İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 12:55 PM
    ŞAQULİ SİSTEM
    Şaquli quruluşdan məqsəd, səbəb-nəticə, şeylərin yaradılma tərtibi, necə deyərlər, Allahın əşyalara nisbət failliyi və şeylərin ondan yaranma tərtibidir. İlahi zatın ucalığı və müqəddəsliyi varlıqların Ona nisbətdə mərtəbə-mərtəbə, bir-birinin ardınca yerləşmələrini, yəni birinci, ikinci, üçüncü və bu cür tərtiblə olmaları və bir-birlərindən sonra yaranaraq hər birinin özündən qabaqkının nəticəsi olmasını tələb edir. Əlbəttə məqsəd, zaman baxımından birinci, ikinci, üçüncü və sairə olmaq deyil. Orada, zaman məsələsi yoxdur, zamanın özü də məxluqlardan biridir.
    Dini terminologiyada mələk, ilahi qoşun, Allahın şəriəti deyil, yaradılış elçiləri, işlərin bölücü və tədbirçisi kimi gəlmiş ifadələr və Allahın bir sıra ilahi və mənəvi təşkilatının olmasını göstərən ərş, kürsi, lövhə və qələm kimi məfhumların hamısı, bu həqiqəti başa salmaq üçündür ki, Allah-taala yaradılışı xüsusi quruluş və müəyyən tərtiblə idarə edir. Filosoflar bu mətləbi fəlsəfədə xüsusi terminlərlə, islam maarifində isə başqa ifadələrlə bəyan ediblər. Biz burada həmin məfhumların, islamın daha şirin və sadə dili ilə ifadə olunmasına üstünlük veririk.
    Bu quruluşda, Allahın zatı bütün varlıqların fövqündə dayanır və mələklər Onun fərmanının icraçılarıdır. Mələklərin öz arasında da silsiləvi mərtəbələr mövcuddur. Onlardan bəziləri başçı və fərman verən, bəziləri isə köməkçi sayılırlar. Mikail ruzi üçün, Əzrail can və ruhun alınması üçün təyin edilmiş mələkdir. Bu iki mələyin hər birinin köməkçiləri də vardır. Hər bir mələyin müəyyən vəzifə və yeri vardır. «...Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri olmasın.»(Saffat-164.)
    Yaddan çıxarmamalıyıq ki, Allahın varlıqlarla olan nisbəti yaratmaq və icad etməkdir və Onun təşkilatını ictimai təşkilat və insan cəmiyyətlərində olan şərti əlaqələr kimi təsəvvür etmək olmaz. Allahla mələklər arasındakı fərman vermək və itaət quruluşu, şərti və etibari deyil, həqiqi və inkaredilməz xarakter daşıyır. Allahın fərmanı söz deyil, «icad»dır və mələklərin ona tabeçilikləri də ona uyğun bir şeydir. Bizim «Allah mələklərə filan şey etmələri fərmanını verdi» deməyimizin mənası budur ki, O, onları elə yaradıb ki, onlar müəyyən iş və nəticə üçün fail olsunlar. Mələklərin itaət etmələrinin mənası da həmin təkvini səbəb və nəticəlikdir. Qeyd edilən təşkilat təkvini bir quruluşun nümunəsidir.
    Buna görə də, Qurani-kərim yaradılışın tədbiri və idarəsini bəzən Allaha, bəzən isə mələklərə nisbət verir. Bəzən deyir:
    «O, göydən yerə qədər olan bütün işləri idarə edir...» (Səcdə-5.)
    Bəzən isə belə deyir:
    «And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə)...» (Naziat-5.)
    Bəzən ölən insanların canlarının alınmasını mələklərə, bəzən xüsusi ölüm mələyinə, bəzən isə özünə nisbət verir.
    Vəhy çatdırılmasını bəzən bir mələyə nisbət verərək belə buyurur:
    «Onu Cəbrail (Ruhuləmin) endirdi.» (Şuəra-193)
    Bəzən isə Öz müqəddəs zatına nisbət verir:
    «...Həqiqətən, Biz Quranı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil etdik.» (İnsan-23.)
    Məsələnin sirri budur ki, Allahın işi müəyyən nizam və tərtibə malikdir, Onun, dünyanı yaradıb idarə etmə quruluşu, iradə etməsinin eynidir.
    Varlıqlar arasında müəyyən quruluşun olmaması, hər bir varlığın hər bir şeyin mənşəyi olmasını və həmçinin, hər bir şeyin hər bir şeydən yaranmasının mümkünlüyünü tələb edir. Məsələn, kiçik bir qüvvədən böyük bir qüvvəyə münasib olan böyük partlayışın yaranması və bunun əksinə olaraq, böyük qüvvənin kiçik qüdrət göstərməsi mümkün olmalıdır. Həmçinin bir kibrit şöləsinin təsiri dünyanı işıqlandıran günəşlə bərabər olmalıdır. Yaxud nəticə, öz səbəbinin yerini tutmalı, səbəb isə onun yerində durmalıdır. Bu hesabla gərək Allahın məxluq, məxluqun isə Allah olması da mümkün olsun.
