İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-17, 8:28 AM
    2-NUR AYƏSİ
    "Nur” surənin 55-ci ayəsində buyurulur:
    وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ
    "Allah aranızda iman gətirib saleh iş görənləri, yalnız Mənə ibadət edən və heç nəyi Mənə şərik qoşmayanları onlardan əvvəlkilər kimi yer üzünə varis edəcəyini, möminlər üçün Özü bəyəndiyi dini möhkəmləndirəcəyini və onların qorxusunu əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd etmişdir. Bundan sonra hər kəs kafir olsa, şübhəsiz ki, əsl fasiqlərdir!”
    Bu ayədə açıq-aydın saleh və yaxşı işlər görən möminlərə müjdə verilir ki, onlar yer üzünün rəhbərliyini əldə edəcək, İslam dini hər tərəfə yayılacaq, qorxu əmin-amanlıq, təhlükəsizliklə əvəz olunacaq, şirkə, fitnə-fəsada son qoyulacaq, Allahın bəndələri azadlıqla yeganə Allaha ibadət edəcək və bütün insanlara höccət tamamlanacaqdır. Belə ki, əgər hər kəs bundan sonra küfr etsə, Allahın itaətindən çıxmış əsl fasiq adlanacaqdır.
    Bu mühüm hadisə və ilahi vədlər həm Peyğəmbəri-əkrəmin (s), həm də ondan sonrakı dövrlərdə nisbətən geniş miqyasda dünya müsəlmanları üçün gerçəkləşdi. Lakin sonralar düşmənlərin caynaqları altına keçən İslam və müsəlmanları qorxu və dəhşət bürüdü. Bu dəhşət təkcə ərəb ölkələrini deyil, dünyanın əksər məntəqələrini əhatə etdi və düşmənlər bütün cəbhələrdə kəskin mövqe tutdular. Hələ ki, bütün dünyada şirk və bütpərəstliyi tövhidlə, zülm və haqsızlığı təhlükəsizlik, əmin-amanlıqla əvəz edəcək cahanşümul İslam hökuməti gerçəkləşməmişdir və mütləq onun intizarını çəkmək lazımdır. Bu böyük hadisə "mütəvatir” rəvayətlərə görə, imam Mehdinin (ə) zühuru və inqilabı ilə həyata keçəcəkdir. Lakin bu ayə nisbi olaraq İslam peyğəmbərinin və ona yaxın olan dövrlərə də şamil olur. Bu isə geniş miqyasda imam Mehdinin (ə) zühurundan sonra baş verəcəkdir. Burada əsla ziddiyyət yoxdur və bunlar ilahi vədlərin müxtəlif zamanlardakı təzahürləridir.
    Ayədə qeyd olunan "Onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini vəd etmişdir” ifadəsində məqsəd budur ki, keçmiş ümmətlərdə (nisbi) baş verdiyi kimi, möminlər və saleh bəndələr yer üzündən birdəfəlik zülm və küfrü qaldırıb yerində haqq hökuməti bərpa edəcəklər. Bunu biz "Yunus” surəsinin 14-cü ayəsində də görürük: "Onların ardınca sizi yer üzünün varisləri təyin etdik ki, görək özünüzü necə aparacaqsınız!”
    Buna "Əraf” surəsinin 69 və 74-cü ayələrində də işarə edilmişdir. Beləliklə, bu ayənin ilk dörd xəlifənin xilafəti zamanına aid olduğunu və ilahi vədin onların dövründə gerçəkləşdiyini deyən Fəxri-Razi kimiləri yanılır! Çünki qeyd etdiyimiz ayə hətta Peyğəmbərin (s) dövrünə aid olmayıb, "Yunus” surəsinin 14-cü və "Əraf” surəsinin 69-75-ci ayələrində işarə edildiyi kimi, keçmiş qövmlər haqda deyilmişdir. Həmçinin "Əraf” surəsinin 137-ci ayəsində də buna toxunulmuşdur: "Zəif görünən o tayfanı (İsrail övladlarını) yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis etdik. Səbir etdiklərinə görə, Rəbbinin İsrail övladlarına verdiyi gözəl vədlər tam yerinə yetdi.”
    Məlum olduğu kimi, Allah İsrail övladlarını Fironun varisi etdi, onlar Misir və onun ətraf nahiyələrinə, eləcə də orada mövcud bütün sərvətə sahib oldular.
    Ümumiyyətlə, bəhs etdiyimiz ayədə saleh bəndələrə, möminlərə yer üzünün rəhbərliyi müjdə verilir. Hərçənd, o zaman bu rəhbərlik və hökumət cahanşümul deyildi, bütün dünyanı əhatə etmirdi. Lakin bu özü də ilahi vədin gerçək bir nümunəsi idi. Onların yer üzündəki cahanşümul hökuməti təsis olunan zaman Allahın təqdir və istəyi, imam Mehdinin (ə) inqilabı ilə öz əksini tapacaq. Peyğəmbərin (s) və sair məsumların rəvayətlərinə əsasən, o, dünya boyu zülm və haqsızlıqdan sonra, haqq-ədaləti bərpa edəcək. Biz də Qurani-kərimin vəd etdiyi bu hökumətin intizarını çəkirik!
