İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 7:33 AM
    ŞƏRHLƏR
    1-QƏDİR-XUM HƏDİSİNDƏKİ MÖVLA SÖZÜNÜN TƏFSİRİ
    Biz "təvatür” həddində olan "Qədir-Xum” hədisini qısa şəkildə bəyan etdik. Peyğəmbərin (s) bu hədisdə buyurduğu "Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” kəlamı çox həqiqətləri aydınlaşdırır.
    Əhli-sünnə alimlərinin bir çoxu "mövla” sözünü "dost” mənasına təfsir etməyə çalışsalar da(Fəxri-Razi bu ayənin təfsirində yazır: "Hədis raviləri və "sirə” yazanların nəql etdiklərinə əsasən, yuxarıdakı ayə nazil olduqdan sonra Peyğəmbər (s) 81, yaxud 82 gündən artıq həyat sürmədi. ("Kəbir” təfsiri, 11-ci cild, səh. 139.) "Əl-mənar” və digər kitablarda da "Maidə” surəsinin bütövlükdə sonuncu həcc mərasimində nazil olduğu qeyd olunmuşdur. ("Əl-mənar”, 6-cı cild, səh. 116.) Əlbəttə, bəziləri "təbliğ” ayəsi nazil olduqdan sonra Peyğəmbəri-əkrəmin (s) qeyd edilən gündən də az həyat sürdüyünu nəql etmişlər.), müxtəlif dəlillər göstərir ki, hədisdə bəyan olunan "mövla” sözü "vəli”, "başçı” və "rəhbər” mənasını ifadə edir. Bu dəlillərin bir qismini nəzərdən keçirək:
    1. O zaman imam Əlinin (ə) bütün möminlərlə dostluq məsələsi elə də gizli və üstüörtülü bir məslə deyildi ki, bu qədər təkidə ehtiyac olsun. Əgər məqsəd Əlini sevməkdirsə, onda o böyük karvanın quru və yandırıcı bir səhrada dayandırılıb, Peyğəmbərin (s) uzun bir xütbə oxumasına və camaatdan ardıcıl etiraf istəməsinə nə ehtiyac var idi?! Həm də Quranda açıq-aşkar buyurulur ki, möminlər bir-birlərilə qardaşdır.(Çünki bu sözün mənalarından biri də budur və biz də bunu qəbul edirik.) Həmçinin başqa bir ayədə buyurulur: "Mömin kişilər və mömin qadınlar bir-birinin dostudur!”(Hücurat” surəsi, ayə: 10.)
    Bir sözlə, İslamda qardaşlıq və müsəlmanların bir-birilə dostluğu bu dinin aydın məsələlərindəndir. Bu İslamın ilk çağlarından olmuş, Peyğəmbər (s) də dəfələrlə bunu təkid etmişdir. Bundan əlavə, dostluq və qardaşlıq elə məsələlərdən deyil ki, Peyğəmbərin (s) onu bəyan etməsilə canı təhlükəyə düşsün.
    2. Peyğəmbəri-əkrəmin (s) buyurduğu "Ələstu ovla bikum min ənfusikum” (Mən sizə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?) sualı əksər rəvayətlərdə nəql olunmuşdur və bu sadə bir dostluğu bəyan etməklə əsla uyğunlaşmır. Əksinə o həzrət bununla demək istəyirdi ki, mənimlə Əlinin (ə) sizin üzərinizdə olan ləyaqət, ixtiyar və rəhbərliyimiz eynidir. Burada bundan başqa bir təfsir yürütmək insafsızlıq və həqiqətdən uzaqdır.
    3. Bu tarixi hadisədə camaat, xüsusilə Əbu Bəkr və Ömər tərəfindən Əliyə (ə) deyilən təbriklər həzrətin xilafət məqamına nail olmasını bir daha təsdiqləyir. Çünki ümumi şəkildə bütün müsəlmanlara dostluq məsələsinin elan olunmasında təbrikə ehtiyac duyulmur. Əhmədin "Müsnəd” kitabında yazılır: "Ömər, Peyğəmbərin (s) bəyanatından sonra Əliyə dedi:
    هَنِيئاً يَابْنَ اَبِيطالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:
    "Afərin sənə, ey Əbu Talibin oğlu! Sən hər bir mömin kişi və qadının mövlası oldun.”("Tövbə” surəsi, ayə: 71.)