    Vacibin vacib, mümkünün isə mümkün olması, onların zati xüsusiyyətləridir, yəni vücudu mümkün olan, vacibul-vücud, vücudu vacib olan isə mümkünül-vücud ola bilməzdi. Başqa sözlə desək, məsələ belə deyil ki, vücuda gəlməsi mümkün olan varlıq vacibul-vücud və ya bunun əksi ola bilərdi. Amma təsadüfən və ya xarici bir amilin təsiri ilə biri vacib, digəri isə mümkün olub. Xeyr, mümkünul-vücud vacibul-imkan, vacibul-vücud isə vacibul-vücuddur.
    Mümkünlərin dərəcələri də belədir. Mümkünlərin hər bir dərəcəsi, varlığın hansı məqamındadırsa, həmin hala da malikdir. Məsələn, canlılara ruzi vermək və ya onların canlarını almaq vəzifəsinə təyin edilmiş varlığa verilmiş məqam, ona əta edilmiş vücud mərtəbəsinin zərurətlərindəndir. Yəni belə deyil ki, məsələn ağcaqanad bir göstərişlə Mikailin, qarışqa Əzrailin, insan isə Cəbrailin yerini tuta bilərmiş.
    Kamilin naqisin, naqisin isə kamilin yerində oturması fərzindəki bütün səhvlər, insan varlıqlarının əlaqə zatiliyi, zərurilik və qətiliyini dərk etməmələri və onların varlıq aləmindəki, mərtəbələrini insanların cəmiyyətdəki, şərti və fərzi əlaqələri kimi fərz etmələrindən yaranır. Bütün səhvlər Allahı insana oxşatmaq və dünyanın zati quruluşunu şərti insan cəmiyyətləri ilə müqayisə etməkdən yaranır. Belə adamlar öz-özlərində fikirləşirlər ki, sabah filan rəisin adi işçi, adi işçinin rəis olmasına heç bir maneə olmadığı kimi, nə üçün qoyun insanın, insan isə qoyunun yerində ola bilməsin? Nə üçün Allah onu qoyun, bunu isə insan yaradıb?
    Amma onlar bu işin qeyri-mümkünlüyünü bilmirlər. Çünki, hər hansı bir səbəbin müəyyən nəticə üçün səbəb olması və həmçinin hər bir nəticənin müəyyən səbəb üçün nəticə olma qanunu şərti deyildir. Əgər «A» «B» üçün səbəbdirsə, bu səbəb onun zati xüsusiyyətlərinə görədir. Həmçinin əgər «B» «A»-nın nəticəsidirsə, bu ona görədir ki, o, bir sıra xüsusiyyətlərə malikdir və ona görə də «A» üçün nəticə olub və həmin xüsusiyyət onların vücudlarının necəliyindən başqa bir şey deyil. Buna görə də həmin xüsusiyyət şərti, aksidensal (arizi) və başqasına ötürülmək qabiliyyətinə malik deyil, gerçək bir həqiqətdir. Deməli, hər bir səbəbin öz nəticəsi və hər bir nəticənin öz səbəbi ilə əlaqəsi, səbəb və nəticənin zatından yaranır. Nəticə özünün tam zatı ilə səbəbə bağlıdır və səbəb bütün zatı ilə nəticənin yaranma mənşəyidir.
    Əvvəldə dediyimiz kimi, buradan belə məlum olur ki, hər bir varlığın vücud məqamı, onun zatının eynidir və bu, düz ədədlərin mərtəbələri barəsində olduğu kimi dəyişməz bir şeydir. Avtobus növbəsində dayanmış insanları dala-qabağa çəkərək onların yerlərini dəyişmək mümkündür, amma ədədlərin yerlərini dəyişərək onları arxaya və ya qabağa çəkmək mümkün deyil. Rütbəsi dörddən sonra olan beş rəqəminin dörddən qabaq yerləşməsi mümkün deyil. Dörddən qabaq üçdən başqa heç bir ədəd ola bilməz, hətta onu beş adlandırsaq belə, yalnız ad dəyişmiş oluruq və onun həqiqətini dəyişdirmək qeyri-mümkündür.
    Dünyanın bütün varlıqları arasında, belə zati və köklü bir sistem mövcuddur. Qurani-kərimin «Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun müəyyən bir yeri olmasın» ayəsi bütün varlıqlar barəsində düz gəlir. Hər bir şeyin öz yeri var və onu öz yerindən başqa bir yerdə fərz etmək onun zatını əldən verməklə bərabərdir.
