İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 7:31 AM
    VİLAYƏT AYƏSİNİN XİLAFƏTƏ DƏLALƏTİ
    Bu ayədə gələn "vəli” sözü imam Əlinin (ə) müsəlmanların vəlisi və rəhbəri olmasını açıqlayır. Öncə işarə etdiyimiz kimi, "vəli” sözünün müxtəlif mənaları vardır ki, bəzən dost, bəzən hakim və rəhbər mənasında işlədilir. Rağib İsfahaninin yazdığına görə, bu sözün ilkin mənası aralarında heç bir fasilə olmayan iki şeyin sıx rabitəsini bildirir. Sonra əlavə edərək yazır: "Vilayət” dostluq və kömək, "vəlayət” isə rəhbər və ixtiyar sahibi mənasını ifadə edir.”("Təzkirətul-xəvass”, (Sibt ibn Covzi), səh. 10; "Kifayətut-talib”, (Şafei Gənci), səh. 123.)
    Ayədə mövcud olan dəlillər göstərir ki, burada "vəli” rəhbər və ixtiyar sahibi mənasındadır. Çünki burada "vəli” dost və yardımçı mənası kimi işlənsə, onda bütün möminlərə aid olacaq. Necə ki, "Tövbə” surəsinin 71-ci ayəsində belə buyurulur:
    وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ
    "Mömin kişilər və qadınlar bir-birlərinin dostlarıdır...”
    Lakin bəhs etdiyimiz ayədəki vilayət sözü xüsusi hala, rüku halında sədəqə verən şəxsə aid edilmiş və inhisar bildirən "innəma” (yalnız və yalnız) sözü ilə birgə qeyd olunmuşdur. Bu ifadə isə vilayət sözünün dostluq və yardım kimi (eləcə də buna oxşar digər) mənalar daşımasına imkan verir. Beləliklə, yeganə yol odur ki, "vəli” sözünün ixtiyar sahibi və rəhbər mənasını, Allahın və Peyğəmbərin (s) vilayəti ilə yanaşı tutulan cəhətini qəbul edək.
    Sonrakı ayə (ayənin davamı):
    وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ
    "Hər kəs Allahı, Onun Peyğəmbərini və iman gətirənləri özünə vəli seçsə, (qələbə çalar). Şübhəsiz ki, Allahın dəstəsi məhz qələbə çalanlardır!”
    Həqiqətdə, bu ayə qabaqkı ayənin məzmununu tam dolğun ifadə edir. Bizi ondakı vilayət sözünün ixtiyar sahibi və rəhbər mənasında olmasını göstərən daha bir dəlillə qarşılaşdırır. Belə ki, "hizbullah” (Allahın dəstəsi) və "düşmənlərə qələbə çalma” ifadələri sadə və adi dostluqla deyil, İslam hökumətinin təşkili ilə əlaqədardır. Bu da göstərir ki, əvvəlki ayədə qeyd olunan "vəli” sözü müsəlmanların rəhbəri mənası ilə uyğundur. Hətta "hizb” (dəstə) sözünün müştərək hədəfləri təmin edən ictimai quruluşa aid olması vilayət və rəhbərliklə daha münasibdir.
    ***
    İRADLAR VƏ BƏHANƏLƏR
    Gördüyünüz kimi, bu ayə çox aydın surətdə imamət və xilafəti nəzərdə tutur. Əgər bu ayə başqaları barədə nazil olsaydı, bəlkə də onun haqqında kiçik mübahisəyə belə yol verilməzdi! Lakin o, imam Əli (ə) haqda nazil olduğundan və digər firqələrin əqidələri ilə uyğun gəlmədiyindən çoxları israrla hər cür irad və bəhanə fikrinə düşmüşlər.
    Bu iradları iki qismə bölmək olar. Bir qism zahirən elmi yönə malik olduğundan cavabı elmi olmalı, digər bir qism isə bəhanəyönlü olduğundan qısaca cavablandırılmalıdır:
    1. Birinci qismə aid ilk irad budur ki, ayədəki "iman gətirənlər”, "namaz qılanlar”, "zəkat verənlər” və "rüku halında olanlar” ifadələri cəm formada işlədilmiş və buyurulmuşdur ki, bu xüsusiyyətlərə malik olanlar sizin rəhbərlərinizdir. Belə isə Əli (ə) bir nəfər olduğu halda, cəm formada işlənmiş ifadələr ona necə aid ola bilər?
