İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 7:23 AM
    13-SİDDİQUN (SADİQLƏR) AYƏSİ
    "Hədid” surəsinin 19-cu ayəsində buyurulur:
    وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ أُوْلَئِكَ هُمُ الصِّدِّيقُونَ وَالشُّهَدَاء عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ
    "Allaha və Peyğəmbərinə iman gətirənlər – məhz onlar Allah dərgahında olan siddiqlər (sözündə və əməlində doğru olanlar) və şəhadət verənlərdir. Onların öz mükafatları və nurları vardır!”
    "Şəvahidut-tənzil” kitabında İbn Əbi Leylinin öz atasından belə nəql etdiyi qeyd olunmuşdur: "Peyğəmbəri-əkrəm (s) buyurub:
    اَلصِّدِّيقُونَ ثَلاثَةٌ: حَبِيبُ النَّجّارِ مُؤمِنُ آلِ ياسِينَ، حِزْبِيلُ (حِزْقِيلُ) مُؤمِنُ آلِ فِرْعَوْنَ، وَ عَلِىُّ بْنُ اَبِى طالِبٍ الثّالِثُ وَهُوَ اَفْضَلُهُمْ:
    "Sadiqlər (düzdanışanlar) üç nəfərdir: Ali-Yasin mömini Həbib Nəccar, ali-Firon mömini Hizbil (Hizqil) və onların fəzilətlisi olan Əli ibn Əbi Talib.”("Əl-mənar”, 12-ci cild, səh. 53.)
    Bu hədis Əhməd ibn Hənbəlin "Fəzailul-xəmsə”, Əbu Nəimin "Mərifətus-səhabə” və İbn Məğazilinin "Mənaqib” kitablarında da nəql olunmuşdur.("Şəvahidut-tənzil”, 2-ci cild, səh. 223, hədis: 937.)
    "Şəvahidut-tənzil” kitabında bu məzmunda müxtəlif sənədlərlə qırx hədis nəql olunmuşdur.("Şəvahidut-tənzil” kitabının haşiyəsi, Məhmudi, 2-ci cild, səh. 224.)
    Şeyx Süleyman Qunduzi "Yənabiul-məvəddət” kitabında bu hədisi Əbu Nəimə, İbn Məğaziliyə, Müvəffəq Xarəzmiyə və Əhməd ibn Hənbəlin "Müsnəd” kitabına istinad edərək, Əbu Leyli və Əbu Əyyub Ənsaridən nəql etmişdir.
    "Kənzül-ümmal” kitabında İbn Abbasdan,("Şəvahidut-tənzil”, hədis: 939-942.) "Ehqaqul-həqq” kitabında silsilə sənədlərlə müxtəlif kitablardan çoxlu rəvayət nəql olunmuşdur.(Kənzül-ümmal”, 11-ci cild, səh. 601, hədis: 32897.)
    Bu hədislər xilafət haqda birbaşa söz açmasa da, İslam ümməti arasında "siddiq” məqamını imam Əliyə (ə) aid edir. Bu bir fəzilətdir və başqaları ilə müqayisədə o həzrətin üstünlüyünü göstərir. Bununla da Peyğəmbərin (s) xəlifəlik məqamına Əlinin daha layiq olduğu aydınlaşır.
    Bir çox rəvayətlərdə imam Əli (ə) İslam ümmətinin siddiqi kimi tanıtdırılsa da, bəzi alimlər bu ləqəbi başqalarına vermişlər. Bu ayənin təfsirində nəql olunan bir sıra rəvayətlərdə siddiqlərin səkkiz nəfər (o cümlədən imam Əli (ə) və Əbu Bəkr) olduğu göstərilir. Bu rəvayətlər Peyğəmbərdən (s) nəql olunmamışdır. Peyğəmbərdən (s) nəql olunan hədisdə buyurulur ki, Əli (ə) bu ümmətin siddiqidir. Bu da ayənin ümumi məfhumu ilə ziddiyyət təşkil etmir. Dəfələrlə dediyimiz kimi, belə rəvayətlər ən kamil fərdə aid olub, İslam ümməti içərisində "siddiq”in ən kamil nümunəsini, sözündə və əməlində doğru olanı, Peyğəmbərə (s) hamıdan öncə iman gətirəni, o həzrəti birinci təsdiq edən şəxsi (imam Əlini (ə)) nəzərdə tutur.
