İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 7:17 AM
    ALTINCI FƏSİL
    ON İKİ İMAM
    İşarə:
    Şiə məzhəblilər arasında dörd imamı qəbul edən "zeydiyyə”, yeddi imamı qəbul edən "ismailiyyə” kimi firqələr olsa da şübhəsiz, ən məşhur məzhəb olaraq dünya müsəlmanlarının mühüm bir hissəsini təşkil edən "imamiyyə” şiələridir. Onlar İraqda, İranda, Azərbaycanda və Bəhreyndə çoxluq, bəzi ölkələrdə isə cəmiyyətin bir qismini təşkil edirlər. İmamiyyə şiələrinin on minlərlə tələbənin təhsil aldığı və İslam maarifini öyrəndiyi böyük elmi mərkəzləri var. Şiə alimləri tərəfindən "İslam əqidələri”, "fiqh”, "üsul”, "təfsir”, "hədis”, "fəlsəfə”, "rical”, "dirayə” və "İslam tarixi” mövzusunda on minlərlə kitab yazılmış və çap olunmuşdur. Böyük və görkəmli alim Şeyx Ağabozorg Tehraninin son zamanlar iyirmi altı cilddə çap olunan "Əz-zəriətu ila təsanifiş-şiə” adlı kitabında şiə alimlərinin on mindən artıq əsəri qısa şərh edilmişdir. Məlum olur ki, şiə alimləri İslama və elmə nə qədər böyük xidmət göstərmişlər.
    Yaxşı olar ki, maraqlananlar dünyanın müxtəlif məntəqələrində yerləşən şiə elmi mərkəzlərinə baş vurub, böyük alim və tələbələrlə yaxından tanış olsunlar, onların əsərlərini araşdırsınlar.
    Təəssüf ki, bir çox müsəlman ölkələrində informasiyaya ciddi nəzarət və senzuralar səbəb olub ki, indiyə qədər əhli-sünnənin insaflı təhqiqatçıları Əhli-beyt məktəbinin ardıcılları, alimləri və onların elmi əsərləri ilə yaxından tanış ola bilməsinlər. Halbuki bizim kitabxanalarımızda şiə alimlərinin əsərləri ilə yanaşı əhli-sünnə alimlərinin də kitabları var. Kitabxanalarda bu kitablar arasında əsla fərq qoyulmur və kimsə məzhəb təhlükəsi hiss etmir. Əhli-sünnə qardaşlarımızın kitabxanalarında isə şiələrin məşhur elmi əsərləri gözə dəymir ya da çətin tapılır. Arzumuz budur ki, insaflı təhqiqatçılar bu nöqtəni nəzərə alıb imamiyyə şiələrini düşmənlərin, yaxud hakim təbəqənin təbliğat vasitələri ilə yox, obyektiv şəkildə tanısınlar. Bu isə heç şübhəsiz, İslam aləmində yeni üfüqlər açılmasına, vəhdət yaranmasına zəmin olacaq.
    Əsl bəhsimizə qayıdaraq deyirik ki, Quran ayələrində imam Əlidən (ə) əlavə, Əhli-beyt imamlarına bir sıra işarələr mövcuddur. Bunları təfsir kitablarında nəql olunan rəvayətlərdə axtarmaq lazımdır.
    Biz isə həmin ayələrin bir neçəsinə işarə etməklə kifayətlənirik. Onların bir qismi kitabın əvvəlində imam Əlinin (ə) imamət və vilayəti ilə əlaqədar bəhslərdə nəzərdən keçirildi. Aşağıdakı ayələrə nəzər salaq:
    1. "Təthir” ayəsi: "Həqiqətən, Allah siz Əhli-beytdən hər bir çirkinliyi təmizləyib, sizi pak-pakizə etmək istəyir!”(Bu mənbələr haqda əlavə məlumat əldə etmək istəyənlər "Ehqaqul-həqq” kitabının 3-cü cildinin 476-cı səhifəsinə müraciət edə bilərlər.) Bu ayənin məzmununa, eləcə də, məşhur İslam mənbələrində Peyğəmbəri-əkrəmdən (s) nəql olunan rəvayətlərə əsasən, əhatəsi ümumi olan bu ayə imam Əli (ə) və digər məsum imamlara, xüsusilə imam Həsən və imam Hüseynə (ə) də aiddir.
