İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1936
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Foilimnuy
  • Karasevstist
  • Xalid11
  • semi_84
  • farid777
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Messenat
  • Riza
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 8:48 AM
    ÜÇÜNCÜ FƏSİL
    İMAMA XAS OLAN SİFƏT VƏ ŞƏRTLƏR
    İşarə:
    İmam və Peyğəmbərin (s) canişinin öhdəsinə düşən ən ağır məsuliyyətlərə diqqət yetirdikdə, onun çox mühüm xislətlərə də malik olması labüd görünür. İmamın malik olduğu xislətlər mütləq Peyğəmbəri-əkrəmin (s) spesifik xüsusiyyətlərinə az-çox oxşamalıdır. Çünki hər ikisi bir məqsədə qulluq edir və eyni məsuliyyət daşıyırlar. Peyğəmbər (s) ilkin rəhbər, imamlar isə onun ardıcılları sayılır.
    "Nübüvvət” məqamının tələbi, Peyğəmbərin (s) öhdəsinə düşən ağır və mühüm məsuliyyətə əsasən, insanları zəlalət təhlükəsindən xilas etmək, etiqad və əxlaqda, ictimai nizamda xeyir və təkamülə çatdırmaq, ilahi qayda-qanunları qorumaq üçün yüksək elm və biliyə ehtiyac var. Bundan əlavə, insan ictimai-psixoloji dünyagörüşü və bəşərin tarixi inkişaf prosesi haqqında geniş məlumata malik olmalı, bir sözlə, ümumbəşəri təlim-tərbiyə üsullarını bilməlidir. Peyğəmbərlərin elmi məlumatlara uyğun düzgün proqramlar hazırlaması üçün gələcək hadisələrdən az-çox xəbərdar olması da lazımdır. Çünki risalət vəzifəsi ümumbəşəri xarakter daşıyır.
    Bu məsələlər azacıq fərqlə məsum imamlar və peyğəmbərlərin canişinlərinə də aiddir. Çünki onlar peyğəmbərlərin məram və yolunu davam etdirir. Beləliklə, dini-şəri proqramlar ilahi canişinlər vasitəsilə möhkəmləndirilir, inkişaf etdirilir.
    Həmçinin məsum imamlar ilahi peyğəmbərlər kimi, dini göstərişləri səhvsiz və azğınlığa düşmədən camaata çatdırmalıdır. Əgər onlar xəta və günahdan uzaq olmasalar, onların təyini faydasızdır.
    Peyğəmbərlər din və dünya işlərinə rəhbərliyi əllərinə aldıqlarından onlarda nifrət doğuran zahiri və batini çirkin sifətlər olmamalıdır. Belə ki, həmin sifətlər işlərinə maneçilik törətməsin və kimlərisə məqsəddən yayındırmasın.
    Bunlar eynilə məsum imamlara da şamildir. Onlar nəinki nifrət oyadan xislətlərdən uzaq, həm də düşüncə və qəlbləri cəzb edən əxlaqi səciyyə və gözəlliklərə malik olmalıdırlar.
    Hər şeydən öncə imamın elminin hüdudları ilə tanışlıq yüksək əhəmiyyət daşıyır:
    İMAMIN ELMİ
    Qurani-kərimin bir çox ayələrində bu məsələ diqqət mərkəzində durur, o cümlədən, bu ayədə buyurulur:
    وَإِذَا جَاءهُمْ أَمْرٌ مِّنَ الأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُواْ بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُوْلِي الأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِطُونَهُ مِنْهُمْ وَلَوْلاَ فَضْلُ اللّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لاَتَّبَعْتُمُ الشَّيْطَانَ إِلاَّ قَلِيلاً
    "Onlara qələbə və ya məğlubiyyət xəbəri gəldikdə, dərhal (təhqiq etmədən) onu yayarlar. Halbuki əgər bunu Peyğəmbərə və ya özlərindən (kifayət qədər elm və qüdrətə malik) olan əmr sahiblərinə desəydilər, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslər bilərdilər. Əgər Allahın lütf və mərhəməti üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla, şeytana uyardınız!” ("Biharul-ənvar”, 23-cü cild, səh 5, hədis: 9.)
    Başqa bir ayədə belə buyurulur:
    فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ
    "Əgər bilmirsinizsə, elm əhlindən soruşun!” ("Nisa” surəsi, ayə: 83.)
    Birinci ayədə göstərilir ki, bəzən müsəlmanlar münafiqlər və İslam düşmənləri tərəfindən yayılan şayiələrlə üzləşirdilər. Onlar hərdən qələbəyə və məğlubiyyətə, hərdən də digər məsələlərə aid şayiə və xəbərlər yayırdılar. Bu da bəzən onların arasında iğtişaş törədir və ruhdan düşmələrinə səbəb olurdu. Belə hallarda Qurani-kərim onlara belə məsləhət görür: "Müsəlmanların xəbərsiz olduğu mühüm ictimai məsələlərdə İslam peyğəmbərinə və ya əmr sahiblərinə müraciət olunsun!”
    "Ulil-əmr” "əmr və fərman sahibləri” deməkdir. Şübhəsiz, burada bu söz ordu sərkərdələri mənasını bildirilir. Çünki ayənin davamında buyurulur: "Əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslərə desəydilər, onlar bilərdilər.” Deməli, xəbərsiz olanlar onlara müraciət etməlidirlər. (Diqqət yetirmək lazımdır ki, "yəstənbitunəhu” "nəbət” sözündən götürülmüş, əslində "quyudan çəkilən ilk su” mənasını ifadə edir. Müxtəlif dəlil və şahidlərin araşdırılmasına "istinbat” deyilir.)
    Bu sifət başçı və ordu sərkərdələrinə yox, alimlərə aiddir. Beləliklə, müsəlmanlara xəbərdarlıq edilir ki, həssas və mühüm hadisələrdən agah olan "əmr sahibləri”nə müraciət etsinlər.
    Ayədə qeyd edilən "ulil-əmr”in (əmr sahiblərinin) kimlər olduğu barədə təfsirçilər arasında fikir ayrılığı var. Əvvəldə qeyd etdiyimiz kimi, bəziləri onu (xüsusilə Peyğəmbərin (s) iştirak etmədiyi müharibələrdəki) ordu sərkərdələrinə, bəziləri fəqih və alimlərə, bəziləri ilk dörd xəlifəyə, bəziləri vəzifə sahiblərinə, bəziləri də məsum imamlara aid etmişlər.
