İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 7:24 AM
    8-SALİHUL-MUMİNİN (MÖMİNLƏRİN ƏMƏLİSALEHİ) AYƏSİ
    "Təhrim” surəsinin 4-cü ayəsində Allah-taala Peyğəmbəri-əkrəmin (s) bəzi zövcələrinə xitabən buyurur:
    إِن تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا وَإِن تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ وَالْمَلَائِكَةُ بَعْدَ ذَلِكَ ظَهِيرٌ
    "Əgər (siz iki qadın) ona qarşı bir-birinizə kömək etsəniz də (əlinizdən bir iş gəlməyəcək), çünki Allah onun mövlası (hamisi), Cəbrail və əməlisaleh möminlər, bunlardan sonra mələklər onun köməkçiləridir.”
    "Əməlisaleh” möminlər ifadəsi ümumi məna daşıyır, Peyğəmbərə (s) kömək edən bütün imanlı, əməlisaleh kəslərə, (təkcə o həzrətin dövründə yaşayan əməlisaleh səhabələr və möminlərə yox, bütün dövrlərdə yaşamış möminlərə aiddir. Onların hər biri öz növbəsində İslamın, Peyğəmbəri-əkrəmin (s) və onun məktəbinin köməkçiləridir.
    Mühüm məsələ budur ki, bir çox rəvayətlərdə bu ayədə qeyd olunmuş "əməlisaleh möminlər” ifadəsi birbaşa Əliyə (ə) aid edilmişdir. Məlum olur ki, o həzrət bu ayə üçün ən kamil nümunədir. Bu sözün "Cəbrail” sözünün kənarında yerləşməsinə diqqət yetirdikdə imam Əlinin (ə) məqamının böyüklüyü və bu fəzilətin əhəmiyyəti aydın olur.
    Bəli, Allah-taala və Cəbrail-Əmindən sonra İslam peyğəmbərinin (s) ömür boyu ən yaxın köməkçisi və hamisi imam Əli (ə) olmuşdur. Buna əsasən xilafətə və Peyğəmbəri-əkrəmin (s) canişinliyinə ondan başqa heç kim layiq deyil. Məgər bu rəvayətlər İmam Əlinin (ə) Peyğəmbəri-əkrəmdən (s) sonra ümmətin ən fəzilətlisi və ən üstünü olduğunu göstərən tutarlı dəlil deyilmi?
    İndi də əhli-sünnə mənbələrində nəql olunan bəzi rəvayətlərin sənədlərini araşdıraq: Hakim Həskani Hənəfi "Şəvahidut-tənzil” kitabında bu ayədə qeyd olunan "əməlisaleh möminlər” ifadəsinin imam Əliyə (ə) işarə olması ilə bağlı müxtəlif sənədlərlə on səkkiz hədis nəql etmişdir. O cümlədən, Əsma binti Ümeys belə nəql edir: "İslam peyğəmbəri buyurdu:
    صالِحُ الْمُؤمِنِينَ عَلِىُّ بْنُ اَبِيطالِب:
    "Əməlisaleh möminlər Əli ibn Əbi Talibdir.”("Əd-durrul-mənsur" c., səh.218-219)
    Yenə həmin kitabda İbn Abbasın nəqlinə görə, Peyğəmbəri-əkrəm (s) Əli ibn Əbi Talib (ə) haqda buyurmuşdur: "Əməlisaleh mömin odur!”(Şəvahidut-tənzil”, 2-ci cild, səh. 256, hədis: 982.)
    Həmçinin Əmmar Yasirdən belə nəql olunur: "Əli (ə) deyirdi ki, Peyğəmbər (s) məni çağırıb buyurdu: "Sənə bir müjdə verimmi?” Dedim: ”Bəli, ya Rəsuləllah! Sən həmişə xeyirli müjdə verənsən!” Buyurdu: "Allah-taala sənin haqqında bir ayə nazil etmişdir.” Dedim: "Hansı ayədir?” Buyurdu: "Sən Cəbraillə eyni səviyyədə nəzərdə tutulmusan!” Sonra bu ayəni söylədi.”(Yenə orada, səh. 258, hədis: 987.)
    Bu məzmun başqa hədislərdə Hüzeyfədən, İbn Sirindən və imam Əlidən (ə) eynilə nəql edilir. Peyğəmbər (s) buyurur: "Əməlisaleh mömin Əli ibn Əbi Talibdir!”(Yenə orada, səh. 259, hədis: 989)
    Bir çox təfsir alimləri bu hədisi öz təfsir kitablarında, o cümlədən, Süyuti "Əddurrul-mənsur”da həmin ayənin təfsirində İbn Abbas və Əsma binti Ümeysdən nəql etmişdir.
