İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 7:20 AM
    18-SABİQUN (ÖNDƏ OLANLAR) AYƏSİ
    "Vaqiə” surəsinin 10-14-cü ayələrində buyurulur:
    وَالسَّابِقُونَ السَّابِقُونَ أُوْلَئِكَ الْمُقَرَّبُونَ فِي جَنَّاتِ النَّعِيمِ ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ
    "Öndə olanlar, öndə olanlar! Onlar yaxın olanlardır. Onlar behiştin nemətlə dolu bağlarında olacaqlar. Bir qrupu əvvəlki ümmətlərdən, az bir qismi də sonrakılardandır!”
    Hakim Həskani "Şəvahidut-tənzil” kitabında İbn Abbasdan belə nəql edir: "(İmanda) Öndə olanlar üç nəfərdir: Musaya iman gətirən Yuşə ibn Nun, İsaya iman gətirən Sahibi-Yasin (Həbib Nəccar) və Peyğəmbəri-əkrəmə (s) ilk iman gətirən Əli!”("Ruhul-məani” təfsirində bu nəzər xəlifə Mənsur Dəvaniqinin dövründə yaşayan və "tabein” şagirdlərindən olan Müqatildən nəql olunmuşdur.)
    Yenə həmin kitabda İbn Abbasın belə dediyi nəql olunur: "Peyğəmbəri-əkrəmdən (s) bu ayənin təfsirini soruşdum. Həzrət buyurdu:
    حَدَّثَنِى جَبْرَئِيلُ بِتَفْسِيرِها، قالَ ذاكَ عَلِىٌّ وَشِيعَتُهُ اِلَى الْجَنَّةِ:
    "Mən onun təfsirini Cəbraildən soruşdum. O dedi: "Ayə Əli və onun şiələrinə aiddir, onlar hamıdan öncə behiştə girəcəklər!”(Şəvahidut-tənzil”, 2-ci cild, səh. 213, hədis: 924.)
    Bu iki hədis və təfsir bir-birilə ziddiyyət təşkil etmir; çünki Əli (ə) həm Peyğəmbərə (s) iman gətirməkdə, həm də behiştə daxil olmaqda hamıdan öndədir. Həqiqətdə, bu iki təfsirin bir-birilə sıx rabitəsi var. (Yəni hamıdan əvvəl Peyğəmbərə (s) iman gətirən şəxs hamıdan əvvəl də behiştə daxil olacaqdır!)
    Həmin kitabda bu barədə əlavə olaraq bir neçə hədis də nəql olunmuşdur.
    "Əd-durrul-mənsur” kitabında da İbn Əbi Hatəm və İbn Mərdəveyh həmin ayənin təfsiri ilə bağlı İbn Abbasdan iki rəvayət nəql edirlər. Hədislərin birində belə deyilir: "Musaya (ə) iman gətirən birinci şəxs Yuşə ibn Nun, İsaya (ə) iman gətirən birinci şəxs Həbib Nəccar və İslam peyğəmbərinə (s) iman gətirən birinci şəxs isə Əli ibn Əbi Talibdir (ə)!”(Yenə orada, səh. 215-216, hədis: 927.)
    Həmin kitabda bu məzmunda daha bir neçə hədis də nəql olunmuşdur.("Əd-durrul-mənsur”, 6-cı cild, səh. 154.)Bu hədisi nəql edən alimlər aşağıdakılardır:
    –İbn Məğazili, "Əl-ümdə” kitabı (İbn Bitriqdən nəqlən);
    –Sibt ibn Cövzi, "Təzkirə” kitabı;
    –İbn Kəsir, "Təfsir” kitabı;
    –İbn Həcər, "Əs-səvaiq” kitabı;
    –Əllamə Şövkani, "Fəthul-qədir” kitabı;
    –Şeyx Süleyman Qunduzi, "Yənabiul-məvəddət” kitabı.
    Diqqəti cəlb edən məsələ budur ki, imamət və xilafətə münasibətdə təəssübkeş Qazi Ruzbehan "İbtalu-nəhcil-həqq” kitabında qeyd etdiyimiz ayələrin təfsiri ilə bağlı sünni mənbələrində İbn Abbasdan nəql olunan "İmanda bu ümmətin qabaqcılı (bu ümmətin birinci iman gətirəni) Əli ibn Əbi Talibdir (ə)” hədisinə istinad edən Əllamə Hillinin cavabında yazır: "Bu hədisin əhli-sünnə mənbələrindəki mətni belədir: "Ümmətin önündə gedənlər üç nəfərdir: Ali-Fironun mömini (Asiya), Həbib Nəccar və Əli ibn Əbi Talib.” Sonra əlavə edərək yazır: "Şübhəsiz, Əli (ə) İslamda hamıdan öndə idi və onun saysız fəzilətləri var. Lakin bu onun imamətinə dəlil deyil!”(Yenə orada.)
    Hələ ki, bu hədisləri Əli ibn Əbi Talibin (ə) imamətinə dəlil göstərmək fikrində deyilik. Lakin ayə və rəvayətləri ardıcıl nəzərdən keçirdikdə Əlinin (ə) İslam ümmətinin ən fəzilətli və bu məqama daha layiq şəxs olduğunu görürük. Görəsən, bu qədər inkaredilməz fəzilətləri olduğu halda, başqalarını o həzrətdən üstün tutmağımız düzgün işdirmi?! Əlbəttə, yox!
    ***
    Burada bir neçə mühüm məsələni qeyd etməklə bəhsimizi tamamlayırıq:
    1) Ayədə qeyd olunan "qəlilun minəl-axirin” (az bir qismi də sonrakılardır) ifadəsindən məqsəd kimlərdir?
