İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 7:25 AM
    HƏL-ƏTA SURƏSİ VƏ İRADLAR
    Əhli-sünnənin tarix, hədis və təfsir kitabları ilə tanış olanlar yaxşı bilirlər ki, hər vaxt Əli ibn Əbi Talibin (ə) və Peyğəmbərin (s) Əhli-beytinin (s) fəzilətlərindən söz açıldıqda, bəzi təəssübkeş alimlər müxtəlif bəhanələrlə hər bir hədisin məzmunu və sənədinə irad tutmuş, onu qiymətdən salmağa çalışmışlar. Bu yersiz iradlar göstərir ki, sanki onlar bu fəzilətləri inkar etmək üçün möhkəm əhd-peyman bağlamışlar.
    "Ruhul-məani”, "Əl-mənar” və "Kəbir” (Fəxri-Razi) kitablarını mütaliə etdikdə, görürük ki, Əhli-beytin (ə) fəzilətlərini göstərən hədislər ya tam mənada qəbul edilməmiş, ya da çoxlu iradlara məruz qalmışdır. Bunlar doğrudan da insanı heyrətə gətirir! Çünki bunun əksi olan çox zəif hədislərdə bəzilərinin "fəzilətləri” gözübağlı qəbul edilir. Bununla belə, Əhli-beytin fəzilətləri bir çox rəvayətlərdə onların irad və tənqid qılınclarından amanda qalmışdır. Bunu başa düşmək isə elə də çətin deyil.
    Burada "Həl-əta” surəsinin nazilolma şəraiti ilə bağlı iradların mühüm bir hissəsini cavablandırmağı lazım görürük:
    1. "Həl-əta” surəsi Mədinədə Həsən və Hüseynin (ə) təvəllüdündən sonra nazil olduğu üçün bu fəzilətin Əhli-beytə aid olduğunu doğru hesab edə bilərik. (Məşhur nəzərə görə, imam Həsən (ə) hicrətin 3-cü, imam Hüseyn (ə) isə hicrətin 4-cü ilində dünyaya gəlmişlər.) Halbuki bir çox alimlərin nəzərincə, bu surə Məkkədə nazil olmuşdur. Demək, onun Əhli-beyt (ə) barəsində nazil olması şübhəlidir!
    Cavab: Əhli-sünnə alimi Qurtubinin yazdığı kimi, məşhur alimlərin nəzərinə əsasən, bu surə Mədinədə nazil olmuşdur.(Bax: "Əliyyun fil-kitabi vəs-sünnə”, 1-ci cild, səh. 447.) Hakim Həskani isə bu surənin "Ər-rəhman” və "Təlaq” surələrindən sonra Məkkədə nazil olduğunu söyləmişdir.
    Diqqət yetirmək lazımdır ki, adları çəkilən alimlər bu zəmində səkkiz rəvayət nəql etmişlər. Onların hamısı "Həl-əta” surəsinin Mədinədə nazil olduğunu demişlər. Bu rəvayətlərin bəzisi İbn Abbasdan, bəzisi Əkrəmədən, bəzisi də başqalarından nəql olunmuşdur.
    Hakim Həskani öz qeydlərində belə yazır: "Əhli-beyt düşmənlərindən bəziləri ("Həl-əta” surəsinin nazil olma səbəbinə) etiraz edərək demişlər ki, bütün təfsir alimlərinin yekdil nəzərinə görə, bu surə Məkkədə nazil olmuşdur, halbuki Əhli-beyt (ə) barəsində nəql olunan əhvalat Mədinədə baş vermişdir.”
    Sonra yazır: "Bu şəxs bütün alimlərin yekdil fikirdə olduğunu necə iddia edə bilər?! Halbuki alimlərin əksəriyyəti bu fikirdə deyil və "Həl-əta” surəsinin Mədinədə nazil olduğunu söyləmişlər.”("Təfsiri-Qurtubi”, 10-cu cild, səh. 6909)
    Əbu Abdullah Zəncani "Tarixul-Quran” kitabında "Nəzmud-durər və tənasuxul-ayati vəs-suvər” kitabına istinadən nəql edir ki, bir qrup əhli-sünnə aliminin fikrincə, bu surə Mədinədə nazil olmuşdur.("Şəvahidut-tənzil”, 2-ci cild, səh. 310-315.)