    Fəxri-Razinin "təbliğ” ayəsinin təfsirində yazdığı ifadə də belədir: "Ömər dedi:
    هَنِيئاً لَكَ اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:
    "Afərin sənə! Sən mənim və bütün mömin kişi və qadınların mövlası oldun!”
    Beləliklə, Ömər onu özünün və bütün möminlərin mövlası hesab etdi.”
    "Tarixi-Bağdad” kitabında Ömərin belə dediyi nəql olunur: "Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun.”("Müsnədi-Əhməd”, 4-cü cild, səh. 281. ("Fəzailul-xəmsə” kitabından nəqlən, 1-ci cild, səh. 432.)
    "Feyzül-qədir” və "Əs-səvaiq” kitablarında da yazılır ki, bu təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm də Ömər demişdir.("Tarixi-Bağdad”, 7-ci cild, səh. 290.)
    Aydındır ki, möminlər arasındakı sadə dostluğun bəyanı üçün böyük bir mərasim qurulmasına ehtiyac yoxdur. Deməli, hədisdəki "vilayət” sözü xilafətdən başqa bir məna daşıya bilməz.
    4. Öncə qeyd etdiyimiz Həssan ibn Sabitin aydın ifadələrlə zəngin şeri bizim müddəamıza canlı bir şahiddir.
    ***
    2-QƏDİR-XUM HƏDİSİNİ TƏSDİQ EDƏN DİGƏR AYƏLƏR
    "Məaric” surəsinin başlanğıcında buyurulur:
    سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ لِّلْكَافِرينَ لَيْسَ لَهُ دَافِعٌ مِّنَ اللَّهِ ذِي الْمَعَارِجِ
    "Bir nəfər vaqe olacaq əzab barədə soruşdu. O əzab kafirlərə məxsusdur və onu dəf edə biləcək bir kimsə yoxdur. O əzab yüksək dərəcələr sahibi olan (mələklərini göylərə qaldıran) Allah tərəfindəndir!” ("Feyzül-qədir”, 6-cı cild, səh. 217 və "Əs-səvaiq”, səh. 107)
    Bir çox təfsirçilər və hədis raviləri bu ayələrin nazil olma səbəbi barədə belə demişlər:
    İslam peyğəmbəri (s) imam Əlini (ə) "Qədir-Xum”da xəlifəliyə seçib ( مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِىٌّ مَوْلاهُ )"Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır”, buyurandan sonra bu xəbər tez bir zamanda hər tərəfə yayıldı. Münafiqlərdən olan Nöman ibn Haris Fehri(Məaric” surəsi, ayə: 1-3.)Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib dedi: "Sən bizə göstəriş verdin ki, Allahın yeganəliyinə, sənin peyğəmbərliyinə şəhadət verək. Biz də şəhadət verdik. Sonra bizə cihad, namaz, həcc və zəkatı əmr etdin. Onları da qəbul etdik. Yenə bunlarla kifayətlənməyib, nəhayət, bu cavanı (Əliyə (ə) işarə etdi) öz yerinə canişin təyin edərək dedin: "Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır!” Bu göstəriş özündəndir, yoxsa Allah-taala tərəfindən?”
    Peyğəmbər (s) buyurdu: "Yeganə məbud olan Allaha and olsun ki, Allah tərəfindəndir!”
    Bu vaxt Nöman ibn Haris üzünü döndərib dedi: "İlahi! Əgər bu söz haqq və Sənin tərəfindəndirsə, onda bizim başımıza bir daş endir!” Elə bu zaman birdən səmadan bir daş düşüb, onun başını yardı və qeyd etdiyimiz ayələr nazil oldu.