    Cavab: Həm şiə, həm də sünnilərin kitablarında "müstəfiz”, hətta "mütəvatir” şəkildə nəql olunan rəvayətlərdə ayənin nazil olma səbəbinə diqqət yetirdikdə, onun bir fərdə aid olduğuna heç bir şübhə qalmır. Başqa sözlə, hədislər və İslam tarixi şahiddir ki, rüku halında yoxsula üzüyünü sədəqə verən bir qrup yox, yalnız Əli (ə) olmuşdur. Buna əsasən, deyə bilərik ki, ayədəki ifadələrin cəm formada işlədilməsində məqsəd ehtiram və həmin şəxsin məqamını yüksəltməkdir. Çünki ərəb ədəbiyyatında cəm formada işlədilən sözdən bir nəfər nəzərdə tutulduğuna çox rast gəlinir. Məsələn, "mübahilə” ayəsində "nisaəna” (qadınlar) sözü cəm formada işlədilsə də, onun nazil olma səbəbini nəql edən rəvayətlərə əsasən, məqsəd, təkcə Fatimeyi-Zəhradır (ə.s). Eləcə də, həmin ayədə qeyd olunan "ənfusəna” (özlərimiz) sözünün cəm formasında işləndiyi halda, bütün alimlər qəbul edirlər ki, mübahilədə İslam peyğəmbərindən başqa camaatın arasından yalnız Əli (ə) iştirak etmişdir.
    "Həmraul-əsəd” müharibəsi ilə bağlı nazil olan ayədə də belə buyurulur:
    الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً
    "...O kəslər ki, camaat onlara dedilər: "(Düşmən ordusundan) bir qrup sizə hücum etmək üçün əlbir olmuşlar. Onlardan qorxun. Lakin onlar (nəinki qorxmadılar, hətta) imanları daha da artdı.”(Müfrədati-Rağib”, "vəli” sözü. Bəzi alimlər "mövla” sözünə iyirmi yeddi məna qeyd etmişlər. ("Əl-qədir”, 1-ci cild, səh. 362.) Lakin onun əsas mənaları qeyd etdiyimiz iki mənadır, qalan mənalar da bu iki mənaya qayıdır.)
    Bu ayədə xəbər verən kəsin cəm formada "nas” (camaat, insanlar) sözü ilə qeyd olunmasına baxmayaraq, tarixdə göstərildiyi kimi, o, yalnız Nəim ibn Məsud olmuşdur.
    "Maidə” surəsinin 52-ci ayəsində buyurulur:
    فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَى أَن تُصِيبَنَا دَآئِرَةٌ
    "Ürəklərində xəstəlik (nifaq) olanları, onlarla (yəhudi və məsihilərlə) dostluq etməkdə bir-birini ötənləri və "Bizə bir fəlakət üz verməsindən (və onların köməyinə möhtac olacağımızdan) qorxuruq” deyənləri görərsən.” Bu ayə də təkcə Abdullah ibn Übeyy haqqında nazil olsa da, onun ifadələri cəm formasında işlədilmişdir.
    "Mümtəhinə” surəsinin 1-ci ayəsindəki xitab ümumi olsa da, Hatib ibn Übeyy Bəltəə haqqında nazil olmuş, "Münafiqun” surəsinin 8-ci ayəsinin şəxs əvəzliyi cəm formasında işlənsə də, məqsəd Abdullah ibn Übeyydir. Bir çox hədislərə əsasən, "Bəqərə” surəsinin 274-cü ayəsi imam Əlinin (ə) haqqında nazil olmuş, onun bütün şəxs əvəzlikləri isə cəm formasında gəlmişdir. "Bəqərə” surəsinin "(Ya Məhəmməd!) Səndən Allah yolunda nə verəcəkləri haqqında soruşanlara söylə...”("Ali-İmran” surəsi, ayə: 173.) ayəsindəki əvəzlik cəm formasında olsa da, soruşan şəxs yalnız Əmr ibn Cümuh olmuşdur.("Bəqərə” surəsi, ayə: 215.)