    14-NUR AYƏSİ
    "Hədid” surəsinin 28-ci ayəsində buyurulur:
    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَآمِنُوا بِرَسُولِهِ يُؤْتِكُمْ كِفْلَيْنِ مِن رَّحْمَتِهِ وَيَجْعَل لَّكُمْ نُورًا تَمْشُونَ بِهِ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
    "Ey iman gətirənlər! Allaha təqvalı olun və Onun Peyğəmbərinə iman gətirin ki, Allah sizə Öz mərhəmətindən iki pay versin. Sizə yol getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan, rəhm edəndir.”
    "Şəvahidut-tənzil” kitabında bu ayənin təfsirində İbn Abbasdan belə nəql edilir: "Ayədə qeyd olunan "Allah sizə Öz mərhəmətindən iki pay versin” ifadəsindən məqsəd (Allah-taalanın Əliyə (ə) mərhəmət etdiyi) Həsən və Hüseyn (ə), ”Sizə yol getməyiniz üçün nur bəxş etsin” ifadəsindən məqsəd (İslam ümmətinin nuru və hidayət nişanəsi) Əli ibn Əbi Talibdir (ə).”("Ehqaqul-həqq”, 3-cü cild, səh. 243.)
    İbn Abbas bu sözü özündən deməmişdir; çünki elə həmin kitabda müəllif Cabir ibn Abdullah Ənsaridən başqa bir hədis nəql edir. Orada Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur: "...Allah sizə Öz mərhəmətindən iki pay versin” ifadəsindən məqsəd Həsən və Hüseyn (ə), ”Sizə yol getməyiniz üçün nur bəxş etsin” ifadəsində məqsəd isə Əli ibn Əbi Talibdir (ə)!”("Şəvahidut-tənzil”, 2-ci cild, səh. 227, hədis: 943.)
    Yenə həmin kitabda imam Baqirin (ə) belə buyurduğu nəql olunmuşdur:
    :مَنْ تَمَسَّكَ بِوَلايَةِ عَلِىٍّ فَلَهُ نُورٌ:
    "Əlinin (ə) vilayətindən yapışan şəxs üçün nur və aydınlıq var!”(Yenə orada, səh. 228, hədis: 944.)
    O, bunu da əsaslandırmaq məqsədilə Əbu Səid Xudridən bir hədis nəql edir ki, orada Peyğəmbəri-əkrəm (s) buyurmuşdur:
    اَما وَاللهُ لا يُحِبُّ اَهْلَ بَيْتِى عَبْدٌ اِلاّ اَعْطاهُ اللهُ عَزَّوَجَلَّ نُوراً حَتّى يَرِدَ عَلَىَّ الْحَوْضَ!:
    "Allaha and olsun! Allah-taala Əhli-beytimi sevən hər bir kəsə (qiyamətdə) Kövsər hovuzunun kənarına, mənim yanıma gəlmək üçün bir nur verəcəkdir!”(Yenə orada, hədis: 946.)
    "Kənzül-ümmal” kitabında imam Əlinin (ə) belə buyurduğu nəql olunmuşdur:
    اَنَا عَبْدُ اللهِ وَاَخُو رَسُولِهِ وَاَنَا الصِّدِّيقُ الاَكْبَرُ لا يَقُولُها بَعْدِى اِلاّ كَذّابٌ مُفْتَرٍ وَلَقَدْ صَلَّيْتُ قَبْلَ النّاسِ سَبْعَ سِنِينَ:
    "Allahın bəndəsi, Peyğəmbərinin qardaşı və böyük siddiq mənəm! Bu sözü məndən sonra yalançılardan başqa kimsə iddia etməz. Mən camaatdan yeddi il qabaq (Peyğəmbərlə (s) birlikdə) namaz qılırdım!”(Yenə orada, hədis: 947.)
    Həmin kitabda Məaz Ədviyyədən belə nəql edilmişdir: "Bəsrənin minbərində Əlinin (ə) belə buyurduğunu eşitdim:
    اَنَا الصِّدِّيقُ الاَكْبَرُآمَنْتُ قَبْلَ اَنْ يُؤمِنَ اَبُوبَكْرٍ وَاَسْلَمْتُ قَبْلَ اَنْ يُسْلِمَ:
    "Böyük siddiq mənəm! (Çünki) Mən Əbu Bəkr iman gətirməzdən öncə iman gətirmişəm, o, İslamı qəbul etməzdən qabaq İslamı qəbul etmişəm!”("Kənzül-ümmal”, 13-cü cild, səh. 122, hədis: 36389. (Beyrutun "Müəssisətur-risalə” çapı.))
