İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 12:54 PM
    ÜÇÜNCÜ FƏSİL
    ŞƏRLƏR
    1. Üç istiqamətli bəhs;
    2. Bizim üslubumuz;
    3. Dualizm məsələsi;
    4. Şər, yoxluqdur;
    5. Şər nisbidir;
    6. Şərlər, ədalət prinsipi baxımından.
    ÜÇ İSTİQAMƏTLİ BƏHS
    İndiyə kimi danışdıqlarımız, ayrı-seçkilik və fərqlər barəsində idi. Bundan əvvəl də dediyim kimi, ilahi ədalətlə bağlı iradlar bir neçə cəhətdə - ayrı-seçkiliklər, fanilik və yoxluqlar, naqislik və çatışmamazlıqlar və bəlalar barəsindədir. Bundan əvvəl bu dörd növ iradın birinci hissəsini «ayrı-seçkiliklər», qalan üç hissəsini isə «şərlər» adı altında araşdırmağa söz vermişdik. İndi isə, ayrı-seçkiliklər bəhsini qurtardıqdan sonra şərlər barəsindəki söhbətə daxil oluruq.
    Filosofların şərlər məsələsinə verdikləri cavablar üç hissədən ibarətdir:
    1. Şərlərin mahiyyəti nədən ibarətdir? Görəsən pislik və şərlər mövcud və həqiqətə malik işlərdir, yoxsa onlar yoxluqdurlar?
    2. Şərlərin varlıq və ya yoxluq olmasından asılı olmayaraq, görəsən xeyir işlərdə şərlər bir-birlərindən ayrıla bilən işlərdir, yoxsa ayrılmaz? Əgər onların ayrılmazlıqlarını fərz etsək, onda görəsən dünya bütün xeyir və şərləri ilə birlikdə təsəvvür edildikdə xeyirdir, yoxsa şər? Yəni, dünyanın xeyirləri şərlərindən çoxdur, yoxsa şərlər üstünlük təşkil edirlər? Yoxsa onların heç biri-digərindən çox deyil və onlar bir-birləri ilə bərabərdirlər?
    3. Şərlərin varlıq və ya yoxluq olmaları və onların xeyirlərdən ayrılan və ya ayrılmaz olmalarından asılı olmayaraq, digər bir məsələ də budur ki, görəsən şər olan şey doğrudan da şərdir və onda heç bir xeyirli cəhət yoxdur, yəni o, heç olmasa bir və ya bir neçə xeyirin əsas və müqəddiməsi deyil? Yoxsa, hər bir şərdə xeyir, bəlkə xeyirlər gizlənib və hər bir şər bir və ya bir neçə xeyir törədicisidir?
    Birinci hissədə varlığa iki mənşə qail olan «dualizm»ə cavab verilir və ona ikinci hissəni artırmaqla şərləri ilahi hikmətə irad hesab edən materialistlərə və həmçinin şərləri ilahi ədalətə nöqsan sayanlara cavab verilir. Bəhsin üçüncü hissəsi, dünyanın gözəl və qəşəng quruluşunu canlandırır və onu birinci cavab üçün qənaətbəxş və ya təkmilləşdirici və müstəqil cavab hesab etmək olar.
    BİZİM ÜSLUBUMUZ
    Biz, şərlər məsələsinin iradlarına İslam filosoflarının bu bəhs barəsindəki dedikləri mətləblərindən istifadə edərək, yeni üsullarla cavab verəcəyik. Bu kitabda gətirəcəyimiz cavab İslam fəlsəfəsi kitabları, xüsusilə Molla Sədranın əsərlərində şərlər məsələsinin iradlarına cavab kimi bəyan edilmiş cavablardır. Hər iki cavab mahiyyət baxımından birdir. Bizim cavabla onların cavabları arasındakı fərq, bizim seçdiyimiz xüsusi üslubdadır. Şərlər məsələsini «ilahi ədalət» baxımından araşdırmağımızın səbəbi də həmin cəhətdir. Halbuki, İslam filosofları adətən bu məsələni tövhid bəhsi və «dualizm» iradının rəddində və ya «ilahi elm və lütf» məsələsi və ilahi qəzanın şərlərlə bağlılığının necəliyi barəsindəki söhbətlərində irəli sürürlər. Onlar məsələni həmin xüsusi baxışla araşdırdıqları üçün, cavablar birbaşa «yaradılış başlanğıcının ikiliyi»nin rəddinə və ya ilahi qəzanın şərlərlə bağlılığına aid olur. Ondan, ilahi ədalət bəhsində yalnız dolayı yolla istifadə etmək mümkündür.
