İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 7:28 AM
    MÜBAHİLƏ AYƏSİ VƏ İRADLAR
    "Əl-mənar” kitabının müəllifi və digər alimlərin bu ayənin Əhli-beyt (ə) haqqında nazil olması müddəasına tutduqları iradlardan biri budur ki, onda qeyd olunan "əbnaəna” (oğullarımız) sözü cəm formasında işlənmiş və onun iki nəfərə Həsən və Hüseynə (ə) aid etmək düzgün deyildir. Eləcə də "nisaəna” (qadınlarımız) sözü cəm olduğu halda, necə ola bilər ki, yalnız Fatimeyi-Zəhraya (ə.s) aid olsun?! Cəm formalı "ənfüsəna” (özümüz) sözünü də yalnız Əliyə (ə) şamil etmək düzgün deyil.
    Cavab: Burada diqqətinizi bir neçə məsələyə yönəldirik:
    1. Əvvəlcə geniş izah verildiyi kimi, həm şiə, həm də sünnilərin məşhur və mötəbər mənbələrindəki rəvayətlər "mübahilə” ayəsinin Əhli-beyt (ə) barəsində nazil olduğunu, eləcə də, Peyğəmbərin (s) Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyndən (ə) başqa bir kəsi mübahiləyə aparmadığını açıq-aşkar qeyd etmişlər. Bunlar ayənin təfsiri üçün aydın sübutdur. Çünki Quran ayələrini təfsir edən, onların nazil olma səbəbini açıqlayan şahid və sübutlardan biri də qəti sünnədir! Buna əsasən, yuxarıdakı irada yalnız şiələr deyil, həm də bütün İslam alimləri cavab verməlidir.
    2. Cəm formasının bir, yaxud bir neçə nəfərə şamil olması yeni bir məsələ deyil. Qurani-kərimdə, ərəb və qeyri-ərəb ədəbiyyatında belə hallara çox rast gəlmək olar.
    İzah: Adətən, hər hansı bir qanun qoyularkən, yaxud bir əhdnamə yazılarkən, hökm ümumi şəkildə və cəm formasında qeyd edilir. Məsələn, əhdnamədə belə yazırlar: "İcraata məsul şəxslər – əhdnaməni imzalayanlar və onların övladlarıdır!” Burada ola bilər ki, kiminsə bir, yaxud iki uşağı olsun. Bu isə qanunun, yaxud əhdnamənin "cəm formada” nəzərə alınması ilə heç bir ziddiyyət təşkil etmir. Bir sözlə, burada iki mərhələ vardır: 1. Müqavilə zamanı; 2. İcra zamanı.
    Müqavilə zamanı ifadələrin hamıya aid olması üçün buyuruqlar cəm formada qeyd olunur. İcra zamanı isə mümkündür ki, bu iş bir nəfərin üzərinə düşsün. Bu da məsələnin ümumiliyinə heç bir xələl gətirmir.
    Başqa sözlə, Peyğəmbəri-əkrəm (s) Nəcran xristianları ilə bağladığı müqaviləyə əsasən, bütün övladlarını, qadınlarını və onun canı sayılan kəsləri mübahiləyə aparmalı idi. Lakin onlar bir neçə nəfərdən artıq deyildilər. Öncə deyildiyi kimi, Qurani-kərimin bir çox ayələrində bəzi ifadələr bir nəfərə aid olduğu halda, cəm formasında işlədilmişdir. Məsələn, "Ali-İmran” surəsinin 173-cü ayəsində buyurulur:
    الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ
    "O kəslər ki, xalq onlara dedi: "Düşmənlər (hücum etmək üçün) sizə qarşı toplaşmışlar, onlardan qorxun!”
    Bu ayədəki "ən-nas” (xalq) sözündə məqsəd, bir qrup təfsir aliminin yazdığına əsasən, Nəim ibn Məsuddur. O, müsəlmanları müşriklərin qüdrəti ilə qorxutmaq üçün Əbu Süfyandan bir qədər mal (rüşvət) almışdı.