    2. "Qurba” (məvəddət) ayəsi: "(Ya Peyğəmbər!) De: "Sizdən (risalət və peyğəmbərliyim müqabilində) ən yaxınlarıma sevgidən başqa bir mükafat istəmirəm!”("Əhzab” surəsi, ayə: 33.) Bu ayədə də məsum imamlara qısa şəkildə işarə edilmişdir. Səid ibn Cübeyr və İbn Abbasın Peyğəmbəri-əkrəmdən (s) nəql etdikləri müxtəlif rəvayətlərdə açıq-aydın göstərilir ki, ondakı "qurba” (ən yaxınlar) sözündə məqsəd Əli (ə), Fatimə (ə.s) və onların övladlarıdır. Bəzi rəvayətlərdə imam Həsən və imam Hüseynin (ə) adları da çəkilmişdir. Əlavə məlumat üçün "Şəvahidut-tənzil” və s. kitablara müraciət edə bilərsiniz.("Şura” surəsi, ayə: 23.)
    3. "Ulil-əmr” (əmr sahibləri) ayəsi: "Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!”("Şəvahidut-tənzil”də bu haqda sənədləri müxtəlif olan altı hədis nəql olunmuşdur, 2-ci cild, səh. 130-134.
     )Bu ayənin də məfhumu ümumidir və hər bir dövrdəki əmr sahibinə aiddir. Buna əsasən, hər əsrdə pak bir şəxsin hüzuru zəruridir. Bundan əlavə, əhli-sünnənin bir çox mənbələrində nəql olunan məşhur rəvayətlərdə aydın şəkildə imam Həsən və imam Hüseynin (ə) adları çəkilmişdir.
    4. "Sadiqin” (sadiq olanlar) ayəsi: "Sadiqlərlə birgə olun!”(Nisa” surəsi, ayə: 59.) Əvvəldə şərh etdiyimiz kimi, bu ayənin də məfhumu ümumidir və hər əsrə aiddir. Çünki hər bir dövrdə sözü və əməli doğru olan məsum bir imamın varlığı zərurətdir (qeyd-şərtsiz və mütləq tabeçilik yalnız məsum imamların haqqıdır). Bu ayənin şərhində nəql olunan bir sıra rəvayətlərdə "sadiqin” sözü Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) aid edilmişdir.("Tövbə” surəsi, ayə: 119.)
    Əvvəlki bəhslərdə bu ayələr və onları şərh edən rəvayətləri geniş şəkildə araşdırdığımız üçün bir daha onları təkrarlamır və fəzilət ayələrini nəzərdən keçiririk. Yenə də təkidlə deyirik ki, bu ayələr Əhli-beyt imamlarının vilayət və imamətini dolayısı ilə sübuta yeririr, onların yaşadıqları dövrün ən üstün şəxsi olduğunu açıqlayır. Ötən ayələrdə hər dövrdə məsum imam və əmr sahibinin olmasının zəruriliyindən söz açdıq. Bunu əsaslandırmaq üçün bir sıra ayələri qeyd edirik:
    1-SALAVAT AYƏSİ
    "Əhzab” surəsinin 56-cı ayəsində buyurulur:
    إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
    "Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey möminlər! (Siz də) ona salavat və salam göndərin, onun əmrinə təslim olun!”
    Bu ayədə İslam peyğəmbərinin (s) məqamı çox yüksək bəyan olunmuşdur. Çünki həm Allah, həm Onun bütün mələkləri Peyğəmbərə (s) salam və salvat göndərir. Həm də göstəriş verilir ki, bütün möminlər o həzrətə salam, salavat və rəhmət göndərsinlər. Bundan böyük məqam varmı?!