    Süyuti bu rəvayəti "Əd-durrul-mənsur” kitabında İbn Abbasdan müxtəlif sənədlərlə nəql etmişdir. Həmçinin onun "Əl-itqan” və Beyhəqinin "Dəlailun-nubuvvət” kitablarında Əkrəmədən nəq olunur ki, "Həl-əta” surəsi Mədinədə nazil olmuşdur.("Tarixul-Quran”, səh. 55.)
    Bu surənin Əli, Fatimə, Həsən və Hüseyn (ə) barəsində nazil olduğunu deyən alimlər böyük bir qrup təşkil edir. Adları öncə qeyd olunan həmin şəxslər bu surənin Mədinədə nazil olduğunu demişlər.
    Bütün bunlardan əlavə, bu surənin bir qisminin Məkkədə nazil olduğunu fərz etsək belə, Əli (ə) və ailəsinin nəzri ilə bağlı hadisəni açıqlayan ayələr Mədinədə nazil olmuşdur. Qurani-kərimdə bir çox surələrin bir hissəsi Məkkədə, digər bir hissəsi Mədinədə nazil olmuşdur. "Həl-əta” surəsi də bu qəbildəndir.
    Məhz bu səbəbdən də "Ruhul-bəyan” əsərinin müəllifi (Bursui Hənəfi) "Həl-əta” surəsinin Mədinədə nazil olduğunu söyləyir. Bir qrup böyük alimin fikrini bəyan etdikdən sonra surənin bir hissəsinin Məkkədə, digər bir hissəsinin Mədinədə nazil olması ilə bağlı yazır: "Deyə bilərik ki, bu surə həm Məkkə, həm də Mədinədə nazil olmuşdur. Amma, onun Mədinədə nazil olan ayələrinin sayı çoxdur. Demək, bu surənin Mədinədə nazil olması fikri daha məntiqlidir. Ümumiyyətlə, biz bu surənin nazilolma səbəbini açıqlayan əhvalatın (Əlinin (ə) və ailəsinin nəzrinin) doğruluğuna şübhə etmirik!”(Əl-mizan”, 20-ci cild, səh. 221.)
    Bu təfsir alimi və digərlərinin "Həl-əta” surəsinin Mədinədə nazil olmasına əsasları onda qeyd edilən "əsir” sözüdür. Bildiyimiz kimi, Peyğəmbər (s) Məkkədə olduğu zaman kimsə əsir olmamışdır və əsirlik Mədinədə cihad hökmü nazil olduqdan sonraya aiddir.
    Həmin alim yazır: "Bu ayələrin Mədinədə nazil olduğunu göstərən dəlil onda qeyd olunan "əsir” sözü ilə əlaqədardır. Çünki əsirlik cihad ayəsi və onun hökmü nazil olduqdan sonra Mədinədə müşahidə olunmuşdur.”("Ruhul-bəyan”, 10-cu cild, səh. 269.)
    Maraqlıdır ki, imam Əlinin (ə) vilayət və xilafətinə qarşı çıxan bəzi təəssübkeş alimlər bu ayədə qeyd olunan "əsir” sözünə də müəyyən yozumlar tapmışlar. Onlardan bəziləri burada arvadının əsarəti altında olanların, bəziləri də borc içində əsir olanların nəzərdə tutulduğunu qeyd etmişlər!...(Yenə orada.)
    Bu alimlərdən soruşmaq lazımdır ki, "əsir” sözü nə üçün həqiqi mənada yox, məcazi mənada götürülməlidir?! Axı nə üçün?!