    Bu rəvayət "Məcməül-bəyan” kitabında Əbül-Qasim Həskanidən nəql olunmuşdur.(Bəzi rəvayətlərdə Haris ibn Nöman, bəzilərində isə Nəzr ibn Haris adı ilə nəql olunmuşdur.) Uyğun rəvayəti əhli-sünnə təfsirçiləri də öz kitablarında, o cümlədən, Qurtubi (öz təfsirində), Alusi ("Ruhul-məani” kitabında) və Əbu İshaq Sələbi (öz təfsirində) azacıq fərqlə nəql etmişlər.("Məcməül-bəyan”, 9-10-cu cild, səh. 352)
    Əllamə Əmini "Əl-qədir” kitabında bu rəvayəti otuz nəfər əhli-sünnə alimindən (mənbə və mətnləri ilə birlikdə), o cümlədən, Hələbinin "Sirə”, Həməvinin "Fəraidus-səmteyn”, Şeyx Məhəmməd Zərəndinin "Durərus-səmteyn”, Şəmsəddin Şafeinin "Əs-siracul-munir”, Süyutinin "Şərhu-camiis-səğir”, Hafiz Əbu Übeyd Hərəvinin "Təfsiru-ğəribil-Quran” və Əbu Bəkr Nəqqaşın "Təfsiru-şəfais-südur” kitablarından nəql etmişdir.
    İmam Əlinin (ə) fəzilətlərini çarəsizlikdən və ikrahla qəbul edən təfsir və hədis alimlərindən bəziləri yuxarıdakı ayələrin nazil olma səbəbinə müxtəlif iradlar tutmuşlar. "Əl-mənar” kitabının müəllifi və digər əhli-sünnə alimləri qeyd etdiyimiz rəvayəti nəql etdikdən sonra belə iradlar irəli sürmüşlər:
    Birinci irad: "Məaric” surəsi Məkkədə nazil olmuşdur. Belə isə, "Qədir-Xum" hadisəsi ilə necə uyğun gələ bilər?
    Cavab: Bir surənin "məkki” (Məkkədə nazil olan) adlanması o demək deyil ki, onun bütün ayələri Məkkədə nazil olmuşdur. Qurani-kərimin bir sıra surələri məkki adlansa da, onların bəzi ayələri Mədinədə nazil olmuşdur. Eynilə bunun əksinə, "mədəni” (Mədinədə nazil olan) adlanan surələrin də bəzi ayələri Məkkədə nazil olmuşdur. Buna "məkki” adlanan "Ənkəbut” surəsini misal göstərmək olar. Halbuki Təbəri, Qurtubi və digər alimlərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Mədinədə nazil olmuşdur.(Təfsiri-Sələbi”, 10-cu cild, səh. 6757.) Yaxud "Kəhf” surəsi "məkki” adlansa da, Qurtubi və Süyutinin öz kitablarında yazdıqlarına görə, onun ilk yeddi ayəsi Mədinədə nazil olmuşdur.("Təfsiri-Təbəri”, 20-ci cüz, səh. 86 və "Təfsiri-Qurtubi”, 13-cü cüz, səh. 323.) Həmçinin bunun əksi olaraq, "mədəni” adlanan, lakin bəzi ayələri Məkkədə nazil olan surələrdən də "Mücadilə” surəsini misal göstərmək olar. Bəzi təfsirçilərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Məkkədə nazil olmuşdur.(Əlavə məlumat əldə etmək istəyənlər "Əl-qədir” kitabının 1-ci cildinin 256-257-ci səhifələrinə müraciət edə bilərlər.)Bir sözlə, Qurani-kərimdə bəzi surələr vardır ki, Məkkədə, yaxud Mədinədə nazil olsa da, onların bir neçə ayəsi həmin şəhərdə nazil olmamışdır. "Məaric” surəsi də bu qəbildəndir.
    İkinci irad: "Məaric” surəsinin ilk ayələrinin nazil olma səbəbi nəql olunan rəvayətdə göstərilir ki, Haris ibn Nöman "Əbtəh” adlı yerdə Peyğəmbərlə (s) görüşmüşdür. "Əbtəh” Məkkədə bir dərənin adıdır. Bu isə "Qədir-Xum” hadisəsi ilə uyğunlaşmır.
    Cavab: Əvvəla, "əbtəh” sözü bütün rəvayətlərdə yox, bəzi rəvayətlərdə nəql olunmuşdur. İkincisi, "əbtəh” və "bətha” sözləri ümumiyyətlə, içərisində çınqıl daşları olan arxlara və qumsal yerlərə deyilir. Mədinədə və başqa məntəqələrdə belə yerlər az deyil. Maraqlıdır ki, ərəb ədəbiyyatında dəfələrlə buna işarə edilmişdir. O cümlədən, Şəhabəddinin Əhli-beytin (ə) şəninə söylədiyi məşhur şerlərində onların qatilləri ilə bağlı belə deyilir:
    "Mələkna fəkanəl-əfvu minna səciyyətən,
    Fələmma mələktum, salə bid-dəmi əbtəhu,
    Və həlləltumu qətləl-usari və taləma,
    Ğədəvna ənil-əsra nəfu və nəsfuhu.”