    Ötən ayələrdə öndə gedənlərin yüksək məqamından, Allah dərgahına yaxın olmalarından və onların behiştin nemətlə dolu bağlarında yaşayacaqlarından söz açıldı. Həmin ayələrin davamında belə buyurulur:
    ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ
    "Bir qismi əvvəlki ümmətlərdən, az bir qismi də sonrakılardandır!” (Onun ibarəsi olduğu kimi "Ehqaqul-həqq” kitabının 3-cü cildinin 121-ci səhifəsində qeyd olunmuşdur.)
    Hakim Həskani "Şəvahidut-tənzil” kitabında Məhəmməd ibn Fərat, Məhəmməd ibn Səhl və Əli ibn Abbasdan bir neçə rəvayət nəql etmişdir ki, Cəfər ibn Məhəmməd (s) "az bir qismi də sonrakılardır” ayəsinin təfsirində buyurmuşdur: "O, Əli ibn Əbi Talibdir!”("Vaqiə” surəsi, ayə: 13-14.)
    Məlum olduğu kimi, ayənin mənası bu deyil ki, İslam ümməti içərisində behiştə yalnız Əli (ə) gedəcək; əksinə imanda hamıdan öndə olmaq behiştdə yüksək məqam tələb edir. Bu da Peyğəmbəri-əkrəmdən (s) sonra imam Əli ibn Əbi Talibə (ə) məxsusdur. Buna görə də behiştə öndə gedənlərin ("Əshabul-Yəmin”in, sağ tərəf sahiblərinin) məqamlarından söz açan "Vaqiə” surəsinin sonrakı ayələrində buyurulur ki, bir qrup əvvəlki ümmətlərdən, bir qrup da sonrakı ümmətdən, yəni Məhəmmədin (s) ümmətindən behiştə daxil olacaq. Aydındır ki, əməl dəftəri sağ əlinə verilən kəslər behişt əhlidirlər, lakin onların məqamı öndə gedən və Allah dərgahına yaxın olanların məqamına çata bilməz.
    ***
    2) Birinci müsəlman kimdir?
    Bu məsələ ilə əlaqədar ən mühüm bəhslərdən biri də İslam peyğəmbərinə (s) iman gətirən və beyət edən birinci şəxsin kim olmasıdır. Bütün İslam ümmətinin yekdil fikrinə əsasən, qadınlar içərisində Peyğəmbərə (s) iman gətirən birinci şəxs Xədicə (ə.s), kişilər içərisində isə Əlidir (ə). O, Peyğəmbərə (s) iman gətirən, onunla beyət edib namaz qılan, rüku və səcdə edən birinci şəxsdir. Bu, bütün İslam mənbələrində açıq-aydın göstərilmişdir. Biz burada həmin mənbələrin bir qisminə işarə edirik:
    Səhabələrdən on səkkiz nəfəri müxtəlif silsilə sənədlərlə Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər ki, İslamı qəbul edən və Peyğəmbəri-əkrəmlə (s) namaz qılan birinci kişi imam Əli (ə) olmuşdur:
    1. Əbu Səid Xidri deyir: Peyğəmbəri-əkrəm (s) əlini Əlinin (ə) kürəyinə vurub buyurdu:
    يا عَلِىّ لَكَ سَبْعَ خِصالٍ لا يُحاجُّوكَ فِهِينَّ اَحَدٌ يَوْمَ الْقِيامَةِ اَنْتَ اَوَّلُ الْمُؤمِنِينَ اِيماناً بِاللهِ...
    "Ya Əli! Sən yeddi xislətə maliksən ki, qiyamət günü heç kəs sənə tay ola bilməz (səninlə mübahisə edə bilməz): "Birincisi budur ki, Allaha iman gətirən (və İslamı qəbul edən) ilk şəxs sənsən...”("Şəvahidut-tənzil”, 2-ci cild, səh. 218, hədis: 932-935.)
    2. Ayişə deyir: Məhəmmədin (s) qızı Fatimə mənə o həzrətin belə buyurduğunu dedi: "Səni elmi bütün möminlərin elmindən çox, İslamı hamıdan əvvəl qəbul edən və helmi hamının helmindən çox olan bir nəfərlə evləndirəcəyəm!”("Hilyətül-övliya”, Əbu Nəim İsfahani, 1-ci cild, səh. 66.)
    3. İbn Abbas deyir ki, Ömər ibn Xəttabın belə dediyini eşitdim: "Əlini pis adla çağırmayın. Mən onun haqqında Peyğəmbərdən bəzi fəzilətlər eşitmişəm ki, əgər onların biri Xəttab övladlarında olsaydı, mənim üçün günəşin saçdığı hər bir şeydən sevimli olardı. Əbu Bəkr, Əbu Übeydə və bir qrup səhabə ilə Ümmü Sələmənin evinə getdik. Əlini onun evinin kandarında görüb dedik: "Peyğəmbəri (s) görmək istəyirik!” Əli buyurdu: "İndi gələcək.” Peyğəmbər gələrkən, biz də həzrətə tərəf getdik. Həzrət, Əliyə söykəndi və əli ilə onun çiyininə vurub buyurdu:
    اِنَّكَ مُخاصِمٌ، اَنْتَ اَوَّلُ الْمُؤمِنِينَ اِيماناً وَ اَعْلَمُهُمْ بِاَيّامِ اللهِ وَ اَوْفاهُمْ بِعَهْدِهِ وَاَقْسَمُهُمْ بِالسَّوِيَّةِ وَاَرْاَفَهُمْ بالرَّعِيَّةِ وَ اَعْظَمُهُمْ الرَّزِيَّةَ:
    Səninlə müxalifətə qalxacaqlar, halbuki sən iman gətirən ilk möminsən, ruzigardan hamıdan çox xəbərdarsan, ilahi əhd-peymana ən vəfalısan, ədalətlə bölgüdə hamıdan dəqiqsən, rəiyyətə qarşı hamıdan mehribansan və sənin müsibətin də hamının müsibətindən böyükdür!”("Tarixi-Dəməşq”, İbn Əsakir, 1-ci cild, səh. 244, Beyrut çapı.)
