İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 7:21 AM
    16-MƏRƏCƏL-BƏHREYN AYƏSİ
    "Ər-rəhman” surəsinin 19-22-ci ayələrində buyurulur:
    مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ
    "O, iki dənizi bir-birinə qovuşdurdu. Halbuki onların arasında maneə var və bir-birinə qarışmırlar. Belə olduqda, Rəbbinizin hansı nemətlərini danırsınız? O iki dənizdən inci və mərcan çıxır!”
    Alimlərin bu ayələrin təfsirində çoxlu mübahisəli fikirləri var. Biz bu barədə "Təfsiri-nümunə” kitabında geniş söz açmışıq.
    Bəziləri demişlər: "Ayədə qeyd olunan iki dənizdən məqsəd suları şirin və şor olan, eyni zamanda bir-birlərinə qarışmayan iki dənizdir. Dünyanın bir çox məntəqələrində bunu müşahidə etmək olar.
    Diqqəti cəlb edən digər bir təfsirə görə, burada məqsəd dünya okeanının ekvator boyu isti sularını hər iki qütbə doğru yönəldən (Qolfştrem cərəyanı kimi) böyük axın və cərəyanlardır. Bəzən onların rəngi də ətraf suların rəngindən fərqlənir. Hətta bəzən onların eni 150 km, dərinliyi 100-200 metr olur. Gün ərzində saatda 160 km sürətlə hərəkət edir və istiliyi ətraf sulardan fərqlənərək, 10-15 dərəcəyə çatır. Belə isti su cərəyanları isti küləklər yaradır. O şimal istiqamətindəki məntəqə və ölkələrin havasını dəyişir, mülayimləşdirir. Əgər bu cərəyanlar baş verməsə həmin ölkələrdə həyat tərzi çətin və dözülməz olar.
    Əlbəttə, bu iqlim hadisəsi dünyanın beş qitəsinin sularında müşahidə olunur. Bu prosesin əsas amili suyun ekvator xətti boyunca, hər iki qütbdə fərqliliyidir. (Bu barədə əlavə izahat istəyənlər "Təfsiri-nümunə” kitabının 23-cü cildinin 131-ci səhifəsinə müraciət etsinlər.)
    Quran ayələrinin zahiri və batini mənaları olduğundan, bəzən ayələr həm zahiri, həm də batini baxımdan təfsir edilir. İslam rəvayətlərində bu "iki dəniz”in batini təfsiri Əli (ə) və Fatimeyi-Zəhra (ə.s), ayədə qeyd olunan inci və mərcan sözlərinin təfsiri isə Həsən və Hüseyndir (ə).
    "Şəvahidut-tənzil” kitabında "O, iki dənizi bir-birinə qovuşdurdu” ayəsinin təfsirində Salman Farsidən nəql olunan rəvayətdə deyilir ki, məqsəd Əli (ə) və Fatimeyi-Zəhradır (ə.s). Sonra əlavə edərək Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu yazır: "O iki dənizdən inci və mərcan çıxır” ayəsindən məqsəd Həsən və Hüseyndir (ə).(""Kamil”, 2-ci cild, səh. 63, Beyrutun "Darus-sadir” çapı..) Bu məzmunda digər bir oxşar rəvayət İbn Abbas və Zəhhakdan nəql olunmuşdur.("Şəvahidut-tənzil”, 2-ci cild, səh. 209, hədis: 919.)Yenə həmin kitabda Səid ibn Cübeyrdən, o da İbn Abbasdan belə nəql edilir ki, "O, iki dənizi bir-birinə qovuşdurdu” ifadəsində məqsəd Əli (ə) və Fatimeyi-Zəhra (ə.s), "Onların arasında maneə vardır və bir-birinə qatışmırlar” ifadəsində məqsəd sonsuz və kəsilməyən əbədi məhəbbət, "O iki dənizdən inci və mərcan çıxır” ifadəsində isə məqsəd Həsən və Hüseyndir (ə).(Yenə orada, səh. 208.)
