İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 8:46 AM
    İMAMLARIN MƏSUM VƏ GÜNAHSIZ OLMASI
    İşarə:
    Xəta, səhv, unutqanlıq və günahdan uzaqlıq ilahi imamların ümumi səciyyələridir. Həqiqətdə, imamların məsuliyyətləri peyğəmbərlərin məsuliyyətlərinə yaxın olduğundan, peyğəmbərlərin məsum və günahsızlığına dəlalət edən bütün imtiyazlar onlara da aiddir. Düzdür, şəriət sahibi Peyğəmbəri-əkrəmdir (s) və birbaşa vəhylə əlaqə saxlayır. Lakin imamlar da onun şəriətini qoruyur. Hərçənd, onlara vəhy nazil olmur. Onlar insanların hidayəti, ilahi hökmlərin icrası və dini maarifin kamil şəkildə çatdırılmasında Peyğəmbərin (s) ardınca hərkət edirlər. Buna görə də imamlar Peyğəmbərlə (s) əksər xüsusiyyətlərdə müştərəkdir və bir-birinə bənzəyirlər. Buna əsasən, peyğəmbərlərin isməti ilə əlaqədar bütün dəlillər məsum imamlara da aiddir.
    ***
    Söhbətə bu barədə nazil olan Quran ayələrindən bir neçəsinə istinad etməklə başlayırıq:
    إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
    "Həqiqətən, Allahın istək və iradəsi budur ki, siz Əhli-beytdən çirkinliyi uzaqlaşdırsın, sizi (hər cəhətdən) pak-pakizə etsin!” ( "Üsuli-kafi”, 1-ci cild, səh. 254.)
    Ötən bəhslərdə imamət və vilayət məqamının əzəmət və böyüklüyü haqda İbrahim peyğəmbərin əhvalatını açıqlayan "Bəqərə” surəsinin 124-cü ayəsini qeyd etdik. Dedik ki, Allah-taala o böyük peyğəmbəri bir çox ağır sınaqlara çəkəndən və Həzrət də onların öhdəsindən layiqincə gələndən sonra buyurdu: "Həqiqətən, Mən səni insanlara imam təyin etdim.” (Burada "imamət” bəşərin cisminə, canına, ruhuna və təlim-tərbiyəsinə rəhbərlik mənasındadır!) İbrahim (ə) da övladlarının bu məqama yiyələnməsini istədikdə, Allah-taala şərti cavab verərək buyurdu: "Mənim (imamət) əhdim zülmkarlara çatmaz!” (Yəni sənin övladlarından yalnız pak və məsum olanlara bu məqam veriləcək!)
    Bu ayənin düzgün təfsiri imamların və ilahi rəhbərlərin məsum və günahsız olduğunu göstərir. Əqidəsi şirk və küfrlə dolu olan, yaxud əməllərində zülm və haqsızlıq görünənlər bu məqama layiq deyillər. Çünki zülm geniş mənada həm şirk, küfr və əqidə azğınlığına, həm də başqalarına, eləcə də, bir şəxsin günah etməklə özünə rəva gördüyü haqsızlığa da şamil olur. Bir sözlə, Qurani-kərim baxımından imamlıq və ilahi rəhbərlik şərtlərindən biri ismət və günahsızlıqdır.
    Burada yenidən "Təthir” ayəsinə qayıdır və bu ayədə açıqlanan ismət məsələsini araşdırırıq:
    Bu ayə Peyğəmbərin (s) zövcələrindən söz açan ayələrin arasında yerləşsə də fərqli tona və mühüm bir hədəfə malikdir. Çünki ondan əvvəl və sonrakı bütün ayələrin əvəzlikləri qadın cinsinin cəm, (bu ayədə isə kişi cinsinin cəm formasında) işlənmişdir. Bu ayənin başlanğıcında Peyğəmbərin (s) zövcələrinə göstəriş verilir ki, öz evlərində otursunlar, cahillik dövrünün adət-ənənələrinə uyğun camaat arasına çıxmasınlar, iffətlərini qorusunlar, namaz qılıb zəkat versinlər, Allaha və Rəsuluna tabe olsunlar. Ayədəki altı əvəzliyin hamısı qadın cinsinin cəm formasındadır. Sonra isə ayənin üslubu və deyiliş tərzi dəyişir və buyurulur:
    إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
    "Allah siz Əhli-beytdən çirkinlik və günahı uzaqlaşdırıb, sizi tamamilə pak-pakizə qərar vermək istəyir!”