    Bursui "Ruhul-bəyan” kitabında bu ayənin təfsiri ilə bağlı alimlərin nəzərini qeyd etdikdən sonra Mücahidin bu barədəki fikrini belə açıqlayır: "Əməlisaleh mömin” dedikdə Əli ibn Əbi Talib (ə) nəzərdə tutulur.” O yazır: "Mücahidin bu sözünün dəlili Peyğəmbərin (s) buyurduğu başqa bir hədisdir: "Ya Əli! Sən mənim üçün Harun Musa üçün olduğu kimisən!”
    Sonra o, bir sıra ayələri misal çəkir. Onlarda Allah-taala "əməlisalehlər” sözünü İslam peyğəmbərinə (s) aid etmişdir. Belə bir nəticə alınır ki, əgər Əli (ə) Allahın peyğəmbəri Harun (ə) kimidirsə, deməli, "əməlisaleh” adına layiqdir.(Yenə orada, səh. 255-263.)
    Bu hədisi Əsqəlani, ("Fəthül-Bari”də), İbn Həcər ("Əs-səvaiq”də), Əlaəddin Müttəqi ("Kənzül-ümmal”da) kimi alimlər də nəql etmişlər.
    Bir sözlə, "əməlisaleh möminlər”dən olmaq böyük bir fəzilətdir. Belə bir şəxs Cəbrail-Əminlə eyni səviyyədə durur. Qeyd etdiyimiz rəvayətlərə əsasən, onun ən kamil nümunəsi imam Əlidir (ə). Bəli, Peyğəmbəri-əkrəmlə (s) bütün hadisələrdə çiyin-çiyinə dayanan, həmişə o həzrətin köməkçisi olan Əmirəl-möminin Əli (ə) imamət və canişinlik məqamına hamıdan çox layiqdir.
    9-VƏZİRLİK AYƏSİ
    "Taha” surəsinin 29-32-ci ayələrində (Musa peyğəmbərin dili ilə) buyurulur:
    وَاجْعَل لِّي وَزِيرًا مِّنْ أَهْلِي هَارُونَ أَخِي اشْدُدْ بِهِ أَزْرِي وَأَشْرِكْهُ فِي أَمْرِي
    "(İlahi!) Mənə öz ailəmdən bir vəzir qərar ver – qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə şərik et.”
    Bu ayələrin təfsirində əhli-sünnə mənbələrində çoxlu rəvayət nəql olunmuşdur. İslam peyğəmbəri (s) risalət vəzifələrini həyata keçirmək üçün həzrət Musanın (ə) Allahdan istədiyini istəyir; bir fərqlə ki, Peyğəmbər (s) Harunun (ə) yerinə imam Əlinin (ə) adını çəkir. Biz həmin rəvayətlərin bir qismini qeyd edirik:
    1. "Şəvahidut-tənzil” kitabında Hüzeyfə ibn Üseyddən belə nəql olunur: "Peyğəmbəri-əkrəm (s) Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) əlindən tutub buyurdu:
    اَبْشِر، وَاَبْشِر، اِنَّ مُوسى دَعا رَبَّهُ اَنْ يَجْعَلَ لَهُ وَزِيراً مِنْ اَهْلِهِ هارُونَ، وَاِنِّى اَدْعُوا رَبِّى اَنْ يَجْعَلَ لِى وَزِيراً مِنْ اَهْلِى عَلِِىّ اَخى، اُشْدُدْ بِهِ ظَهْرِى وَاَشْرِكْهُ فِى اَمْرِى:
    "(Ya Əli!) Müjdə verirəm, müjdə verirəm! Həqiqətən, Musa (ə) Allahdan qardaşı Harunun ona xəlifə və işlərində şərik olmasını istədiyi kimi, mən də Allahdan istədim ki, öz əhlimdən olan bir nəfəri – Əlini mənim üçün vəzir və xəlifə seçsin. İlahi! Onunla arxamı möhkəmləndir və onu işimə ortaq et!”("Ruhul-bəyan”, 10-cu cild, səh. 53.)