    Başqa bir hədisdə "Onların arasında maneə vardır və bir-birinə qarışmırlar” ayəsinin təfsirində İbn Abbasdan nəql olunan açıq-aydın bir rəvayətdə belə deyilir: "Əli (ə) ilə Fatimeyi-Zəhranın (ə.s) arasında elə sevgi və məhəbbət vardır ki, kin-küdurəti tamamilə uzaqlaşdırır.”(Yenə orada, səh. 210.)
    Ayədə qeyd olunan "bərzəx” sözü lüğətdə iki şey arasındakı maneə mənasını daşıyır. Burada da məqsəd kin-küdurəti qovan dostluq və məhəbbətdir.
    Süyuti "Əd-durrul-mənsur” kitabında bu ayənin zahiri mənası ilə bağlı rəvayətləri qeyd etdikdən sonra, öncə vurğuladığımız hədislərin batini mənası ilə bağlı İbn Abbasdan, o da Peyğəmbəri-əkrəmdən (s) nəql edərək yazır: "İbn Mərdəveyh "O, iki dənizi bir-birinə qovuşdurdu” ifadəsinin təfsirində İbn Abbasdan nəql edir ki, məqsəd Əli (ə) və Fatimeyi-Zəhra (ə.s), "O iki dənizdən inci və mərcan çıxır” ifadəsində isə məqsəd Həsən və Hüseyndir (ə).”(Yenə orada, səh. 230.)
    O, bu rəvayəti Ənəs ibn Malikdən də nəql etmişdir.("Əd-durrul-mənsur”, 6-cı cild, səh. 143.)
    Məşhur təfsir alimi Alusi "Ruhul-məani” kitabında yuxarıdakı rəvayəti İbn Abbas və Əyas ibn Malikdən, eləcə də Təbərsinin vasitsilə Salman Farsi, Səid ibn Cübeyr və Süfyan Suridən nəql etdikdən sonra belə yazır: "Mənim nəzərimcə, bu rəvayətlər səhih və düzgün olsa da, bu ayənin təfsiri ilə heç bir əlaqəsi yoxdur. Üstəlik sufilərin bir çox ayələrlə bağlı yozumlarına bənzəyir. Əlbəttə, bizim nəzərimizcə, Əli və Fatimə elm və fəzilət baxımından dəryalardan da böyükdür. Həmçinin Həsən və Hüseyn inci və mərcandan daha gözəl, daha cəlbedicidir.”(Yenə orada.)
    Həqiqətdə, onun Peyğəmbərin (s) Əhli-beytinə münasibətdə bu etirafı tərifəlayiqdir; bu şərtlə ki, qeyd etdiyimiz rəvayətləri dəyərdən salmaq məqsədi olmasın. Alusi guya unutmuşdur ki, bu hədis müxtəlif sənədlərlə Peyğəmbəri-əkrəmdən (s) nəql olunmuş və o həzrətin də ayələri yozmağa ixtiyarı var! Amma bunun sufilərin azğın fikirləri və sənədsiz yozumları ilə müqayisəsi zülm, haqsızlıqdır və belə bir alimin şənindən uzaqdır.
    Ümumiyyətlə, bu ayə də imam Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseynin (ə) böyük fəzilətini sübuta yetirən ayələrdən biridir. Çünki Əli (ə) və Fatimeyi-Zəhra (ə.s) Alusinin yazdığı kimi, iki böyük dəryaya bənzəyirlər. Belə ki, onlar Allahın əzəmətli nişanələri, xeyir-bərəkət mənbəyi, elm və biliklərin başlanğıcı, ismət, paklıq, səxavət, əxlaq və s. göstəriciləridir. Alusi onların övladlarını elm və təqvada, fəzilət və paklıq baxımından dəryanın tayı-bərabəri olmayan, qiymətli, misilsiz ləl-cavahirinə bənzədir. Axı, İslamda kimin haqqında bu qədər fəzilət sadalanmışdır?! Peyğəmbərin (s) canişinliyinə Əli (ə) və onun övladlarından başqa kim layiq ola bilər?! Alimlər özlərinə bu qədər fəzilətlərə etinasızlıqla yanaşmağa necə icazə verirlər?!
