İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 7:26 AM
    4-HİKMƏT AYƏSİ
    "Bəqərə” surəsinin 269-cu ayəsində buyurulur:
    يُؤتِي الْحِكْمَةَ مَن يَشَاء وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا
    "Allah hikməti (elmi) istədiyi (və layiq gördüyü) şəxsə bəxş edər. Hər kimə də hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir.”
    Hakim Həskani "Şəvahidut-tənzil” kitabında Rəbi ibn Xeysəmdən belə nəql edir: "Elə bir kəs görmədim ki, Əlinin hökm və qəzavətinə irad tuta bilsin. Həqiqətən, Allah-taala buyurur: "Allah hikməti (elmi) istədiyi (və layiq gördüyü) şəxsə bəxş edər. Hər kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir.”("Burhan” təfsiri, 1-ci cild, səh. 206-207.)
    Həmin kitabda bu məzmunda əlavə rəvayətlər nəql olunmuşdur ki, o cümlədən, İbn Abbas Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu demişdir:
    مَنْ اَرادَ اَنْ يَنْظُرَ اِلى اِبْراهِيمَ فِى حُكْمِهِ وَاِلى نُوحٍ فِى حِكْمَتِهِ وَاِلى يُوسُفَ فِى اِجْتِماعِهِ فَلْيَنْظُر اِلى عَلِىِّ بْنِ اَبِى طالِبٍ:
    "Hər kəs İbrahimin helmini, Nuhun hikmətini və Yusifin insanpərvərliyini görmək istəyirsə, Əli ibn Əbi Talibə baxsın!”("Şəvahidut-tənzil”, 1-ci cild, səh. 107, hədis: 150.)
    Başqa bir yerdə isə Əbil-Həmradan belə nəql edir: "Biz Peyğəmbərin (s) yanında idik və Əli (ə) bizə tərəf gəlirdi. Bu vaxt Peyğəmbər (s) buyurdu:
    مَنْ سَرَّهُ اَنْ يَنْظُرَ اِلى آدَمَ فِى عِلْمِهِ وَ نُوحٍ فِى فَهْمِهِ وَ اِبْراهِيمَ فِى خُلَّتِهِِ فَلْيَنْظُرْ اِلى عَلِىِّ بْنِ اَبِى طالِبٍ:
    "Hər kəs Adəmin elmini, Nuhun düşüncəsini və İbrahimin Allahla dostluğunu müşahidə edib sevinmək istəyirsə, Əli ibn Əbi Talibə baxsın!”(Yenə orada, 1-ci cild, səh. 106, hədis: 147.)
    Yenə orada Abdullah ibn Abbasdan belə nəql olunur: "Biz Peyğəmbərin (s) yanında idik və həzrətdən Əlinin (ə) haqqında soruşulduqda, buyurdu:
    قُسِّمَتِ الْحِكْمَةُ عَشَرَة اَجْزاءَ فَاُعْطِى عَلى تِسْعَةُ اَجْزاءَ وَ اُعْطِى النّاسُ جُزءً واحِداً:
    "Elm və hikmət on qismdir ki, onun doqquzu Əliyə, biri isə camaata verilmişdir!”("Şəvahidut-tənzil”, 1-ci cild, səh. 79, hədis: 116.)
    Bu rəvayətlər açıq-aydın göstərir ki, Peyğəmbəri-əkrəmdən (s) sonra İslam ümməti arasında elm, bilik və hikmətdə Əliyə (ə) çatan bir kəs yoxdur. İmamətin əsas və mühüm şərti elm və hikmət olduğundan, İslam peyğəmbərindən (s) sonra imamət və xilafət məqamına ən layiq şəxs yalnız Əlidir (ə).
    Termizinin "Səhih” kitabında Peyğəmbəri-əkrəmin (s) belə buyurduğu nəql olunur:
    اَنَا دارُ الْحِكْمَةِ وَ عَلِىٌّ بابُها:
    "Mən hikmət eviyəm, Əli isə onun qapısıdır!”(Yenə orada, səh. 105, hədis: 146.)
