İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 12:57 PM

    ŞEYTAN
    Zehnlərdə belə bir təsəvvür yarana bilər ki, əgər zərdüştlikdə «əhrimən-yəzdan» ikiliyi fikri varsa, islamda da bir-birinə zidd qütblər olan «Allah və şeytan» əqidəsi vardır. Belə olan surətdə, zərdüşt dininin əhriməni ilə islamın şeytanı arasında nə fərq var?
    Zərdüşt dinində olan əhrimən düşüncəsi ilə islamdakı şeytan düşüncəsi arasında müqayisə olunmaz dərəcədə fərq var. Bu məsələnin bir qədər izaha ehtiyacı var.
    Avesta təlimində «anqrumanyu» və ya «əhrimən» adlı varlığın adı çəkilir və xəstəliklər, vəhşilər, yırtıcılar, ilanlar, əqrəblər və həmçinin məhsulsuz torpaqlar, quraqlıqlar və bu kimi bütün pisliklər, şərlər, ziyanlar və zərərverici varlıqların yaradılışı böyük allah olan «ahuraməzdaya» və ya anqrumanyunun rəqibi olan «sepentmenuya» deyil, ona nisbət verilir.
    Avestanın bəzi təlimlərindən belə məlum olur ki, əhrimənin özü ahuramazda kimi qədim və əzəli bir cövhərdir və ahuraməzda qətiyyən onun xaliqi deyil. Ahuraməzda onu yaratmayıb, bəlkə kəşf edib. Amma Avestanın digər bəzi təlimləri, xüsusilə onun ən mötəbər bölümlərindən olan qatlardan isə belə məlum olur ki, ahuramazda iki mövcud yaradıb. Onlardan biri sepentmenu və ya müqəddəs düşüncə, digəri isə anqrumanyu, yaxud xəbis düşüncə olan əhriməndir. Hər halda Avestadan məlum olan və zərdüştlərin etiqad bəsdlədikləri şey budur ki, dünyada olan varlıqlar iki qismə - xeyir və şərə bölünürlər. Xeyirlər mövcud olan, mövcud olmalı, mövcud olmaları yaxşı olan və vücudları dünya üçün xeyirli olan varlıqlardır. Şərlər isə o varlıqlardır ki, mövcud olmalarına baxmayaraq, əslində mövcud olmamalı və olmaları dünyada naqisliklərin yaranmasına səbəb olmuş varlıqlardır və bu şərlər ahuramazdanın məxluq və yaratdıqları şeylər deyildir və əhrimənin ahuramazdanın məxluqu olub-olmamasından asılı olmayaraq, onlar əhrimənin yaratdıqlarıdır.
    Deməli, əhrimən dünyanın bir çox varlıqlarının yaradıcısıdır. Yaradılış aləminin bir hissəsi onun ixtiyarındadır, onun özü ya zatında qədim və əzəli bir əsl və ahuramazdanın şərik və bənzəridir, ya da onun məxluqu və eyni halda yaradılışdakı şərikidir.
    Amma islam dünya görüşündə dünya və onda olan varlıqlar iki qismə, yəni xeyir və şərə bölünmür. Bu dünya görüşünə əsasən yaradılmamalı olan, amma yaradılmış və ya pis yaradılmış varlıq yoxdur. Hər bir şey gözəl və yerində yaradılıb və bütün şeylər Allahın məxluqudur.
    Şeytanın əhatə dairəsi «yaradılış» deyil, «yaşayış»dır, yəni onun nüfuz dairəsi insanların əməl və vəzifə fəaliyyətləri çərçivəsindədir. Şeytan yalnız insanın vücuduna nüfuz edə bilər və özü də bu nüfuz onun bədən və cismində deyil, fikir və düşüncəsində məhdudlaşır. Hətta onun, insanın fikir və düşüncəsinə olan nüfuzu da vəsvəsə etmək və puç bir əməli onun xəyalında yaxşı kimi canlandırmaqda məhdudlaşır. Quran bu mənaları «təzyin» (bəzəyərək gözəl göstərmə), «təsvil» (çirkin bir şeyi gözəl bir şey kimi nəzərə çarpdıraraq aldatma), «vəsvəsə» və bu kimi ibarətlərlə bəyan edir. Amma onun yaradılış aləmində nəsə yaratması və ya insanlara qeyri-ixtiyari hökmranlıq edə bilməsi, yəni məcburi qüdrət kimi insanların vücudlarına hakim olaraq onları məcburi olaraq pis işə vadar edə bilməsi, şeytanın qüdrət və bacarıq dairəsindən xaricdir. Hətta insanların özləri ona əl uzatsalar da belə, şeytanın onlara olan hökmranlığı məhduddur. «Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!
    Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!...» (ən-Nəhl, 99-100.)
    Quran şeytanın qiyamət günü deyəcəyi sözləri onun dilindən belə nəql edir ki, o, ona etiraz edən və azğınlıqları üçün onun məsuliyyət daşımasını bildirənlərin cavabında belə deyir:
    «...Əslində mənim sizin üzərinizdə heç bir hakimiyyətim (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın...» (İbrahim-22.)
    Şeytanın insana bu qədər hakim ola bilməsinin fəlsəfəsi insanın «ixtiyarı»dır. İnsan vücudunun məqam və dərəcəsi, onun azad və muxtar olmasını tələb edir. Azad və muxtar varlıq, həmişə iki yol ayrıcı və iki çağırış qarşısında dayanmalı və öz kamalını yeganə yol olan «ixtiyar» və «seçmə» ilə əldə etməlidir.
    Əz cəhan do bang miayəd be zedd
    Ta kodaminra to başi mostəedd
    On yei bangəş nəşure ətqiya
    Van degər bangəş nəfure əşqiya.
    Mənası: Dünyadan bir-birinə zidd olan iki səs eşidilir; sən onların hansına hazırsan; onların biri pərhizkarların dirçəliş nidası; digəri isə bədbəxtlərin azğınlıq səsidir.
    İslam dünya görüşünə əsasən yaradılış aləmində, heç bir varlığın müstəqil rolu yoxdur. Quran heç bir varlıq üçün müstəqil rol qail deyil. Hər bir varlığın malik olduğu rol yalnız, vasitə və Allahın tam iradəsinin həyata keçməsi üçün keçid xarakteri daşıyır. Quran mələklərin, Allahın yaradılışdakı iradəsinin gerçəkləşməsi istiqamətində vasitə rolunu təsdiq edir. Amma şeytan üçün nəinki Avestada əhrimənin ahuramazdanın müqabilindəki kimi müstəqil və yaradıcı rola malik olmasını rədd edir, hətta mələklərin də belə bir rola malik olmasına qail deyildir.
    Buna görə də, adətən islami mətnlərin tərcüməsində şeytanın «əhrimən» və ya «div» kimi tərcümə edilməsi aşkar səhvdir. Şeytan kəlməsinin fars dilində sinonimi yoxdur və buna görə də tərcümələrdə həmin kəlmənin özü gətirilməlidir.
    Quran baxımından şeytan, qətiyyən Allah müqabilində olan qütb deyildir. O, hətta Allahın izni ilə yaradılışda əli olan və ilahi iradənin icraçıları sayılan mələklərin müqabilində də bir qütb sayılmır.
    Ümumiyyətlə bizim camaatın «cin» barəsindəki təsəvvürü, Quranın cin haqqında verdiyi anlayışlardan fərqlidir. Quran baxımından cin, insan kimi bir varlıqdır və o da insan kimi bir sıra şəri vəzifələr daşıyır. Amma o, gözəgörünməz bir varlıqdır. Cin, avam kütlənin təsəvvüründə isə mələk sırasında olan bir varlıqdır. Quran cini insana, avam kütlə isə mələyə tay bilir. Quranın aşkar təbirlərinə əsasən, şeytan, cin növündəndir. İslam dünya görüşünə əsasən, cinlərin əksinə olaraq, mələklərin yaradılış aləmində rolları vardır. İslam ədəbiyyatında, cinlə mələyin bir sırada tutulması, müsəlmanların zərdüşt məfhumları keçmişinə malik olmaları baxımından düçar olduqları səhvdən yaranıb.
    Deməli, islam dünya görüşü zərdüşt, manovi və məzdəki dünyagörüşünün əksinə olaraq, təkqütblüdür. Şeytan, Quran baxımından «O yaratdığı hər şeyi gözəl yaratdı...» və həmçinin «Rəbbimiz hər şeyə Öz surətini və şəklini verən sonra da ona doğru yolu göstərən Allahdır!» nümunəsidir.
    Şeytan, şeytanlıq və onun azdırmalarının mövcudluğu bir sıra hikmət və məsləhətə əsaslanır və həmin hikmətə əsasən şeytan həqiqi, gerçək və mütləq deyil, nisbi şərdir.
    Hər şeydən maraqlısı budur ki, Quranın məntiqinə əsasən, Allah özü şeytana «azdırmaq» və «yoldan çıxarmaq» vəzifəsini əta edib. Allah-taala burada şeytana xitab edərək buyurur: «Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, zinaya sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!» (İsra-64.)