    2. Başqa bir rəvayətdə Əsma binti Ümeysdən belə nəql olunur: "Allahın Peyğəmbəri (s) buyurmuşdur:
    اَللّهُمَّ اِنِّى اَقُولُ كَما قالَ اَخِى مُوسى اَللّهُمَّ اجْعَلْ لِِى وَزِيراً مِنْ اَهْلِى عَلِِيّاً اَخى، اُشْدُدْ بِهِ اَزْرِى وَاَشْرِكْهُ فِى اَمْرِى، كَىْ نُسَبِّحَكَ كَثِيراً، وَنَذكُرَكَ كَثِيراً، اِنَّكَ كُنْتَ بِنا بَصِيراً:
    "İlahi! Mən Səndən qardaşım Musanın (ə) istədiyini istəyirəm: İlahi! Mənim Əhli-beytimdən bir nəfəri – qardaşım Əlini mənə vəzir qərar ver! Onunla arxamı möhkəmləndir, onu işimə şərik et ki, Sənə çoxlu həmd-səna deyim, Səni çoxlu yad edim. Həqiqətən, Sən bizi görürsən (və bizim vəziyyətimizdən xəbərdarsan)!”("Şəvahidut-tənzil”, 1-ci cild, səh. 368, hədis: 510.)
    Məlum olduğu kimi, İslam peyğəmbərinin (s) işlərinə şərik olmaq nübüvvət və peyğəmbərlik yox, xalqa rəhbərlik vəzifəsidir.
    3. Ənəs ibn Malikdən nəql olunan hədisdə yalnız xəlifəlik və vəzirlik məsələsi açıqlanır: "Allahın Peyğəmbəri (s) buyurur:
    اِنَّ خَلِيلِى وَ وَزِيرِى وَ خَلِيفَتِى فِى اَهْلِى، وَخَيْرَ مَنْ اَتْرُكَ بَعْدِى، يُنْجِزُ مَوْعُودِى وَيَقْضِى دِينِى، عَلِىُّ بْنُ اَبِيطالِبٍ:
    "Həqiqətən, Əhli-beytimdən olan dostum, vəzirim, xəlifəm və özümdən sonra vədlərimə sadiq qalaraq borclarımı ödəyəcək ən layiqli insan Əli ibn Əbi Talibdir!”(Yenə orada, səh. 370, hədis: 511.)
    4. Bu hədis azacıq fərqlə Salman ibn Farsidən də nəql olunmuşdur.(Yenə orada, səh. 374, hədis: 516.)
    5. Beşinci (h.q) əsrin alimlərindən olan Hafiz Əbu Nəim İsfahani "Ma nəzələ minəl-Qurani fi Əliyyin” (Qurani-kərimdə Əli (ə) haqda nazil olan ayələr) adlı kitabında Əsma binti Ümeysin nəql etdiyi hədisi İbn Abbasdan nəql edir. Sonda İbn Abbas deyir: "Peyğəmbərin (s) duasından sonra qeybdən belə bir səs eşitdim: "Ya Əhməd! Allahdan istədiyin şey sənə verildi.”(Yenə orada, səh. 77, hədis: 115.)
    6. Fəxri-Razi "Kəbir” təfsirində bu hədisi daha geniş şəkildə Əbuzər Qifaridən nəql edir: "Peyğəmbəri-əkrəm (s) Əlinin (ə) namaz üstə üzüyünü yoxsula verdiyini gördükdə, dedi: "İlahi! Qardaşım Musa səndən istədi ki, onun sinəsini genişləndirəsən..., əhli-beytindən bir nəfəri vəzir seçib işilərinə ortaq edəsən (və Sən də qəbul etdin). İlahi! Sən onun duasının qəbul olduğunu bildirən Qurani-natiq (danışan Quran) nazil etmisən. İlahi! Mən Məhəmməd də Sənin peyğəmbərin və elçinəm. Mənim də sinəmi genişləndir, işlərimi mənə asan et və Əhli-beytimdən olan Əlini vəzirim seç, onunla arxamı möhkəmləndir!”
    Hələ Peyğəmbərin (s) duası qurtarmamışdı ki, Cəbrail "Sizin vəliniz, rəhbəriniz Allah, Onun Rəsulu və sizlərdən olan əmr sahibləridir” ayəsini nazil etdi.”("Mülhəqati Ehqaqul-həqq”, 20-ci cild, səh. 128.)
    Bu rəvayətin sənədlərini nəql edən kitabların sayı olduqca çoxdur. Biz isə kitabın həcmini nəzərə alaraq deyilənlərlə kifayətlənirik.
    VƏZİRLİK AYƏSİ VƏ HƏDİSLƏRİNİN MƏZMUNU
    Bu hədislərdə açıq-aşkar belə deyilir: "Peyğəmbəri-əkrəmin (s) duasından sonra Allah-taala Musanın (ə) duası kimi o həzrətin də duasını qəbul etdi. Peyğəmbərin (s) duası belə idi: "İlahi! (Harun (ə) Musanın (ə) vəziri, xəlifəsi olduğu kimi,) Əhli-beytimdən bir nəfəri vəzirim seç, onunla arxamı möhkəmləndir və onu işlərimə şərik et.”