    2. Ayənin bəyanı ümumi olduğu halda, onu müəyyən fərdlərə necə aid etmək olar?
    Dəfələrlə işarə edildiyi kimi, ayələrin məfhumunun ümumiliyi ilə onun xüsusi bir məsələ ilə bağlı nazil olması arasında heç bir ziddiyyət yoxdur. Bunu Qurani-kərimin bir çox ayələrində müşahidə etmək olar. Qəribədir ki, Qurani-kərimdə məfhum və mənası ümumi olub, xüsusi bir məsələ ilə əlaqədar nazil olan digər ayələrə bu iradlar tutulmadığı halda, imam Əlidən (ə) söz açıldıqda münasibət tamamilə dəyişilir!
    3. Bir insanın üç gün ac qalıb, yalnız su ilə iftar etməsi mümkündürmü?
    Bu bəhanə isə doğrudan insanı heyrətə gətirir! Dəfələrlə görmüşük ki, müalicə məqsədi ilə nəinki üç gün, hətta on gün, bəlkə də qırx gün ac qalıb su ilə keçinənlər var. Bəzi həkimlər hətta bu yolla xəstələri müalicə edirlər. Qeyri-müsəlman doktor Aleksey Sufurin dəqiq proqramlara əsasən, bəzi xəstəliklərin qırx gün ac qalmaqla müalicəsi haqda ayrıca bir kitab yazmışdır.("Bəhrul-muhit”, 8-ci cild, səh. 395. Bu kitabın müəllifinin nəzərinə görə, burada məqsəd kafirlərin əlində olan əsirlərdir)
    Bir növ "su orucu” sayılan "aclıq etirazı” da müasir dövrdə yayılmışdır və bəzən qırx günü ötüb keçir.
    Bəs nə üçün inadkarlar üç gün oruc tutub, su ilə iftar edilməsinə təəccüblənirlər?! Məqsəd, mümkün olan hər yolla Əhli-beytin (ə) bu böyük fəzilətini inkar etmək deyilmi?!
    6-BƏRAƏT AYƏLƏRİ
    "Tövbə” surəsində də bir neçə ayə vardır ki, onların nazilolma səbəbilə əlaqədar təfsir, hədis və tarix kitablarında nəql olunan rəvayətlərə diqqət yetirdikdə, Əmirəl-möminin Əlinin (ə) fəzilətləri aşkar olur.
    Bu surənin ilk ayələrində əhd-peymanı pozan müşriklərə müharibə elan olunur. Demək olar ki, bütün tarixçi və təfsirçilərin nəzərincə, hicrətin 9-cu ili bu ayələr nazil olanda, İslam peyğəmbəri (s) həmin əmri Məkkədə həcc mərasimində hamıya çatdırmağı Əbu Bəkrə tapşırdı. Lakin Əbu Bəkr yolun bir miqdarını getdikdən sonra bu iş Əliyə (ə) həvalə olundu və Əbu Bəkr geri çağırıldı. Əli (ə) Peyğəmbərin (s) əmrini olduğu kimi icra etdi. Tarix, təfsir və hədis alimləri bu hadisəni azacıq fərqlə nəql etmişlər. İndi həmin rəvayətlərdən bir qismini nəzərdən keçiririk:
    1. Əhli-sünnənin hənbəli məzhəbinin rəhbəri Əhməd ibn Hənbəl "Müsnəd” kitabında yazır: "Peyğəmbəri-əkrəm (s) "Bəraət” ayələrini Əbu Bəkrə verib, Məkkəyə göndərdi ki, onu Məkkə əhlinə çatdırıb desin: "Bu ildən heç bir müşrik Allah evi Kəbəni ziyarət etmək hüququna malik deyil. Heç kəs çılpaq halda Kəbəni təvaf edə bilməz...” Sonra Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu ki, özünü (Məkkə ilə Mədinə yolu arasında) Əbu Bəkrə çatdırıb, onu geri qaytarsın və "Bəraət” ayələrini özü aparsın. Əli (ə) belə də etdi. Hədisin axırında deyilir: "Əbu Bəkr Peyğəmbəri-əkrəmdən (s) "Mənim geri qayıtmağımla əlaqədar bir ayəmi nazil olub” soruşduqda Həzrət buyurdu:
    اُمِرْتُ اَنْ لا يُبَلِّغَهُ اِلاّ اَنَا اَوْ رَجُلٌ مِنِّى:
    "Mənə əmr gəlib ki, bu surəni camaata ya özüm çatdırım, ya da məndən olan bir kəs!”(Onun bu əsəri "Ət-təbibu bis-sovm” (Oruc vasitəsilə təbabət) adı ilə ərəb dilinə, "Ruze – rəvişi novin bəraye-dərmane-bimariha” adı ilə fars dilinə tərcümə olunmuşdur.)
