانٌ لِاُمَّتِى
    "Ulduzlar səma əhlinin əmin-amanlıq və asudəliyinə, mənim Əhli-beytim isə ümmətimin əmin-amanlığına səbəbdir!”(Əlavə məlumat əldə etmək istəyənlər "Ehqaqul-həqq” kitabının 9-cu cildinin 294-296-cı səhifələrinə müraciət edə bilərlər.)
    Bu hədisi azacıq fərqlə Cabir ibn Abdullah Ənsari, eləcə də Münkədir, Əbu Səid Xidri və Ənəs ibn Malik Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər.
    İmam Əlinin (ə) Peyğəmbəri-əkrəmdən (s) nəql etdiyi başqa bir hədis isə belədir:
    النُّجُومُ اَمانٌ لِاَهْلِ السَّماءِ فَاِذا ذَهَبَتِ النُّجُومُ ذَهَبَ اَهْلُ السَّماءِ، وَاَهْلُ بَيْتِى اَمانٌ لِاَهْلِ الْاَرْضِ فَاِذا ذَهَبَ اَهْلُ بَيْتِى ذَهَبَ اَهْلُ الْاَرْضِِ!
    "Ulduzlar səma əhlinin asudəliyinə səbəbdir. Onlar ensə səma əhli də məhv olar. Mənim Əhli-beytim də yer əhlinin asudəliyini təmin edir. Əgər Əhli-beytim olmasa, yer əhli də olmaz!”
    Bu hədisi Muhibbuddin Təbəri "Zəxairul-uqba” kitabında Əhməd ibn Hənbəlin "Mənaqib” kitabından nəql etmişdir.(Bu hədis "Camius-səğir” (Süyuti) (səh. 587, Misir çapı), "Zəxairul-üqba” (Muhibbuddin Təbəri), "Əs-səvaiqul-muhriqə” (İbn Həcər) və s. kitablarda nəql olunmuşdur.) Həmçinin digər kitablarda, o cümlədən, Həməvininin "Fəraidus-səmteyn”, İbn Həcərin "Əs-səvaiqul-muhriqə”, Məhəmməd Səbbanın "İsğafur-rağibin”, Xarəzminin "Məqtəlul-Hüseyn”, Nəbhaninin "Əşşərəful-muəyyəd” kitablarında da qeyd edilmişdir.
    ***
    NÜCUM HƏDİSİNİN MAHİYYƏTİ
    Bu hədis müxtəlif məsələləri açıqlayır:
    1. Bu hədis həqiqətdə Qurani-kərimin səma ulduzlarının iki mühüm təsirindən danışan bir neçə ayəsindən qaynaqlanmışdır. Bir ayədə belə buyurulur: "Onlar ulduzlar vasitəsilə hidayət olunar!” ("Zəxairul-üqba”, səh. 7, Qahirənin "Qudsi” çapı.) Başqa bir ayədə isə belə buyurulur: "Allah sizin üçün suyun və qurunun zülmətində hidayət olmaq üçün ulduzlar yaratdı!”("Nəhl” surəsi, ayə: 16)
    Bu isə həqiqətdə ulduzların ən mühüm faydalarından biridir. Çünki kompasın (qütbnəma) ixtirasından öncə dağ, yaxud ağac kimi heç bir əsər-əlaməti olmayan dəniz yollarını tapmaq üçün yeganə vasitə ulduzlar idi. Gecələr bulud səmanı örtdükdə, gəmilər hərəkətdən dayanır, yollarına davam etmək istəyənlər isə ölüm təhlükəsi ilə üzləşirdilər. Bunun səbəbi beş planet (Merkuri, Venera, Mars, Yupiter və Saturn) istisna olmaqla, qalan ulduzların öz yerlərini dəyişməsi sanki qara parça üzərində toxunan, bir tərəfdən başqa təfərə çəkilən mirvarilərə bənzəməsidir. Qalan beş planeti isə "səvabit” adlandırırdılar. Bunlardan və həmişə yeri sabit olan, çıxıb-batmaqda digər ulduzlardan fərqlənən "qütb” ulduzundan əlavə, qalan ulduzları tanıyıb, ilin müxtəlif fəsillərində onların yerini təyin etməklə əllərindəki xəritə ilə hər hansı məqsədi tapmalı idilər.
