İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 7:30 AM
    4-SADİQİN (SADİQ OLANLAR) AYƏSİ
    "Tövbə” surəsinin 119-cu ayəsində buyurulur:
    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ
    "Ey iman gətirənlər! Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun!”
    Bu ayənin təfsiri "ümumi vilayət” bəhsində geniş izah edildi. Burada isə ayənin imam Əliyə (ə), yaxud bütün Əhli-beyt imamlarına aid olması ilə bağlı rəvayətləri qeyd etməyi lazım bilirik:
    1. Məşhur təfsirçi alim Süyuti "Əd-durrul-mənsur” kitabında "Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun” ayəsinin təfsirində İbn Abbasın belə dediyini nəql edir: "Yəni Əli ibn Əbi Taliblə birgə olun!”
    Bu məzmunun oxşarını Xarəzmi "Mənaqib”, Zərəndi "Durərus-səmteyn”, Abdullah Şafei "Mənaqib” və Hakim Həskani "Şəvahidut-tənzil” kitablarında nəql etmişlər; bu fərqlə ki, bəziləri "O, Əli ibn Əbi Talibdir”, bəziləri "Ayə Əli ibn Əbi Talib haqqında nazil olmuşdur”, bəziləri isə "Əli və səhabələri ilə birgə olun” ifadələrini qeyd etmişlər.("Burhan” təfsiri, 1-ci cild, səh. 381-387.)
    2. Hafiz Süleyman Qunduzi Hənəfi "Yənabiul-məvəddət” kitabında Salman Farsidən belə nəql etmişdir: "Ey iman gətirənlər! Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun” ayəsi nazil olduqda, Salman soruşdu: "Ey Allahın Rəsulu! Ayənin məfhumu ümumidir, yoxsa xüsusi?” Peyğəmbər (s) buyurdu:
    اَمّا الْمَأمُورُونَ فَعامَّة الْمُؤمِنِينَ، وَاَمّا الصّادِقُونَ فَخاصَّة اَخِى عَلِىّ وَاَوْصِيائِهِ مِنْ بَعْدِهِ اِلى يَوْمِ الْقِيامَةِ:
    "Bu göstərişə əmr olunanlar bütün möminlər, sadiq olanlar isə məhz qardaşım Əli və məndən sonra qiyamət gününə qədərki vəsilərimdir!”(Mənaqib”, səh. 189; "Durərus-səmteyn”, səh. 91; "Mənaqib” (Abdullah Şafei), səh. 154 və "Şəvahidut-tənzil”, 1-ci cild, səh. 259.)
    3. Hakim Həskani "Şəvahidut-tənzil” kitabında "Sadiq olanlarla birgə olun” ayəsinin təfsirində Abdullah ibn Ömərin belə dediyini nəql edir: "Sadiq olanlardan məqsəd Məhəmməd (s) və onun Əhli-beytidir!”("Yənabiul-məvəddət”, səh. 115.)
    4. "Fəraidus-səmteyn” kitabının müəllifi Əllamə Həməvini, "Şərəfun-Nəbiyy” kitabının müəllifi Şeyx Əbülhəsən Kaziruni kimi bir qrup əhli-sünnə aliminin (bu ayənin təfsirində) imam Baqirdən (ə) nəql etdikləri hədis də eyni mənanı daşıyır, yəni "Məhəmməd (s) və onun Əhli-beyti ilə birgə olun!”("Şəvahidut-tənzil”, 1-ci cild, səh. 262.)
    Bu ayənin təfsirində yuxarıdakı hədisləri yalnız adlarını çəkdiklərimiz yox, digər alimlər də öz kitablarında nəql etmişlər.
