İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-17, 8:31 AM
    YEDDİNCİ FƏSİL
    PEYĞƏMBƏRİN (S) SONUNCU XƏLİFƏSİ İMAM MEHDİ (Ə)
    İlk növbədə bildiririk ki, bəzi xəbərsizlərin təsəvvürünə zidd olaraq, imam Mehdinin (ə) qiyamı və cahanşümul hökumətinə inam yalnız Əhli-beyt məktəbinin ardıcıllarına, şiələrə məxsus deyil. İstisnasız olaraq, bütün İslam firqələrində "axirəz-zaman”da Peyğəmbərin (s) sülaləsindən Mehdi adlı bir şəxsin zühur edib, dünyanı haqq-ədalətlə dolduracağı barədə təsəvvür var. Peyğəmbəri-əkrəmin (s) bu məsələ ilə bağlı buyurduğu rəvayətlər onların kitablarında nəql edilmiş, bu haqda şiə və sünni alimləri tərəfindən kitablar yazılmışdır. Biz kələcəkdə yeri gəldikcə, onlardan sitatlar gətirəcəyik.
    Bu rəvayətlər müəyyən məzhəbə xas olmayıb, bütün İslam təhqiqatçıları tərəfindən qəbul edilən qəti və "mütəvatir” rəvayətlərdir. Bu təhqiqatçılardan yalnız İbn Xəldun və Əhməd Əmin Misri kimi bir neçə nəfər onların İslam peyğəmbərindən (s) nəql olunmasına şübhə etmişlər. Bizim əqidəmizə görə, onların da məqsədi bu rəvayətləri zəif qələmə verməkdir. Bəlkə də onları belə bir fikrə vadar edən imam Mehdinin (ə) qiyamı ilə əlaqədar bir sıra xariqül-adə hadisələrin baş verməsidir ki, onları qəbul etmək çətin gəlir. Halbuki "vəhhabi” kimi ən təəssübkeş firqə onu qəbul edir və bu hədislərin "mütəvatir” olduğunu təsdiqləyir. Bu müddəanın sübutu neçə il bundan öncə vəhhabilərin və Səudiyyə dövlətinin himayəsi altında fəaliyyət göstərən "Ümumdünya İslam əlaqələri təşkilatı” tərəfindən imam Mehdinin (ə) zühuru ilə bağlı sorğunun cavabında verilən bəyanatdır. Bu sual Keniyadan Əbu Məhəmməd adlı bir nəfər tərəfindən ünvanlanmışdı. Cavab olaraq bu bəyanat verilmiş və həmin təşkilatın sədri Məhəmməd Saleh Qəzzazın imzası ilə də təsdiq edilmişdir. Bu bəyanatda deyilir: "Vəhhabi məzhəbinin təsisçisi İbn Teymiyyə Mehdi ilə bağlı hədisləri qəbul edir.” Sonra bu haqda Hicazın beş məşhur alimi tərəfindən yazılan bir risalədən sitatlar gətirilir və həmin risalənin bir yerində belə yazılır: "Dünyaya fitnə-fəsad, zülm və küfr hakim olduğu bir vaxtda, Allah-taala dünyanı Mehdinin vasitəsilə haqq-ədalətlə dolduracaqdır. O, on iki nəfərdən ibarət "raşidin” xəlifələrinin sonuncusudur və "Sihah” kitablarına görə, Peyğəmbər (s) bu haqda xəbər vermişdir...”
    İmam Mehdi (ə) haqda hədislər Peyğəmbərin (s) bir çox səhabəsi tərəfindən nəql edilmişdir. O cümlədən, Osman ibn Əfvan, Əli ibn Əbi Talib, Təlhə ibn Übeydullah, Əbdür-Rəhman ibn Ovf, Abdullah ibn Abbas, Əmmar ibn Yasir, Abdullah ibn Məsud, Əbu Səid Xudri, Sovban, Qurrət ibn Əyas Məzəni, Abdullah ibn Haris, Əbu Hüreyrə, Hüzeyfə ibn Yəman, Cabir ibn Abdullah Ənsari, Əbu Əmamə, Cabir ibn Macid, Abdullah ibn Ömər, Ənəs ibn Malik, İmran ibn Həsin və Ümmü Sələmə də bu zümrəyə aiddir.