    DUALİZM MƏSƏLƏSİ
    Dualizm nəzəriyyəsi və onun tərəfdarlarının iradlarının əsası, bundan əvvəl işarə etdiyimiz kimi «varlıqlar öz zatlarında iki cür, yəni yaxşı və pis olduqları üçün onların hər biri, bir mənbədən yaranmalı, pislik və yaxşılıqların hər biri digərindən ayrı yaradıcıya aid olmalıdır» məsələsidir. Dualizm fikri tərəfdarları əslində, Allahı pisliklərdən uzaqlaşdırmaq istəyiblər, lakin bu əqidələri ilə Ona şərik qoşmaq kimi üzdəniraq etiqadlara düçar olublar. Dünyanı yaxşı və pis olan iki hissəyə bölən, pislikləri artıq və hətta ziyanlı sayan və onları təbii olaraq Allahdan deyil, Onun müqabilində olan bir qüvvədən bilən dualizm nəzəriyyəsində Allah-taala yaxşı niyyətdə olan, amma aciz və bacarıqsız bir qüvvə kimidir ki, mövcud vəziyyətdən əzab çəkir və ona razı deyil, lakin özünün şər, eqoist və Onun istəklərinin əksinə olaraq fəsad və pis işlər görən rəqibi müqabilində yerləşib.
    Onlar Allahın sonsuz qüdrət və tam iradəsi inamını və Onun rəqibsiz qəza-qədərini Onun həkim, adil və xeyir olması ilə bir yerdə qoruya bilməyiblər.
    Amma İslam əqidəsi, Allahı hər iki vücudun mənşəyi, sonsuz mərhəmət və ali hikmətə malik hesab etməsi ilə yanaşı, Onun güclü iradə və müqavimətsiz qüdrətinə heç bir xələl gətirmir və hər şeyi, hətta şeytanı və onun azdıraraq yoldan çıxarmasını da Ona nisbət verir.
    Şərlər məsələsi İslam baxımından başqa cür həll edilir. İslamda deyilir ki, dünya işlərinin bir baxışda yaxşı və pis qismlərə bölünməsinə baxmayaraq, digər bir baxışda yaradılış aləmində heç bir pislik müşahidə edilmir, hər bir şey xeyir sanılır, mövcud quruluş ən gözəl quruluş hesab edilir və ondan yaxşısının olmasının mümkünlüyü təsəvvür edilmir.
    Şərlər məsələsinə bu cür cavab verilməsi, varlıq və yoxluq məsələsinə dərindən diqqət edilən xüsusi bir fəlsəfəyə əsaslanır. Bu fəlsəfənin «dualizmə» verdiyi cavab budur ki, şərlər, yaradan və yaradılış mənşəyinə ehtiyacı olan həqiqi və gerçək varlıqlar deyildir. Bu məsələni şərlərin yoxluq olmaları və şərlərin nisbilik başlıqları ilə izah etmək olar. Bu iki mətləbin izahı ilə varlıqda dualizm iradı tamamilə həll olaraq aradan qalxacaq.
    ŞƏR YOXLUQDUR!
    Sadə bir təhlil şərlər mahiyyətinin yoxluq olmasını, yəni, onların hamısının yoxluq qismindən olmalarını göstərir. Bu mətləbin uzaq keçmişi var. Onun kökləri qədim Yunanıstandandır. Fəlsəfi kitablarda həmin fikri qədim Yunanıstana, xüsusilə Əflatuna nisbət verirlər. Amma müasir alimlər onu daha yaxşı təhlil ediblər. Biz həmin mətləbi düzgün və əsaslı hesab etdiyimiz üçün, bu kitabın həcminə münasib olan qədər onu araşdıracağıq. Burada oxuculardan mətləblərin ağırlığına görə əvvəlcədən üzr istəyir, onların bir az səbirli olaraq məqsədimi dərk etməyə çalışmalarını arzu edirəm. Məncə bu məsələ, diqqət etmək dəyərinə malik bir məsələdir. Əlbəttə imkan daxilində məsələnin bəyanını asanlaşdırmağa çalışacağam.