    Bunu da qeyd etməliyik ki, Allah-taalanın "möminlər həmişə sadiqlərlə birgə olsunlar” göstərişi mütləq və qeyd-şərtsizdir. Yəni bu göstəriş məsum imamlardan başqasına aid ola bilməz. Çünki məsum olmayanların xəta və səhvə yol verməsi qətidir və insan belələrindən mütləq ayrılmalıdır. Hər halda itaəti vacib olan, xəta və səhvə əsla yol verməyən kəslər məhz məsum imamlardır. Buna əsasən, ayədəki "sadiqlər”də məqsəd düz danışan hər kəs deyil. Əksinə, istər səhvən, istərsə də bilərəkdən haqqa qarşı çıxmayanlardır. Bununla belə, "Ruhul-məani” kitabının müəllifi (Alusi) kimi bəzi məşhur əhli-sünnə alimləri ayədəki "sadiqlər” ifadəsini imam Əliyə (ə) aid edən rəvayətləri qeyd etdikdən sonra demişlər: "Şiələr Əlinin (ə) canişinliyinin haqq olduğunu sübut emək üçün bu ayəyə istinad edirlər. Belə bir istinad batildir!” Lakin onlar bunu deyib, məsələnin üstündən asanlıqla keçmiş və öz müddəalarına bir dəlil gətirməmişlər. Onların belə mövqeləri göstərir ki, təəssübkeşlik hissi təfəkkür nurunun qarşısını alimlərdən belə alır! Amma Doktor Məhəmməd Ticani Səmavi kimi azad düşüncəli insanlar da vardır ki, bu ayə və onunla bağlı rəvayətlərin nuru sayəsində yolunu düzgün görür, Əli (ə) və digər Əhli-beyt (ə) imamlarına olan imanını şücaətlə açıqlayır, bu zəmində "Lə əkunə məəs-sadiqin” (Sadiq olanlarla birgə olam) adlı dəyərli bir kitab yazır ki, bir çox müsəlmanlara böyük təsir bağışlayır.
    5-QURBA AYƏSİ
    "Şura” surəsinin 23-cü ayəsində Peyğəmbəri-əkrəmə (s) xitab olunaraq buyurulur:
    قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى
    "(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm.”
    Bütün şiələr və bir qrup əhli-sünnə təfsirçiləri bu ayədə qeyd olunan "zil-qurba” sözünün kimlərə aid olması barədə demişlər: "Zil-qurba”da məqsəd Peyğəmbəri-əkrəmin (s) ən yaxınlarıdır!” Bu təfsir müqabilində digər ehtimallar verilsə də, belə görünür ki, onların əsas məqsədi Peyğəmbərin (s) xilafət məsələsini və Əhli-beytin (ə) məqamını gözdən salmaqdır. O cümlədən:
    1. Risalət savab və mükafatı dedikdə, müsəlmanları Allaha yaxınlaşdıran nöqtələr nəzərdə tutulur. Buna əsasən, "qurba” Allaha yaxınlaşmağa səbəb olan bir amildir.
    Əvvəla, bu təfsir ayənin zahiri ilə əsla uyğun deyil; çünki namaz, oruc, cihad və bu kimi insanı Allaha yaxınlaşdıran göstərişlərdə ən əhəmiyyətli cəhət onlara məhəbbət yox, əməldir. Görəsən, Peyğəmbərin (s) səhabələri arasında bunları sevməyən bir kəs vardımı? Təbii ki, xeyr! Hətta əməldə səhlənkarlıq edənlər belə, Allaha və Qurana iman gətirdikləri üçün İslamın qanunlarını sevirdilər, hərçənd, onlara əməl etməsəydilər də...
    İkinci də "əl-qurba” "yaxınlaşdıran” yox, "ən yaxın” mənasındadır. Buna görə də Qurani-kərimin hər bir ayəsində (başqa on beş ayədə) işlədilən bu söz yaxın (xüsusilə, qohum) olan şəxslərə aid edilmişdir.
    Bəs, bu alimlər hansı səbəbə görə bu ayədəki "qurba” sözünü həm lüğət, həm də Quranın bütün ayələrində gələn mənanın əksinə təfsir etmişlər? Bunun səbəbi öncə qeyd etdiyimiz qərəzli məsələlər deyilmi?
