İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-17, 8:32 AM
    3-SİRATİ-MÜSTƏQİM (DOĞRU YOL) AYƏSİ
    Gündəlik namazlarda oxuduğumuz "Həmd” surəsinin 6-cı ayəsində buyurulur:
    أِهْدِنَا الصِّرَاطَ المُسْتِقِيمَ
    "İlahi! Bizi doğru yola hidayət et!”
    Elə bir yola ki, bizi Sənin razılığını qazananlara çatdırsın, qəzəb etdiyin şəxslərin və azğınların yolundan ayırsın! İlahi! Bizi bu yola hidayət et, bu yolda sabitqədəm saxla.
    Şübhəsiz, "sirati-müstəqim” (doğru yol) geniş məna daşıyır. Bəzi alimlər onu "İslam”, bəziləri "Quran”, bəziləri "Peyğəmbər (s) və həqiqi imamlar”, bəziləri "ilahi ayin”, bəziləri də "ilahi peyğəmbərlərin qayda-qanunları” kimi təfsir etmişlər. Bunların hər biri həmin geniş məfhumda özünə yer tapır. Amma müxtəlif sənədlərlə Peyğəmbəri-əkrəmdən (s) nəql olunan bir çox rəvayətlərə görə, burada doğru yolun ən bariz nümunəsinə toxunulmuş, Əli ibn Əbi Talib (ə), yaxud Məhəmməd (s) və ali-Məhəmmədin yolu göstərilmişdir. Hakim Həskaninin "Şəvahidut-tənzil” kitabında Cabir ibn Abdullah Ənsaridən (o da Peyğəmbəri-əkrəmdən (s)) nəql etdiyi hədisdə buyurulur:
    اِنَّ اللهَ جَعَلَ عَلِيّاً وَزَوْجَتَهُ وَاَبْنائَهُ حُجَجُ اللهِ عَلى خَلْقِهِ وَهُمْ اَبْوابُ الْعِلْمِ فِى اُمَّتِى، مَنْ اِهْتَدى بِهِمْ هُدِىَ اِلى صِراطٍ مُسْتَقِيمٍ:
    "Allah Əlini, onun zövcəsini (Fatimeyi-Zəhranı) və övladlarını məxluqlar üzərində ilahi höccət seçmişdir. Onlar mənim ümmətim içərisində elm qapılarıdır. Hər kəs onlar vasitəsilə hidayət olunsa, doğru yolu tutar!”("Ruhul-məani”, 18-ci cild, səh. 157, bəhs etdiyimiz ayənin təfsirində.)
    Başqa bir hədisdə isə İbn Abbas Peyğəmbəri-əkrəmin (s) Əliyə (ə) belə buyurduğunu nəql edir:
    اَنْتَ الطَّرِيقُ الْواضِحُ وَاَنْتَ الصِراطُ الْمُسْتَقِيمُ وَاَنْتَ يَعْسُوبُ الْمُؤمِنِينَ!:
    "(Ya Əli!) Sən aydın və doğru yol, möminlərin rəhbərisən!”(Şəvahidut-tənzil”, 1-ci cild, səh. 58, hədis: 89.)
    Üçüncü bir hədisdə İbn Abbas "İhdinəs-siratəl-mustəqim” (İlahi, bizi doğru yola hidayət et) – ayəsinin təfsirində deyir: "Ey Allahın bəndələri! Deyin ki, ilahi, bizə Peyğəmbər və onun Əhli-beytinin məhəbbətini nəsib et!”(Yenə orada, hədis: 88)
    Dördüncü bir hədis Əbu Büreydədən nəql olunur və o deyir: "Doğru yoldan məqsəd Məhəmməd (s) və onun Əhli-beytidir!”(Yenə orada, səh. 87)
    Bu hədisi Əllamə Sələbi ("Təfsir”də)(Yenə orada, hədis: 88.)və Şeyx Übeydullah Hənəfi ("Ərcəhül-mətalib”də) Əbu Hüreyrədən nəql etmişdir.("Təfsiri-Sələbi”, "Kifayətul-xisam” kitabından nəqlən, səh. 345.)