    Şeytan sanki, aşağıdakı ayədə, özünün insanları azdırmaq vəzifəsini daşımağa hazır olduğunu elan edib: «İblis dedi: «...Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (sənə ibadət və itaət etməyə) mane olacağam!
    Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!» (Əraf 16-17.)
    Əlbəttə şeytanın insanları azdıraraq yoldan çıxarması və onun bu vəzifədəki nüfuz dairəsi əvvəldə qeyd etdiyimiz qədərdir və burada insanlara qarşı heç bir icbar və zorakılıqdan söhbət gedə bilməz. Onun etdiyi yeganə şey «vəsvəsə», «dəvət», «təzyin» və «təsvil»dir.
    Bu nöqtəni də xatırlatmaq lazımdır ki, bizim «yaradılış aləmi şeytanın nüfuz dairəsindən xaricdir» deməkdən məqsədimiz, onun yaradılışda heç bir rolunun olmaması deyildir. Məgər aləmdə hansısa bir varlıq mövcud ola bilərmi ki, onun yaradılışda heç bir rolu olmasın? Məqsədimiz budur ki, şeytan nə bir qrup varlıqların müstəqil xaliqi, nə Allah müqabilində olan bir qütb və nə də mələklər kimi kainatın tədbir və idarəsi tapşırılan və onda rolu olan bir varlıqdır. Həmçinin onun insana olan hökmranlığı da istədiyini məcburi şəkildə qəbul etdirmək həddində deyildir. Quran şeytan və cinlərin yaradılışda müəyyən rola malik olmalarına qaildir, amma o, ümumilikdə insanın rolundan artıq və üstün deyil.
    Bu bəhsdən əsas məqsəd budur ki, Quran, şeytan məsələsini zati tövhid və «...Ona bənzər heç bir şey yoxdur...» (Şura-11) prinsipinə və həmçinin yaradılışda tövhid və «...Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur...»(Əraf-54), «...Allah hər şeyin xaliqidir...»(Rəd-16), «Özünə heç bir övlad götürməyən və mülkündə (səltənətində) heç bir şəriki olmayan...» (İsra-111.) prinsiplərinə kiçicik bir xələl gətirməyən formada irəli sürüb.
    FƏLSƏFİ BƏDBİNLİK
    «Şərlər məsələsinin» digər təsirlərindən biri də fəlsəfi bədbinlikdir. Bədbin filosoflar adətən materialistlərdən çıxır. Materializm və bədbinlik arasında bir növ inkaredilməz əlaqə və bağlılıq var. Nə üçün? Cavab aydındır, çünki materializm şərlər məsələsinin həllində acizdir. İlahi fəlsəfəyə əsasən, vücud xeyirlə bərabərdir, şər nisbidir və hər bir şərin altında bir xeyir yatır. Amma maddi baxışa əsasən belə bir şey yoxdur.
    Dünyaya qarşı bədbinlik əzabvericidir. İnsanın dünyanı hissiz, dərksiz və hədəfsiz bilməsi çox ağırdır. Özünü bu dünyanın kiçik övladı bilən və özü üçün hədəf qail olan insan, onu yaradaraq ona hədəfli olmağı öyrədən dünyanın özünün hədəfsiz olmasını düşünəndə çox pis hala düşür. Əgər dünyada ədalətin olmamasını və təbiətdə ayrı-seçkilik və zülmün olmasını düşünən şəxsə, dünyanın bütün ne`mətlərini versələr belə, bədbin və narazı olacaq.
    Bu şəxsin öz səadəti və bəşəriyyətin xoşbəxtliyi istiqamətindəki fəaliyyəti də ümid və şövqlə olmayacaq. Varlığın kökü zülm üzərində qurulan yerdə insanın ədalətsevərliyi də mənasızdır. Dünya hədəfsizdirsə, bizim hədəfə malik olmağımız puç bir şey və axmaqlıqdır.
    İman sahiblərinin tam ruhi sakitlik və rahatlığa malik olmalarının səbəbi, onların dünyanı ağılsız, hədəfsiz, zalım, zülm tərəfdarı və ya laqeyid deyil, hikmət və elmə əsaslanan, hədəfli, ədalətli, haqq və haqq əhli tərəfdarı hesab etmələrindəndir. Təkallahlılar, şər işlərin heç birinin hesabsız və əbəs olmamalarına etiqad bəsləyirlər. Onların fikrincə, pisliklər ya ədalətli cəza, ya da hədəfə əsaslanan və mükafatı olan bəla və imtahanlardır.