    4. Məaz ibn Cəbəl Peyğəmbəri-əkrəmin (s) imam Əliyə (ə) belə buyurduğunu nəql edir: "Səni camaatdan ayıran yeddi xislətin var ki, Qüreyş tayfasından heç kim səninlə həmin yeddi məsələdə mübahisə (və bərabərlik iddiası) edə bilməz; sən Allaha iman gətirən birinci şəxssən...”("Kənzül-ümmal”, 13-cü cild, səh. 117, Beyrutun "Müəssisətur-risalət” çapı.)
    5. Cəfər ibn Əbi Talibin zövcəsi Əsma binti Ümeys nəql edir ki, Peyğəmbəri-əkrəm (s) qızı Fatimeyi-Zəhraya (ə.s) buyurdu: "Səni İslamda hamıdan öndə, helmi hamının helmindən böyük, elmi hamının elmindən çox olan bir şəxslə evləndirəcəyəm!”("Tovzihud-dəlail”, Şəhabəddin Hüseyni Şafei, səh. 171, "Ehqaqul-həqq” kitabından nəqlən, 20-ci cild, səh. 455.)
    6. Salman Farsi Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu deyir: "Kövsər hovuzunda mənə qovuşan birinci şəxs İslam dinini qəbul edən birinci şəxsdir: O, Əli ibn Əbi Talibdir!”("Tarixi İbn Əsakir”, 1-ci cild, səh. 245, Beyrut çapı.)
    7. Əbu Süxeylə deyir: "Mən və Salman həcc əməllərini yerinə yetirdikdən sonra Əbuzərin yanına getdik və bir az onun yanında oturduq. Ayağa qalxıb qayıtmaq istədikdə, dedim: "Ey Əbuzər! Mən bir sıra işlərin baş verdiyini görür və camaatın arasında ixtilaf düşəcəyindən qorxuram. Əgər belə bir hadisə baş versə, mənə nə göstəriş verəcəksən?” Əbuzər dedi: "Allah-taalanın kitabı və Əli ibn Əbi Talibdən ayrılma! Şəhadət verirəm ki, Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu özüm eşitmişəm: "Əli mənə iman gətirən və qiyamət günü mənimlə görüşəcək birinci şəxsdir. O, "böyük siddiq” (sözündə və əməlində doğru) və "faruq”dur, yəni haqqı batildən ayırandır!”("Əl-cövhərə”, Məhəmməd ibn Əbi Bəkr, səh. 8, Dəməşq çapı; "Kənzül-ümmal” (kitabın müəllifi bu hədisi sənədsiz nəql etmişdir), 11-ci cild, səh. 616, Beyrutun "Müəssisətur-risalət” çapı.)
    8. Əbdür-Rəhman ibn Ovf bir hədisdə "əs-sabiqunəl-əvvəlun” (öndə gedən birincilər) ayəsinin təfsirində deyir: "Onlar Qüreyşdən olan on nəfərdir. Onların da içərisində birinci şəxs İslamı ilk qəbul edən Əli ibn Əbi Talibdir (ə).”("Təlxisu tarixid-Dəməşq”, müəllif: "İbn Mənzur” adı ilə məşhur olan İmam Məhəmməd ibn Mükərrəm, 17-ci cild, səh. 306, Dəməşqin "Darul-fikr” çapı, "Ehqaqul-həqq” kitabından nəqlən, 20-ci cild, səh. 472 və "Kənzül-ümmal”, 11-ci cild, səh. 616, hədis: 32990.)
    9. Cəmaləddin Əbül-Həccac "Təhzibul-kəmal” kitabında Peyğəmbəri-əkrəmin (s) səhabəsi Əbu Rafedən belə nəql etmişdir:
    اَوَّلُ مَنْ اَسْلَمَ مِنَ الرِّجالِ عَلِىٌّ:
    "Kişilərdən İslamı qəbul edən birinci şəxs Əli (ə) idi!”("Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh. 307.)
    10. Peyğəmbəri-əkrəmin (s) xidmətçisi Ənəs ibn Malik o həzrətin belə buyurduğunu nəql edir:
    اَوَّلُ هذِهِ الْاُمَّةِ وُرُوداً عَلَىَّ الْحَوْضَ اَوَّلُها اِسْلاماً عَلِىُّ بْنُ اَبِى طالِبٍ (ع):
    "Bu ümmətdən Kövsər hovuzunda mənə qovuşan ilk şəxs İslam dinini qəbul edən ilk şəxsdir. O, Əli ibn Əbi Talibdir!”("Təhzibul-kəmal”, 3-cü cild, səh. 85, "Ehqaqul-həqq” kitabından nəqlən, 20-ci cild, səh. 367.)
    11. İbn Abbas deyir: "Əli (ə) heç kimdə olmayan dörd xislətə malik idi. "...O, ərəb-əcəm içərisində Peyğəmbəri-əkrəmlə (s) namaz qılan birinci şəxsdir!”("Tarixi-Hələbi”, İbn Ədim Hələbi, səh. 295.)
    Başqa bir hədisdə isə belə deyir: "Xədicədən sonra iman gətirən birinci şəxs Əli ibn Əbi Talibdir.”("Əl-muxtar fi mənaqibil-əbrar”, səh. 16, "Ehqaqul-həqq” kitabından nəqlən, 20-ci cild, səh. 457.)
    12. Məşhur hədis alimi Nisai "Sünən” kitabında Zeyd ibn Ərqəmdən belə nəql edir: "Peyğəmbərə (s) iman gətirən birinci şəxs Əli ibn Əbi Talibdir (ə)!”("Ali-Məhəmməd (s)”, Hüsaməddin Hənəfi, səh. 174.)