    Şübhəsiz, kim bir evə girmək istəsə, mütləq onun qapısından daxil olmalıdır; necə ki, Qurani-kərimdə buyurulur: "Evlərə qapılarından daxil olun!” Beləliklə, hər kim İslam peyğəmbərinin (s) elm və hikmət xəzinəsinə yol tapmaq istəyirsə, mütləq imam Əlidən (ə) başlamalı və bu xəzinənin açarını ondan almalıdır.
    5-HƏL-ƏTA (İNSAN) SURƏSİ
    İmam Əli (ə) və Əhli-beytin fəzilətlərini sübut edən mühüm sənədlərdən biri də "Həl-əta” surəsidir. Bu surənin mənasına, ifadələrinə, eləcə də, nazil olma səbəbinə diqqət yetirdikdə, bir çox həqiqətlər üzə çıxacaq. Əlbəttə, bu surənin ayələri ümumilik kəsb etsə də, onun "İnnəl-əbrarə yəşrəbunə min kəsin...” (Şübhəsiz, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərbət içəcəklər...) ayəsindən başlayaraq 22-ci ayəsinədək (on yeddi ayə) "əbrar” (yaxşılar) adlı qrup haqda söz açır. İslamın məşhur mənbələrində nəql olunan çoxlu rəvayətə və bu ayənin nazil olma səbəbinə əsasən, "əbrar”ın tam mənada nümunələri Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyndir (ə). Diqqət yetirmək lazımdır ki, bu on yeddi ayədə behiştin ən üstün maddi və mənəvi nemətlərinin (cənnət bağları, pak şərbət çeşmələri, geyimlər, zinətlər, yeməklər, taxtlar, xidmətçilər və s.) adı çəkilsə də, digər nemətlərdən olan behişt qadınları və hurilərindən söz açılmamışdır. Quranın sirlərindən agah olan bəzilərinin nəzərincə, bunun səbəbi aləmlərin ən üstün qadını Fatimeyi-Zəhraya (ə.s) ehtiramdır. Qurani-kərimin çox az surəsində behiştin bu yüksək nemətləri birgə qeyd olunmuşdur. Bu da onu göstərir ki, ayədə qeyd olunan "əbrar” (yaxşı əməl sahibləri) sözündə məqsəd adi şəxslər yox, Allaha yaxın pak, yaxşı və alicənab kəslərdir.
    Bunu da qeyd edək ki, yaxşı əməl sahiblərinin nişanələrini göstərən bu surənin 5-10-cu ayələrində belə buyurulur:
    إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا
    "Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərab içəcəklər. O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu istədikləri yerə asanlıqla axıdacaqlar. Onlar elə kəslərdir ki, etdikləri nəzrə vafa edər və əzabı bürüyəcək gündən qorxarlar. Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri (yeməyə möhtac olduqları) halda (və ya Allahın razılığını qazanmaq üçün) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər) "Biz sizi yalnız Allah razılığından ötrü yedirdir və sizdən nə bir mükafat, nə də təşəkkür istəyirik. Həqiqətən, biz çox sərt və çətin bir gündə Rəbbimizdən qorxuruq!”