    17-NƏCVA (PIÇILTI) AYƏSİ
    "Mücadilə” surəsinin 12-13-cü ayələrində buyurulur:
    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَاجَيْتُمُ الرَّسُولَ فَقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَةً ذَلِكَ خَيْرٌ لَّكُمْ وَأَطْهَرُ فَإِن لَّمْ تَجِدُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ أَأَشْفَقْتُمْ أَن تُقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَاتٍ فَإِذْ لَمْ تَفْعَلُوا وَتَابَ اللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
    "Ey iman gətirənlər! Peyğəmbərlə məxfi danışığa getməzdən öncə (Allah yolunda) sədəqə verin. Bu sizin üçün daha xeyirli, daha pakdır. Əgər bir şey tapmasanız, (bilin ki,) Allah bağışlayan və rəhm edəndir. Yoxsa siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuz?! İndi ki, siz bu işi etmədiniz və Allah da tövbənizi qəbul etdi, onda namaz qılın, zəkat verin, Allaha, Onun Peyğəmbərinə itaət edin (və bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır!”
    Bu iki ayədə mövcud olan dəlillərdən, eləcə də, bir çox alimlərin, o cümlədən, Təbərsinin "Məcməül-bəyan”, Fəxri-Razinin "Kəbir”, Qurtubinin "Əl-camiu li-əhkamil-Quran”, Alusinin "Ruhul-məani” və digər təfsir kitablarında onun nazil olma səbəbilə əlaqədar qeydlərindən belə başa düşülür ki, bəzən müsəlmanlar (bəzi təfsirçilərin yazdıqları kimi, sərvətli müsəlmanlar) Peyğəmbərin (s) yanında mövqe qazanmaq üçün hər bir kiçik və əhəmiyyətsiz məsələni ona pıçıltı ilə və məxfi şəkildə bildirirdilər. Nadanlar anlamırdılar ki, Peyğəmbər (s) vaxtını bir fərdin əhəmiyyətsiz sözlərinə sərf etməklə mühüm işlərdən qalır. Bu iş həm də zəif və yoxsul təbəqəni narahat edirdi. Bu zaman qeyd etdiyimiz birinci ayə nazil oldu və müsəlmanlara belə bir göstəriş verildi: "Əgər Peyğəmbərlə məxfi şəkildə danışmaq istəyirsinizsə, bu işdən öncə Allah yolunda sədəqə verin.” Bu göstəriş maraqlı bir sınaqla yanaşı, Peyğəmbərlə (s) səmimi əlaqədə olduğunu iddia edənlərə tutarlı bir cavab oldu. Bir nəfərdən (yalnız imam Əmirəl-möminin Əlidən (ə)) başqa heç kim Peyğəmbərlə (ə) məxfi danışmaqdan əvvəl sədəqə vermədi.
    Bununla da müsəlmanlar imam Əlinin (ə) Allah və Onun Peyğəmbərinin (s) yanında yüksək məqama malik olduğunun şahidi oldular. Qısa bir müddətdən sonra ikinci ayə nazil olub, birinci ayədə qeyd olunan hökmü ləğv etdi. Bununla da məlum oldu ki, bəzilərinin ürəklərində sərvət, mal-dövlət sevgisi Peyğəmbərlə (s) məxfi danışmaqdan artıqdır. Həm də aydın oldu ki, məxfi danışmaq istəyənlərin sözləri əhəmiyyətsizdir. Onların bu işdə məqsədi yalnız ictimai mövqe qazanmaq idi.