    13. Əbu Əhməd Cürcani Şafei "Əl-kamilu fir-rical” kitabında Malik ibn Hurisdən belə nəql edir: "Kişilərdən İslam dinini qəbul edən birinci şəxs Əli, qadınlardan isə Xədicə olmuşdur!”("Ehqaqul-həqq”, 20-ci cild, səh. 475.)
    14. Peyğəmbəri-əkrəmin (s) dövründə müharibədə yaralananlara yardım edən Leyla Qifariyyə adlı bir qadın deyir: "Mən Əlinin (ə) qoşununda müharibə məqsədilə Bəsrəyə getdim. Ayişənin o həzrətə qarşı çıxdığını görüb, şübhəyə düşdüm. Onun yanına gedib soruşdum: "Peyğəmbəri-əkrəmdən (s) Əli (ə) haqqında bir fəzilət eşitmisənmi?” Dedi: "Bəli!” Sonra bir əhvalat danışdı və nəhayət, Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu dedi: "Əli mənə iman gətirən birinci şəxsdir!”("Əl-kamilu fir-rical”, 6-cı cild, səh. 2378, Beyrutun "Darul-fikr” çapı.)
    15. Əhməd ibn Hənbəl "Müsnəd” kitabında məşhur səhabə Məqil ibn Yəsardan belə nəql edir: "Bir gün Peyğəmbərin (s) hüzuruna getmişdim. Peyğəmbər (s) mənə buyurdu: "Fatimə xəstədir, onu görməyə gedirəm!” Biz Fatimənin (ə.s) evinə getdik. Peyğəmbər (s) onun vəziyyətini soruşduqda, Fatimə (ə.s) dedi: "Qəm-qüssəm çox, yoxsulluğum şiddətli, xəstəliyim uzundur...” Peyğəmbər (s) (bu çətinliklərin müqabilində ona təsəlli verərək) buyurdu: "Məgər İslam ümməti arasında hamıdan öndə olan, elmi hamının elmindən çox, helmi hamının helmindən böyük bir şəxslə ailə qurmağından razı deyilsən?”(Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh. 119.)
    Diqqət yetirmək lazımdır ki, bu hədis İbn Əbil-Hədidin "Nəhcül-bəlağə”nin şərhi (3-cü cild, səh. 257), İbn Əsakirin "Dəməşqin tarixi” (1-ci cild, səh. 232), Əl-Heysəminin "Məcməüz-zəvaid” (9-cu cild, səh. 101), Müttəqi Hindinin "Kənzül-ümmal” (12-ci cild, səh. 205) və digər əhli-sünnə alimlərinin kitablarında da nəql olunmuşdur.
    16. Peyğəmbəri-əkrəmin (s) səhabəsi Abdullah ibn Sabit deyir: "Bir gün Peyğəmbəri-əkrəmin (s) hüzuruna gedib dedim: "Ya Peyğəmbər! Sənin elə bir sevimli səhabən varmı ki, bir hadisə baş verdikdə, ona qoşulaq və bir təhlükə zamanı onun yolunda fədakarlıq göstərək?”
    Peyğəmbər (s) buyurdu: "O, hamıdan əvvəl müsəlman olan və İslamı qəbul edən Əlidir!”("Müsnədi-Əhməd”, 5-ci cild, səh. 26, "Darus-sadir” çapı.)
    Bu hədisdə açıq-aydın göstərilir ki, Abdullah ibn Sabit kimiləri Peyğəmbəri-əkrəmdən (s) sonra imamət və vilayət məqamına kimin hamıdan layiqli olduğunu bilmək istədikdə, Peyğəmbər (s) imam Əlini (ə) göstərmişdir.
    17. Peyğəmbəri-əkrəmin (s) Büreydə adlı başqa bir səhabəsi də Məqil ibn Yəsarın nəql etdiyi hədisə bənzər bir hədis nəql etmişdir ki, onun sonunda belə deyilir: "Peyğəmbəri-əkrəm (s) Fatimeyi-Zəhraya (ə.s) təsəlli verərək buyurdu: "Allah-taala sənə İslamı hamıdan öncə qəbul edən, elmi hamının elmindən çox, helmi hamının helmindən böyük olan bir ər vermişdir.” Sonra Peyğəmbər (s) buyurdu: "Allaha and olsun! Sənin iki övladın (Həsən və Hüseyn) behişt cavanlarının sərvəridir!”("Mənaqib”, Əhməd ibn Mərdəveyh, "Ehqaqul-həqq” kitabından nəqlən, 15-ci cild, səh. 336.)
    18. Məhəmməd ibn Əbi Bəkr Ənsarinin "Əl-cövhərə” kitabında nəql etdiyi hədisdə deyilir ki, Əli (ə) Bəsrənin minbərində buyurdu: "Böyük siddiq mənəm. Mən Əbu Bəkrdən qabaq iman gətirdim və İslamı qəbul etdim.”("Tarixud-Dəməşq”, İbn Əsakir, 1-ci cild, səh. 242, Beyrut çapı və "Ərcəhül-mətalib”, Əllamə Olmert Sirri, səh. 107 və 396.)
    Şeyx Məhəmməd ibn Mükərrəm Ənsari "Təlxisu tarixid-Dəməşq” adlı kitabında imam Əlinin (ə) belə buyurduğunu nəql edir: "İslamı qəbul edən birinci şəxs mənəm!”("Əl-cövhərə”, səh. 8, Dəməşq çapı. Başqa alimlər də bu hədisi nəql etmişlər: "Əl-kamilu fir-rical”, Əbu Əhməd Cürcani, 3-cü cild, səh. 1123; "Tovzihud-dəlail”, səh. 171 və "Təlxisu tarixid-Dəməşq” və s.)