    Bu ayələrin nazilolma səbəbi haqda Zəməxşəri məşhur "Kəşşaf” təfsirində İbn Abbasdan belə nəql edir: "Bir gün Həsən və Hüseyn (ə) xəstələnmişdi. Peyğəmbər (s) bir qrup səhabə ilə onlara baş çəkməyə gəldi. Səhabələr Əliyə (ə) müraciət edərək dedilər: "Ya Əbəl-Həsən! Nə yaxşı olardı ki, uşaqlarının şəfa tapması üçün nəzir edəsən.” Əli (ə) bu təklifi məmuniyyətlə qəbul etdi. Üstəlik Fatimeyi-Zəhra (ə.s) və xidmətçi Fizzə də uşaqların sağalacağı təqdirdə üç gün oruc tutmağı nəzir etdilər. (Bəzi rəvayətlərə əsasən, Həsən və Hüseyn (ə) də nəzir etdilər.("Səhihi-Termizi”, 5-ci cild, səh. 637 ("Mənaqib” kitabı, "Əli ibn Əbi Talibin (ə) fəzilətləri” bölümü, hədis: 3723).)) Nəhayət, uşaqlar şəfa tapıb sağaldılar. Lakin o ərəfələrdə Əlinin (ə) evində iftar üçün ərzaq yox idi. Odur ki, gedib bir nəfərdən üç "sa” (təxminən 10 kq) arpa borc aldı. Fatimə (ə.s) onun üçdə bir hissəsini üyüdüb un etdi və ailə üzvlərinin sayı qədər (beş ədəd) çörək bişirdi. İftar vaxtı çörəklər süfrəyə qoyuldu. Yeməyə hazırlaşarkən, qapı döyüldü. Yoxsul bir şəxs dedi: "Salam olsun sizə, ey Məhəmmədin Əhli-beyti! Mən bir müsəlman yoxsulam, mənə də yeməyə bir şey verin. Allah sizə cənnət süfrələri nəsib etsin!” Bu sözləri eşidən Əhli-beyt (ə) heç nə fikirləşmədən süfrədə olan çörəklərin hamısını ona verdi, özləri isə su ilə iftar edib gecəni belə keçirdilər. Səhəri gün yenə ac halda oruc tutdular. Ötən gün kimi, Fatimeyi-Zəhra (ə.s) yenə çörək bişirdi. Onlar axşam iftar üçün süfrə başına əyləşərkən, bir yetim qapıya gəlib yemək istədi. Onlar bu dəfə süfrədəkiləri o yetimə verib, özləri ac qaldılar. Üçüncü axşam da qapıya bir əsir gəlib yemək istədikdə, bu müqəddəs şəxslər iftara hazırladıqlarını ona verdilər. Ertəsi gün Əli (ə) Həsən və Hüseynlə (ə) birlikdə Peyğəmbərin (s) hüzuruna getmişdi. Peyğəmbər (s) onların aclıqdan titrədiklərini görüb buyurdu: "Sizi bu halda görmək mənə çox ağırdır!” Sonra onlarla birlikdə Fatimənin (ə.s) evinə getdi. Peyğəmbər (s) gördü ki, qızı Fatimə (ə.s) acından zəifləmiş və gözləri çuxura düşdüyü halda, mehrabda ibadət edir. Bu mənzərə Peyğəmbərə (s) çox təsir etdi. Cəbrail nazil olub dedi: "Ey Məhəmməd! Allah səni belə bir Əhli-beytin olduğuna görə təbrik edir.” Sonra "Həl-əta” surəsi nazil oldu.”("Təfsiri-Qurtubi”, 10-cu cild, səh. 6922.)
    Bu rəvayəti Qurtubi öz təfsir kitabında azacıq fərqlə vermiş və bu haqda bir şer də qeyd etmişdir.(Kəşşaf” təfsiri, 4-cü cild, səh. 670.)
    Fəxri-Razi də bu rəvayəti "Əl-vəsit” kitabında Vahididən nəql etmişdir. Həm o, həm də Zəməxşəri uyğun rəvayəti qeyd etdikdən sonra belə yazmışlar: "Şübhəsiz, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərab içəcəklər...” ayəsindəki əvəzliklər cəm formada işləndiyi üçün bir nəfərə (Əliyə (ə) deyil, bütün yaxşı əməl və itaət sahiblərinə aiddir. Əlbəttə, Əlini (ə) bu ayələrdən ayrı bilmək olmaz, lakin bunlar təkcə ona aid deyil... (Ayələrin nazil olma səbəbini açıqlayan rəvayətlərə gəldikdə isə) qeyd etməliyik ki, bu surə Əlinin (ə) itaəti haqda nazil olsa da, "üsuli-fiqh” elminin qaydalarına əsasən, ayələrdəki meyar xüsusi deyil, ümumilik daşıyır.”("Təfsiri-Qurtubi”, 10-cu cild, səh. 6922.)