    Diqqəti cəlb edən məsələ budur ki, bir çox lüğət alimləri açıq-aşkar bildirmişlər ki, "qurba”, yaxud "zil-qurba” dedikdə, nəsil yaxınlığı və qohumluq nəzərdə tutulur. "Məqayisul-lüğət” kitabında yazılır: "Fulanun zu qərabətin – huvə mən yəqrəbu minkə rəhimən.”
    "Filankəs (qohum olan şəxs barəsində) mənə yaxındır”, deyildikdə, həmin şəxsin nəsil qohumluğu nəzərdə tutulur.” Və yaxud: "Əl-qurba və əl-qərabət hər ikisi bir mənanı ifadə edir, o da nəsəbi qohumluqdur.”
    "Lisanul-ərəb” kitabında belə yazılır:
    والقرابة والقربي؛ الدنو في النسب
    "Qərabət və qurba nəsəbi yaxınlıq və qohumluğa deyilir!”
    2. "Məqsəd budur ki, siz müsəlmanlar öz yaxın adamlarınız və qohumlarınızı risaləti qiymətləndirdiyiniz kimi sevin!”
    İnsanın öz qohumlarını sevməsi risalət prinsiplərinə uyğun olmadığı halda, ayənin daha münasib mənasını – Peyğəmbərin (s) öz yaxınlarını sevməsini nəzərə almayıb, onu qohum-əqrəbanı sevmək kimi açıqlamaq nə qədər həqiqətə uyğundur?!
    3. Təfsir alimlərinin digər bir qrupu belə deyir ki, Peyğəmbərin (s) məqsədi budur: "Mənim risalətimin mükafatı olan qohum-əqrəbama hörmət qoyun. Çünki mənim bir çox qəbilələrlə nəsil və yaxud başqa vasitələrlə qohumluğum var. Bu işdə mənə əziyyət verməyin!”
    Bu baxış ayəyə zorla qəbul etdirilən ən əsassız təfsirdir. Çünki Peyğəmbər (s) risalətinin əvəzi o kəslərdən istənilə bilər ki, bu risaləti qəbul etmiş olsunlar. Belə isə onların Peyğəmbərə (s) əziyyət verməsi mənasızdır. Burada Peyğəmbərə (s) əziyyət verənlər düşmənlərdirsə, onlar həzrətin peyğəmbərliyini qəbul etmirdilər. Necə ola bilər ki, o həzrət desin: "Risalət və peyğəmbərliyim müqabilində sizdən yalnız bir xahişim var, o da budur ki, sizinlə qohumluğa xatir mənə əziyyət verməyin!”
    Əvvəla, Qurani-kərimdə peyğəmbərlərin dilindən nəql edilən ifadələrdə buyurulur: "Biz sizdən heç bir mükafat istəmirik, bizim mükafatımız aləmlərin Rəbbinin yanındadır!”
    Bu ayədə buyurulanlar təkcə beş peyğəmbərin (Nuh, Hud, Saleh, Lut və Şüeybin) dilindən nəql edilmişdir.(Bax: "Ehqaqul-həqq”, 14-cü cild, səh. 274-275; 3-cü cild, səh. 296-297, 14-cü cild, səh. 170-277 və "Əl-qədir”, 2-ci cild, səh. 277.)
    İkincisi, "qurba” ayəsində Peyğəmbər (s) buyurur ki, mən siz müsəlmanlardan yaxın adamlarıma və qohumlarıma sevgidən başqa bir mükafat istəmirəm.
    Üçüncüsü, "Fürqan” surəsinin 57-ci ayəsində Peyğəmbərə (s) belə buyurulur:
    قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَن شَاء أَن يَتَّخِذَ إِلَى رَبِّهِ سَبِيلًا
    "(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərliyimin) müqabilində Rəbbinə tərəf doğru yol tapmaq istəyən kimsələrdən başqa heç bir mükafat istəmirəm!”
    Dördüncüsü, "Səba” surəsinin 47-ci ayəsində yenə Peyğəmbər (s) haqda belə buyurulur:
    قُلْ مَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ فَهُوَ لَكُمْ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ
    "(Ya Peyğəmbər) De: "Sizdən (peyğəmbərliyimin müqabilində) istədiyim mükafat yalnız sizin xeyrinizədir, çünki mənim muzd və mükafatım yalnız Allaha aiddir!”
