İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 1:01 PM
    İLAHİ ƏDALƏT
    «Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (Haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər».(Ali-İmran-18.)
    «Göyü O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!»(Ər-Rəhman-7.)
    «Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-yerində bir-birinə uyğun şəkildə) yaratdıq».(Hicr-85.)
    «...Allahın izni olmadan (qiyamətdə) onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər?...»(Bəqərə-255.)
    «...Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər...»(Kəhf-49.)
    «İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə, Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!» (Kəhf-30.)
    MÜQƏDDİMƏ
    Yaşadığımız dövr, dini və etiqadi baxımdan hamı üçün, xüsusilə gənc nəsil üçün iztirab, böhran və çaşqınlıq əsridir. Dövrü şərait bir sıra problemlər yaratmış, unudulmuş köhnə sualları bir daha ortaya atmışdır.
    Görəsən biz bu şəkk və tərəddüdlər burulğanından, şübhə və suallar hücumundan narahat olaraq təəssüflənməliyikmi?
    Mənim fikrimcə bu barədə nigaran olmağa heç bir əsas yoxdur. Şəkk yəqinin, sual vüsalın, iztirab isə rahatlıq və asayişin müqəddiməsidir. Şəkk-şübhə sabitlik üçün münasib mənzil və dayanacaq olmamasına baxmayaraq, həqiqətə çatmaq üçün yaxşı və lazımı keçiddir. İnsanları bu qədər təfəkkür və yəqinliyə dəvət etmiş islam dini dolayı yolla bəşəriyyətin ilkin vəziyyətinin nadanlıq və şəkk olmasını, onun düzgün təfəkkür və düşüncə ilə yəqinliyə çatmalı olduğunu bildirir.
    Filosoflardan biri belə deyib: Bizim sözlərimizin yeganə faydası səni şəkk və tərəddüdə salaraq yəqinlik dalınca göndərmək də olsa, kifayətdir.
    Şəkk-şübhə iztirab və narahatçılıqdır, amma bütün rahatlıqlar da bu narahatçılıqlardan üstün deyildir. Heyvanlar şəkk etmir, amma sizcə onun bu şəkk etməməsi heyvanın yəqinliyə çatması deməkdirmi?! Məlum məsələdir ki, bu qisim rahatlıq şəkk-şübhədən də aşağı dərəcəli rahatlıqdır. Amma yəqin əhlinin rahatlığı bunun əksinə olaraq, şəkkdən üstün olan rahatlıqdır.
    Biz hələ Allahdan ilahi feyz və ilham alan bəzi insanlardan danışmırıq. Yəqin əhli şəkk və tərəddüd mərhələsini arxada qoyaraq iman və yəqin dərəcəsinə çatmışdır. Buna görə də əsrimizin şəkk-şübhə əsri olması zəmanənin elmi-ictimai süqutuna dəlalət etmir. Əslində bu qisim şəkk cəmiyyətdə daha çox müşahidə edilən sadəlövhlük rahatlığından üstün olmasa da, aşağı deyildir.
    Bu barədə təəssüf doğuran məsələ şəkkin insanı araşdırma və tədqiqat aparmağa sövq etməməsi və ya ictimai şəkk-şübhələrin bəzi insanları cavab axtarıb tapmaq məqamına vadar edə bilməməsidir.
    * * *
    Əlimə qələm alaraq kitab və ya məqalə yazmağa başladığım son iyirmi ildə, bütün yazılarımda düşündüyüm yeganə şey yaşadığımız əsrdə islami məsələlər barəsində yaranmış sual və şübhələri həll etmək olub.
    Yazılarımın bəzisi fəlsəfi, bəzisi ictimai, bəzisi əxlaqi, bəzisi isə fiqhi və ya tarixidir. Həmin yazıların mövzuları bir-birindən tamamilə fərqli olsalar da, onların hamısının ümumi hədəfi yalnız və yalnız bir şey olub.
    Zühurundan on dörd əsrdən artıq vaxt keçməsinə baxmayaraq, müqəddəs islam dini hələ də tanınmaz qalmış bir dindir. Bu dinin həqiqətləri uzun müddət xalq arasında təhrif olunmuş formalarda əks olunub. Bəzi şəxslərin dindən qaçmasının əsas səbəbi də bu ad altında aparılmış səhv təlimlərdir. Bu müqəddəs dinə hal-hazırda da ən çox zərbə vuranlar zahirdə onu himayə etmək istəyən iddiaçılardır. Bir tərəfdən qərb imperializminin gizli və aşkar ünsürlərlə hücumu, digər tərəfdən də əsrin islam hamiləri iddiaçılarının məsuliyyətsizlikləri bu dinin müxtəlif sahələrdə ideoloji hücumlara məruz qalmasına səbəb olub. Buna görə də mən öz bacarığım çərçivəsində bu sahədə əlimdən gələni etmək fikrindəyəm.