    Ümumiyyətlə, əhli-sünnə kitablarından qeyd etdiyimiz hədislərə əsasən, imam Əli (ə) fəzilətcə, Peyğəmbəri-əkrəmdən (s) sonra imamət və xilafət məqamına hamıdan artıq layiq olan şəxsdir.
    Əllamə Əmini "Əl-qədir” adlı dəyərli əsərinin 3-cü cildində imam Əlinin (ə) kişilər içərisində Peyğəmbəri-əkrəmə (s) iman gətirən ilk şəxs olduğu ilə bağlı geniş söz açmışdır. Məşhur əhli-sünnə alimlərinin kitablarından çoxlu rəvayət nəql etmiş, hətta bir çox İslam şairlərinin də şerlərini dəlil kimi qeyd etmişdir.(Yenə orada, səh. 164, hədis: 36497.) Bu məsələ ilə əlaqədar "ilk müsəlman” adı ilə ayrıca bir fəsildə bəhs edəcəyik.
    15-İNZAR AYƏSİ
    "Şüəra” surəsinin 214-215-ci ayələrində buyurulur:
    وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ
    "Ən yaxın qohumlarını qorxut. Sənə tabe olan möminləri qanadın altına al!”
    Bu ayələr bütün İslam tarixçilərinin qeydə aldığı bir hadisədən söz açır. Təbərsinin "Məcməül-bəyan” kitabında yazdığına əsasən, bu məsələ şiə və sünnilərin nəzərində məşhurdur. Hakim Həskani "Şəvahidut-tənzil” kitabında Bərra ibn Azibdən belə nəql edir: "Ən yaxın qohumlarını qorxut” ayəsi nazil olandan sonra Peyğəmbəri-əkrəm (s) qırx nəfərdən ibarət Əbdülmüttəlib övladlarını bir yerə yığdı və onlara süfrə açıb buyurdu: "Allahın adı ilə (süfrəyə) yaxınlaşın və yeyin!” Sonra südlə dolu bir qab gətirib buyurdu: "Allahın adı ilə için!” Ertəsi gün yenə onları bir yerə yığıb, süfrə başına dəvət etdi. Bu vaxt onları həm qorxudub, həm də müjdələyərək buyurdu: "Mən sizə dünya və axirət xeyri gətirmişəm. İslamı qəbul edin və doğru yola yönəlmək üçün mənə tabe olun!” Sonra əlavə edərək buyurdu: "Sizlərdən mənimlə (bu yolda) qardaş olmağa, mənə kömək etməyə, məndən sonra da əhli-əyalım arasında vəsim və canişinim olmağa, dinimi yaymağa kim hazırdır?”
    Məclisə sükut çökdü. Həzrət bu sözü üç dəfə təkrarladıqdan sonra kimsə yox, məhz Əli (ə) ayağa durub dedi: "Mən bu işə hazıram!” Peyğəmbər (s) buyurdu: "Beləsə, mənim vəsim və canişinim sən olacaqsan!”
    Məclisdə iştirak edənlər durub gedərkən, istehza ilə Əbu Talibə deyirdilər: "Get, oğluna (Əliyə) itaət et. Məhəmməd (s) onu sənin əmirin seçdi!”("Əl-qədir”, 3-cü cild, səh. 221-241)
    "Şəvahidut-tənzil” kitabının haşiyəsində bu hədis Abdullah ibn Abbasdan və Əbu Rafedən də nəql olunmuşdur.
    Nisai "Xəsais” kitabında Rəbiə ibn Nacizdən belə nəql edir: "Bir nəfər Əliyə (ə) "Sənin, əmin oğlu Məhəmmədə (s) varis olmağına səbəb nə idi? Halbuki səndən öndə duran əmin buna layiq olmadı” deyə soruşduqda, Əli (ə) onun cavabında "Yovmul-inzar”ı (Peyğəmbərin (s) qırx nəfər qohumlarından ibarət təşkil etdiyi məclisi) vurğuladı və nəhayət, Peyğəmbərin (s) belə buyurduğunu nəql etdi: "Sizdən hansı biriniz mənə beyət etməklə mənim qardaşım, dostum və varisim olmaq istəyir?” Heç kim cavab vermədi. Mən ayağa qalxdım, halbuki hamıdan kiçik idim. Peyğəmbər (s) buyurdu: "Sən otur!” Peyğəmbər (s) sözünü üç dəfə təkrar etsə də, məndən başqa heç kim ona cavab vermədi. Axırda əlini mənim əlimə qoyub buyurdu: "Buna görə də əmimi deyil, əmim oğlumu özümə varis edirəm!”("Şəvahidut-tənzil”, 1-ci cild, səh. 420 (ixtisarla) və "Məcməül-bəyan”, 7-8-ci cild, səh. 206.)