    Ayənin bu hissəsindəki əvəzliklərin hər ikisi kişi cinsinin cəm formasındadır. Adətən, hər bir ayənin əvvəli ilə axırı eyni bir məsələni bəyan edir. Lakin bu o zaman baş verir ki, ona qarşı dəlil olmasın. Belə isə ayənin bu hissəsinin də Peyğəmbər (s) zövcələrinə aid olduğunu deyənlər yanılırlar. Çünki ayənin hissələri arasındakı zahiri fərq tam aydındır və əvəzliklər də bir-birindən fərqlənir. Bundan əlavə, şiə və sünni alimləri Peyğəmbəri-əkrəmdən (s) çoxlu rəvayət nəql etmişlər. Hər iki firqənin məşhur və məqbul mənbələrində bu fakt müşahidə olunur. Bütün bu rəvayətlərə görə, hazırkı ayə İslam peyğəmbərinin (s) zövcələrinə yox, yalnız Həzrətin özünə, imam Əliyə (ə), Fatiməyə (ə.s), imam Həsənə (ə) və imam Hüseynə (ə) aiddir. (Bu barədə geniş izahat veriləcək.)
    Rəvayətləri araşdırmazdan öncə "Təthir” ayəsində işlədilən söz və ifadələri şərh etmək zəruri görünür:
    "İnnəma” sözü adətən, "həsr və inhisar” üçün işlədilir və dilimizdə "yalnız”, "ancaq” və "təkcə” mənalarını bildirir.
    "Yuridu” (Allah istəyir, iradə edir) feli Allahın "təkvini” iradəsini bildirir. Yəni Allah-taala qəti qərar vermişdir ki, Əhli-beyti bütün çirkinliklərdən pak və uzaq etsin. Burada məqsəd "təşrii” iradə ola bilməz. Çünki "təşrii” iradə onların çirkinliklərdən qorunmağa vəzifəli olduğunu bildirəcək. Bu isə təkcə Peyğəmbər (s) Əhli-beytinin yox, bütün müsəlmanların vəzifəsidir.
    Bəzilərində belə təsəvvür oyana bilər ki, "təkvini” iradə bir növ məcburiyyət yaradır və bu iradə əsasında məsumluğun heç bir fəziləti yoxdur.
    Burada qısa şəkildə deməliyik ki, məsumlar iki növ məqama malikdirlər: "zati məqam” və "iktisabi (əməllərlə qazanılan) məqam”. Bunların heç biri onların ixtiyarsız olduğunu göstərmir. Başqa sözlə, ilahi iradə uca məqama nail olmaq və müvəffəqiyyət üçün zəmin hazırlayır. Onları qazanmaq isə məsumların öz iradəsindən asılıdır. Onların günahı tərk etməsi cəbri yox, iradi hissə əsaslanır. Məsələn, bir din aliminin şərabı özü ilə məscidə aparıb, camaatın qarşısına çıxaraq içməsi qeyri-mümkündür. Lakin bu iş zatən qeyri-mümkün deyil. Onun adi və ixtiyari qeyri-mümkün sayırıq. Ağıllı bir insan heç vaxt küçə-bazara çılpaq vəziyyətdə çıxmaz. Amma onun belə bir iş görməsi qeyri-mümkün deyil. Onun abır-həyası, düşüncə və mərifəti bu işə yol vermir. Amma həmin işin yerinə yetirilməsi, yaxud tərki onun öz ixtiyarındadır. Peyğəmbər və imamların da günahları tərk etməsi bu qəbildəndir. Doğrudur ki, məsumluq və günahsızlıq ilahi yardım sayılır. Lakin ilahi yardımlar da hesab-kitabsız deyil. Qurani-kərimdə İbrahim (ə) haqda buyurulur ki, o həzrət ağır və mühüm sınaqlardan sonra yüksək imamət və rəhbərlik məqamına nail oldu.("Əhzab” surəsi, ayə: 33.)