    Bu beş təfsir arasında sonuncusu daha münasibdir. Çünki ayənin davamında "əmr sahibləri” üçün qeyd edilən iki xüsusiyyətə görə, onu məsumlardan başqasına aid etmək olmaz.
    Birinci xüsusiyyət belə vəsf edilir: "Xəbərin mahiyyətinə varan əmr sahiblərinə müraciət etsələr, onlara yol göstərərlər!” Uyğun xüsusiyyətin zahiri mənası budur ki, əmr sahiblərinin elmi əsla nöqsan, şəkk-şübhə və xətaya uğramaz. Bu isə məsumlardan qeyrisinə aid deyil.
    İkinci xüsusiyyətdə, əmr sahiblərinin varlığı bir növ ilahi lütf və mərhəmət hesab edilir. İnsanlar onlara itaət etməklə şeytana uymaqdan yayınırlar.
    Məlum olduğu kimi, məsum imamlara itaət şübhəsiz, azğınlıq və şeytana uymağın qarşısını alır. Çünki məsum olmayanların özləri də xəta və günaha, şeytanın tələsinə düşə bilərlər!
    Əhli-beyt (ə) və əhli-sünnə mənbələrindən bizə gəlib çatan bir çox rəvayətlərdə "əmr sahibləri” məsum imamlar kimi təfsir edilmişdir.
    Mərhum Təbərsi "Məcməül-bəyan” kitabında imam Baqirdən (ə) nəql etmişdir ki, onlar məsum imamlardır.(Nəhl” surəsi, ayə: 43 və "Ənbiya” surəsi, ayə: 7.)
    "Təfsiri-Əyyaşi”də imam Rizadan (ə) nəql olunan bir hədisdə belə buyurulur:
    يَعْنِى آلَ مُحَمَّدٍ، وَهُمُ الّذِينَ يَسْتَنْبِطُونَ مِنَ الْقُرآنِ وَيَعْرِفُونَ الْحَلالَ وَالْحَرامَ وَهُمْ حُجَّةُ اللهِ عَلى خَلْقِهِ:
    "Məqsəd Məhəmmədin (s) övladlarıdır. Onlar Quranı izah edənlər, halal və haramı tanıyanlar və insanlar üzərində ilahi höccətlərdir!”("Məcməül-bəyan”, 3-cü cild, səh. 82.)
    Şeyx Səduq "Kəmalud-din” kitabında("Kənzud-dəqaiq” təfsiri, 3-cü cild, səh. 486.) imam Baqirdən (ə) belə nəql edir: "Allahın vilayət (rəhbərlik) və ilahi elminə yiyələnənləri Peyğəmbərin Əhli-beytindən başqasına aid edən kəs Allahın əmrinə qarşı çıxmışdır.”
    ***
    İkinci ayədə (Qurani-kərimin "Nəhl” və "Ənbiya” surələrindəki "Fəsəlu əhləz-zikr, in kuntum la tələmun” ayəsində) isə bütün insanlara göstəriş verilir ki, bilmədiklərini elm və bilik əhlindən soruşsunlar.
    Şübhəsiz, ayədə qeyd olunan "zikr” sözü "elm, bilik və məlumat” mənasını bildirir. Ümumiyyətlə, "əhləz-zikr” sözü bütün elmli, bilikli və məlumatlı şəxslərə aid edilə bilər. Buna görə də təqlid məsələsində bir şəxsin alimə müraciətinin zəruriliyini sübut etmək üçün bu ayəyə istinad olunur. Lakin onun tam mənada həqiqi timsalı elmini Allah və Peyğəmbərdən (s) irs alanlardır. Onların elmi xəta və səhvdən uzaq, ismət məqamı ilə birgədir. Məhz buna görə də həmin ayə Əhli-beyt və məsum imamlara təfsir edilmişdir. Belə ki, imam Rizadan (ə) nəql olunan bir hədisdə bu ayə ilə əlaqədar sualın cavabını belə vermişdir: "Elm və bilik əhli bizik və (hər şeyi) bizdən soruşmaq lazımdır!”(Yenə orada)
    Diqqət yetirmək lazımdır ki, bu və buna oxşar fikirlər əhli-sünnənin on ikiyə yaxın təfsir kitabında nəql olunmuşdur. Həmin təfsir kitabları aşağıdakı alimlərin əsərləridir: Əbu Yusif, İbn Həcər, Müqatil ibn Süleyman, Vəki ibn Cərrah, Yusif ibn Musəl-Qəttan, Qəttadə, Hərbut-Tai, Südey, Mücahid, Müqatil ibn Həyyan, Əbu Saleh və Məhəmməd ibn Musa Şirazi.
    Bu təfsir kitablarında İbn Abbasdan nəql olunur ki, "Elm əhlindən soruşun” ayəsində məqsəd Məhəmməd (s), Əli, Fatimə, Həsən və Hüseyndir (ə). Onlar elm, bilik və əql sahibləri, Peyğəmbərin Əhli-beytidir!(Burhan” təfsiri, 2-ci cild, səh. 369)
    Bir sözlə, ayənin məfhumu geniş olsa da, onun kamil nümunəsi elmi xəta və səhvdən uzaq məsum imamlardır. Ayə keçmiş peyğəmbərlərin nişanələri, Tövrat, İncil, yəhudi və məsihi alimlərindən sualla əlaqədar nazil olsa da, onun mənası deyilənlərlə heç bir ziddiyyət təşkil etmir.
    Bildiriş:
    Əvvəldə deyildiyi kimi, peyğəmbərlər insanların bütün maddi və mənəvi yönlərdə hidayəti, onların dünya və axirət səadəti ilə bağlı vəzifələri layiqincə yerinə yetirmək üçün mütləq qeyri-adi elm və biliyə malik olmalıdırlar. Peyğəmbərin canişinləri olan imamlar da belədir. Onların öhdələrinə düşən ağır məsuliyyətə görə qeyri-adi elm və biliyə yiyələnmələri zəruridir. Çünki insanlar onlara etimad etməli, dində rəhbərliyi onlara tapşırmalıdırlar.
    Bu elm və bilik xəta, səhv və nöqsandan uzaq olmalıdır. Əks təqdirdə insanların etimadını qazana bilməzlər, onlar öz fikir və nəzərlərini peyğəmbər və imamın nəzərindən üstün tutarlar. Peyğəmbər və imamın xəta və səhvi qeyd-şərtsiz təslimçiliyə yol vermir. Mütləq etimad qazanmaq üçün onların ismət məqamında olması zəruri görünür.
