İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 8:42 AM
    BEŞİNCİ FƏSİL
    XÜSUSİ İMAMƏT VƏ VİLAYƏT
    İşarə:
    "Ümumi imamət”dən sonra "xüsusi imamət” məsələsini, Peyğəmbərdən (s) sonrakı məsum imam və ilahi canişinin kim olması mövzusunu araşdırmağa başlayırıq. Bu araşdırmada İslamın müxtəlif mənbələrinə, ayə və rəvayətlərə, eləcə də, ilahi rəhbərlərin tanınmasında ən gözəl üsullardan olan "şahidlər toplusu”na istinad edəcəyik.
    Allahdan düşüncəmiz, qələmimiz və bəyanımıza haqq və həqiqəti cari etməyi, hər bir büdrəmə və çaşqınlıqdan uzaq olmağı diləyirik!
    Əvvəlcə, Quran ayələrinə üz tutaraq "xüsusi imamət”lə əlaqədar ayələri araşdırırıq. Bu ayələri iki qismə bölmək olar:
    1. İmamət haqda aşkar söz açan ayələr;
    2. Bu haqda qeyri-müstəqim (və dolayısı yolla) söz açan ayələr.
    Ümumiyyətlə, hər iki qismə aid olan ayələr çoxdur. Lakin məqsədimiz imamətə dəlalət edən daha aydın ayələri araşdırmaqdır.
    Birinci qismə aid ayələr:
    1-"Təbliğ” ayəsi və "Qədir-Xum” əhvalatı;
    2-"Vilayət” ayəsi;
    3-"Ulil-əmr” (əmr sahibləri) ayəsi;
    4-"Sadiqin” (sadiq olanlar) ayəsi;
    5-"Qurba” (ən yaxınlar) ayəsi.
    İkinci qismə aid ayələr:
    Bu ayələr imamət və xilafət məsələsini birbaşa açıqlamasa da, Əmirəl-möminin Əlinin (ə) fəzilətlərini sübut edir. Uyğun ayələr Həzrətin İslam ümmətinin ən fəzilətlisi, Peyğəmbərdən (s) sonra ən üstün şəxsiyyət olduğunu göstərir. Belə nəticə alırıq ki, Peyğəmbəri-əkrəmdən (s) sonra ümmətin rəhbərliyini öhdəsinə götürməyə ən layiqli şəxs odur.
    Bu ayələr daha çox olduğundan, yalnız iyirmi beş ayəni qeyd edəcəyik:
    1-"Mübahilə” ayəsi;
    2-"Xeyrul-bəriyyə” (yaradılmışların ən yaxşısı) ayəsi;
    3-"Leylətül-məbit” ayəsi;
    4-"Hikmət” ayəsi;
    5-"Həl-əta” surəsinin ayələri;
    6-"Bəraət” surəsinin ilk ayələri;
    7-"Siqayətul-hacc” (hacılara su vermə) ayəsi;
    8-"Salihul-muminin” (möminlərin əməlisalehi) ayəsi;
    9-"Vəzarət” (vəzirlik) ayəsi;
    10 və 11-"Əhzab” surəsinin ayələri;
    12-"Bəyyinə” (şahid) ayəsi;
    13-"Siddiqun” (sadiqlər) ayəsi;
    14-"Nur” ayəsi;
    15-"İnzar” (qorxudan) ayəsi;
    16-"Mərəcəl-bəhreyn” (iki dənizin bir-birinə qovuşma) ayəsi;
    17-"Nəcva” (pıçıltı, gizli söhbət) ayəsi;
    18-"Sabiqun” (öndə olanlar) ayəsi;
    19-"Uzunun-vaiyə” (eşidib yadda saxlayan qulaq) ayəsi;
    20-"Məvəddət” (məhəbbət) ayəsi;
    21-"Münafiqun” (münafiqlər) ayəsi;
    22-"İyza” (əziyyət) ayəsi;
    23-"İnfaq” ayəsi;
    24-"Məhəbbət” ayəsi;
    25-"Məsulun” (sorğu-suala tutulanlar) ayəsi.
    1-TƏBLİĞ AYƏSİ
    يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
    "Ya Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmişsən. Allah səni insanlardan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq. Allah kafir camaatı hidayət etməz.”("Biharul-ənvar”, 41-ci cild, səh. 237. (Biz bu əhvalatı qısa şəkildə bəyan etdik!))