    "Şəvahidut-tənzil”də qeyd olunan beşinci hədis Əbdür-Rəhman ibn Zeyddən nəql olunur. Onun atası "Siratəl-ləzinə ənəmtə ələyhim” (Nemət verdiyin şəxslərin yoluna (hidayət et)) – ayəsinin təfsirində deyir: "Onlar (nemət verilən kəslər) Peyğəmbər, onunla birgə olan Əli ibn Əbi Talib və onun şiələridir!”("Ərcəhül-mətalib”, səh. 85, "Lahur” çapı.)
    Bu haqda şiə mənbələrində rəvayət çoxdur. Məsələn, imam Sadiq (ə) "Siratəl-ləzinə ənəmtə ələyhim” – ayəsinin təfsirində buyurmuşdur: "Məqsəd, Məhəmməd (s) və onun övladlarıdır!”(Şəvahidut-tənzil”, 1-ci cild, səh. 66, hədis: 105)
    Bütün bunlar göstərir ki, "sirati-müstəqim”in (doğru yolun) xaricdə ən aydın və ən bariz nümunəsi Peyğəmbər (s), Əli (ə) və Fatimeyi-Zəhranın (ə.s) məsum övladlarıdır. Deməli, kim onların vilayətinə bağlanıb, onları özünə örnək seçsə, sözsüz, Allahın haqq yoluna düşəcək və azğınlıqdan uzaq olacaqdır.
    ***
    4-ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİ
    "Bəqərə” surəsinin 37-ci ayəsində buyurulur:
    فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
    "Adəm (tərki-övladan, qadağan olunmuş ağaca yaxınlaşdıqdan sonra) öz Rəbbindən müəyyən kəlmələr öyrəndi, onların vasitəsilə tövbə qıldı və Allah onun tövbəsini qəbul etdi. Allah tövbələri qəbul edən və mərhəmətlidir!”
    Allahın Adəmə (ə) tövbə üçün öyrətdiyi "kəlmələr”in nədən ibarət olması ilə bağlı təfsirçilər arasında müxtəlif rəylər var. Bəzi təfsirçilərin əqidəsinə görə, bu kəlmələr "Əraf” surəsinin 23-cü ayəsindəkilərdir: "(Adəm və Həvva) dedilər: "İlahi! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyankarlardan olarıq.”
    Bəzilərin nəzərincə, bunlar dualar, raz-niyazlar, o cümlədən, balığın qarnında həbs edilən Yunis peyğəmbərin duasından ibarətdir: "Ey mənim Rəbbim! Həqiqətən, mən özümə zülm etdim, məni bağışla. Çünki Sən bağışlayanların ən yaxşısısan!...”
    Lakin Peyğəmbəri-əkrəm (s)-dən, yaxud səhabələrdən nəql olunan müxtəlif rəvayətlərdə bu "kəlmələr”in Allah-taalanın Məhəmməd (s), Əli, Fatimə, Həsən və Hüseynin (ə) haqqına and verilməsi kimi şərhləri gözə dəyir.
    Süyuti Əd-durrul-mənsur” kitabında bu ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: "Mən Peyğəmbəri-əkrəmdən (s) soruşdum: Adəm peyğəmbərin Allahdan öyrəndiyi və onun vasitəsilə tövbə etdiyi "kəlmələr” nə idi? Peyğəmbər (s) buyurdu: "O, Allahı Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseynin haqqına and verərək tövbə etdi və Allah da onun tövbəsini qəbul etdi.”("Nurus-səqəleyn”, 1-ci cild, səh. 23, hədis: 101. Əlavə məlumat üçün o kitaba və "Burhan” kitabında nəql olunan hədislərə müraciət edin.)