    Qurani-kərimdə Bəni-İsrailin rəhbəri seçilən Talut haqda belə buyurulur:
    إِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ
    "Allah-taala sizdən ötrü onu seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük verilmişdir!” ("Ehqaqul-həqq”, 3-cü cild, səh. 482.)
    Allah-taala Bəni-İsrailin "biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda o necə bizə padşah ola bilər”("Bəqərə” surəsi, ayə: 247.) sözləri müqabilində buyurdu ki, ilahi rəhbərlik elm və qüvvə ilədir və ona kifayət qədər elm, qüvvə bəxş etmişik.
    Həzrət Yusif (ə) Misirin hökumət işində "beytül-mal”a (ümumi əmlak) müdiriyyətə layiq görüldükdə elm, bilik və əmanətdarlığına istinad edərək buyurdu:
    اجْعَلْنِي عَلَى خَزَآئِنِ الأَرْضِ إِنِّي حَفِيظٌ عَلِيمٌ
    "Məni Misirin xəzinələrinə məmur təyin et, çünki mən qoruyan və bilənəm!” (Bəqərə” surəsi, ayə: 246.)
    Peyğəmbərlərin elmi barəsində qeyd etdik ki, onlar öz vəzifələrini layiqincə yerinə yetirmək üçün mütləq qeyb aləmindən xəbərdar olmalıdırlar. Bu elmə imamlar da malikdir. Onların vəzifələri cahanşümul olduğundan dünyanın bir çox sirlərindən, o cümlədən, keçmiş və gələcəkdən də xəbərdar olmaları zəruridir. Ola bilərmi ki, keçmiş və gələcəkdən xəbərdar olmadıqları halda, vəzifələrini layiqincə yerinə yetirsinlər?! Onların işi zahir və batin, daxil və xariclə birbaşa əlaqədardır. Belə mühüm işləri qeyb aləmindən xəbərsiz yerinə yetirmək qeyri-mümkündür. Bunu imam Sadiqin (ə) diqqəti cəlb edən buyuruğunda görmək olar:
    مَنْ زَعَمَ اَنَّ اللهَ يَحْتجُّ بِعَبْدٍ فِى بِلادِهِ ثُمَّ يَسْتُرُهُ عَنْهُ جَميعَ ما يَحْتاجُ اِلَيهِ فَقَدِ افْتَرى عَلَى اللهِ:
    "Hər kəs yer üzündə bir bəndənin Allahın höccəti olduğunu, sonra isə Allahın bu bəndənin ehtiyac duyduğunu ondan gizlətdiyini güman edərsə, Allaha iftira yaxmışdır!”("Yusif” surəsi, ayə: 55.)
    Bəli, keçmiş, bu gün və gələcəklə əlaqəli hadisələrin sirlərindən agah olmaq ilahi höccətin xüsusiyyəti, eləcə də, insanların hidayəti ilə bağlı əsas vəzifələrin yerinə yetirilməsi üçün bir vasitədir. Bir sözlə, imamət məqamının ilk şərti qeyri-adi elmə yiyələnmək, bütün dini maarifdən, cəmiyyətin ehtiyaclarından, onların təlim-tərbiyəsi, hidayət və idarəsi ilə əlaqədar məsələlərdən tam xəbərdar olmaqdır. Qeyri-adi elm və biliksiz belə ağır məsuliyyəti (imamət məqamını) kimsəyə tapşırmaq olmaz.
    ***
    İMAMLARIN ELMİ MƏNBƏLƏRİ
    Məsum imamların elmi ilə bağlı diqqəti cəlb edən ən mühüm məsələ onların elmi mənbələridir. Görəsən, onlar din və dünya ilə əlaqədar bu qədər məlumatı haradan almışlar? Onlara vəhyin nazil olmadığına, Peyğəmbəri-əkrəmin (s) vəfatından sonra vəhyin kəsildiyinə heç bir şəkk-şübhə qalmadığı halda, şəriət məsələlərini, İslam və müsəlmanların məsləhətlərini, ümmətin hidayəti ilə bağlı zərurətləri, eləcə də, keçmiş və gələcəyi haradan bilirdilər?
    Quran ayələri və rəvayətlərə diqqət yetirdikdə, bir çox mənbələr gözə dəyir. Onlar aşağıdakılardan ibarətdir:
    1. Allahın kitabı Qurani-kərim (kamil şəkildə agah olmaq şərtilə):
    Məsum imamlar Qurani-kərimin təfsir və təvilini, zahir və batinini, "möhkəm və mütəşabih” ayələrini çox gözəl bilirdilər. Qurani-kərimdə buyurulur:
    وَيَقُولُ الَّذِينَ كَفَرُواْ لَسْتَ مُرْسَلاً قُلْ كَفَى بِاللّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِندَهُ عِلْمُ الْكِتَاب
    "Kafirlər "Sən peyğəmbər deyilsən” deyirlər. Onlara belə cavab ver: "Mənimlə sizin aranızda Allahın və kitabdan xəbərdar kəsin şahidliyi kifayətdir!” ("Bəsairud-dərəcat”, "Biharul-ənvar” kitabından nəqlən, 26-cı cild, səh. 137.)
    Bu ayədən aydın başa düşülür ki, Allahın kitabından agah olanlar vardır. Diqqət yetirmək lazımdır ki, "elmül-kitab” (kitabdan xəbərdar olmaq) mütləq şəkildə (qeydsiz) işlədildiyindən, bütün ilahi kitablarda mövcud olanlara şamildir. Lakin "Nəml” surəsinin 40-cı ayəsində Allahın kitabından cüzi xəbərdar olan kəs haqda buyurulur:
    قَالَ الَّذِي عِندَهُ عِلْمٌ مِّنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ
    "Kitabdan bir qədər bilən kəs dedi: "Mən onu sənə bir göz qırpımında gətirərəm!”