    Ayənin təfsiri ilə bağlı müxtəlif mənbələrdə nəql olunan rəvayətlərdə bu həqiqət aşkar qeyd edilir. Məsələn, məşhur təfsir alimi Qurtubi "Əl-camiu li-əhkamil-Quran” kitabında Səlim ibn Amirin və Miqdad ibn Əsvədin Peyğəmbəri-əkrəmdən (s) belə eşitdiyini nəql edir: "Yer üzündə daşdan, yaxud palçıqdan (tikilmiş) elə bir ev qalmayacaq ki, Allah-taala İslamı o evə daxil etməsin!”("Əl-müstədrəkü ələs-səhiheyn”, 4-cü cild, səh. 465. Heydərabad çapı.)
    "Ruhul-məani” kitabında imam Əli ibn Hüseynin (ə) (bu ayənin təfsiri ilə bağlı) belə buyurduğu nəql olunmuşdur:
    هُمْ وَاللهِ شِيعَتُنا اَهْلَ الْبَيْتِ يُفْعَلُ ذالِكَ بِهِمْ عَلَى يَدِ رَجُلٍ مِنّا وَهُوَ مَهْدِىٌّ هذِهِ الاُمَّةِ وَهُوَ الَّذى قالَ رَسُولُ اللهِ (ص) فِيهِ لَوْ لَمْ يَبْقَ مِنَ الدُّنْيا اِلاّ يَوْمٌ لَطَوَّلَ اللهُ تَعالى ذالِكَ الْيَوْمََ حَتّى يَلِىَ رَجُلٌ مِنْ عِتْرَتِى اِسْمُهُ اِسْمِى يَمْلَاُ الاَرْضَ عَدْلاً ًوَ قِسْطاً كَما مُلِئَتْ ظُلْماً وَجَوْراًً:
    "Allaha and olsun! Onlar bizim şiələrimizdir. Allah-taala bunu bizdən olan bir şəxsin vasitəsilə həyata keçirəcək. O, bu ümmətin Mehdisidir. Allahın Peyğəmbəri (s) onun haqqında belə buyurmuşdur: "Əgər dünyanın qurtarmasına bir gün qalmış olsa belə, Allah-taala həmin günü Əhli-beytimdən olan, adı mənim adımla eyni olan bir şəxsi yer üzünə hakim edəcəyi vaxta qədər uzadar. O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldurar.”
    Bu hədisə azacıq fərqlə şiə mənbələrində də təsadüf etmək olar.
    Alusi "Ruhul-məani” kitabında bu hədisi müvafiq nəzərlə araşdırmasına baxmayaraq, təfsirində yazır: "Bizim sənədlərimizlə nəql olunan bir sıra rəvayətlər bunu təsdiq etsə də, biz onlara istinad etmirik. Məsələn, Ətiyyə Peyğəmbəri-əkrəmdən (s) nəql edir ki, o həzrət bu ayəni tilavət etdikdən sonra belə buyurdu: "Bu ayədə məqsəd Əhli-beytdir!”("Təfsiri-Qurtubi”, 7-ci cild, səh. 4692.)
    Qurtubi başqa bir hədisdə Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir: "Yer mənim üçün yığıldı, şərq və qərbin hər tərəfini gördüm. Tezliklə yer üzündə mənim ümmətimin hökuməti bərpa olacaq!”("Ruhul-məani”, həmin ayənin təfsiri.)
    Qeyd etdiyimiz rəvayətlərə əsasən, bəzilərinin bu ayənin təfsiri ilə əlaqədar iradları mənasızdır.
    İzah:
    Dediyimiz kimi, ilahi vədin xaricdə təzahürləri vardır. Bu vəd Peyğəmbəri-əkrəmin (s) dövrünün saleh bəndələri və möminlərinə də şamil olur. Belə ki, Məkkə fəth edildikdən və İslam bütün Ərəbistan yarımadasına yayıldıqdan sonra müsəlmanlar nisbi təhlükəsizlik əldə etdilər və çox böyük bir məntəqəyə hakim oldular. Bu da həmin ayənin nazil olması ilə əlaqəlidir.