    «Şər yoxluqdur» deyənlərin məqsədi, şər adlı şeylərin mövcud olmaması demək deyildir ki, həmin məsələnin zərurətə zidd olması və bizim hiss və gözümüzlə korluq, karlıq, xəstəlik, zülm, haqsızlıq, nadanlıq, acizlik, ölüm, zəlzələ və sairənin olmasını duyaraq gördüyümüz kimi başa düşülsün. Onların nə mövcudluğunu və nə də şər olmalarını inkar etmək olmaz. Həmçinin, məqsəd «şər yoxluq olduğu üçün mövcud deyil və o, mövcud olmadığı və insanın vəzifəsi pisliklər və pislərlə mübarizə aparmaq və yaxşılıqları əldə edərək onları təsdiqləmək olduğu üçün o, heç bir məsuliyyət daşımır, çünki hər bir vəziyyət pis deyil, yaxşı olduğu üçün həmişə mövcud vəziyyətlə razılaşmaq və hətta onu ən yaxşı vəziyyət hesab etmək lazımdır» demək mənasında da deyildir.
    Hökm çıxarmaqda tələsməyin. Biz nə korluq, karlıq, zülm, haqsızlıq, yoxsulluq, xəstəlik və sairənin olmamasını və nə də onların şər olmasını inkar etmək istəyirik. Həmçinin insanların məsuliyyətlərini əllərindən almaq və onların dünyanın dəyişdirilməsi və cəmiyyətin təkmilləşdirilməsindəki rollarını nəzərdən qaçırmaq da istəmirik. Dünyanın, xüsusilə insanın təkamülə əsaslanması və insanın öhdəsinə qoyulan şeyləri yerbəyer etmək vəzifəsi dünyanın gözəl quruluşunun bir hissəsidir. Deməli, bu məsələlərdə heç bir sözümüz yoxdur. Məsələ burasındadır ki, onların hamısı «yoxluq» qismindən və vücudları da «çatışmamazlıq» və «boşluqlar» qəbilindəndir. Onlar ya özləri yoxluq, çatışmamazlıq, dağıdıcı və boşluq olduqları, yaxud da həmin şeylərin mənşələri olduqları üçün şərdirlər. İnsanın dünyanın zəruri təkamül quruluşundakı vəzifəsi çatışmazlıqları düzəltmək, boşluqların yerini doldurmaq və bu boşluq və çatışmazlıqların köklərini kəsməkdir.
    Bu təhlil qəbul edilərsə, birinci mərhələyə çatmış oluruq. Onun təsiri budur ki, o, bizim zehnimizdən «Şərləri kim yaradıb? Nə üçün bəzi varlıqlar xeyir, bəziləri isə şərdirlər?» suallarını çıxarır və şərlərin varlıq deyil, boşluq və yoxluq qismindən olmasını aydınlaşdırır və habelə varlığın iki qollu və hətta iki köklü olmasını iddia edən «dualizm» fikrinin yaranma şəraitini zehnimizdən uzaqlaşdırır.
    Amma hələ ki, ilahi ədalət və ali hikmət baxımından digər mərhələlər qalıb və bu mərhələ qurtardıqdan sonra onlara keçməliyik.