    Əhli-sünnənin mötəbər mənbələrindən sayılan "Sünəni-Termizi”də bu rəvayət başqa şəkildə Ənəs ibn Malikdən nəql olunur. Peyğəmbəri-əkrəm (s) "Bəraət” ayələrini Əbu Bəkrə verəndən sonra onu geri çağırtdırıb buyurdu:
    لا يَنْبَغِى لاَِحَدٍ اَنْ يُبَلِّغَ اِلاّ رَجُلٌ مِنْ اَهْلِى فَدَعا عَلِيّاً فَاَعْطاهُ اِيّاهُ:
    "Bu surəni mənim Əhli-beytimdən olan kişidən başqa heç kəs camaata çatdırmağa layiq deyil.” Sonra Əlini çağırıb, bu surəni ona verdi!”("Müsnədi-Əhməd”, 1-ci cild, səh. 3, "Darus-sadiq” çapı.)
    Termizi İbn Abbasdan təfsilatı ilə başqa bir hədis nəql edir.(Sünəni-Termizi”, 5-ci cild, səh. 275, hədis: 3090) Diqqəti cəlb edən məsələ budur ki, o, hər iki hədisi qeyd etdikdən sonra bu barədə həm özünün, həm də başqalarının nəzərini belə açıqlayır: "Bu hədis "həsən” (yaxşı) və "qərib”dir!” Lakin o, bu sözü nə ondan qabaqkı, nə də sonrakı hədislər barəsində demir. Bu da öz növbəsində qəribə münasibətdir. İmam Əlinin (ə) məqamı və fəziləti haqda nəql olunan bütün hədislər onlara qəribə görünür!
    2. Süyuti "Əd-durrul-mənsur” kitabında Abdullah ibn Əhməd Hənbəldən və İbn Mərdəveyhdən, onlar da imam Əlidən (ə) belə nəql edirlər: "Bəraət” surəsinin ilk on ayəsi nazil olanda, Peyğəmbər (s) Əbu Bəkri çağırıb, ayələri ona verdi ki, Məkkə əhalisinə yetirsin. Sonra isə məni çağırıb buyurdu: "Əbu Bəkrə çatıb, məktubu (ayələri) ondan al (və özün elan et)! Əbu Bəkr geri qayıdıb dedi: "Ya Peyğəmbər (s)! Mənim haqqımda (bu işə layiq olmadığımı göstərən) bir şeymi nazil olub?!”
    Peyğəmbər (s) buyurdu: "Xeyr, lakin Cəbrail gəlib mənə dedi: "Bu xəbəri başqası oxuya bilməz, ya özün, ya da sənin Əhli-beytindən bir kişi oxumalıdır!”(Yenə orada, hədis: 3091.)
    3. Yenə həmin kitabda Əhməddən, Termizidən, eləcə də, İbn Mərdəveyhdən, onlar da Ənəs ibn Malikdən belə nəql edirlər: "Peyğəmbər (s) "Bəraət” ayələrini Əbu Bəkrə verib Məkkəyə göndərdi. Sonra onu geri çağırtdırıb buyurdu:
    لا يَنْبَغِى لاَِحَدٍ اَنْ يُبَلِّغَ هذا اِلاّ رَجُلٌ مِنْ اَهْلِى، فَدَعا عَلِيّاً فَاَعْطاهُ اِيّاهُ:
    "Bu surəni camaata çatdırmağa mənim Əhli-beytimdən olan kişidən başqa bir kəs layiq deyil.” Sonra Əlini çağırıb, "Bəraət” ayələrini ona verdi!”("Əd-durrul-mənsur”, 3-cü cild, səh. 209.)