    Bu ayənin nazilolma səbəbini açıqlayan bir çox təfsir kitablarında, o cümlədən, "Əsbabun-nüzul”, "Məcməül-bəyan”, "Fi zilal” və "Qurtubi” kimi təfsir kitablarında (azacıq fərqlə) nəql olunan rəvayətlərdə deyilir ki, Peyğəmbəri-əkrəm (s) və müsəlmanlar Mədinəyə hicrət etdikdən və "ənsar” onları gülərüzlə qarşıladıqdan sonra bütün ərəblər onların əleyhinə qalxdılar. Hətta müsəlmanlar məcburiyyət qarşısında qalıb, özlərilə həmişə silah gəzdirir, gecəni silahla yatır, sübh silahla dururdular. Bəziləri soruşurdular ki, bu vəziyyət nə vaxta qədər davam edəcək? Elə bir vaxt gələcəkmi ki, gecəni rahat yataq, Allahdan başqa heç kəsdən qorxmayaq?! Bu zaman həmin ayə nazil oldu və onları belə bir xəbərlə müjdələdi.
    Daha böyük mərhələ xəlifələrin dövründə həyata keçdi, dünyanın böyük bir hissəsi İslamı qəbul etdi və müsəlmanların əmin-amanlığı, təhlükəsizliyi bir az da artdı.
    Lakin üçüncü və sonuncu mərhələ İslamın cahanşümul hökuməti, bütün dünyaya hakim olması, təhlükəsizliyin tam təmini və tövhid ordusunun şirk və küfr üzərində qəti qələbəsi ilə başa çatacaq. Bu da yalnız imam Mehdinin (ə) zühuru zamanıdır. Qeyd etdiyimiz bu üç mərhələ bir hədəfə doğru yönəlmişdir və bir-birinə əsla zidd deyil. Yeri gəlmişkən, bu ilahi vəd yalnız möminlərə və saleh əməl sahiblərinə məxsusdur. Şübhəsiz, nə vaxt bu şərt (iman və saleh əməl) ödənərsə, ilahi vəd də gerçəkləşəcəkdir. Amma bu şərt ödənənədək müsəlmanlar məğlubiyyətə məruz qalası, düşmənlərin caynaqları altına düşəsidir. Deməli, hazırda ilahi vədi doğruldan həmin iki şərt unudulmuş, müsəlmanların imanı zəifləmiş, saleh əməllər çirkinliklərlə qarışmışdır!
    ***
    2-HAQQIN ZÜHURU
    "Tövbə” surəsinin 33-cü ayəsində buyurulur:
    هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ
    "Müşriklərin xoşuna gəlməsə də, bütün dinlər üzərində qələbə üçün Peyğəmbərini doğru yol və haqq dinlə göndərən Odur!”
    Diqqət yetirmək lazımdır ki, bu ayə "Onlar Allahın nurunu batil sözləri ilə söndürmək istəyirlər; Allah isə kafirlərin xoşuna gəlməsə də, yalnız Öz nurunu tamamlamaq istəyir” ayəsindən sonra gəlir. Ötən ayələrdəki kimi, bu ayələrdə də Allah-taala İslamın digər dinlərə qalib gələcəyini vəd etmişdir. İslamın bütün dinlərə qalib gəlməsi necə başa düşülməlidir? Bu barədə təfsirçilərin çoxlu ehtimalları var.
    Fəxri-Razi burada beş cür təfsir qeyd edir və qələbənin keyfiyyəti ilə bağlı suallara cavab verir:
    1. Məqsəd nisbi qələbədir; çünki İslamın tutduğu hər bir yerdə bu din hakimdir.
    2. Məqsəd Ərəbistan yarımadasındakı dinlər üzərində üstünlükdür.
    3. Məqsəd Peyğəmbəri-əkrəmi (s) bütün ilahi dinlərdən agah etməkdir (ayədəki "li-yuzhirəhu” ifadəsi tam agahlıq kimi məna edilmişdir).
    4. Məqsəd məntiqli qələbədir, yəni İslamın mahiyyəti digər dinlərlə müqayisədə bitkin və idealdır.
    5. Məqsəd İslamın həzrət İsanın (ə) zühuru və imam Mehdinin (ə) inqilabı ilə bütün din və ayinlər üzərində son qələbəsidir.
    Şübhəsiz, burada İslamın mahiyyətcə qələbəsi təfsiri düzgün deyil. Çünki İslamın mahiyyətcə digər dinlərin fövqündə durması elə İslamın zühuru ilə aşkar oldu.
    Bundan əlavə, ayədə qeyd olunan "li-yuzhirəhu” sözünün kökü olan "zühur” və "izhar” sözləri Qurani-kərimin digər ayələrindəki kimi, xarici və həqiqi qələbəni ifadə edir. Necə ki, "Əshabi-Kəhf”in əhvalatında buyurulur: "Əgər onlar sizə qələbə çalsa, sizi daş-qalaq edəcəklər!”("Təfsiri-Qurtubi”, həmin ayənin təfsiri.)