    ***
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ
    Bir çox əhli-sünnə alimlərinin təfsir, hədis və tarix kitablarında (şiənin bütün məşhur kitablarında) yuxarıdakı ayənin imam Əli (ə) haqda nazil olduğu qeyd edilmişdir. Bu rəvayəti bir çox səhabələr, o cümlədən, Əbu Səid Xudri, Zeyd ibn Ərqəm, Cabir ibn Abdullah Ənsari, İbn Abbas, Bərra ibn Azib, Hüzeyfə, Əbu Hüreyrə, İbn Məsud və Amir ibn Leyli nəql etmişlər. Onların rəvayətlərində bu ayənin imam Əli (ə) və "Qədir-Xum” hadisəsi barəsində nazil olduğu göstərilmişdir.
    Diqqəti cəlb edən budur ki, bu rəvayətlərin bəzilərinin ravilər silsiləsi, o cümlədən, Əbu Səid Xudrinin və İbn Abbasın hədisinin on bir, Bərra ibn Azibin hədisinin isə üç qrupdan ibarət olduğu nəql olunmuşdur. Bu hədisləri öz əsərlərində (istər geniş, istərsə də qısa şəkildə) qeydə alan məşhur alimlər aşağıdakılardan ibarətdir:
    –Hafiz Əbu Nəim İsfahani: "Ma nuzzilə minəl-Quran fi Əliyyin” kitabı ("Əl-xəsais” kitabından nəql, səh. 29);
    –Əbülhəsən Vahidi Nişapuri: "Əsbabun-nüzul” kitabı, səh. 150;
    –İbn Əsakir Şafei: ("Əd-durrul-mənsur” kitabından nəql, 2-ci cild, səh. 298);
    –Fəxri-Razi: "Kəbir” təfsiri, 3-cü cild, səh. 636;
    –Əbu İshaq Həməvini: "Fəraidus-səmteyn” kitabı;
    –İbn Səbbağ Maliki: "Füsusul-muhimmə” kitabı, səh. 27;
    –Cəlaləddin Süyuti: "Əd-durrul-mənsur” kitabı, 2-ci cild, səh. 298;
    –Qazi Şovkani: "Fəthul-qədir” kitabı, 3-cü cild, səh. 57;
    –Şəhabuddin Alusi Şafei: "Ruhul-məani” kitabı, 6-cı cild, səh. 172;
    –Şeyx Süleyman Qunduzi Hənəfi: "Yənabiul-məvəddət” kitabı, səh. 120;
    –Bədrəddin Hənəfi: "Umdətul-qari fi şərhi Səhihi-Buxari” kitabı, 8-ci cild, səh. 584;
    –Şeyx Məhəmməd Əbduh Misri: "Əl-mənar” təfsiri, 6-cı cild, səh. 463;
    –Hafiz ibn Mərdəveyh (vəfatı: 418 h.q) (Süyutinin "Əd-durrul-mənsur” kitabından nəql) və s.
    Əlbəttə, unutmaq olmaz ki, bu alimlərin bəziləri ayənin nazil olma səbəbini və rəvayətləri nəql etməklə yanaşı, sonradan işarə edəcəyimiz dəlillərin üstündən asanlıqla keçmiş, yaxud məsələyə iradla yanaşmışlar. Biz gələcək bəhslərdə Allahın lütf və mərhəməti sayəsində onların nəzərlərini dəqiq araşdıracağıq.