    Bəs imansız şəxslər nə düşünürlər? Onların ürəkləri nə ilə şad olur? İntihara əl atırlar və onlardan birinin dili ilə desək, «igidliklə ölümü qucaqlayırlar».
    Ümumdünya səhiyyə təşkilatı statistik rəqəmlərə əsaslanan hesabat yayaraq bildirib ki, intihar - xüsusilə ziyalılar arasında olan intihar - gün-gündən genişlənməkdədir. Bu təşkilatın hesabatına əsasən, intihar, səkkiz avropa ölkəsində həddindən artıq çoxalıb. Həmin səkkiz ölkədən biri, bizim xoşbəxtlik nümunəsi hesab etdiyimiz İsveçrədir. Həmin hesabatda deyilir ki, intihar üçüncü ölüm amilidir, yəni o, xərçəng xəstəliyindən çox adam tələf edir və təəssüflər olsun ki, bu iş savadlı kütlə arasında savadsız kütlədə olduğundan daha çox baş verir.
    Həmin hesabatda deyilir ki, intihar iman və etiqadını əldən verməkdə olan inkişaf etmiş ölkələrdə daha çox baş verir. Qərbi Almaniyada hər il altmış min nəfər intihar edir ki, onların on iki min nəfəri intihar nəticəsində ölür, qalanlarına isə ölümdən nicat verilir. (Ustadın bu çıxışı təqribən iyirmi səkkiz il bundan əvvəl olub və statistik rəqəmlər həmin vaxtınkıdır.)
    Budur «Aləmlərin Rəbbi» olan Allaha imanlarını əldən verənlərin həyatı!
    İntihar üçün bir sıra səbəblər, o cümlədən diqqəti cəlb etmək, eşqdə məğlubiyyətə uğramaq, ictimai və iqtisadi rəqabətlərdə məğlubiyyət, yoxsulluq, narkotik maddələr düşkünlüyü, həyat və varlığın puç sanılması kimi müxtəlif amillər qeydə alınıb. Amma onların hamısının ən başlıcası imansızlıqdır.
    Vilyam Ceymsin «Din və ruh» adı ilə tərcümə edilmiş kitabının birinci fəslində Mark Orl adlı materialist bir yazıçı və həmçinin Nitse və Şupenhaver barəsində belə deyilir:
    «Mark Orlın sözləri əsaslı acılıq, qəm və kədər nişanəsidir, onun nalələri bıçaqla başı kəsilməkdə olan donuzun nalələrinə bənzəyir. «Nitse» və «Şupenhaverin» ruhi vəziyyəti, onların diş qıcamaqla qarışmış qaraqabaqlıqları və düşkünlüklərini göstərir. Bu iki alman yazıçısının acınacaqlı nalələri can verməkdə olan siçanın cır-cırlarını xatırladır. Bu iki yazıçının sözlərində dinin həyatın çətinlik və məşəqqətlərinə verdiyi saf məna və məfhum görünmür».
    Vilyam Ceymsin bədbin adlandırdığı Nitse, məşhur güc və qüdrət fəlsəfəsinin banisidir. O, həmin fəlsəfi görüşlərində belə deyir:
    «Mülayimlik və qəlbin riqqətini kənara atmaq lazımdır; ürəyi yumşaqlıq acizlikdən yaranır; təvazökarlıq və itaətkarlıq alçaqlıqdır; həlimlik, hövsələ, əfv və birinin səhvinə göz yummaq zəiflik və süstlükdür. Nəfsi öldürmək nəyə lazımdır? Nəfsi bəsləmək lazımdır! Başqasını istəmək nə deməkdir? İnsan özünü istəməli, özünə pərəstiş etməli, zəif və aciz şəxslərin məhv olub aradan getməsi üçün onlara qarşı laqeyid yanaşmalıdır».(Avropada fəlsəfənin inkişafı; 3-cü cild..)
    Nitse, təbii ki, bu cür fikir və düşüncə ilə dünyanı özünə zindan etmişdi. Bu düşüncələrin səmərəsi, ömrünün sonunda onun öz payına düşdü. O, ömrünün sonunda bacısına yazdığı məktubda belə deyir:
    «Günlər keçdikcə həyat mənim üçün daha da çətinləşir. Xəstəlik nəticəsində, ruh düşgünlüyü və narahıtçılığın son həddində olduğum illərdə bu qədər qəmli və ümidsiz olmamışdım, görəsən nə olub? Olmalı şeylər olub ! Camaatla olan fikir ayrılıqlarım onların mənə olan e`timadlarını aradan aparıb və indi hər ikimiz səhv olduğumuzu görürük; ilahi, mən bu gün necə də yalqızam! Deyib güləcəyim, bir fincan çay içə biləcəyim bir nəfər belə yoxdur. Məni dostcasına nəvaziş edəcək bir nəfər belə yoxdur!» (Avropada fəlsəfənin inkişafı; 3-cü cild..)