    Deyildiyi kimi, burada imam Əlinin (ə) Peyğəmbərin (s) işlərinə şərik olması peyğəmbərlik məqamına aid deyil. Çünki İslam peyğəmbəri (s) peyğəmbərlərin sonuncusudur. Bəllidir ki, məqsəd əmr be məruf (yaxşı işlərə dəvət), nəhy əz münkər (pis işlərdən çəkindirmək) və dinin təbliği ilə bağlı digər məsələlər də deyil. Çünki bunlar, bütün müsəlmanların vəzifəsidir. Hamı gücü çatdığı qədər əmr be məruf və nəhy əz münkər etməli, İslamı yaymalıdır.
    Beləliklə, Peyğəmbərin (s) duasında məqsəd peyğəmbərlik və ümumi vəzifələrdən fərqli xüsusi bir məqamdır. Bu məqam Peyğəmbərdən (s) sonra xilafət və imamət məqamı ola bilər. Başqa sözlə, elə vəzifələr var ki, onun öhdəsindən hamı gələ bilmir. O da dini hər bir təhrif və azğınlıqdan qorumaq, Peyğəmbərdən (s) sonra ümmətə rəhbərlik etmək və o həzrətin hədəflərini həyata keçirməkdir. Bütün bunlar "vəzir” sözündə cəmlənmişdir.(Kəbir” təfsiri, Fəxri-Razi, 12-ci cild, səh. 26. ("Maidə” surəsinin 55-ci ayəsinin təfsirində.))
    Demək, Peyğəmbəri-əkrəm (s) Allahdan imam Əlinin (ə) müsəlmanların xəlifəsi və imamı olmasını istədikdə, Allah onun duasını qəbul etmişdir.
    Amma imam Əlinin (ə) bu qəbil fəzilətlərini qəbul etməyən bəzi əhli-sünnə alimləri "Peyğəmbərin (s) işlərinə şəriklik” məsələsini əmr be məruf və nəhy əz münkər kimi yozmuşlar. Bildiyiniz kimi, bu vəzifə bütün müsəlmanlara aid olduğundan, ondan ötrü Allah tərəfindən bir nəfərin vəzir təyin olunmasına ehtiyac qalmır.
    10-11-ƏHZAB SURƏSİNİN AYƏLƏRİ
    Bir qrup təfsir aliminin fikrincə, "Əhzab” surəsinin bir neçə ayəsi imam Əli (ə) və onun misilsiz fədakarlığı haqda nazil olmuşdur. Bu surənin 23-cü ayəsində buyurulur:
    مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُم مَّن قَضَى نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا
    "Möminlərdən bəziləri Allahla əhdlərinə sadiqdirlər. Onlardan kimisi öz əhdini sona çatdırmış (və bu yolda şəhid olmuş), kimisi də intizardadır. Onlar (əhd-peymanlarını, verdikləri sözü) əsla dəyişməzlər.”
    Bu surənin 25-ci ayəsində buyurulur:
    وَرَدَّ اللَّهُ الَّذِينَ كَفَرُوا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْرًا وَكَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ وَكَانَ اللَّهُ قَوِيًّا عَزِيزًا
    "Allah kafirləri qəzəbli olduqları halda geri döndərdi. Onlar heç bir xeyir əldə edə bilmədilər. Döyüşdə Allah möminləri ehtiyacsız (və onlara qələbəni nəsib) etdi. Allah qüvvət və qüdrət sahibidir!”
    Bildiyimiz kimi, İslamın ən mühüm müharibələrindən biri "Əhzab” (ordular) müharibəsidir. Adından bəlli olduğu kimi, bu müharibə bütün İslam düşmənlərinin müsəlmanların əleyhinə hərtərəfli mübarizə tədbiri idi. İslam dininin tərəqqisi ilə öz mənafelərinin təhlükəyə düşdüyünü görən bütün müxaliflər əl-ələ verib, İslama və İslam peyğəmbərinin (s) fəaliyyətlərinə son qoymaq, bununla da həmişəlik rahat olmaq istəyirdilər."Əhzab” surəsinin 17 ayəsində bu müharibədən danışılır, onun incəlikləri, o cümlədən, müharibə zamanı müsəlmanların parçalanması açıqlanır. Bu müharibədə müsəlmanlar çox ağır və təhlükəli hadisələrlə üzləşdilər. Düşmənin sayının çox, İslam qoşununun isə azlığı, eləcə də, düşmənin hərtərəfli hazırlığı onları daha böyük çətinliklərə məruz qoydu.
