İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 1:00 PM
    CƏBR VƏ İXTİYAR
    Tarixdən məlum olduğu kimi, kəlam bəhsləri hicri tarixi ilə birinci əsrin ortalarından başlanıb. Özü də, deyəsən kəlam bəhslərinin ən qədimi «cəbr və ixtiyar» məsələsidir. Cəbr və ixtiyar məsələsi ilk növbədə insani, sonra isə ilahi və təbii məsələdir. Mövzu insan, yəni insanın azad və ya məcbur olmasından bəhs etdiyi üçün insani bir məsələ hesab olunur. Amma digər tərəfdən, məsələnin əks nöqtəsi Allah və ya təbiət olduğu üçün, yəni ilahi iradə, qəza-qədər (təqdir) və ya təbiətin icbari amilləri, səbəb-nəticə qanununun insanı azad buraxması və ya məcbur etməsi olduğu üçün ilahi, yaxud təbii məsələdir. Hər halda bu mövzu ümumi olaraq insan müqəddəratı ilə bağlı bir məsələdir. Təfəkkür mərhələlərindən birinə daxil olan, amma bu məsələni irəli sürməyən cəmiyyət tapmaq mümkün olmadığı kimi, az da olsa elmi və fəlsəfi düşüncəyə malik olan, lakin bu məsələ barədə düşünməyən bir insan da tapmaq olmaz.
    Bir sıra səbəblər nəticəsində, elmi təfəkkür mərhələsinə daxil olmuş islam cəmiyyətinin istər-istəməz irəli sürdüyü ilk məsələ cəbr və ixtiyar məsələsi olub. Bu məsələnin, hicrətin birinci əsrində belə tez irəli sürülməsinin səbəbini başqa şeylərdə axtarmağımıza heç bir zərurət yoxdur. Bu məsələnin islam dünyasında qarşıya çıxması çox təbii bir iş idi və əks təqdirdə belə bir sual yaranardı: «Necə olub ki, həmin cəmiyyətdə bu məsələyə diqqət yetirilməyib.»
    İslam ümməti özünəməxsus ideoloji əsaslara malik olan bir cəmiyyətdir, müsəlmanların dini kitabı olan Quranda cəbr-ixtiyar, ilahi qəza-qədər və əməllərin cəzası ilə bağlı məsələlər gətirilmişdir. Və təbiidir ki, müsəlmanların Quran ayələrində dərindən düşünmələri və onun mənalarına diqqət yetirmələri, istər-istəməz cəbr-ixtiyar məsələsinin ortaya çıxması ilə nəticələnməli idi.
    ƏDALƏT MƏSƏLƏSİ
    Cəbr-ixtiyar məsələsinin araşdırılması «ədalət» məsələsinin də qarşıya çıxmasına səbəb oldu.
    Çünki, bir tərəfdən ixtiyar və ədalət, digər tərəfdən isə cəbr və ədalətsizlik arasında birbaşa əlaqə vardır, yəni dini vəzifə, cəza və mükafat yalnız ixtiyar olan yerdə məna kəsb edir. İnsan iradə azadlığı və ixtiyara malik olmayıb, ilahi iradə və ya təbii amillərin təsiri altında məcburiyyətdə olsa artıq, şəri vəzifə, mükafat və cəza heç bir məna daşımayacaq.