    Dünyada yaxşılıq və pisliklər, məsələn cansız əşyalar bitkilərdən, bitkilər isə heyvanlardan ayrı olduqları və hər biri özünəməxsus mövqedə dayandıqları kimi, bir-birlərindən ayrı və seçilən iki qrup da deyildirlər. Bizim, pis şeylərin mahiyyətləri pislikdən təşkil edilmiş müəyyən bir qrup olmaları və onlarda heç bir yaxşılığın olmamasını, yaxşıların da öz növbələrində ayrı və fərqli bir qrup olmalarını fikirləşməyimiz səhvdir. Bəli, yaxşılıq və pisliklər bir-birlərinə qarışmış və bir-birlərindən ayrılmaz şeylərdirlər. Təbiətdə yaxşılıq olan yerdə pislik, pislik olan yerdə isə yaxşılıq vardır. Təbiət aləmində pislə yaxşı bir-birinə elə qarışıb ki, sanki onlar mürəkkəb bir şey əmələ gətiriblər. Lakin onların tərkibə girmələri kimyəvi birləşmə kimi deyil, varlıq və yoxluq növündən olan daha dərin və incə bir tərkibdir.
    Varlıqla yoxluq xaricdə bir-birindən ayrı iki qrup deyildirlər. Yoxluq puçluqdur və o, varlığın müqabilində xüsusi bir yerə malik ola bilməz. Lakin qüvvə və əməl, hərəkət və təkamül, ziddiyyət və maneçilik dünyası olan təbiət aləmində, varlıqlar olan yerdə yoxluqlar da gerçəkləşir. Biz korluqdan danışanda onun kor adamın gözündə olan xüsusi bir şey və xarici gerçəklik olmasını fikirləşməməliyik. Xeyir, korluq «görmə» qabiliyyətinin olmamasıdır və o, xüsusi bir gerçəkliyə malik deyil.
    Yaxşılıq və pislik də varlıq və yoxluq kimidir və bəlkə yaxşılıq varlığın, pislik isə yoxluğun eynidir. Harda pislikdən danışılırsa, orada mütləq bir yoxluq və çatışmamazlıq vardır. Pislik ya özü yoxluq növündəndir, ya da ki, bir növ yoxluğa səbəb olan, yəni öz-özlüyündə yaxşı, amma bir yoxluğa səbəb olduğu üçün pis sayılan varlıqdır və onun pisliyi başqa cəhətdən deyil, yalnız yoxluğa səbəb olması cəhətindəndir. Biz nadanlıq, yoxsulluq, ölüm və sairəni pis bilirik. Bunlar zati baxımdan yoxluqdurlar. Biz yırtıcı və vəhşi heyvanlar, mikrob və bəlaları da pis adlandırırıq. Lakin onlar zati baxımdan deyil, yoxluğa səbəb olan varlıqlardır.
    Nadanlıq elmin olmaması və yoxluğu deməkdir. Elm bir gerçəklik və həqiqi kamaldır. Amma cəhalət və nadanlıq gerçəklik deyil. Bizim biri haqqında nadan və elmsiz deməyimiz, həmin şəxsin elmsizlik adlı xüsusi bir sifətə malik olması, alimlərin isə həmin sifətə malik olmamaları demək deyil. Alimlər elm öyrənməmişdən qabaq nadandırlar. Onlar elm öyrəndikdən sonra nəinki, bir şeyi əldən vermirlər, hətta başqa bir şey də əldə edirlər. Əgər nadanlıq həqiqi gerçəklik olsaydı, elm öyrənmək nadanlığın əldən verilməsinə səbəb olduğu üçün, o da cismin bir forma və keyfiyyətini əldən verərək digər bir forma və keyfiyyət əldə etməsi kimi bir sifətin digər bir sifətə çevrilməsi olardı.
    Yoxsulluq da bir şeyin olması və varlılıq deyil, heç nəyə malik olmamaq deməkdir. Yoxsul, öz növbəsində yoxsulluq adlı bir şeyə malik olana deyil, sərvət adlı şeyə malik olmayan şəxsə deyilir. Yəni o da varlı şəxs kimi deyil və onun haqqında məsələn «o da bir şeyə malikdir və onunla varlı arasındakı fərq, varlının sərvətə, onun isə yoxsulluğa malik olmasıdır» demək olmaz.
    Ölüm də bir şey əldə etmək deyil, bir şeyi əldən vermək deməkdir. Çünki, canlılıq və həyat sifətini əldən verən və cansız bir şeyə çevrilən cism, tərəqqi deyil, tənəzzülə uğrayıb.