    Qeyd etdiyimiz iki ayə də bu on yeddi ayələrdir. "Şəvahidut-tənzil” kitabında qeyd etdiyimiz birinci ayənin təfsirində silsilə sənədlə imam Əlinin (ə) belə buyurduğu nəql olunur: "Möminlərdən bəziləri Allahla əhdlərinə sadiqdirlər...” ayəsi bizim haqqımızda nazil olmuşdur. And olsun Allaha, şəhadət intizarında olan şəxs mənəm!”("Vizr” sözündən götürülən "vəzir” sözü ağır iş mənasını daşıyır. Vəzirlik məqamını tutan şəxs öhdəsinə müxtəlif ağır məsuliyyətlər götürüdüyündən, bu söz ona aid edilmişdir.)
    Yenə həmin kitabda Abdullah ibn Abbasdan belə nəql olunur: "Möminlərdən bəziləri Allahla əhdlərinə sadiqdirlər” – ayəsi Əli (ə), Həmzə və Cəfər haqqında nazil olmuşdur. (Ayədə qeyd olunan) "Bəzisi də intizardadır” cümləsi Allah yolunda şəhadət intizarı çəkən Əliyə (ə) işarədir. Allaha and olsun ki, şəhadət ona nəsib oldu!”("Şəvahidut-tənzil”, 2-ci cild, səh. 1-2, hədis: 627.)
    Bu rəvayət İbn Həcərin "Əs-səvaiq”, İbn Səbbağ Malikinin "Füsulul-muhimmə” və Nişapurinin "Əl-kəşfu vəl-bəyan” kitablarında da nəql olunmuşdur.(Yenə orada, hədis: 628.)
    ***
    İkinci ayədə bu haqda söhbət daha genişdir. Bir çox hədis və təfsir alimlərinin yazdıqlarına görə, "Kəfəllahul-mumininəl-qital” (Döyüşdə Allah möminlərə qurtuluş verdi) ayəsi Əmr ibn Əbdəvudu məğlub etməklə kafirlərin kələyini kəsən imam Əliyə (ə) işarədir. Bunu nəql edən kəslərdən biri də Abdullah ibn Məsuddur. Belə ki, o, bu ayəni oxuyarkən, onun təfsirində deyir: "Möminləri döyüş zamanı qoruyan şəxs Əli ibn Əbi Talib olmuşdur!”("Əliyyun fil-kitabi vəs-sünnə”, səh. 218.)
    Hakim Həskani bu məzmunda Abdullah ibn Məsuddan bir neçə("Şəvahidut-tənzil”, 2-ci cild, səh. 3, hədis: 629.) və İbn Abbasdan bir hədis nəql etmişdir: "Döyüşdə Allah möminlərə qurtuluş verdi (və onlara qələbəni nəsib etdi)” ayəsini oxuyarkən, buyurdu: "Allah-taala "Xəndək” günü Əli ibn Əbi Talib (ə) vasitəsilə Əmr ibn Əbdəvudu öldürüb möminləri (döyüşdən) xilas etdi.”(Yenə orada, hədis: 630, 631 və 632.)
    Məşhur səhabə Hüzeyfədən imam Əlinin (ə) Əmr ibn Əbdəvudlə döyüşü və onu qətlə yetirməsi ilə bağlı uzun bir hədis nəql etdikdən sonra Peyğəmbərin (s) belə buyurduğunu yazır:
    بَشِّرْ يا عَلِىُّ! فَلَوْ وُزِنَ الْيَوْمُ عَمَلُكَ بِعَمَلِ اُمَّةِ مُحَمَّدٍ (ص) لَرَجَحَ عَمَلُكَ بِعَمَلِهِمْ وَذالِكَ اَنَّهُ لَمْ يَبْقَ بَيْتٌ مِنْ بُيُوتِ الْمُسْلِمِينَ اِلاّ وَ قَدْ دَخَلَهُ عِزٌّ بِقَتْلِ عَمْرو:
    "Ya Əli, sənə müjdə olsun! Əgər bu gün sənin bu işin Məhəmməd ümmətinin bütün əməlləri ilə müqayisə edilsə, sözsüz ki, sənin əməlin onların əməllərindən üstün olacaq. Çünki Əmr ibn Əbdəvudun ölümü ilə bütün müsəlman evlərinə izzət verildi.”(Yenə orada, səh. 5, hədis: 633.)
    O, bu rəvayəti İbn Həkimdən də nəql edir.
    Süyuti "Əd-durrul-mənsur” kitabında İbn Əbi Hatəm, İbn Mərdəveyh, İbn Əsakir və İbn Məsuddan nəql edir ki, Peyğəmbəri-əkrəm (s) həmin ayəni oxuyarkən (onun şərhində) belə buyururdu: "Allah-taala möminləri Əli ibn Əbi Talib vasitəsilə döyüşdən xilas etdi.”(Yenə orada, səh. 7, hədis: 634.)