    İmam Mehdinin (ə) zühuru haqqında səhabələrin də bir çox sözləri nəql olunmuşdur ki, onları da Peyğəmbərin (s) hədisləri ilə eyni səviyyədə hesab etmək olar. Çünki bu məsələnin ictihadla rabitəsi yoxdur. Deməli, səhabələr bu hədisləri Peyğəmbərdən (s) eşitmişlər.
    Həmin risalədə yazılır: "Bu iki mətləb (həm Peyğəmbərin (s), həm də səhabələrin rəvayətləri) İslamın bir çox məşhur mənbələrində və "əsl” hədis kitablarında nəql olunmuşdur, o cümlədən, "Sünəni-Əbi Davud”, "Sünəni-Termizi”, "Sünəni-İbn Macə”, "Sünəni-İbn Əmr”, "Müsnədi-Əhməd”, "Müsnədi-İbn Leyli”, "Müsnədi-Bəzzaz”, "Səhihi-Hakim”, "Məacimi-Təbərani”, "Məacimi-Darü-Qutni”, "Məacimi-Əbu Nəim”, "Məacimi-Xətib Bağdadi”, "Məacimi-İbn Əsakir” və s.
    Bu məsələ o qədər əhəmiyyətlidir ki, bəzi İslam alimləri Mehdi ilə əlaqədar ayrıca kitablar yazmışlar. Əbu Nəim İsfahaninin "Əxbarul-Mehdi”, İbn Həcər Heysəminin "Əl-qovlul-muxtəsər fi əlamatil-Mehdiyyil-Muntəzər”, Şövkaninin "Ət-tövzihu fi təvatur caə fil-Muntəzəri vəd-Dəccali vəl-Məsih”, İdris İraqi Məğribinin "Əl-Mehdi”, Əbul-Abbas ibn Əbdül-Mömin Məğribinin "Əl-vəhmul-məknun fir-rəddi əla Əli ibn Xəldun” kitabını misal göstərmək olar.
    Bir çox alimlər öz əsərlərində qeyd etmişlər ki, Mehdi (ə) haqqında nəql olunan hədislər "təvatür” həddinə çatdığından, həmin hədisləri inkar etmək olmaz. Məsələn, Səxavi ("Fəthul-muğis”), Məhəmməd ibn Əhməd Səfavini ("Şərhul-əqidə”), Əbülhəsən Əbri ("Mənaqibuş-şafei”), İbn Teymiyyə "Fətava”, Süyuti ("Əl-havi”), Şovkani ("Ət-tövzih”) və Məhəmməd Cəfər Kənani ("Nəzmut-tənamur”) imam Mehdi (ə) haqqındakı hədislərin "təvatür” həddinə çatdığını qeyd etmişlər.
    Bu bəhsin sonunda isə belə yazırlar: "Alimlərin arasında yalnız İbn Xəldun, Mehdi haqqında olan hədislərə irad tutmaq istəmişdir. Amma din böyükləri və İslam alimləri onun sözünü rədd etmiş, hətta İbn Əbdül-Mömin kimiləri bu mövzuda ayrıca kitablar yazmışlar. Bir sözlə, hədis hafizləri və din alimləri açıq-aşkar qeyd etmişlər ki, Mehdi (ə) haqqında nəql olunan hədislər "səhih” (doğru) və "həsən”dir, ümumilikdə "təvatür” həddinə çatmışdır.”
    Nəhayət, onlar belə nəticəyə gəlirlər: "Mehdinin (ə) zühuruna inam hər bir müsəlmana vacibdir. Bu əhli-sünnənin etiqadi əsaslarından biridir. Nadanları və bidətçiləri istisna olmaqla, heç kim bunu inkar etmir.”(Yenə orada, səh. 442, 86-cı bölüm.)