    Bu ayənin təfsiri ilə bağlı çoxlu rəvayət nəql olunmuşdur ki, onun hökmünə əməl edən şəxs yalnız imam Əli (ə) olmuşdur. "Şəvahidut-tənzil” kitabında nəql olunur ki, Mücahid imam Əlinin (ə) belə buyurduğunu demişdir:
    اِنَّ فِى الْقُرْآنِ لآيَة ما عَمِلَ بِها اَحَدٌ قَبْلِى وَلا بَعْدِى وَهِىَ آيَةُ النَّجْوى، قالَ كانَ لِى دِينارٌ فَبِعْتُهُ بِعَشَرَةِ دَراهِمَ، فَكُلَّما اَرَدْتُ اَنْ اُناجِىَ النّبِىَّ (ص) تَصَدَّقْتُ بِدِرْهَمٍ مِنْهُ ثُمَّ نُسِخَتْ:
    "Quranda bir ayə var ki, məndən qabaq və məndən sonra ona əməl edən bir kəs olmayıb və olmayacaq da; bu "nəcva” ayəsidir. Mənim bir dinar pulum var idi, onu on dirhəmə satdım. Bununla da hər vaxt Peyğəmbərlə (s) məxfi danışmaq istəsəydim, bir dirhəm sədəqə verərdim. Lakin bir müddətdən sonra o ayənin hökmü (sonrakı ayənin vasitəsilə) ləğv oldu.”("Ruhul-məani”, 37-ci cild, səh. 93 (bəhs etdiyimiz ayənin təfsirində).)
    Başqa bir rəvayətdə Əbu Əyyub Ənsaridən belə nəql olunur: "Bu ayə Əli (ə) haqda nazil olmuşdur. Əli (ə) Peyğəmbərlə (s) on dəfə məxfi danışdı və hər danışığından əvvəl bir dirhəm sədəqə verdi.”(Şəvahidut-tənzil”, 2-ci cild, səh. 231, hədis: 951.)
    Növbəti rəvayətdə Mücahiddən belə nəql olunur: "Qurani-kərimdə bir ayə var ki, hökmü ləğv olana qədər Əli ibn Əbi Talibdən (ə) başqa heç kim ona əməl etmədi. Həmin ayə "nəcva” ayəsidir. O, Allahın Peyğəmbəri ilə məxfi danışdı və bir dinar pul sədəqə verdi.”(Yenə orada, səh. 240, hədis: 946.)
    Həmin kitabda bu barədə təxminən, on rəvayət nəql olunmuşdur.
    Süyuti "Əd-durrul-mənsur” təfsirində də bu rəvayəti (yeddi müxtəlif sənədlə), onun düzgünlüyü ilə bağlı Hakim Nişapurinin etirafını və imam Əlinin (ə) belə buyurduğunu nəql edir: "Qurani-kərimdə bir ayə var ki, məndən qabaq və sonra ona əməl edən olmayıb və olmayacaq.” Sonra hədisin davamını "Şəvahidut-tənzil” kitabında nəql olunduğu kimi qeyd etmişdir.(Yenə orada.)
    Yenə həmin kitabda müxtəlif ravilərdən belə nəql olunmuşdur: "Peyğəmbər (s) (şəxsi danışığa gəlmək istəyənlərin nə qədər sədəqə verəcəkləri barədə Əli (ə) ilə məsləhətləşib) buyurdu: (Ya Əli!) Bir dinar necədir? Əli (ə) dedi: (Ya Peyğəmbər (s)) Camaatın ona gücü çatmaz. Peyğəmbər (s) buyurdu: Bir dinarın yarısı necə? Əli (ə) dedi: Buna da camaatın gücü çatmaz. Buyurdu: Bəs, nə qədər olsa, yaxşıdır? Dedi: Bir arpa ağırlığı qədər qızıl pul! Peyğəmbər (s) buyurdu: (Ya Əli!) Onun miqdarını çox az dedin!
    Onların söhbətindən bir az keçməmişdi ki, ”Yoxsa siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuz?! İndi ki, siz bu işi etmədiniz və Allah da tövbənizi qəbul etdi, onda namaz qılın, zəkat verin...” ayəsi nazil olub, ötən hökmü ləğv etdi.