    Həmçinin "Ali-İmran” surəsinin 181-ci ayəsində buyurulur:
    لَّقَدْ سَمِعَ اللّهُ قَوْلَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاء
    "Allah kasıbdır, biz isə dövlətliyik! (Buna görə də Allah bizdən zəkat istəyir)” deyənlərin sözünü Allah, əlbəttə, eşitdi!”
    Bir qrup təfsirçinin nəzərincə, bu ayədə "qovləlləzinə” (deyənlərin sözünü) kəlməsində məqsəd Həyy ibn Xətib və ya Fənhas adlı şəxs olmuşdur.
    Bəzən də cəm formasında işlədilən söz nəzərdə tutulan şəxsə hörmət məqsədilədir. Necə ki, "Nəhl” surəsinin 120-ci ayəsində həzrət İbrahim (ə) haqqında belə buyurulur:
    إِنَّ إِبْرَاهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِلّهِ حَنِيفًاَ
    "Həqiqətən, İbrahim Allaha müti və baş əyən bir ümmət idi.”
    Bu ayədə cəm mənasını daşıyan "ümmət” sözü bir nəfərə – (İbrahimə (ə)) deyilmişdir.
    ***
    3. "Mübahilə” ayəsindən başa düşülür ki, (oğlan olan) qız nəvələrə də "ibn” (oğul) deyilir. Cahillik dövründə isə ərəblər yalnız oğul tərəfindən olan nəvələri övlad hesab edib deyirdilər:
    Bənuna bənu əbnauna və bənatina,
    Bənuhunnə əbnaur-ricali əbaidi.
    "Bizim övladlarımız, yalnız oğullarımızın övladlarıdır. Qızlarımızın övladları isə bizim deyil, yadların övladları sayılırlar.”
    Belə təfəkkür tərzi cahillik dövrünün yanlış adət-ənənələrindən qaynaqlanırdı. Onlar qızları və qadınları bəşər qismindən saymır və onlara oğullarını saxlamaq üçün bir əşya kimi baxırdılar. Necə ki, o dövrün şairi deyir:
    Və innəma ummuhatun-nasi əviyətun,
    Mustəvdəatun və lil-ənsabi abaun.
    "Analar onların böyüməsi üçün bir qabdır (əşyadır), nəsil isə yalnız ataların hesabınadır.”
    İslam dini isə belə təfəkkürü şiddətlə məhkum edərək, oğlanla qız övladları arasında olan fərqi aradan götürdü. Qurani-kərimin "Ənam” surəsinin 85-ci ayəsində İbrahimin övladları haqqında buyurulur:
    وَمِن ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَى وَهَارُونَ وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ وَزَكَرِيَّا وَيَحْيَى وَعِيسَى وَإِلْيَاسَ كُلٌّ مِّنَ الصَّالِحِينَ
    "Davud, Süleyman, Əyyub, Yusif, Musa və Harun da onun (İbrahimin) övladlarından idilər. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyya, İsa və İlyas da əməlisalehlərdən idi.”
    Bu ayədə həzrət İsa (ə) İbrahim peyğəmbərin övladlarından sayılmışdır, halbuki o, Məryəmin oğlu idi (yəni İbrahimin (ə) qız nəvəsi idi).
    Şiə və sünnilərin vasitəsilə nəql olunan rəvayətlərdə "ibn Rəsulillah” (Peyğəmbərin övladı) sözünün imam Həsən və imam Hüseynə (ə) deyilməsi müşahidə olunur.
    Evlənmək üçün haram olan qadınlar barəsindəki ayədə buyurulur: "Sizin oğullarınızın zövcələri.” İslam fəqihləri və alimlərinin nəzərincə, oğulların və nəvələrin (istər qız, istərsə də oğlan) zövcələri insana məhrəmdir və bu ayə onlara şamil olunur.
    "Mübahilə” ayəsinin təfsirində nəql olunan məşhur bir hədis insanın diqqətini özünə daha çox cəlb edir. Hədisdə deyilir: "Bir gün xəlifə Məmun imam Rizadan (ə) "Baban Əli ibn Əbi Talibin (ə) Peyğəmbərin (s) xəlifəsi olmasına dəlilin varmı?” deyə soruşduqda, həzrət buyurdu: "Ənfüsəna” ayəsi (buna dəlildir).”