    Qeyd etmək lazımdır ki, təhqiqatçıların əqidəsinə görə, imam Mehdiyə (ə) yalnız müsəlmanlar deyil, həm də digər dinlərin ardıcılları inanır və böyük dünyəvi islahatların intizarını çəkirlər. Bu onların da mənbələrində qeyd olunmuşdur. (Bu barədə məlumat əldə etmək istəyənlər imam Mehdinin (ə) zühuru ilə bağlı yazılmış kitablara müraciət edə bilərlər.(Bu risalənin müəlliflərinin adı: Məhəmməd Müntəzir Kənani ("İslam fiqhi” adına təşkilatın rəisi), Şeyx Saleh ibn İsiyyin, Şeyx Əhməd Məhəmməd Camal, Şeyx Əhməd Əli və Şeyx Abdullah Xəyyat.))
    İndi isə imam Mehdinin (ə) zühuru ilə əlaqədar ayələri qeyd edirik:
    1-YER ÜZÜNDƏ SALEHLƏRİN HÖKUMƏTİ
    "Ənbiya” surəsinin 105-106-cı ayələrində buyurulur:
    وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ إِنَّ فِي هَذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَ
    "Həqiqətən, Biz Zikrdən (Tövratdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin sahib olacağını yazmışdıq. Həqiqətən, bu sözdə ibadət edən bir qövm üçün moizə, öyüd-nəsihət var!”
    Saleh bəndələrin (axirət) mükafatlarını ardıcıl sadalayan ayələrdə əslində, dünyəvi mükafatdan söz açılır. Bu elə bir mükafatdır ki, səadətin təmini, ilahi hökmlərin icrası, bəşəriyyətin qurtuluş və islahı üçün zəmindir. Ayədə "ərz” (yer) sözü mütləq şəkildə bütün dünyaya və yer kürəsinə aid edilir, saleh bəndələrə cahanşümul hökumətin bərpası haqda müjdə verilir. Bu mövzu keçmiş zamanlarda gerçəkləşmədiyindən onun gələcəkdə həyata keçəcəyi gözlənilməlidir. Bu da yalnız həzrət Mehdinin (ə) cahanşümul hökuməti ola bilər.
    Diqqət yetirmək lazımdır ki, "Biz bu vədi keçmiş peyğəmbərlərin kitablarında yazmışıq” ifadəsinə görə, bu yeni bir vəd deyil. Hər zaman və hər dində bu haqda məlumat verilmişdir. Ayədə qeyd olunan "Zəbur”da məqsəd çox ehtimal ki, Davud peyğəmbərin dua, minacat, raz-niyaz, moizə və öyüd-nəsihətlərdən ibarət "Zəbur” kitabıdır. Bu kitab "Əhdi-qədim”də (Tövratda) "Davudun məzamiri” adı ilə yad edilir. Maraqlıdır ki, zaman ötdükcə, "Əhdi-qədim” təhrifə məruz qalsa da, "Davudun məzamiri”ndə bu böyük müjdəni müşahidə edirik. Bu kitabın 37-ci bölümünün (məzmurunun) 9-cu cümləsində belə deyilir: "...Çünki şər insanlara son qoyacaq, Allaha güvənənlər isə yer üzünün sahibləri, varisləri olacaqlar!” 11-ci cümlədə də belə yazılır: "Təvazökarlar yer üzünün varisləri olacaq, sağlamlıqdan ləzzət alacaqlar!” 27-ci cümlədə qeyd olunmuşdur: "Allaha yaxın olanlar yer üzünün varisləri olacaqlar. Onun lənət etdiyi şəxslərə isə son qoyulacaq!” 29-cu cümlə isə belədir: "Sadiqlər (sözündə və əməlində doğru olanlar) yer üzünə sahib və orada əbədi sakin olacaqlar!”
    Aydındır ki, buradakı "sadiqlər”, "Allaha təvəkkül edib güvənənlər”, "Allaha yaxın olanlar” və "təvazökarlar” kimi ifadələr Qurani-kərimdə qeyd olunan "saleh bəndələr”lə eynidir. Bəhs etdiyimiz ayədə qeyd olunan "Zikr”də məqsəd isə bir çox təfsirçilərin əqidəsinə görə Tövratdır. Necə ki, "Ənbiya” surəsinin 48-ci ayəsində buyurulur:
    وَلَقَدْ آتَيْنَا مُوسَى وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاء وَذِكْرًا لِّلْمُتَّقِينَ
    "Biz Musa və Haruna haqqı batildən ayıran, nur və pərhizkarlardan ötrü öyüd-nəsihət olan Tövratı vermişdik.”