    Vilyam Ceymsin, barəsində danışdığı digər şəxs, yəni Şupenhaver isə belə düşünür:
    «Həyatın əsası əziyyət və zərərdir. Ləzzət və kef, qəmi aradan aparmaqdadır. Müsbət bir iş yoxdur, hər şey mənfidir. Canlı varlıq həyat mərtəbəsində nə qədər yüksəkdədirsə, əziyyəti o qədər çoxdur, çünki o, daha çox hiss edir, keçmişin çətinliklərini yadına salır və gələcəyin əziyyətlərin daha yaxşı müəyyənləşdirə bilir. Bir an olan kefin dalınca bir ömürlük əzab gəlir. Evlənməyəndə çətinlikdə olursan, evlənəndən sonra isə min cür dərd-bəlaya düşürsən. Eşq bəlası böyük müsibətdir və camaat qadını şadlıq amili hesab edir, halbuki o, qəmlər dağarcığıdır. Başqaları ilə ünsiyyətdə olanda giriftarçılığa düçar olursan, olmayanda da həyatdan bezirsən. Xülasə, nə qədər ki, canında can var, bu əziyyət və məşəqqətdən qurtulmaq mümkün deyil. Həyat başdan-başa can vermək, bəlkə də hər an təxirə düşən ölümdür, axırda da əcəlin çatır, halbuki həyatdan heç bir xeyir götürülmür və heç bir faydalı nəticə əldə edilmir.» (Avropada fəlsəfənin inkişafı; 3-cü cild..)
    İslam dünyasında da dünyanı qaranlıq görən və həmişə yaradılış cərəyanları müqabilində sərt, qaraqabaq və qəzəbli çöhrə göstərən şəxslər, Vilyam Ceymsin dili ilə desək, bir növ «diş qıcayanlar» olublar. Məşhur ərəb şair və filosofu Əbul-Əla Müirri və həmçinin şair Xəyyam bu dəstədəndir. Xəyyama şair deməyimin səbəbi budur ki, tədqiqatçılar məşhur bədbin şerlərin filosof və riyaziyyatçı Xəyyamdan olmasına inanmır. Şair Xəyyam üçün heyrət, əzab və nalə olan şeylər filosof Xəyyam üçün həll edilmiş məsələlərdən olub.
    Bizim əsrimizdə avropalılardan təqlid edən, bir çox səbəblərdən bu yolla gəncləri zəhərləyən və onları həyatdan soyudan və bəzən intihara vadar edən bədbin yazıçılar yaranıblar və bir sıra görünən və görünməyən ünsürlər də onları təşviq edirlər. Onların sayı gün-gündən artmaqdadır. Sadıq Hidayət bu qrupa daxil olanlardandır. Onun yazıları Vilyam Ceymsin sözləri ilə desək, «başı kəsilməkdə olan donuzun naləsi və ya can verməkdə olan siçanın cır-cırına bənzəyir».
    Nitse, Şupenhaver, Əbul-əla və Xəyyamın müqabil nöqtəsi nikbin filosoflardır. İlahiyyatçıların hamısı və ya əksəriyyəti bu qrupdandır. Böyük arif Mövləvi bu qrupun təmsilçisidir. Onun bütün sözlərində eşq, şövq və mənəvi hal görünür. Bu böyük arifin fikrincə, insan şadlıq, ləzzət və səadət ocağıdır və yeganə şərt onun bu pulsuz kef ocağından istifadə etmək istəməsidir; dünyada şadlıq və ləzzətə çevrilməyən heç bir qəm yoxdur. O, ləzzəti yalnız mey, cinsi yaxınlıq və ya musiqi eşitməkdə məhdudlaşdırmaq istəyən insanları təhqir edir.
    Sədi, Hafiz və irfan məsləkli digər şairlər də həmin yolla gediblər. Hafizin şerlərində, bəzi ikimənalı sözlər tapılır, amma şer dili ilə tanış olanlar bilirlər ki, onların məktəblərində gözəllikdən başqa heç nə görünmür.
    Bu məsələ yalnız irfan və sufiliyə aid deyil. Ümumiyyətlə imanın xasiyyəti budur. İmansızlıq bir növ çatışmamazlıqdır ki, tarazsızlıq yaradır və həmin tarazsızlıq müxtəlif ruhi əzab-əziyyətə səbəb olur. İmanda dəyişiklik xüsusiyyəti var və o, qəm-qüssəni ləzzət və şadlığa çevirir.