    Görəsən, bu ayələrdə məqsəd bir nəfər olduğu halda, onun əvəzlikləri nə üçün cəm formada işlənmişdir? Ola bilsin ki, səbəb nəzərdə tutulan şəxsə hörmət, bəzən də başqalarının həmin şəxslə bir fikirdə olmasıdır. Ayələrə diqqət yetirdikdə, bunu (ehtiram və ya eyni fikirdə olma) bir-birindən ayırd etmək olar. Bundan əlavə, Qurani-kərimin əksər ayələrində Allah-taala Özü haqda söz açdıqda, əvəzlikləri cəm formasında işlədir. Halbuki Onun müqəddəs zatı tək və misilsiz, hər cəhətdən "əhəd” və "vahid”dir. Bunun cavabında deyə bilərik ki, böyük bir şəxsin idarəçiliyi və işlərini yerinə yetirməkdə ona tabe olan məmurları var. Bu da səbəb olur ki, o, fərd olduğu halda, əvəzlikləri cəm formasında işlətsin. Başqa sözlə, ayələrdəki bu cəm ifadələr Onun uca məqamını və böyüklüyünü göstərir.
    2. Şübhəsiz, Əli (ə) Peyğəmbərin (s) dövründə müsəlmanların vilayət və rəhbərliyi məqamına malik deyildi. Belə isə, bu ayəni ona aid etmək olarmı?
    Bu iradın da cavabı aydındır. Gündəlik danışıq və ifadələrdə dəfələrlə müşahidə edirik ki, müəyyən bir şəxs vəzifə və məqama seçilsə, yaxud namizəd olsa da, hələ rəsmi olaraq həmin vəzifəni idarə etmir. Məsələn, bir kəs bir nəfəri öz yerinə canişin seçir və özü hələ yaşasa da, "filankəs onun vəsisi və canişinidir” deyilir.
    Peyğəmbəri-əkrəmin (s) həyatında imam Əliyə (ə) xəlifə və canişin adını vermək elə də anlaşılmaz deyil. Həzrət həyatda ikən imam Əlini (ə) Allahın əmrilə öz yerinə təyin etmişdir. Əlinin (ə) xəlifəliyi Peyğəmbərin (s) vəfatından sonra qüvvəyə minmişdir.
    Biz buna oxşar halı "Məryəm” surəsinin 5-ci ayəsində də müşahidə edirik. Belə ki, həzrət Zəkəriyya (ə) Allahdan belə bir hacət istəyir:
    فَهَبْ لِي مِن لَّدُنكَ وَلِيًّا
    "İlahi! Mənə bir vəli və canişin bağışla (seç)!” Allah-taala da onun duasını qəbul edərək, Yəhyanı ona əta edir. Şübhəsiz, Yəhya, Zəkəriyyanın həyatında canişin, vəli və varis olsa da, onun vəfatından sonra bu məqamı əlinə almışdır.
    Bunun oxşarı "Yovmul-inzar” əhvalatında da (Peyğəmbər (s) öz yaxınlarını bir yerə yığaraq, ilk dəfə onları İslama dəvət etdiyi gün) baş vermişdir. Həm şiə, həm də əhli-sünnə tarixçilərinin və hədis alimlərinin yazdıqlarına görə, Peyğəmbər (s) həmin gün Əliyə (ə) işarə edərək buyurdu:
    اِنَّ هذا اَخِى وَوَصِىِّ وَخَلِيفَتى فِيكُمْ فَاسْمَعُوا لَهُ وَاَطِيعُوهُ:
    "Bu, sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Onun sözünü eşidin və əmrinə itaət edin!”(Bu rəvayətlərin sənəd və mənbələri haqda məlumat əldə etmək istəyənlər "Təfsiri-nümunə” kitabının həmin ayələrlə bağlı bəhslərinə müraciət etsinlər.)
    Peyğəmbəri-əkrəmin (s) həyatda belə buyuruqları heç bir iradla üzləşmədiyi halda, Qurani-kərimin də ayələri belə iradlardan uzaqdır.