    Başqa yazılarımda qeyd etdiyim kimi, bir daha təkrar edirəm ki, bizim dini nəşriyyatlarımız nəzm baxımından xoşagəlməz vəziyyətdədir. Hələ bu barədə üzdəniraq və rüsvayçı yazılardan danışmıram. Bizim faydalı və xeyirli yazılarımız da nəşriyyatlarımız kimidir, yəni onlar da ehtiyacların mülahizə olunması və tələbatın qruplaşdırılması əsasında hazırlanmayıb. Hamı öz ağlı ilə faydalı hesab etdiyi mövzuları yazaraq çap etdirir, halbuki elə lazımı və zəruri məsələlər də vardır ki, onların barəsində heç bir şey yazılmır.
    Bu məsələni iqtisadiyyatı ictimai tələbata əsaslanmayan, əhalisi istədiyi şeyi istehsal, idxal və ixrac edən ölkəyə bənzətmək olar. Başqa sözlə desək, burada hər şey təsadüfün ixtiyarına buraxılıb. Məlumdur ki, belə bir vəziyyətdə bəzi mallar tələbatdan çox istehsal və idxal edilərək istifadəsiz qalacaq və bəzi mallar isə tapılmayacaq.
    Məsələnin həlli nədədir? — Əlbəttə sualın cavabı çox sadədir. Bu işin çarəsi tədqiqatçılar, müəlliflər və oxucuların birgə əməkdaşlıq və həmkarlığındadır.
    Amma təəssüflər olsun ki, biz öz düşüncə və davranışımıza o qədər vurğun oluruq ki, hər birimiz ancaq öz getdiyimiz yolu düzgün sayırıq. Mən bu təklifi qələm əhlindən bəzilərinə demişəm, amma onlar bu məsələyə müsbət yanaşmaq əvəzinə, inciyərək bu fikri öz yaradıcılıqlarına qarşı bir növ maneə kimi qiymətləndiriblər.
    Mən heç vaxt öz seçdiyim və barəsində yazılar yazdığım mövzuların ən lazımı və aktual mövzu olmasını iddia etməmişəm. Yeganə iddiam budur ki, öz istedad və qabiliyyətim çərçivəsində islami məsələlər barəsindəki problemləri həll etməyə, həqiqətləri olduğu kimi açıqlamağa və əgər əməli azğınlıqların qarşısını ala bilmirəmsə də, heç olmasa fikri və ideoloji azğınlıqlarla mübarizə aparmağa, xüsusilə islam düşmənlərinin əllərində bəhanə olan məsələlərin aydınlaşdırılmasına çalışmışam. Bu işdə heç olmasa «daha əhəmiyyətli və daha zəruri» mövzuların araşdırılması məsələsinə üstünlük vermişəm.
    Son üç-dörd ildə vaxtımın çox hissəsini islamda qadın məsələləri və onların hüquqları ilə bağlı mövzulara sərf etmişəm. Onların çoxu bəzi qəzet və jurnallarda məqalə şəklində və ya bəzi nəşriyyatlarda kitab formasında çap edilmişdir.
    Vaxtımı bu işə sərf etməyimin əsas səbəbi bu sahədəki problemlərin təkcə əməli azğınlıqlara deyil, ideoloji və elmi sahələrə də nüfuz etməsi ilə bağlıdır. Bir qrup şəxs öz çıxışlarında, təhsil mərkəzlərində, kitab və məqalələrdə islamda qadının hüquq və vəzifələri barəsindəki nəzərlərini səhv şəkildə irəli sürərək onlardan islama qarşı təbliğ vasitəsi kimi istifadə edirdi. Necə deyərlər «özləri öldürüb, özləri də yas tuturdular». Təəssüflər olsun ki, müsəlman xalqımız bir çox mövzular kimi, bu barədə də islamın məntiqi ilə qətiyyən tanış deyillər. Məhz buna görə də belə üzdəniraq müəlliflər kişi və qadınlığından asılı olmayaraq, bir çoxlarını islama qarşı bədbin edə bilmişlər. Onların islam məntiqinə irad tutmasının qeyri-mümkünlüyünü və bu dinin qadın və onun hüquqları barəsindəki sarsılmaz məntiqinin, onun ilahi və qeyri-bəşəriliyinin dəlili olmasını başa düşmələri üçün həmin məsələni açıqlamaq qərarına gəldim.