    "Tövbə” surəsinin 8-ci ayəsində buyurulur:
    كَيْفَ وَإِن يَظْهَرُوا عَلَيْكُمْ لاَ يَرْقُبُواْ فِيكُمْ إِلاًّ وَلاَ ذِمَّةً
    "Necə onların əhd-peymanının bir dəyəri olsun? Əgər onlar sizə qalib gəlsələr, nə sizinlə qohumluğu gözləyər, nə də bir əhdə əməl edərlər?!”
    Aydındır ki, Məkkənin bütpərəstləri və müşrikləri allahpərəstlərin məntiqinə qalib gələ bilmədilər. Burada məqsəd, yalnız döyüşdə qələbədir. Buna əsasən, İslamın bütün dinlər üzərində qələbəsi məntiqi və zehni aləmdəki qələbə yox, xarici aləmdəki qələbədir. Öncə qeyd etdiyimiz kimi, bu qələbənin müxtəlif mərhələləri var: birinci mərhələ İslam peyğəmbərinin (s) dövründə və daha geniş bir mərhələsi sonrakı əsrlərdə baş vermişdir. Son mərhələ isə imam Mehdinin (ə) zühuru və inqilabı ilə hasil olacaqdır. Çünki bu ayədə İslam dininin qeyd-şərtsiz bütün dinlərə qalib gələcəyindən söz açılır. Mütləq və qeyd-şərtsiz qələbə yalnız bütün yer üzünü əhatə etdiyi bir vaxt gerçəkləşə bilər. Necə ki, Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə buyurulur:
    لا يَبْقى عَلى ظَهْرِ الْاَرْضِ بَيْتُ مَدَرٍ وَلا وَبَرٍ اِلاّ اَدْخَلَهُ اللهُ كَلِمَةُ الْاِسْلامِ:
    "Yer üzündə daşdan və palçıqdan tikilən elə bir ev, yundan və kürkdən hazırlanan elə bir xeymə tapılmayacaq ki, Allah-taala İslamın səsini oraya daxil etməsin!”("Kəhf” surəsi, ayə: 20.)
    Süyuti "Əd-durrul-mənsur” kitabında Səid ibn Mənsur və İbn Münzərdən, eləcə də Beyhəqi "Sünən” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql etmişlər: "Bu hadisə (Peyğəmbərin (s) buyurduğu hədis) o zaman gerçəkləşəcək ki, (yer üzündə) başqa məzhəb və din sahibi olan yəhudi və məsihilər belə kənarda qalmayacaq! (Hamı İslam sayəsində yerləşəcək və hər yerdə İslamdan, tövhiddən və yeganə Allahın əzəmətindən danışılacaq.)”(Məcməül-bəyan”, həmin ayənin təfsiri.)Bəli, o gün bu ilahi vəd həyata keçəcəkdir.
    Bu ayənin təfsirində imam Sadiqdən (ə) belə bir hədis nəql olunmuşdur: "Allaha and olsun! Bu ayənin mənası (sonuncu mərhələsi) hələ gerçəkləşməmişdir və yalnız Qaimin zühuru zamanı əks olacaqdır. Onun qiyamından sonra dünyanın heç bir məntəqəsində Allaha qarşı küfr edən bir şəxs tapılmayacaq!”("Əd-durrul-mənsur”, 3-cü cild, səh. 231)
    Bunu da qeyd etməliyik ki, هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ (Müşriklərin xoşuna gəlməsə də, bütün dinlərə qələbə çalmaq üçün Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!) – ayəsi Qurani-kərimin üç surəsində – "Tövbə” surəsinin 33-cü, "Fəth” surəsinin 28-ci, "Səff” surəsinin 9-cu ayəsində gəlmişdir. Bunun üç dəfə təkrar olunması məsələnin əhəmiyyətli olduğunu göstərir.
    Əhli-sünnə mənbələrində Əbu Hüreyrədən nəql olunan bir hədisdə belə deyilir: "Ayədəki "Li-yuzhirəhu ələd-dini kullih” – cümləsində məqsəd İsa ibn Məryəmin (ə) gəlişinə işarə olunur.” (Bildiyimiz kimi, rəvayətlərə əsasən, həzrət İsa-Məsih (ə) imam Mehdinin (ə) qiyamı zamanı yenidən gələcəkdir!)("Nurus-səqəleyn”, 2-ci cild, səh. 212.)
    ***
    Bu bəhsi də məşhur təfsir alimi Qütadənin nəql etdiyi bir hədislə sona yetiririk. O, bu ayənin təfsirində yazır: "Dünyada altı cür pərəstiş edən var: müsəlmanlar, məsihilər, yəhudilər, ulduzpərəstlər, məcuslar və müşriklər. Bütün bunlar İslam dininə qoşulacaq!”("Əd-durrul-mənsur”, 3-cü cild, səh. 231.)