    Yenə orada imam Əlidən (ə) belə nəql olunur: "Mən Peyğəmbəri-əkrəmdən (s) bu ayənin təfsirini soruşdum, Həzrət buyurdu: "...Allah Adəmə öyrətdi ki, belə desin:
    اَللّهُمَّ اِنِّى اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، سُبْحانَكَ لا اِلهَ اِلاّ اَنْتَ عَمِلْتُ سُوءً وَظَلَمْتُ نَفْسِى فَاَغْفِرْلِى اِنَّكَ اَنْتَ الْغَفُورُ الرَّحِيمُ، اَللّهُمَّ اِنِّى اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، سُبْحانَكَ لا اِلهَ اِلاّ اَنْتَ عَمِلْتُ سُوءً وَظَلَمْتُ نَفْسِى فَتُبْ عَلَىَّ اِنَّكَ اَنْتَ التَّوّابُ الرَّحِيمُ فَهؤُلاءِ الْكَلِماتُ الَّتِى تَلَقَّى آدَمُ:
    "İlahi! Mən Səni Məhəmməd və ali-Məhəmmədin haqqına and verirəm. Sən pak və münəzzəhsən, Səndən başqa heç bir məbud yoxdur. Mən pis iş görüb özümə zülm etdim, məni bağışla. Həqiqətən, Sən bağışlayan və mərhəmətlisən. İlahi! Mən Səni Məhəmməd və ali-Məhəmmədin haqqına and verirəm, Sən pak və münəzzəhsən, Səndən başqa heç bir məbud yoxdur. Mən pis iş görüb özümə zülm etdim, mənim tövbəmi qəbul et. Həqiqətən, Sən tövbələri qəbul edən və mərhəmətlisən.” Adəmin Allahdan öyrəndiyi "kəlmələr” bunlardan ibarət idi!”("Əd-durrul-mənsur”, 1-ci cild, səh. 60.)
    Bu rəvayətdən açıq-aydın başa düşülür ki, bu üç təfsir arasında ziddiyyət yoxdur. Ola bilər ki, onların hər biri Adəm peyğəmbərə öyrədilmişdir. Adəm də onların həqiqətini, dolğun məna və batinini duymaqla onda kamil ruhi dəyişiklik baş vermiş, Allah-taalanın lütf və mərhəmətini qazanmışdır.
    İbn Məğazili "Mənaqib” kitabında Səid ibn Cübeyrin İbn Abbasdan belə nəql etdiyini yazır: "Peyğəmbəri-əkrəmdən (s) Adəmin Allah-taaladan öyrəndiyi "kəlmələr” barəsində soruşulduqda, Həzrət buyurdu:
    سَئَلَهُ بِحَقِّ مُحَمَّدٍ وَعَلِىٍّ وَ فاطِمَةَ وَالْحَسَنِ وَالْحُسَيْنِ اِلاّ ما تُبْتَ عَلَىَّ فَتابَ عَلَيْهِ:
    "O, Allahı Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseynin haqqına and verərək tövbəsinin qəbul olunmasını istədi və Allah da onun tövbəsini qəbul etdi.”(Yenə orada.)
    Əllamə Qunduzi "Yənabiul-məvəddət”, Beyhəqi "Dəlailun-nubuvvət”, Bədəxşi "Miftahun-nəcah”, Abdullah Şafei "Mənaqib” kitablarında da bu hədisi nəql etmişlər.("Mənaqib”, "Ehqaqul-həqq” kitabından nəqlən, 9-cu cild, səh. 102.) Əksər kitablarda bu hədisin sonu İbn Abbasa gedib çıxsa da, onun ravisi təkcə o deyil. Çünki "Əd-durrul-mənsur”da Deyləminin "Müsnədül-firdovs” kitabından nəql edilən bu hədisin sənədi imam Əliyə (ə) yetişir. Əli (ə) buyurur: "Peyğəmbəri-əkrəmdən (s) bu ayə ("kəlmələr”in nəyə işarə olunduğu) haqda soruşdum... Həzrət (s) buyurdu: "Allah-taala Adəmə tövbəsinin qəbul olunması üçün Məhəmməd və ali-Məhəmmədin haqqını and verməyi öyrətdi.”(Yenə orada.)