    Lakin yırtıcı və vəhşi heyvanlar, mikroblar, sellər, zəlzələlər və bəlalar ölümə və ya bir üzvün əldən verilməsinə səbəb olduqları və ya istedadların kamilliyə çatmalarına mane olduqları üçün pisdirlər. Əgər yırtıcılar ölüm və ya xəstəliyə səbəb olmasaydılar, pis olmazdılar. Həmçinin əgər bitgilərə zərər vuran ziyanvericilər, ağaclar və ya meyvələrin məhv olmasına səbəb olmasaydılar, şər hesab edilməzdilər. Sel və zəlzələlər insan tələfatına və ya maddi ziyanlara səbəb olmasaydılar, pis olmazdılar. Pislik həmin tələfat və ziyanlardadır. Biz yırtıcı heyvanı onun xüsusi mahiyyətinə görə deyil, başqasının həyatını əlindən aldığı üçün pis adlandırırıq. Əslində zati cəhətdən pis olan, həyatın əldən verilməsidir. Əgər yırtıcı mövcud olsa, lakin yırtıcılıq etməsə, yəni kiminsə həyatını əlindən almasa pis sayılmayacaq. O, mövcud olaraq başqasının həyatını əlindən alanda pis olur.
    Səbəb-nəticə qanunu baxımından, adətən mikrob, sel, zəlzələ, müharibə və bu kimi ikinci qism pisliklərin səbəbi həqiqi yoxluqlar, yəni yoxsulluq, nadanlıq və bu qism işlərdir. Belə ki, onlar yoxluqların mənşəyi olduqları üçün pisdirlər.
    Biz bu növ pisliklərlə mübarizə aparmaq üçün əvvəlcə birinci qism pisliklərlə mübarizə aparmalı və nadanlıq, acizlik, yoxsulluq kimi boşluqları doldurmalıyıq ki, onlar ikinci qism pisliklərə yol tapa bilməsinlər.
    Bu məsələ əxlaqi işlər və çirkin sifətlər barəsində də eynidir. Zalım məzlumun haqqını tapdadığı üçün pisdir. Haqq hər hansı bir varlığın müəyyən bir şeyi əldə etmək haqqına malik olduğu və almalı olduğu şeydir. Məsələn, elm insan istedadının tələb etdiyi və ona tərəf irəlilədiyi bir kamaldır və buna görə də insan, onu əldə etmək haqqına malikdir. Əgər birindən elm öyrənməsi haqqını alsalar və ona elm öyrənmək icazəsi verməsələr, bu zülm və pis bir işdir. Çünki, həmin iş insanın kamala çatmasına maneçilik törədir və onun kamal əldə edə bilməməsinə səbəb olur. Həmçinin zülm, zalım şəxsin özü üçün də pisdir, çünki, o, həmin şəxsin ali istedadları ilə ziddiyyətdədir. Əgər zalımın qəzəb qüvvəsindən başqa üstün bir qüvvəsi olmasaydı, zülm etmək onun üçün pis sayılmaz, hətta məna verməzdi.
    Beləliklə, pisliklərin hamısının yoxluq növündən olmasını bildikdən sonra «dualizm» məsələsi iradının cavabı aydınlaşır. Dualizmin iradı belə idi ki, dünyada iki növ varlıq olduğu üçün onun iki mənşə və yaradanı olmalıdır.
    Həmin iradın cavabı budur ki, dünyada yalnız bir növ varlıq var və o, yaxşılıqlardır. Pisliklərin hamısı yoxluqlar qismindəndir və yoxluqlar varlıq deyildirlər. Yoxluq «yaratmaqdan» deyil, «yaratmamaqdan»dır. Dünyada iki yaradanın – biri varlıqların, digəri isə yoxluqların yaradanı olmasını demək olmaz. Varlıqla yoxluğun misalı günəşlə kölgə kimidir. Biz günəşin qabağından bir şey asanda həmin səbəbdən gün düşmədiyi üçün qaranlıq qalan yeri kölgə adlandırırıq. Kölgə nədir? Kölgə qaranlıq və zülmətdir, zülmət isə nurun olmamasından başqa bir şey deyildir. Biz «nur günəşin dünyanı işıqlandıran gövdəsindən saçır» deyəndə, kölgənin haradan saçdığını və zülmətin mənbəyinin hara olmasını soruşmamalıyıq. Kölgə və zülmət heç nədən saçmır və onların özlərinin müstəqil mənbələri yoxdur.