    İkinci qism iradlar (bəhanələr) çox olduğundan, onların bəzilərini qeyd edirik:
    1. Bəs, siz deyirsiniz ki, "Əli (ə) dünya malından heç bir şey yığmamışdır. Bəs nə üçün boynunda vacib zəkat olsun? Əgər məqsəd müstəhəb sədəqədirsə, ona zəkat deyilmir.
    Cavab: Qurani-kərimin bir çox ayələrində müstəhəb sədəqəyə zəkat adı verilmişdir. Hətta "məkki” surələrinin çoxunda zəkatdan söz açılır ki, məqsəd müstəhəb sədəqədir. Çünki zəkat Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra vacib edilmişdir. Bu məsələ "Nəml” surəsinin 3-cü, "Hud” surəsinin 39-cu, "Loğman” surəsinin 4-cü, "Fussilət” surəsinin 7-ci ayələrində açıqlanmış və bu surələr Məkkədə nazil olsa da, onlarda müstəhəb zəkat nəzərdə tutulmuşdur. Bundan əlavə, imam Əli (ə) dünya malından özü üçün bir şey yığmasa da, müharibə qənimətlərindən pay alırdı. Şübhəsiz, öz zəhməti ilə də qazanc kəsb edirdi və yoxsula verdiyi çox da bahalı olmayan gümüş üzüyün bu yolla əldə edilməsi çətin bir iş deyildir. Bəziləri Həzrətin gümüş üzüyünün qiymətini şişirtsə də, bu düz deyildir.
    2. Fikrin yoxsula doğru yayılması ilə namazda qəlbin hazırlığının və ilahi münacata qərq olmağın nə qədər reallığı var? Halbuki onlar (şiələr) deyirlər: "Namaz halında imam Əlinin (ə) ayağından oxu çıxartsalar da, o həzrət əsla bunu hiss etməmişdir! Belə isə namaz halında yoxsul bir şəxsin fikrində olmasını necə izah edirlər?
    Cavab: Bu iradın sahibi bilməlidir ki, yoxsulun səsini eşitmək, kiməsə yardım etmək Allahdan qeyrisinin, özünün və dünya malının fikrində olmaq deyil, əksinə bu özü də bir növ ibadət və Allaha boyun əyməkdir.
    Yoxsulların istək və səsləri qarşısında imam Əli (ə) kimi böyük şəxsiyyətin pak qəlbi həmişə həssas idi və həmişə onların səsinə cavab verirdi. O, bu işlə ibadəti ibadətə qoşur, namaz halında zəkat verməklə yalnız Allahın əmrlərini yerinə yetirirdi.
    Doğrusu, bu irad Qurani-kərimə irad sayılır. Çünki Allah-taala bu ayədə rükuda zəkat verməyi tərifləyir, onu böyük adla yad edir. Əgər bu əməl qəflət və Allahdan yayınmaq sayılsaydı, onda yüksək və bəyənilmiş bir sifət kimi yad edilməzdi? Biz isə tamamilə bunun əksini görürük. Belə bir irad tutan təəssübkeşlər imam Əlinin (ə) fəzilətini inkar etmək istəsələr də, həqiqətdə Allaha irad tutmuşlar.
    Fəxri-Razi yazır: "Əliyə (ə) yaraşan iş Allahın zikri ilə məşğul olmaqdır. Belə kəs isə başqasının sözünü eşidib başa düşə bilməz.” (Beləliklə, yoxsulun istəyini yerinə yetirmək namazın qaydaları ilə ziddir!)(Bu hədisi əhli-sünnənin İbn Əbi Cüreyr, İbn Əbi Hatəm ibn Mərdəveyh, Əbu Nəim, Beyhəqi, Sələbi və Təbəri kimi alimləri nəql etmişlər. Bu hədis İbn Əsirin "Kamilut-tarix” kitabının 2-ci cildində, eləcə də Əbül-Fidanın tarix kitabının 1-ci cildində vardır. (Bu hədisin barəsində söz açacağıq!))
    Fəxri-Raziyə sual oluna bilər ki, əgər bu iş namazın qaydaları və qəlbin hazırlığı ilə uyğun gəlməsəydi, bəs, nə üçün Allah-taala bu işi tərifləmiş, möminlərin vilayətini belə bir kəsə layiq bilmişdir? Şübhəsiz, namaz halında yoxsulun səsini eşidib, istəyini yerinə yetirmək ani baş verən əlavə ibadətdir. (Bizi həqiqətdən uzaqlaşdıran təəssübkeşlikdən Allaha pənah aparırıq!)