    EN DAİRƏSİ VƏ YA ÜFÜQİ SİSTEM
    Təbiət aləmində varlıqların faillik, yaradılış və icad olma baxımından yerlərini müəyyənləşdirən şaquli sistemdən əlavə, digər bir sistem də hakimdir ki, o, hər hansı bir şeyin maddi şəraitini təyin edir. (Maddi və zəmani səbəblərə misal olaraq, ata-ananın uşağın yaranması üçün səbəb olmalarını göstərmək olar. Filosofların fikrincə, bu qism səbəblər yaratma və icadi deyil, maddi və edadi səbəblər hesab olunur. Bu səbəblər həmin şeylərin yaranma və icadi deyil, keçid xarakterli səbəbləridir və onlar yalnız yarananda fail tərəfindən yaradılacaq şeyin mövcud olmasına şərait yaradırlar. Filosoflar vücudlarının mərtəbəsi baxımından öz nəticələrinin en dairəsində yerləşən və nəticələri bəzən zaman baxımından arxada olmalarına baxmayaraq, dərəcə baxımından öz səbəblərindən daha ali və kamil dərəcədə olan bu səbəbləri «ərzi və üfiqi səbəblər», vücud dərəcəsi baxımından daha ali mərtəbədə olan və bu dünyaya tam əhatə və hakimliyi olan yaradan səbəbləri isə «tuli» və ya «şaquli səbəblər» adlandırılırlar.) Bu sistem üfüqi quruluş adlanır və dünya tarixi, həmin quruluşa əsasən qəti və müəyyən forma alır. Hər bir şey müəyyən zaman və məkanda yaranır və hər bir müəyyən zaman və məkan, müəyyən hadisələrin zərfi olur.
    Biz, adətən hər hansı bir hadisə barəsində sual soruşaraq onun barəsində şəkk-şübhə yaradanda, yalnız həmin hadisənin özünə diqqət edir və onun, varlıq aləmində hansı yer və şəraitdə olmasını nəzərə almırıq. Halbuki, hər bir hadisə yaxşı və pisliyindən asılı olmayaraq, bir sıra xüsusi amillərin nəticəsidir və müəyyən şəraitə bağlıdır. Yanğın heç vaxt digər amil və hadisələrlə əlaqəsiz baş vermir və həmçinin onun baş verməsinin qarşısının alınması da maddi və ya mənəviliyindən asılı olmayaraq, bir sıra səbəb və amillərdən ayrı deyil. Dünyada heç bir hadisə digər hadisələrdən «ayrı» və «müstəqil» deyil. Dünyanın bütün hissələri bir-birinə bağlı və bir-biri ilə əlaqəlidirlər. Bu bağlılıq və əlaqə, dünyanın bütün hissələrini əhatə edir, ümumi və hərtərəfli bir vəhdət yaradır. Əşyaların bir-birlərinə bağlılığı prinsipi, başqa sözlə desək, dünyanın gerçək vəhdət prinsipi (əndamvari vəhdət) ilahi fəlsəfənin çox əsaslandığı əsalətlərdəndir. Əşyaların vəhdəti prinsipi ilahi fəlsəfədə daha ciddi məna tapır və o, dünyanın «parçalanmazlığı»dır. Bu barədə sonra geniş şəkildə söhbət açacağıq.
    Fəlsəfədə deyilir ki, «hər bir hadisə müəyyən zaman və məkan çərçivəsində baş verir». Hər bir hadisənin müəyyən zaman və məkanı var. Bütün zaman və məkanların bir hadisənin baş verməsi üçün fərq etməməsi mümkün deyildir.
    Bizim həyati müşahidələrimiz də həmin mətləbi təsdiqləyir. Məsələn, dünyanın bir yerində yanğın baş verəndə həmin hadisə müəyyən zaman, məkan və maddədə baş verir. Yanğının baş verməsi, zaman və məkanın təyin etdiyi şəraitdən asılıdır. Həmin şəraitin özü də öz növbəsində müəyyən zaman və məkana malikdir və bir sıra səbəb və amillərdən asılıdır. Əgər bu müşahidəmizi davam etdirsək, belə nəticəyə gələcəyik ki, hadisələr silsiləsi zəncir halqaları kimi bir-birlərinə bağlıdır. Hər bir hadisə, özündən əvvəlki və sonrakı hadisə ilə, başqa sözlə desək, hər bir şey öz keçmiş və gələcəyinə bağlıdır və bu bağlılıq əzəli və əbədi bir silsilə yaradır.
    Maraqlı burasıdır ki, bir-biri ilə üfüqi xətt boyunca və bir zamanda baş vermiş hadisələrdə daha dərin araşdırma aparanda, onlar arasında əlaqə və bağlılıq kəşf edirik.
    Məsələn, bir yamaqçının xalçanı təmir etməsini və bir cərrahın xəstə üzərində cərrahiyyə əməliyyatı aparmasını fərz edək. Səthi baxışda bu iki iş arasında heç bir əlaqə görünmür. Amma bir yanğın hadisəsinin həmin xəstə və xalçanın yanmasına səbəb olmasını biləndə, cərrahla yamaqçının hər ikisinin işinin bir kökdən yarandığını təsdiqləyirik. Əgər həmin hadisə baş verməsəydi, indi bu iki nəfərin heç biri bu işlə məşğul olmazdı.
    Bir babadan yaranmış bütün insanların işləri həmin babanın müəyyən zaman və məkanda olmasına bağlıdır və nəticədə həmin insanların işlərinin hamısı bir-birinə bağlı olur.
    Yerin günəşdən ayrılması, yer üzündə baş verən bütün işlərin müştərək nöqtəsidir. Əgər həmin hadisə baş verməsəydi, yer üzündə olan işlərin heç biri də olmazdı. Həmin hadisənin baş verməsi onun arxasınca digər hadisələrin baş verməsinə səbəb olub.