    QƏDİR-XUM HADİSƏSİ
    Ötən bəhslərdəki bir dəlilə əsasən, "təbliğ” ayəsinin imam Əli (ə) barəsində nazil olduğu açıqlandı. Bu haqda (həm şiə, həm də) əhli-sünnənin məşhur kitablarında nəql olunan rəvayətlərin sayı o qədər çoxdur ki, heç kim onu inkar edə bilməz. Bu rəvayətlərdən əlavə, digər rəvayətlərdə də açıq-aşkar deyilir ki, bu ayə "Qədir-Xum” hadisəsinə və Peyğəmbəri-əkrəmin (s) Əlini (ə) öz canişini, vəsisi təyin etdiyi zamana aiddir. Əllamə Əmini "Əl-qədir” kitabında "Qədir-Xum” hədisinin 110 səhabəsi, 84 tabein və 360 məşhur İslam alimi tərəfindən nəql olunduğunu qeydə almışdır. Kim bu sənəd və mənbələrə nəzər salsa, əmin olar ki, "Qədir-Xum” hədisi "təvatür” həddində çatmış mötəbər hədislərin ən üstünüdür. Doğrusu, kim onun "təvatür” həddinə çatmasına şəkk etsə, "təvatür” həddində olan heç bir hədisi qəbul etməməlidir. Bu kimi bəhslər bizi təfsir üslubundan xaric etdiyindən, hədisin sənədləri və ayənin nazilolma səbəbləri barədə deyilənlərlə kifayətlənib, onun mənasını araşdırmağa başlayırıq. Hədislə bağlı geniş izah istəyənlər aşağıdakı kitablara müraciət edə bilərlər:
    –"Əl-qədir” (Əllamə Əmini), 1-ci cild;
    –"Ehqaqul-həqq” (Əllamə Qazi Nurullah Şuştəri) Ayətullah Nəcəfinin şərhi ilə 2-4 və 20-ci cildlər;
    –"Əl-müraciat” (Seyid Şərəfuddin Amuli);
    –"Əbəqatul-ənvar” (Mirhamid Hüseyni Hindi; bu kitabın xülasəsinin 7-9-cu cildlərinə müraciət etmək daha münasibdir);
    –"Dəlailus-sidq”, (Mərhum Müzəffər), 2-ci cild.
    QƏDİR-XUM RƏVAYƏTLƏRİNƏ BİR BAXIŞ
    "Qədir-Xum” hadisəsini qeydə alan rəvayətlərin məcmusundan (əlbəttə, bəzi rəvayətlərdə bu hadisə daha geniş, bəzilərində qısa, bəzilərində hadisənin bir qismi, bəzilərində isə digər bir qismi açıqlanmışdır) belə qənaətə gəlirik ki, İslam peyğəmbəri (s) ömrünün sonuncu ilindəki həcci ("Həccətül-vida”nı) daha şövkət və əzəmətlə sona çatdırmışdır. Bu mövsümdə hacıların qəlbləri mənəvi hisslərlə dolmuş, böyük ibadətin ləzzətini bütün varlıqları ilə duymuşdular. Peyğəmbərin (s) səhabələri(Maidə” surəsi, ayə: 67.)bu böyük səadətə çatdıqları üçün böyük sevinc hissi keçirirdilər. Bu səfərdə Peyğəmbərlə (s) birgə yalnız Mədinə əhalisi deyildi. İftixar və səadətə nail olmaq üçün Ərəbistan yarımadasının müxtəlif məntəqələrindən xeyli müsəlman həzrəti müşayiət edirdi.
    Hicazın qızmar günəşi dağ və düzənlikləri yandırırdı. Amma bu misilsiz mənəvi səfərin ləzzəti bütün çətinlikləri asanlaşdırmışdı. Günorta yaxınlaşır və yavaş-yavaş Cöhfə məntəqəsi, ondan sonra isə Qədir-Xumun quru, yandırıcı səhralıqları görünürdü. Hicazı digər məntəqələrdən ayıran dörd yolayrıcı vardı: biri şimala (Mədinəyə), biri şərqə (İraqa), biri qərbə (Misirə), biri də cənuba (Yəmənə) doğru. Camaat bura çatdıqda, artıq bir-birindən ayrılır və həcc səfərinin son xatirəsi burada sona yetirdi. Bu yerdə müsəlmanlar İslam peyğəmbərindən (s) son göstərişləri almaqla bir-birlərindən ayrılırdılar.
    Hicri-qəmərilə 10-cu il cümə axşamı idi. Qurban bayramından səkkiz gün keçirdi. Bu vaxt Peyğəmbər (s) tərəfindən hacılara dayanmaq göstərişi verildi. Müsəlmanlar uca səslə elan etdilər ki, karvanın önündə hərəkət edənlər geri qayıtsınlar. Nəhayət, geridə qalanlar da gəlib çatdılar. Günorta vaxtı Peyğəmbərin (s) azançısı "Allahu-Əkbər” səsi ilə camaatı namaza çağırdı. Camaat tez namaza hazırlaşdılar. Havanın qızmar istisindən hacılardan bəziləri əbalarının bir ucunu ayaqlarının altına, o biri ucunu da başlarına atmışdılar; çünki səhranın yandırıcı çınqılları və günəşin şüası onların əl-ayaqlarını yandırırdı. Bu səhralıqda bir neçə çılpaq ağacdan başqa nə gölgəlik, nə də ot-ələf görünürdü. Bəziləri də bu çılpaq ağaca sığınmışdılar.