    Bu dörd ayəni nəzərdən keçirməklə belə bir nəticəyə gəlirik ki, İslam peyğəmbəri (s) də digər ilahi peyğəmbərlər kimi camaatdan özünə heç bir muzd və mükafat istəməmişdir. O həzrətin yaxın adamlarını sevmək Allaha tərəf doğru yol kimi göstərilmiş və bu, sözsüz ki, müsəlmanların öz xeyrinədir! Çünki bu məhəbbət imamət, xilafət, Peyğəmbərin (s) canişinliyi, ümmətə rəhbərliyinin davamı və insanların hidayəti üçün açılmış qapıdır.
    Bəli, hər vaxt bu ayələri zahirinə görə təfsir etsək, qaranlıq və anlaşılmaz bir nöqtə qalmayacaq. Əks halda ya onlara zidd, ya da əsla uyğun gəlməyən uzun-uzadı təfsirlərə əl atacağıq. Düzgün təfsir bir qrup alimin əqidəsinə zidd olduğundan, belə demişlər: "Camaatdan muzd və mükafat istəmək İslam peyğəmbərinin (s) məqamına münasib deyil. Buna görə də "qurba” ayəsi istisna olunmalıdır.” Bəzən "Bu ayə "Qul ma əsəlukum ələyhi min əcrin və ma ənə minəl-mutəkəllifin!” ayəsi ilə ziddiyyət təşkil edir” demiş, bəzən də mənasız yozumlara əl atmışlar.
    Həqiqət isə Peyğəmbəri-əkrəmdən (s) nəql olunan rəvayətləri toplayıb yanaşı qoyduqda aydın olur. Ayənin təfsiri ilə əlaqəli rəvayətlərin məcmusundan belə nəticə çıxarırıq ki, risalət və peyğəmbərliyin mükafatı sayılan "zil-qurba” müsəlmanları Allaha yaxınlaşdıran və onların özlərinə xeyirli imamət və xilafətdən ibarətdir. Beləsə, əks mövqe tutan bəzi təfsir alimlərinin iradları aydınlaşır.
    Alusi "Ruhul-məani” kitabında "qurba” ayəsinin təfsirində yazır: "Şiələr məntiq qaydalarına əsaslanaraq, bu ayəni Əlinin (ə) imamətinə dəlil göstərir və deyirlər: "(Ayənin tələbinə görə) Ona məhəbbət bəsləmək vacib, məhəbbət bəslənməsi vacib kəsə itaət etmək vacib və itaət olunması vacib kəs isə imamət məqamına malikdir. Deməli, Əli (ə) imamdır!” Sonra o, bu dəlilə irad tutmağa başlayır.("Şüəra” surəsi, ayə: 109, 127, 145, 164 və 180)
    Əvvəla, qeyd etdiyimiz mətləblərdən məlum olduğu kimi, biz ayədən belə bir əsassız nəticə çıxarmaq istəmirik. Ayədəki mühüm incəlik də bu deyil. Burada əsas məsələ Peyğəmbərin (s) risalət və peyğəmbərliyinin mükafatı sayılan yaxın adamlarına məhəbbət bəsləməkdir. Başqa ayələrdə də qeyd olunduğu kimi, bu mükafat Allaha yaxınlaşmağa vasitədir və müsəlmanların öz xeyrinədir. Onların kimlərdən ibarət olduğuna gəldikdə, öncə şərh etdiyimiz kimi, bu, imamlardan başqası ola bilməz. Peyğəmbərin (s) buyurduğu rəvayətlər isə bu məsələnin sübutu üçün əlavə dəlillərdəndir.