    Məlum olduğu kimi, bu şərait, yalnız imam Mehdinin (ə) inqilabı zamanı hasil olacaqdır. Bunu da deyək ki, yəhudi və məsihi dinləri tamamilə aradan getməyəcək və burada məqsəd, İslam dininin bütün dünyaya hakim olmasıdır.
    ***
    İMAM MEHDİNİN (Ə) İNTİZARININ TƏSİRLƏRİ
    Bəzi nadanlar elə güman edirlər ki, bu ayə və rəvayətlər imam Mehdinin (ə) intizarı fikrini irəli sürməklə irtica və geriliyə, insanların məsuliyyətdən boyun qaçırmasına və zülmə təslim olmasına zəmin yaradır. Çünki bu rəvayətlərə görə, imam Mehdinin (ə) qiyam və gəlişindən öncə dünyada islah və əmin-amanlığa ümid yoxdur. Hətta zühura zəmin yaradılması belə zülm və fitnə-fəsadın yayılmasına kömək edir!
    Bu söz qədimdən düşmənlərin, imam Mehdinin (ə) qiyamını inkar edənlərin sözü olmuş, hətta İbn Xəldun bu məsələyə işarə etmişdir. Halbuki həqiqət tamamilə bunun əksidir. Böyük zühur intizarını çəkməyin çoxlu müsbət təsirləri var. Aşağıda onlara qısa şəkildə işarə edəcək və nadanların hökmlərinin düzgün olmadığı anlaşılacaq. Qurani-kərim ayələrinə, şiə və əhli-sünnənin məşhur kitablarında nəql olunan "mütəvatir” hədislərə əsaslanmaqla onların yanlış mövqe tutduqlarını göstərəcəyik.
    ***
    İNTİZARIN MAHİYYƏTİ VƏ ONUN MÜSBƏT TƏSİRLƏRİ
    Görəsən, imam Mehdinin (ə) zühuruna inamın (zülm və haqsızlığın köklərini məhv edən cahanşümul proqramları nəzərə almaqla) nə kimi müsbət və tərbiyəvi təsirləri vardır? Görəsən, bu inam insanı qafil, yaxud hər şeyə təslim olmağa vadar etmirmi? Yoxsa bu əqidə müsbət mənada bir növ fərdi və ictimai qiyama dəvət deyildirmi? İnsanı tərəqqiyə doğru aparmırmı? İnsanda məsuliyyət hissi yaratmırmı? Bir sözlə, bu inam viranedicidir, yoxsa islahedici və qurucu?
    Bu sualları araşdırmazdan öncə, bilməliyik ki, müsbət fikir və ideyalar həmişə nadanların, yaxud mənafe güdənlərin əli ilə təhrifə məruz qalır, əsl məqsəddən yayındırılır. Tarixdə belə nümunələr həddən artıq çoxdur və "intizar” da təsirlərdən amanda qalmamışdır. Belə məsələlərdə təhrif və xətadan uzaq olmaq üçün, necə deyərlər, suyu bulağın gözündən götürmək lazımdır. Burada "intizar”ı düzgün başa düşmək üçün İslamın təməl prinsiplərinə müraciət etməli və bunu rəvayətlərin dili ilə araşdırmalıyıq.
    Aşağıdakı rəvayətlər bu məsələyə aydınlıq gətirir:
    1. Bir nəfər imam Sadiqdən (ə) soruşdu: "Haqq hökumətin intizarını çəkdiyi halda dünyadan gedən şəxs haqqında nəzəriniz nədir?”
    İmam buyurdu: "O, Qaimin xeyməsində (ordusunda) hazır olan şəxs kimidir. (Həzrət bir az sükut etdikdən sonra buyurdu:) O, İslam peyğəmbəri ilə birgə mübarizələrdə iştirak edən şəxs kimidir!”(Yenə orada)(Buna bənzər rəvayətlər çoxdur.)
    2. Bəzi rəvayətlərdə deyilir: "O, Allah yolunda qılınc çəkən şəxs kimidir!”
    3. "O, Peyğəmbərin hüzurunda qılıncla düşmən başına zərbə endirən şəxs kimidir!”
    4. "O, Qaimin bayrağı altında olan şəxs kimidir!”
    5. "O, Peyğəmbərin hüzurunda cihad edən şəxs kimidir!”
    6. "O, Peyğəmbərlə şəhid olan şəxs kimidir!” (İmam Mehdinin (ə) zühurunun intizarı ilə əlaqədar bu təşbeh və bənzətmələr düşmənlə mübarizəyə və cihada daha artıq şövq yaradır.)