    Fəlsəfədə «vücube bil-qiyas» və «imkane bil-qiyas» adlı terminlər var. Bu terminlər o deməkdir ki, biz, bir hadisəni digər bir hadisə ilə müqayisə edəndə, birinci hadisənin olması fərzi ilə digərinin vücudunun zəruri olmasını görəndə, ikinci hadisənin birinci hadisəyə nisbətdə «vücube bil-qiyas» olmasını deyirik. Amma birinci hadisənin olmasını fərz etməklə, ikinci hadisənin olub-olmamasının hər ikisinə bərabər olmasını görəndə deyirik ki, ikinci hadisə birinciyə nisbətdə «imkan bil-qiyas»dır. (Müqayisə ilə vacib və ya mümkün olması başa düşülən hallar. Red.)
    Səthi baxışda bəzi hadisələr arasında «vücube bil-qiyas», bəzən isə hadisələr arasında heç bir əlaqə olmaması və «imkane bil-qiyas» olması düşünülür. Amma dəqiq nəzər salanda görürük ki, hər iki hadisə arasında «vücube bil-qiyas» hakimdir və «imkane bil-qiyasın» xarici nümunəsi yoxdur. Çünki, bütün hadisələr axırda «son hədəf» və «baş səbəb»də müştərəkdirlər və hər bir səbəb və nəticə arasında zəruri əlaqə olduğu üçün bütün hadisələr arasında zəruri əlaqə də hakimdir.
    Bu ümumi və zəruri bağlılığın əsaslandığı prinsiplər aşağıdakılardan ibarətdir:
    1-Ümumi səbəb-nəticə qanunu;
    2-Səbəb-nəticənin zəruriliyi;
    3-Səbəb-nəticənin bir-birinə uyğunluğu;
    4-Varlıq aləminin illətul-iləldə, yəni bütün səbəblərin son və baş səbəbdə sona çatması.
    Birinci prinsip bütün elmlərin əsaslandığı əsas və aşkar qanundur, onu inkar etmək bütün şeylərin inkarı və səfsətəçilik burulğanında qərq olmağı tələb edir.
    İkinci prinsip bu həqiqəti bəyan edir ki, hər bir nəticə yalnız səbəbin mövcud olması ilə deyil, əksinə səbəbin olması baxımından zərurət məqamında yaranır. Nəticənin, öz səbəbi tərəfindən zəruri olmayınca vücuda gəlməsi qeyri-mümkündür. Bunun əksi də belədir. Yəni hər bir şeyin «tam səbəb»inin mövcud olması, nəticənin vücuda gəlməsini zəruri edir və bu halda nəticənin mövcud olmaması qeyri-mümkündür. Buradan belə bir nəticə əldə edilir ki, mövcud olan hər bir şeyin vücuda gəlməsi və habelə mövcud olmayan hər bir şeyin isə vücuda gəlməməsi zəruri olub.
    Üçüncü prinsip səbəb-nəticənin müəyyən əlaqəsinə zəmanət verir. Həmin prinsipdən belə bir nəticə əldə edilir ki, heç bir səbəb öz nəticəsinin yerinə başqa bir nəticə yarada bilməz və həmçinin heç bir nəticənin öz səbəbindən başqa digər bir səbəbdən yaranması mümkün deyil.
    Bu üç prinsipdən belə bir nəticə əldə edilir ki, dünya qəti və dəyişməz bir quruluşa malikdir və «mənşə birliyi» olan dördüncü prinsipi buna əlavə etməklə, dünyanın bütün hadisələri arasında ümumi və sarsılmaz bağlılıq və əlaqə olması nəticəsi əldə edilir.
    Üçüncü fəsldə «tutumların fərqi» başlığı altında bu mətləb barəsində başqa izahlar da verəcəyik.
    İLAHİ QANUN
    Fəlsəfədə, «dünyanın quruluşu» və «səbəblər qanunu» adlandırılan şey, dini terminalogiyada «ilahi sünnə» adlandırılır. Qurani-kərim bir neçə yerdə belə buyurub:
    «...Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən.» (Əhzab-62.)
    Məqsəd budur ki, Allahın işləri xüsusi üsluba, sabit və dəyişməz formula malikdir. Bu məna Fatir surəsində bir neçə dəfə təkidlə təkrarlanıb.
    «...Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan.» (Fatir-43.)
    Allahın sünnəsində heç vaxt dəyişiklik olduğunu görməzsən. Yəni ilahi sünnə, ləğv edilərək başqa birisi ilə əvəz olunan qanun kimi deyildir və sən heç vaxt Allahın sünnəsində dəyişiklik tapmazsan. Belə ki, Allahın sünnəsi bəzi maddələr artırılaraq, bir hissəsi ləğv edilən və ya əsli ləğv edilmədən dəyişdirilən şərti qanunlar kimi deyil.