    Məmun dedi: "Əgər "nisaəna” olmasaydı (sözün düz olardı!)”
    İmam Riza (ə) buyurdu: "Əgər "əbnaəna” olmasaydı (sən deyən olardı)!”
    Əllamə Təbatəbai bu qısa və eyni zamanda mənalı sözləri şərh edərək yazır: "İmam Rizanın (ə) "ənfüsəna” ayəsinə istinad etməsinin səbəbi budur ki, Allah-taala Əlini (ə) Peyğəmbərin (s) canı və nəfsi kimi tanıtdırmışdır. (Buna əsasən, Əli (ə) xilafət və imamət məqamına hamıdan layiqdir, risalət və peyğəmbərlikdən başqa hər bir məqamında Peyğəmbərlə (s) eynidir.)
    Məmunun cavabı isə buna bir növ irad idi. Belə ki, ayədə qeyd olunan "nisaəna” (qadınlarımız) sözü göstərir ki, "ənfüsəna” sözü Peyğəmbərin (s) canı və nəfsi kimi şəxsi deyil, ümumi olaraq "ricaləna” (kişilərimiz) mənasını bildirir.
    İmam Riza (ə) da növbəti cavabı ilə bildirir ki, "ənfüsəna” "kişilərimiz” mənasını daşısaydı, artıq "əbnaəna” (oğullarımız) sözünə ehtiyac olmazdı. Çünki oğullar ifadəsi də kişi cinsinə daxildir. Buna əsasən, ayədəki "ənfüsəna” sözü "kişilərimiz” mənasında deyil.(Yenə orada.)
    "Biharul-ənvar” kitabında Məmunla imam Rizanın (ə) arasındakı söhbət belə nəql olunmuşdur: "Bir gün Məmun imam Rizaya (ə) dedi: "Qurani-kərimdə Əli ibn Əbi Talibin (ə) ən böyük fəzilətini göstərən ayə hansıdır?”
    İmam (ə) buyurdu: "Mübahilə ayəsi! Bu ayə nazil olduqda, Peyğəmbəri-əkrəm (s) Həsən və Hüseyni (ə) çağırdı (onları özü ilə mübahiləyə apardı). Buna əsasən, ayədəki "əbnaəna” (oğullarımız) sözündə məqsəd onlardır. Sonra Fatimeyi-Zəhranı (ə.s) çağırdı. Ayədəki "nisaəna” (qadınlarımız) sözü də ona aiddir. Daha sonra Əmirəl-möminin Əlini (ə) çağırdı. Allahın hökmünə əsasən, o, Peyğəmbərin (s) canı və nəfsi kimidir. Heç kim Peyğəmbərdən (s) üstün və fəzilətli olmadığı kimi, o həzrətin canı və nəfsindən, yəni Əli ibn Əbi Talibdən (ə) də üstünü və fəzilətlisi yoxdur.”
    Məmun dedi: "Ola bilər ki, "ənfüsəna” (özümüz) sözü başqasına yox, yalnız Peyğəmbərin (s) özünə aid olsun.”
    İmam (s) buyurdu: "Məgər insan özünü bir işə çağıra bilərmi? Peyğəmbər (s) Fatimə (ə.s), Həsən və Hüseyndən (ə) əlavə, Əlini (ə) da çağırdı. Buradan məlum olur ki, Əli (ə) Peyğəmbərin (s) canı və nəfsi kimidir!”("Əl-mizan”, 3-cü cild, səh. 230, "mübahilə” ayəsinin təfsiri)
    2-XEYRUL-BƏRİYYƏ (YARADILMIŞLARIN ƏN YAXŞISI) AYƏSİ
    "Bəyyinə” surəsinin 7-8-ci ayələrində buyurulur:
    إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ جَزَاؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ لِمَنْ خَشِيَ رَبَّهُ
    "Həqiqətən, iman gətirib saleh əməllər edənlər yaradılmışların ən yaxşılarıdır. Onların öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan behişt bağlarıdır. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (yüksək məqam) Rəbbindən qorxanlar üçündür!”