    Filosofların «şərlər zati deyil, ərəzi və aksidensal şeylərdir» cümlələrinin mənası da budur.
    ŞƏR NİSBİDİR
    Əşyaların vəsf edildiyi sifətlər iki qismdir. Onların bəziləri həqiqi, bəziləri isə nisbidirlər. Hər hansı bir sifət, əşyalar üçün bütün hallarda sabit olaraq heç bir şəraitdə ondan ayrılmayanda biz onu «həqiqi» sifət adlandırırıq. Həqiqi sifət odur ki, bir zatın həmin sifətlə vəsf edilməsi üçün həmin sifətin özünün fərz edilməsi kifayət etmiş olsun. Nisbi sifət isə odur ki, təyin olunan ismin həmin sifətlə vəsf edilməsi üçün, nisbət və müqayisə tərəfi kimi üçüncü bir tərəfin fərz edilməsinə də ehtiyac olsun və təkcə sifətlə təyin olunan ismin fərz edilməsi kifayət etməsin. Buna görə də hər hansı bir sifətin bir şeyə nisbət verilməsi, üçüncü bir şeydən və bunun onunla müqayisəsindən asılı olanda, biz həmin sifəti nisbi sifət adlandırırıq.
    Məsələn, həyat bir həqiqətdir. Hər hansı bir varlıq digər bir şeylə müqayisə edilməsindən asılı olmayaraq, ya canlı ya da cansız və ölüdür. Həmçinin əgər rənglərin gerçək məsələlər olmasını fərz etsək, ağlıq və qaralıq da həqiqi sifətlərdir. Məsələn, rəngi ağ olan əşyalar başqa şeylə müqayisəsi nəzərə alınmadan ağdır. Qara şey də belədir və onun qaralığının düz olması üçün onun başqa bir şeylə müqayisə edilməsi lazım deyildir. Bir çox sifətlər, o cümlədən kəmiyyət və miqdar da həmin cürdür.
    Lakin, kiçiklik və böyüklük nisbi sifətlərdir. Biz hər hansı bir şeyə kiçik deyəndə, onu nə ilə müqayisə və nəyə nisbətdə kiçik adlandırdığımıza baxmalıyıq. Hər bir şey həm böyük və həm də kiçik ola bilər. Onun kiçik və ya böyük adlandırılması bizim onu nə ilə müqayisə edərək ölçməyimizdən asılıdır.
    Məsələn, biz bir alma və ya armudu kiçik, digər bir alma və ya armudu isə böyük adlandırırıq. Burada ölçü və meyar kimi digər alma və armudların həcmləri nəzərdə tutulur, yəni nəzərdə tutulan alma bizim gördüyümüz digər almalara nisbətdə ya böyük ya da kiçik olur. Biz hansısa bir qarpızı da kiçik adlandırırıq. Bu da onu digər qarpızlarla müqayisə nəticəsində olur. Bizim çox kiçik adlandırdığımız həmin qarpız çox böyük adlandırdığımız almadan qat-qat böyükdür. Amma həmin qarpızı almalarla deyil, qarpızlarla müqayisə etdiyimiz üçün ona kiçik deyirik.
    Böyüklüyü sizi heyrətləndirən və təəccübünüzdən barmağınızı dişləməyə vadar edən çox böyük bir qarışqanın və kiçikliyi sizdə böyük heyrət hissi yaradan çox balaca bir dəvənin həcmini nəzərə alanda, həmin çox kiçik olan dəvənin həmin çox böyük qarışqanın milyonlarla bərabəri olduğunu görəcəksiniz. Çox kiçik adlandırdığımız şeyin çox böyük adlandırdığımız şeydən böyük olması necə olur? Görəsən burada hansı ziddiyyət var? Xeyr, burada heç bir ziddiyyət yoxdur. Çox kiçik dediyimiz şey dəvələrin ən balacasıdır və onun kiçikliyi, bizim zehnimizin, əvvəlcədən dəvədən düzəltdiyi şəkil və meyarla müqayisə edilir. O çox böyük adlandırdığımız şey də, qarışqaların ən böyüyüdür və o, zehnimizin əvvəldən qarışqalar barəsində formalaşmış ölçü və meyarı ilə müqayisədədir. Bizim, «böyüklük və kiçiklik nisbi məfhumlardır» cümləmizin mənası da budur. Amma kəmiyyət və ədədlər həqiqi sifətlərdir. Məsələn, əgər bizim yüz dənə almamız varsa, onların saylarının yüz olması nisbi deyil, həqiqi bir sifətdir. Həmçinin əgər onların həcmləri, məsələn yarım kub metrdirsə, bu həcm də həqiqi bir sifətdir.