    Nəhayət, günorta namazı qurtardı. Ağacların birinin üstünə parça atıb Peyğəmbər (s) üçün kölgəlik düzəltdilər. Amma yandırıcı hava onları kölgəlikdə də rahat qoymurdu. Müsəlmanlar özləri ilə gətirdikləri çadırlara girmək istədikdə, Peyğəmbər (s) xəbərdarlıq etdi ki, hamı Allah tərəfindən nazil olan yeni bir xəbəri eşitmək üçün hazır olsun. Peyğəmbərdən (s) uzaq olanlar cəmiyyətin içərisindən o həzrətin nurani surətini görə bilmədikləri üçün dəvələrin kəcavəsindən hündür bir yer düzəltdilər. Peyğəmbər (s) onun üstünə qalxıb, əvvəlcə Allaha həmd-səna dedi və özünü Allaha tapşıraraq camaata belə buyurdu: "Mən tezliklə Allahın dəvətini qəbul edib, sizin aranızdan gedəcəyəm. (Allah qarşısında) həm mən məsuliyyət daşıyıram, həm də siz! Siz mənim haqda necə şəhadət verirsiniz?”
    Camaat uca səslə dedi: "Biz şəhadət veririk ki, sən peyğəmbərlik borcunu kamil yerinə yetirdin, xeyirxahlıq etdin və bizim hidayətimiz yolunda çalışdın. Allah sənə yaxşı mükafat versin!”
    Sonra Peyğəmbər (s) buyurdu: "Siz Allahın təkliyinə, mənim peyğəmbərliyimə, qiyamətin və ölülərin diriləcəyi günün haqq olmasına şəhadət verirsinizmi?”
    Hamı bir ağızdan "Bəli, şəhadət veririk” – dedi.
    Peyğəmbər (s) dedi: "İlahi, şahid ol...” Sonra davam etdi: "Ey camaat, səsimi eşidirsinizmi?”
    Dedilər: "Bəli!”
    Bundan sonra səhra tamamilə sükuta büründü, isti küləyin züm-züməsindən başqa bir səs eşidilmirdi. Bu vaxt Peyğəmbərin (s) səsi eşidildi: "İndi baxın görün, mənim aranızda yadigar qoyduğum iki böyük və ağır əmanətlə necə davranacaqsınız?!”
    Cəmiyyətin içərisindən bir səs gəldi: "Ey Allahın Rəsulu! Bu iki ağır əmanət nədir?”
    Peyğəmbər (s) dərhal buyurdu: "Birincisi bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdə olan Allahın kitabıdır! Ondan əlinizi çəkməyin, yoxsa zəlalətə düşərsiniz. Mənim ikinci ağır yadigarım Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər verib ki, bu iki əmanət behiştdə mənə qovuşana qədər, heç vaxt bir-birindən ayrılmayacaq. Onlardan irəli keçməyin, yoxsa həlak olarsınız. Geridə də qalmayın ki, yenə həlak olarsınız!”
    Bu zaman hamı gördü ki, Peyğəmbər (s) öz ətrafına baxır və kimisə axtarır. Əlini (ə) görən kimi əyilib, onun əlindən tutdu və o qədər yuxarı qaldırdı ki, hətta onun qolunun altı göründü. Hamı onu tanıdı və bildi ki, o, İslamın yenilməz sərkərdəsidir. Bu zaman Peyğəmbər (s) səsini bir az da ucaldaraq buyurdu: "Ey camaat! Möminlərə onların özlərindən daha artıq ixtiyar sahibi kimdir?!”
    Dedilər: "Allah və Peyğəmbəri daha yaxşı bilir!”