    Allah-taala bu iki və bundan öncəki ayələrdə ən pis və ən yaxşı məxluqların kimlər olduğunu açıqlayır. Haqq nurunu söndürmək istəyən, müxtəlif hiylələrə əl atan, həm özlərini, həm də başqalarını azğınlığa sürükləyən kafirləri və kitab əhlindən olan müşrikləri "şərrul-bəriyyə” (yaradılmışların ən pisi), bunun müqabilində isə iman nuru sayəsində haqq yol seçən, yaxşı əməllər edən, həm özlərini, həm də başqalarını doğru yola çağıranları "xeyrul-bəriyyə” (yaradılmışların ən yaxşısı) adlandırır.
    Göründüyü kimi, ayənin məfhumu müəyyən bir fərd və ya qrupa aid olmasa da, şiə və əhli-sünnənin hədis mənbələrində nəql olunan bir çox rəvayətlərə görə, Allahın bəndələri sırasında ən üstün və öncül şəxs yalnız bir nəfərdir. Bu hədislərin mənasına diqqət yetirdikdə, indiyə qədər bəzilərinə qaranlıq qalan bir çox həqiqətlər aydınlaşır və xəbərsizlərin ittihamlarına tutarlı cavablar vermək olur. Burada oxucuların diqqətini bu hədislərin bir qisminə yönəldirik:
    1. Məşhur təfsir alimi Süyuti "Əd-durrul-mənsur” kitabında bu ayənin təfsirində İbn Əsakirdən, o da Cabir ibn Abdullahdan belə nəql edir: "Biz Peyğəmbəri-əkrəmlə (s) bir yerdə idik. Bu vaxt Əli (ə) bizə tərəf gəlirdi. Peyğəmbər (s) onu görcək belə buyurdu: "Canım əlində olan Allaha and olsun ki, bu kişi və onun şiələri qiyamət günü nicat tapanlardandır!” Bundan sonra "İman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır” ayəsi nazil oldu. Beləliklə, Əli (ə) gələrkən Peyğəmbərin (s) səhabələri ona "Yaradılmışların ən yaxşısı gəlir” dedilər.”("Biharul-ənvar”, 10-cu cild, səh. 350 (ixtisarla).)
    Bu rəvayəti eynilə Hakim Həskani "Şəvahidut-tənzil” kitabında nəql etmişdir.("Əd-durrul-mənsur”, 6-cı cild, səh. 379.)
    2. İbn Abbasdan nəql olunan başqa bir rəvayətdə belə buyurulur: "İman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır” ayəsi nazil olandan sonra Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:
    هُوَ اَنْتَ وَشِيعَتُكَ تَأتِى اَنْتَ وَشِيعَتُكَ يَوْمَ الْقِيامَةِ راضِينَ مَرْضِيينَ وَتَأتِى عَدُوُّكَ غَصْباناً مُقْمِحِينَ:
    "Sən və şiələrin qiyamət günü yaradılmışların ən yaxşılarısınız. Həm Allah sizdən razıdır, həm də siz Allahdan. Sənin düşmənin isə (qiyamətdə) əzab içərisində olar və boynuna zəncir bağlanar!”("Şəvahidut-tənzil”, 2-ci cild, səh. 357)
    3. Əbu Bərzədən də belə nəql olunur: "Peyğəmbəri-əkrəm (s) bu ayəni tilavət edərkən, üzünü Əliyə (ə) tutub buyurdu: "Ya Əli! Yaradılmışların ən yaxşısı sən və şiələrindir. Mənim və sənin vədən "Kövsər” hovuzunun kənarındadır.”(Yenə orada, hədis: 1126; "Əs-səvaiq”, İbn Həcər, səh. 96 və "Nurul-əbsar”, Şəblənci, səh. 70 və 101.)
    4. "Əd-durrul-mənsur” təfsirində yazılır: "İbn Mərdəveyh, Əlidən (ə) nəql edir ki, Peyğəmbəri-əkrəm (s) mənə belə buyurdu: "Məgər Allahın "İman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır” kəlamını eşitməmisən? Bunlar sən və şiələrindir. Mənim sizinlə vədə yerimiz (görüşəcək yerimiz) "Kövsər” hovuzunun kənarıdır! Mən ümmətlərdən hesab çəkməyə gəldiyim zaman siz seçilərək alnıaçıq halda çağırılacaqsınız!”(Şəvahidut-tənzil”, 2-ci cild, səh. 359, hədis: 1130.