    7. Bir çox rəvayətlərdə isə belə bir hökumətin intizarını çəkmək ən böyük və ən fəzilətli ibadət sayılmışdır.
    Bunları biz həm Peyğəmbəri-əkrəmdən (s), həm də imam Əlidən (ə) nəql olunan hədislərdə görə bilərik. Bir hədisdə Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur:
    اَفْضَلُ الْاَعْمالِ اُمَّتِى اِنْتِظارُ الْفَرَجِ مِنَ اللهِ عَزَّوَجَلَّ
    "Mənim ümmətimin ən fəzilətli əməli Allahın vəd etdiyi zühurun intizarını çəkməkdir!”("Məhasini-Bərqi”, "Biharul-ənvar” kitabından nəqlən, qədim çapla 13-cü cild, səh. 136.)
    O həzrət başqa bir hədisdə belə buyurmuşdur:
    اَفْضَلُ العِبادَةِ اِنْتِظارُ الْفَرَجِ:
    "Ən fəzilətli əməl zühur intizarı çəkməkdir!”("Kafi”, "Biharul-ənvar” kitabından nəqlən, 13-cü cild, səh. 137.)
    Buradakı "intizar” sözü istər ümumi, istərsə də xüsusi mənada dünyanın böyük islahatçısının zühur intizarını bildirsə də, "intizar”ın böyük əhəmiyyət daşıdığını göstərir.
    Bütün bunlar böyük bir cihadla yanaşıdır. Bunu nəzərə aldıqda yekun nəticə üçün zəmin yaranır.
    İNTİZAR MƏFHUMU
    "İntizar”, adətən, insanın mövcud vəziyyətdən narahat olaraq yaxşı vəziyyətin yaranması ümidilə gözlədiyi hala deyilir. Məsələn, sağalmaq intizarını çəkən xəstə mövcud vəziyyətdən, yaxud övladının səfərdən qayıtması intizarını çəkən ana övladının ayrılığından narahatdır və hər ikisi bu vəziyyətin sona çatmasını gözləyir.
    Dünyanın böyük islahatçısının, imam Mehdinin (ə) haqq-ədalətli hökumətinin intizarı iki prinsip üzərində qurulmuşdur: "inkar” və "isbat” prinsipləri. "İnkar” dedikdə, mövcud vəziyyətdən narahatçılıq hissi, "isbat” dedikdə isə vəziyyətin yaxşılaşmasının intizarı nəzərdə tutulur. Bu iki prinsipin inkişafı iki mütənasib fikrin formalaşmasına səbəb olacaqdır: 1) zülm və haqsızlığa qarşı ikrah, hətta onlarla mübarizə hissi; 2) vahid ədalətli bir hökumətin təşkili üçün cismi və ruhi, maddi və mənəvi hazırlıq hissi. Göründüyü kimi, bu hisslərin hər ikisi müsbət xarakterlidir.
    "İntizar”ın bu məfhumuna diqqət yetirməklə, imam Mehdi (ə) qiyamının intizarını çəkənlərin böyük savabı məlum olur. Beləcə rəvayətlərin nə üçün həqiqi intizar çəkənləri imam Mehdinin (ə) xeyməsində və bayrağı altında olanlarla bir, yaxud Allah yolunda cihad edən və şəhid olanlar kimi saydığını açıq-aydın başa düşürük.
    Görəsən, bunlar insanların hazırlığa, haqq-ədalət yolunda mübarizəyə və yüksək dərəcələrə dəvəti deyilmi? Məlumdur ki, Allah yolunda cihad edənlər fədakarlıq dərəcələrinə görə fərqləndiyi kimi, intizar hazırlığının da müxtəlif dərəcələri var. Bu baxışdan biri digərinə bənzəyir. Hər ikisi cihad sayılır və hazırlıq tələb edir. Belə bir hökumətin bayrağı altda durmağa layiq şəxs məsələyə əhəmiyyətsiz yanaşa bilməz. Ora yalnız layiqli şəxslərin yeridir. Eləcə də, əlinə silah götürüb, bu inqilabın düşmənləri ilə mübarizə aparmaq istəyən şəxsin ruhi, fikri və cismi cəhətdən tam hazırlığı olmalıdır.
    İmam Mehdinin (ə) zühur intizarının təsirləri barədə aşağıda verilən izahlara diqqət yetirək:
    İNTİZAR – TAM HAZIRLIQ
    Əgər mən özümə zülm edirəmsə, zülmkarların əleyhinə qalxacaq bir rəhbərin intizarını necə çəkə bilərəm? Əgər mən özüm də günahkar olub, pak deyiləmsə, yer üzünü çirkin insanlardan təmizləmək məramında olan bir inqilabın intizarını çəkənlərdən necə ola bilərəm?
    Böyük bir cihadın intizarını çəkən ordu hərbi hazırlığı və hərbiçilərin sayını artırmağa, onlarda inqilab ruhiyyəsi yaratmağa və bütün zəif nöqtələri islah etməyə cəhd göstərir.
    İntizar, yəni bir müsafirin səfərdən qaytmasını gözləmək.