    Beləliklə, imam Mehdinin (ə) zühur müjdəsi Tövratın digər fəsillərində, o cümlədən, Əşiya peyğəmbərin kitabında da verilmişdir. Necə ki, bu kitabın 11-ci fəslində belə yazılır: "Həqiqətən, zalımlar üzərində ədalət hökm sürəcək və bu da yer üzünün yoxsulları üçün aydınlıq olacaqdır. Hər yerdə ədalət bərqərar olacaq, əhdə vəfa ediləcəkdir. Qurd qoyunun yanında yatacaq... Çünki yer üzü dənizlər su ilə dolduğu kimi, Allahın elmi ilə dolacaqdır!”
    Tövratın özündə də buna oxşar bəzi ifadələr var. Məsələn, 13-cü fəslin 15-ci cümləsində belə deyilir: "Yer üzünü İbrahimin övladlarından birinə verəcəyik...” 18-ci fəslin 20-ci cümləsi belədir: "Mən ona (İsmayıla) bərəkət verdim, onun övladlarını çoxaldacağam, nəhayət, on iki sərvər gətirəcək və onun ümməti böyük olacaqdır!” "On iki sərvər gətirəcək” ifadəsi göstərir ki, on iki imam və rəhbərin hamısı onun övladlarıdır. 18-ci fəslin 18-ci cümləsində deyilir: "Dünyanın bütün qövmləri onun ətrafına toplaşacaq!”
    ***
    İmam Mehdinin (ə) qiyamı ilə əlaqədar bu ayədəki açıq-aydın ifadələrdən əlavə, rəvayətlərdə də bu haqda geniş söz açılmışdır. Mərhum Təbərsi "Məcməül-bəyan” kitabında bu ayənin təfsirində imam Baqirdən (s) belə bir hədis nəql edir: "Onlar (yer üzünə sahib olan saleh bəndələr) axirəz-zamanda Mehdinin dostlarıdır.”
    "Təfsiri-Qummi”də qeyd olunan bir hədisdə deyilir: "Bu ayədə məqsəd Mehdi (ə) və onun səhabələridir!”
    Ola bilər ki, Allahın saleh bəndələri yer üzünün hakimiyyətinin bir hissəsini öz ixtiyarlarına alsınlar. Necə ki Peyğəmbər dövründə və digər əsrlərdə belə hadisələr baş vermişdir. Lakin saleh bəndələrin bütün yer üzündəki hökuməti, yalnız həzrət Mehdinin (ə) zühuru zamanı olacaqdır. Bu haqda həm şiə, həm də əhli-sünnə vasitəsilə nəql olunan çoxlu "mütəvatir” hədis vardır. Şeyx Mənsur Əli Nasif əhli-sünnənin məşhur "beş üsul”undan sayılan "Əttacul-cami lil-üsul” kitabında yazır: "Bütün keçmiş və müasir alimlər arasında məşhur nəzər budur ki, axirəz-zamanda Əhli-beytdən bir nəfər zühur edəcək. O, bütün İslam ölkələrinə hakim olacaq və bütün müsəlmanlar ona itaət edəcək. Həmin şəxs haqq-ədalətlə hökm sürəcək və dini qüdrətləndirəcəkdir!”
    Sonra yazır: "Mehdi haqqında deyilən hədisləri Peyğəmbərin (s) bir qrup yaxın səhabələri nəql etmiş, eləcə də Əbu Davud, Termizi, İbn Macə, Təbərani, Əbu Yəla, Bəzzaz, Əhməd ibn Hənbəl və Hakim kimi böyük hədis alimləri öz əsərlərində qeydə almışdır.”(Bu haqda "Mehdinin (ə) cahanşümul inqilabı” kitabına müraciət edə bilərsiniz.)