    Şübhəsiz, Allahın kitabı elm və bilik mənbəyi, hər işin açarıdır. Belə ki, Süleyman peyğəmbərin vəziri Asəf ibn Bərxiya Allahın kitabından cüzi xəbərdar olduğu halda zahirən mümkün olmayan bir işin yerinə yetirilməsini öhdəsinə götürdü və Səba padşahının taxtını bir göz qırpımında Ərəbistanın cənubundan (Yəməndən) şimalına (Suriyanın Şam şəhərinə - Süleyman peyğəmbərin hökumət mərkəzinə) gətirdi. Şübhəsiz, Allahın bütün kitabı və onda olan bütün elmlərdən agah olan şəxs istənilən çətin və ağılagəlməz işləri görməyə qadirdir. Amma "Görəsən, kim kitabın elminə vaqifdir və Allahın kitabını bilənlər kimdir” sualının cavabı Qurani-kərimdə üstüörtülü qeyd edilmişdir.
    Bəzilərinin əqidəsinə görə, həmin şəxs Allahın Özüdür. (Belə olduqda, "mən indəhu elmul-kitab” (kitabdan xəbərdar olan kəs) cümləsi kəlamın zahirinin əksinə olan bir təfsir bağlayıcısından ibarət olacaqdır!)
    Bəzi təfsirçilərin nəzərincə, məqsəd əvvəllər kitab əhlindən olmuş, İslam peyğəmbərinin (s) nişanələrini keçmiş səmavi kitablarda görmüş və onun haqq olduğunu qəbul edən Salman Farsi və Abdullah ibn Salam kimi alimlərdir.
    Lakin bir çox təfsir alimləri yazmışlar ki, bu ayə Əli ibn Əbi Talib (ə) (hidayət imamı) barəsindədir.
    Məşhur təfsirçi Qurtubi bu ayənin təfsirilə əlaqədar Abdullah ibn Ətadan belə nəql edir: "Mən Əbu Cəfər ibn Əli ibn Hüseynə "Camaat elə güman edir ki, ayədə qeyd olunan "əlləzi indəhu elmul-kitab” (kitabı bilən şəxs) ifadəsindən məqsəd Abdullah ibn Salamdır!” dedikdə, o cavab verdi: "O (Allahın kitabını bilən) kəs yalnız Əli ibn Əbi Talibdir.” Bunu Məhəmməd ibn Hənəfiyyə də təsdiq etmişdir.”(Rəd” surəsi, ayə: 43.)
    Diqqəti cəlb edən budur ki, surə ("Rəd” surəsi) Məkkədə nazil olmuşdur. Halbuki Abdullah ibn Salam, Salman Farsi və kitab əhlindən olan digər alimlər İslam dinini Mədinədə qəbul etmişdilər.
    Bu fikir Səid ibn Cübeyrdən də nəql olunmuşdur. Belə ki, ondan "ayədə qeyd olunan "mən indəhu elmul-kitab!” (Allahın kitabını bilən şəxs) Abdullah ibn Salamdırmı”, deyə soruşduqda, belə cavab vermişdi: "O deyil, çünki bu surə Məkkədə nazil olmuşdur!”("Təfsiri-Qurtubi”, 5-ci cild, səh. 3565.)
    Həmçinin Şeyx Salman Qunduzi Hənəfi("Əd-durrul-mənsur”, 4-ü cild, səh. 69.) "Yənabiul-məvəddət” kitabında Sələbi, İbn Məğazili və Abdullah ibn Ətadan nəql edir ki, Məhəmməd Baqirlə (ə) birgə məsciddə oturmuşdum. Bu zaman Abdullah ibn Salamın oğlunu görüb dedim: "Bu Allahın kitabını bilən şəxsin oğludur!” Məhəmməd Baqir (ə) buyurdu: "(Xeyr!) Ayə Əli ibn Əbi Talib (ə) barəsində nazil olmuşdur.”(Qunduz – Əfqanıstanın şimalında yerləşən bir şəhərin adıdır və adıçəkilən əhli-sünnə alimi o şəhərə mənsubdur.)
    Həmin kitabda başqa bir rəvayətdə Ətiyyə Ovfi, Əbu Səid Xudridən belə nəql edir: "Peyğəmbəri-əkrəmdən (s) "əlləzi indəhu elmun minəl-kitab” ("Nəml” surəsinin 40-cı) ayəsi haqda soruşulduqda o həzrət buyurdu: "O, qardaşım Süleyman ibn Davud peyğəmbərin vəziri idi!” Sonra "De ki, Allah və Onun kitabından xəbərdar olan şəxsin mənimlə sizin aranızdakı şahidliyi mənə bəsdir” ayəsinin kimin haqqında nazil olduğu soruşuldu. Həzrət buyurdu: "O, qardaşım Əli ibn Əbi Talibdir!”(Yənabiul-məvəddət”, səh. 102)
    Başqa bir rəvayətdə İbn Abbas belə deyir: "Allahın kitabını bilən şəxs yalnız Əlidir. O, Quranın təfsir və təvilini, nasix və mənsuxunu bilir!”(Yenə orada, səh. 103)
    Bir sözlə, bu ayəni kitab əhlindən olan alimlərə aid etmək əsla düzgün deyil. Çünki bu surə Məkkədə nazil olmuşdur. Onlar isə hicrətdən sonra Mədinədə İslamı qəbul etmişdilər. Yuxarıdakı rəvayətlərə əsasən, bu ayə imam Əlinin (ə) barəsində nazil olmuşdur (o həzrətdən sonrakı məsum imamlara da elmdən irs çatmışdır).
    Bəli, Qurani-kərim, onun sirr və incəlikləri, zahir və batini mənaları məsum imamların əsas elm mənbələrindəndir(Yenə orada, səh. 104.)
    Buna sübut göstərilən ayələrdən biri də "Ali-İmran” surəsinin "Və ma yələmu təviləhu illəllahu vər-rasixunə fil-elm” (Quranın təvilini Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilmir) ayəsidir.(Bu barədə Əhli-beytdən (ə) də çoxlu rəvayət nəql olunmuşdur. Əlavə məlumat əldə etmək istəyənlər "Kənzüd-dəqaiq” kitabının 6-cı cildinin 48-cı səhifəsinə, eləcə də "Burhan” təfsirinə (bu ayənin təfsirinə) müraciət etsinlər!
     )
    İzah: Təfsir alimləri arasında "elmdə qüvvətli olanlar” – ifadəsinin "və” bağlayıcısı ilə "Allah” sözünə bağlılığında fikir ayrılığı var. Bəzilərinin nəzərincə, ifadə "və” bağlayıcısı vasitəsilə "Allah” sözünə bağlanır. Belə olduqda, ayə yuxarıda qeyd etdiyimiz mənanı daşıyıcaqdır. Bəziləri isə deyirlər ki, "elmdə qüvvətli olanlar...” ayrıca, müstəqil cümlədir. Buna əsasən, ayənin mənası belə olacaq: "Quranın təvilini yalnız Allah bilir. Elmdə qüvvətli olanlar isə "Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir”, deyirlər!”