    3. Burada irad şəkilli bəhanələrdən biri də budur ki, namaz halında yoxsula üzük vermək namazda artıq bir iş sayılır və bu hərəkət namazı batil edir.
    (Doğrudan da, insan haqqı qəbul etməsə, necə bəhanələrə əl atır!)
    Cavab: Müctehidlərin heç birinin fətvasında bir işarə ilə üzüyü çıxarmaq, xüsusilə, işarə ilə yoxsulun özünün onu çıxarması namazda artıq iş və hərəkət sayılmır. Bu halda namazın batil olması ilə bağlı heç bir hökm yoxdur. Halbuki fəqihlərin aşkar fətvalarına görə, hətta namaz halında əqrəb kimi zərərli həşəratı öldürmək, körpə bir uşağı təhlükəli hadisədən xilas etmək, kiçik daşlarla namazın rəkətlərini saymaq, (namaz halında) nəcis libası təmizləmək və s. hərəkətlər belə, namazı batil etmir. Bütün bunları nəzərə aldıqda aydın olur ki, yoxsula üzük vermək, yaxud onu barmaqdan çıxartmaq daha asan və sadə bir işdir.
    4. Başqa bir bəhanə ilə deyilir: "Əli (ə) bu bahalı üzüyü haradan almışdı? Onu barmağa taxmaq israf deyildimi?”
    Cavab: Bu üzüyün bahalı olduğunu deyənlər yanılırlar. Axı, nə üçün belə mənbəsiz uydurmalara inanmalı, nəticədə müqəddəs Quranın ayəsini inkar etməliyik?!
    Həmin üzüyün qiymətinin Şamın xəracı qədər olması ilə bağlı yalnız bir rəvayət nəql olunmuşdur ki, bu da əfsanəyə daha çox bənzəyir. Çox güman ki, bu zəif hədisi("Kəbir” təfsiri, 12-ci cild, səh. 30.) imam Əlinin (ə) böyük fəzilətini dəyərsiz qələmə vermək üçün saxta hədis düzəldənlər nəql etmişlər. Halbuki belə hallarda əsas məsələ infaq olunan və xərclənən malın qiyməti deyil, yoxsula Allah yolunda yardım etmək, onun əlindən tutmaq və bu işin saf niyyətlə birgə olması nəzərdə tutulur. Əgər Qurani-kərimin bir surəsi ("Həl-əta” surəsi) Allah yolunda yetim və fəqirə bir neçə ədəd çörək verməyə görə nazil olursa, namaz halında bir üzüyün yoxsula bağışlanması ilə bağlı bir ayənin nazil olması təəccüblü deyil. Belə iradları qeyd edib cavablandırmaq məqsəddən yayınmağa və vaxtın tələfinə səbəb olduğundan, qeyd olunanlarla kifayətlənirik.
    3-ULİL-ƏMR AYƏSİ
    "Nisa” surəsinin 59-cu ayəsində buyurulur:
    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ
    "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin.”
    "Ümumi imamət və vilayət” bəhsində bu ayənin mənası və "əmr sahibləri”nin kimlərə aid olması haqda geniş söz açdıq. Dediyimiz kimi, "əmr sahibləri”nə mütləq itaətin Allahın Rəsuluna (s) itaətlə bir qeyd edilməsinin səbəbi budur ki, "əmr sahibləri” Allahın Rəsulu (s) ilə bir səviyyədə olan kəslər, yəni o həzrətin məsum canişinləridir. Çünki məsumlardan başqalarına mütləq itaət düzgün deyildir.