    "Qurduğumuz dövlətdə səciyyəmiz əfv idi
    Sizsə hakim olandan, "əbtəh” qan ilə dolmuş!
    Siz hətta keçmədiniz əsirlərin qanından,
    Bizimsə güzəştimiz könüllərdə yer almış!”
    Aydındır ki, Peyğəmbərin (s) Əhli-beytinin əksər övladları İraq, Kərbəla, Kufə və Mədinədə qətlə yetirilmişdir və Məkkədə yerləşən "Əbtəh” adlı məntəqədə qan tökülməmişdir. Bəli, Məkkədən təxminən, on fərsəx aralı yerləşən "Fəxx” məntəqəsində də şəhadətə yetənlər olmuşdur. Lakin "Əbtəh” məntəqəsi Məkkənin lap yaxınlığındadır.("Təfsiri-Əbis-Süud” (Fəxri-Razinin "Kəbir” təfsirinin haşiyəsində), 8-ci cüz, səh. 148 və "Əs-siracul-munir”, 4-cü cild, səh. 310.)
    Şairlərdən başqa birisi şəhidlərin sərvəri imam Hüseyni (ə) bu sayaq mədh edir:
    Və təinnu nəfsi lər-rübui və qəd ğəda,
    Bəytun-nəbiyyi muqəttəul-ətnabi,
    Bəytun li-alil-Mustəva fi Kərbəla,
    Zərbuhu bəynə əbatihin və rəvabi.
    "Mənim canım Peyğəmbərin (s) viran edilmiş evlərinin əsər-əlamətindən nalə edir. O cümlədən, Kərbəlada Peyğəmbərin (s) Əhli-beytindən bir ev "əbtəh”lərin və hündür təpələrin arasında bərpa edilmişdi.” (Burada "əbtəh” qumluq yerlər mənasındadır.)
    İçərisində "əbtəh”, yaxud "əbatih” ifadələri olan və Məkkədəki müəyyən məntəqəyə aid olmayan şerlər çoxdur. Bir sözlə, "əbtəh” Məkkədə bir məntəqənin adı olsa da, onun ümumi mənası bir məntəqəyə məxsus deyil.
    3-BU AYƏLƏRİN ÖZÜNDƏN ƏVVƏL VƏ SONRAKI AYƏLƏRLƏ ƏLAQƏSİ NECƏDİR?
    Bəzi təfsirçilər "təbliğ” ayəsindəki həqiqətdən yayınmaq məqsədilə bəhanəyə əl atmış, demişlər ki, bu ayənin əvvəlki və sonrakı hissələri "kitab əhli” barəsində söz açdığından, onun imamət, vilayət və xilafət məsələsilə heç bir uyğunluğu yoxdur. Belə bir fərq qoyulması isə Qurani-kərimin bəlağət və fəsahətinə ziddir.("Əl-qədir”, 1-ci cild, səh. 255.)
    Quran ayələrinin toplanması ilə tanış olanlar yaxşı bilirlər ki, ayələr tədricən və müxtəlif münasibətlərlə nazil olmuşdur. Buna görə də çox vaxt surələrdə müxtəlif mövzulardan söz açılır. Məsələn, eyni bir surədə həm müəyyən bir müharibədən, həm İslamın hökmlərindən, həm münafiqlərdən, həm də möminlərdən danışılır. "Nur” surəsinə diqqət yetirsək, tövhid, məad, zinanın hökmü, "ifk” hadisəsi, münafiqlər, hicab və digər məsələlərə işarə edildiyinə şahid olacağıq (Quranın digər böyük surələri də az-çox bu qəbildəndir). Hərçənd, bir surənin məcmusu arasında ümumi bağlılıq həmişə qorunur.