    Ayədə qeyd olunan "rics” sözü lüğətdə "çirkin şey” mənasını bildirir. İstər insanın təbiətinə uyğun gəlməyən və nifrət doğuran şey, istər əqli və şəri baxımdan çirkin şey, istərsə də hər bir çirkin şey. Rağib İsfahani "Müfrədat” kitabında "rics”i "çirkin şey” mənalandırdıqdan sonra (yuxarıda qeyd etdiyimiz kimi,) həmin dörd surəti qeyd edir (insanın təbiəti ilə uyğun gəlməyən, əqli və şəri baxımdan, yaxud bütünlüklə hər bir çirkin şey).
    Əgər bəzi alimlər "rics”i "günah”, yaxud "şirk”, yaxud "batil əqidə”, yaxud da "paxıllıq və həsəd” kimi mənalandırmışlarsa, əslində bu sözün geniş mənada nümunələrini göstərmişlər. Ümumiyyətlə, ayədə qeyd olunan "ər-rics” sözündəki "əlif və lam” artiklinin ümumi cinsi bildirməsi ilə ayənin mənası belə olacaq: "Allah siz Əhli-beytdən hər növ çirkinliyi uzaqlaşdırıb, sizi pak-pakizə qarar vermək istəyir.”
    "Və yutəhhirəkum təthirən” cümləsi ("təthir” sözünün "pak-pakizə etmək” mənasına diqqət yetirməklə) Əhli-beytin pak-pakizə və çirkinlikdən uzaq olmasına əlavə təkiddir. Məsdərin təkid formasında işlədilən "təthirən” sözü bu mənanı bir daha təsdiqləyir.
    Nəticə: Allah-taala müxtəlif təkidlərlə İslam peyğəmbərinin (s) Əhli-beytini hər bir çirkinlik və aludəlikdən pak etdiyini bildirir. Şübhəsiz, ilk növbədə evin əsl sahibi Peyğəmbəri-əkrəmin (s) özüdür. Lakin Əhli-beytin kimlərdən ibarət olduğu haqda geniş izahata ehtiyac duyulur.
    ***
    ƏHLİ-BEYT KİMLƏRDİR?
    Əhli-sünnə təfsirçilərinin bir qrupu "Əhli-beyt”i Peyğəmbərin (s) zövcələri kimi təfsir etmişlər. Lakin qeyd etdiyimiz kimi, ayənin üslub və deyiliş tərzinin dəyişilməsi, əvəzliklərin əvvəli ilə axırının fərqlənməsi bu hissənin tamamilə ayrı məna bildirdiyini göstərir. Məgər Allahın bütün işlərinin hikmət əsasında, Quran ayələrinin fəsahət və bəlağətli olduğu qəti deyilmi?!
    Digər təfsirçilər isə Əhli-beytin Peyğəmbəri-əkrəm (s), Əli (ə), Fatimə (ə.s), imam Həsən (ə) və imam Hüseyndən (ə) ibarət olduğunu qeyd etmişlər. Şiə və sünni mənbələrində nəql olunan bir çox rəvayətlər bunu təsdiqləyir. Hətta bəziləri bu rəvayətlər əsasında onun daha geniş məna daşıdığını söyləmiş, həm bu beş nəfərə, həm də Peyğəmbərin (s) zövcələrinə aid olduğunu demişlər. Bu isə ayənin üçüncü təfsiridir.