    İkinci baxış həqiqətə uyğun gəlmir və bunun bir neçə səbəbi var:
    1. Qurani-kərimdə Allahdan başqasının bilmədiyi sirlərin olması qeyri-mümkündür. Quran insanların hidayət və tərbiyəsi üçün nazil olduğundan, onda Allahdan başqa kimsənin bilmədiyi bir cümlə və ayənin olması mənasızdır.
    2. Böyük təfsir alimi Təbərsinin "Məcməül-bəyan” kitabında yazdığı kimi, hələ ki, təfsirçilər arasında "filan ayəni Allahdan başqa heç kim bilmir” deyən bir təfsirçi görünməmişdir. Əksinə, onlar həmişə ayələrin sirlərini kəşf etmək üçün müxtəlif yollara, o cümlədən, məsum imamların rəvayətlərinə əl atmışlar. Həqiqətdə, ikinci baxış bütün təfsir alimlərinin dediklərinin əksinədir.
    3. Əgər məqsəd elmsiz təslim olmaqdırsa, onda ayədə "elmdə qüvvətli olanlar” deyil, "imanda qüvvətli olanlar” ifadəsi işlədilməli idi. Bir şey bilməyən şəxsə "elmdə qüvvətli olan” adını vermək olarmı?!
    4. Bir çox rəvayətlərdə "elmdə qüvvətli olanlar”ın Quran ayələrinin təvil və batinini bildikləri nəql olunmuşdur. Bu isə həmin ibarənin "və” bağlayıcısı ilə "Allah” sözünə bağlandığını göstərir.
    İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: "Elmdə qüvvətli olanlar Əmirəl-möminin və ondan sonrakı imamlardır!”("Ali-İmran” surəsi, ayə: 7.)
    Yenə başqa bir hədisdə imamlar buyurmuşdur: "Elmdə qüvvətli olanlar və Quranın təvilini bilənlər bizik!”(Üsuli-kafi”, 1-ci cild, səh. 213, hədis: 1 və 3.)
    İmam Baqir (ə) (yaxud imam Sadiq (ə)) "Quranın təvilini Allah və elmdə qüvvətli olanlardan başqa kimsə bilməz” ayəsinin təfsirini belə açıqlamışdır:
    فَرَسُولُ اللهِ اَفْضَلُ الرّاسِخِينَ فِى الْعِلْمِ، قَدْ عَلَّمَهُ اللهُ عَزَّوَجَلَّ جَميعَ ما اَنْزَلَ عَلَيهِ مِنَ التَّنْزِيلِ وَالتَّأوِيلِ، وَما كانَ اللهُ لِيُنَزِّلَ عَلَيهِ شَيْئاً لَمْ يُعَلِّمْهُ تَأوِيلَهُ، وَاَوْصِيائُهُ مِنْ بَعْدِهِ يَعْلَمُونَهُ كُلَّهُ:
    "Allahın Rəsulu (s) elmdə qüvvətli olanların ən üstünüdür. Allah-taala tənzildən təvilə qədər nazil etdiklərinin hamısını ona öyrətdi. Allah-taalanın ona nazil etdiyi bir şeyin təfsir və təvilini öyrətməməsi qeyri-mümkündür. Peyğəmbərin (s) vəsiləri(Yenə orada.) də peyğəmbərdən sonra onların hamısını bilirlər!”(Ərəb dilində "vəsi”, "vəsiyyət”, eləcə də bu kökdən alınan sair sözlərin mənası belədir: "Həyatda olan bir insan başqa biri ilə əhd-peyman bağlayır ki, onun vəfatından sonra nəzərdə tutduğu müəyyən işləri yerinə yetirsin. Bu vəsiyyəti edən "musi”, vəsiyyətin edildiyi şəxs isə "vəsi” adlandırılır. Məsələn, vəsiyyət edən şəxs (musi) öz vəsisinə deyir: "Sənə vəsiyyət edirəm ki, vəfatımdan sonra ailəmə nəzarət et, onların barəsində filan işləri gör...” Bəzən isə başqalarını öz vəsiyyətindən agah edərək deyir: "Filankəsə vəsiyyət etmişəm”, yaxud "mənim vəsim filankəsdir!” ("Məalimul-mədrəsətəyn”, Əllamə Əskəri, 1-ci cild, səh. 173.) (Müt.))
    Bu barədə həmin məna və məfhumu yetirən hədislər də çoxdur.(Yenə orada, hədis: 2.)
    Qeyd etdiyimiz dörd dəlilə əsasən, "elmdə qüvvətli olanlar” ifadəsinin "Allah” sözünə bağlanmasına heç bir şəkk-şübhə qalmır və onlar Quran ayələrinin təvil və batinindən agahdırlar.
    Diqqəti cəlb edən digər incə nöqtə budur ki, Qurani-kərimdə "elmdə qüvvətli olanlar” ifadəsi iki dəfə – biri bu ayədə ("Ali-İmran” surəsi, 7-ci ayə), digəri isə "Nisa” surəsində (162-ci ayə) işlədilmişdir. "Nisa” surəsinin 162-ci ayəsində kitab əhlinin (yəhudi və məsihilərin) sələm, qarət və camaatın əmlakını mənimsəmə kimi bəyənilməz və çirkin əməllərinə işarə edildikdən sonra buyurulur: "Lakin onların elmdə qüvvətli olanları və (Peyğəmbərin səhabələrindən olan) möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara (səmavi kitablara) inanırlar!” (Yəni hər iki qrup bütün səmavi kitablara, həm Qurani-kərimə, həm də əvvəlki kitablara iman gətirmişlər.)
    Belə nəzərə çarpır ki, Abdullah ibn Salam və kitab əhlinin İslam dinini qəbul edən digər alimlərinin "elmdə qüvvətli olanlar”a aid edilməsi "Ali-İmran” surəsinin 7-ci ayəsi ilə yox, "Nisa” surəsinin 162-ci ayəsi ilə əlaqədardır. Çünki bu ayədə kitab əhlinin alimləri haqda söz açıldığı halda, bəhs etdiyimiz ayədə ("Ali-İmran” surəsinin 7-ci ayəsi) kitab əhli barədə heç bir söz yoxdur.