     )
    5. Yenə "Şəvahidut-tənzil” kitabında Ətiyyə Ovfinin belə dediyi nəql olunur: "Bir dəfə biz Cabir ibn Abdullah Ənsarinin yanına getmişdik. Artıq o vaxt qocalığından qaşları gözünün üstünə tökülürdü. Ona dedik: "Bizə Əlidən danış!”
    O, əli ilə qaşlarını qaldırıb dedi: "O, yaradılmışların ən yaxşısıdır!”("Əd-durrul-mənsur”, 6-cı cild, səh. 379.)
    6. Gənci Şafei "Kifayətut-talib” kitabında Ətadan belə nəql edir: "Ayişədən Əli (ə) haqda soruşdum. Mənə dedi: "O, bəşərin ən yaxşısıdır və buna yalnız kafirlər şəkk edərlər!”("Şəvahidut-tənzil”, 2-ci cild, səh. 364, hədis: 1142.)
    Yenə həmin kitabda Hüzeyfin belə dediyi nəql olunur: "Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu eşitdim: "Əli insanların ən yaxşısıdır, hər kəs bunu qəbul etməsə, kafirdir!”("Kifayətut-talib”, səh. 118, "Ehqaqul-həqq” kitabından nəqlən, 3-cü cild, səh. 288.)
    Məlum olduğu üzrə, bütün bu ifadələr İslam peyğəmbərindən (s) sonra imam Əliyə (ə) aid olur, yəni o, Peyğəmbərdən (s) sonra insanların ən yaxşısıdır.
    Diqqəti cəlb edən məsələ budur ki, Əlinin (ə) fəzilətlərinə şübhə ilə yanaşan əhli-sünnənin məşhur təfsir alimi Alusi bu ayənin təfsiri ilə bağlı Peyğəmbəri-əkrəmin (s) buyurduqlarının bir çoxunu nəql etdikdən sonra yazır: "Rəvayətlərin məfhum və mənası bu deyil ki, ayə məhz Əli (ə), onun şiələri və ardıcıllarına aiddir. Hərçənd, onlar bu ayəyə daxildir və yaradılmışların ən yaxşılarının önündə dururlar.” Sonra yazır: "İmamiyyə şiələri Əlini (ə) peyğəmbərlər və mələklərdən üstün bilsələr də, Peyğəmbəri (s) ondan üstün hesab edirlər!”
    Bir sözlə, alimlərin böyük bir qrupu İslamın məşhur mənbələrində "xeyrul-bəriyyə” ayəsi ilə bağlı hədislər nəql etmişlər. Bu hədislər Peyğəmbəri-əkrəmdən (s) sonra imam Əlinin (ə) bütün müsəlmanlardan və səhabələrdən üstün, fəzilətli olmasına aydın bir dəlildir. Lakin əməvilərin zülmkar hakimiyyətindən bəri həmişə düşmənlər o həzrətin fəzilətlərini gizlətməyə çalışmış, dostları belə canlarının qorxusundan heç bir söz deməmişlər. Bununla belə, bu böyük fəzilətlər bütün o qaranlıq, irticaçı dövrləri arxada qoyaraq bizim əlimizə gəlib çatmışdır. Bunu isə ilahi və qeybi yardımdan başqa bir şey adlandırmaq olmaz! Bundan əlavə, bu ayə və hədislərdən iki mühüm məsələ başa düşülür:
    1. Dərəcəsi aşağı olan bir kəsi fəzilətli bir insandan üstün bilmək bəyənilməz bir iş sayıldığından, imam Əlini (ə) fəzilət və üstünlüyünə görə, Peyğəmbəri-əkrəmin (s) xəlifəsi və canişini sayırıq; xəlifənin istər (bizim etiqadımıza görə) Allah, istərsə də (sünnilərin etiqadına görə) xalq tərəfindən seçilməsini qəbul edək.