    Düzdür, bu ayədə Peyğəmbərin (s) övladlarından söz açılmamışdır. Lakin bir çox rəvayətlərə görə, səhabələr Peyğəmbərdən (s) "Sənə necə salam və salavat göndərək” – deyə soruşduqda, o həzrət "ali” (övladlar) sözünü də öz adının kənarında qeyd etmişdir. Demək, Allahdan o həzrət üçün salam və salavat istənildikdə, bu onun (s) övladlarına da aid olur. Burada Allah və mələklərinin həm Peyğəmbər (s), həm də onun övladlarına salavat göndərməsi sadə məsələ deyil. Bu tapşırıq onların Peyğəmbərdən (s) sonra ağır məsuliyyət daşıdığını göstərir. Halbuki belə böyük məqama Peyğəmbərlə (s) sadəcə qohumluq vasitəsilə çatmaq qeyri-mümkündür.
    İndi isə əhli-sünnənin məşhur mənbələrində nəql olunan bir sıra rəvayətləri qeyd edirik:
    1) Buxarinin "Səhih” kitabında Əbu Səid Xudrinin belə dediyi nəql olunur: "Biz Peyğəmbərdən (s) soruşduq: "Ya Rəsuləllah! Sənə necə salam verməyin qaydası aydındır. Necə salavat göndərməyi isə bilmirik?” Peyğəmbər (ə) buyurdu: "Belə deyin: "Əllahummə səlli əla Muhəmmədin əbdikə və rəsulik, kəma səlləytə əla İbrahimə və ali-İbrahim və barik əla Muhəmmədin və əla ali-Muhəmməd, kəma barəktə əla İbrahim!” (İlahi! Bəndən və rəsulun Məhəmmədə salavat göndər, necə ki, İbrahim və onun övladlarına salavat göndərdin. Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki İbrahimə bərəkət verdin!)(Şəvahidut-tənzil”, 1-ci cild, səh. 262.)
    Yenə həmin kitabda məşhur səhabə Kəb ibn Ücrədən nəql olunur ki, müsəlmanlar həzrət Peyğəmbərdən (s), ona necə salavat göndərmək barədə soruşduqda, onlara bu qaydada salavat göndərməyi öyrətdi: "Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla ali-İbrahim, innəkə həmidun məcid! Əllahummə, barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma barəktə əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Məhəmməd və onun övladlarına salavat göndər, necə ki İbrahim övladlarına salavat göndərdin. Həqiqətən, Sən uca və tərifə layiqsən. İlahi! Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki İbrahim övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tərifə layiqsən!)(Səhihi-Buxari”, 6-cı cild, səh. 151, Beyrutun "Darul-ceyl” çapı.)
    Buxari bu hədisləri "salavat” ayəsinin təfsirində qeyd etmişdir.
    2) Əhli-sünnənin ikinci məşhur mənbəsi sayılan "Səhihi-Müslim” kitabında Əbu Məsud Ənsaridən belə nəql olunur: "Bir gün Peyğəmbəri-əkrəm (s) bizim yanımıza gəlmişdi. Biz Səd ibn Ubadənin məclisində idik. Sədin oğlu Bəşir dedi: "Ya Peyğəmbər! Allah-taala bizə sənə salavat göndərməyi göstəriş vermişdir. Sənə necə salavat göndərək?”
    Peyğəmbər (s) bir az sükut etdikdən sonra buyurdu: "Deyin: Əllahummə səlli əla Muhəmməd və əla ali-Muhəmməd, kəma səlləytə əla ali-İbrahim və barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma barəktə əla ali-İbrahim fil-aləmin, innəkə həmidun məcid!” (İlahi! Məhəmməd və onun övladlarına salavat göndər, necə ki İbrahim övladlarına salavat göndərdin. Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki o zaman İbrahim övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tərifə layiqsən!)(Yenə orada.)
    3) Süyuti "Əd-durrul-mənsur” təfsirində Əbu Səid Xudrinin rəvayətini Buxari, Nisai, İbn Macə və İbn Mərdəveyhdən nəql etmişdir.(Səhihi-Müslim”, 1-ci cild, səh. 305, hədis: 65, Beyrutun "Ehyau turasil-ərəbi” çapı.)
    Yenə həmin kitabda Əbu Səid Ənsarinin rəvayəti Termizi, Nisai və İbn Mərdəveyhdən("Əd-durrul-mənsur”, 5-ci cild, səh. 217.), azacıq fərqlə Malik, Əhməd, Buxari, Müslim, Əbu Davuddan (onlar da Əbu Əhməd Saididən) nəql olunmuşdur.(Yenə orada.)