    4. Yenə orada Səd ibn Əbi Vəqqasdan belə nəql edilir: "Peyğəmbər (s) "Bəraət” ayələrini Əbu Bəkrə verib Məkkəyə göndərdi. Sonra Əlini (ə) onun ardınca göndərib tapşırdı ki, ayələri ondan alsın. Əbu Bəkr narahat olub, bunu Peyğəmbərə (s) dedikdə, Həzrət buyurdu:
    اِنَّهُ لا يُؤَدِّى عَنِّى اِلّا اَنا اَوْ رَجُلٌ مِنِّى
    "Şübhəsiz, məndən, yaxud mənim əhli-beytimdən olan kəsdən başqa birinin onu mənim tərəfimdən camaata çatdıra bilməz!”(Yenə orada.)
    5. Yenə orada məşhur səhabə Əbu Səid Xudridən belə nəql edilir: "Peyğəmbəri-əkrəm (s) "Bəraət” ayələrini Məkkə camaatına elan etmək üçün əvvəlcə Əbu Bəkri göndərdi. Sonra Əlini çağırıb dedi: "Ya Əli! (Bu ayələri) mənim özümdən, yaxud səndən başqa kimsə camaata çatdıra bilməz.” Sonra onu öz dəvəsinə mindirib Əbu Bəkrin ardınca göndərdi. Əli (ə) yola düşüb, Əbu Bəkrə çatdı və "Bəraət” ayələrini ondan aldı. Əbu Bəkr qorxa-qorxa Peyğəmbərin (s) hüzuruna gəlib "Ya Peyğəmbər (s), mənim haqqımda bir şeymi nazil olub deyə soruşduqda o həzrət Əliyə (ə) dediyi sözləri buyurdu.”(Yenə orada.)
    6. Yenə həmin kitabda Peyğəmbərin (s) məşhur səhabəsi Əbu Rafedən belə nəql edilir: "Peyğəmbəri-əkrəm (s) Əbu Bəkri "Bəraət” ayələri ilə birlikdə həccə göndərdi. Cəbrail nazil olub dedi: "Şübhəsiz, onu səndən, yaxud sənin Əhli-beytindən başqa kimsə camaata çatdıra bilməz!” Bundan sonra Peyğəmbər (s) Əlini (ə) Əbu Bəkrin ardınca göndərdi. Əli (ə) Məkkə ilə Mədinə arasında ona çatıb, ayələri ondan aldı və həcc mövsümündə camaata elan etdi.”("Əd-durrul-mənsur”, səh. 230 (azacıq ixtisarla).)
    7. Hakim Həskani "Şəvahidut-tənzil” kitabında Ənəs ibn Malik, İbn Abbas, Səd, Əbu Səid Xudri, Əbu Hüreyrə və başqalarından bu haqda on iki rəvayət nəql etmişdir. (Əlavə məlumat əldə etmək istəyənlər o kitaba müraciət etsinlər.)(Yenə orada.)
    Digər alimlər də bu rəvayəti müxtəlif sənədlərlə nəql etmişlər. Onun ravilərinin sayı olduqca çoxdur. Əllamə Əmini bu barədə yazır: "Bu hədis "təvatür” həddinə çatmış, hətta bəzilərinin nəzərincə "təvatür” həddini keçmişdir.” Sonra bu hədisi öz kitablarında nəql edən 73 əhli-sünnə aliminin qeydlərini təfsilatı – mənbə və sənədləri ilə birlikdə qeyd etmiş("Şəvahidut-tənzil”, 1-ci cild, səh. 232-243, hədis: 309, 310, 311, 312, 314, 315, 316, 317, 318, 323, 324 və 325.), sonra yazmışdır: "Bu hədisin raviləri aşağıda adları çəkilən səhabələrdir: Əli (ə), Əbu Bəkr, İbn Abbas, Cabir ibn Abdullah Ənsari, Ənəs ibn Malik, Əbu Səid Xudri, Səd ibn Əbi Vəqqas, Əbu Hüreyrə, Abdullah ibn Ömər, Həbəş ibn Cünadə, İmran ibn Həsin və Əbuzər Qifari.”(Bu alimlərin adlarını bilmək istəyənlər "Əl-qədir” kitabının, 7-ci cildinin 341-388-ci səhifələrinə müraciət etsinlər.)