    Lakin Əhli-beytin beş məsumdan ibarət olduğunu açıqlayan rəvayətlər olduqca çoxdur. Yalnız "Əd-durrul-mənsur” təfsirində on səkkiz rəvayət (beşi Ümmü Sələmədən, üçü Əbu Səid Xudridən, biri Ayişədən, biri Ənəs ibn Malikdən, ikisi İbn Abbasdan, ikisi Əbil-Həmradan, biri Vailə ibn Əsqədən, biri Səddən, biri Səhhak ibn Müzahimdən, biri də Zeyd ibn Ərqəmdən) nəql olunmuşdur.(Bəqərə” surəsi, ayə: 124.)
    Əllamə Təbatəbai "Əl-mizan” təfsirində bu barədə yetmişdən çox rəvayət nəql edərək yazır: "Bu mövzuda əhli-sünnə təriqilə nəql olunan rəvayətlərin sayı şiə təriqilə nəql olunan rəvayətlərin sayından çoxdur!” Bu kitabda yuxarıda adlarını çəkmədiyimiz ("Əd-durrul-mənsur” təfsirində adları çəkilməyən) ravilərin də adları qeyd edilmişdir. Bəzi alimlər bu rəvayətlər və onların nəql olunduğu kitabların sayının yüzə çatdığını qeyd etmişlər.
    Burada həmin rəvayətlərin yalnız bir neçəsini qeyd edirik ki, Vahidinin "Bu ayə Peyğəmbəri-əkrəm (s), Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseyn (ə) barədə nazil olmuş və başqaları onlarla şərik deyil”("Əd-durrul-mənsur”, 5-ci cild, səh. 196-199) sözlərinin eynilə həqiqət olduğu aydınlaşsın:
    1. Peyğəmbərin (s) bəzi zövcələrindən nəql olunmuş rəvayətlərdə deyilir ki, "Təthir” ayəsindən söz salıb Peyğəmbərdən (s) soruşduq: "Bu ayə bizə də şamil olurmu?” Həzrət buyurdu: "Siz də yaxşısınız, lakin bu ayə sizə şamil olmur!”
    O cümlədən, ("Kəbir” təfsirinin müəllifi, 4-cü və 5-ci əsrlərin məşhur əhli-sünnə alimi) Sələbi öz təfsirində Peyğəmbərin (s) zövcəsi olan Ümmü Sələmədən belə nəql edir: Bir gün Fatimə (ə.s) Peyğəmbərə (s) yemək gətirdi. O həzrət buyurdu: "Həyat yoldaşını, övladların Həsən və Hüseyni çağır.” Onlar gəldilər və yeməkdən sonra Peyğəmbər (s) əbasını onların üstünə atıb buyurdu: "İlahi! Bunlar mənim Əhli-beytim və itrətimdir, çirkinliyi onlardan uzaqlaşdır və onları pak-pakizə et!” Bu zaman "Təthir” ayəsi nazil oldu... Mən o həzrətdən "Ey Allahın Rəsulu! Mən də sizdənəmmi” deyə soruşdum. O buyurdu: "Sən də yaxşısan (amma bu zümrədən deyilsən)!”("Əl-mizan”, 16-cı cild, səh. 311.)
    Sələbi başqa bir rəvayətdə Peyğəmbərin (s) zövcəsi Ayişədən "Cəməl” müharibəsi və onun müharibəyə qatılması haqda soruşduqda, dedi: "Bu, ilahi bir təqdir idi!” Ondan Əli (ə) haqda soruşduqda dedi: "Peyğəmbərin (s) yanında ən sevimli şəxsin kim olduğunu həzrətin ən sevimli zövcəsindən soruşursan?! Mən öz gözümlə gördüm ki, Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyni libasının altına salıb buyurdu:
    اَللّهُمَّ هؤلاءِ اَهْلُ بَيْتِى وَحامَتِى فَاَذْهَبَ عَنْهُمُ الرِّجْسَ وَطَهِّرْهُمْ تَطْهِيراً:
    "İlahi! Bunlar mənim Əhli-beytim və himayəçilərimdir, çirkinliyi onlardan uzaqlaşdır və onları pak-pakizə et!” Mən o həzrətdən "Ey Allahın Rəsulu! Mən də onlardanammı” soruşduqda buyurdu: "Xeyr, sən yaxşısan (amma onlardan deyilsən)!”("Məcməül-bəyan”, "Təthir” ayəsinin təfsirində; "Şəvahidut-tənzil”, Hakim Həskani, 2-ci cild, səh. 56.)