    Hakim Nişapuri "Əl-müstədrəkü ələs-səhiheyn” kitabında İbn Əbi Leylidən belə nəql edir ki, Kəb ibn Ücrə mənim yanıma gəlib dedi: "Peyğəmbərdən (s) eşitdiyim müjdəni sənə deyimmi?”
    Dedim: "Bəli!”
    Dedi: "Peyğəmbərdən (s) soruşdum ki, sənin Əhli-beytinə necə salavat göndərək?”
    Peyğəmbər (s) buyurdu: "Deyin: Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla İbrahim və əla ali-İbrahim, innəkə həmidun məcid! Əllahummə, barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma barəktə əla İbrahim və əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Məhəmməd və onun övladlarına salavat göndər, necə ki, İbrahimə və onun övladlarına salavat göndərdin. Həqiqətən, Sən uca və tərifə layiqsən. İlahi! Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki, İbrahimə və onun övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tərifə layiqsən!”
    "Səhihi-Müslim” və Səhihi-Buxari”də mövcud olmayan hədisləri nəql edən Hakim Nişapuri yazır: "Bu hədisi eyni sənəd və mətnlə Buxari "Səhih” kitabında Musa ibn İsmayıldan nəql etmişdir. Mənim burada onu təkrar etməyimin səbəbi "Əhli-beyt” və "ali” sözlərinin eyni olduğunu göstərməkdir.(Yenə orada.) Diqqət yetirmək lazımdır ki, Hakim Nişapuri bu hədisi Əhli-beytin Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyn (ə) olduğunu açıq-aydın göstərən "Kisa” hədisindən sonra nəql etmişdir. Bu da öz növbəsində dərin məna kəsb edir. Bundan sonra Hakim Nişapuri "səqəleyn” hədisini, onun ardınca Əbu Hüreyrənin hədisini nəql edir. Orada deyilir: "Peyğəmbər (s) Əli, Həsən və Hüseynə (ə) baxıb buyurdu: "Mən sizinlə müharibəyə qalxan hər kəslə müharibə, sizinlə sülh edən hər kəslə sülh edirəm.”("Əl-müstədrəkü ələs-səhiheyn”, 3-cü cild, səh. 147.)
    Məhəmməd ibn Cərir Təbəri də "Təfsir” kitabında "salavat” ayəsinin təfsirində yuxarıdakı rəvayəti azacıq fərqlə Musa ibn Təlhədən və onun atasından, başqa bir rəvayəti İbn Abbasdan, üçüncü bir rəvayəti Ziyad və İbrahimdən, dördüncü rəvayəti isə Əbdür-Rəhman ibn Bəşir ibn Məsud Ənsaridən nəql etmişdir.(Yenə orada, səh. 147.)
    Beyhəqi də "Sünən” adlı məşhur kitabında bu haqda çoxlu rəvayət nəql etmişdir. Onların bəzisi namazda təşəhhüd vaxtı müsəlmanların vəzifəsini aydınlaşdırır. Məsələn, Əbu Məsud və Əqəbət ibn Əmrin hədisində belə deyilir: "Bir kişi gəlib Peyğəmbərin (s) yanında əyləşdi. Biz də orada idik. O dedi: "Ya Rəsuləllah! Sənə salam verməyi bilirik. Lakin namaz qılanda sənə salavat göndərməyin qaydasını bilmirik. Sənə necə salavat göndərək?” Peyğəmbər (s) bir qədər susdu. Hətta biz o həzrəti belə görüb fikirləşdik ki, kaş kişi belə bir sual verməyəydi. Sonra Həzrət buyurdu: "Mənə salavat göndərmək istəsəniz, belə deyin: Əllahummə səlli əla Muhəmmədin-nəbiyyil-ummiyy və əla ali-Muhəmməd, kəma səlləytə əla İbrahim və əla ali-İbrahim və barik əla Muhəmmədin-nəbiyyil-ummiyy və əla ali-Muhəmməd, kəma barəktə əla İbrahim və əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Ümmi peyğəmbərin Məhəmməd və onun övladlarına salavat göndər, necə ki İbrahim və onun övladlarına salavat göndərdin. Ümmi peyğəmbərin Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki İbrahim və onun övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tərifə layiqsən!)