    Ulduzların başqa bir faydası isə Qurani-kərimdə buyurulduğu kimi, onların şeytanlara tuşlanmış oxlara bənzədilməsidir. Belə ki, onlar şeytanlara atılan və səmalara nüfuz etməyin qarşısını alan oxları əvəz edir. Qurani-kərimdə buyurulur:
    إِنَّا زَيَّنَّا السَّمَاء الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ وَحِفْظًا مِّن كُلِّ شَيْطَانٍ مَّارِدٍ لَا يَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَى وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ دُحُورًا وَلَهُمْ عَذَابٌ وَاصِبٌ
    "Biz səmanı ulduzlarla zinətləndirdik, xəbis və itaətdən çıxmış şeytanlardan qoruduq. Onlar yüksək aləmə (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər. (Bu işi görmək istəsələr) hər tərəfdən oxlar (axan ulduzlar) vasitəsilə qovular və şiddətlə geriyə qaytarılarlar. Onlar üçün daimi bir əzab vardır!”("Ənam” surəsi, ayə: 97.)
    Bu və digər ayələrdən ulduzların səma əhli üçün müdafiə silahı olduğu başa düşülür. "Ulduzlar (yaxud meteoritlər) şeytanların yolunu necə bağlayır və səmalara daxil olmağa icazə vermirlər?” sualı ayrıca bir izaha ehtiyaclıdır. Biz onu "Təfsiri-nümunə” kitabında həmin ayənin təfsirində şərh etmişik. Burada diqqəti cəlb edən məsələ süzən ulduzlar vasitəsilə şeytanların yüksək aləmdən, mələklərin pak, ali məqamından qovulması hadisəsidir. Bu hadisə "nücum” hədisinin təfsiri üçün kifayətdir.
    Bəli, bir tərəfdən Peyğəmbər (s) Əhli-beyti (ə) səma ulduzları kimi insanları küfr, fitnə-fəsad, günahın zülmətindən qoruyub, ali məqsədə yönəldirsə və Allah yolunun yolçularını azğınlıq dalğalarında boğulmaqdan xilas edirsə, digər tərəfdən də insan və cinlərdən olan şeytanların İslam hüdudlarına nüfuzunun, Quranın hökmləri və sünnəni təhrif etməsinin qarşısını alır. Əhli-beyt meteoroit oxları kimi şeytanları dəf edir, yadların sinəsinə qeyb əlləri ilə zərbə endirir və onları səmavi sirlərdən agah olmağa qoymurlar.
    Diqqət yetirmək lazımdır ki, bu hədisdə xüsusi olaraq Əhli-beyt (ə) İslam ümmətindəki ixtilafların qarşısını alan qoruyucu kimi göstərilir. Əgər ixtilaflar davam edərsə, insanlar İblisin qoşunu sıralarına daxil olar. Bu isə doğrudan da dolğun bir mənanı çatdırır.
    2. "Nücum” hədisindən belə başa düşülür ki, ulduzların səma, yaxud yer əhlinin keşiyində durması davam etdiyi kimi, Əhli-beytin (ə) də hidayət yolu dünyanın sonuna qədər davam edəcəkdir.
    3. Həmçinin onların xəta və günahdan məsum olduqları da sübuta yetir. Əgər onlar xəta və günaha yol versəydilər, yer əhlini ixtilaf və azğınlıqlardan qoruyan kamil və mütləq dayaq kimi tanıtdırılmazdılar.
    4. Səma ulduzlarından biri batıb, digəri çıxması, bir qismi üfüqdə itib, digər qismi yenidən parlaması xüsusiyyəti Peyğəmbər (s) Əhli-beytində (ə) də var. İmam Əli (ə) bu məsələni "Nəhcül-bəlağə”də aydın bəyan edərək buyurmuşdur: "Agah olun! Məhəmmədin (s) Əhli-beyti səma ulduzlarına bənzəyir; onların biri batdıqda, digəri çıxır!”("Saffat” surəsi, ayə: 6-9.)
    Şübhəsiz, bu rəvayətlərdə adı çəkilən Əhli-beyti (ə) Peyğəmbərin (s) zövcələri kimi təfsir etmək düzgün deyil; çünki bu rəvayətlərdə hər bir dövr və əsrdə ümmətin hidayəti, azğınlıq dalğalarından qurtuluşu və ixtilafların qarşısının alınması kimi mühüm məsələlərdən söz açılır. Bildiyiniz kimi, Peyğəmbərin (s) zövcələri müəyyən bir dövrdə yaşamış və bundan əlavə, ixtilafların qarşısının alınmasında xüsusi bir rol oynamamışlar.("Nəhcül-bəlağə”, xütbə: 100.)