    Bu mövzunu da səkkizinci (h.q) əsrin məşhur şairlərindən olan Şəmsəddin Malikinin şerilə sona çatdırırıq:
    Və ərsələhu ənhur-Rəsulu mubəlliğən,
    Və xəssə bihazəl-əmri təxsisə mufrədi,
    Və qalə: "həlit-təbliğu ənni yənbəği,
    Li-mən ləysə min bəyti minəl-qovmi fəqtəda.”
    "Peyğəmbər (ə) onu (Əlini) onun (Əbu Bəkrin) əvəzinə öz təbliğatçısı kimi göndərdi və bu əmri yalnız ona tapşırıb buyurdu: "Görəsən, layiqdirmi ki, Əhli-beytimdən kənar bir şəxs bunu mənim tərəfimdən yetirsin ?! Əli də ona tabe oldu!”("Əl-qədir”, 6-cı cild, səh. 341-348)
    ***
    Nəticə:
    Bu hədis mənbə və sənədləri ilə birgə imam Əlinin (ə) Allah dərgahında Peyğəmbəri-əkrəmdən (s) sonra bütün insanlardan üstün və fəzilətli olduğunu göstərən aydın və möhkəm dəlildir. Çünki bu hədisdə açıq-aydın buyurulur: "Cəbrail Allah tərəfindən nazil olub Peyğəmbərə (s) dedi ki, "Bəraət” ayələrini ya özün elan et, ya da Əli (ə)!” Peyğəmbər (s) də buyurdu: "Bu, ya mənim, ya da mənim Əhli-beytimdən olan bir kişinin işidir. Bu işə yalnız Əli layiqdir!”
    Müşriklərin əhd-peymanları pozması o zaman ən həssas və mühüm hadisələrdən olduğu üçün İslamın göstərişlərinin şücaət və yüksək tədbirlə həyata keçirilməsi tələb olunurdu. Həcc mərasimində müxaliflərin sərt rəftar edəcəyi ehtimalı güclü idi. İmam Əlinin (ə) bu işə seçilməsi onun ümmət arasında ən şücaətli və tədbirli bir şəxs olduğunu göstərir. Belə bir mühüm işə seçilən şəxs sözsüz ki, İslam peyğəmbərinin (s) canişini olmağa hamıdan layiqdir.
    Diqqət yetirmək lazımdır ki, Əbu Bəkrin özü də Peyğəmbərin (s) hüzuruna gəldikdə, tam nigarançılıqla "Mənim haqqımda bir şeymi nazil olub, deyə soruşur. Peyğəmbər (ə) buyurur: "Bu iş mənim yaxınlarımdan olan bir şəxsin vasitəsilə yerinə yetirilməlidir.”
    Yenə də bəhanə axtaranlar bu işin imam Əli (ə) üçün fəzilət olmadığını göstərmək üçün məntiqsiz təhlillərlə çıxış edirlər. Misal üçün, Alusi "Ruhul-məani” kitabında bu hədisi nəql etdikdən sonra yazır: "Bu rəvayət qısa şəkildə Əli (ə) və qüreyşin fəzilətini göstərir. Bunu heç bir mömin inkar etmir. Lakin bu fəzilət xilafət məsələsində Əlinin (ə) Əbu Bəkrdən üstün və layiqli olmasına dəlil sayıla bilməz!” Sonra belə əlavə edir: "Bəzi sünnilər burada Əbu Bəkrin hacıların başçısı, Əlini (ə) isə "Bəraət” ayələrinin elanı üçün təbliğatçı seçilməsi ilə bağlı bir incəliyi qeyd etmişlər. O da budur ki, Əbu Bəkr camal və rəhmət sifətinin cilvəsi olduğu üçün Peyğəmbəri-əkrəm (s) müsəlmanların rəhmətlə bağlı işlərini ona tapşırmışdı. Lakin Əli (ə) Allahın aslanı və cəlal sifətinin məzhəri olduğundan (Allahın qəzəbinə səbəb olan kafirləri əhd-peymanı pozduqlarına görə) həmin ayələrin elanını onun öhdəsinə qoymuşdur. Onlar hər ikisi qaynar bulağa bənzəyir. Biri camal, digəri isə cəlal sifətlərinin nümunəsidir.” Daha sonra yazır: "Amma Peyğəmbərin (s) söylədiyi səbəb olmasaydı, bu təhlil daha münasib sayılardı.”(Yenə orada, səh. 338.)