    İslam kəlam alimləri iki dəstəyə bölünüblər. Elə ilk əvvəllərdən Mötəzilə adlandırılan qrup ədalət və ixtiyar tərəfdarı, sonralar Əşərilər adlandırılan «hədis əhli» isə cəbr və icbar tərəfdarı olublar. Əlbəttə müxalif qruplar ilahi ədaləti açıq-aşkar inkar etməyiblər, çünki hər iki dəstənin etiqad bəslədiyi Qurani-kərim, zülmü Allahdan qətiyyətlə rədd edərək Onun ədalətli olmasını sübuta yetirib. Onlar ilahi ədalət məsələsini xüsusi tərzdə təfsir edərək deyirlər ki, ədalət əvvəlcədən vəsf edilərək Allahın işləri üçün meyar kimi müəyyənləşdirilməsi mümkün olan bir həqiqət deyil; ümumiyyətlə Allahın işləri üçün meyar təyin etmək Onun üçün vəzifə müəyyənləşdirmək və Haqqın iradəsini məhdudlaşdırmaq deməkdir; məgər Haqqın işləri üçün qanun fərz edərək həmin qanunu Ona və Onun işlərinə hakim etmək olarmı? Bütün qanunlar onun məxluqudur və O, mütləq hakimdir, hər bir tabeçilik və hakimlik müqəddəs zatın mütləqliyinə ziddir. İlahi zatın ədalətli olmasının mənası, Onun əvvəlcədən müəyyənləşdirilmiş «ədalət qanunlarına» tabe olması demək deyil; əksinə Onun ədalətli olması Onun ədalət mənbəyi olması deməkdir; «O, ədalətli iş görər» deyil, «ədalət Onun etdikləridir» demək lazımdır. Ədalət və zülm onun işlərindən sonrakı və onların əsasında müəyyənləşdirilən bir şeydir. Ədalət, Allahın işlərinin meyarı deyil, Allahın işləri ədalətin meyarıdır. Necə deyərlər: «Xosrov nə etsə şirindir.»
    Ədalət tərəfdarı olan Mötəzilə isə belə deyir: «Ədalət, özü bir həqiqətdir və Allah həkim və adil olduğu üçün Öz işlərini ədalət meyarları əsasında həyata keçirir. Biz işlərin zatına nəzər saldıqda, həmin işin ilahi zatın təkvini və təşrii iradəsinə bağlılığı nəzərə alınmadan görürük ki, onların bəziləri zati baxımdan digərlərindən fərqlənir. Məsələn, bəzi işlər, o cümlədən xeyirxah adamın mükafatlandırılması öz-özlüyündə ədalətli, cəzalandırılması isə zülmdür. Deməli, işlər öz zatlarında bir-birlərindən fərqli olduqları və Allah-taalanın müqəddəs zatı mütləq xeyir, kamal, hikmət və ədalət olduğu üçün O, öz işlərini ədalət meyarları ilə müəyyənləşdirir.
    İŞLƏRİN YAXŞI VƏ PİSLİYİNİN ZATİ OLMASI
    Burda təbii olaraq, qarşıya digər bir məsələ çıxır. Daha doğrusu ədalət məsələsini bir qədər də genişləndirərək «gözəllik və qəbahət»in zati olub-olmamasını aydınlaşdırmaq lazım gəlir. Görəsən işlər zati gözəllik və ya zati qəbahətliyə malikdirlərmi? Məsələn düzlük, əmanətdarlıq, yaxşılıq və bu kimi işlər öz zatlarında gözəl və zəruri olan işlər sayılırlarmı? Yaxud yalan, xəyanət, xəsislik və buna bənzər sifətlər çirkin və qəbahətdirmi? Görəsən yaxşılıq və bu kimi bəyənilən sifətlər gerçək və zati sifətlərdir və ümumiyyətlə hər bir iş onu görənin kimliyindən və xarici şəraitindən asılı olmayaraq, bu sifətlərdən hansı birinəsə mənsub olaraq onun ziddindən uzaqdır, yoxsa bunların hamısı şərtidir.
    ƏQLİN SƏRBƏSTLİYİ
    İşlərin zati sifətlərindən söz getdiyi üçün, istər-istəməz ağıl və onun bu sifətlərin kəşf edilməsindəki sərbəstliyi məsələsi də ortaya çıxır. Görəsən insan ağlı şeylərin gözəllik və qəbahətliyini müstəqil şəkildə dərk edərək həmin sifətləri bir-birindən ayırd edə bilir, yoxsa həmin işdə şəriətin köməyinə möhtacdır? Bu səbəbdən də gözəllik və qəbahətin zatiliyi məsələsi islam terminalogiyasında «gözəllik və qəbahətin əqliliyi» kimi ifadə olunmuşdur.