    2. Əksər hədislərdə qeyd olunduğu kimi, imam Əlinin (ə) ardıcıllarının "şiə” adlandırılması Peyğəmbəri-əkrəmin (s) dilindən götürülmüşdür. Bu ada belə düşmən olanlar, ona nifrət bəsləyənlər və onun "ş” hərfini "şər” sözü kimi tərcümə edənlər həqiqətdə İslam peyğəmbəri (s) ilə müxalifdirlər və o həzrətin kəlamlarına nifrət bəsləyirlər. Əgər doğrudan da onlar belə ittihamları agahlıq üzündən və bilə-bilə dillərinə gətirirsə, onların işləri çətin olacaqdır! Onların bu hədislərdən xəbərsiz olduğunu düşünsək, daha yaxşıdır.
    Bəli, "şiə” adı nifrət doğurmur, əksinə mötəbər rəvayətdə qeyd olunduğu kimi, İslam peyğəmbərinin (s) Əlinin (ə) ardıcıllarına qoyduğu iftixarlı addır. Allahdan arzumuz budur ki, hamımız bu iftixara layiq olaq!
    3-LEYLƏTÜL-MƏBİT AYƏSİ
    "Bəqərə” surəsinin 207-ci ayəsində buyurulur:
    وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ
    "İnsanlardan bəzisi Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox mehribandır!”
    Bu ayənin nazil olması haqda İslamın məşhur mənbələrində çoxlu rəvayət nəql olunmuşdur. O cümlədən:
    1. Əhli-sünnənin məşhur təfsir alimlərindən olan Sələbi öz təfsir kitabında bu ayənin nazil olma səbəbini belə nəql edir: "Peyğəmbəri-əkrəm (s) Mədinəyə hicrəti zamanı Əli ibn Əbi Talibi (ə) camaata olan əmanətlərini qaytarmaq üçün Məkkədə qoymalı oldu. Özü isə gecə yola düşmək istəyərkən, müşriklər tərəfindən evin mühasirəyə alındığını gördü, Əliyə (ə) onun öz yerində yatmağını göstəriş verib buyurdu: "Mənim yaşıl rəngli örtüyümü üstünə atıb, mənim yerimdə yatarsan. Allahın köməyi ilə sənə heç bir zərər dəyməyəcəkdir!” Əli (ə) də həzrətin göstərişinə əməl etdi.
    Bu zaman Allah-taala Cəbrail və Mikailə vəhy etdi ki, mən sizin aranızda qardaşlıq peymanı bağladım və ikinizdən birinizin ömrünü uzatdım. İndi sizin hansı biriniz digərinin uzun ömürlü olmasını istəyir? Onların hər biri bunu özü üçün istədikdə, Allah-taala buyurdu: "Nə üçün siz Əli ibn Əbi Talib kimi deyilsiniz? Mən onunla Məhəmməd arasında qardaşlıq peymanı bağladım. O, Peyğəmbərin yatağında yatdı və onun həyatını öz həyatından üstün bildi. Yerə enin və onu düşmənlərdən qoruyun!” Onlar yerə endilər. Cəbrail Əlinin başı üstə, Mikail isə ayaq tərəfində durdu. Cəbrail dedi: "Afərin, afərin! Ya Əli, kim sənin kimi ola bilər?! Allah-taala mələklərin yanında səninlə fəxr edir!”
    Peyğəmbər (s) Mədinəyə tərəf yola düşdüyü zaman bu ayə nazil oldu: "İnsanlardan bəzisi Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!”
    Sələbinin nəql etdiyi bu hədisi təfsilatı ilə Qəzzali "Ehyaul-ülum” (3-cü cild, səh. 237), Gənci "Kifayətut-talib” (səh. 114), İbn Səbbağ Maliki "Əl-füsulul-muhimmə” (səh. 33), Sibt ibn Covzi Hənəfi "Təzkirətul-xəvass” (səh. 21), Şəblənci "Nurul-əbsar” (səh. 82) kitablarında nəql etmişlər.(Yenə orada.)