    ***
    Sual:
    Sual olunur ki, bəzi kitablarda Peyğəmbəri-əkrəmin (s)
    ( اَصْحابِى بِمَنْزِلَةِ النُّجُومِ فِى السَّماءِ فَاَيُّما اَخَذْتُمْ بِهِ اِهْتَدَيْتُمْ )
    "Mənim səhabələrim səma ulduzları kimidir. Onların hər hansı birindən yapışsanız (itaət etsəniz), hidayət olar və doğru yola yönələrsiniz” buyurduğu da nəql olunmuşdur. Görəsən, bu hədis Əhli-beyt (ə) barəsində nəql olunan yuxarıdakı hədislərlə ziddiyyət təşkil edirmi?
    Bu sualın cavabı ilə bağlı bir neçə məsələyə diqqət yetirmək lazımdır:
    1. Bu hədisin mötəbər oluğunu fərz etsək belə, Əhli-beytin (ə) barəsində deyilən hədislərlə heç bir ziddiyyət təşkil etmir. Çünki İslamın əsaslarının bəyanında bir örnəyin başqa bir örnəklə heç bir ziddiyyəti yoxdur. Xüsusilə "Əhlu-beyti kən-nücum” (Əhli-beytim ulduzlar kimidir) hədisində bu vəsf Qurani-kərimə aid edilməsə də, Qurani-kərimin müsəlmanlar üçün ən gözəl istinad yeri olması sözsüzdür.
    2. Əhli-sünnə alimləri bu hədisi sənəd baxımından "saxta”, "məkzub” (yalan) və yaxud "məşkuk” (şübhəli) adlandırmışlar. Bunu açıqlayanlar arasında əhli-sünnənin dörd imamından biri olan Əhməd ibn Hənbəl, eləcə də İbn Həzm, Əbu İbrahim Məzəni (Şafeinin ardıcıllarından biri), Hafiz Bəzzaz, Daru-Qutni, Zəhəbi, və s. alimlər var. Burada onların hər birinin ayrı-ayrılıqda nəzərini nəql etməyə ehtiyac yoxdur. Bu alimlərin münasibətləri barədə məlumat əldə etmək istəyənlər "Xülasətu əbəqatil-ənvar” kitabına müracət edə bilərlər.(Hətta Peyğəmbərin (s) zövcəsi Ayişənin ixtilafların daha da artmasındakı rolu inkaredilməz bir həqiqətdir. İzah: Peyğəmbərin (s) vəfatından sonra camaat Əbu Bəkrlə beyət etdilər. Ayişənin rəvayətinə görə "Əli və Bəni-Haşimin hamısı altı ay müddətində – Fatimə dünyadan gedən vaxta qədər – onunla beyət etmədilər. Bundan sonra imam Əli (ə) Osmanın xilafətinin son vaxtlarına qədər siyasət səhnəsindən uzaqlaşdırıldı. Nəhayət, Ayişə Osmanla qarşılaşmaq üçün onun əleyhinə qiyam edənlərin – Təlhə, Zübeyr və başqalarının rəhbərliyini öz öhdəsinə aldı. Bu işləri də yalnız Osmandan sonra öz əmisi oğlu Təlhəni xilafətə çatdırmaq ümidi ilə görürdü. Osman qətlə yetirildikdən və müsəlmanlar imam Əliyə (ə) beyət etdikdən sonra həzrətin əleyhinə Cəməl müharibəsini başladı və sonda məğlub oldu. İmam Əli (ə) onu Mədinəyə qaytardı. O, həzrət şəhid olana qədər ona qarşı kin-küdurət bəsləyirdi. Bundan sonra Müaviyə hakimiyyətə gəldi. Onların hər ikisi (Müaviyə və Ayişə) imam Əlinin (ə) qarşısında eyni mövqe tutduqları üçün aralarında yaxşı əlaqə bərqərar oldu və bu əlaqə Hücr ibn Ədinin Müaviyənin vasitəsilə qətlə yetirildiyi vaxta qədər davam etdi. ("Məalimul-mədrəsəteyn”, Əllamə Əskəri, 2-ci cild, səh. 69.) (Müt.))