    Mötəzilə firqəsi tam qətiyyətlə bu məsələnin əqli olmasının tərəfdarıdır. Onlar insan ağlının müstəqil və sərbəst olması məsələsini irəli sürərək deyirlər ki, biz işlərin zati baxımdan bir-birlərindən fərqlənməsini aşkar şəkildə dərk edirik; həmçinin ağlımız şəriətin köməyi olmadan bu aşkar həqiqətləri bir-birindən ayırd edə bilir.
    Əşərilər isə ədalətin zati sifət olmasını inkar etdikləri kimi, gözəllik və qəbahətin zati və əqli olmasını da inkar edirlər. Onlar əvvəla, gözəllik və qəbahəti nisbi, mühit və zəmanənin xüsusi şəraitinə tabe və bir sıra təqlid və təlqinlərin təsiri altında olan şey hesab edirlər. İkinci, əqlin gözəllik və qəbahəti tanımaq üçün şəriətin yol göstərməsinə möhtac olduğunu bildirirlər.
    Əşərilər müstəqil əqli, başqa sözlə desək, əqlin müstəqilliyini qəbul etmədikləri və Mötəzilə firqəsinin insan əqlinin şəriətin köməyi olmadan gözəllik və qəbahətin dərk edə bilməsi nəzəriyyəsini səhv hesab etdikləri üçün, bu iddia ilə çıxış edirdilər ki, biz «ədalət», «zülm», «yaxşı», «pis» və bu kimi şeylərin nə olmalarını şəriətdən götürməli və həmin məsələlərdə yalnız islam sünnəsinə tabe olmalıyıq. Onlar özlərini də «sünnə əhli» və ya «hədis əhli» adlandırırdılar. Əşərilər bu addan istifadə edərək xalq arasında özlərinə güclü bir ictimai dayaq da yarada bildilər. Belə ki, onlarla Mötəzilə arasında əqli müstəqilliyin qəbul edilib-edilməməsi üstündə olan ziddiyyət, xalq tərəfindən sünnə və hədislə əql arasındakı ziddiyyət kimi qiymətləndirilirdi. Məsələnin xalq tərəfindən belə qiymətləndirilməsi Əşərilərin ictimai bazalarının güclənməsinə, Mötəzilə firqəsinin isə zəifləməsinə səbəb oldu.
    Əslində Mötəzilə firqəsi sünnəyə heç vaxt etinasız yanaşmamışdı, amma Əşərilərin özlərinə belə bir ad seçməsi və Mötəzilə ardıcıllarını öz tərəf müqabilləri kimi tanıtdırmaları onların nüfuzdan düşməsinə səbəb oldu. Mötəzilə firqəsinin üçüncü əsrin əvvəllərində xalq kütləsi arasında məğlubiyyətə uğramasında bu amilin rolu inkaredilməzdir. Bu süni anlaşılmamazlıq elə bir həddə çatıb ki, hətta şərqşünas və islamşünasların bəziləri bilərəkdən və ya bilmədən Mötəzilə firqəsini «sünnə əleyhidarı olan ziyalılar» kimi tanıtdırırlar. Amma məsələdən xəbərdar olanlar bilirlər ki, Mötəzilə və Əşərilər arasında olan ziddiyyətlərin, onların islam dininə bağlılıqları ilə heç bir əlaqəsi yoxdur. Əslində Mötəzilə ardıcılları islama Əşərilərdən daha çox bağlı və ürəkyandıran olublar.
    Adətən ziyalı hərəkatları tamamilə saf niyyətli olsa da belə, ibadət və itaət iddiaçıları müqabilində avam kütlələrin ittihamları ilə qarşılaşmalı olurlar.
    Mötəzilə ilə Əşərilər arasındakı ziddiyyətlər, əqlin haqqı və onun ədalətlə bağlı məsələləri barədə başlanmasına baxmayaraq, həmin bəhs sonralar «tövhid» məsələlərinə də sirayət etdi. Mötəzilə həmin məsələdə də əqlə müdaxilə etmək haqqı verir, Əşərilər isə bu mövzuda da hədislərin zahirinə tabe olmağı zəruri sayırdılar. Bu barədə gələcək bəhslərdə geniş söhbət açacağıq.