    Hətta bu hədislərə şübhə ilə yanaşan İbn Xəldun, onların bütün İslam alimləri arasındakı şöhrətini inkar edə bilməmişdir.("Ət-tacul-cami lil-üsul”, 5-ci cild, səh. 341 (kitabın vərəqaltı haşiyəsində).)
    Bu hədislərin "təvatür” həddində olduğunu nəql edən məşhur Misir alimi Məhəmməd Şəblənci "Nurul-əbsar” kitabında yazır: "Peyğəmbəri-əkrəmdən (s) bizə gəlib çatan "mütəvatir” hədislərə əsasən, Mehdi onun sülaləsindəndir və yer üzünü haqq-ədalətlə dolduracaqdır.”
    Bu ifadə bir çox kitablarda da vardır. Hətta məşhur əhli-sünnə alimi Şövkani imam Mehdinin (ə) zühuru, Dəccalın qiyamı və həzrət İsa-Məsihin (ə) gəlişi ilə əlaqədar yazdığı kitabda bu hədislərin "təvatür” həddində olduğunu izah etdikdən sonra yazır: "Deyilən mətləblər zərrə qədər imanı, arpa dənəsi qədər insafı olan kəslər üçün kifayətdir!”("İbn Xəldun”, səh. 311, Beyrut çapı.)
    Biz isə məşhur İslam mənbələrində nəql olunan bu hədislərin bir neçəsini qeyd etməklə kifayətlənirik:
    1. Əhli-sünnənin dörd imamından biri olan Əhməd ibn Hənbəl "Müsnəd” kitabında Əbu Səid Xudridən Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql etmişdir:
    لا تَقُومُ السّاعَةَ حَتّى تَمْتَلَاُ الْاَرْضَ ظُلْماً وَعُدْواناً، قالَ ثُمَّ يَخْرُجُ رَجُلٌ مِنْ عِتْرَتِى اَوْ مِنْ اَهْلِ بَيْتِى يَمْلَاُها قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ عُدْواناً:
    "Yer üzü zülm və haqsızlıqla dolmayınca, qiyamət bərpa olmayacaq; bu zaman mənim itrətimdən (Əhli-beytimdən) bir kişi qiyam edəcək, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır.”("Ət-tacul-cami lil-üsul” kitabından nəqlən, 5-ci cild, səh. 360, "Daru ehyait-turasil-ərəbi” çapı.)
    2. Bu hədisi Hafiz Əbu Davud Səcistani də "Sünən” kitabında azacıq fərqlə nəql etmişdir.("Müsnədi-Əhməd”, 3-cü cild, səh. 36.)
    3. Məşhur hədis alimi Termizi (Şeyx Mənsur Əli Nasifinin yazdığına görə) səhih sənədlə Abdullahdan Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql etmişdir:
    لَوْ لَمْ يَبْقَ مِنَ الدُّنْيا اِلاّ يَوْمٌ لَطَوَّلَ اللهُ الْيَوْمََ حَتّى يَبْعَثَ رَجُلاً مِنِّى اَوْ مِنْ اَهْلِ بَيْتِى يَواطِئُ اِسْمُهُ اِسْمِى وَاِسْمُ اَبِيهِ اِسْمَ اَبِى يَمْلَاُ الاَرْضَ قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ ظُلْماً وَجَوْراًً:
    Əgər dünyanın qurtarmasına bir gündən artıq qalmasa belə, Allah-taala həmin günü məndən, yaxud mənim Əhli-beytimdən("Sünəni-Əbi Davud”, 4-cü cild, səh. 152.)olan bir kişinin zühur edəcəyi vaxta qədər uzadacaq. Onun adı mənim adım, atasının adı mənim atamın adı ilə eynidir.(Hədisdə qeyd olunan "məndən, yaxud mənim Əhli-beytimdən” deyilməsi ravinin şəkkini bildirir və hər ikisinin məfhum və möhtəvası birdir.) O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır!”(Bəzi böyük alimlərin açıq-aydın qeydlərinə görə, hədisdə qeyd edilən "Atasının adı atamın adı ilə eynidir!” – ifadəsinin əvəzində "atasının adı övladımın adı ilə eynidir!” nəql olunan ifadəsi doğrudur. Buna əsasən, bu hədis imam Mehdinin (ə) adı ilə tamamilə uyğun gəlir. Çünki imam Mehdinin (ə) adı Məhəmməd, atasının adı isə Həsən Əskəridir ki, Peyğəmbəri-əkrəmin (s) övladı imam Həsənin (ə) adı ilə eynidir.)