    Bu haqda həm şiə, həm də əhli-sünnə mənbələrində imam Sadiqdən (ə) də müxtəlif sənədli rəvayətlər nəql olunmuşdur.
    Əhli-beytin (ə) fəzilətlərini bəyan edən bu hədislərin üstündən gözüyumulu keçmək olmaz. Adəm peyğəmbərin tövbə etməsi və bağışlanması üçün Allah tərəfindən əmr olunur ki, Allahı Məhəmməd (s) və ali-Məhəmmədin (ə) haqqına and versin! Bu məqam Əhli-beytdən (ə) başqa kimsəyə aid olmayan, məhz onlara məxsus çox böyük məqamdır. Belə bir şəraitdə, imamət və xilafət məqamına onlardan başqasını layiq bilmək olarmı?! Bu fəzilətlər göstərir ki, imamət və vilayət Peyğəmbərin (s) sülaləsi və Əhli-beytində qiyamət gününə qədər davam edəcək və bu təəccüblü deyil!
    ***
    5-ƏN YAXŞI ƏMƏL
    "Nəml” surəsinin 89-cu ayəsində buyurulur:
    مَن جَاء بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِّنْهَا وَهُم مِّن فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ
    "Hər kəs həsənə ( saleh iş) görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyəcək. Belələri o günün dəhşətli qorxusundan əmin-amanlıqda olarlar!”
    Bu ayədəki "həsənə” (saleh iş) sözü geniş mənada bütün yaxşı əməllərə şamil olur. Yaxşı əməl sahibləri Allahın xas mükafatları ilə müjdələnirlər ki, onlardan ən mühümü qiyamət və məhşər gününün dəhşətindən amanda olmaqdır.
    Bir çox rəvayətlərdə Peyğəmbərin (s) Əhli-beytinə məhəbbət bəsləmək ayədə qeyd olunan yaxşı əməlin xaricdə ən gözəl və bariz nümunəsi kimi göstərilir. Bu da o deməkdir ki, insanın onlara məhəbbət bəsləməsi qiyamət günü ən gözəl əmin-amanlığa səbəb olacaq.
    "Şəvahidut-tənzil” kitabında uyğun ayənin təfsiri ilə bağlı bir neçə rəvayət nəql olunmuşdur. Orada yaxşı əməl Əhli-beytə (ə) məhəbbətlə əlaqələndirilmişdir. Əbu Abdullah Cədəli deyir ki, Əli (ə) mənə buyurdu: "İstəyirsənmi sənə "Hər kəs saleh iş görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyəcəkdir” ayəsinin təfsirini deyim?” Dedim: "Bəli, sənə qurban olum!” Həzrət buyurdu: "Yaxşı əməl biz Əhli-beytə məhəbbət, pis əməl isə bizə kin-küdurət və ədavət bəsləməkdir!” Sonra Həzrət bu ayəni tilavət etdi.”("Əd-durrul-mənsur”, 1-ci cild, səh. 60, biz burada hədisi ixtisarla qeyd etdik.)
    Bu məzmun həmin kitabın 582 və 587-ci hədislərində vardır; bu fərqlə ki, 587-ci hədisdə belə buyurulur:
    اَلا اُخْبِرُكَ بالسَّيِّئَةِ الّتِى مَنْ جاءَ بِها اَكَبَّهُ اللهُ عَلى وَجْهِهِ فِى نارِ جَهَنَّمَ، بُغْضُنا اَهْلَ الْبَيْتِ!