    Sonra o, Əbu Abdullah Şafeidən belə nəql edir: "Namazda Peyğəmbərə (s) salavat barədə söz açan bu hədis səhih və doğrudur.”("Camiul-bəyan”, Təbəri, 22-ci cild, səh. 32, Beyrutun "Darul-mərifət” çapı.)
    Beyhəqi Peyğəmbəri-əkrəmə (s) mütləq şəkildə, yaxud namazda salavat göndərməyin qaydası haqda əlavə rəvayətlər də nəql etmişdir. Xüsusilə Kəb ibn Ücrənin nəqlinə görə, Peyğəmbəri-əkrəm (s) namazda belə salavat deyirmiş: "Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla İbrahim və əla ali-İbrahim və barik əla Muhəmməd və ali-Muhəmməd, kəma barəktə əla İbrahim və ali-İbrahim, innəkə həmidun məcid!”("Sünəni-Beyhəqi”, 2-ci cild, səh. 146-147.)
    Bu hədisdə açıq-aydın görünür ki, hətta Peyğəmbərin (s) özü namazlarında bu salavatı deyirmiş.
    Beyhəqi rəvayətlərin birini şərh edərkən yazır: "Bu rəvayət namaza aiddir. Çünki bu rəvayətdə qeyd olunan "qəd əlimna keyfə nusəllimu” (biz salam göndərməyin qaydasını bilirik”) – cümləsi namazın təşəhhüddən sonrakı salamına (Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh!) uyğun gəlir.”(Yenə orada, səh. 147.)
    Beləliklə, bütün məzhəblərin əqidəsinə görə, müsəlmanlar namazda Peyğəmbəri-əkrəmə (s) salam göndərərkən "Əssəlamu ələykə əyyuhənnəbiyyu və-rəhmətullahi və bərəkatuh!”, təşəhhüddə isə "Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd...” – cümlələrini deməlidirlər. Əlbəttə, əhli-sünnə məzhəbləri arasında bu məsələ ilə əlaqədar ixtilaf var. Şafei və hənbəlilər ikinci təşəhhüddə Peyğəmbərə (s) salavat göndərməyi vacib saydıqları halda, maliki və hənəfilər onu müstəhəb bilirlər.(Yenə orada.) Lakin qeyd etdiyimiz rəvayətlərə əsasən, təşəhhüddə salavat demək hamıya vacibdir.
    Peyğəmbər (s) və onun Əhli-beytinə (mütləq şəkildə, yaxud namazın təşəhhüdündə) salavatın vacibliyi ilə bağlı rəvayətlər az deyil. Burada qeyd etdiklərimiz rəvayət və kitabların az bir qismi idi. Bu rəvayətlər İbn Abbas, Təlhə, Əbu Səid Xudri, Əbu Hüreyrə, Əbu Məsud Ənsari, Büreydə, İbn Məsud, Kəb ibn Ücrə və imam Əli (ə) kimi səhabələrdən nəql edilmişdir.
    İnsanı daha çox heyrətləndirən məsələ budur ki, əhli-sünnə (alimləri də daxil olmaqla) Peyğəmbərdən (s) nəql olunan rəvayətlərdə "ali-Məhəmməd” (Məhəmmədin (s) övladları) sözünün qeyd olunmasına baxmayaraq, (çox nadir hallar istisnadır) həmişə salvatı naqis ("Səlləllahu əleyhi və səlləm”) deyirlər. Ən qəribəsi budur ki, salavatda "ali-Məhəmməd” (s) sözünün əlavə edilməsinə dair rəvayətləri nəql edərkən də Peyğəmbərin (s) adını yenə "ali-Məhəmməd” olmadan – "Səlləllahu əleyhi və səlləm” – şəklində deyirlər. (Bundan böyük inadkarlıq olmaz!) Biz bilmirik ki, Peyğəmbərin (s) aşkar göstərişinə müxalif çıxanlar qiyamət günü Allahın dərgahına hansı üzrlə çıxacaqlar?! Məsələn, Beyhəqi kimi bir alim Peyğəmbərə (s) salavat bölümünü bu ünvanla qeyd edir: "Babus-sələvati ələn-nəbiyyi (səlləllahu əleyhi və səlləm) fit-təşəhhüd.” Yəni "Təşəhhüddə Peyğəmbərə (səlləllahu əleyhi və səlləm) salavat bölümü”. Digər məşhur mənbələrdə də bunu eyni şəkildə qeyd etmişlər. Bu kitablarda fəsillərin istər müəlliflər, istərsə də tədqiqatçılar tərəfindən belə adlandırılması, qeyd edilən hədislərlə ziddiyyət təşkil edir. Bu məsələ ilə əlaqədar bəhsimizi iki hədislə sona yetiririk:
    1. İbn Həcər "Əs-səvaiq” kitabında Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir:
    لا تُصَلُّواعَلَىَّ الصّلاةَ الْبَتْراءَ:
    "Mənə heç vaxt yarımçıq salavat deməyin.”