    Bir surənin məzmunca müxtəlifliyi Qurani-kərimin tədricən və zərurəti nəzərə almaqla, müxtəlif münasibətlərdə nazil olması ilə əlaqəlidir. Qurani-kərim əvvəlcədən təyin olunan bir mövzu haqqında danışan klassik kitab deyil. Buna əsasən, "Maidə” surəsinin bir hissəsinin "kitab əhli”, digər bir hissəsinin isə "Qədir-Xum” hadisəsindən söz açmasında heç bir anlaşılmazlıq yoxdur. Əlbəttə, ümumi götürsək, bu mövzular arasında da müəyyən bağlılıq var. Peyğəmbərin (s) yerinə canişin təyin edilməsinin də "kitab əhli”nə təsiri vardır, çünki onlar Peyğəmbərin (s) vəfatından sonra İslamın dağılacağına ümidvar idilər.
    4-NƏ ÜÇÜN ƏLİ (Ə) QƏDİR-XUM HƏDİSİNƏ İSTİNAD ETMƏDİ?
    Bəziləri bəhanə axtarıb deyirlər ki, əgər əzəmətlə yad edilən "Qədir-Xum” hədisi həqiqətdirsə, nə üçün Əli (ə), onun Əhli-beyti və dostları zəruri hallarda ona istinad etmirdilər? Onların Əlinin (ə) xilafətini sübut etmək üçün bu mühüm sənədə əsaslanmaları daha yaxşı olmazdımı?
    Bu irad da digər iradlar kimi təfsir, tarix və hədis kitablarından məlumatsızlıqdan irəli gəlmişdir. Çünki əhli-sünnə alimlərinin bir çox kitablarında nəql olunmuşdur ki, Əli (ə) özü, Əhli-beyt imamları, eləcə də onların dostları "Qədir-Xum” hədisinə istinad etmişlər. Maraqlıdır ki, irad tutanlar bunları necə görməmişlər?
    Xətib Xarəzmi Hənəfi "Mənaqib” kitabında Amir ibn Vasilədən nəql edir ki, (Ömərdən sonra xəlifə təyin etmək üçün altı nəfərdən ibarət) Şura günü Əli (ə) ilə birlikdə idim. O, şura üzvlərinə belə deyirdi: "Sizə tutarlı bir dəlil göstərirəm ki, ərəb və əcəm onu dəyişməyə qadir deyil... Sizi Allaha and verirəm! Sizin aranızda elə bir kəs varmı ki, Peyğəmbər (s) onun barəsində belə buyurmuş olsun: "Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onun dostunu Sən də dost bil, onu sevəni Sən də sev. Hazır olanlar bunu qaib olanlara çatdırsınlar!”
    Hamı dedi: "Xeyr!”("Əl-mənar”, 6-cı cild, səh. 466.)
    Bu rəvayəti Həməvinin "Fəraidus-səmteyn” kitabının 58-ci bölümündə, İbn Hatəm "Durrun-nəzim” kitabında və İbn Əbil-Hədid "Nəhcül-bəlağə”nin şərhində, eləcə də İbn Həcər "Əs-səvaiq” kitabında Darü-Qutnidən nəql etmişlər.("Mənaqib”, səh. 217.)
    "Əl-qədir” kitabında imam Əlinin (ə) müxtəlif vaxtlarda, o cümlədən, Osmanın xilafəti və öz xilafəti dövründə, Cəməl müharibəsində və Kufədə Siffeyn müharibəsi günü Qədir-Xum hədisinə əsaslanmasına və uyğun mənbələr geniş yer verilmişdir. Bundan əlavə, Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə), imam Hüseyn (ə), bir qrup səhabə və qeyri-səhabələrin də on altı yerdə bu hədisə istinad etmələrini nəql etmişdir. Bu da müəllifin geniş məlumatından və bu hədisin müxtəlif zamanlarda diqqət mərkəzində olmasından danışır. Hərçənd, hər dövrdə mövcud siyasətə uyğun olaraq bunu əhəmiyyətsiz qələmə verməyə çalışmışlar. Bu bəhsin əhatəsi geniş olduğundan deyilənlərlə kifayətlənirik.("Əl-qədir”, 1-ci cild, səh. 161.)