    "Nəhcül-bəlağə”də də dəfələrlə bu məsələ qeydə alınmış və imam Əli (ə) 131-ci xütbədə belə buyurmuşdur:
    اَللّهُمَّ اِنِّى اَوَّلُ مَنْ اَنابَ وَ سَمِعَ وَ اَجابَ لَمْ يَسْبِقْنِى اِلاّ رَسُولُ اللهِ (ص) بالصَّلاةِ:
    "İlahi! Sənə üz tutub, əmrini eşidən və qəbul edən birinci şəxs mənəm. Peyğəmbəri-əkrəmdən (s) başqa heç kim məndən öncə namaz qılmamışdır!”("Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh. 118.)
    Burada söhbəti nəzərə çarpacaq dərəcədə uzatdıq və təfsir üslubundan xaric olduq. Lakin məsələ bundan da artıq müzakirə tələb edir.
    Bu məsələni də İbn Hişamın "Əs-sirətun-nəbəviyyə” adlı məşhur kitabında nəql etdiyi bir rəvayətlə sona çatdırırıq. Əlbəttə, etiraf etməliyik ki, bu haqda nəql olunan rəvayətlər olduqca çoxdur. O yazır: "İslamın ilk çağlarında Peyğəmbəri-əkrəm (s) namazı məxfi şəkildə, Məkkənin dərələrində qılardı. Onunla bu yolda bir addım atan və namaz qılan şəxs yalnız Əli ibn Əbi Talib (ə) idi... Günlərin birində atası Əbu Talib ondan "Oğlum! Sənin qəbul etdiyin bu din nədir” deyə soruşduqda, Əli (ə) buyurdu: "Atacan! Mən Allaha, Peyğəmbərinə (s) və Allah tərəfindən göndərilənə iman gətirmişəm və onunla birgə namaz qılıram...” Əbu Talib dedi: "Agah ol ki, o, səni yalnız xeyir və yaxşılığa dəvət edir. Ondan heç vaxt ayrılma!”(Bu ibarə "Nəhcül-bəlağə”nin 71-192-ci xütbələrində də gəlmişdir.)
    ***
    İmam Əlinin (ə) ilk müsəlman olaraq iman gətirməsi o qədər aydın bir məsələdir ki, məşhur şairlər də şerlərində bunu həzrətin iftixar və fəziləti kimi qeyd etmişlər. Şairlərdən biri demişdir:
    "Ələysə əvvələ mən səlla li-qiblətikum,
    Vəələmənnasə bil-Qurani vəs-sunəni?”
    "Məgər o, sizin qiblənizə tərəf namaz qılan, Quranı və sünnəni hamıdan yaxşı bilən birinci şəxs deyilmi?!”
    Başqa bir şair isə belə demişdir:
    "Fə-haza və fil-İslami əvvəlu muslimin,
    Və əvvəlu mən səlla və samə və həllən.”
    "O, İslam aləmində ilk müsəlman, namaz qılan, oruc tutan və "La ilahə illəllah” deyən şəxsdir!”
    Mərhum Əllamə Əmini "Əl-qədir” kimi dəyərli əsərində buna toxunan on nəfərdən çox şairin adını və şerlərini qeyd etmişdir.("Sireyi-İbn Hişam”, 1-ci cild, səh. 263, "Daru ehyait-turasil-ərəbi” çapı.) O, həmin kitabda Peyğəmbəri-əkrəm (s), Əmirəl-möminin Əli (ə), səhabə və tabeindən (tarix və hədis alimlərinin kitablarından) yüzdən artıq hədis nəql etmişdir. Onların hamısında imam Əlinin (ə) kişilər içərisində İslam peyğəmbərinə (s) iman gətirən ilk şəxs olduğu göstərilir.
    ***
    Sual: Burada İslamın əvvəllərindən bəzi bəhanə axtaranlar tərəfindən belə bir məşhur sual irəli sürülmüşdür: "Düzdür, Əli (ə) İslamı qəbul edən birinci şəxsdir, lakin yetkinlik həddinə çatmayan 10 yaşlı bir uşağın İslamı qəbul etməsi nə qədər mühüm ola bilər?! Halbuki onun yetkinlik dövrünü meyar və əsas götürsək, başqaları ondan qabaq İslamı qəbul etmişlər.”
    Cavab: Burada xəlifə Məmunla onun müasiri İshaq adlı məşhur əhli-sünnə alimi arasında baş verən danışıqları qeyd etməyi münasib görürük (bu əhvalatı İbn Əbdu Rəbbih "İqdul-fərid” kitabında qeyd etmişdir):
    "Məmun, İshaqa deyir: "İslam peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün ən fəzilətli əməl nə ola bilərdi?
    İshaq: "Allahın yeganəliyinə və Peyğəmbərin (s) risalətinə səmimi qəlbdən şəhadət vermək.”
    Məmun: "Əlidən öncə İslamı qəbul edən bir şəxsi tanıyırsanmı?”
    İshaq: "Əli İslamı qəbul edəndə, yaşı çox az idi və ilahi hökmlər ona aid deyildi.”
    Məmun: "Məgər Əlinin İslam dinini qəbul etməsi Peyğəmbəri-əkrəmin (s) dəvəti ilə olmayıbmı? Məgər Peyğəmbər (s) onun İslama gəlişini qəbul etmədimi? Belə isə, necə ola bilər ki, Peyğəmbər (s) bir kəsi İslama dəvət etsin, amma onun İslama gəlişi qəbul olunmasın?”
    İshaq, Məmunun bu sualına cavab verə bilməyib susdu.("Əl-qədir”, 3-cü cild, səh. 231-233.)
