İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 8:49 AM
    BİR İNCƏLİK
    Burada mühüm bir məsələyə də qısaca işarə edir, onun geniş izahını gələn bəhslərə saxlayırıq. Şiə və sünni mənbələrində nəql olunan rəvayətlərin çoxunda on iki imamın adı Əhli-beyt məktəbinin qəbul etdiyi kimi göstərilmişdir. Bəzisində isə yalnız onların birincisi (imam Əli (ə) və axırıncısının (imam Mehdinin (ə)); "Əvvəluhum Əliyyun və axiruhum Məhdiyy!” "Onların birincisi Əli, sonuncusu isə Mehdidir!”) adları çəkilmiş, bəzilərində də üçüncü imam həzrət Hüseynin (ə) adına işarə olunmuşdur. O həzrət barəsində Peyğəmbəri-əkrəmdən (s) belə nəql olunmuşdur:
    هذا اِبْنِى اِمامٌ، اِبْنُ اِمامٍ، اَخُ اِمامٍ، اَبُوا اَئِمَّةٍ تِسْعَةٍ:
    "Mənim bu övladım (Hüseyn (ə)) imam, imam övladı, imam qardaşı və doqquz imamın atasıdır!”("Hilyətül-övliya”, 1-ci cild, səh. 86; "Fəzailul-xəmsə min sihahis-sittə” kitabından nəqlən, 2-ci cild, səh. 34.)
    Hətta bu hədisdə də on iki imama işarə edilmişdir.
    YER ÜZÜ İLAHİ HÖCCƏTSİZ QALMAZ
    Rəvayətlərdə təkidlə vurğulanan məsələlərdən biri də yer üzünün ilahi höccətsiz qalmamasıdır. Əhli-beyt imamlarından bizə gəlib çatan çoxlu rəvayətlərdə bu məsələyə dəfələrlə toxunulmuş və yer üzünün imamsız (yaxud peyğəmbərsiz), ümumiyyətlə, ilahi höccətsiz qalmayacağı göstərilmişdir. "Üsuli-kafi” kitabının iki bölümü bu məsələyə həsr edilmişdir: bir bölümdə "İnnəl-ərzə la təxlu min höccətin” (Həqiqətən, yer üzü höccətsiz qalmaz!) adı ilə imam Baqir (ə), imam Sadiq (ə), imam Riza (ə) və digər imamlardan on üç rəvayət, ikinci bölümdə isə "İnnəhu ləv ləm yəbqə fil-ərzi rəculani lə-kanə əhəduhuməl-höccətə” (Həqiqətən, yer üzündə yalnız iki nəfər insan qalsa, onların biri ilahi höccətdir!) adı ilə beş rəvayət qeyd edilmişdir.(Mərhum Əllamə "Kəşfül-murad” ("Şərhu təcridil-əqaid”) kitabında yazır: "Bu hədis "təvatür” həddində Peyğəmbəri-əkrəmdən (s) nəql olunmuşdur.” ("Kəşfül-murad”, 1-ci cild, səh. 178-179.)) Aşağıda hər iki bölümün bəzi rəvayətlərinə işarə edəcəyik:
    İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur:
    اِنَّ الْاَرْضَ لا تَخْلُوا اِلاّ وَفِيها اِمامٌ كَيْما اِنْ زادَ الْمُؤمِنُوا شَيْئاً رَدَّهُمْ وَاِنْ نَقَصُوا شَيْئاً اَتَمَّهُ لَهُمْ:
    "Yer üzü heç vaxt imamsız qalmaz; əgər möminlər (səhvən ilahi təlimlərdə) bir şeyi artırsalar, onların qarşısını alar, əgər bir şeyi azaltsalar, onu bərpa edər.”("Üsuli-kafi”, 1-ci cild, səh. 178-179.)
    Həzrətdən nəql olunan başqa bir hədisdə buyurulur: "Allah-taalanın yer üzünü ədalətli bir imamsız qoyması qeyri-mümkündür!”(Yenə orada, 1-ci bölüm, hədis: 2 və 6.)
    Hətta bəzi hədislərdə göstərilir ki, əgər yer üzü bir an belə imam və ilahi höccətsiz qalsa, zəlzələ baş verər və yer əhlini özünə çəkər.(Yenə orada.)
    İmam Sadiqin (ə) buyurduğu bir hədis belədir:
    لَوْ كانَ النّاسُ رَجُلَيْنِ لَكانَ اَحَدُهُما الْاِمامُ:
    Əgər dünyada yalnız iki nəfər qalsa, onların biri mütləq imamdır!”
    Başqa bir hədisdə isə belə buyurulmuşdur:
    وَاِنَّ آخِرُ مَنْ يَمُوتُ اَلْاِمامُ
    "Həqiqətən, (dünyada) hamıdan axırda ölən şəxs imam olacaq!”(Yenə orada, hədis: 11-13)
    "Üsuli-kafi” kitabında nəql olunan on səkkiz rəvayətlə yanaşı "Nəhcül-bəlağə”də buna aydın işarə edilmiş, imam Əlinin (ə) Kumeyl ibn Ziyada buyurduğu mühüm bəyanatında belə göstərilmişdir:
    اَللّهُمَّ بَلى لا تَخْلُوا الْاَرْضُ مِنْ قائِمٍ لِِلّهِ بِحُجَّةٍ، اِمّا ظاهِراً مَشْهُوراً وَاِمّا خائِفاً مَغْمُوراً، لِئَلاّ تَبْطُلَ حُجَجُ اللهِ وَبَيِّناتُهُ:
    "Yer üzü heç vaxt (dinin dayağı olan) ilahi höccətsiz qalmaz. Mümkündür o, aşkara çıxıb tanınsın, ya da qeybdə qalaraq məxfi dolansın. Səbəbi budur ki, Allahın dəlil və aydın nişanələri aradan getməməli, həmişə yer üzündə mövcud olmalıdır!”(Yenə orada, "Ənnəhu lov ləm yəbqə illa rəculani lə kanə əhəduhuməl-imam” bölümü, hədis: 3)
    Mərhum Əllamə Məclisi "Biharul-ənvar” kitabının 23-cü cildinin "Əl-iztiraru iləl-höccəti” (İlahi höccətin vücudunun zəruriliyi) bölümündə bu məsələ ilə əlaqədar on səkkiz hədis nəql etmişdir ki, onların bir qismini "Üsuli-kafi”dən, çox hissəsini də digər kitablardan nəql etmişdir.("Nəhcül-bəlağə”, xütbə: 147.)