    İLAHİ İŞLƏRİN HƏDƏF VƏ MƏQSƏDİ
    İndi növbə kəlam elminin mühüm bəhslərindən olan digər bir məsələyə çatır. Əvvəlki bəhslərdən yaranan həmin məsələ də Allah-taalanın işlərinin hansı hədəf və məqsəd daşımasından söhbət açır.
    Bildiyimiz kimi, insanlar gördükləri işlərdə müəyyən hədəf və məqsədlər nəzərdə tuturlar. İnsanın hər bir işində bir «üçün və görə» yatıb. Nə üçün dərs oxuyursan? Bilikli və bacarıqlı olmaq üçün. Nə üçün işləyirsən? Gəlir əldə edərək məişətimi təmin etmək üçün. Beləliklə, hər bir «niyə, nə üçün?»ün qarşısında bir «üçün və görə» durur. İnsanın işlərini mənalı edən də məhz həmin «üçün»lərdir. Ağıla batan, hədəfə malik olan, yəni xeyir və mənfəət üçün yerinə yetirilən hər bir iş mənalı hesab edilir. Hədəfsiz iş mənasız söz və içi boş qabıq kimidir. Əlbəttə hər bir «üçün» və «məna» da, öz növbəsində digər bir «üçün» və «məna»ya malik ola bilər. Amma bunlar sonda zati olan şeydə, filosofların dili ilə desək, «mütləq xeyir»də qutararaq sona çatmalıdır.
    Hər halda insan öz əqli işlərində müəyyən hədəf və məqsədə malik olur və onun hər «nə üçün?»ünün qarşısında bir «görə» dayanır. Əgər insanın gördüyü işin «niyə və nə üçün»ünün qarşısında «görə»si olmasa, həmin iş bihudə, boş, puç və əbəs bir şey kimi qiymətləndirilir.
    Filosoflar sübuta yetiriblər ki, insanın tam bihudə və boş iş görməsi, yəni onun işinin heç bir hədəf və məqsədə malik olmaması mümkün deyil. Bütün boş və bihudə işlər nisbidirlər. Məsələn, biz xəyali şövq və idrakdan yaranan və həmin şövq və idraka münasib hədəf və məqsədə malik olan işi, əqli hədəfə malik olmadığı üçün «bihudə» adlandırırıq; yəni o, yarandığı başlanğıcla müqayisədə bihudə deyil, amma yaranmalı olduğu, lakin yaranmadığı mənbəyə nisbətdə boş və bihudədir.
    Əbəs və bihudənin müqabil nöqtəsi hikmətdir. Həkimanə iş o işdir ki, hətta nisbi baxıldıqda da hədəf və məqsədsiz görünməsin, başqa sözlə desək, əqli hədəfə malik olsun və bundan əlavə, ən düzgün və layiqli seçim olsun.
    Deməli, insan işinin həkimanə olması onun hədəf və məqsəd daşımasından, özü də əqlin bəyəndiyi ən düzgün və layiqli seçimlə birgə olan hədəfə malik olmasından asılıdır. Buna görə də, o insan həkimdir ki, birincisi, öz işində hədəf və məqsədə malik olsun, ikincisi, hədəflərin ən üstün və ən layiqlisini seçsin və üçüncüsü isə ən üstün və ən layiqli hədəfə çatmaq üçün ən yaxşı və ən yaxın yolu seçsin. Başqa sözlə desək, hikmət və ya insanın həkim olması onun tam agahlıqla ən yaxşı hədəflər üçün ən yaxşı şəraiti seçməsidir. Başqa bir ifadə ilə desək, hikmət və ya insanın həkim olması onun hər bir «nə üçün» və «niyə» müqabilində bir «üçün» və «görə»yə malik olmasını tələb edir. Burada həmin «nə üçün və niyə?»nin hədəf və ya ona çatmaq vasitəsinin seçilməsinə aid olması da fərq etmir.
    Nə üçün bu işi gördün?
    Filan hədəf üçün.
    Nə üçün həmin hədəfə üstünlük verdin?
    Onun filan üstünlüyünə görə.
    Nə üçün filan vasitədən istifadə etdin? Filan üstünlüyünə görə.