    3. Səhabələrə aid edilən hədisin möhtəvası məntiqlə uyğun gəlmir. Bildiyimiz kimi, Peyğəmbərin (s) vəfatından sonra səhabələr arasında (geniş mənada səhabə; yəni Peyğəmbəri (s) görən və həzrətlə birgə olan hər bir şəxsi nəzər almaqla) böyük ixtilaflar yarandı. Bu ixtilaflarda qanlar axıdıldı, dəhşətli müharibələr baş verdi. Belə isə hansı məntiqlə qəbul etmək olar ki, bir-birinin qanını tökən iki qrup hidayət örnəyidir və insanları onların hər hansı birinin yolunu seçməkdə azad buraxıb deyək: "Özünüz bilərsiniz, ya Əmirəl-möminin Əlinin (ə), ya da Müaviyənin qoşunundan olun; Cəməl müharibəsində ya Əliyə (ə) qoşulun, ya da Təlhə və Zübeyrə. Onların hər hansı birinə qoşulsanız, doğru yolu tapacaqsınız və sizi behiştə aparacaqlar.” Xeyr, belə deyil! Heç bir ağıllı insan bunu qəbul etməz. Allah Rəsulunun (ə) məqamı isə çox üstündür və həzrətə belə hədislər aid etmək rəva deyil.
    Tarixdə göstərilir ki, Əməvi hakimləri öz mövqelərini möhkəmləndirmək, "nücum” hədisini etibardan salmaq və Əhli-beytin (ə) məqamını kiçiltmək üçün belə saxta hədisləri İslam peyğəmbərinə (s) aid etmiş, bununla da Şam əhalisi və qeyrilərini inandırmağa çalışmışlar ki, Əlinin (ə) hökuməti haqq olduğu kimi, səhabələr zümrəsindən olan Müaviyənin hökuməti də haqqdır.(Xülasətu əbəqatil-ənvar”, 3-cü cild, səh. 124-167. (Burada qeyd etdiyimiz hədisin sənədinin etibarsızlığı ravilərin tərcümeyi-halı ilə birgə əhli-sünnənin otuz nəfərdən çox alimi nəql etmişdir.)) Beləcə, iki qrup arasındakı fərqi itirməyə çalışmışlar.
    4-ON İKİ İMAM HƏDİSİ
    Əhli-beytin (ə) mövqeyini imamət və vilayətlə əlaqələndirən və bir sıra şübhəli sualları cavablandıran hədislərdən biri də "on iki imam” hədisidir. Bu hədis İslamın ən məşhur hədislərindəndir. O səhih və mötəbər kitabların əksəriyyətində nəql olunmuşdur. Bu hədis barəsində əksər alimlər yekdil fikirdədirlər. Əvvəlcə, hədisin sənədini, sonra isə onun məzmununu qısa şəkildə araşdıracağıq:
    Bu hədisi Peyğəmbərin (s) səhabələrindən bəziləri nəql etmişdir. Onun əksər raviləri Cabir ibn Sumrəyə, ondan sonra Abdullah ibn Məsuda, Abdullah ibn Ömərə, Abdullah ibn Əmr ibn Asa, Əbdül-Məlik ibn Ümeyrə, Əbul-Cildə və Əbu Cüheyfəyə istinad edir. Hədis hafizləri onu ondan artıq kitabda qeydə almışlar. İndi isə diqqətinizi həmin hədisin bir hissəsinə yönəldirik:
    1. "Səhihi-Müslim” kitabında Cabir ibn Sumrənin belə dediyi nəql olunur: "Allahın Rəsulundan (s) eşitdim ki, belə buyurdu:
    لا يَزالُ الْاِسْلامُ عَزيزاً اِلى اِثْنى عَشَرَ خَليفَةً – ثُمَّ قالَ كَلِمَةً لَمْ اَفْهَمْها! فَقُلْتُ لِاَبِى ما قالَ؟ فَقالَ كُلُّهُم مِنْ قُرَيْشٍ!:
    "On iki xəlifə müsəlmanlara rəhbərlik edən vaxta qədər İslam izzətli olacaq.” Sonra o həzrət bir söz dedi ki, mən başa düşmədim. Atam Peyğəmbərə (s) yaxın olduğundan, ondan "Peyğəmbər (s) nə buyurdu?” deyə soruşduqda, atam (Peyğəmbərin (s) belə buyurduğunu) dedi: "Onların hamısı Qüreyş tayfasındandır!”(Əhli-sünnə firqəsinin nəzərinə görə, Peyğəmbəri-əkrəmə (s) iman gətirən və o həzrəti günün yarı hissəsini belə, görənlər səhabə adlanırlar və səhabə adını daşıyan hər bir kəs isə ədalətlidir. Lakin Əhli-beyt məktəbinin ardıcılları o kəsə səhabə deyirlər ki, daim və uzun müddət Peyğəmbəri-əkrəmlə (s) birgə olsun. Onların nəzərinə görə, bütün səhabələr ədalətli deyillər.)