    Bu, ilahi kitabın çox maraqlı və heyrətləndirici cümlələrindəndir. Quran nə qədər böyükdür! O, doğrudan da elmlərin qabaqcılı və pərhizkarların dostudur! Filosoflar dərin elmi axtarışlarda illərlə çalışaraq səbəb-nəticə və yaradılış qanununu əldə etdikdən sonra, böyük bir qanun və sirr kəşf etdikləri üçün öyünmək istəyəndə, bu sirri yetərli ifadə və eyni halda sadə dillə bəyan etmiş Quranı öz qarşılarında görürlər: «Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan».
    Kim bundan aydın bir şey deyə bilər? Hansı cümlə bundan yetərli və möhkəm mənalı ola bilər? Allahın sünnəsi heç vaxt dəyişmir.»
    Qurani-kərim təkcə yaradılışın qanun və sünnəyə əsaslanmasını xatırlatmır, hətta bəzi xüsusi sünnələrin adlarını da çəkir.
    O, cəmiyyətlərin xoşbəxtlik və bədbəxtlikləri barəsində belə buyurur: «...Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü dəyişməz...» (Rəd-11)
    Bu ayə, xalqların tərəqqi və tənəzzüllərinin sirlərini bəyan edir.
    Heç bir xalq, bədbəxtlik amillərini özündən uzaqlaşdırmayınca, bədbəxtlikdən xoşbəxtliyə çata bilməz. Həmçinin Allah, heç bir xoşbəxt xalqı onlar özləri öz bədbəxtliklərinə şərait yaratmayınca bədbəxt etmir.
    Biz nalə edirik ki, Allah nə üçün Amerikaya darğalıq edən bir ovuc yəhudini yeddi yüz milyon müsəlmana hərbi, siyasi, əqli və iqtisadi cəhətlərdən hakim edib? Nə üçün yüz milyon ərəb, beş iyun müharibəsində məğlub oldu? Allah nə üçün müsəlmanlara izzət vermir? Nə üçün təbiətin qanunlarını müsəlmanların xeyirləri istiqamətində dəyişmir? Əsəbləşir, gecələr yuxusuz qalır, əziyyət çəkir, nalə edir, dua və razi-niyaz edərək kömək diləyirik, amma heç biri müstəcab olmur. Quranın bizə verdiyi cavab bu cümlədir:
    «Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz.»
    Allah öz qanununu dəyişdirmir. Biz özümüzü dəyişdirməliyik. Biz cəhalətdə qərq olmuşuq, əxlaq pozğunluqlarında çabalayırıq, heç bir vəhdət və birliyimiz yoxdur, amma bununla belə Allahın bizim yardımçı və hamimiz olmasını istəyirik. Biz kiçik bir hadisə üçün min cür şayiə düzəldirik, yalançılıq və əyriliyi özümüzə peşə etmişik, bütün fəzilətlərdən uzaqlaşmışıq və eyni halda dünyaya ağalıq etmək istəyirik. Bu mümkün olan iş deyil!!!
    Yəhudi xalqına murdarlıq və çirkinliklərinə görə bütün xalqlardan çox peyğəmbər göndərilib. Çünki, onların tərbiyəçiyə daha çox ehtiyacları olub. Keçmiş səmavi kitablarda onlar üçün iki ictimai dəyişiklik və iki inqilab proqnozu verilmişdi ki, onların hər ikisi gerçəkləşdi. Quran yəhudi tarixində, həmin proqnozların cərəyanlarını və onların gerçəkləşməsini nəql edib. Orada deyilir ki, onlar yer üzündə iki dəfə fəsad törədəcəklər və Allah onları məhv edəcək.
    Quran, sonra ümumi bir formulu xatırladıb buyurur ki, hər bir fəsad, məğlubiyyət və bədbəxtliyin müqəddiməsi və hər bir özünəqayıdış və islah xarakterli fikir isə ilahi rəhmətin zəminəsidir. Ayənin mətni belədir:
    «Biz İsrail oğullarına Tövratda: «Siz yer üzündə (Zəkəriyyanı, sonra da Yəhyanı öldürməklə) iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (yaxıd zülm) edəcəksiniz!» - deyə bildirdik.
    (Yəni istismarçılar öz müstəmləkələrinə etdikləri kimi camaata qarşı zorakılıq edəcək, başqalarının hüquqlarını pozacaqsınız.)
    Onlardan (o fitnə-fəsadın) birincisinin (cəza) vaxtı gələndə üstünüzə çox güclü qullarımızı (Büxtünnəsəri, yaxud Calutu orduları ilə birlikdə) göndərdik. Onlar (sizi öldürmək, əsir almaq və qarət etmək üçün) evlərinizin arasında gəzib dolaşır, sizi təqib edirdilər. Bu vəd artıq yerinə yetirildi...
    (Bundan) sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, (yenidən) var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi (əvvəl olduğunuzdan və ya düşmənlərinizdən) daha çox etdik.
    Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın (cəza) vaxtı gəldikdə üzünüzü qara etmək (sizi xəcil etmək), məscidinizə birinci dəfə girdikləri kimi girmək və ələ keçirdikləri hər şeyi məhv etmək üçün (Fars və Rum padşahlarını) üstünüzə göndərdik...