    Bəli, bu rəvayətlərdə göstərilir ki, Peyğəmbərin (s) zövcələri (yaxşı olsalar da,) ayədə qeyd olunan Əhli-beytdən sayılmırlar.
    ***
    2. Müxtəlif ifadələrlə bir çox rəvayətlərdə nəql olunan ”Kisa” (əba) əhvalatı: "Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseyni (ə) çağırıb (yaxud onların yanına gedib), üstlərinə bir əba ataraq dedi: "İlahi! Bunlar mənim Əhli-beytimdir, onlardan çirkinliyi uzaq et!” Bu zaman "Təthir” ayəsi nazil oldu.”
    Diqqət yetirmək lazımdır ki, bu hədis Müslimin "Səhih” kitabında Ayişədən, Hakimin "Müstədrək”, Beyhəqinin "Sünən”, İbn Cəririn "Təfsir”, Süyutinin "Əd-durrul-mənsur”("Məcməül-bəyan”, "Təthir” ayəsinin təfsirində.), Hakim Həskaninin "Şəvahidut-tənzil”(Səhihi-Müslim”, 4-cü cild, səh. 1883, hədis: 2424, "Peyğəmbərin (s) Əhli-beytinin fəzilətləri” bölümü.), Termizinin "Səhih” kitabında isə Əmr ibn Əbi Sələmə və Ümmü Sələmədən nəql olunmuşdur.("Şəvahidut-tənzil”, 2-ci cild, səh. 33, hədis: 376)
    Fəxri-Razi "Mübahilə” ("Ali-İmran” surəsinin 61-ci) ayəsinin təfsirində bu hədisi ("Kisa” hədisi) nəql etdikdən sonra yazır: "Bu rəvayət səhih və düzgündür, təfsir və hədis alimlərinin səhih saydıqları hər hansı bir rəvayətlə heç bir fərqi yoxdur!”("Səhihi-Termizi”, 5-ci cild, səh. 699, hədis: 3871, "Fatimənin fəziləti” bölümü, "Ehyaut-turas” çapı.)
    Diqqəti cəlb edən məsələ budur ki, hətta Əhməd Hənbəl "Müsnəd” kitabında bu hədisi müxtəlif ravilərin dilindən nəql etmişdir.("Kəbir” təfsiri, Fəxri-Razi, 8-ci cild, səh. 80.)
    ***
    3. Rəvayətlərin bir qismində deyilir ki, "Təthir” ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) bir neçə ay (bəzi rəvayətlərdə altı, bəzilərində doqquz ay) sübh namazına gedərkən Fatimeyi-Zəhranın (ə.s) evinin yanından keçərək uca səslə deyirdi:
    اَلصَّلوة! يا اَهْلَ بَيْتِ! اِنَّما يُرِيدُاللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً:
    "Ey Əhli-beyt, namaz (vaxtıdır)! (Sonra bu ayəni tilavət edirdi:) Həqiqətən, Allah siz Əhli-beytdən bütün çirkinliyi uzaqlaşdırıb, sizi pak etmək istəyir!”
    Bu hədis məşhur təfsir alimi Hakim Həskaninin "Şəvahidut-tənzil” kitabında Ənəs ibn Malikdən, başqa bir hədisdə Əbil-Həmradan nəql edilmiş, Peyğəmbərin (s) bu işi yeddi ay, (Əbu Səid Xudridən: səkkiz ay) davam etdirdiyi yazılmışdır.("Müsnədi-Əhməd”, 1-ci cild, səh. 330, 4-cü cild, səh. 107, 6-cı cild, səh. 292. ("Fəzailul-xəmsə” kitabından nəqlən, 1-ci cild, səh. 276.))