    Mərhum Əllamə Əmini bu əhvalatı "İqdül-fərid” kitabından nəql etdikdən sonra yazır: "Əbu Cəfər İskafi Mötəzili (vəfatı: 240-cı h.q ili) öz risaləsində yazmışdır ki, hamının bildiyi kimi, imam Əli (ə) çərşənbə axşamı Peyğəmbərə (s) iman gətirmiş və özü buyurmuşdur ki, mən başqalarından yeddi il qabaq namaz qılmağa başlamışam! O, həmişə deyərdi: "Mən İslamı qəbul edən ilk şəxsəm.” Bu isə hər məşhur məsələdən məşhurdur. Biz keçmişdəkilər arasında elə bir şəxs tapa bilmədik ki, Əlinin (ə) İslamı qəbul etməsini yüngül saysın, yaxud "İslamı uşaq ikən qəbul etdi” desin. Maraqlıdır ki, Abbas və Həmzə kimi şəxsiyyətlər İslamı qəbul etmək üçün Əbu Talibin rəftarını gözləyirdilər. Lakin Əbu Talibin oğlu heç vaxt atasını gözləməyərək, Peyğəmbərə (s) iman gətirdi.”(İqdul-fərid”, 3-cü cild, səh. 43 (ixtisarla).)
    Bir sözlə, İslam peyğəmbəri (s) imam Əlinin (ə) imanını qəbul etdiyi halda, bunu mötəbər saymayanlar həqiqətdə Peyğəmbəri-əkrəmə (s) irad tuturlar. Bir də "Yovmud-dar” hədisində dedik ki, Peyğəmbər (s) Qüreyşin mühüm adamlarını bir yerə yığıb, onları İslam dininə dəvət edərkən belə buyurmuşdur: "İslamın müdafiəsinə qalxaraq dəvətimi qəbul edən şəxs mənim qardaşım, (məndən sonra) vəsim və xəlifəm olacaqdır.” O zaman Əli ibn Əbi Talibdən (ə) başqa heç kim bu işi qəbul etmədi və Peyğəmbərə (s) cavab olaraq dedi: "Mən sənə beyət edirəm və sənin köməkçinəm.” Peyğəmbər (s) də buyurdu: "Sən mənim qardaşım, (məndən sonra) vəsim və xəlifəmsən!”("Əl-qədir”, 3-cü cild, səh. 237.)
    Beləliklə, Peyğəmbəri-əkrəm (s) o gün yetkinlik həddinə çatmayan, bəhanə axtaranların dediyi kimi, imanı etibarsız olan bir kəsi öz qardaşı, vəsisi və canişini kimi tanıtdırıb, başqalarına da ona tabe olmağı əmr etmədimi? Hətta müşriklərin böyükləri istehza ilə Əbu Talibə dedilər ki, get, oğluna tabe ol!
    Şübhəsiz, büluğ həddi İslamın qəbul şərtlərindən deyil. Kifayət qədər ağlı kəsən, yaxşı-pisi ayırd edən hər bir yeniyetmə uşaq İslamı qəbul etsə, atası müsəlman olmasa belə, müsəlmanların zümrəsinə daxil olur. Qurani-kərimin ayələrindən də başa düşülür ki, yetkinlik həddi hətta nübüvvət və peyğəmbərliyin şərtlərindən də sayılmır. Peyğəmbərlərdən bəzisi elə uşaq ikən bu məqama çatmışlar. Belə ki, Qurani-kərimdə Yəhya (ə) haqqında buyurulur: "Biz ona uşaq ikən peyğəmbərlik verdik!”(Bu hədisin sənədlərini geniş şəkildə "Yovmud-dar” hədisində qeyd etdik.) Həzrət İsanın (ə) əhvalatında onun uşaq ikən "Mənə kitab verən, peyğəmbərliyə seçən Allahın bəndəsiyəm”("Məryəm” surəsi, ayə: 12.) dedikləri qeyd olunmuşdur.
    Qeyd olunanlar arasında ən aydın dəlil Peyğəmbərin (s) imam Əlinin (ə) imanını qəbul etməsi, dəvətinin ilkin çağlarında Qüreyş böyüklərinin qarşısında onu öz qardaşı, (özündən sonra) vəsi və xəlifəsi elan etmişdir. Beləliklə, "Əli (ə) Peyğəmbərin (ə) dəvətini qəbul edən ilk şəxsdir” deyən rəvayətlər imam Əlinin (ə) misilsiz fəzilətini açıqlayır. Heç kim bu işdə onunla qarşı-qarşıya dura bilməz və o, İslam ümməti içərisində Peyğəmbərin (s) canişinliyinə hamıdan layiqdir.
    19-UZUNUN-VAİYƏ (EŞİDİB YADDA SAXLAYAN QULAQ) AYƏSİ
    "Haqqə” surəsinin 12-ci ayəsində buyurulur:
    لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ
    "Məqsəd bu idi ki, bunu (möminlərə Nuhun gəmisi ilə nicat verib, tufan vasitəsilə kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən qulaq bunu (və bu kimi hadisələri) eşidib yadda saxlayacaq (ki, başqaları da ibrət götürsünlər)!”
    Süyuti "Əd-durrul-mənsur” kitabında altı sənədlə məşhur səhabə Büreydədən nəql edir ki, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:
    اِنَّ اللهَ اَمَرَنِى اَنْ اُدْنِيَكَ وَلا اُقْصِيَكَ، وَاَنْ اُعَلِّمَكَ وَاَنْ تَعِىَ، وَحَقٌّ لَكَ اَنْ تَعِىَ، فَنَزَلَتْْ هذِهِ الآيَةُ وَتَعِيَها اُذُنٌ واعِيَةٌ:
    "Allah-taala mənə əmr etdi ki, səni özümə yaxın bilim və özümdən uzaqlaşdırmayım, sənə təlim verim və səni saxlayım. Sən buna layiqsən!” Elə bu zaman bu ayə nazil oldu: "Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq!”("Məryəm” surəsi, ayə: 30.)