    Həmin kitabda başqa bir sənədlə Cabir ibn Abdullah Ənsaridən "La yəzalul-İslamu əzizən” (İslam dini həmişə əziz olacaqdır) ifadəsinin yerində "La yəzalu hazəl-əmr” (Bu iş həmişə davam edəcəkdir) ifadəsini nəql etmişdir.
    Başqa bir hədisdə isə "La yəzalu hazəd-din əzizən məniən” (Bu din həmişə izzətli və yenilməz olacaqdır), deyə buyurulmuşdur.
    Bir hədisdə Amir ibn Səd ibn Əbi Vəqqasdan belə nəql edilir: "Cabir ibn Sumrəyə məktub yazıb bildirdim ki, Peyğəmbəri-əkrəmdən (s) eşitdiyi hədisləri mənə yazıb göndərsin. O da mənə belə yazmışdı: "Mən Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: "İslam dini qiyamətə qədər yaşayacaq və mütləq sizə Qüreyş tayfasından olan on iki xəlifə rəhbərlik edəcək!” Həmçinin belə buyurdu: "Müsəlmanların kiçik bir qismi "Ağ” evi, "Kəsra” evini, yaxud da "Kəsra” övladlarını fəth edəcək!” Sonra xəbərdarlıq etdi: "Qiyamətdən qabaq yalançılar meydana çıxacaq, onlardan uzaqlaşın!”(Səhihi-Müslim”, 3-cü cild, səh. 1453, Beyrutun "Daru ihyai-turrasil-ərəbi” çapı.)
    Yenə "Səhihi-Müslim”də başqa bir "təriq”lə (ravilərin sırası) Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: "On iki xəlifənin hökuməti durduqca, bu din izzətli, qüdrətli və yenilməz olacaq!” Bu hədisin sonunda da "Kulluhum min Qureyş!” (Onların hamısı Qüreyş tayfasındandır” ifadəsi görünür.(Səhihi-Müslim”, 3-cü cild, səh. 1453.)
    2. Bu hədis "Səhihi-Buxari” kitabında oxşar ifadələrlə Cabir ibn Abdullah Ənsarinin Peyğəmbəri-əkrəmdən (s) belə eşitdiyi nəql olunmuşdur:
    يَكُونُ اِثْنى عَشَرَ اَمِيراً فَقالَ كَلِمَةً لَمْ اَسْمَعْها! فَقالَ اَبِى اِنَّهُ قالَ: كُلُّهُم مِنْ قُرَيْشٍ!:
    "Məndən sonra on iki əmir olacaq.” Sonra həzrət bir söz buyurdu ki, mən eşitmədim. Atam dedi ki, həzrət deyirmiş: "Onların hamısı Qüreyş tayfasındandır!”("Səhihi-Müslim”, 3-cü cild, səh. 1453.)
    3. Bunun oxşarı "Səhihi-Termizi” kitabında da azacıq fərqlə qeyd olunmuş və Termizi onu nəql etdikdən sonra yazmışdır: "Bu hədis "həsən” və səhihdir!”(Səhihi-Buxari”, 3-cü cild, səh. 101, Beyrutun "Darul-ceyl” çapı.)