    Bir sözlə, "Ali-İmran” surəsinin 7-ci ayəsinin zahiri mənası budur ki, Quranın təvilini Allah və elmdə qüvvətli olanlar bilir. Elmdə qüvvətli olanların həqiqi simaları Peyğəmbər (s) və məsum imamlar olduğundan, onların elmi mənbələrindən ən mühümü də Qurani-kərim, onun təfsir və təvili, zahir və batinidir.
    Bu hissəni Qurani-kərimin "Ənkəbut” surəsinin 49-cu ayəsi ilə sona çatdırırıq:
    بَلْ هُوَ آيَاتٌ بَيِّنَاتٌ فِي صُدُورِ الَّذِينَ أُوتُوا الْعِلْمَ
    "Xeyr, bu Quran elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələridir.”
    Əhli-beyt (ə) rəvayətlərinə görə, bu ayədə qeyd olunan "elm verilmiş kəslər” ünvanı (Peyğəmbərdən (s) sonra) məsum imamlardır. Əlavə məlumat əldə etmək istəyənlər "Biharul-ənvar” kitabına və "Bürhan” təfsirinə müraciət edə bilərlər.(Əlavə məlumat əldə etmək istəyənlər bu kitablara müraciət etsinlər: "Camiul-əhadis”, 1-ci cild, səh. 27; "Kənzüd-dəqaiq” təfsiri, səh. 42-45 və "Üsuli-kafi”, 1-ci cild, səh. 415.)
    b) Peyğəmbərin (s) irsi:
    Məsum imamların elmi mənbələrinin ikincisi Peyğəmbərdən (s) aldıqları elm irsidir. Belə ki, o həzrət bütün İslam şəriət və maarifini imam Əliyə (ə) öyrətmişdir. Bəzi rəvayətlərə əsasən, imam Əli (ə) də öyrəndiklərini yazmış, bu elm və bilik nəsildən–nəslə onun övladlarına, yəni məsum imamlara ötürülmüşdür. Başqa sözlə, İslam rəvayətlərində göstərildiyi kimi, Peyğəmbər (s) imam Əliyə (ə) elmin min qapısını açdı. Bu qapıların hər birindən min qapı açılırdı.
    "Üsuli-kafi” kitabında bu barədə xeyli rəvayət var. O cümlədən, Əbu Bəsirin belə dediyi nəql olunur: "İmam Sadiqdən (ə) soruşdum: "Sizin ardıcıllarınız deyirlər ki, Allahın Rəsulu (s) Əliyə (ə) elmin elə bir qapısını açdı ki, ondan min qapı açıldı.” O həzrət buyurdu:
    عَلَّمَ رَسُولُ اللهِ عَلِيّاً اَلْفَ بابٍ، يُفْتَحُ مِنْ كُلِّ بابٍ اَلْفَ بابٍ:
    "Allahın Rəsulu (s) Əliyə (ə) elmin (bir qapı deyil) min qapısını açdı və hər qapıdan min qapı açıldı.”
    Sonra buyurdu: "Ey Əbu Bəsir! Bizim ixtiyarımızda bir "Camiə” var.” Əbu Bəsir "Camiə nədir” soruşduqda, Həzrət buyurdu: "Allah Rəsulunun "zira”sı("Biharul-ənvar”, 23-cü cild, səh. 188-208 və "Burhan” təfsiri, 3-cü cild, səh. 254-256. (Bu kitablarda bəhs etdiyimiz mövzu ilə əlaqədar təxminən, iyirmi hədis nəql olunmuşdur.)) (biləkdən dirsəyə qədər olan məsafə) ilə yetmiş zira uzunluğda bir səhifədir. O, Peyğəmbərin (s) öz imlası və Əlinin (ə) dəstxətti ilə yazılmışdır. Onda bütün halal-haram və (qiyamət gününə qədər) insanların ehtiyac duyduqları məsələlər, hətta bədəndəki cızığın diyəsi (cəriməsi) mövcuddur.”(Dirsəkdən barmaqların ucuna qədər olan uzunluq ölçü vahididir. Orta hesabla 1-zira 48 sm-dir.)
    Diqqət yetirmək lazımdır ki, "Elm şəhəri” adlı məşhur hədislə əlaqədar şiə və sünnilərin mötəbər kitablarında nəql olunan rəvayətlərin sayı olduqca çoxdur. Bu hədisin ravilərindən İbn Abbas, Cabir ibn Abdullah Ənsari, Abdullah ibn Ömər və imam Əlini (ə) misal göstərmək olar. Bu hədis Hakim Nişapurinin "Müstədrək”, Əbu Bəkr Nişapurinin "Tarixul-Bağdad”, İbn Məğazilinin "Mənaqibu Əmiril-möminin”, Gəncinin "Kifayətut-talib”, Həməvininin "Fəraidus-səmteyn”, Zəhəbinin "Mizanul-etidal”, Qunduzinin "Yənabiul-məvəddət”, Nəbhaninin "Fəthul-kəbir”ində və s. kitablarda nəql olunmuşdur.(Üsuli-kafi”, 1-ci cild, səh. 239.)Bir çox rəvayətlərdə Əhli-beyt imamlarının belə buyurduğunu görürük: "Biz bütün dediklərimizi Peyğəmbəri-əkrəmdən (s) nəql edirik. Çünki bütün bunlar bizə ata-babalarımız vasitəsilə Peyğəmbərdən (s) çatmışdır!”
    İmam Sadiqin (ə) səhabələrindən biri o həzrətə dedi: "Biz bəzən sizdən bir hədis eşidir, sonra onu sizdən, yoxsa atanızdan eşitdiyimiz barədə şəkk edirik (bu halda nə edək?)” Həzrət buyurdu: "Məndən eşitdiyini atamın və Allahın Rəsulunun (ə) adından rəvayət edə bilərsən!”(Bax: "Ehqaqul-həqq”, 5-ci cild, səh. 468-501 və "Camiul-əhadis”, səh. 16, qədim çapı.)
    Həmçinin buyurmuşdur: "Mənim sözüm atamın, atamın sözü babamın, babamın sözü Hüseynin (ə), Hüseynin (ə) sözü Həsənin (ə), Həsənin (ə) sözü Əmirəl-möminin Əlinin (ə), Əmirəl-möminin Əlinin (ə) sözü Allahın Rəsulunun (s), Allahın Rəsulunun (s) sözü isə Allahın sözüdür!”("Camiul-əhadis”, 1-ci cild, səh. 17, hədis: 4, "İmamların fətvasının höccət olması” bölümü.)