    Məşhur tarixçi Təbəri də bu hədisi geniş şəkildə nəql etdikdən sonra yazır: "Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) işarə edərək buyurdu:
    اِنَّ هذا اَخِى وَوَصِىِّ وَخَلِيفَتِى فِيكُمْ فَاسْمَعُوا لَهُ وَاَطِيعُوهُ:
    "Bu sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Ona qulaq asın və itaət edin!” Camaat gülə-gülə (istehza ilə) ayağa qalxıb gedərkən, Əbu Talibə (Əlinin (ə) atasına) dedilər: "Məhəmməd (s) əmr etdi ki, sən öz oğlunun sözünə qulaq asasan və itaət edəsən!”("Təliqati Şəvahidut-tənzil”, 1-ci cild, səh. 423.)
    Təbəri bu hədisi başqa ravilərdən də nəql etmişdir.
    Diqqəti cəlb edən məsələ budur ki, Təbəri kimi əhli-sünnənin böyük tarixçi və müfəssiri "Tarix” kitabında("Tarixi-Təbəri”, 2-ci cild, səh. 63. Beyrut çapı.) bu hadisəni yuxarıdakı kimi qeyd etsə də, "Camiul-bəyan” təfsirində bu ayənin təfsirinə çatanda, Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Sizdən hansı biriniz bu işdə mənə kömək edə bilər ki, sonra mənim qardaşım... sair və sair olsun!” Əli (ə) dedi: "Ey Allahın Peyğəmbəri (s)! Mən sənə kömək edə bilərəm!” Peyğəmbər (s) də buyurdu: اَنَّ هذا اَخِى وَ كَذا وَكَذا: "Həqiqətən, bu mənim qardaşımdır... sair və sair”("Təbərinin "Tarix” kitabından əlavə, 30 cilddən ibarət təfsir kitabı da vardır..)
    Gördüyünüz kimi, Təbəri Peyğəmbərin (s) buyurduğu "vəsiyyi və xəlifəti fikum” (Əli sizin aranızda mənim vəsim və xəlifəmdir) ifadələrinin yerinə "kəza və kəza” (sair və sair) sözlərilə kifayətlənir ki, məbada "vəsi və xəlifə” sözləri Əhli-beyt məktəbinin ardıcıllarının əlinə düşsün. Bunlar imam Əlinin (ə) xəlifəliyi üçün ən böyük dəlillərdir.
    Bəli, bu da əhli-sünnənin Təbəri kimi aliminin təəssübkeşliyi və həqiqəti gizlətməsi idi! Görəsən, kitab yazmaq və Peyğəmbəri-əkrəmin (s) hədislərinə qarşı əmanətdarlıq budurmu? Görəsən, alim fikirləşmirdimi ki, bir gün gələcək, onun "Tarix” kitabındakı ifadələrini "Təfsir” kitabındakı ifadələrlə müqayisə edəcəklər? Doğrusu, bu sahədə Təbəri tək deyil, onunla eyni əqidədə olanlara çox rast gəlmək mümkündür.
    Alusi "Ruhul-məani” kitabında bu rəvayəti naqis və natamam şəkildə nəql etdikdən sonra yazır: "Şiələr xilafətlə bağlı məqsədlərinə çatmaq üçün bu rəvayətə istinad edirlərsə, biz də onu təvil etməli, yozmalı, yaxud da onun saxta və zəif olduğunu deməliyik!”("Təfsiru camiul-bəyan”, Təbəri, 19-cu cild, səh. 75, "Şüəara” surəsinin 214-cü ayəsi..)
    Bu məşhur təfsir aliminin sözləri adamı dəhşətə gətirir! O deyir ki, bu rəvayətin şiələrin xeyrinə qurtarmaması üçün onu təvil etmək, yozmaq, yaxud da saxta və zəif hesab etmək lazımdır. Belə çıxır ki, Quran, hədis və tarixi həqiqətləri təhrif etmək olar. Demək onların əqidələrinə münasib olmayan hədisləri gözüyumlu saxta və zəif hesab etməliyik! Şübhəsiz ki, bütün peyğəmbərlər və səmavi kitablar səhnəyə çıxsa da bu təfəkkür tərzinə malik şəxsin əqidəsini dəyişdirə bilməzlər.