    2-VİLAYƏT AYƏSİ
    "Xüsusi imamət”ə dəlalət edən ayələrdən biri də "vilayət” ayəsidir. Bu ayədə buyurulur:
    إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
    "Həqiqətən, sizin vəliniz (rəhbəriniz) yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, iman gətirib namaz qılır və rüku halında zəkat verirlər.” (Əlavə məlumat əldə etmək istəyənlər "Əl-qədir” kitabının 1-ci cildinin 159-213-cu səhifələrinə müraciət edə bilərlər.)
    ***
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ
    Təfsir və hədis alimlərinin əksəriyyəti bu ayənin imam Əli (ə) haqda nazil olduğunu nəql etmişlər. Süyuti "Əd-durrul-mənsur” kitabında bu ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: "Əli (ə) namazda rüku halında olarkən, bir yoxsul ondan kömək istəyir. Əli (ə) də öz üzüyünü çıxarıb ona verir. Peyğəmbər (s) o yoxsuldan "Bu üzüyü sənə kim sədəqə verdi?” – deyə soruşduqda, o, imam Əliyə (ə) işarə edib deyir: "Rüku halında olan o kişi!” Bu zaman "Həqiqətən, sizin rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir...” – ayəsi nazil olur.”(Maidə” surəsi, ayə: 55.)
    Bu kitabda elə həmin məzmunla İbn Abbasdan, Səlmət ibn Küheyldən və imam Əlinin (ə) özündən rəvayətlər nəql olunmuşdur.("Əd-durrul-mənsur”, 2-ci cild, səh. 293.)
    Bunu Vahidi də "Əsbabun-nüzul” kitabında Cabir ibn Abdullah və İbn Abbasdan nəql etmişdir.(Yenə orada.)
    Məşhur təfsirçi Carullah Zəməxşəri "Kəşşaf” təfsirində yazır: "Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Bir gün Əli (ə) məsciddə namaz qılırdı. Rüku halında bir yoxsul gəlib, ondan kömək istədi. Əli (ə) üzüyünü çıxarıb ona verdi.”("Əsbabun-nüzul”, səh. 148.)
    Fəxri-Razi öz təfsirində Abdullah ibn Salamdan belə nəql edir: "Bu ayə nazil olduqda, Allahın Rəsuluna (s) dedim: "Mən öz gözlərimlə gördüm ki, Əli (ə) rüku halında öz üzüyünü yoxsula sədəqə verdi. Buna görə də biz onun vilayət və rəhbərliyini qəbul edirik.” Həmçinin Əbuzərdən də belə nəql edir: "Bir gün Peyğəmbərlə (s) birgə günorta namazını qılırdım. Bu zaman bir yoxsul məscidə girib kömək istədi və heç kəs ona kömək etmədi. Yoxsul əlini göyə qaldırıb dedi: "İlahi, şahid ol! Mən Peyğəmbərin (s) məscidində kömək istədim, lakin heç kim mənə kömək etmədi.” Əli (ə) namaz halında ikən o yoxsula sağ əli ilə kiçik barmağındakı üzüyü götürməsini işarə etdi. O, Peyğəmbərin (s) gözü önündə gedib, Əlinin (ə) barmağından üzüyü çıxartdı. Peyğəmbər (s) dedi: "İlahi! Qardaşım Musa Səndən sinəsinin genişlənməsini, qardaşı Harunun onun peyğəmbərliyinə şərik olmasını istəyəndə..., ona buyurdun: "Mən tezliklə səni qardaşın vasitəsilə gücləndirəcək, sizə qüvvət və qələbə bəxş edəcəyəm.” İlahi! Mən Məhəmməd, Sənin peyğəmbərin və elçinəm. Mənim də sinəmi genişləndir, işləri mənə asanlaşdır, mənim üçün Əhli-beytimdən bir vəzir təyin et, məni onun vasitəsilə güclü və qüvvətli et!”
    Əbuzər deyir: "Allaha and olsun! Allahın Rəsulu (s) hələ sözünü qurtarmamışdı ki, Cəbrail nazil olub dedi: "Ey Məhəmməd! Oxu: "İnnəma vəliyyukumullahu və Rəsuluhu...”("Kəşşaf” təfsiri, 1-ci cild, səh. 649.)
    Əlbəttə, Fəxri-Razi bu rəvayəti nəql etdikdən sonra adəti üzrə bu ayənin imamətlə bağlılığına irad tutur. Biz bu iradı sonra qeyd edəcəyik.