    İntizar, yəni əziz bir dostun gəlişini gözləmək.
    İntizar, yəni meyvənin dərilmə və məhsulun yığım fəslini gözləmək. (Bu intizarların hər biri müəyyən hazırlıqla birgədir.)
    Amma dünyanın böyük islahatçısının qiyamının intizarını çəkmək, həqiqətdə bəşər tarixində inqilabların ən böyük və genişinin, ümumbəşəri çevriliş və dəyişikliklərin intizarıdır. Bu inqilab digər inqilablardan fərqli olaraq, müəyyən bir məntəqəyə məxsus olmayıb cahanşümuldur, insanların bütün yaşayış yönlərinə – həm siyasi, həm mədəni, həm iqtisadi, həm də əxlaqi cəhətlərinə şamildir.
    BİRİNCİ FƏLSƏFƏ: FƏRDİ İSLAHAT
    Belə dəyişiklik hər şeydən öncə insani dəyərlərə ehtiyac duyur ki, ümumdünyəvi islahatın ağır məsuliyyətini çəkə bilsin. Belə böyük bir proqramın icrasında həmkarlıq üçün mütləq elmi dərəcə, yüksək məlumat, ruhi və fikri hazırlıq tələb edir. Dardüşüncəlik, ümumiyyətlə, hər növ irtica həqiqi intizarla uyğun gəlmir. Əsas məsələ budur ki, həqiqi intizar çəkənlər belə bir mühüm proqramda heç vaxt tamaşaçı rolunu ifa edə bilməz və elə indidən inqilabçılar sırasına qoşulmalıdır.
    Əgər mən özüm əyri işlərə əl atıramsa, necə düzgün bir nizamın intizarını çəkə bilərəm?!
    Görəsən, bu intizarın özü ruhi, fikri və cismi çirkinliklərdən təmizlənib saflaşma üçün kifayət deyildirmi? Azadlıq uğrunda mübarizə intizarı çəkən ordu tam hazır vəziyyətdə olmalı, hərbiçilərin hazırlığı və ruhiyyələrini gücləndirməli, fədakarlıq hissini dirçəltməlidir. Belə hazırlığa malik olmayan ordu heç vaxt intizardan danışa bilməz.
    Dünyanı hidayət edəcək bir islahatçının intizarını çəkmək fikri, əxlaqi, maddi və mənəvi cəhətdən tam hazırlıq tələb edir ki, bu hazırlığın bir çox müsbət təsirləri vardır. Bütün yer üzünü islah etmək, zülm, təfriqə və ixtilafa son qoymaq isə asan və sadə bir iş deyil. Belə bir inqilabı həyata keçirmək üçün şücaətli, dərrakəli, ağıllı, dərin düşüncəli, tam hazırlıqlı, söz və əməlində doğru olan şəxsiyyətlər lazımdır. Belə böyük hədəf üçün insanın dərin əxlaqi, fikri və ictimai cəhətdən islahı lazımdır. Həqiqi intizarın mənası məhz budur və kimsə onun irtica olduğunu deyə bilməz!
    İKİNCİ FƏLSƏFƏ: İCTİMAİ HAZIRLIQ
    Həqiqi intizar fərdi islahat tələb etdiyi kimi, ictimai birliyin qorunmasını, ümumi islahat nəzərdə tutur. Çünki intizarı çəkilən o böyük hadisədə bütün inqilabi qüvvələr iştirak edəcək, hamı bir məqsəd üçün çalışacaq. Hamının əlbir olduğu mübarizə meydanında heç kim yoldaşının vəziyyətindən qafil ola bilməz. Hər kəs hər yerdə zəif bir nöqtə görsə, onu islah etməyə cəhd göstərməlidir. Mübarizlərin fəal iştirakı olmadan belə bir proqramın icrası qeyri-mümkündür. Demək, həqiqi intizar üçün fərdi islahla yanaşı ictimai islah və hazırlıq da zəruridir. Bu da böyük islahatçının qiyamı intizarının başqa bir müsbət təsiridir!
    ÜÇÜNCÜ FƏLSƏFƏ: HƏQİQİ İNTİZARÇILAR ÇİRKİNLİKDƏN UZAQDIR!
    İmam Mehdinin (ə) intizarının digər mühüm təsirlərindən biri də çirkinlik və eybəcərliklərə qarşı islahat proqramıdır.
    İzah: Fitnə-fəsad, çirkinliklər ictimai forma aldıqda, cəmiyyəti özünə doğru çəkir, bəzən pak insanları belə, ruhi sıxıntıya, ümidsizliyə düçar edir. Bəzən də elə fikirləşirlər ki, artıq iş-işdən keçmişdir. Əsla islahata ümid yeri yoxdur və özlərini də pak saxlamaq üçün çalışmaq faydasızdır. Bu ümidsizlik onları yavaş-yavaş fitnə-fəsada, çirkin mühitə doğru çəkə bilir və əksəriyyətə hakim kəsilən çirkin mühitin müqabilində azlıq təşkil edərək qorunmaq onlar üçün çətinləşir. Bəzən də camaatla həmrəng olmağa üstünlük verirlər.