    "Sənə elə pis əməlin adını deyimmi ki, Allah-taala onu yerinə yetirən hər kəsi üzü üstə cəhənnəmə atacaqdır? O (pis əməl), Əhli-beytə kin-küdurət və ədavət bəsləməkdir.” Sonra Əmirəl-möminin Əli (ə) ikinci ayəni ("Nəml” surəsinin 90-cı ayəsini) tilavət etdi:
    وَمَن جَاء بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ
    "Hər kəs pis iş görsə, cəhənnəm oduna üzü üstə atılar!” ("Şəvahidut-tənzil”, 1-ci cild, səh. 425, hədis: 581)
    Başqa bir hədisdə Əbu Əmamə Bahili Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir:
    اِنَّ اللهَ خَلَقَ الاَنْبِياءَ مِنْ شَجَرٍ شَتّى، وَخُلِقْنِى وَعَلِيّاً مِنْ شَجَرَةٍ واحِدَة، فَاَنَا اَصْلُها وَعَلِىٌّ فَرْعُها، وَالْحَسَنُ وَالْحُسَيْنُ ثِمارُها، وَ اََشْياعُنا اَوْراقُها، فَمَنْ تَعَلَّقَ بِغُصْنٍ مِنْ اَغْصانِها نَجا، وَمَنْ زاغَ هَوى، وَلَوْ اَنَّ عَابِداً عَبَدَاللهَ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ لَمْ يُدْرِكْ مَحَبَّتَنااَكَبَّهُ اللهُ عَلَى مِنْخَرَيْهِ فِى النّارِ:
    "Allah-taala peyğəmbərləri müxtəlif ağaclardan (köklərdən), məni və Əlini isə bir ağacdan yaratdı. Mən o ağacın kökü, Əli budağı, Həsən və Hüseyn meyvələri, şiələrimiz isə yarpaqlarıdır. O ağacın budaqlarının birindən yapışan şəxs nicat tapar, onlardan üz döndərən isə süqut edər. Əgər bir abid Allaha min il, daha min il,bir daha min il ibadət etsə, lakin bizə məhəbbət bəsləməsə, Allah-taala onu üzü üstə cəhənnəmin oduna atar!”(Yenə orada)
    Əllamə Qunduzi birinci hədisi imam Əlidən (ə) nəql edərək, onu Həzrətin bu sözü ilə sona yetirir: "Yaxşı əməl bizə məhəbbət, pis əməl isə bizə kin-küdurət və ədavət bəsləməkdir!”("Şəvahidut-tənzil”, 1-ci cild, səh. 428, hədis: 588.)
    Yenə həmin kitabda İbn Kəsirdən imam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: "Hər kəs yaxşı iş görsə, onun müqabilində on bərabər mükafat verilər” ayəsi bütün müsəlmanlar üçün, "Hər kəs yaxşı iş görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyir. Belələri o günün dəhşətli qorxusundan amanda olar” ayəsi isə yalnız vilayəti qəbul etmək və bizə (Peyğəmbərin (s) Əhli-beytinə) məhəbbət bəsləməyin mükafatıdır!”("Yənabiul-məvəddət”, səh. 98)
    Bir qrup təfsir və hədis alimi bu ayənin təfsirində Əhli-beytə (ə) məhəbbəti böyük "həsənə” və yaxşı əməl kimi qeyd etməsə də, "Şura” surəsinin "Kim yaxşı iş görsə, onun yaxşılığının savabını artırarıq”(Yenə orada) ayəsinin təfsirində uyğun məzmunda hədislər nəql etmişdir. Məsələn, Süyuti "Əd-durrul-mənsur” kitabında İbn Əbi Hatəmdən İbn Abbasın bu ayənin təfsirində belə dediyini nəql edir: "Bu ayədəki yaxşı əməldə məqsəd Məhəmmədin (s) Əhli-beytini sevməkdir!”("Şura” surəsi, ayə: 23.)
    Alusi "Ruhul-məani” kitabında bu ayənin ("Şura”, 23) təfsirində ("həsənə”də məqsədin Əhli-beytə (ə) və Peyğəmbərin (s) yaxın adamlarına məhəbbət olduğunu bildirən bəzi təfsir alimlərinin nəzərlərini və bunun İbn Abbas və Südeydən nəql olunduğunu qeyd etdikdən sonra) yazır: "Peyğəmbərin (s) Əhli-beytini sevmək ən böyük həsənə və yaxşı əməldir.("Əd-durrul-mənsur”, 6-cı cild, səh. 7.)