    Peyğəmbər (s) buyurdu: "Allah mənim mövlam və rəhbərim, mən də möminlərin mövlası və rəhbəriyəm. Onlar üzərində özlərindən daha artıq ixtiyar sahibiyəm (mənim əmrim onların hər bir istəyindən irəlidir)!” Sonra buyurdu: "Mən kimin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” O həzrət bunu üç dəfə (bəzi ravilərin dediyinə görə, dörd dəfə) təkrar etdi. Sonra başını səmaya qaldırıb belə dua etdi:
    اَللّهُمَّ والِ مَنْ والاهُ وَعادَ مَنْ عاداهُ وَاَحِبْ مَنْ اَحَبَّهُ وَاَبْغِضْ مَنْ اَبْغَضَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَه وَاَدْرِ الْحَقَّ مَعَهُ حَيْثُ دارَ:
    "İlahi! Onun dostunu Sən də dost bil, onun düşmənini Sən də düşmən bil, onu sevəni Sən də sev, onu qəzəbləndirənə Sən də qəzəbli ol, dostlarına kömək et, onu tək qoyub xar edənləri Sən də xar və zəlil et, haqqı həmişə onunla qərar ver və onu haqdan ayırma!”
    Sonra buyurdu: "Hazır olanlar bu xəbəri burada olmayanlara çatdırsınlar!”
    Peyğəmbərin (s) xütbəsi sona yetdi. Həzrətin, Əlinin (ə) və camaatın üz-gözündən tər axırdı. Hələ camaat dağılmamışdı ki, vəhy mələyi nazil olub, Peyğəmbərə (s) bu ayəni çatdırdı:
    الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي...
    "Bu gün sizin dininizi təkmilləşdirdim, nemətimi sizə tamamladım...”
    Peyğəmbər (s) buyurdu: "Allahu-Əkbər, Allahu-Əkbər! Allah Öz dinini kamil etdi, nemətini bizə tamamladı. Mənim risalət və peyğəmbərliyimdən, məndən sonra isə Əlinin vilayətindən razıdır!”
    Bundan sonra hacılar Əliyə (ə) doğru gəlməyə başladılar və onu bu məqama nail olduğuna görə təbrik etdilər. Onu təbrik edən tanınmış şəxslərdən Əbu Bəkr və Öməri misal göstərmək olar. Onlar cəmiyyətin qarşısında bu sözləri dillərinə gətirdilər:
    بَخٍّ بَخٍّ لَكَ يَاابْنَ اَبِى طالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلاىَ وَمَوْلا كُلِّ مُؤمِنٍ وَمُؤمِنَةٍ:
    "Afərin sənə, afərin sənə, ey Əbu Talibin oğlu! Sən mənim, bütün mömin kişi və qadınların mövlası və rəhbəri oldun.” Bu zaman İbn Abbas dedi: "Allaha and olsun! Bu əhd-peyman hamının boynunda qalacaqdır.”
    Məşhur şair Həssan ibn Sabit Peyğəmbərdən (s) bu münasibətlə bir şer söyləmək üçün icazə istədi, sonra belə dedi:
    Yunadihim yovməl-Ğədiri Nəbiyyuhum,
    Bi-Xummin və-əsmi bir-Rəsuli munadiyən.
    Fəqalə, fəmən movlakum və nəbiyyukum?
    Fəqalu, və ləm yəbdu hunakət-təamiyən,
    İlahukə movlana və əntə nəbiyyuna,
    Və ləm təlqi minna fil-vəlayəti asiyən.
    Fəqalə ləhu, qum ya Əliyyu, fə-innəni,
    Rəziytukə min bədi imamən və hadiyən,
    Fə-mən kuntu movlahu, fə-haza vəliyyəhu,
    Fəkunu ləhu ətbaə sidqin muvaliyən!
    Hunakə dəa, Əllahummə, vali vəliyyuhu,
    Və kun lilləzi ada Əliyyən muadiyən!
    "Qədir-Xumda Peyğəmbər nidası,
    Yayıldı carçısıyla hər sədası.
    Dedi: "Kimdir sizin mövla, nəbiniz?”
    Bir ağızdan: "Allah bizim Rəbbimiz!
    Ondan sonra sən də peyğəmbərimiz!
    Vilayətə asi olmaz birimiz!”
    Peyğəmbərin Əliyə buyruğuyla:
    "Qalx ayağa, həqiqət sorağıyla.
    Məndən sonra imam, hidayətçisən,
    Mövlası olduğumun rəhbərisən!
    Bəs, itaət edin buyruqlarıma,
    Allahdan əmanət qoyduqlarıma!
    Allah, Sən də sev, onu sevənləri
    Düşməninə düşmən olsan, var yeri
    Bu, şiə və sünni alimlərinin kitablarında nəql olunan "Qədir-Xum” hadisəsinin xülasəsi idi!