    ***
    İSLAM RƏVAYƏTLƏRİNDƏ QURBA AYƏSİ
    Həm şiə, həm də əhli-sünnə mənbələrində "(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (risalət və peyğəmbərliyimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm” ayəsinin məna və təfsirini tam açıqlayan xeyli rəvayət nəql olunmuşdur. O cümlədən:
    1. 5-ci əsrin məşhur əhli-sünnə alimi Hakim Həskani "Şəvahidut-tənzil” kitabında Səid ibn Cübeyrdən, o da İbn Abbasdan belə nəql edir: "Qurba” ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: "Ey Allahın Peyğəmbəri! Sevilməsi Allah tərəfindən vacib edilən kəslər kimlərdir?” O həzrət belə buyurdu: "Əli, Fatimə və onların iki oğlu!”(Ruhul-məani”, 25-ci cild, səh. 30.)
    Həmin kitabda müxtəlif sənədlərlə İbn Abbasdan həmin məzmunda digər rəvayətlər də nəql olunmuşdur.("Şəvahidut-tənzil”, 2-ci cild, səh. 130.)
    2. Yenə həmin kitabda Əbu Əmamə Bahilidən nəql olunur ki, Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur:
    اِنَّ اللهَ خَلَقَ الْاَنْبِياءَ مِنْ اَشَجارٍ شَتّى، وَخُلِقْتُ وَعَلِىّ مِنْ شَجَرَةٍ واحِدَة، فَاَنَا اَصْلُها وَعَلِىٌّ فَرْعُها، (وَفاطِمَةُ لُقاحُها) وَالْحَسَنُ وَالْحُسَيْنُ ثِمارُها، وَ اََشْياعُنا اَوْراقُها، فَمَنْ تَعَلَّقَ بِغُصْنٍ مِنْ اَغْصانِها نَجى وَمَنْ زاغَ هَوى، وَلَوْ اَنَّ عَبْداً عَبَدَاللهَ بَيْنَ الصَّفا وَالْمَرْوَةِ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، حَتّى يَصِيرَ كالشَّنِّ الْبالِس، ثُمَّ لَمْ يُدْرِكْ مَحَبَّتَنااَكَبَّهُ اللهُ عَلَى مِنْخَرَيْهِ فِى النّارِ ثُمَّ قَرَءَ قُلْ لا اَسئَلُكُمْ عَلَيْهِ اَجْراً اِلاَّ الْمَوَدَّةَ فِى الْقُرْبى:
    "Allah-taala peyğəmbərləri müxtəlif ağaclardan, mənimlə Əlini isə eyni bir ağacdan yaratdı. Mən həmin ağacın köküyəm, Əli budaqlarıdır, (Fatimə o ağacın bar verməsi üçün bir vasitə,) Həsən və Hüseyn meyvələridir, şiələrimiz isə yarpaqlarıdır. Onun hər bir budağından yapışan kəs nicat tapar, ayrı düşən kəs zəlalətə uğrayar. Allaha Səfa və Mərvə (dağları) arasında min il sonra daha min il sonra başqa bir min il ibadət edib, nəticədə tuluq kimi köhnəlib quruyan, lakin bizi sevməyən bəndəni Allah-taala üzü üstə oda (cəhənnəmə) atar.” Sonra o həzrət bu ayəni (şahid və sübut olaraq) tilavət edir: "(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm.”(Yenə orada, səh. 131-135.)
    3. Əhli-sünnənin məşhur təfsir alimi Süyuti "Əd-durrul-mənsur” kitabında bəhs etdiyimiz ayənin təfsiri ilə bağlı Mücahiddən, o da İbn Abbasdan nəql edirlər ki, Peyğəmbəri-əkrəm (s) "(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm” ayəsinin təfsirində buyurdu: "Məqsəd budur ki, Əhli-beytimə münasibətdə haqqımı qoruyun və onları mənə xatir sevin!”(Yenə orada, səh. 141.)
    4. Əhməd ibn Hənbəl "Fəzailul-xəmsə” kitabında Səid ibn Cübeyrdən, o da Amirdən belə nəql edir: "Qurba” ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: "Ey Allahın Rəsulu! Məhəbbət bəslənilməsi vacib olan yaxın adamların kimlərdir?” O həzrət buyurdu: "Əli, Fatimə və onların iki oğlu!” Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar etdi.”("Əd-durrul-mənsur”, 6-cı cild, səh. 7.)