    (Tövbə edəcəyiniz təqdirdə), ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yaramaz əməllərinizə qayıtsanız, biz də sizə yenidən cəza verərik.) (Bizim qanununmuz budur ki, siz yüz dəfə də fəsad etsəniz sizi yüz dəfə əzişdirək və əgər özünüzü yaxşı istiqamətdə dəyişdirsəniz, Biz də sizə qarşı rəftarımızı dəyişdirək.) Biz Cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik.(İsra, 4-8.)
    Bu ayələr, əslində həmin ayənin, yəni «Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz» ayəsinin genişləndirilmiş formasıdır.
    QANUN NƏDİR?
    Bura qədər söylədiklərimizdən məlum oldu ki, dünyada baş verən hadisələr bir sıra sabit qanunlar və dəyişməz ilahi sünnələr çərçivəsindədir. Başqa sözlə desək, Allahın dünyada bir sıra iş üsulları var və O, öz işlərini heç vaxt həmin üslublardan xaricdə həyata keçirmir.
    İndi isə qanunun nə olmasına baxaq. Qanun nədir? Sünnə nə deməkdir? Görəsən ilahi qanun və sünnə, şərti düzəldilən qanunlar, ictimai öhdəçiliklər və əqli zərurətlər qismindəndir? Bəlkə onlar Allahın yaratdığı xüsusi bir məxluqdurlar? Yoxsa bu iki ifadə, ilahi qanun və sünnə barəsində düzgün deyil? Nə isə, görəsən Allahın öz sünnəsini yaratmaması mümkündürmü? Nə üçün Allahın qanun və sünnəsinin dəyişməsi qeyri-mümkündür?
    Sualın cavabında qeyd etməliyik ki, sünnə və qanun xüsusi və ayrı bir yaradılışa malik ola bilən bir şey deyil. Qanun ümumi və zehndən ayrılan bir məfhumdur və xarici aləmdə külliyyat və qanun şəklində bir şey yoxdur. Xaricdə mövcud olan şey, həmin səbəb-nəticə sistemi və varlığın dərəcə və məqamlarıdır ki, onlar bizim zehnimizdə abstraklaşaraq qanun kimi əks olunur. Varlığın dərəcələri və onun hər bir dərəcəsinin sabit və müəyyn bir mövqeyi var. Səbəbin öz xüsusi yerini başqasına tapşırması və ya nəticənin öz yerini dəyişməsi təsəvvüredilməzdir. «Dünyanın qanunu var» ifadəsi həmin həqiqət barəsindədir:
    Deməli, yaradılış qanunu şərti və etibari deyil. Çünki o, şeylərin necəliyindən yaranıb və həmin səbəbdən, onun dəyişməsi qeyri-mümkündür.
    İSTİSNALAR
    Görəsən yaradılış qanunları istisnalara malikdirmi? Görəsən möcüzə və qeyri-adi işlər ilahi sünnənin ziddinədirmi?
    Hər iki sualın cavabı mənfidir. Nə yaradılış qanunlarının istisnaları var və nə də xariqüladə işlər yaradılış qanunlarından istisna şeylərdir.
    Əgər dünyanın sünnələrində dəyişikliklər müşahidə olunursa, həmin dəyişikliklər şəraitin dəyişməsinin nəticəsidir. Aydındır ki, hər bir sünnə xüsusi şəraitdə icra olur və şəraitin dəyişməsi ilə o, əvəz edilir və yeni şəraitdə digər bir sünnə həyata keçirilir və həmin yeni sünnə də yalnız özünün xüsusi şəraitində ümumi hal daşıyır. Deməli, qanun və sünnənin dəyişməsi də qanun və sünnənin hökmü ilədir. Amma bu, qanunun qanun ilə ləğv edilməsi demək deyildir. Onun mənası budur ki, bir qanunun şəraiti dəyişir və yeni şərait yaranır və yeni şəraitdə yeni qanun hakim olur.
    Dünyada dəyişməz qanun və sünnələrdən başqa bir şey yoxdur. Əgər ölü, möcüzəvi olaraq dirilirsə, onun öz şərait və qanunu var. Həmçinin əgər İsa ibni Məryəm kimi bir uşaq atasız doğulursa, bu heç də ilahi sünnənin ziddinə deyil.
    Sadəcə olaraq bəşəriyyət, yaradılışın bütün qanun və sünnələrini bilmir. Buna görə də öz nəzərində olan qanun və sünnəyə zidd bir şey görən kimi, onun qanun və sünnəyə zidd olmasını, istisnanın baş verməsi və səbəb-nəticə qanununun pozulmasını güman edir. Çox vaxt da, onun qanun kimi nəzərdə tutduğu şey həqiqi qanun deyil, qanuna oxşar bir şey olur. Məsələn, biz belə güman edirik ki, yeni nəsil yaranmasının qanunu canlıların erkək və dişi cütləşməsi ilə hasil olur. Amma unutmaq olmaz ki, bu, sünnənin özü deyil, zahiridir. İsanın qeyri-adi yaradılışı da sünnənin özündə deyil, zahirində dəyişikliklə təzahür edir. Həqiqi yaradılış qanunlarının dəyişməzliyi bir məsələ, bizim tanıdığımız qanunların dünyanın həqiqi qanunları olub-olmaması isə başqa bir məsələdir.