    İnsan həyatında «nə üçün»lərə əqli cavab verə bilməyən hər bir iş bu cəhətdəki naqisliyi qədər, insanın həkimliyi və ağıllılığındakı naqisliji kimi qiymətləndirilir.
    Allah-taala necə, O da belədirmi? Görəsən Allah-taalanın işləri də, insanlar kimi hədəf və məqsəddən yaranırmı? Allahın işləri də insanların işləri kimi «nə üçün», «görə» və ən yaxşı və ən layiqlinin seçilməsinə əsaslanırmı? Yoxsa, bunların hamısı insana aiddir və Allah barəsində də belə mühakimə yürütmək bir növ bənzətmə, yəni xaliqi məxluqa oxşatmaq və onları bir-biri ilə müqayisə etmək deməkdir?
    Mötəzilə məktəbi təbii ki, Allah işlərinin də hədəf və məqsədə malik olmasının tərəfdarıdır. Onlar Quranın, Allahın həkim olmasını dəfələrlə vurğulayan ayələrini də bu cür təfsir edərək deyirlər ki, O, Öz işlərində hədəf və məqsədə malikdir və işlərini tam agahlıqla müəyyən hədəf və məqsədlərlə ən yaxşı və layiqlini seçərək həyata keçirir.
    Amma Əşərilər Allahın öz işlərində hədəf və məqsədə malik olmasını inkar edirlər və Quranda dəfələrlə təkrarlanmış hikmət məfhumunu ədaləti yozduqları kimi yozurlar, yəni deyirlər ki, Allah hikmətə əsasən iş görmür, əksinə, hikmət elə Onun gördüyü işlərdən ibarətdir.
    Mötəzilənin fikrincə, Allah-taalanın işləri bir sıra məsləhətlərə əsaslanır. Amma Əşərilər deyirlər ki, ilahi işlərin bir sıra məsləhətlərə əsaslanmasını demək də səhvdir. Allah-taala məxluqatın xaliqi olduğu kimi, xeyir və mənfəət adlandırılan şeylərin də yaradanıdır. O, heç bir məxluqu hansısa xeyirə görə yaratmayıb, şeylər və onlar üçün fərz edilən mənfəətlər arasında heç bir zəruri, zati və səbəb-nəticə əlaqəsi yoxdur.
    İXTİLAFLARIN BAŞLANĞICI
    Ədalət və cəbr-ixtiyar məsələlərinin kənarında, işlərin yaxşı və pisliyinin əqli olması, Allah-taalanın işlərinin müəyyən hədəf və məqsəd daşıması məsələsinin irəli sürülməsi kəlam məktəblərini bir-birindən təmamilə ayırdı. Mötəzilə qətiyyətlə ədalət, əql, ixtiyar və hikmət (Allahın işlərinin hədəf və məqsəd daşıması) tərəfdarı oldu. Amma həmin vaxtlara kimi «sünnə əhli» və ya «hədis əhli» adlanan Əşərilər isə qətiyyətlə onların və həmin təfəkkürün müqabilində dajandılar.
    Mötəzilə məktəbi tərəfdarları «Ədliyyə» adlandırıldı. Bu ad təkcə ədalət məfhumunu çatdırmırdı. Ondan, Mötəzilə tərzli ədalətdən əlavə ixtiyar, işlərin yaxşı və pisliyinin əqli olması və Allah işlərinin hədəf və məqsədə malik olması mənası da başa düşülürdü.
    ƏDALƏT, YAXUD TÖVHİD
    Hədis əhlinin Mötəziləyə qarşı irəli sürdüyü və onların düzgün cavab verə bilmədikləri irad budur ki, «ədalət» prinsipi (ixtiyar, gözəllik və qəbahətin əqli olması, Allah işlərinin hədəf və məqsədə malik olmasına şamil olan ədalət) əməli və hətta zati tövhidlə uyğun gəlmir, çünki Mötəzilənin ixtiyarı bir növ «təfviz», yəni həvalədir. Belə ki, Mötəzilənin qail olduğu ixtiyar bir növ həvalə və haqdan ixtiyarın alınmasıdır. Bu isə həm dəlillə isbat edilmiş və həm də Quranın hər yerində gözə çarpan əməli tövhidin ziddinədir. Fikrimizdə, çirkin olan işlərdən uzaq hesab etmək bəhanəsi ilə fail olmaqda Allahın zatına şərik qoşmaq rəvadırmı? Biz onsuz da müstəqil, özbaşına və fail olmasında Haqqın zatına ehtiyacı olmayan faillərə qail olmaqla Allaha şərik qoşmuşuq. Quranın aşkar ayəsi isə belə buyurur:«Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif, aciz olmadığı üçün heç bir dosta, hamiyə ehtiyacı olmayan Allaha həmd olsun.»