    Bu rəvayəti Qurtubi həmin ayənin təfsirində azacıq fərqlə Səid ibn Cübeyrdən, o da İbn Abbasdan nəql etmişlər.
    5. Hafiz Əbu Nəim İsfahani "Hilyətül-övliya” kitabında Cabirdən belə nəql edir: "Bir ərəb kişi Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib dedi: "Ey Məhəmməd! İslamı mənə öyrət.” Peyğəmbər (s) buyurdu: "Şəhadət verirsən ki, Allahdan başqa bir məbud yoxdur, O təkdir, şəriksizdir, Məhəmməd Onun bəndəsi və peyğəmbəridir?” Dedi: "Bunun müqabilində məndən bir muzd istəyəcəksənmi?” Peyğəmbər (s) buyurdu: "Xeyr, yalnız qohumları sevməyini istəyirəm!” Dedi: "Öz qohumlarımı, yoxsa sənin qohumlarını?” Peyğəmbər (s) buyurdu: "Mənim qohumlarımı!” Dedi: "Əlini uzat, sənə beyət edim! Hər kəs səni və yaxınlarını sevməsə, Allah ona lənət etsin!” Peyğəmbər (ə) buyurdu: "Amin!("Ehqaqul-həqq”, 3-cü cild, səh. 2.)
    6. Məşhur təfsir alimi İbn Cərir Təbəri də "qurba” ayəsinin təfsirində İbn Cübeyrdən belə nəql edir: "Məqsəd Peyğəmbəri-əkrəmin (s) yaxın adamlarıdır!”
    7. Hakim "Müstədrəküs-səhiheyn” kitabında imam Zeynəlabidindən (ə) belə nəql edir: "Əlinin (ə) şəhadətindən sonra Həsən ibn Əli (ə) camaata xütbə oxudu və xütbəsində özünü tanıtdıraraq buyurdu: "Mən elə bir ailədənəm ki, Allah-taala onları sevməyi hər bir müsəlmana vacib etmiş və Peyğəmbərinə (s) buyurmuşdur: "De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində yaxınlarıma sevgidən başqa bir muzd istəmirəm.”
    Əhli-sünnənin digər alimləri də bu hədisi nəql etmişlər. O cümlədən, Muhibbuddin Təbəri "Zəxair”də səh. 138; İbn Həcər "Əs-səvaiq”də səh. 101; Süyuti "Əd-durrul-mənsur”da, "qurba” ayəsinin təfsirində.
    8. Əbu Cəfər Məhəmməd ibn Cərir Təbəri "Camiul-bəyan” kitabında Əbud-Deyləmdən belə nəql edir: ”Zeynəlabidini (ə) Şama əsir aparıb Dəməşqin (darvazasının) pillələrində saxladılar. Şam əhalisindən bir nəfər ayağa qalxıb dedi: "Allaha şükür olsun ki, sizi öldürüb, kökünüzü kəsdi!” Zeynəlabidin (ə) ona buyurdu: "Heç Quran oxuyubsanmı?” Dedi: "Bəli!” Buyurdu: "Quranda "Ha-mim” övladlarını oxuyubsanmı?” Dedi: "Quranı oxumuşam, amma "Ha-mim” övladlarını görməmişəm!” Buyurdu: "Qul la əsəlukə ələyhi əcrən illəl-məvəddətə fil-qurba! (Ya Peyğəmbər) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində yaxınlarıma sevgidən başqa bir şey istəmirəm.)” Dedi: "Peyğəmbərin yaxınları sizmisiniz?” Buyurdu: "Bəli!”("Hilyətül-övliya”, 3-cü cild, səh. 201.)