    Möcüzənin mənası onun qanunsuz olması və ya qanundan xaric və üstün bir şey olması deyil. Materialistlər belə bir səhvə yol veriblər. Onlar dünyanın elm vasitəsi ilə kəşf edilmiş təbii qanunlarının bir hissəsini gerçək və yeganə qanunlar fərz edərək möcüzələri qanuna zidd hadisələr adlandırıblar. Biz deyirik ki, elmin bəyan etdiyi şeylər xüsusi və məhdud şəraitdə düzdür, amma peyğəmbər və ya övliyaların birinin iradəsi ilə xariqüladə bir iş həyata keçəndə şərait dəyişir, yəni yenilməz ilahi qüdrətə birləşmiş güclü və pak bir iradə şəraiti dəyişdirir. Başqa sözlə desək meydana, xüsusi bir amil və ünsür daxil olur. Məlumdur ki, yeni amil, yəni Haqq övliyasının güclü və asimani iradəsindən yaranmış yeni şəraitdə başqa bir qanun hakim olur.
    Dua və sədəqənin bəlaların uzaqlaşdırılmasındakı təsiri də belədir. Hədislərdən birində deyilir ki, Peyğəmbərdən (s), dünyada baş verən hər bir hadisənin ilahi təqdir və qəzası ilə olmasına baxmayaraq, dua və dava-dərmanın nə təsiri ola bilməsi barəsində soruşurlar və o həzrət cavabında buyurur ki, duanın özü də qəza-qədərdəndir.
    Digər bir rəvayətdə deyilir ki, Əli (ə) bir divarın dibində oturubmuş. O həzrət divarın çartlaq olmasını və onun aşıb dağılmaq ehtimalını başa düşən kimi tez ayağa durur və oradan uzaqlaşır. Bir nəfər ona etiraz edərək deyir ki, Allahın qəzasından qaçırsanmı? Yəni əgər sən ölməlisənsə, uçuq divarın kənarından qaçıb-qaçmamağından asılı olmayaraq öləcəksən, amma əgər sənə ziyan dəyməli deyilsə, hər necə olsa salamat qalacaqsan. Buna görə də divarın altından qaçmağının nə mənası var? Əli (ə) onun cavabında belə buyurur: «Mən Allahın qəzasından Onun qədərinə doğru qaçıram».
    Bu cümlənin mənası budur ki, dünyada qarşıya çıxan hər bir hadisə, ilahi qəza-qədər çərçivəsindədir. Birinin özünü təhlükəyə atıb zərər görməsi Allahın qəza və qanunudur. Həmçinin təhlükədən qaçaraq nicat tapması da Allahın qanun və qədəridir. İnsanın mikroblu yerə daxil olaraq xəstələnməsi və müalicə olunaraq xəstəlikdən qurtarması da qanundur. Buna görə də əgər insan uçuq divarın altından durub kənara çəkilirsə, Allahın qanun və qəzasına zidd bir iş görməyib və bu şəraitdə Allahın qanunu onun ölümdən qorunmasıdır. Əgər divarın altında oturursa və divarın uçması ilə məhv olursa, bu da yaradılışın qanunudur.
    Qurani-kərim bu həqiqəti çox gözəl ifadə ilə bəyan edib. Təlaq surəsində belə oxuyuruq:
    «...Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.
    Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz buyurduğunu yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.» (Təlaq 2-3.)
    Bu ayədə, sanki bütün qanunlardan üstün və onların hamısına hakim olan bir qanun bəyan edilib və o, təqva və təvəkkül qanunudur.
    Həmin ayədən belə bir nəticə əldə edilir ki, təvəkkülün ardınca Allahın inayət və lütf göstərməsi qaçılmaz bir işdir. Kim həqiqətən Allaha təvəkkül etsə, Allahın inayət və lütfünə nail olacaqdır. Bu bütün şəraitlərdə hakim olan bir qanundur. Eyni zamanda, ilahi işlərin də müəyyən qayda-qanun çərçivəsində olmasının yaddan çıxmaması üçün buyurub:
    «Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir». Həmçinin buyurub: «Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər». Yəni Onun işi qanunsuz və vasitəsiz deyil, hərçənd ki, həmin vasitənin adi və hamı üçün məlum olan vasitə və üsullardan olmaması, «Və ona gözləmədiyi yerdən ruzi verər» formasında olması da mümkündür.
    QƏZA-QƏDƏR VƏ CƏBR MƏSƏLƏSİ
    İlahi təqdir dünyanın qanun və sünnəyə malik olması mənasında olduğu üçün, qəza-qədərdə etiqad baxımından yaranan cəbr məsələsi də həll olur. Biz «İnsan və tale» kitabında bu barədə geniş söhbət etmişik və bu barədə ətraflı məlumat əldə etmək istəyənlər həmin kitaba müraciət etsinlər. Həmin məsələ barədə burada da xülasə şəkildə söhbət etmək məcburiyyətindəyik.