    "Əmr sahibləri” ilə əlaqədar deyilən bütün ehtimalları araşdırdıqda, görürük ki, onun məsum imamlardan başqası haqda düzgün məfhumu yoxdur. Burada isə bizim məqsədimiz xüsusi vilayət və imam Əlinin (ə) xilafətilə bağlı bu ayənin həzrətə tətbiqi və İslamın (xüsusilə, əhli-sünnənin) məşhur mənbələrində nəql olunan hədisləri araşdırmaqdır. Məşhur təfsirçi alim Hakim Həskani bu ayənin təfsirində beş hədis nəql etmişdir ki, onların hamısında "əmr sahibləri” ünvanı imam Əliyə (ə) (xarici bir nümunə və fərd kimi) tətbiq olunmuşdur. Birinci hədis həzrətin özündən nəql edilir: "Peyğəmbər (s) "Mənim (ümmətə rəhbərlikdə) şəriklərim o kəslərdir ki, Allah-taala onları Özünə və mənə yaxın etmişdir” deyə buyurduğu zaman, "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin” ayəsi nazil oldu. Mən həzrətdən soruşdum: "Ya Peyğəmbər! Əmr sahibləri kimlərdir?” Həzrət buyurdu: "Sən onların birincisisən!”("Zəif” – ravilərdən birinin fasiq, yaxud vəziyyətinin naməlum, yaxud da hədis qondaran olması şübhəsi olan rəvayətə deyilir. ("Zühur əsri”, Əli Kurani, səh. 1 (Müt.))
    İkinci hədis məşhur təfsirçi Mücahiddən nəql edilir: "Bu ayə Əmirəl-möminin Əli (ə) haqqında nazil olmuşdur. Bu o zaman idi ki, Peyğəmbər (s) ("Təbuk” müharibəsinə gedərkən,) Mədinədə onu öz yerinə canişin seçmişdi.
    Üçüncü hədisi imam Baqir (ə) və dördüncü hədisi Səd Vəqqasdan nəql edərək yazır: "Peyğəmbər (s) "Təbuk” müharibəsinə gedərkən (Mədinənin yaxınlığındakı) Curuf adlı məntəqəyə çatdı. Əli (ə) həzrətin arxasınca gedirdi və əlində silah yox idi. O, Peyğəmbərə (s) dedi: "Ey Allahın Rəsulu! Məni öz yerinə qoydun (məni özündən ayırdın), halbuki mən heç bir müharibədə səndən ayrılmamışam! Münafiqlər şayiə yayıblar ki, məni Mədinədə ona görə saxlamısan ki, yanında olmağımı istəmirsən!”
    Səd deyir: "Öz qulağımla eşitdim ki, Allahın Rəsulu (s) buyurdu:
    يا عَلِىّ اَلا تَرْضى اَنْ تَكُونَ مِنِّى بِمَنْزِلَةِ هارُونَ مِنْ مُوسى اِلاّ اَنَّهُ لا نَبِيَّ بَعْدِى فَارْجِع فَاخْلُفْنِى فِى اَهْلِى وَ اَهْلِكَ:
    "Ya Əli! "Razı olmazsanmı ki, səninlə mənim nisbətim Harunla Musanın nisbəti kimi olsun? Bu fərqlə ki, məndən sonra bir peyğəmbər yoxdur. (Yəni sən də Harun kimi peyğəmbərlikdən başqa bütün məqamlara sahibsən!) Buna görə də geri qayıt, mənim və öz əhli-əyalın arasında canişinim ol (və Mədinəni münafiqlərin şərindən qoru)!”
    Buna oxşar beşinci hədis yenə imam Əlidən (ə) nəql edilmişdir.(Bu hədislərin mənbəyi beş hədisin sonunda qeyd ediləcək.)
    Əbu Həyyan Əndəlusi Məğribi "Əl-bəhrul-muhit” təfsirində "əmr sahibləri” ilə bağlı (üç təfsir alimi) Müqatil, Məymun və Kəlbidən nəql edir ki, ondan məqsəd "səraya əmirləri”, yaxud Əhli-beyt imamlarıdır. Sonra isə ayənin imam Əli (ə) haqqında nazil olduğuna qarşı çıxaraq iki irad irəli sürür:
    1. Əli (ə) bir nəfər olduğu halda, necə ola bilər ki, cəm formasında buyurulan "əmr sahibləri” ona aid olsun?
    2. Ayənin zahiri camaatın əmr sahiblərinə itaətinin Peyğəmbəri-əkrəmin (s) həyatına aid olduğunu göstərir. Halbuki Əli (ə) o həzrətin həyatında imam deyildi?