    O, sözünün sonunda yazır: "Bu təhlil özü Peyğəmbərin (s) buyuruğu ilə uyğun gəlmir. Peyğəmbər (s) açıq-aydın buyurur: "Cabrail Allah tərəfindən mənə göstəriş verdi ki, bu işi ya özüm, ya da mənim Əhli-beytimdən olan bir şəxs yerinə yetirsin.” Yəni o şəxs Peyğəmbərə (s) bənzəməli, onun xüsusiyyətlərinə malik olmalıdır. Bildiyimiz kimi, Peyğəmbər (s) bütün camal və cəlal sifətlərinə malik idi.”
    Görəsən, nə üçün bizim sünni qardaşlarımız imam Əlinin (ə) misilsiz fəzilətlərini inkar etməyə, yaxud müxtəlif yozumlarla ört-basdır etməyə çalışırlar?! Şübhəsiz, qorxurlar ki, şiələr ona istinad etməklə öz məzhəblərinin doğru olduğunu sübut etsinlər.
    Bu bəhsi də "Mətalibus-sual” kitabında Əbuzər Qifaridən nəql olunan bir hədislə sona yetiririk. O deyir ki, Peyğəmbəri-əkrəm (s) buyurmuşdur
    عَلِىٌّ مِنِّى وَاَنَا مِنْ عَلِىّ وَلا يُؤَدِّى اِلاّ اَنَا اَوْ عَلِىٌّ:
    "Əli məndəndir, mən də Əlidənəm. Bu risaləti ("Bəraət” ayələrinin elanını) mən və Əlidən başqa heç kim yerinə yetirə bilməz!”("Ruhul-məani”, 10-cu cild, səh. 47.)
    7-SİQAYƏTÜL-HACC (HACILARA SU VERMƏ) AYƏSİ
    "Bəraət” surəsinin 19-cu ayəsində buyurulur:
    أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَوُونَ عِندَ اللّهِ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
    "Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı təmir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni bilirsiniz?! Onlar Allah yanında eyni deyillər. Allah zalım tayfanı hidayət etməz.”
    Hakim Həskani Hənəfi "Şəvahidut-tənzil” kitabında müxtəlif sənədlərlə bu ayənin imam Əli (ə) haqda nazil olduğunu göstərən ondan çox rəvayət nəql etmişdir. Rəvayətlərin birində Ənəs ibn Malikdən belə nəql edir: "Abbas ibn Əbdül-Müttəliblə Şeybə (Allah evinin qarovulçusu) hər biri özünün üstün və fəzilətli olduğunu deyəndə, Əli onların yanına gəldi. Abbas dedi: "Qardaşoğlu, dayan, sənə sözüm var!” Əli dayandı. Abbas dedi: "Şeybə mənə deyir ki, mən səndən üstün və şərafətliyəm!” Əli (ə) buyurdu: "Əmican! Sən ona nə cavab verdin?” Abbas dedi: "Dedim ki, mən Peyğəmbərin (s) əmisi, onun atasının vəsisi və hacıları su ilə təmin edənəm! Buna görə də mən səndən üstünəm.” Əli (ə) üzünü Şeybəyə tutub buyurdu: "Bəs, sən ona nə dedin?” Şeybə dedi: "Dedim ki, mən səndən şərafətliyəm; çünki mən Kəbəni qorumaqla Allaha əmanətdarlıq edirəm. Onun evinin qapısını açıb-bağlamaq mənim öhdəmdədir. Əgər Abbas şərafətli olsaydı, bu işə o seçilər və onu əmanətdar bilərdilər!”