    Əli (ə) buyurur: "Allah-taala mənim vasitəmlə bu ümmətin yükünü yüngülləşdirdi.”(Əd-durrul-mənsur”, 6-cı cild, səh. 185.)
    Bu məsələ ilə əlaqədar Bursuinin "Ruhul-bəyan” təfsirində Abdullah ibn Ömər ibn Xəttabdan nəql etdiyi bir hədis diqqəti daha çox cəlb edir. O deyir: "Əgər Əlinin (ə) malik olduğu üç fəzilətdən biri məndə olsaydı, bir dəstə qırmızı dəvəyə(Yenə orada, 6-cı cild, səh. 185)(ən qiymətli mala) sahib olmağımdan daha yaxşı olardı. Birincisi, Əlinin (ə) Fatimeyi-Zəhra (ə.s) ilə evlənməsi, ikincisi, "Xeybər” müharibəsində qələbə bayrağını əlinə götürməsi, üçüncüsü, "nəcva” ayəsidir.”(Bu söz ərəblər arasında daha qiymətli əşyalar barəsində işlədilir. Onlar nəfis, qiymətli və inci əşyaları bəyan edərkən, bu sözü işlədirlər. Bu söz atalar sözü formasına düşmüşdür.)
    Bu hədisi Zəməxşəri "Kəşşaf”, Qurtubi "Əl-camiu li-əhkamil-Quran” və Təbərsi "Məcməül-bəyan” kitablarında nəql etmişlər.("Ruhul-bəyan”, 9-cu cild, səh. 406.)
    Həqiqətdə, Abdullah ibn Ömər üç həssas və mühüm məsələyə işarə etmişdir. Çünki Peyğəmbərin (s) buyurduğu kimi, bütün dünya qadınlarının ən fəzilətlisi Fatimeyi-Zəhraya (ə.s) layiq, yalnız Əlidir (ə) və Peyğəmbərdən (s) sonra bəşəriyyətin qəhrəmanı odur! "Xeybər” döyüşündə İslam sərkərdələrinin məğlub olduğu zaman Peyğəmbərin (s) bayrağı imam Əliyə (ə) verməsi və bununla da müsəlmanların bu döyüşdə qələbə qazanması başqalarının arzuladığı misilsiz bir fəzilətdir. "Nəcva” ayəsinə gəldikdə isə, bu ayəyə əməl edən yeganə şəxs imam Əli (ə) olmuşdur.
    Qəribədir ki, bəziləri bu məsələni əhəmiyyətsiz göstərməyə, hətta Əlinin (ə) bu fəzilətini ört-basdır etməyə cəhd göstərmişlər! Onlar adəti üzrə, həmişə bəhanələr, məntiqsiz və əsassız dəlillər girdabındadırlar. Bəzən deyirlər ki, səhabələrin böyükləri (sədəqə verməyə) ehtiyac bilmədikləri üçün bu işə əməl etməmişlər; bəzən deyirlər ki, səhabələrin bu işi görməyə (sədəqə verməyə) kifayət qədər vaxtı yox idi. Çünki bu hökm tez bir zamanda ləğv olundu; bəziləri də deyirlər ki, sədəqə verib, Peyğəmbərlə (s) məxfi danışığa getmək, yoxsulları narahat edər, sərvətliləri qorxuya salar. Çünki yoxsulların sədəqə verməyə gücləri çatmırdı və sərvətlilər də gücləri çatdıqları halda, əgər bu işi tərk etsəydilər, danlanacaqdılar. Buna görə də digər səhabələrin bu ayənin hökmünə əməl etməməsi, onları fəzilətdən salmır.”("Kəşşaf”, 4-cü cild, səh. 494; "Əl-camiu li-əhkamil-Quran”, 9-cu cild, səh. 6472 və "Məcməül-bəyan”, 9-10-cu cild, səh. 252, bəhs etdiyimiz ayənin təfsirində.)