    Mötəzilə məktəbinin Allah işində fərz etdiyi hikmət və məsləhət Haqqın zati tövhidi, Onun mütləqiyyət, misilsizlik və hansısa səbəbin nəticəsi olması ilə ziddir, çünki insanın öz işlərini hədəf və məqsədlərə görə görməsi əslində onun həmin hədəf və məqsədlərin təsiri altına düşməsi deməkdir. Məgər son hədəfin faili illətin faili deyilmi? Yəni failin failliyinə səbəb, son hədəfdir və o olmasa həmin fail də olmaz. İnsanın öz işlərində hədəf və məqsədə malik olmasının səbəbi, əslində hədəf və məqsəd tərəfindən ona müəyyən bir cəbrin hökmranlıq etməsidir. Allah-taala isə hər bir cəbrdən, hətta hədəf və məqsəd cəbrindən də azaddır.
    Əşərilər iddia edirlər ki, işlərin yaxşı və pisliyinin zati olması və Allah-taalanın işlərinin həmin meyar əsasında olmasına hökm etmək, bir növ Onun üçün vəzifə təyin etmək deməkdir, yəni bu, o deməkdir ki, Allah öz işlərini insan ağlının müəyyənləşdirdiyi çərçivədə yerinə yetirməlidir. Allahın mütləq iradəsi bu məhdudiyyətlərdən uzaqdır.
    Xülasə, Əşərilər iddia edirlər ki, Mötəzilə məktəbinin ədalət, əql, ixtiyar və ya hikmət adı ilə irəli sürdüyü şeylər, birincisi xaliqi məxluq ilə müqayisə etmək deməkdir, ikincisi isə bu iş zati və əməli tövhidlə ziddir.
    Mötəzilə ardıclları da qarşılıqlı olaraq, onların əqidələrini Qurani-kərimdə dəfələrlə tənzih (paklaşdırma) adı ilə təkrarlanmış əsasla zidd əqidə hesab edir. Mötəzilə məktəbinin ardıcılları deyirlər ki, Əşərilərin əqidəsi, bizdən, Quranın, haqqın zatının ondan uzaq və pak olmasını vurğuladığı zülm, bihudəlik və pozğunçuluq kimi şeyləri Ona nisbət verməyimizi tələb edir. Onlar deyirlər ki, ədalət və ixtiyarın olmaması bizdən, Allahı ixtiyarsız bəndələr yaradaraq onların öhdəsinə vəzifə qoyduğu və həmin ixtiyarsız bəndələrə günah etdikləri üçün əzab verdiyi üçün zalım hesab etməyimizi tələb edir. Çünki həmin əqidəyə əsasən, əslində, görülən hər bir işin faili bəndə deyil, Allahdır. Belə olan surətdə günah edən də bəndə deyil, Allah olur. Əşərilərin əqidəsinə görə, Allah işlərinin heç bir hədəf və məqsədi olmadığı üçün O, bihudə və boş iş görmüş olur. Deməli, Əşərilərin əqidələri bizdən dəlil və Quranın birlikdə Allahdan uzaqlaşdırdıqları şeyi, yəni zülm, bihudəçilik və fəsadın Ona nisbət verilməsini tələb edir.
    Bu iki məktəbin hər birinin həm zəif, həm də güclü bir nöqtəsi var. Onların güclü nöqtələri, müxalif məktəbə tutduqları iradları, zəif nöqtələri isə onların hər birinin öz məktəblərini hərtərəfli və kamil məktəb kimi müdafiə etmək istəmələridir.