    Buna oxşar hədislər başqa kitablarda da nəql olunmuşdur. Biz isə qeyd olunanlarla kifayətlənirik. Bu bəhsi də Əhli-beytin (ə) məhəbbətini qiymətləndirən bir hədislə sona yetiririk. (Əlbəttə, bu hədis bəhs etdiyimiz ayənin təfsirində nəql olunmamışdır.)
    Şəblənci "Nurul-əbsar” kitabında Peyğəmbəri-əkrəmdən (s) (öz etirafına görə, səhih və doğru olan) belə bir hədis nəql edir:
    وَاللهِ لا يَدْخُلُ قَلْبَ رَجُلٍ، اَلْاِيمانَ حَتّى يُحِبَّهُمْ اَهْلَبَيْتِى لِقَرابَتِهِمْ مِنِّى:
    "Allaha and olsun! Mənim Əhli-beytimi onların mənimlə yaxınlığına görə sevməyən şəxsin qəlbinə iman daxil olmaz.”(Ruhul-məani”, 25-ci cild, səh. 31.)
    Bunu da qeyd edirik ki, sadə məhəbbət və sevgi qiyamət gününün dəhşətli qorxusundan kiməsə əmin-amanlıq verə bilməz, əsla imanın şərtlərindən sayılmaz. Bu ifadələr açıq-aydın göstərir ki, Əhli-beytin sevgisi, sözsüz, din və nübüvvətin davamı, imanın qorunub-saxlanılmasını təmin edən imamət və vilayət əsası ilə əlaqədardır.
    ***
    Qeyd etdiyimiz bütün ayə və rəvayətlərdən aydın başa düşülür ki, Peyğəmbərin (s) Əhli-beyti, xüsusilə Əli ibn Əbi Talib, Fatimeyi-Zəhra, Həsən və Hüseyn (ə) yüksək məqama malikdirlər; onları sevmək risalət və peyğəmbərliyə hörmət, onlara salavat göndərmədən qılınan namaz batildir. Onlar "sirati-müstəqim” (doğru yol) və Adəm peyğəmbərin tövbə üçün Allahdan öyrəndiyi müqəddəs adlar və sözlərdir. Bəli, bu böyük fəzilətlərə malik olan, həm şiə, həm də əhli-sünnənin məşhur rəvayətlərində böyük adla yad edilən kəslər başqaları ilə bərabər deyil. Onlara məhəbbət bəsləmək, şübhəsiz, Peyğəmbər (s) tərəfindən əsası qoyulan imamət və vilayətə doğru atılan ilk addımlardır. Onlar "səqəleyn” kimi "mütəvatir” rəvayətlərdə Qurani-kərimlə yanaşı durur. Həm onlar, həm də Qurani-kərim nicat gəmisi kimi tanıtdırılır. Bu sülalə qiyamət gününə qədər İslam ümməti arasında yaşayacaqdır və müsəlmanların onlara sığınmaları labüddür. Onlar nicat gəmisi, parlaq ulduz, hidayət çıraqları və fəzilət dəryasıdırlar.
    Bəli, bizim əqidəmizə görə, Qurani-kərimdə Əhli-beytin (ə) fəzilətlərinə dair bir çox işarələr var və bu nöqtələr, Peyğəmbəri-əkrəmin (s) buyuruqları ilə bütün müsəlmanlara elan edilmişdir. Müsəlmanlar da Peyğəmbərə (s) itaət etməli, təəssübkeşlikdən əl çəkərək nicat yolunu seçməli, yəni həzrətin Əhli-beytinə sarılıb, onların hidayət və rəhbərliyi ilə son məqsədə, səadət və təkamülə çatmalıdırlar. Bu qədər işarə və açıq-aşkar bəyanları, mötəbər sənədləri görməməzliyə vuranlar, yaxud Quranı öz şəxsi rəyi ilə təfsir edib hər tərəfə yozanlar qiyamət günü cavab verə bilməyəcəklər!