    4. "Səhihi-Əbi Davud” kitabında da bu hədis azacıq fərqlə qeyd edilmişdir. Hədisin deyilişindən başa düşülür ki, Peyğəmbər (s) onu böyük bir cəmiyyət qarşısında buyurmuşdur. Rəvayətdə göstərildiyi kimi, Peyğəmbər (s) "Bu din on iki xəlifənin rəhbərlik etdiyi vaxta qədər, həmişə izzətli, qüdrətli və yenilməz olacaqdır” deyə buyurduqda, camaat uca səslə "Allahu-Əkbər” demişdir.("Səhihi-Termizi”, 4-cü cild, səh. 501, Beyrutun "Daru ehyai-turrasil-ərəbi” çapı, "ma caə fil-xüləfa” bölümü, hədis: 22223)
    5. "On iki imam” hədisi Əhməd ibn Hənbəlin "Müsnəd” kitabının bir neçə yerində qeyd edilmişdir ki, bəzi təhqiqatçılar onu otuz dörd vasitə ilə Cabirdən nəql etmişlər.("Səhihi-Əbi Davud”, 4-cü cild, "Əl-Mehdi” bölümü, Beyturun "Daru ehyais-sünnətin-nəbəviyyə” çapı)
    Bir yerdə Məsruqun belə dediyini görürük: "Biz Abdullah ibn Məsudun yanında oturmuşduq, o bizə Quran oxuyurdu. Bir nəfər ondan "Heç Peyğəmbərdən (s) öyrənmisinizmi ki, bu ümmətə neçə nəfər xəlifəlik edəcəkdir?” deyə soruşduqda, "İraqa gəldiyim vaxtdan səndən başqası bu sualı soruşmamışdır!” deyərək belə əlavə etdi: "Bəli, bunu Allahın Rəsulundan (s) soruşduqda, buyurdu:
    اِثْنى عَشَرَ كَعِدَّةِ نُقَباءِ بَنِى اِسْرائِيلَ:
    "Bəni-İsrailin (saleh) rəhbərlərinin sayı qədər, on iki nəfərdir!”("Müntəxəbul-əsər” kitabının 12-ci səhifəsinə və "Ehqaqul-həqq” kitabının 13-ü cildinə müracət edin!)
    Yuxarıda qeyd etdiyimiz hədislər əhli-sünnənin ən məşhur və mötəbər kitablarından əlavə, digər kitablarda da qeyd edilmişdir. Məqsəddən yayınmamaq üçün onların kiçik bir qisminə işarə edəcəyik. Əlavə izahat üçün "Ehqaqul-həqq”, "Fəzailul-xəmsə”, "Müntəxəbul-əsər” və digər kitablara müraciət edə bilərsiniz.
    ***
    ON İKİ İMAM HƏDİSİNİN MÖHTƏVASI
    Bu rəvayətlərin ifadələri müxtəlif olduğundan, bəzilərində "isna əşərə xəlifətən” (on iki xəlifə), bəzilərində "isna əşərə əmirən” (on iki əmir) və bəzilərində isə on iki nəfərin vilayət və hökumətindən söz açan "ma vəlahum isna əşərə rəculən” (on iki nəfərin vilayəti) ifadələri qeyd olunmuşdur. Bu rəvayətlərin əksəriyyətində on iki nəfərin xəlifəliyindən söz açılır. Bəzi rəvayətlərdə təkcə onların neçə nəfərdən ibarət olduğuna işarə edilərək buyurulur: "İsna əşərə kə-iddəti nuqəbai Bəni-İsrail!” (Onlar Bəri-İsrail tayfasının (saleh) rəhbərlərinin sayı qədər, on iki nəfərdirlər!) Bəzilərində isə, "on iki başçı” ifadəsi işlədilmişdir.
    Məlum olduğu kimi, bütün bunlar xilafət, vilayət və hökumət işlərinə aid olub, nəticə etibarilə eyni mənanı ifadə edir.
    Digər tərəfdən, bəzi rəvayətlərdə "Bu din həmişə qüdrətli və yenilməz olacaqdır...!”, bəzilərində "Mənim ümmətimin işi həmişə məsləhət üzündəndir...”, bəzilərində "Bu ümmətin işi həmişə uğurlu olacaqdır, əgər...!”, bəzilərində "Bu ümmətin işi yaxşılığa doğru olacaqdır, əgər...”, bəzilərində də "Heç kəs bu ümmətə zərər yetirə və onları xar edə bilməz” kimi ifadələr verilmişdir. Bu qəbildən digər rəvayətlər də vardır. Onlarda da bir növ bu həqiqətə toxunulmuş və İslam ümmətinin qüdrəti, qələbə və uğurundan söhbət açılmışdır. Bundan əlavə, bu rəvayətlərin əksər ravi silsilələri fərqlidir.