    O həzrətdən soruşdular: "Yarımçıq salavat necədir?”
    Peyğəmbər (s) buyurdu:
    اَللّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ تُمْسِكُونَ، بَلْ قُولُوا اَللّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ:
    "Əllahummə səlli əla Muhəmməd” – deyib, susmağınız. Əksinə, (salavatı) belə deyin: "Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd!”("Əl-fiqh ələl-məzahibil-ərbəə”, 1-ci cild, səh. 266, "Darul-fikr” çapı.)
    Bu hədisdən göründüyü kimi, salavatda "Muhəmməd” və "ali-Muhəmməd” (s) arasında hətta "əla” sözü belə ayrılıq salmamalı, "Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd” – deyilməlidir.
    2. Səmhudi "Əl-işrafu əla fəzlil-əşraf” kitabında İbn Məsuddan Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir:
    مَنْ صَلّى صَلاةً لَمْ يُصَلِّ فِيها عَلىَّ و عَلَى اَهْلِ بَيْتِى لَمْ تُقْبَلْ:
    "Kim namaz qılanda mənimlə Əhli-beytimə salavat deməsə, onun namazı qəbul deyildir.”("Əs-səvaiq”, səh. 144.)
    Şafei məşhur bir şerində buna işarə edir:
    "Ya Əhlə-beyti Rəsulillah, hubbukum
    Fərzun minəllahi fil-Qurani ənzələh!
    Kəfakum min əzimil-qədri ənnəkum,
    Mən ləm yusəlli ələykum la səlatə ləh.”("Əl-işrafu əla fəzlil-əşraf”, səh. 28, "Ehqaqul-həqq” kitabındən nəqlən, 18-ci cild, səh. 310.)
    "Ey "Peyğəmbər Əhli-beyti”, sevginiz
    Vacib olub, Qurandadı bu yazı!
    Yetər sizə o möhtəşəm qədriniz,
    Salavatsız kəsin puçdur namazı.”
    Namazda Allahın vacib buyruğu əsasında adı Peyğəmbərin (s) adının kənarında qeyd edilən şəxsləri başqaları ilə bərabər bilmək olarmı? Hansı insaflı şəxs bu işdə özünə bəraət qazandıra bilər? Məgər, bunlar birbaşa imamət və xilafəti onlara həsr etmirmi? Ədalətli və insaflı olmağı öz öhdənizə buraxırıq.
    ***
    2-NUR VƏ BÜYUT (EVLƏR) AYƏSİ
    "Nur” surəsinin 36-38-ci ayələrində buyurulur:
    فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا عَمِلُوا وَيَزِيدَهُم مِّن فَضْلِهِ وَاللَّهُ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ
    "(İlahi nur) Allahın (şeytanların əlindən uzaq olmaq üçün) ucaldılmasına və öz adının zikr edilməsinə izn verdiyi o evlərdir ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər. O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allah zikrindən, namazdan və zəkatdan yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar ki, Allah onlara yerinə yetirdikləri əməllərin ən gözəl mükafatını versin, onlara olan lütf və mərhəmətini artırsın. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verər!”