    Amma bu böyük təfsir alimləri sanki ikinci ayəni bəhanə gətirdikləri zaman tamamilə unutmuşlar ki, Allah-taala elə həmin ayədə əvvəlcə Peyğəmbərlə (s) məxfi danışanları hökm nazil olduqdan sonra sədəqəni tərk etdikləri üçün danlayır və məzəmmət edir. Ayədə buyurulur: "Yoxsa siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuz?” Allah-taala bu işi tərk etməyi bir növ günah hesab edərək buyurur: "Allah tövbənizi qəbul etdi!” Bu ayədə sədəqə verməyi tərk edənlərin bağışlandığı bildirilir. Onun əvəzində namaz qılmaq, zəkat vermək, Allaha və Peyğəmbərə (s) itaət etmək əmri verilir. Əgər digər səhabələrin vaxtı yox idisə, məqsədləri yoxsulların qəlbini ələ almaq, sərvətlilərin qorxusunu aradan qaldırmaq idisə, onda nə üçün Allah-taala onları məzəmmət edir və tövbə məsələsini gündəmə gətirir?! Ayəyə diqqət yetirməklə məlum olur ki, onların tutduğu iş düzgün deyilmiş. Bu mövqedən çıxış edən alimlər əqidələrinə uyğun gəlməyən məsələlərdə Quran ayələrinin münasibətini görə bilmirlər.
    İmam Əlinin (ə) fəzilətini əhəmiyyətsiz göstərmək üçün demişlər: "Nəcva” ayəsi ilə onun hökmünü ləğv edən sonrakı ayə arasında yalnız bir saat fasilə olmuşdur. Buna görə də, digər səhabələr onun hökmünə əməl etməyə müvəffəq olmamışlar.” Belələri də yaddaşı zəif qrupdan sayılır. Çünki onlar hökmü ləğv edən ayənin tonuna diqqət yetirməmişlər. Həmin ayədə bir qrup səhabə məzəmmət olunur ki, nə üçün yoxsulluq qorxusundan sədəqə verməyi və Peyğəmbərlə (s) məxfi danışmağı tərk etmişlər! Düzdür, onlar bu işi tərk etsələr də, Allah rəhm edəndir və onların tövbəsini qəbul etmişdir. Əgər bu iki ayə arasında fasilə bir saat olsaydı, Allah-taala onları məzəmmət etməzdi. Bir sıra rəvayətlərdə "bu iki ayə arasında fasilə on gün olmuşdur” fikri daha münasibdir.("Kəbir” təfsiri, Fəxri-Razi, 29-cu cild, səh. 272 və "Ruhul-məani”, 28-ci cild, səh. 28.)
    Sual: Bu məsələ ilə bağlı bir sual qalır. Bu işi necə fəzilət hesab etmək olar? Bəzi təəssübkeş təfsirçilərin dedikləri kimi, nə ona əməl etmək bir fəzilətdir, nə də onu tərk etmək bir nöqsan və xəta.
    Cavab: Bu sual da keçən bəhslərdə cavablandırıldı. Əlavə olaraq deyə bilərik ki, sualın cavabını tapmaq üçün ən yaxşı yol Qurani-kərimə müraciət edib, hökmü ləğv edən (ikinci) ayəyə diqqət yetirməkdir. Bu ayədən göründüyü kimi, Allah-taalanın əmrilə müsəlmanlar sınağa çəkilir. Belə ki, Peyğəmbərlə (s) şəxsi danışmaq istəyənlər müsəlmanları nəzərə alaraq yenidən danışıq üçün, Allah yolunda sədəqə verməli idilər. Burada yalnız bir nəfər bu ilahi sınaqdan layiqincə keçdi və o da Əli ibn Əbi Talib (ə) oldu. Məgər bu böyük bir iftixar və fəzilət deyilmi?! Başqa sözlə, bütün səhabələr ayədə məzəmmət olunduğu və onların tövbəsindən söz açıldığı halda, burada istisna edilən şəxs yalnız imam Əlidir (ə).
    Bəs, nə üçün bəzi alimlər belə açıq-aydın həqiqəti inkar etmək istəyirlər? Bunun səbəbi haqda özünüz düşünün!
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 541 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024