    İslamın yetişdirdiyi şəxslər, hadisə və müsibətlə üzləşəndə bu həqiqətə diqqət edirlər: «Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq.» (Bəqərə-156.)
    Həmin tərbiyəni almış şəxslərə misal olaraq Peyğəmbərin (s) səhabələrindən olmuş bir müsəlman kişi və qadının hekayəsini nəql edirik. Əbu Təlhə Peyğəmbərin (s) səhabələrindəndir, mömin bir qadın olan Ummu Suleym də onun həyat yoldaşı olub. Onların hər ikisinin çox sevdikləri bir oğulları olub. Bir gün həmin oğlan xəsətələnir və vəziyyəti getdikcə ağırlaşır. Uşağın xəstəliyi elə yerə çatır ki, Ummu Suleym oğlunun öləcəyini başa düşür.
    O, ərinin, oğlunun ölümündə dözümsüzlük göstərməməsi üçün onu bir bəhanə ilə Peyğəmbərin (s) yanına göndərir. Əbu Təlhə Peyğəmbərin yanına gedəndən bir neçə an sonra oğlu dünyasını dəyişir.
    Ummu Suleym oğlunun cənazəsini bir parçaya bükərək otaqda gizlədir və evdə olanlara, Əbu Təlhəyə oğlunun ölüm xəbərini verməyi qadağan edir. Sonra gedib yemək hazırlayır və özünü bəzəyərək ətir vurur. Əbu Təlhə bir neçə saatdan sonra qayıdır və evdə vəziyyətin dəyişdiyini görür. Oğlunun vəziyyətini soruşur. Ummu Suleym cavab verir ki, uşaq sakitləşib. Əbu Təlhə ac olduğu üçün yemək istəyir. Ummu Suleym əvvəlcədən hazırladığı xörəyi gətirir və onlar ikisi də oturub yeyirlər. Sonra isə cinsi əlaqədə olurlar və Əbu Təlhə rahatlaşır. Ummu Suleym deyir: Səndən bir şey soruşmaq istəyirəm.
    Əbu Təlhə deyir: Soruş.
    Ummu Suleym: Əgər sənə, yanımızda olan əmanəti sahibinə qaytardığımızı xəbər versəm, əsəbləşərsən?
    Əbu Təlhə: - Xeyr, qətiyyən narahat olmaram, əmanəti sahibinə qaytarmaq lazımdır.
    Ummu Suleym: Subhanəllah, onda xəbər verim ki, Allah, yanımızda olan əmanəti, yəni oğlumuzu bizdən alıb apardı.
    Əbu Təlhə arvadının bu sözündən çox təsirlənib deyir: - Allaha and olsun ki, mən övladımın müsibətində sən anadan daha səbirli olmalıyam.
    O, sonra ayağa durub cənabət qusulu verərək iki rəkət namaz qılır və sonra Peyğəmbərin (s) yanına gedib hadisəni o həzrətə danışır.
    Peyğəmbər (s) belə buyurur: Allah bu gün sizə bərəkət versin və sizə pak bir nəsil qismət etsin. Mən Allaha, ümmətimdə Bəni İsrailin «səbirlisi» kimisinin olmasına görə şükr edirəm.
    Bəli, iman və dinin məşəqqətləri asanlaşdırması, hətta bəzən onu şadlıq, ləzzət və səadətə çevirməsi belə olur.
    Vilyam Ceyms, bundan əvvəl adını çəkdiyimiz kitabda dinlə dinsiz əxlaqın fərqi barəsində söhbət edərək belə deyir:
    «Din və ya əxlaqda əsas məsələ, bizim yaradılış və varlıq aləmini necə qiymətləndirməyimizdən ibarətdir. Biz yaradılış və varlıq aləmini necə qiymətləndiririk? Biz bu varlıq və kainatı çətinlik və əziyyət kimi qiymətləndirərək onun bir hissəsini qəbul, digər bir hissəsini isə rədd edirik? Yoxsa əksinə, onu açıq qucaq, eşq və məhəbbətlə dolu ürəklə qarşılayırıq? Sırf əxlaq, kainata hakim hesab etdiyi qanunlara elm və agahlıqla tabe olur. Amma bu itaət bir növ ağırlıq və hüznlə birgədir ki, həmin qəlbdə heç bir hərarət və şövq olmur və həmin qanunların onun boynunda xalta olması hissi ondan heç vaxt ayrılmır. Amma dində məsələ bunun əksinədir və həmin soyuq və qəmli itaət, öz yerini həyatın hər bir şeyini lütf, şövq, səmimiyyət və şadlığa çevirən səmimi qarşılama və qəbula verir . Rəvaqi filosofu öz canını tapşırdığı dünyadan hədsiz ehtiram və tə`zim umur, amma məsihi Allahı (din Allahı) məhəbbət və eşq istəyir. Biz burada bu iki dəstənin iki müxtəlif mühitdə bir-birinin müqabilində dayanan iki hiss və duyğuya malik olmalarını görürük; onlardan biri qütb soyuqluğu, digəri isə ekvator istiliyinə malikdir. Sanki onların hər birinin əldə etdiyi nəticə, yəni qeydsiz-şərtsiz qəbul etdikləri».