    2. Bu rəvayəti Həskani "Şəvahidut-tənzil” kitabında azacıq fərqlə Hakim Əbu Səid Xudridən nəql etmişdir.("Əl-qədir”, 2-ci cild, səh. 48.)
    3. Yenə həmin kitabda İbn Abbasdan belə nəql olunur: "Əli (ə) Xədicədən (ə.s) sonra Peyğəmbərə (s) iman gətirən, onun libasını geyinən və yatağında yatan birinci şəxsdir...” (Burada həmin ayəyə işarə edilmişdir.)(Şəvahidut-tənzil”, 1-ci cild, səh. 196, hədis: 133.)
    4. Yenə həmin kitabda Abdullah ibn Süleymandan (başqa bir nüsxədə Abdullah ibn Abbasdan) belə nəql olunur: Peyğəmbər (s) mağaraya doğru getdiyi zaman gecə Əlini (ə) öz yatağında yatırtdı, özü isə Əbu Bəkrin ardınca getdi. Qüreyşlilər Əliyə (ə) baxır və elə güman edirdilər ki, Peyğəmbərdir. Sübh açıldıqda, gördülər ki, o Əlidir. Ondan "Məhəmməd haradadır” deyə soruşduqda, dedi: "Mənim xəbərim yoxdur!” Dedilər: "Nahaq təəccüblənmədik ki, sənə tərəf daş atdıqda, o tərəf–bu tərəfə çevrildin, halbuki Məhəmmədə tərəf daş atdıqda, o yerindən tərpənməzdi. "İnsanlardan bəzisi Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır” ayəsi bu hadisə ilə bağlı nazil olmuşdur.”(Yenə orada, səh. 98.)
    5. Hakim Nişapuri "Müstədrəküs-səhiheyn” adlı məşhur kitabında İbn Abbasdan belə nəql edir: "Əli (ə) Allah yolunda öz canını qurban etdi – Peyğəmbərin (s) libasını geyinib, onun yerində yatdı...” Hədisin sonunda isə belə oxuyuruq: "Bu hədis mötəbərdir, hərçənd, onu Buxari və Müslim öz kitablarında nəql etməmişlər!”(Yenə orada, səh. 100.)
    6. Yenə həmin kitabda Həkim ibn Cübeyr imam Zeyənlabidindən (ə) belə nəql edir: "Allahın razılığı yolunda canını fəda edən ilk şəxs Əli ibn Əbi Talibdir.”("Müstədrəküs-səhiheyn”, 3-cü cild, səh. 4, Beyrutun "Darul-mərifət” çapı)
    Sonra yazır: "Əli (ə) Peyğəmbəri-əkrəmin (s) yerində yatanda, bu şeri zümzümə edirdi:
    Vəqəytu binəfsi xəyrə mən vətəəl-həsa,
    Və mən tafə bil-bəytil-ətiqi və bil-hicri
    Rəsulillahi xafə ən yəmkuru bihi,
    Fənəccahu zut-təvlil-ilahi minəl-məkri,
    Və batə Rəsulullahi fil-ğari aminən,
    Muvəqqəən və fi hifzil-ilahi və fi sətri,
    Və bittu iraihim və ləm yəthəmunəni,
    Və qəd vətəntu nəfsi ələl-qətli vəl-əsri.
    "Mən Yer üzünə qədəm qoymuş ən fəzilətli insanı, Kəbə evini və Həcərül-əsvədi təvaf edən kəsi canımla qorudum.
    O, Allahın Rəsulu idi. Düşmənlərin məkr və hiyləsindən qorxsa da, qüdrətli Allah onu müxaliflərin hiyləsindən qorudu.
    Allahın Rəsulu (s) mağarada əmin-amanlıqda olan zaman mən onları (düşmənləri) gözləyirdim.
    Onlar mənim Peyğəmbərin (s) yerində yatmağımı güman etmirdilər. Bir halda ki, mən ölüm və əsirliyə hazır idim.”(Yenə orada.)
    İmam Əlinin (ə) iman və fədakarlığını göstərən bu şerə digər kitablarda da təsadüf edilir.