    Hakim Həskani "Əl-müstədrək” kitabında bu hədisi azacıq fərqlə nəql etdikdən sonra yazır: "Bu hədis səhih və doğrudur, hərçənd, Buxari və Müslim onu nəql etməmişlər!”("Ət-tacul-came lil-üsul”, 5-ci cild, səh. 343.)
    4. Əbu Davud "Sünən” kitabında bunu Ümmü Sələmədən belə nəql edir: "Mən Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu eşitdim:
    اَلْمَهْدِىُّ مِنْ عِتْرَتِى مِنْ وُلْدِ فاطِمَةَ
    "Mehdi mənim sülaləmdən və Fatimənin övladlarındandır!”("Əl-müstədrəku ələs-səhiheyn”, 4-cü cild, səh. 558)
    5. Hakim Nişapuri "Əl-müstədrək” kitabında Əbu Səid Xudridən daha ətraflı bir hədisdə Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu yazır:
    يَنْزِلُ بِاُمَّتِى فِى آخِرِالزَّمانِ بَلاءٌ شَديدٌ مِنْ سُلْطانِهِمْ، لَمْ يُسْمَعْ بَلاءٌ اَشَدٌّ مِنْهُ، حَتّى تَضِيقَ عَنْهُمُ الاَرْضُ الرَّحْبَةُ، وَحَتّى يَمْلَاُ الْاَرْضَ جَوْراً وَظُلْماً، لايَجدُ الْمُؤمِنُ مَلْجَاً يَلْتَجِاُ اِلَيْهِ مِنَ الظُّلمِ فَيَبْعَثُ اللهُ عَزَّوَجَلَّ رَجُلاً مِنْ عِتْرَتِى، فَيَمْلَاُ الْاَرْضَ قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ ظُلْماً وَجَوْراً، يَرْضى عَنْهُ ساكِنُ السَّماءِ وَ ساكِنُ الْاَرْضِ، لا تَدَّخِرُ الْاَرْضُ مِنْ بَذرِها شَيْئاً اِلاّ اَخْرَجَتْهُ، وَلاَ السَّماءُ مِنْ قَطْرِها شَيْئاً اِلاّ صَبَّهُ اللهُ عَلَيْهِمْ مِدراراً:
    "Axirəz-zamanda mənim ümmətim hökmranlar tərəfindən ağır bəlalara məruz qalacaq. Belə ki, ondan ağır və şiddətlisi eşidilməmişdir! Hətta yer üzü bu qədər genişliyi ilə belə, onlara dar olacaq, zülm və haqsızlıq hər yeri tutacaq. Mömin bir kəs zülmdən pənah aparmağa yer üzündə bir yer tapmayacaqdır. Bu zaman Allah-taala mənim sülaləmdən olan bir nəfəri göndərəcək ki, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldursun. Göy və yerin sakinləri ondan razı olarlar, yer üzü özünün bütün toxumlarını cücərdər, səma bütün yağışını onun üzərinə tökər (və hər yeri xeyir- bərəkət bürüyər)!”("Səhihi-Əbi Davud”, 2-ci cild, səh. 207.)
    Hakim Nişapuri bu hədisi qeyd etdikdən sonra yazır: "Bu hədis səhih və doğrudur, hərçənd, Buxari və Müslim onu nəql etməmişlər.”
    Müxtəlif ravilər tərəfindən nəql olunan bu hədislərin məşhur mənbələrdə qeyd olunması göstərir ki, axirəz-zamanda imam Mehdinin (ə) dünyaya hakim olacağı, yer üzünü haqq-ədalətlə dolduracağı və "həqiqətən, yer üzünə saleh bəndələr sahib olacaqlar” ayəsi qaçılmaz həqiqətdir.
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 581 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024