    Bunu Əllamə Şeyx Süleyman Qunduzi də "Yənabiul-məvəddət” kitabında nəql etmişdir.("Əd-durrul-mənsur”, 5-ci cild, səh. 192.) Ayə ilə bağlı başqa rəvayətlər də nəql olunmuşdur. Kitabın həcmini nəzərə alaraq qeyd etdiklərimizlə kifayətlənirik. Diqqəti cəlb edən məsələ budur ki, "Əhzab” müharibəsində İslamın düşmənləri və müşriklərin atdıqları "sonuncu oxu” Əli (ə) Allahın əmrilə sındırır və döyüş müsəlmanların qələbəsilə sona çatır. Bəli, bu fəzilət Peyğəmbərin (s) ümməti içərisində imam Əlidən (ə) başqasına aid deyildir. İndi görək, Peyğəmbərin (s) canişinliyi bir əməli ilə bütün İslam ümmətinin əməllərindən üstün olan kəsə layiqdir, yoxsa başqalarına?!
    Sual: Sual verilə bilər ki, "Əhzab” surəsinin 9-cu ayəsində bu müharibəyə işarə ilə buyurulur: "Ey iman gətirənlər! Ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan nemətini yadınıza salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz qoşun göndərmişdik (ki, bununla da onları məhv etdik). Allah sizin nə etdiyinizi görürdü!”
    Ayəyə əsasən, bu müharibədə düşmən ordusunun məğlubiyyət amillərindən biri onların üstünə əsən şiddətli külək və gözə görünməyən mələklərdən ibarət ilahi ordu olmuşdur. Belə isə necə deyə bilərik ki, müsəlmanların qələbəsinin səbəbi Əlidir (ə)?
    Cavab: Bir müharibədə qələbənin müxtəlif amilləri ola bilər; təbii amil, hərbi amil, mənəvi amil və s. "Əhzab” müharibəsində də şübhəsiz, hər üç amil birləşərək, düşmənləri məğlub etdi. Onların ayrı-ayrılıqda təsirini inkar etmək olmaz. Düşmən ordusunun cəsur döyüşçüsü Əmr ibn Əbdəvud həm imam Əli (ə), həm külək, həm də mələklər vasitəsilə öldürüldü. Bu amillərin yanaşı təsiri ilə nəhayətdə, müsəlmanlar qələbə qazandılar.
    12-BƏYYİNƏ (ŞAHİD) AYƏSİ
    "Hud” surəsinin 17-ci ayəsində buyurulur:
    أَفَمَن كَانَ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إَمَامًا وَرَحْمَةً أُوْلَـئِكَ يُؤْمِنُونَ بِهِ
    "Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən, ardınca Allah tərəfindən bir şahid gələn, ondan da əvvəl Musanın bir rəhbər və mərhəmət olan kitabının təsdiq etdiyi kimsə (başqaları kimi ola bilərmi?!) Bunlar (haqq-ədalət istəyənlər) ona iman gətirmişlər!”
    Hakim Həskani "Şəvahidut-tənzil” kitabında bu ayənin təfsiri ilə bağlı on altıya yaxın rəvayət nəql edir. Ondakı "şahid” sözündə məqsədin imam Əli (ə) olduğu qeyd edilir. Məsələn, Ənəs ibn Malikdən belə nəql olunur: "Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən...” ifadəsində məqsəd Məhəmməd (s), ”Ardınca Allah tərəfindən bir şahid gələn...” ifadəsində məqsəd Əli ibn Əbi Talibdir (ə). Müşriklər əhd-peymanlarını pozduqları zaman Məkkədə Peyğəmbəri-əkrəm (s) tərəfindən həmin ayələri tilavət edən şəxs Əli (ə) idi.”(Yənabiul-məvəddət”, səh. 94.)
    Başqa bir hədisdə İbn Abbasın belə dediyi nəql olunur: ”Ardınca Allah tərəfindən bir şahid gələn...” ifadəsindən məqsəd yalnız Əli ibn Əbi Talibdir!”("Şəvahidut-tənzil”, 1-ci cild, səh. 280, hədis: 383.)
    Həmçinin, imam Əlinin (ə) xüsusi səhabələrindən olan Zazan o həzrətdən belə nəql edir: "Əgər mənim üçün qəzavət kürsüsü hazırlansa və mən onda əyləşsəm, Tövrat əhli ilə öz kitabları – Tövrat, İncil əhli ilə öz kitabları – İncil, Zəbur əhli ilə öz kitabları – Zəbur və Quran əhli ilə öz kitabları – Quran əsasında qəzavət və hökm edərəm... Allaha and olsun! Gecə, yaxud gündüz, çöldə, yaxud dağda, səhralıqda, yaxud suda elə bir ayə nazil olmayıb ki, hansı saatda, yaxud kimin haqqında nazil olduğundan xəbərdar olmayım!”