    7. Məşhur tarixçi Təbəri Peyğəmbəri-əkrəmin (s) hicrəti ilə əlaqədar belə yazır: "Əli (ə) Peyğəmbərin (s) yerində yatmışdı, düşmənlər isə pusquda durub Peyğəmbərə (s) hücum çəkməyi gözləyir və onu öz yatağında uzandığını görüb deyirdilər: "And olsun ki, o, Məhəmməddir!” Nəhayət, sübh açıldı və Əli (ə) Peyğəmbərin (s) yatağından qalxdı.” (Təbəri bu rəvayəti Peyğəmbərin (s) hicrəti ilə bağlı "Ənfal” surəsinin "(Ya Məhəmməd!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxarıb qovmaq üçün sənə qarşı hiylə qurmuşdular. Allah da tədbir tökdü...”(Müstədrəküs-səhiheyn”, 3-cü cild, səh. 4.)] ayəsinin təfsirində yazmışdır.)
    8. İbn Əsir "Usdul-ğabə” kitabında imam Əlinin (ə) fəziləti haqda yazır: "Peyğəmbəri-əkrəm (s) hicrət etmək istədikdə, əmanətləri camaata qaytarmaq üçün Əlini (ə) Məkkədə qoydu və elə həmin gecə Məkkədən mağaraya doğru yola düşdü. Halbuki müşriklər onun evini mühasirəyə almışdılar. O, Əliyə (ə) göstəriş verdi ki, onun yerində yatıb, yorğanını üstünə atsın.” Sonra o, "Leylətül-məbit” əhvalatını və Allah-taalanın Cəbrail və Mikailə vəhyini nəql edərək yazır: "Peyğəmbər (s) Mədinəyə hərəkət etdiyi zaman Allah-taala bu ayəni ona nazil etdi: "İnsanlardan bəzisi Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox mehribandır!”
    9. Əhli-sünnənin dörd imamından biri olan Əhməd ibn Hənbəl məşhur "Müsnəd” kitabında İbn Abbasdan "(Ya Məhəmməd!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək, ya öldürmək, ya da (Məkkədən) çıxarıb qovmaq (sürgün etmək) üçün hiylə qurmuşdular. Allah da tədbir gördü. Allah tədbirlilərin ən yaxşısıdır”(Ənfal” surəsi, ayə: 30.) ayəsinin təfsirində belə nəql edir: "Qüreyşlilər Məkkədə bir-birlərilə məsləhətləşib, bəziləri "Onu öldürün”, bəziləri isə "Onu sürgün edin!” – dedikləri zaman Allah-taala Peyğəmbəri bu hadisədən xəbərdar etdi. Bu zaman Əli (ə) Peyğəmbərin (s) yatağında yatdı... (və Peyğəmbər (s) Məkkədən çıxdı.)”(Ənfal” surəsi, ayə: 30.)
    Əhməd ibn Hənbəl bu rəvayəti "İnsanlardan bəzisi Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır” ayəsinin təfsirində deyil, "Leylətül-məbit” ayəsi ilə əlaqədar nazil olan "Ənfal” surəsinin 30-cu ayəsinin təfsirində nəql etmişdir.
    "Leylətül-məbit” hadisəsi ilə bağlı rəvayətlər bununla başa çatmır. Digər məşhur mənbələrdə də çoxlu rəvayət nəql olunmuşdur. Əlavə məlumat əldə etmək istəyənlər "Ehqaqul-həqq”(Müsnədi-Əhməd”, 1-ci cild, səh. 347. (Beyrutun "Darus-sadiq” çapı.)), "Şəvahidut-tənzil”,("Ehqaqul-həqq”, 3-cü cild, səh. 23-45, 6-cı cild, səh. 479-481, 8-ci cild, səh. 335-348 və 14-cü cild, səh. 116-130.) "Fəzailul-xəmsə”,(Şəvahidut-tənzil”, 1-ci cild, səh. 96-97.) "Əl-qədir”("Fəzailul-xəmsə”, 2-ci cild, səh. 345-346.) və "Burhan”("Əl-qədir”, 2-ci cild, səh. 49-50) kitablarına müraciət edə bilərlər.
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 698 | Downloads: 0 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024