    NAZ YA ETİRAZ?
    Şərlər məsələsi və bəzi vaxtlar onlara qarşı etiraz bəhsi bizim ədəbiyyatımızın nisbətən mühüm bir hissəsini təşkil edir. Şairlər bəzən ciddi və bəzən də əyləncəli şəkildə bu mövzuya çox toxunublar. Bu barədə deyilənləri ciddilik, yəni yaradılışın tənqidi, yaxud ona etiraz kimi qiymətləndirmək olmaz. Həmin şerlərin əksəriyyəti zarafat və əyləncə xarakteri daşıyır və necə deyərlər, şer sujetləridir. Onların bəzilərini «dəllal arif» kimi qiymətləndirmək olar. Xəyyama mənsub rübailərdə bu qism şe`rlər çoxdur. Əvvəldə qeyd etdiyim kimi, həmin şerlərin filosof Xəyyamdan olması məlum deyil. Şair Xəyyamın şe`rlərində sual və ya etiraz kimi səslənən məsələlər filosof Xəyyam üçün həll edilmiş məsələlərdir. Buna görə də, həmin şerlər ya filosof Xəyyamdan deyil, ya üzdəniraq dindarlarla baş qatmaq xarakterlidir, yaxud da «dəllal arif» növündəndir. Hər halda Xəyyama mənsub olan rübailərdə belə deyilir:
    Əcram ke sakinane in eyvanənd
    Əsbabe tərəddod xerədməndanənd
    Han ta sərreşteye xerəd qom nə kuni
    Kanan ke modəbberənd sərgərdanənd
    Əflak ke coz ğəm nəfəzayənd degər
    Nə nəhənd be ca ta nəröbayənd degər
    Naamədeqan əgər be danənd ke ma
    Əz dəhr çe mi kəşim nayənd degər.
    Mənası: Bu eyvanın sakinləri olan cansız cisimlər ağıllıların keçididir; sayıq ol ki, ağıl kələfinin ucunu itirməyəsən, işlərin axırını fikirləşənlər sərgərdandırlar.
    Çun hasele adəmi dər in şuristan
    Coz xurdəne ğosse nist ta kəndəne can
    Xorrəme del an ke zin cəhan zud berəft
    Və asude kəsi xod nəyaməd be cəhan
    Mənası: Fələyin qəm verməkdən başqa bir işi yoxdur və insanı öldürməyənə kimi ondan əl çəkmir; əgər dünyaya gəlməyənlər, bizim fələyin əlindən nə çəkdiyimizi bilsələr, buraya gəlməzlər.
    Ey çərxi fələk xərabi əz kineye tust
    Bidadəgri şiveye dirineye tust
    Ey xak əgər sineye to beşkafənd
    Bəs qohəre qiyməti ke dər sineye tust
    Mənası: Ey çərxi-fələk! bütün xarabalıqlar səndəndir; haqsızlıq sənin keçmiş peşəndir; ey torpaq! əgər sənin sinəni açsalar, orada çoxlu qiymətli cəvahirlər olduğunu görərlər.
    Çərxi-fələyə göndərilən bu e`tiraz və söyüşlər, əslində yuxarı məqama aiddir, çünki çərxi-fələk heç nədir və o, naçar şəkildə kəc və tərs rəftarlarda günahlandırılır. Bəlkə buna görədir ki, bir hədisdə belə deyilir: «Zəmanəni söyməyin, zəmanə Allahdır.» (Hədisin düzgün izahı belədir ki, zəmanəni tənqid etmək bütün varlıq aləmini tənqid edib Allaha qarşı etiraz səsi yüksəltməkdir. Amma bəzi alimlər iddia edirlər ki, bu hədis zəmanənin doğrudan da Allah olmasına inam bəsləyən zərvaniyyə firqəsinin uydurmalarındandır.)