    ***
    HƏDİSLƏRDƏ ƏHLİ-BEYT İMAMLARININ ADLARI
    Qeyd etmək lazımdır ki, əhli-sünnə mənbələrində qeyd olunan bəzi rəvayətlərdə on iki imamın hamısının adı aşağıdakı tərtiblə qeyd olunmuşdur:
    İmam Əli ibn Əbi Talib, imam Həsən ibn Əli, imam Hüseyn ibn Əli, imam Əli ibn Hüseyn, imam Məhəmməd ibn Əli-Baqir, imam Cəfər ibn Məhəmməd-Sadiq, imam Musa ibn Cəfər-Kazim, imam Əli ibn Musər-Riza, imam Məhəmməd ibn Əli-Təqi, imam Əli ibn Məhəmməd-Nəqi, imam Həsən ibn Əli-Əskəri və imam Məhəmməd ibn Həsən-Mehdi (əleyhimus-səlam)!
    Süleyman ibn İbrahim Qunduzi Hənəfi "Yənabiul-məvəddət” kitabında iki hədis nəql etmişdir. Birinci hədis ("Fəraidus-səmteyn” kitabından) İbn Abbasdan belə nəql edilir: "Bir nəfər yəhudi, Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib İslam və onun təlimləri haqqında müxtəlif suallar soruşdu. O cümlədən, Həzrətin vəsi və xəlifələrindən soruşduqda, Peyğəmbəri-əkrəm (s) birinci vəsisini Əli ibn Əbi Talibin, sonra Həsən və Hüseynin, sonra da doqquz imamın adlarını bir-bir çəkdi. Yəhudi iman gətirib dedi: Mən keçmiş peyğəmbərlərin kitablarında, o cümlədən, Musa peyğəmbərin kitabında oxumuşam ki, sonuncu peyğəmbərin ilk canişini onun kürəkəni, ikinci və üçüncü canişini ilk canişinin övladları və bir-birilə qardaş, qalan doqquz nəfəri isə üçüncü canişinin övladları olacaq.”("Nurul-əbsar”, səh. 126)
    İkinci hədis isə "Mənaqib” kitabından Cabir ibn Abdullah Ənsaridən nəql edilir. Orada da on iki imamın adı bir-bir qeyd edilir. Bu hədis də yuxarıdakı əhvalata bənzəyir və uzun olduğundan onu qeyd etmirik.("Yənabiul-məvəddət”, səh. 440, 86-cı bölüm.)
    Unutmamalıyıq ki, ötən bəhslərdə qısa şəkildə on iki imamın vücuduna dəlil olan çoxlu rəvayət qeyd etdik. Əgər yenidən həmin bəhslərə müraciət etməklə həm şiə, həm də əhli-sünnənin məşhur və mötəbər rəvayətlərinə diqqət yetirsək, görəcəyik ki, on iki imam, yaxud on iki xəlifə üçün doğru təfsir yalnız şiələr tərəfindən bəyan edilmiş, digər firqələr üçün isə Peyğəmbərin (s) on iki xəlifəsi barəsindəki buyuruqları anlaşılmaz qalmışdır. Ən mötəbər hədis mənbələrində nəql olunan bu rəvayətlərin əksəriyyəti səhih olduğundan onları inkar etmək qeyri-mümkündür. Onların doğru təfsiri yalnız imamiyyə şiələrinin əqidələri ilə uyğun gəlir.
    Ümid edirik ki, hər birimiz təəssübkeşlikdən əl çəkərək imamət, vilayət və Peyğəmbərin (s) xilafəti ilə bağlı ayə və rəvayətləri bir daha yenidən araşdırıb, bütün müsəlmanların üzünə yeni bir qapı açacağıq!
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 595 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024