    Allah-taala bu surənin 35-ci ayəsində ilahi nuru çox dəqiq, incə və gözəl ifadələrlə şərh etdikdən sonra növbəti ayələrdə onun yerini və sahiblərini bəyan edərək buyurur: Bu nur aşağıdakı xüsusiyyətlərə malik olan evlərdədir: bu evlər şeytanların əli çatmayan hündür divarlarla ucaldılmışdır; onu gecə-gündüz, sübh və axşam Allahı yad edən kəslər qoruyub-saxlayırlar; elə kəslər ki, dünyanın maddi ləzzətləri, qızıl-gümüşü onları Allah zikrindən, namazdan və zəkatdan ayırmır; onlar qiyamət, hesab-kitab günündən qorxurlar və bu qorxu ümidlə yanaşıdır; onlar haqq yolda daim çalışırlar və Allah-taala belə insanlara saysız-hesabsız savab verər.
    Bu cümlələrə diqqət yetirdikdə, ilahi evlərin və onların mühafizlərinin necə də əzəmətlə vəsf edildiyinin şahidi oluruq. İndi isə bu ayə ilə əlaqədar nəql olunan rəvayətlərə diqqət yetirək:
    Süyuti "Əd-durrul-mənsur” kitabında Peyğəmbərin (s) iki səhabəsindən – Ənəs ibn Malik və Büreydədən nəql edir ki, Peyğəmbər (s) bu ayəni tilavət edərkən, bir nəfər ayağa qalxıb soruşdu: "Ya Rəsuləllah! Bu ayədəki evlər kimlərindir? Peyğəmbər (s) buyurdu: "Peyğəmbərlərin evləridir.” Əbu Bəkr ayağa qalxıb dedi: Bu evlər məlum oldu. Bəs Əli və Fatimənin evi necə? Peyğəmbər (ə) buyurdu: "Bəli, bu o evlərin ən üstünüdür!”("Şərhul-məvahib”, Zərqani, 7-ci cild, səh. 7)
    Bu rəvayətin oxşarını Hakim Həskani "Şəvahidut-tənzil” kitabında Peyğəmbərin (s) başqa səhabəsi Əbu Bərzədən nəql etmişdir. O deyir: "Bir nəfər Peyğəmbərdən (s) soruşdu: Ya Rəsuləllah! Əli və Fatimənin də evi o evlərdən sayılırmı? Peyğəmbər (s) buyurdu: "O, evlərin ən fəzilətlisidir!”("Əd-durrul-mənsur”, 5-ci cild, səh. 50.)
    Hakim Həskani bu rəvayətdən sonra ötən rəvayəti də iki sənədlə Ənəs ibn Malik və Büreydədən nəql etmişdir.("Şəvahidut-tənzil”, 1-ci cild, səh. 410, hədis: 566)
    Diqqəti cəlb edən məsələ budur ki, Əhli-beytin (ə) bütün fəzilətlərinə müdaxilə ilə yanaşan "Ruhul-məani”nin müəllifi bura çatdıqda, birinci rəvayəti Ənəs ibn Malik və Büreydədən nəql edib yazır: "Əgər bu rəvayət səhih və doğru olsa, ayənin təfsirində onu nəzərə almamaq insafsızlıqdır!”(Yenə orada, hədis: 567-568.) (Başqa sözlə, ayənin ən gözəl təfsiri budur ki, vəsf olunan evlər peyğəmbərlərin evləridir və onların ən fəzilətlisi Əli və Fatimənin evidir!)
    Əhli-sünnənin digər alimləri də bu rəvayəti nəql etmişlər. Şübhəsiz, bu rəvayətlər Əli (ə), Fatimə (ə.s) və onların övladları Həsən və Hüseynə (ə), eləcə də, imam Hüseynin (ə) nəslindən olan Fatimə (ə.s) övladlarına, yəni məsum imamlara da şamil olunur. Çünki bütün imamlar həmin sülaləyə mənsubdur və onların davamçıları sayılır. Bəli, onların evi peyğəmbərlərin evləri ilə bərabər, hətta daha fəzilətli olub, həmişə ilahi nurla işıqlanır və şeytanların əlindən uzaqdır. Şübhəsiz, bu evlərin sakinləri də insanların ən üstünü, ən fəzilətlisidir. Onlar fəzilətcə ilahi peyğəmbərlərə bərabərdirlər. Bütün bunlar qeyd etdiyimiz rəvayətlərdən aydın başa düşülürsə, başqalarını onlardan üstün bilmək zülm və cəfa deyilmi?!
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 611 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024