    Hər iki məktəbin tərəfdarları, məktəblərini yaxşı müdafiə edə bilməmələri və onlara tutulan iradlara cavab verə bilməmələrinə baxmayaraq, öz məktəblərinin düzgünlüyünü müxalif məktəbin etibarsızlığını sübut etməklə isbat etmək istəyirlər. Onların hər biri müxalif məktəbin zəif nöqtələrini çox yaxşı bilir və bir-birlərinə kəskin hücumlar edirlər.
    Belə bir məşhur hadisə nəql ediblər: Bir gün ixtiyar əqidəsi tərəfdarlarından olmuş Qilan Dəməşqi həmin əqidəni inkar edən Rəbiə Ər-rəylə rastlaşır və gəlib onun başı üstündə dayanaraq belə deyir: «Sən Allahın günah edilməsini istədiyini güman edən şəxssən.» Yəni sən Allahın, insanların günah etmələrini sevməsini deyirsən. Onun məqsədi budur ki, sənin cəbr əqidənin inkaredilməz nətitəcəsi, bəndələrin günah etmələrinin Allahın iradə və istəyi ilə olmasıdır. Sənin əqidənə görə, Allah-taalanın özü insanların günah etmələrini istəyir və sevir.
    Rəbiə Ər-rəy öz əqidəsini müdafiə etmək əvəzinə, Qilan Dəməşqinin əqidəsindəki zəif nöqtəni nəzərdə tutaraq belə deyir: «Sən də Allaha qarşı zorla günah edilməsini güman edən şəxssən». Yəni, sən elə güman edirsən ki, Allah bir şeyi, bəndələr isə başqa bir şeyi istəyirlər və Allah məcburi şəkildə bəndələrin istəklərinə tabe olur.
    Qazi Əbdulcabbar Mötəzili bir gün Sahib ibni İbadın yanında oturubmuş. Bu zaman əşəri və cəbri məslək, olan Əbu İshaq İsfəraini onlar oturan yerə daxil olur. Qazinin gözü Əbu İshaqa sataşan kimi uca səslə belə deyir: «Haqqın zatı Ona pis işlərin nisbət verilməsindən pakdır.» O, kinayə ilə demək istəyirdi ki, sən Allahı bütün pis və çirkin işlərin faili hesab edirsən.
    Əbu İshaq da öz əqidəsini müdafiə etmək əvəzinə tez belə deyir: «Öz hökmranlığında Onun iradəsindən başqa heç kimsənin hakim olmadığı Allah pakdır.» Əbu İshaq da qarşılıqlı olaraq kinayə ilə bunu demək istəyir ki, sən özünün «təfviz» əqidənlə Allaha, hökmranlığında şərik qail olub insanları öz işlərində tam müstəqil və öz ixtiyarlarına buraxılmış hesab edirsən.
    Mötəzilə məktəbinin ardıcılları özlərini «ədalət və tövhid əhli» adlandırırlar. Onlar burada Allahın sifətlərindəki tövhidi nəzərə alırlar. Əşərilər isə Allahın zatından kənar və onunla zidd olan sifətlərin Ondan uzaq olmasının tərəfdarıdırlar. Məsələn onlar, Allahın elm, qüdrət və ya həyatını Onun zatına zidd həqiqət hesab edir və onları da Allahın zatı kimi «qədim» bilirlər. Amma Mötəzilə tərəfdarları zata zidd olan sifətə qail deyillər.
    Mötəzilə məktəbinin ardıcılları Əşərilərin Allah-taalanın sifətləri barəsindəki əqidələrini bir növ şirk adlandırırlar. Onlar deyirlər ki, Əşərilərin sözlərinin mənası budur ki, biz Allahın zatının kənarında bir sıra başqa qədimlərə də qail olmalıyıq. Qədim olmaq isə məxluq və nəyinsə nəticəsi olmağı rədd etmək deməkdir. Qədim olmaq zatı ehtiyacsızlıqla birgə olduğu üçün, Əşərilərin əqidələrinə görə Allah-taalanın sifətlərinin sayı qədər qədim və zati ehtiyacsızlıq da vardır. Amma Mötəzilə məktəbinin ardıcılları zata zidd olan sifətlərə qail olmadıqları üçün özlərini «ədalət və tövhid əhli» adlandırır və bununla da, Allahın sifətlərindəki tövhidi nəzərdə tutmaq istəyirlər.