    Bu kimi irad, yaxud bəhanələr eynilə "vilayət” ayəsinə də tutulmuşdu. Biz onların cavablarını açıqladıq. Dedik ki, tarixdə göstərildiyi kimi, insanlar həyatda öz yerlərinə vəsi və canişin təyin edir. Bunu kəlamlarında deyir və yazırlar ki, filankəs mənim vəsim və canişinimdir. O, bu işləri görməkdə ixtiyar sahibidir və s. Bu sözlərin mənası odur ki, onun vəfatından sonra vəsiyyətləri icra edilməlidir.
    Ayədə işlənən cəm ifadələrə gəldikdə isə, onun da cavabı verildi. Belə ki, Qurani-kərimdə, eləcə də ərəb ədəbiyyatında cəm əvəzliyinin bir nəfərə şamil olma halları çoxdur. Bu ayədə də "əmr sahibləri” hər dövrdə bir imama aid olsa da, həqiqətdə cəm şəklində bütün məsumlara şamil olunur. Hər bir dövrdə yalnız bir məsum yaşasa da, hamısı birlikdə bir qrupu təşkil edirlər. Bu iki iradın cavabını daha geniş şəkildə "vilayət” ayəsinin təfsirində bəyan etdik.
    Diqqəti cəlb edən məsələ budur ki, Hakim Həskani "Şəvahidut-tənzil” kitabında, eləcə də digər alimlər bu ayənin nazil olma səbəbini açıqlayan müxtəlif rəvayətlər nəql edərkən demişlər ki, o, imam Əlinin (ə) xilafətinə aiddir. O cümlədən, məşhur alim Əbu Bəkr ibn Mömin Şirazi "Etiqad” risaləsində (Kaşinin "Mənaqib” kitabına istinadən) İbn Abbasdan nəql edir ki, "ulil-əmr” ayəsi Əli (ə) haqqında nazil olmuşdur. Peyğəmbər (s) "Təbuk” müharibəsinə gedərkən, onu Mədinədə öz yerinə qoydu. Əli (ə) dedi: "Ey Allahın Rəsulu! Məni Mədinədə qadın və uşaqlarla birgə qoyub gedirsən?” Peyğəmbər (s) buyurdu: "Razı olmazsanmı ki, səninlə mənim nisbətim Harunla Musanın nisbəti kimi olsun? O zaman ki, Musa ona dedi: "Tayfamın arasında qal və onları islah et!” Sonra Allah-taala buyurdu: "Əmr sahibləri də sizdən olacaqlar!”(Şəvahidut-tənzil”, 1-ci cild, səh. 148-151)
    "Yənabiul-məvəddət” kitabının müəllifi Şeyx Süleyman Hənəfi Qunduzi özünün "Mənaqib” kitabında Süleym ibn Qeysdən belə nəql edir: "Bir gün bir kişi Əlinin (ə) hüzuruna gəlib soruşdu: "İnsanı möminlərin, yaxud kafirlər və azğınların sırasına qatan ən kiçik əməl hansıdır?” İmam (ə) buyurdu: "İnsanı azğınların dəstəsinə qatan ən kiçik əməl vilayəti vacib olan ilahi höccəti tanımamaqdır.” O kişi dedi: "Ya Əmirəl-möminin! Onları (ilahi höccətləri) mənə tanıtdır!” Əli (ə) buyurdu: "Allah-taala onları Özü və Peyğəmbərlə (s) birgə qərar verərək buyurmuşdur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!”("Ehqaqul-həqq”, 3-cü cild, səh. 425.)
    Bu hədis çox aydın surətdə əmr sahiblərinin camaatın seçdiyi şəxslər deyil, ilahi höccət və nümayəndə olduqlarını göstərir.
    "Burhan” təfsirində də bu ayə ilə bağlı Əhli-beytdən (ə) nəql olunan bir çox rəvayətlərdə deyilir ki, "ulil-əmr” ayəsi Əli (ə) və Əhli-beytdən olan digər imamlar haqqında nazil olmuşdur. Hətta bu rəvayətlərin bir qismində Əhli-beyt imamlarının adları bir-bir qeyd edilmişdir.("Yənabiul-məvəddət”, səh. 116. (İraqın "Darul-kutub” çapı.))
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 862 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024