    Əhli-sünnənin hənbəli məzhəbinin rəhbəri Əhməd ibn Hənbəl isə "Müsnəd” adlı məşhur kitabında "Yovmul-inzar” hadisəsini, Peyğəmbərin (s) buyurduğunu belə nəql edir: "Kim mənim borclarımı ödəmək, vədlərimə vəfa etmək, mənimlə behiştdə və əhli-beytimin içərisində canişinim olmaq istəyir?” Əli (ə) Peyğəmbərə (s) müsbət cavab verib deyir: "Mən bu işi görərəm!”("Ruhul-məani”, 19-cu cild, səh. 135, bəhs etdiyimiz ayənin təfsirində.).)
    İbn Əbil-Hədid Mötəzili yazır: "Təbəri ”vəzirlik” hədisini (Əlinin (ə) vəzirliyini isbat edən yuxarıdakı hadisəni) "Tarix” kitabında Abdullah ibn Abbasdan, o da Əli ibn Əbi Talibdən (ə) belə nəql etmişdir: "İnzar” ayəsi nazil olandan sonra Peyğəmbər (s) məni (Əli (ə) çağırdı...” Sonra hadisəni geniş şəkildə yazır və nəhayət, Peyğəmbərin (s) bu kəlamını nəql edir: "Allah mənə sizi Onun dininə dəvət etməyi göstəriş vermişdir. Sizdən hansı biriniz bu işdə mənə yardımçı olsa, mənim qardaşım, vəsim və canişinimdir...”
    Əli (ə) ayağa qalxıb dedi: "Ya Rəsuləllah! Mən bu işdə sənə vəzir və yardımçı olmağa hazıram!”
    Peyğəmbər (s) buyurdu: "O mənim sizin aranızda qardaşım, vəsim və xəlifəmdir.”(Müsnədi-Əhməd”, 1-ci cild, səh. 111 (azacıq ixtisarla)..)
    Diqqət yetirmək lazımdır ki, bu rəvayətdə və öncə qeyd etdiyimiz rəvayətlərin bir qismində işlənən "xəlifəti fikum” (sizin aranızda mənim xəlifəm) ifadəsindən məlum olur ki, digər rəvayətlərdə qeyd olunan "əhl” sözündən də məqsəd eyni mənadır.
    İbn Əsir("Nəhcül-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 13-cü cild, səh. 210) "Kamil” kitabında da bu hadisəni hətta bir çox tarix və hədis alimlərindən daha geniş şəkildə nəql edərək yazır ki, Peyğəmbər (s) buyurmuşdur: "Sizdən hansı biriniz bu işdə mənə kömək etsə, o, sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir” Heç kim cavab verməyib sakit durduğu zaman Əli (ə) dedi: "Ey Allahın Peyğəmbəri! Mən bu işdə sənə kömək edərəm!” Peyğəmbər (s) buyurdu:
    اِنَّ هذا اَخِى وَوَصِىِّ وَخَلِيفَتِى فِيكُمْ فَاسْمَعُوا لَهُ وَاَطِيعُوهُ:
    "Bu sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Ona qulaq asın və tabe olun!”(İbn Əsir hicri qəməri tarixi ilə 7-ci əsrin ən məşhur tarixçisi olmuş və onun yazdığı "Tarix” kitabı 13 cilddən ibarətdir.)
    Bəli, İbn Əsirin nəql etdiyi bu hədisdə "xəlifəti fikum” (sizin aranızda mənim xəlifəm) ifadəsindən görünür ki, Peyğəmbərin (s) möcüzələrindən biri də Əlini (ə) on üç yaşında ikən özündən sonraya xəlifə kimi tanıtdırması idi. Kim deyə bilərdi ki, on üç yaşlı bir uşaq gələcəkdə varlıq aləminin ən böyük şəxsiyyəti, Peyğəmbərin (s) canişini olacaq?! Peyğəmbəri-əkrəm (s) isə bunu həm dəvətinin ilk çağlarında, həm də ömrünün sonunda ("Qədir-Xum” da) bəyan etmişdir. Məgər bunlar imam Əlinin (ə) imamətini sübut edən aydın dəlillər deyilmi?
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 651 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024