    Fəxri-Razi guya, cəm formasında deyilən ayələrin təkcə imam Əliyə (ə) yox, həm də Fatimeyi-Zəhra, Həsən, Hüseyn (ə) və Fizzəyə aid olduğunu unutmuşdur.
    Ayələrin məfhumunu ümumiləşdirməklə onların nazil olma səbəbini aradan qaldırmaq olmaz. Əksinə belə yerlərdə ayələr birbaşa Əhli-beyt (ə) (və yaxud hər kim) tərəfindən yerinə yetirilən itaət və fədakarlıqla əlaqədar nazil olur. Bu da onların Allah tərəfindən qiymətləndirilməsi deməkdir. Başqa sözlə, imam Əli (ə) və onun ailəsi bu ayələrin ən kamil nümunələridir. Çünki bu ayələr onların xalis əməli ilə bağlı nazil olmuşdur. Əgər kimsə bu böyük fəziləti inkar etmək istəyirsə, sözsüz, özünü aldadır.
    Alusi "Ruhul-məani” kitabında bu rəvayəti əvvəldən axıradək olduğu kimi İbn Abbasdan nəql edib yazır: "Bu rəvayət camaat arasında məşhurdur.” Sonra adəti üzrə onu əhəmiyyətsiz qələmə verməyə çalışır və bu məqsədlə onun sənədləri haqda söz açır: "Bu ayələrin Əli, Fatimə, Həsən və Hüseyn (ə) haqda nazil olma ehtimalı varsa da, onun isbat, yaxud inkarı qəti deyildir. Çünki bu zəmində olan rəvayətlər çox və ziddiyyətlidir. Hətta bu ayələrin onlar barəsində nazil olmadığını desək, yenə onların yüksək məqamından bir şey azalmır. Çünki onların "əbrar”dan (yaxşı əməl və itaət sahiblərindən) olmaları tam aydındır. Onlar bəlkə də, bu cərgədə başqalarından öndədirlər. Onların şəni ilə bağlı bunu demək olar ki, Əli (ə) möminlərin vəlisi, Peyğəmbərin (s) canişini, Fatimeyi-Zəhra (ə.s) Peyğəmbərin (s) canının bir parası, Həsən və Hüseyn (ə) isə Peyğəmbərin (s) ruhu və reyhanı, behişt cavanlarının rəhbəridirlər.”(Əl-vəsit”, 3-cü cild, səh. 244.)
    Belə misilsiz fəziləti görməməzliyə vurmaq, digər fəzilətlərin də yavaş-yavaş aradan qalxmasına səbəb olacaq. Deməli, bir gün Əli, Fatimeyi-Zəhra, Həsən və Hüseynin (ə) fəzilətlərinin və onların başqalarından üstünlüyünün unudulacağı şübhəsizdir. Axı, nə üçün təfsir və hədis alimlərinin nəql etdiyi bu məşhur rəvayətə etinasız yanaşmalı və o ilahi şəxsiyyətlərin irsinə göz yummalıyıq?!
    Məşhur sünni alimi Süyuti də "Əd-durrul-mənsur” kitabında İbn Mərdəveyhdən, o da İbn Abbasdan belə nəql edir: "Onlar öz iştahaları çəkdiyi (və möhtac olduğu), özləri yemək istədikləri halda, onu yoxsula, yetimə və əsirə yedirirlər” ayəsi Əli, Fatimə, Həsən və Hüseyn (ə) barəsində nazil olmuşdur.