    Bir nəfər "Ya Əmirəl-möminin! Quranda sənin haqqında bir ayə nazil olubmu” soruşduqda, o həzrət buyurdu: "Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən, ardınca Allah tərəfindən bir şahid gələn... kimsə (başqaları kimi ola bilərmi?!) ayəsində "Allah tərəfindən açıq-aydın dəlilə istinad edəni Məhəmməddir (s), ona şahid və onun ardınca qədəm götürən şəxs isə mənəm!”(Yenə orada, səh. 282, hədis: 387.)
    Süyuti də ”Əd-durrul-mənsur” kitabında bu haqda çoxlu rəvayət nəql etmişdir. İbn Əbi Hatəm, İbn Mərdəveyh və Əbu Nəimin Əli ibn Əbi Talibdən (ə) nəql etdikləri hədisdə belə buyurulur: "Qüreyşdən elə bir kişi yoxdur ki, Quranda onun barəsində ayə nazil olmasın!”
    Bir nəfər o həzrətdən soruşdu: "Quranda sənin də haqqında ayə varmı?”
    Buyurdu: "Məgər "Hud” surəsini oxumayıbsınızmı ki, Allah-taala buyurur: "Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən, ardınca Allah tərəfindən bir şahid gələn... kimsə (başqaları kimi ola bilərmi?!)”("Şəvahidut-tənzil”, 1-ci cild, səh. 280, hədis: 384.)
    Həmin kitabda bu məzmunda hədislər də nəql edilmişdir.
    "Ruhul-məani” təfsirində də İbn Əbi Hatəmin və İbn Mərdəveyhin Əlidən (ə) nəql etdikləri hədisdən sonra Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql olunur: "Allahdan açıq-aydın bir dəlilə istinad edən...” şəxs mənəm, "Ardınca Allah tərəfindən bir şahid gələn...” şəxs isə Əlidir.”
    Həmin kitabda yazılır: "Bəzi şiələr bu hədisləri Peyğəmbəri-əkrəmdən (s) sonra Əlinin (ə) xəlifəliyi ilə əlaqələndirirlər. Çünki bu ayədə Əli "şahid” sayılmış və "İnna ərsəlnakə şahidən və mübəşşirən və nəzirən” (Həqiqətən, Biz səni şahid, müjdə verən və qorxudan göndərdik!) ayəsində isə Peyğəmbəri-əkrəm (s) şahid kimi göndərilmişdir. Məlum olur ki, İslam ümməti arasında Əlinin (ə) məqamı Peyğəmbəri-əkrəmin (s) məqamı ilə eynidir. Çünki Allah-taalanın Qurani-kərimdə buyurduğu kimi, Əli (ə) də Allah tərəfindən bir şahid olaraq gəlmişdir. Nəticə budur ki, Əli (ə) İslam peyğəmbərindən (s) sonra xəlifədir!”
    Sonra belə yazır: "Bu düzgün deyil!” Ardınca sonra bir rəvayət nəql edərək "şahid” sözünü Peyğəmbərin (s) zamanına aid edir.("Əd-durrul-mənsur”, 3-cü cild, səh. 324.)
    Həmişə şiələrə və imam Əlinin (ə) imaməti ilə bağlı açıqlamalara qarşı çıxan "Əl-mənar” müəllifi "Ruhul-məani”nin müəllifi Alusidən geri qalmır. O da bu ayənin təfsirində əl-ayağa düşərək yazmışdır: "Ayənin zahiri mənası budur ki, "bəyyinə” (dəlil) Peyğəmbərin (s) öz nübüvvətinə olan qəti elmi, "şahid” isə Qurandır.” Bu barədə Səid ibn Cübeyrdən bir hədis nəql olunur. Orada "bəyyinə” Quran, "şahid” isə Cəbrail sayılır. Ayədəki "yətluhu” sözünün isə Qurani-kərimin Peyğəmbərə (s) tilavət edilməsi mənasını daşıdığı göstərilir. Əlavə edərək yazır: "Əlbəttə, zəif bir hədisdə deyilir ki, "şahid” Peyğəmbərin (s) Quranı camaata tilavət etdiyi dilidir. Şiələrin nəql etdikləri başqa bir hədisdə "şahid”in Əli (ə) olduğu göstərilir.”("Ruhul-məani”, 12-ci cild, səh. 28.)