    Başqa bir hədisdə buyurmuşdur: "Hər vaxt sənə cavab versəm, bil ki, o, Allahın Rəsulundandır. Biz özümüzdən heç nə demirik!”(Yenə orada, hədis: 1.)
    v) Mələklərlə əlaqə:
    İmamların elm mənbələrindən biri də mələklərlə rabitədən əldə etdikləridir. Əlbəttə, bu onların peyğəmbər olduğunu göstərmir. Bildiyimiz kimi, İslam peyğəmbəri (s) ilahi elçilərin sonuncusu olmuş və onun vəfatı ilə ilahi vəhy kəsilmişdir. Qurani-kərim ayələrinə əsasən, Xızr (ə), Zül-Qərneyn (ə) və Məryəm (ə) kimi müqəddəs şəxslər mələklərlə əlaqə saxladığı kimi, imamlar da qeyb aləminin həqiqətlərindən xəbərdar olurdular. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulur: "Həqiqətən, Əli (ə) "mühəddəs” idi.” (Yəni o, qeyb aləmindən söz alırdı.) O həzrətdən: "Əli (ə) ilə söhbət edən kim idi” soruşulduqda, buyurdu: "Onunla mələk söhbət edirdi!” Yenə də o həzrətdən "O, peyğəmbərmi idi” soruşulduqda, Həzrət əlini inkar əlaməti olaraq tərpədib buyurdu: "O, eynilə Süleymanın dostu (Asəf ibn Bərxiya), yaxud Musanın dostu (Yuşə ibn Nun və ya Xızr), yaxud da Zül-Qərneyn kimi idi.”(Yenə orada, hədis: 7. (Bu barədə digər hədislər də vardır.)) (Bu barədə çoxlu rəvayət nəql olunmuşdur.)("Üsuli-kafi”, 1-ci cild, səh. 271)
    q) Ruhul-qudusun (müqəddəs ruhun) təlqini:
    İmamların elm mənbələrindən biri də Ruhul-qudusdan aldıqları təlqinlərdir.
    İzah: Qurani-kərimin üç ayəsində həzrət İsanın (ə)(Yenə orada.), bir ayəsində isə İslam peyğəmbərinin (s)("Bəqərə” surəsi, ayə: 87, 253 və "Maidə” surəsi, ayə: 110.) "Ruhul-qudus” vasitəsilə qüvvətlənməsindən söz açılmışdır.
    "Ruhul-qudus” kimdir, yaxud nədir?” Bu barədə təfsirçilər arasında fikir ayrılığı var. Bəziləri onu Cəbrail, bəziləri həzrət İsa (ə), bəziləri İncil, bəziləri də həzrət İsanın (ə) ölüləri dirildərkən istifadə etdiyi Allahın böyük adı ("ismi-əzəm”) kimi təfsir etmişlər.("Nəhl” surəsi, ayə: 102.)
    Lakin Qurani-kərimin ifadələri, eləcə də bir çox rəvayətlərdən başa düşülür ki, "Ruhul-qudus”un müxtəlif mənaları var. Onun ayrı-ayrı hallarda xüsusi və fərqli məna daşıması mümkündür. Qurani-kərimin bir ayəsində buyurulur: "De: "Ruhul-qudus onu Rəbbi tərəfindən haqq olaraq sənə nazil etdi!”(Bu dörd təfsir "Kənzüd-dəqaiq”, 2-ci cild, səh. 78-də gəlmişdir. Bəzi məşhur təfsirçilər yalnız birinci təfsiri qeyd etmişlər. Fəxri-Razinin təfsirində üç təfsir görünür: "Cəbrail, İncil və Allahın böyük adı.” ("Kəbir” təfsiri, 3-cü cild, səh. 177.) Zahirən burada Quranı Allah tərəfindən Peyğəmbəri-əkrəmə (s) nazil edən Cəbrail (ə) nəzərdə tutulmuşdur.
    Qurani-kərimin həzrət İsadan (ə) söz açan digər üç ayəsində onun başqa məna ifadə etdiyi nəzərə çarpır. Çünki ayələrdə qeyd olunan "əyyədəkə bi-ruhil-qudus” və yaxud "və əyyədnahu bi-ruhil-qudus” (onu müqəddəs ruhla qüvvətləndirdik) kimi ifadələrdə İsa (ə) ilə həmişə birgə olan, onu qüvvətləndirən ruha işarə olunur.
    Əhli-beytdən (ə) nəql olunan rəvayətlərdən də aydın olur ki, "Ruhul-qudus” bütün peyğəmbər və məsumlarla birlikdə olan, müxtəlif məqamlarda ilahi yardım edən müqəddəs ruhdan ibarətdir. Əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdən də başa düşülür ki, bəzən onlar mühüm işlər gördükdə, yaxud dərin mənalı fikir və şer söylədikdə, onu müqəddəs və pak ruhdan ilham kimi aldıqlarını xəbər verirdilər. O cümlədən, "Əd-durrul-mənsur” təfsirində nəql olunan bir hədisdə buyurulur ki, Peyğəmbəri-əkrəm (s) İslamın məşhur şairi Həssan ibn Sabit haqda buyurmuşdur: "İlahi! Peyğəmbəri müdafiə etdiyinə görə Həssanı müqəddəs ruhla qüvvətləndir!”("Nəhl” surəsi, ayə: 102.)
    İmam Baqir (ə) məşhur Əhli-beyt (ə) şairi Kumeyt ibn Zeyd Əsədi haqda buyurmuşdur: "Peyğəmbəri-əkrəmin (s) Həssan ibn Sabit haqda duası sənə də aiddir. Bizi müdafiə etdiyin vaxta qədər müqəddəs ruh səninlə olacaq!”("Əd-durrul-mənsur”, 1-ci cild, səh. 87, "Bəqərə” surəsinin 87-ci ayəsinin təfsirində. Bu rəvayətə oxşar iki rəvayət də "Səhihi-Müslim”də (4-cü cild, səh. 19 və 32, "Həssan ibn Sabitin fəzilətləri” bölümündə) nəql olunmuşdur.)
    İslamın qorxmaz şairi Dibel Xüzai "Mədarisul-ayat” adlı məşhur qəsidəsindən iki beyt oxuduğu zaman imam Riza (ə) ağlayaraq buyurmuşdu: "Müqəddəs ruh bu iki beyti sənin dilinlə söylədi!”(Səfinətül-bihar”, 2-ci cild, səh. 4954.)