    9. İbn Həcər "Əs-səvaiqul-muhriqə” kitabında imam Əlinin (ə) belə buyurduğunu nəql edir: "Biz "Ha-mim” övladları haqda bir ayə nazil olmuşdur və o budur ki, bizim dostluq və məhəbbətimizi möminlərdən başqa kimsə (qəlbində) saxlamaz.” Sonra bu ayəni tilavət etdi: "(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində yaxınlarıma sevgidən başqa bir şey istəmirəm.”(Camiul-bəyan”, 25-ci cild, səh. 16)
    Bu rəvayət azacıq fərqlə "Kənzül-ümmal” kitabında da nəql olunmuşdur.("Əs-səvaiqul-muhriqə”, səh. 101) Bu rəvayətdən açıq-aşkar başa düşülür ki, bəhs etdiyimiz ayədəki "qurba”da məqsəd Peyğəmbərin (s) yaxın adamlarıdır. "Ha-mim övladları”ndan məqsəd, əvvəli "Ha-mim”lə başlayan surələrdir. Bunlar yeddi surədir: "Mumin”, "Fussilət”, "Şura”, "Zuxruf”, "Duxan”, "Casiyə” və "Əhqaf”. Qeyd etdiyimiz ayə isə "Şura” surəsindədir.(Kənzül-ümmal”, 1-ci cild, səh. 118.)
    10. Zəməxşəri, Fəxri-Razi və Qurtubi öz təfsir kitablarında "qurba” ayəsinin təfsirində Peyğəmbəri-əkrəmdən (s) bir hədis nəql edirlər. Bu hədisdə Əhli-beyt (ə) sevgisi yüksək qiymətləndirilir. Zəməxşərinin "Kəşşaf” təfsirindəki hədisi olduğu kimi yazırıq. Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: "Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə ölsə, dünyadan şəhid olaraq getmişdir.
    Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, bağışlanmışdır.
    Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, tövbə ilə dünyadan getmişdir.
    Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, kamil imanla dünyadan getmişdir.
    Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, ölüm mələyi ona behişt müjdəsi verər, sonra Nəkir və Münkər (adlı sorğu-sual mələkləri) onu müjdələyərlər.
    Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, gəlin bəy evinə aparılan kimi, ehtirmla behiştə aparılar.
    Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, onun qəbrindən behiştə doğru iki qapı açılar.
    Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, qəbri rəhmət mələklərinə ziyarətgah olar.
    Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, sünnə ilə dünyadan getmişdir.
    Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə ədavətlə dünyadan getsə, qiyamət günü alnına "Allahın rəhmətindən məyusdur” yazıldığı halda məhşərə çıxar!
    Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə ədavət və kin-küdurətlə dünyadan getsə, kafir halda dünyadan getmişdir.
    Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə ədavət və kin-küdurətlə dünyadan getsə, behişt qoxusu duymaz!” (Bax: "Məcməül-bəyan” təfsiri, "Mumin” surəsinin başlanğıcı, vərəqaltı haşiyə, 7-8-ci cild, səh. 512.)
    Maraqlıdır ki, bəzi təəssübkeş sünni alimləri "Kəşşaf” təfsirinə yazdıqları haşiyədə bu hədisin nəqlindən sonra belə qeyd etmişlər: "Bu hədisin saxtalığı əsər-əlamətindən bəllidir!”
    Amma onlar hədisin saxta olmasına dəlil göstərməmiş, yaxud saxtalığının necə bəlli olmasını açıqlamamışlar. Səbəb budur ki, hədisdə Peyğəmbəri-əkrəmin (s) Əhli-beytinin məqam və dərəcəsi əzəmətlə bəyan olunmuşdur. Bu isə onların əqidəsinə uyğun deyil. Bəlkə də, onlar ilk dəfə bu şərif hədisdə Peyğəmbər (s) Əhli-beytinin əzəmətli məqamını müşahidə edirdilər. Bu hədisi eyni əqidəli üç böyük təfsir alimi nəql etsə də, onlara irad tutmamışlar. Fəxri-Razi bu hədisi nəql etdikdən sonra belə yazır: "Hədisdəki "ali” sözü haqda fikir ayrılığı olsa da, mənim nəzərimcə "ali-Məhəmməd” (Məhəmmədin (s) Əhli-beyti) Peyğəmbərlə (s) rabitə və əlaqələri daha sıx olan şəxslərdir. Bu rabitə nə qədər güclü və kamil olarsa, yaxınlıq da bir o qədər güclənər. Şübhəsiz, Əli, Fatimə, Həsən və Hüseynin (ə) həzrət Peyğəmbərlə (s) rabitəsi hamıdan artıqdır. Bunun inkaredilməz həqiqət olduğu hamı tərəfindən söylənilmiş və mütəvatir hədislərə sübuta yetirilmişdir. Buna əsasən, (hamının əqidəsinə görə) onlar Peyğəmbərin (s) övladları, Əhli-beytidir. Amma onlardan başqalarının "ali-Məhəmməd”ə aid olması ilə bağlı ixtilaf var. Həqiqətən də, ayrı-ayrı şəxsləri "ali” sözünün əhatəsinə daxil etmək ağıl və məntiqə, nəql olunmuş rəvayətlərə qarşı çıxmaqdır.” Fəxri-Razi əlavə dəlil və sübutlar da göstərir ki, bu ayə Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynə (ə) aiddir.("Kəşşaf” təfsiri, 4-cü cild, səh. 220-221; "Kəbir” təfsiri, 27-ci cild, səh. 165-166 və "Təfsiri-Qurtubi” səh. 5843.)