    Rəvayətlərdəki ifadələrin bir-birindən fərqlənməsi təbiidir; mümkündür ki, bu hadisəni Ənəs ibn Malik altı ay, Əbu Səid Xidri səkkiz ay, Əbil-Həmra yeddi ay və İbn Abbas doqquz ay müşahidə etmiş olsun. Beləliklə, rəvayətlərdə heç bir ziddiyyət yoxdur və hər kəs öz gördüyünü nəql etmişdir.
    Ümumiyyətlə, bu işin Peyğəmbər (s) tərəfindən nə qədər davam etməsi onun yüksək əhəmiyyətini göstərir. O həzrət bu rəftar və ardıcıl təkidlərilə kimsədə şəkk-şübhə qalmasın deyə, bildirmək istəyirdi ki, Əhli-beyt yalnız bu kəslərdir və "Təthir” ayəsi məhz onların şənində nazil olmuşdur. Maraqlıdır ki, Peyğəmbərin (s) bu qədər təkid və israrına baxmayaraq bu məsələ bəzilərinə "qaranlıq” qalmaqdadır. Bu doğrudan da, heyrətləndiricidir!
    Peyğəmbərin (s) məscidinə yalnız onun özünün və imam Əlinin (ə) evlərinin qapılarının açıq qalması icazəsi diqqəti cəlb edən digər nöqtələrdəndir. (Peyğəmbər (s) göstəriş vermişdi ki, bu iki qapıdan başqa məscidə açılan qapılar bağlansın!) Məlum olduğu kimi, oradakıların bir qrupu namaz vaxtı Peyğəmbərin (s) "Ey Əhli-beyt, namaz vaxtıdır” çağırışını eşidirdilər. Buna baxmayaraq bəzi təfsirçilərin ayəni Peyğəmbərin (s) zövcələrinə də aid etməsi qəribə deyilmi?! Halbuki, Peyğəmbər (s) zamanının cüzi hadisələrini açıqlayan Ayişə nəinki özünü "Təthir” ayəsinə aid etmir, hətta deyir ki, Peyğəmbər (s) mənə buyurdu: "Sən onlardan deyilsən!”
    ***
    4. Məşhur səhabə Əbu Səid Xudridən nəql olunan və "Təthir” ayəsindən danışan bir çox rəvayətlərdə aydın şəkildə belə deyilir: "Bu ayə Allahın Rəsulu, Əli, Fatimə, Həsən, Hüseyn (əleyhimus-səlam) barəsində nazil olmuşdur!”(Şəvahidut-tənzil”, 2-ci cild, səh. 11, 12, 13, 14, 15, 28 və 92. (bu hədis müxtəlif ravilərdən nəql olunmuşdur;) "Ehqaqul-həqq”, 2-ci cild, səh. 503-548.)
    Nəticə: İslamın məşhur mənbələrində "Təthir” ayəsi və ondakı "Əhli-beyt”in Peyğəmbər (s), imam Əli (ə), Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə) və imam Hüseynə (ə) aid olduğunu bildirən rəvayətlər "təvatür” həddinə çatdığından, onların düzgünlüyünə heç bir şübhə yeri qalmır. Hətta "Ehqaqul-həqq” kitabının şərhində bu rəvayətlərin (Əhli-beyt ardıcıllarının məşhur mənbələrindən əlavə,) əhli-sünnənin yetmişdən çox məşhur mənbəsində nəql olunduğu göstərilir və yazılır: "Əgər bu rəvayəti nəql edən bütün mənbələri saysaq, mindən çox olar!”("Şəvahidut-tənzil” kitabında bu zəmində dörd hədis nəql olunmuşdur, 2-ci cild, səh. 24-27, hədis: 659, 660, 661 və 664.)
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 665 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024