    * * *
    Qeyd etməliyik ki, bu kitabın mətləbləri «İrşad» islam mədəniyyət mərkəzindəki bir neçə çıxışımın kağız üzərinə köçürülərək bir qədər genişləndirilmiş formasıdır. Məlum məsələdir ki, şifahi çıxış formasında söylənən nitqin kitab halına salınması olduqca çətin məsələdir, xüsusilə mənim çıxışlarım üzərində yenidən düzəlişlər aparılmasa, onlar heç cür çapa yararlı olmayacaq. Bundan əlavə, çap edilməsi planlaşdırılan çıxışların mətləblərinin olduğu kimi saxlanılması ilə kifayətlənmək də olmaz. Buna görə çapdan əvvəl, mətni bir daha oxuyaraq ona bir çox mətləbləri artırdım, ədəbi, bədii və tərtibi baxımından da bəzi düzəlişlər etdim.
    Kitabdakı mətləblər barədə onu deyə bilərəm ki, mövzuların hamısı diqqətlə seçilib və onlardan heç biri təsadüfi olaraq qələmə alınmayıb. Barəsində söhbət edilmiş bütün məsələlər müxtəlif qruplar tərəfindən, xüsusilə gənclərlə söhbət etdiyim zaman irəli sürülmüş məsələlərdir. Əslində kitabdakı mətləblər bu vaxta qədər məndən bu mövzular barəsində dəfələrlə soruşulan məsələlərin cavabıdır. Bu barədə olan suallar o qədər çox idi ki, məni onların hamısına ümumi bir cavab hazırlamaq fikrinə saldı.
    Bu kitabda gətirilən mövzular həm əqli, həm də nəqli cəhətlərdən araşdırılıb. Təbii ki, nəqli cəhətlərdə Qurani-kərimin ayələrinə, Peyğəmbər (s) və İmamlardan (ə) nəql edilmiş hədislərə istinad edilib. Amma əqli cəhətdən araşdırmalar apararkən iki yoldan birini — fəlsəfi və ya kəlami sahələrədən birini seçməkdən başqa çarə yox idi. Mən bu barədə kəlam alimlərinin dəlil mənbələrini düzgün hesab etmədiyim və islam filosoflarının üslubunu daha tutarlı saydığım üçün birincidən tamamilə çəkinərək ikincidən istifadə etdim. Əlbəttə, yeri gələndə kəlam alimlərinin və hətta bəzən hədis əhli və təcrübi qaydaların mənbələrinə də toxunmuşam. Məsələ ilə yaxından tanış olanlar bilirlər ki, islam filosofları kəlam alimlərinin əksinə olaraq, «İlahiyyat» məsələlərində «ədalət» adlı xüsusi bölmə və fəsil açmayıblar. Filosofların bu barədəki fikirlərini onların digər mövzulardakı bəhslərindən çıxarmaq lazımdır. Buna görə də bu mövzuda bəhs etmək mənim üçün elə də asan olmadı.
    İndiyə kimi filosofların əsərlərində «İlahi ədalət» məsələsini birbaşa irəli sürərək bu barədə fəlsəfi üsulla araşdırma aparmış müstəqil fəsil və ya bölməyə rast gəlməmişəm. İbni Nədim «Əl-fehrest» kitabında belə yazır: Yəqub ibni İshaq Kəndi İlahi ədalət barəsində kitab yazıb. Həmin kitabın hal-hazırda mövcud olub-olmaması barəsində məlumatım yoxdur. Həmçinin, o kitabın fəlsəfi, yaxud kəlami üslubda olmasından da xəbərsizəm. Xacə Nəsirəddin Tusi kimi bəzi filosoflar öz yazılarında bu məsələ barəsində kəlam alimlərinin üslubu ilə bəhs ediblər. Amma onların fəlsəfi fikirlərini nəzərə alsaq, deməliyik ki, həmin açıqlamalar isbati deyil, bir növ müraciət və qane etmək xarakterli olub.
    Kitabda adı çəkilən Yəqub ibni İshaq Kəndi çox qədim islam filosoflarındandır və o, ərəb soylu olduğu üçün ərəb filosofu ləqəbi ilə məşhurlaşmışdır. O, adətən öz əsərlərində fəlsəfi üsullarla bəhs etmişdir və buna görə də onun kəlami üslubda nə isə bir fikir söyləməsini məqbul saymırlar.
    Son vaxtlar alimlərdən biri İbni Sinanın bu barədə kitab yazdığını söyləyirdi. Amma təəssüflər olsun ki, mən hələ də həmin kitabı əldə edə bilməmişəm.
    Kəlam alimləri isə filosofların əksinə olaraq, bir sıra dini və tarixi səbəblərdən «ilahi ədalət» məsələsini öz bəhslərinin sərlövhəsində yerləşdiriblər. Ədalət məsələsi kəlam elmində elə əsasa çevrilib ki, hətta bəzi qruplar tarixdə bu adla məşhur olublar.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 559 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024