    Əli (ə) buyurdu: "Mən isə fəxr edirəm ki, bu ümmətin içərisində Peyğəmbərə (s) iman gətirən, hicrət edən və cihad edən birinci şəxsəm!”
    Nəhayət, onların hər üçü Peyğəmbərin (s) yanına gedib, öz sözünü ərz etdi. Peyğəmbər (s) onlara heç bir cavab vermədi. Onlar geri qayıtdılar. Bir neçə gündən sonra bu haqda vəhy nazil oldu. Bu zaman Peyğəmbər (s) onların yanına gedib, yuxarıdakı ayəni tilavət etdi.”(Mətalibus-sual”, səh. 18 ("Əl-qədir” kitabından nəqlən, 6-cı cild, səh. 348).)
    Bu hadisə azacıq fərqlə digər rəvayətlərdə də bəyan edilmişdir. Onların bəzisində belə nəql olunur: "Abbas həmin ayənin nazil olduğunu eşitdikdə, üç dəfə "biz təslimik” dedi.”
    Hakim Həskanidən başqa alimlər də bunu öz kitablarında geniş, ya qısa şəkildə nəql etmişlər. Aşağıda adı çəkilən alimləri misal göstərmək olar:
    –Təbəri: "Təfsir” kitabında, Ənəs ibn Malikdən(Şəvahidut-tənzil”, 1-ci cild, səh. 249.);
    –Vahidi: "Əsbabun-nüzul” kitabında("Təfsiri-Təbəri”, 10-cu cild, səh. 59);
    –Qurtubi: "Təfsir” kitabında("Əsbabun-nüzul”, səh. 182.);
    –Fəxri-Razi: "Kəbir” təfsirində("Təfsiri-Qurtubi”, 8-ci cild, səh. 91);
    –Xazin: "Xazin” təfsirində("Kəbir” təfsiri, 4-cü cild, səh. 422.);
    –Əbul-Bərəkat Nəsəfi: "Təfsir” kitabında("Xazin” təfsiri, 2-ci cild, səh. 221);
    –İbn Səbbağ Maliki: "Füsulul-muhimmə” kitabında(Təfsiri Əbul-Bərəkat”, 2-ci cild, səh. 221.);
    Əhli-sünnənin öz hədisləri əsasında yazılmış "Əd-durrul-mənsur” kitabında haqqında danışılan ayənin imam Əli (ə) barəsində nazil olması ilə bağlı həm yuxarıdakı rəvayət, həm də başqa rəvayətlər nəql edilmişdir.(Əl-füsulul-muhimmə”, səh. 123)
    Burada bir sual qarşıya çıxır: Məgər, müsəlmanların öz üstünlüklərini bir-birlərinə deyib, onunla qürrələnməsi İslamda məzzəmət olunmayıbmı? Əgər bu iş pis və bəyənilməzdirsə, nə üçün Əli (ə) bu işi görüb?
    Burada bir incəliyə diqqət yetirdikdə sualın cavabı aydın olur. Bəzən insanlar dəyərləri müəyyənləşdirərək səhvə düçar olur, həqiqi dəyəri buraxıb, qiymətsiz işlərin ardınca düşürlər. Belə bir şəraitdə insanın öz üstünlüyünü bəyan etməsi nəinki eyib deyil, hətta onun üzərinə düşən vəzifədir. Məsələn, məclisdə bir nəfər fəxrlə böyük imarət tikdirdiyini, başqa birisi idarə rəisi olduğunu deyərkən, məclisin bir guşəsində əyləşən şəxsin həqiqi dəyərləri göstərmək üçün "mən sərvət, mal-dövlət və vəzifə sahibi olmasam da, Quranı əzbər bilirəm” deməsi nəinki pis iş deyil, üstəlik dəyərli bir dərsdir.
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 670 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024