    Bu irad, bir qrupun ilahi təqdiri hər bir hadisəni birbaşa və dünyanın qanunlarından xaric şəkildə idarə etməsi mənasında təsəvvür etmələrindən yaranıb. Aşağıdakı şer Xəyyama məxsusdur.
    Mən mey xurəmo hər ke çun mən əhl bovəd
    Mey xurdəne mən be nəzdi u səhl bovəd
    Mey xurdəne mən həqq ze əzəl mi danest
    Gər mey nə xurəm elmi xuda cəhl bovəd
    Mənası: Mən şərab içirəm və kim mənim kimi şərab əhlidirsə, mənim bu işim ona asan gəlir; Allah mənim şərab içəcəyimi əvvəldən bilirdi və indi mən şərab içməsəm Allahın elmi düz çıxmaz.
    Bu şerin sahibi elə fikirləşirmiş ki, insanın bir işin görülməsini istəməsi, Allahın iradəsinə zidd olan bir şeydir və buna görə də o, insanın şərab içmək istəməməsinin qeyri-mümkünlüyünü güman edib. O, belə güman edib ki, insanın şərab içmək istəməməsinin qeyri-mümkünlüyünün səbəbi Allahın onun şərab içməsini istəməsidir. Çünki, Allahın iradəsi dəyişməzdir. İnsan istəsə də, istəməsə də şərab içməlidir.
    Bu, çox mənasız bir sözdür və tam nadanlıq üzündən deyilib. Buna görə də həmin şerin sahibinin filosof Xəyyam olmasına inanmaq çox çətindir. Hər bir filosof və hətta «yarım filosof»lar da Allahın heç kəsin şərab içib-içməməsini birbaşa istəmədiyini başa düşür. Allah dünya üçün qanun və quruluş müəyyənləşdirib və dünyada heç bir qanun həmin çərçivədən kənara çıxmır. Heç bir təbii hadisə təbii səbəb olmadan baş vermədiyi kimi, insanların ixtiyari işləri də onun ixtiyar və iradəsi olmadan baş vermir. Allahın insan barəsindəki qanunu insanın iradə, qüdrət və ixtiyara malik olması, yaxşı və ya pis işi öz razılığı ilə seçməsidir. İxtiyar və bir şeyi seçmək, insan vücudunun sütunudur və onun ixtiyarsız olması qeyri-mümkündür. Belə ki, varlığın insan, amma ixtiyarsız olmasının fərz edilməsi yalnız fərziyyədir. Əgər o, insan deyilsə, başını şərab kuzəsinə soxaraq onu içən inək və ya uzunqulaq kimidir və heç bir şəri məsuliyyət də daşımır. Deməli, insanı istəyən ilahi qəza-qədər, onun muxtar olmasını da istəyib. Buna görə də insanın öz ixtiyar və iradəsi ilə deyil, ilahi cəbr ilə şərab içməsi əzəli elmə ziddir və o, ilahi cəbr və məcburiyyətlə şərab içəndə Allahın elmi cəhl olar.
    Əvvəldə qeyd etmişdik ki, müasir tədqiqatçılar həmin şair Xəyyamın filosof Xəyyam olmasında şəkk edirlər. Onlar ehtimal verir və hətta sübut edirlər ki, Xəyyam adlı bir neçə şəxsiyyət olub və tarix onları qarışdırıb. Hər halda istər bir neçə Xəyyam olmuş olsun və istərsə də bir Xəyyam o, və ya onlar bir-birinə zidd şəxsiyyətə malik olublar. Allah elmini və ilahi təqdiri, insanın günah etməsinin səbəbi saymaq və seçici amil olan insanın məsuliyyətini aradan aparmaq puç bir sözdür və onun cavabında gözəl deyiblər:
    Elme əzəli elləte osyankərdən
    Nəzde uqəla ze ğayəte cəhl bovəd
    Mənası: Allahın əzəli elmini günah edilməsinin amili hesab etmək, ağıllı insanların yanında çox böyük bir nadanlıqdır.
    XÜLASƏ
    Bu fəsldə, uzun və bəlkə də yorucu olan söhbətimizdən, ayrı-seçkilik və fərqlərə tutulan iradlara verilən cavabların xülasəsi belə oldu:
    1. Varlıq aləmi bir sıra zati və dəyişməz qanunauyğunluqlarla idarə edilir və ona əsasən hər bir şey və hadisə müəyyən məqam, mərtəbə və mövqeyə malikdir və onun dəyişməsi mümkün deyil.
    2. Varlığın müxtəlif məqam və dərəcələrinin olması, onun qanuna malik olmasının tələblərindəndir, fərq və ziddiyyətlərin yaranması, yoxluq və naqisliklərin qarşıya çıxmasının mənşəyi də həmin mətləbdir.
    3. Fərq və ziddiyyət yaradılmır, əksinə o, yaradılmışların zati tələblərindəndir və yaradanın yaradılmışlar arasında ayrı- seçkilik qoymasını güman etmək səhvdir.
    4. Ədalət və hikmət mövzusunda naqislik kimi başa düşülən şey, fərqlər deyil, ayrı-seçkiliklərdir və dünyada mövcud olan şey də, ayrı-seçkiliklər deyil, fərqlərdir.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 811 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024