    Üçüncüsü isə bu rəvayətlərdə "kulluhum min Qureyş” (Onların hamısı Qüreyş tayfasındandır) ifadəsi gözə çarpır. Yalnız Qunduzi Hənəfinin "Yənabiul-məvəddət” kitabında nəql etdiyi bir rəvayətdə Peyğəmbər (s) belə buyurmuşdur: "Kulluhum min Bəni-Haşim!” (Onların hamısı Bəni-Haşimdəndir!) O da bunu "Məvəddətül-qurba” kitabından Cabir ibn Səmərədən nəql etmişdir.("Müsnədi-Əhməd ibn Hənbəl”, 1-ci cild, səh. 398, Beyrutun "Darus-Sadiq” çapı.)
    Bu hədislərin çoxunda göründüyü kimi, Peyğəmbəri-əkrəm (s) sonuncu cümləni bəyan edərkən səsini alçaldaraq onu məhrəmanə buyurmuşdur. Aydın olur ki, həmin vaxt orada Peyğəmbərin (s) Qüreyş, yaxud Haşimi tayfasından olan on iki nəfər canişinin elanı ilə müxalif olanlar varmış. Bu səbəbdən həzrət sonuncu cümləsini məxfiyanə, astadan bəyan etmişdir!
    Ümumiyyətlə, bu hədis məşhur, birinci dərəcəli mənbələrdə nəql olunmuşdur və bütün İslam alimləri onu qəbul etmişlər. Bu hədisin mənası Əhli-beyt (ə) məktəbi ardıcıllarına tam aydındır. Onun məfhumunu yalnız on iki məsum, günahsız imama aid edirlər. Amma onun izahı digər İslam məzhəbləri ardıcılları üçün qaranlıq məsələyə çevrilmişdir. Belə ki, digər məzhəblərin alimləri bu haqda aydın bir söz deməmişlər. Bunun səbəbi də məlumdur; çünki ilk xəlifələrin sayı dörd, Əməvi xəlifələrinin sayı on dörd("Yənabiul-məvəddət”, səh. 445, 77-ci bölüm), Abbasi xəlifələrinin sayı otuz yeddi nəfərdir. Bu rəqəmlərin heç biri Peyğəmbərin (s) buyurduğu on iki nəfər xəlifə ilə uyğun gəlmir. Burada biz Hafiz ibn Süleyman ibn İbrahim Qunduzi Hənəfinin etirafını həqiqətə uyğun bilməliyik. Belə ki, o, "Yənabiul-məvəddət” adlı məşhur kitabında yazır:
    "Bəzi tədqiqatçılar Peyğəmbərdən (s) sonrakı on iki nəfərdən danışan hədislərin məşhur, eyni zamanda çoxsaylı vasitələrlə nəql olunduğunu bildirmişlər. Zaman ötdükcə məlum olacaq ki, Allahın Rəsulunun (s) bu hədisdə məqsədi on iki nəfərdən ibarət Əhli-beyt imamlarıdır. Bunu o həzrətdən sonrakı xəlifələrə tətbiq etmək olmaz və səbəbi də aydındır (çünki onların sayı dörd nəfərdir). Həmçinin onu Əməvi hakimlərinə aid etmək olmaz. Çünki onların sayı on iki nəfərdən çoxdur. Digər tərəfdən Ömər bin Əbdül-Əziz istisna olmaqla, onların hamısı aşkar zülm və haqsızlıqla tanınmışlar. Həm də onlar Bəni-Haşim tayfasından deyillər. Halbuki bu hədisin bəzi mətnlərində on iki xəlifənin Bəni-Haşim tayfasından olduğu nəql edilir. Bu rəvayət (on iki nəfərin Bəni-Haşim tayfasından olması) xüsusilə sonuncu cümlənin Peyğəmbəri-əkrəm (s) tərəfindən yavaş söylənilməsi ilə daha uyğundur. Peyğəmbəri-əkrəmin (s) sonuncu cümləni astadan söyləməsinin səbəbi bir çoxlarının Bəni-Haşimin xilafətə gəlişi ilə razılaşmamaları olmuşdur.