    Yenə həmin kitabda (Əbu Nəim İsfahaninin "Hilyətül-övliya” kitabından) imam Əlidən (ə) bunu nəql edir və Peyğəmbəri-əkrəmin (s) yuxarıda qeyd etdiyimiz sözlərdən (Büreydənin nəql etdiyi hədisdən) sonra belə buyurduğunu yazır: "Ya Əli! Sən mənim elmimi qoruyub-saxlayacaqsan!”(Əd-durrul-mənsur”, 6-cı cild, səh. 260.)
    Yenə həmin kitabda beş sənədlə Peyğəmbərin (s) Məkhul adlı xidmətçisindən belə nəql edir: "Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq” ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) buyurdu: "Rəbbimdən istəyirəm ki, eşidib yadda saxlayan qulaq Əlinin olsun!” Əli (ə) deyir: "Bundan sonra Allahın Peyğəmbərindən (s) elə bir söz eşitmədim ki, onu yaddan çıxarım!”(Yenə orada.)
    Eləcə də, Zəməxşəri "Kəşşaf” kitabında qeyd etdiyimiz sonuncu hədisi iradsız nəql etmişdir.(Yenə orada.)
    Digər təfsir alimləri də, o cümlədən, Fəxri-Razi "Kəbir”("Kəşşaf”, 4-cü cild, səh. 600.), Alusi "Ruhul-məani”(Kəbir”, 30-cu cild, səh. 107.), Borsui "Ruhul-bəyan”("Ruhul-məani”, 29-cu cild, səh. 43.) və Qurtubi "Təfsiri-came”də("Ruhul-bəyan”, 10-cu cild, səh. 136.) həmin ayənin təfsirində bu hədisi nəql etmişlər. Təbəri də "Təfsir” kitabında bu haqda bir sıra hədislər nəql etmişdir.("Təfsiri-came”, 10-cu cild.)
    Hakim Həskani "Şəvahidut-tənzil” kitabında bu ayənin təfsirində müxtəlif ravilərdən sonu Peyğəmbəri-əkrəmə (s) çatan on üç hədis nəql etmişdir. Bu hədislərdən bəzisini Peyğəmbəri-əkrəmin (s) xidmətçisi Məkhuldan, bəzisini Büreydədən, bəzisini imam Əli ibn Əbi Talibdən (ə), bəzisini Cabir ibn Abdullah Ənsaridən nəql etmişdir. Onların bir qismini nəzərdən keçirək:
    Əbud-Dünyanın imam Əlidən (ə) nəql etdiyi bir hədisdə belə deyilir: ”Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq” ayəsi nazil olduqdan sonra Peyğəmbəri-əkrəm (s) mənə buyurdu: "Ya Əli! Mən Allahdan istəmişəm ki, o qulaq sənin qulağın olsun.” (Eşitdiklərini yadda saxlayıb, başqalarına çatdırasan.)("Təfsiri-Təbəri”, 29-cu cild, səh. 35.)
    Məkhuldan nəql olunan başqa bir hədisdə belə buyurulur: "Peyğəmbəri-əkrəm (s) "və təiyəha uzunun-vaiyəh” (Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq) ayəsini tilavət etdikdən sonra üzünü Əliyə (ə) tutub buyurdu: "Allahdan istəmişəm ki, eşidib yadda saxlayan qulaqlar sənin qulaqların olsun!” Əli (ə) deyir: "Ondan sonra Peyğəmbərdən (s) hər nə eşidirdimsə, yadımdan çıxmırdı!”("Şəvahidut-tənzil”, 2-ci cild, səh. 271.)
    Həmin kitabda Büreydə Əsləminin hədisi olduğu kimi nəql edilir. Nəhayət, Cabir ibn Abdullah Ənsarinin belə dediyi yazılır: "Bu ayə nazil olduqdan sonra Peyğəmbəri-əkrəm (s) Allahdan istədi ki, bu fəzilət Əliyə (ə) nəsib olsun və Peyğəmbərin (s) də bu istəyi qəbul oldu.”(Yenə orada, səh. 277, hədis: 1015)
    "Fəzailul-xəmsə”nin müəllifi bu hədisi qeyd edilən kitablardan əlavə, "Kənzül-ümmal”, "Nurul-əbsar”, "Məcməüz-zəvaid” (Heysəmi) və "Əsbabun-nüzul” (Vahidi) kitablarından da nəql etmişdir.(Yenə orada, səh. 280, hədis: 1019.)
    Nəticə: İmamət, vilayət və Peyğəmbərin (s) canişinliyinin şərtlərinə, ilahi rəhbərlərin elm və bilikdən kifayət qədər bəhrələnməsinə, eləcə də, bəhs etdiyimiz ayənin təfsirində nəql olunan rəvayətlərə əsasən, imam Əli (ə) imamət və vilayət məqamına daha çox layiqdir!
    20-MƏVƏDDƏT (MƏHƏBBƏT) AYƏSİ
    "Məryəm” surəsinin 96-cı ayəsində buyurulur:
    إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا
    "Həqiqətən, iman gətirən və saleh iş görənlər üçün Allah (möminlərin ürəklərində) bir məhəbbət yaradacaqdır!”
    Bu ayədə açıq-aydın göstərilir ki, iman və saleh əməl insanlar arasında məhəbbət və sevgiyə səbəb olur. Bəli, iman və saleh əməl qəribə cazibədarlığa malikdir ki, ürəkləri yumşaldır. Günahkar insanlar belə, pak və saleh əməldən ləzzət alırlar.
    Bu ayənin təfsiri ilə əlaqədar əhli-sünnə mənbələrində Peyğəmbərdən müxtəlif rəvayətlər nəql olunmuşdur. Həmin rəvayətlərdə onun imam Əli (ə) haqqında nazil olması bildirilir. Qeyd etdiyimiz kimi, ayənin müəyyən bir şəxs haqqında nazil olması həmin şəxsin kamil nümunə olduğunu göstərir. Bu isə ayənin əhatəli mənası ilə əsla ziddiyyət təşkil etmir.