    Belə yozumlar və təəssübkeşliklər Quran ayələrinin və rəvayətlərin düzgün başa düşülməsi yolunda ən böyük maneədir. Burada bir neçə məsələni qeyd etməyi lazım görürük:
    1. Şiə və sünnilərin məşhur kitablarında müxtəlif sənədlərlə nəql olunan çox saylı hədislər müqabilində "Əl-mənar” müəllifinin "Şiələrin nəql etdikləri zəif bir hədisdə "şahid”in Əli (ə) olduğu göstərilir” deməsi çox təəccüblüdür! Görəsən, o, əhli-sünnənin "Əd-durrul-mənsur”, "Şəvahidut-tənzil”, hətta "Ruhul-məani” kitablarında "şahid” sözünün imam Əliyə (ə) aid edilməsini təsdiqləyən hədisləri görməyibmi?! Məgər bu rəvayətləri təkcə şiələrmi nəql edib? Yoxsa şiənin xeyrinə tamamlanan rəvayətlər əhli-sünnə alimləri tərəfindən nəql edilsə belə, şiə rəvayəti hesab edilməlidir?!
    2. Bir qrup əhli-sünnə aliminin bu ayədə qeyd olunan "şahid” sözünü Peyğəmbəri-əkrəmin (s) "dili” kimi (Quranın heç bir yerində görünməyən məfhuma) təfsiri daha maraqlıdır. Çünki "Əl-mənar” müəllifi bu haqda yalnız zəif bir rəvayətin nəql olunduğunu bildirmişdir. Bəlkə də, o, "şahid” sözünün Peyğəmbəri-əkrəmin (s) dili, eləcə də, "yətluhu” sözünün Quranın tilavəti kimi təfsirinin həqiqətdən çox uzaq olduğuna diqqət yetirmişdir. Çünki bu təfsirə əsasən, ayənin mənası belədir: "Məgər Allahdan açıq-aydın bir dəlilə, yəni Qurani-kərimə istinad edən, ardınca onu tilavət edən... kimsə (başqaları kimi ola bilərmi?!)” Belə çıxır ki, Peyğəmbər (s) özü özünə şahiddir. Görəsən, iddialı kəs özü özünə şahid ola bilərmi?! Yoxsa başqa bir kəsin şahidliyi lazımdır? Məgər Quran Peyğəmbərin (s) dilindən çıxmayıbmı? Necə ola bilər ki, Peyğəmbərin (s) dili Qurana şahid olsun? Məgər Peyğəmbərin (s) dili onun özündən ayrıdırmı? Bəli, həqiqəti etiraf etmək istəməyənlər müxtəlif yollara əl atırlar.
    3. "Şahid” sözünün Cəbrail kimi təfsiri də düzgün deyil; çünki kimsə bu şahidi görmür. Bu halda onun şahidliyi səmərəsizdir.
    Görəsən, onları belə əsassız yozumlara nə vadar edir?!
    4. Ən maraqlısı Alusinin "Ruhul-məani”də yazdıqlarıdır: "Ayədə qeyd olunan "bəyyinə” (dəlil) Quran, "şahid” isə Quranın ecazkarlığıdır. Quranın "dəlil” olmasını yalnız onun ecazkarlığı ilə başa düşməliyik və ecazkarlığı nəzərə almadan onu dəlil hesab etmək olmaz.”
    Burada "bəyyinə” ilə "şahid” bir mənada olacaq. Bu da ayənin təfsirinə uyğun gəlmir.
    5. "Bəyyinə” (dəlil) sözünün Peyğəmbəri-əkrəmin (s) öz peyğəmbərliyinə olan batini və qəti elmi, "şahid” sözünün isə Qurani-kərim kimi təfsiri də qəribədir. "Bəyyinə” sözünün mənasını öncə Qurandan öyrənməliyik. Qurani-kərimdə bu söz 19 dəfə, onun cəm forması olan "bəyyinat” sözü 52 dəfə işlədilmişdir. Bu söz adətən batini və qəti elm "möcüzə”, yaxud "səmavi kitablar və Qurani-kərim” mənalarında verilir. Qətiyyətlə deyirik ki, burada "bəyyinə” sözü İslam peyğəmbərinin (s) əbədi möcüzəsi olan Qurani-kərimə, "şahid” sözü isə Peyğəmbəri-əkrəmin (s) haqq olduğuna şəhadət verən başqa bir şəxsə işarədir.
    Bu düzgün təfsirdən əndişələnənlər onu hansı mənaya yozurlarsa yozsunlar, yenə də əsassız iradlardan başqa bir nəticə almayacaqlar. Halbuki həqiqətin qəbulu çox da çətin deyil!
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 671 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024