    Məlum olur ki, "qurba” ayəsini təfsir edən "Ayədə Qüreyş kafirlərinə xitabda məqsəd budur ki, mənim onlarla yaxınlığımı unutmayın, bu yaxınlıq və qohumluğa görə onlara əziyyət verməyin” kimi rəvayətlər düzgün deyil. Çox ehtimal ki, bu saxta hədisləri düzəldənlər Əhli-beytin (ə) məqamını uca göstərən hədisləri əhəmiyyətsiz qələmə vermək istəmişlər. Çünki Qüreyş kafirlərinə belə bir xitab ayənin məfhumuna tam ziddir və Peyğəmbərin (s) kafirlərə "Mən sizdən heç bir muzd istəmirəm, lakin mənimlə qohumluq əlaqələri olanları unutmayın və onlara əziyyət verməyin” buyurması qeyri-mümkündür. Onlar Peyğəmbərin (s) risalət və peyğəmbərliyini əsla qəbul etməmişlər.
    Bu bəhsimizi Fəxri-Razinin "Kəbir” və Alusinin "Ruhul-məani” kitablarında "qurba” ayəsinin təfsiri ilə bağlı qeyd etdikləri misralarla sona çatdırırıq. Bu misralar sünni təriqətlərindən birinin banisi Şafeinindir. O, belə deyir:
    Ya rakibən, qif bil-muhəssəbi min Məna,
    Vəhtif bi-sakini xifiha vən-nahizi,
    Səhərən, iza qazəl-həcicu ila Mina,
    Fəyzən kə-multətəmil-furatil-faizi.
    İn kanə rəfzən hubbu ali-Muhəmməd,
    Fəl-yəşhidis-səqəlanu: inni rafiziyyun!
    "Ey (Allah evinin ziyarəti üçün) süvar olan, Minanın yaxınlığında şeytana daş atılan yerdə (Allah evinin zəvvarlarının toplaşdıqları böyük mərkəzdə) dayan. Xif məscidində (ibadətlə məşğul olan), yaxud Kəbəyə doğru hərəkət edən bütün kəsləri çağır; səhər vaxtı hacıların sel kimi Mina məntəqəsinə çatdığını gördükdə, fəryad edərək söylə: "Əgər Məhəmmədin Əhli-beytini sevmək dini tərk etmək hesab edilərsə, onda bütün insanlar və cinlər şahid olsunlar ki, mən rafiziyəm (dindən çıxmışam)!”(Bax: "Kəbir” təfsiri, 27-ci cild, səh. 166-167.)
    İlahi! Bizi namazda salam və salavat göndərdiyimiz Əhli-beyti (ə) sevənlərdən qərar ver!
    İlahi! Bu sevgini vilayət məqamını tanımaq üçün vasitəyə, bu tanışlığı Əhli-beyt (ə) məktəbinə tabeçiliyə çevir. Bu, İslamın ən mühüm məqsədidir!
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 781 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024