    "Şəvahidut-tənzil” kitabında müxtəlif sənədlərlə Bərra ibn Azib, Əbu Rafe, Cabir ibn Abdullah Ənsari, İbn Abbas, Əbu Səid Xidri və Məhəmməd ibn Hənəfiyyədən nəql olunan hədisdə deyilir ki, bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur. Həzrətin məhəbbəti hər bir möminin qəlbində yer tutmuşdur.
    Əbu Səid Xudridən nəql olunan hədisdə deyilir ki, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:
    :يا اَبَاالْحَسَن! قُل اَللّهُمَّ اجْعَلْ لِى عِنْدَكَ عَهْداً وَاجْعَلْ لِى فِى صُدُورِهِ الْمُؤمِنِينَ مَوَدَّةً:
    "Ya Əbəl-Həsən, de ki: "İlahi! Yanında əhd-peymanımı qəbul et("Fəzailul-xəmsə”, 1-ci cild, səh. 320-321.) və məhəbbətimi möminlərin qəlbinə sal!”
    Bu zaman "Həqiqətən, iman gətirən və saleh iş görənlər üçün Allah (möminlərin ürəklərində) bir məhəbbət yaradacaqdır” ayəsi nazil oldu və Peyğəmbər (s) buyurdu:
    لا تَلْقِى رَجُلاً مُؤمِناً اِلاّ فِى قَلْبِهِ حُبٌّ لِعَلِىِّ بْنِ اَبِى طالِبٍ:
    "Buna görə də elə bir mömin tapılmaz ki, onun qəlbində Əli ibn Əbi Talib məhəbbəti olmasın!”(Bu təbir Qurani-kərimin "Məryəm” surəsinin şəfaət məsələsi haqda söz açan 78-ci ayəsinə işarədir: "Allahla əhd-peyman bağlamış kəslər müstəsna olmaqla, heç kəs şəfaət etməyə qadir olmaz.”)
    Bu hədis azacıq fərqlə Cabir ibn Əbdüllahdan, Bərra ibn Azibdən("Şəvahidut-tənzil”, 1-ci cild, səh. 365, hədis: 504.), həmçinin (bir neçə sənədlə) Məhəmməd ibn Hənəfiyyədən nəql olunmuşdur. Bu hədisdə Əlidən (ə) əlavə, Əhli-beytin məhəbbəti qeyd olunmuşdur. Ümumiyyətlə, bu kitabda müxtəlif sənədlərlə eyni məna daşıyan iyirmi rəvayət nəql olunmuşdur.(Yenə orada, səh. 359, hədis: 489-490.)
    Süyuti "Əd-durrul-mənsur” kitabında bu hədisi müxtəlif sənədlərlə Bərra ibn Azib və İbn Abbasdan nəql etmişdir.(Yenə orada, səh. 366-367, hədis: 505-509.)
    Zəməxşəri "Kəşşaf” kitabında (bəhs etdiyimiz ayənin təfsirində) Peyğəmbəri-əkrəmin (s) imam Əliyə (ə) belə buyurduğunu nəql edir: "Allahdan istə ki, Öz dərgahında səninlə əhd-peyman (şəfaət) bağlasın, məhəbbətini möminlərin qəlbinə yerləşdirsin.” Elə bu zaman həmin ayə nazil oldu.”("Əd-durrul-mənsur”, 4-cü cild, səh. 278.)
    Məşhur təfsir alimi Qurtubi bu rəvayəti eynilə nəql etmiş və "Kəşşaf” kitabının müəllifi kimi rəvayətə irad tutmamışdır.("Kəşşaf”, 3-cü cild, səh. 47.)
    Bu hədisi nəql edən digər alimlər aşağıdakılardır:
    –Sibt ibn Cövzi: "Ət-təzkirə” kitabı(Təfsiri-Qurtubi”, 6-cı cild, bəhs etdiyimiz ayənin təfsirində.);
    –Muhibbuddin Təbəri: "Zəxairul-uqba” kitabı("Ət-təzkir”, səh. 20.);
    –İbn Səbbağ Maliki: "Əl-füsulul-muhimmə” kitabı(Zəxairul-üqba”, səh. 89.);
    –Heysəmi: "Əs-səvaiq” kitabı("Füsulul-muhimmə”, səh. 106);
    –İbn Səbban: "Əsafur-rağibin”("Əs-səvaiqul-muhriqə”, səh. 170.) və imamət məsələsi ilə bağlı sair kitablar.
    Bu hədislərə münasibətdə məşhur təfsir alimlərindən yalnız "Ruhul-məani” kitabının müəllifi Alusi mənfi mövqedədir. O bu hədisi nəql etdikdən sonra onu əhəmiyyətsiz qələmə vermək istəmişdir. Hədisi Bərra ibn Azibdən nəql edərək, onu Məhəmməd ibn Hənəfiyyədən nəql olunan hədislə təsdiqləyib yazır: "Ayə kiminsə haqqında nazil olmayıb, ümumi məna ifadə edir.”("Əsafur-rağibin”, "Nurul-əbsar” kitabının haşiyəsində çap olan, səh. 118.)
    Dəfələrlə deyildiyi kimi, heç kim ayənin nazilolma səbəbi ilə onun ümumiliyini məhdudlaşdırmaq istəmir. Belə bir səbəb ayənin kamil nümunəsini göstərir. Başqa sözlə, bu rəvayətlərdə imam Əli (ə) haqqında deyilənlər, onun bütün möminlərin ürəklərində yerləşən məhəbbəti həzrət üçün böyük fəzilət sayılır və bu baxımdan kimsə onunla müqayisə oluna bilməz.
    Görəsən, məhəbbəti möminlərin qəlbinə dolmuş bir kəs imamət və vilayət məqamına hamıdan artıq layiq deyilmi?!

    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 650 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024