    Nasir Xosrov doğrudan da həkim adlandırılmağa layiq şairdir. Bu şair bir tərəfdən dərin və incə mənalı söz ustası, bir tərəfdən bu cür etirazlardan üstün fikir sahibi, digər tərəfdən isə güclü dini əqidəyə malik bir şəxsiyyət olub. O, həmin dini etiqadlarına əsasən bu barədə ağız açmamalı idi. Amma bütün bunlara baxmayaraq, onun divanında da bu məsələ ilə bağlı şerlər vardır ki, onları bir növ əyləncə və zarafat və yaxud da «dəllal arif» hesab etmək lazımdır. O, bir şerində belə deyir.
    Bar xodaya əgər ze ruye xodayi
    Tinəte insan həme cəmil sereşti
    Çehreye rumi və surəte həbəşira
    Mayeye xubi çe bovəd və elləti zeşti?
    Tələte hindu və ruye tork çera şod?
    Həm ço del duzəxi və ruye beheşti?
    Əz çe səid oftad və əz çe şəqi şod
    Zahede mehrabiyo keşişe kənəşti?
    Çist xelaf əndər afərineşe aləm
    Çun həmera dayevo məşşate to gəşti?
    Girəm donya, ze bi məhəlliye donya
    Bər gerehi xərbəto xəsise beheşti
    Neməte monem çera əst dərya-dərya?
    Mohnəte mofles çera əst kəşti-kəşti?
    Mənası: İlahi, əgər hamını gözəl yaratsaydın nə olardı? Mən başa düşə bilmirəm ki, nə üçün rumlular gözəl, həbəşilər isə çirkindirlər? Nə üçün Hindlini cəhənnəm kimi qara, türkü isə behişt kimi ağ yaratmısan? Nə üçün zahid xoşbəxt, keşiş isə bədbəxtdir? Hamını sən yaratmısan, bəs bu fərqlər nə üçündür?
    Nasir Xosrovun uzun və məşhur bir qəsidəsi var. O belə başlayır:
    İlahi tulo ərze aləmətra
    Təvani dər dele muri keşidən.
    Mənası: İlahi sənin elə bir qüdrətin var ki, sən bütün dünyanı bir qarışqanın qarnında yerləşdirə bilərsən.
    O, həmin qəsidədə belə deyir:
    Həme cur mən əz bulğareyan əst
    Kəz an ahəm həmi bayəd keşidən
    Gene bulğariyanra niz həm nist
    Bequyəm gər to betvani şenidən
    Xodaya rast quyəm fetnə əz tust
    Vəli əz tərs nətvanəm çeğidən
    Ləbo dəndane torkan xətara
    Nə bayesti çenin xub afəridən
    Ke əz dəste ləbo dəndani işan
    Be dəndane dəsto ləb bayəd gəzidən
    Be ahu miykoni ğovğa ke be qoriz
    Be tazi mizəni hey bər dovidən.
    Mənası: Mənim bütün bədbəxtliklərim gözəllərin əlindəndir; mən onlardan ötrü ah çəkməliyəm; əgər eşidə bilərsənsə deyim ki, onlarda da günah yoxdur; ilahi, bütün bədbəxtliklər səndəndir, amma qorxudan bir şey deyə bilmirəm; gözəllərin dil-dodaqlarını gərək belə gözəl yaratmayaydın; mən gərək onların gözəlliyinin təsirindən əl-ayağımı dişləyəm; sən dovşana qaç, tazıya tut deyirsən.
    Ədəbiyyatşünasların bəziləri iddia edirlər ki, bu qəsidə Nasir Xosrovun deyildir.
    Təqribən qırx il bundan əvvəl şirazlı şairlərdən biri, bu barədə bir qəsidə yazmışdı və onun cavabı mərhum Əxgər tərəfindən «Əxgər» jurnalında müsabiqəyə qoyuldu və elm əhlindən bu barədə öz nəzərlərini bildirmələri istənildi. Ölkənin müxtəlif yerlərindən ruhani, qeyri-ruhani, kişi və qadınlığından asılı olmayaraq, bir çoxları həmin tədbirdə iştirak etdilər. Onların bəziləri nəsr, bəziləri isə nəzmlə ona cavab verdilər və hətta bəziləri həmin şairin nəzərini təsdiqlədilər. Onların hamısı mərhum Əxgər tərəfindən «Yaradılışın sirləri» adlı kitabda çap edildi. Mən həmin cavabların nə olmasına toxunmaq və bu barədə fikir bildirmək istəmirəm. Əlbəttə alimlərdən bəziləri öz açıqlamalarında maraqlı nöqtələrə toxunublar.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 690 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024