    Beləliklə, bir çox ayə və rəvayətlərdən məlum olur ki, Ruhul-qudus mühüm işlərdə ilahi və mənəvi yardım göstərən ruhdan ibarətdir. Əlbəttə, bu yardım bəndələrin dərəcələrinə görə fərqlənir; Peyğəmbər və məsum imamların işlərində daha qüvvətli, başqalarında isə aşağı həddə özünü göstərir. (Əlbəttə, bu işin mahiyyəti və təfərrüatı barədə geniş məlumat yoxdur!)
    İmam Sadiq (ə) "Vəs-sabiqunəs-sabiqun, ulaikəl-müqərrəbun” ayəsinin təfsirində buyurmuşdur:
    فَالسّابِقُونَ هُمْ رُسُلُ اللهِ (ع) وَخاصَّةِ اللهِ مِنْ خَلْقِهِ، جَعَلَ فِيهِمْ خَمْسَةُ اَرْواحٍ، اَيَّدَهُمْ بِرُوحِ الْقُدُسِ فَبِهِ عَرَفُوا الْاَشْياءَ...
    "Burada "qabaqcıllar” yaranmışlar arasındakı ilahi elçilər və Allahın xüsusi bəndələridir. Allah-taala onlarda beş ruh qərar vermiş və (o cümlədən) onları müqəddəs ruhla qüvvətləndirmişdir ki, onun vasitəsilə əşyaları (olduğu kimi) tanıya bilsinlər...”(Kəşfül-ğümmə”, 3-cü cild, səh. 118 və "Əlamul-vəra”, səh. 331.)
    İmam Baqir (ə) bir hədisdə peyğəmbər və vəsilərdə mövcud olan beş ruhu bəyan etdikdən sonra buyurur: "Onlar müqəddəs ruh vasitəsilə ərş və yerin altında olanları bilirlər.”("Üsuli-kafi”, 1-ci cild, səh. 271.)
    Bu məsələ ilə əlaqədar "Üsuli-kafi” və digər kitablarda çoxlu hədis vardır ki, burada qeyd etdiklərimizlə kifayətlənirik. Bəli, müqəddəs ruh vasitəsilə ilahi yardımlar məsum imamların elmi mənbələrindən sayılır.
    d) İlahi nur:
    Bir çox rəvayətlərdə nəql olunduğu kimi, imamların elm mənbələrindən biri də ilahi nurdur. Həsən ibn Raşid nəql edir ki, imam Sadiqdən (ə) belə eşitdim:
    ...فَاِذا مَضى الْاِمامُ الَّذِى كانَ قَبْلَهُ رُفِعَ لِهذا مَنارَ مِنْ نُورٍ، يَنْظُرُ بِهِ اِلى اَعْمالِ الْخَلائِقِ فَبِهذا يَحْتَجُّ اللهُ عَلى خَلْقِهِ:
    "İmam dünyadan getdikdə, Allah-taala sonrakı imam üçün nurdan bir sütun düzəldir. İmam onun vasitəsilə insanların əməllərini görür. Allah-taala bu yolla höccəti tamamlayır!”(Yenə orada, səh. 272)
    Bəzi rəvayətlərdə "mənarun min nur” (nurdan bir sütun) ifadəsinin əvəzinə "əmudun min nur” ifadəsi qeyd olunsa da, onlar arasında böyük fərq yoxdur. Əlbəttə, rəvayətlərin çoxunda "mənarun min nur” ifadəsi işlədilmişdir. (Bu barədə əlavə məlumat əldə etmək istəyənlər "Biharul-ənvar” kitabının 6-cı cildinin 132-ci səhifəsinə müraciət edə bilərlər. Mərhum Əllamə Məclisi bu məsələ ilə əlaqədar on altı hədis nəql etmişdir. Həmçinin, həmin kitabın 23-cü cildinin 333-334-cü səhifələrində bu barədə müxtəlif rəvayətlər var.)
    ***
    Qeyd edilənlərdən məlum olur ki, məsum imamların elm mənbələri müxtəlifdir. Onların Qurani-kərimin bütün hüdudlarından agahlıqları, Peyğəmbəri-əkrəmdən (s) öyrəndikləri, mələklər və qeyb aləmi ilə əlaqələri onlara ilahi yardımlar, qəlb ilhamları göz qabağındadır. Bütün bunlar İslamı, Quranı və Peyğəmbər (s) sünnəsini qorumaqda, insanların Allaha doğru hidayətinda, nəfslərin paklanmasında, qanunların icrasında, ümmətin işlərinin sahmana salınmasında bir sıra vəzifə və məsuliyyətlərin layiqincə yerinə yetirilməsində imama böyük yardım edir.
    Diqqəti cəlb edən məsələlərdən biri də budur ki, bir sıra rəvayətlərdə "hər cümə axşamı imamların ruhuna Allah tərəfindən yeni ilhamlar edilir” kimi ifadələr mövcuddur. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur: "Hər cümə axşamı bizə yeni bir sevinc gəlir!” Ravi "Allah sevincinizi artırsın, bu sevinc nədən ibarətdir” soruşduqda, Həzrət buyurur:
    اِذا كانَ لضيْلَةُ الْجُمُعَةِ وافِى رَسُولُ اللهِ الْعَرْشَ وَ وافِى الاَئِمَّةُ مَعَهُ وَمَعَهُمْ، فَلا تُرَدُّ اَرْواحُنا اِلى اَبْدانِنا اِلاّ بِعِلْمٍ مُسْتَفادٍ، وَلَوْلا ذالِكَ لَاَنْقَدْنا:
    "Cümə axşamı çatanda Peyğəmbəri-əkrəm (s) (o həzrətin müqəddəs ruhu) ilahi ərşə enir və imamların ruhu onunla görüşür. Mənim də ruhum onlarla birgə oraya gedir. Sonra ruhumuz yeni məlumatla bədənimizə qayıdır. Əgər belə olmasa, biliyimiz sona yetər!”(Üsuli-kafi”, 1-ci cild, səh. 387, hədis: 2)
    Bu fəsildə qeyd edilənlərdən məlum olur ki, imamların elm mənbələri sadə bir məsələ deyildir. Bu mənbələr onları digər insanlardan fərqləndirir, İslamı qorumaq, Quran təlimi və bəndələrin hidayəti ilə əlaqədar ağır vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır.
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 640 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2021