    Amma Mötəzilə məktəbinin ardıcılları əməli tövhiddə bir çox cavabsız suallarla üzləşməli olur, Əşərilər isə əməli tövhiddə özlərini «tövhid əhli» adlandırırdılar.
    Həqiqət budur ki, Mötəzilə məktəbi tövhidi-sifatidə Əşərilərə haqlı iradlar tutmasına baxmayaraq, özləri də həmin məsələni tam həll edə bilməmişdilər. Çünki onlar zata zidd olan sifətlərə qail olmamalarına baxmayaraq, sifətlərin zatla eyniliyinin öhdəsindən də gələ bilməmişdilər. Onlar zatın sifətlərə «canişinliyi» məsələsini irəli sürüblər ki, bu da o məktəbin ən zəif nöqtələrindən biridir.
    Əşərilərin başqa zəif nöqtələri də var idi. O məktəb ədalət, əql, ixtiyar və hikmət məsələlərini lazımınca izah edə bilməməklə yanaşı, həddindən artıq maraq göstərdiyi tövhid məsələsində də aciz qalmışdı. Əşərilər əməli tövhid bəhanəsi ilə zati olan səbəb-nəticə qanununu inkar etmək və bütün şeyləri bilavasitə Allahın iradəsindən yaranmasını qəbul etmək məcburiyyətində qaldılar. Bu mövzu ilə tanış olanlar bilirlər ki, bu əqidə müqəddəs ilahi zatın bəsitliyi, ucalıq və ulululuğuna ziddir.
    Hər iki məktəb özünü ədalət və əməli-tövhid məqamında tərəddüddə görürdü. Mötəzilə məktəbi öz xəyalı ilə əməli-tövhidi ədalətə, Əşərilər isə ədaləti əməli-tövhidə qurban verirdilər. Amma əslində nə Mötəzilə tərəfdarları ədaləti düzgün izah edə bildi və nə də Əşərilər əməli tövhidin dərinliklərinə yiyələndi.
    Əşərilərlə Mötəzilə tərəfdarları arasındakı ixtilaflı məsələlər çoxdur, amma onların ən mühümü iki məsələ, yəni ədalət və tövhid məsələləridir. Əvvəldə gördüyünüz kimi, kəlam bəhsləri ədalətlə bağlı məsələlərdən başladı və daha sonra isə tövhidlə əlaqədar məsələlərə də cirayət etdi. Tövhidin zat, sifət, əməl və ibadətdə tövhid kimi dərəcələri vardır. Zatda tövhidin mənası budur ki, müqəddəs zat öz məqamında yeganədir, onun bənzəri və misli yoxdur. «Ona bənzər heç bir şey yoxdur.» Heç bir şey Onun zatının məqamında deyil; hər şey Onun məxluqudur və Ona möhtacdır; O, hər şeyin yaradanıdır və zati baxımdan ehtiyacsızdır. Bu məsələdə müsəlmanlar arasında heç bir ixtilaf və fikir ayrılığı yoxdur. Amma sifətlərlə bağlı tövhiddə fikir ayrılığı yarandı. Belə ki, Əşərilər tövhidi inkar edərək çoxluq tərəfdarı oldular. Əməli tövhiddə isə məsələ əksinə oldu, yəni Əşərilər tövhidə, Mötəzilə tərəfdarları isə çoxluğa meyl göstərdi. İbadətdə tövhid məsələsində də müsəlmanlar arasında heç bir ixtilaf yaranmadı, Hənbəli təriqətindən olan İbni Teymiyyə başda olmaqla, bəzi islam alimləri, belə bir əqidədə olublar ki, müsəlmanların şəfaətə inamı və Allah övliyalarından hacət istəyərək onlara sığınması ibadətdə tövhid prinsipinə ziddir. Bu fikir sonralar «Vəhhabi» təriqətinin yaranmasına səbəb oldu.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 631 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024