    Eləcə də Şəblənci "Nurul-əbsar” kitabında bəhs etdiyimiz ayələrin nazil olma səbəbilə əlaqədar bu rəvayəti olduğu kimi qeyd etmişdir.("Ruhul-məani”, 29-cu cild, səh. 158)
    ***
    HƏL-ƏTA SURƏSİ ŞER ƏDƏBİYYATINDA
    "Həl-əta” surəsinin Əhli-beyt (ə) barəsində nazil olması o qədər aydındır ki, bir çox məşhur şairlər öz şerlərində ona toxunmuşlar. O cümlədən, müxtəlif kitablarda nəql olunan "şafei məzhəbi”nin imam və rəhbəri Məhəmməd ibn İdris Şafeinin bu misraları məşhurdur:
    İla mə, ila mə, və hətta məta?
    Uatəbu fi hubbi hazəl-fəta!
    Və həl zuvvicət Fatimu ğəyrəhu?
    Və fi ğəyrihi "Həl-əta”, həl-əta?
    "Nə vaxta, nə vaxta, nə vaxta qədər?
    Ona olan sevgi danlaq gətirər?
    Könül verərdimi Zəhra özgəyə?
    Onunçün enmədi "həl-əta” məgər?”("Nurul-əbsar”, səh. 62.)
    Hicri qəməri tarixlə 6-cı əsr alimlərindən olan İbn Bitriq "Umdətu-üyuni sihahil-əxbar” kitabında Əbu İshaq Sələbinin təfsir kitabından bir şer nəql edir ki, onun bir misrası belədir:
    Ənə movla li-fəta,
    Unzilə fihi "Həl-əta”!
    "Mən o comərd şəxsin quluyam ki, "Həl-əta” surəsi onun haqqında nazil olmuşdur!”("Ehqaqul-həqq”, 3-cü cild, səh. 158 və "Əliyyun fil-kitabı vəs-sünnə”, 1-ci cild, səh. 447.)
    Məhəmməd ibn Təlhə Şafei (7-ci əsr alimi) "Mətalibus-sual” kitabında Peyğəmbərin (s) Əhli-beyti (ə) barəsində belə bir şer söyləmişdir:
    Humul-urvətul-vusqa li-motəsimin biha,
    Mənaqibuhum caət bi-vəhiyin və inzali,
    Mənaqibu fiş-Şura və surətu "Həl-əta”
    Və fi surətil-"Əhzab”i yərifuhət-tali.
    "Onlar sarılmaq istəyənlər üçün "ürvətül-vüsqa”dırlar (möhkəm dayaqlardır). Onların fəzilətləri Quran və vəhydə, "Şura” və "Həl-əta” surələrində qeyd edilmişdir. "Əhzab” surəsində gəlmişdir ki, (Quranı) tilavət edən hər kəs bunu yaxşı bilir.”("Umdətu-üyuni sihahis-sittə”, səh. 344, "Camiətul-mudərrisin” çapı.)
    Əhli-beytin "Şura” surəsindəki fəzilətləri dedikdə, "qurba” ayəsi nəzərdə tutulur. "(Ya Peyğəmbər!) De ki, mən sizdən risalətim və peyğəmbərliyim müqabilində ən yaxın adamlarıma sevgidən başqa bir mükafat istəmirəm!”("Mətalibus-sual”, səh. 8. ("Əl-qədir” kitabından nəqlən, 3-cü cild, səh.109.))
    "Əhzab” surəsindəki fəziləti isə "Təthir” ayəsi ilə bağlıdır: "Həqiqətən, Allah siz Əhli-beytdən hər bir çirkinliyi uzaqlaşdırıb, sizi pak-pakizə etmək istəyir!”("Şura” surəsi, ayə: 23.)
    Bu zəmində Əbul-Qarat ibn Rəzikin "Təlaye” kitabında daha çox şerlər nəql olunmuşdur.("Əhzab” surəsi, ayə: 33.)
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 673 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024