    Hədisdə buyurulan on iki nəfəri abbasilərə də tətbiq etmək olmaz, çünki onların da sayı on iki nəfərdən çoxdur. Bundan əlavə, onlar "Qul la əsəlukum ələyhi əcrən, illəl-məvəddətə fil-qurba” (Ya Peyğəmbər! (Camaata) de: "Sizdən ən "yaxınlarım”a məhəbbət bəsləməkdən başqa heç bir mükafat istəmirəm!”) ayəsinin və "Kisa” hədisinin ehtiramını saxlamadılar. Buna əsasən, hazırkı hədisi Peyğəmbər (s) Əhli-beytindən ibarət on iki imamdan başqalarına tətbiq etmək mümkün deyil. Çünki onlar öz zəmanələrinin ən elmli, bilikli, təqvalı və alicənab şəxsləri olmuş, əsil-nəsəbcə hamıdan fərqlənmişlər.”(Onların adları belədir: 1) Birinci Müaviyə, 2) Birinci Yezid, 3) İkinci Müaviyə, 4) Birinci Mərvan, 5) Əbdüd-Məlik, 6) Birinci Vəlid, 7) Süleyman ibn Əbdül-Məlik, 8) Ömər ibn Əbdül-Əziz, 9) İkinci Yezid, 10) Hişam ibn Əbdül-Məlik, 11) İkinci Vəlid, 12) Üçüncü Yezid, 13) İbrahim ibn Vəlid, 14) İkinci Mərvan. Əndəlus əməvilərinə gəldikdə isə onların sayı bundan da artıqdır. ("Dairətul-məarif” Dehxuda.))
    Əvvəlcə əhli-sünnə olub, sonra şiəliyi qəbul edən doktor Məhəmməd Ticani Səmavi şiə olmasının səbəbi barədə yazdığı "Lə əkunə məəs-sadiqin” ("Düz danışanlarla birgə olam”) adlı kitabında bu məsələ ilə bağlı qısa və eyni zamanda dolğun qeydlərini qələmə alır: "On iki imam barəsində olan hədisləri imamiyyə şilərinin qəbul etdikləri on iki nəfərdən ibarət Əhli-beyt imamlarından başqasına aid etmək düzgün deyil. Əhli-sünnə alimləri və şəxsiyyətləri bu müəmmanı həll etməlidirlər. Çünki onların səhih kitablarında nəql olunan on iki imamın kimliyi indiyədək müəmmalı qalmış və ona heç bir cavab tapmamışlar.”("Yənabiul-məvəddət”, səh. 446, 77-ci bölümün davamı)
    Maraqlıdır ki, bəziləri bu hədisi Əhli-beytdən (ə) başqalarına aid etmək istədikdə, qəribə yollara əl atmışlar; biri Yezid və onun kimilərini guya İslamı qüdrətli və izzətli etdiyinə görə on iki nəfərdən hesab etmiş, digəri on iki nəfər sayı düzəltmək üçün bəzi xəlifələrin adını özbaşınalıqla silmişdir.
    Bizim nəzərimizcə, onlar sakit qalıb bu hədis barəsində bir söz deməsəydilər, daha yaxşı olardı. Maraqlıdır ki, həcc səfərlərinin birində Məscidül-Həramda Məkkə alimlərinin birindən bu hədislə əlaqədar belə bir fikir eşitdim: "On iki imamın dörd nəfəri ilk dörd xəlifədir, səkkiz nəfəri isə gələcəkdə zühur edəcək!”
    Halbuki bu hədisi oxuyan hər kəs on iki imamın varlığının hər bir zamanda, ardıcıl olduğunu başa düşür. "Bu din aradan getməyəcək, həmişə izzətli və yenilməz olacaqdır”, yaxud "Bu din aradan getməyəcək və qiyamət gününə qədər duracaqdır” kimi ifadələr açıq-aşkar göstərir ki, Peyğəmbəri-əkrəmin (s) on iki nəfərdən ibarət xəlifələr silsiləsi dünyanın sonuna qədər davam edəcəkdir.
    Bu bəhsimizi də Hafiz Əbu Nəim İsfahaninin "Hilyətül-övliya” adlı kitabında nəql olunan bir hədislə sona yetiririk. İbn Abbas Peyğəmbəri-əkrəmdən (s) belə nəql etmişdir: "Hər kim mənim kimi yaşayıb, mənim kimi ölmək və Rəbbimin saldığı "Ədn” bağında məskunlaşmaq istəyirsə, məndən sonra Əlini, onun vəlisini (dostunu) sevsin və məndən sonra gələn imamlara tabe olsun. Çünki onlar mənim Əhli-beytimdirlər!”("Lə əkunə məəs-sadiqin”, səh. 146.)

    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 799 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024