    Amma onlarda ümid və müqavimət hissini yaşada biləcək yeganə amil, mütləq vaqe olacaq islaha ümidvar olmaqdır. Onlar yalnız belə bir ümidlə özlərinin və başqalarının islahına ümidvar ola bilərlər.
    İslam göstərişlərində ümidsizlik ən böyük günahlardandır. Bu məsələyə böyük əhəmiyyət verildiyini görürüksə, bunun səbəbi Allahın mərhəmətindən naümid olan günahkar şəxsin günahını yumaq, heç olmazsa, günahdan çəkinmək fikrinə düşməməsilə əlaqədardır. O fikirləşir ki, mən onsuz da cəhənnəmə gedəcəyəm. Bəs nə üçün dünyada qəm-qüssə çəkməliyəm?! İslanmışın yağışdan nə qorxusu!
    Amma onun üzünə Allahın əfv və məğfirəti, ümid səhifələri açıldıqda, həyatı tamamilə dəyişir. Onda günahdan uzaqlaşmağa, paklıq və islaha doğru şövq yaranır. Buna görə də ümid hissi belə insanlar üçün həmişə psixoloji-tərbiyəvi əhəmiyyət daşıyır. Eləcə də, çirkin mühitdə yaşayan saleh insanlar belə ümidsiz paklığı qoruya bilməzlər.
    Hazırda dünya çirkinliyə, fitnə-fəsada doğru nə qədər sürətlə gedirsə, imam Mehdinin (ə) zühuruna ümid bir o qədər artır. Ona inananların fəsad və çirkinliyin tufanları qarşısında müqaviməti möhkəmlənir. Mühit nə qədər aludə olsa belə onlar naümid olmur, üstəlik hədəfə daha yaxın olduqlarını görür, fəsadla mübarizədə, yaxud paklıq üçün sonsuz eşq və şövqlə çalışırlar.
    ***
    Ötən bəhslərdən belə nəticəyə gəldik ki, intizarın viranedici olması təsəvvürü yalnız onun məfhumunun təhrifi ilə yaranır. Necə ki, qədimdən təhrif əlləri ona doğru uzanmışdır. Onun həqiqi məfhum və mənası ictimai-fərdi islahatın, tərbiyə və təşviqin əsasını təşkil edir. Bu məsələyə əvvəldən obyektiv yanaşan Quranın özü olmuş və bu haqda "Nur” surəsinin 55-ci ayəsində buyurulmuşdur:
    وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا
    "Allah aranızda iman gətirib saleh işlər görənlərə – yalnız Mənə ibadət edər və heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, möminlər üçün Özü bəyəndiyi dini möhkəmləndirəcəyini və onların qorxusunu əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd etmişdir!”
    Böyük İslam rəhbərlərindən nəql olunan bir çox rəvayətlərə əsasən, bu ayədə işarə olunmuşlar imam Mehdi (ə) və onun yaxınlarıdır.(Yenə orada, səh, 13-cü cild, səh. 136.) Başqa bir hədisdə isə deyilir: "Bu ayə Mehdi (ə) haqqında nazil olmuşdur!”
    Bu ayədə imam Mehdi (ə) və onun yaxınları ”iman gətirən və saleh iş görənlər” kimi tanıtdırılmışdır. Beləliklə, cahanşümul bir inqilabın həyata keçməsi hər bir süstlük və nöqsandan uzaq olan möhkəm iman və dünyəvi islahı təmin edə biləcək saleh əməllər olmadan qeyri-mümkündür. Belə bir proqram üçün həm yetkin bilik, həm güclü iman, həm də saleh əməl lazımdır. Yalnız bu xüsusiyyətlərə malik olanlar özlərinə bəşəriyyətin xilaskarının islahatlarında iştirakla müjdələyə bilər. Zülm və haqsızlıq yolu seçib, iman və saleh əmələ biganə qalanlar, iman zəifliyinə görə hətta öz kölgələrindən qorxanlar, cəmiyyətdən uzaqlaşaraq əllərini əllərinin üstünə qoyub tamaşa edənlər və haqq uğrunda mübarizəyə qoşulmayanlar verilən həmin vəd və müjdələrdən məhrumdurlar! Budur imam Mehdinin (ə) intizarının müsbət təsiri!
    İlahi! Bizim gözlərimizi o həzrətin mübarək camalı ilə işıqlandır! Bizi onun vəfalı dostlarından və fədakar əsgərlərindən qərar ver! Amin!

    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 619 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024