    TƏBLİĞ AYƏSİ ÜZƏRİNDƏ YENİ BİR TƏHLİL
    Əgər biz "təbliğ” ayəsinin nazil olma səbəbi, eləcə də, "Qədir-Xum” barəsində nəql olunan bütün rəvayətləri nəzərə almayıb, elə bu və bundan sonrakı ayələrin mənasını diqqətlə nəzərdən keçirək, İslam peyğəmbərinin (s) canişinlik və xəlifəliyi ilə bağlı vəzifəmizi ayırd edə bilərik.
    İzah: Bu ayə özü müxtəlif ifadələrlə üç mühüm məsələyə toxunur:
    1. Ayədən məlum olur ki, bu məsələ İslam baxımından yüksək əhəmiyyətə malik olmuşdur. Hətta Allah tərəfindən Peyğəmbəri-əkrəmə (s) göstəriş verilmişdir ki, mütləq onu xalqa çatdırsın. Əgər çatdırmasa, vəzifəsini yerinə yetirməmiş olacaqdır! Başqa sözlə, bu məsələ peyğəmbərlik qədər ağır vəzifə imiş. Əgər elan edilməsəydi, sanki Peyğəmbərin (s) vəzifəsi yarımçıq qalacaqdı!
    Məlum olduğu kimi, burada sadə bir şərt nəzərdə tutulmayıb. Əgər o pozulsa, Peyğəmbərin (s) risaləti şübhə altına düşür. Ayənin zahirindən göründüyü kimi, burada çox mühüm məsələnin qarşıya qoyulduğu və onun birbaşa peyğəmbərlik məqamı ilə əlaqələndiyi vurğulanmışdır.
    2. Bu ilahi əmr sözsüz ki, namaz, oruc, həcc, cihad, zəkat və digər əməli vəzifələrlə bağlı deyildir. Çünki bu ayə "Maidə” surəsində yerləşir və İslam peyğəmbərinə (s) nazil olan sonuncu surədir (yaxud sonuncu surələrdən biridir). Yəni bu surə nazil olanda artıq İslamın əməli vəzifələrilə əlaqədar bütün məsələləri bəyan edilmişdi.(Bəzi alimlər Peyğəmbərlə (s) birgə həcdə olanların sayını 90 min, bəziləri 112 min, bəziləri 120 min, bəziləri isə 124 min qeyd etmişdir.)
    3. Ayənin ifadələri göstərir ki, elan olunacaq xəbər bəzilərinin sərt mövqeyi ilə qarşılanacaq və bu işdə Peyğəmbərin (s) həyatı təhlükəyə düşəcəkdir. Lakin Allah-taala o həzrətə qarşı xüsusi himayəsini bildirərək buyurur: "Allah səni xalqdan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq!”
    Ayənin sonunda daha təkidlə buyurur: "Allah kafir cəmiyyəti hidayət etməz!”
    Bu ifadə qəti şəkildə bir qrup müxaliflərin əks mövqe tutacaqlarını göstərir.
    Ayədən açıq-aşkar görünən bu üç məsələni nəzərə alsaq, o zaman Peyğəmbərə (s) xilafət və canişinliklə əlaqədar vəhyin nazil olduğunu başa düşərik. Bəli, Peyğəmbəri-əkrəmin (s) ömrünün axırlarında ümmətə çatdıracağı son mühüm məsələ İslamın o vaxta qədər bəyan edilməyən əməli vəzifələri deyil, yalnız xəlifəliklə bağlı məsələ ola bilərdi. Çünki Peyğəmbərin (s) risalət və peyğəmbərliyi qədər mühüm olan və müxaliflərin sərt mövqe tutacaqlarına və o həzrətin canının təhlükəyə düşəcəyi ehtimal verilən məsələ məhz budur! Əgər "təbliğ” ayəsini imamət, vilayət və xilafət məsələsindən başqa bir yönə təfsir etsək, ayənin məqsədinə qətiyyən uyğunlaşmayacaq.
    Əhli-sünnənin təfsir alimlərinin bu ayənin mənası ilə bağlı fikir və nəzərlərinin heç biri deyilən təkidlərlə əsla uyğunlaşmır və həqiqətdə ayəni təfsir etməkdə "acizdirlər” (çünki imamət və vilayətə etiqadlı deyillər).
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 593 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024