    Təbəri də öz təfsirində bu ayənin təfsiri və nazil olma səbəbi haqda müxtəlif rəvayətlər nəql edir ki, o rəvayətlərin çoxu bu ayənin Əli (ə) haqda nazil olduğunu açıqlayır.("Kəbir” təfsiri, Fəxri-Razi, 12-ci cild, səh. 26.)
    Alimlərin böyük bir dəstəsi bu ayənin nazil olma səbəbini açıqlayan rəvayəti müxtəlif ifadələrlə qeyd etmişlər. O cümlədən, "Kənzül-ümmal” kitabının 6-cı cildinin 319-cu səhifəsində bu rəvayət nəql olunmuşdur. Həmçinin 5-ci əsrin məşhur alimlərindən olan Hakim Həskani Hənəfi onu "Şəvahidut-tənzil” kitabında altı müxtəlif silsilə sənədlə İbn Abbasdan, iki sənədlə Ənəs ibn Malikdən, iki sənədlə Məhəmməd ibn Hənəfiyyədən, bir sənədlə Əta ibn Saibdən, bir sənədlə Əbdül-Məlik ibn Cərih Məkkidən və onlar da Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər ki, "innəma vəliyyukumullah...” – ayəsi namazın rükusunda öz üzüyünü yoxsula verən Əli (ə) haqda nazil olmuşdur.("Təfsiri-Təbəri”, 6-cı cild, səh. 186.)
    Mərhum Əllamə Əmini bu rəvayəti və həmin ayənin imam Əli (ə) haqda nazil olduğunu əhli-sünnənin təqribən iyirmi kitabından (sənəd və mənbələri ilə birgə) nəql etmişdir(Rəvayətin sənədləri haqda əlavə məlumat əldə etmək istəyənlər "Şəvahidut-tənzil” kitabının 161-168-ci səhifələrinə (Beyrutun "Ələmi” çapına) müraciət edə bilərlər.
     )"Ehqaqul-həqq” kitabında bu rəvayət müxtəlif kitablardan nəql olunmuşdur.("Əl-qədir”, 2-ci cild, səh. 52-53)
    Diqqəti cəlb edən budur ki, Peyğəmbərin (s) dövründə yaşayan məşhur şair Həssan ibn Sabit bunu şübhə doğurmayan bir məsələ kimi öz şerlərində nəzmə çəkmişdir. O, məşhur bir şerində imam Əliyə (ə) xitab edərək deyir:
    Və əntəlləzi ətəytu iz kuntə rakiən,
    Zəkatən fədətkən-nəfsu, ya xəyrə rakiin!
    Fə-ənzələ fikəllahu xəyrə vəlayətin,
    Və bəyyənəha fi muhkəmatiş-şəraye!
    "Rükusunda zəkat verən sən idin. Can sənə qurban olsun, ey rüku edənlərin ən yaxşısı! Bundan sonra Allah-taala sənin üçün ən gözəl vilayəti nazil edərək, onu Quranında bəyan etdi.”("Ehqaqul-həqq”, 2-ci cild, səh. 399-407.)
    Onun başqa bir şerində belə deyilir:
    Mən za bixatəmihi təsəddəqə rakiən,
    Və əsərrəha fi nəfsihi israrən?
    "Rükuda sədəqə verən və bunu öz qəlbində gizlədən kim idi?”(Həssan ibn Sabitin şerləri azacıq fərqlə bir çox kitablarda, o cümlədən, "Ruhul-məani” və "Kifayətut-talib” (Gənci Şafei) kitablarında qələmə alınmışdır.)
    Bir sözlə, "vilayət” ayəsinin imam Əli (ə) haqda nazil olmasına heç bir şübhə yoxdur. Hətta "Minhacul-bəraə fi şərhi Nəhcül-bəlağə” kitabının müəllifi yazır: "Bu haqda Əhli-beyt məktəbinin ardıcılları və əhli-sünnə vasitəsilə "mütəzafir”, hətta "mütəvatir” hədislər nəql olunmuşdur.”
    Burada bizi maraqlandıran əsas məsələ bu ayənin Peyğəmbərin (s) xilafət və vilayət məsələsi ilə bağlılığıdır.
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 824 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024