    Beləliklə, hər bir əsr və dövrdə yer üzü ilahi höccətsiz deyildir və bu məsələ Əhli-beyt (ə) məktəbinin qəti etiqadlarındandır. Hətta imam Kazimdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: "Yer üzü bir göz qırpımınca ilahi höccətsiz qalmayacaq - istər aşkar tanınsın, istərsə də gizli yaşasın!”("Biharul-ənvar”, 23-cü cild, səh. 1-56.)
    ***
    İLAHİ HÖCCƏTİN ZƏRURİLİYİNƏ AİD QURAN AYƏLƏRİ VƏ MƏNTİQİ DƏLİLLƏR
    Yuxarıda qeyd edilən rəvayətlər əqli sübutlarla da uyğundur. Çünki bəhsimizin əvvəlində hər bir əsr və dövrdə bir imam, yaxud bir peyğəmbərin vücudunun zəruriliyini göstərdik. Onların vücudu olmayan təqdirdə fitnə-fəsadla əlaqədar "lütf qanunu”("Biharul-ənvar”, 47-ci cild, səh. 41)yer kürəsində iki nəfər qalsa belə həmişə öz qüvvəsindədir.
    "Lütf qanunu”nda belə deyilir: "İnsanı səadət və təkamülə yetirmək məqsədilə yaradan, onun boynuna müəyyən vəzifələr qoyan Xaliqə onun hidayət və tərbiyəsi ilə əlaqədar qabaqcadan bir sıra hazırlıq görmək və o yüksək hədəfə nail olmaq üçün onun ixtiyarına kifayət qədər vəsait vermək vacibdir. Əgər O, belə etməzsə, məqsədində nöqsana yol vermiş olar. Halbuki mütləq hikmət sahibindən heç vaxt belə bir iş gözlənilmir!”
    Şübhəsiz, insan yalnız əql, yaxud adi rəhbərin varlığı ilə xəta, səhv və günahlardan qoruna bilməz. Başqa sözlə, insan tək özü həmin məqsədə, ilahi itaət və əbədi səadətə nail ola bilməz. Hətta bu zərurətdən əlavə, ilahi elmə yiyələnən, xəta, səhv və günahdan uzaq olan örnəyə də möhtacdır ki, haqq qəti aydınlaşsın və həqiqət yolu bilinsin.
    Bu dəlil hər bir əsr və dövrə, böyük və kiçik, hətta iki nəfərdən ibarət qrupa da aiddir. Buna əsasən, yer kürəsində yalnız iki nəfər qalsa belə, onlardan biri ya məsum imam, ya da ilahi peyğəmbər olmalıdır.
    Ümumiyyətlə, əvvəlki hədislərə əsasən, insanları səadət və təkamül məqsədilə yaradan Allahın onlara düzgün yolu göstərməməsi pak və uca məqamından çox uzaqdır. Bu məna Qurani-kərimin bir sıra ayələrində də gözə çarpır.
    "İnnəma əntə munzirun və li-kulli qovmin hadin!” (Ya Peyğəmbər! Sən yalnız qorxudansan və hər tayfanın bir rəhbəri, hidayət edəni vardır!) (Kəlam elmində Allahın mərhəmətilə əlaqədar əqli bir dəlil.) ayəsi göstərir ki, bütün dövrlərdə hər tayfa və qövmün bir hidayətçisi vardır. (Burada hidayətçidən məqsəd, xəta və günahdan uzaq olan şəxsdir.) İmam Baqirdən (ə) bu ayənin təfsiri ilə əlaqədar nəql olunan bir hədisdə belə buyurulur:
    ...وَ فِى كُلِّ زَمانٍ اِمامٌ مِنّا يَهْدِيهِمْ اِلى ما جاءَ بِهِ رَسُولُ اللهِ (ص):
    "...Hər bir dövrdə bizim aramızdan insanlara Peyğəmbəri-əkrəmin (s) gətirdiklərinə yönəldən bir imam vardır!”(Rəd” surəsi, ayə: 7.)
    "Nəhcül-bəlağə”də buyurulan rəvayətdə də məntiqli bir dəlil var. İmamın vəzifələrindən biri Peyğəmbər irsi və ilahi təlimlərin əsaslarını təhriflərdən qoruyub-saxlamaqdır. Başqa sözlə, əgər yer üzündəki bütün insanları kafir fərz etsək, yenə də ilahi təlimləri və peyğəmbərin irsini qoruyan bir kəsin varlığı zəruridir. Bu irs hidayət proqramı kimi gələcək nəsillərə çatdırılmalıdır. Qurani-kərimdə buyurulduğu kimi, ilahi höccətlər, Allahın dəlil və aydın nişanələri məhv olmamalıdır.
    Burada artıq "ümumi vilayət”lə əlaqədar bəhsi sona yetirir və diqqətinizi imamın şərtləri və xüsusiyyətlərinə yönəldirik:

    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 709 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024