    Ədəd və miqdar kəmiyyət, kiçiklik və böyüklük isə izafə növündəndirlər. Bir, iki üç və s. olmaq həqiqi, birinci, ikinci, üçüncü və s. olmaq isə nisbi işlərdir.
    Hər hansı bir ictimai qanunun yaxşılığı, onun şəxs və kütlənin mənafelərini birlikdə nəzərə alması, ümumi mənafelərin şəxsi mənafelərdən üstün tutması, imkan daxilində şəxsi azadlıqları təmin etməsinə görədir. Amma şəxslərin bütün azadlıqlarının yüz faiz təmin edilməsi qeyri-mümkündür. Buna görə də hər hansı bir qanunun bu cəhətdən, yəni azadlıqların təmin edilməsi baxımından yaxşı olması nisbidir. Çünki, onların yalnız bir hissəsi təmin edilə bilər. Yaxşı qanun mümkün azadlıqların hamısını təmin edən qanundur, hərçənd ki, bu, bəzi azadlıqların alınmasını tələb edir. Deməli, hər hansı bir qanunun azadlıqları təmin etmək baxımından yaxşı olması, azadlıqların qorunması və təmin edilməsində bu qanundan yetərsiz olan digər qanunlarla müqayisədədir.
    Burada, bir nöqtədə olan səhvin aradan qalxması üçün bir məsələni xatırlatmaq lazımdır. «Şər nisbidir» cümləsindən məqsədimiz, həqiqilik müqabilində olan, yəni bir şeylə müqayisədə olan nisbilikdir. Nisbilik bəzən mütləqlik müqabilində işlədilir. Onda, onun mənası bu olur ki, bir şeyin gerçəkliyi bir sıra şərtlərlə bağlıdır. Mütləqliyin mənası isə, əşyaların bir sıra şərtlərə bağlı olmamasıdır. Biz əgər nisbiliyi bu mənada götürsək, təbii və maddi işlərin hamısı bir sıra məhdud zaman və məkan şərtlərinə bağlı olmaları və yalnız həmin şəraitdə öz gerçəkliklərinə bağlılıqları baxımından nisbidirlər. Yalnız abstrak şeylər mütləq vücuda malikdirlər və həqiqi mütləq hər bir şərt, səbəb və bağlılıqdan azad gerçəklik olan Haqqın müqəddəs zatıdır. Buna görə də Onun zatının zəruriliyi məcazi deyil, əzəli zərurətdir. Bütün bunları deməkdən məqsədim budur ki, zati şərlər, yəni yoxluqların yarandıqları varlıqların şər olmalarının nisbiliyindən məqsəd, mütləq müqabilində işlədilən nisbilik deyil, həqiqilik müqabilində dayanan nisbilikdir. Xeyirlərin də çoxu bu mənada nisbidirlər.
    İndi isə pislərin pis olmalarının həqiqi və ya nisbi sifət olmasını araşdıracağıq. Bundan əvvəl qeyd etdik ki, pislər iki qismdir. Onların bir qismi yoxluq olan pislər, digər qismi isə var olan pislərdirlər ki, bunların pis olmalarının səbəbi onların bir sıra yoxluqların mənşəyi olmalarıdır. Nadanlıq, acizlik və yoxsulluq kimi yoxluq olan şərlər, həqiqi (qeyri-nisbi), amma yoxluq olan sifətlərdirlər. Lakin sel, zəlzələ, yırtıcı və vəhşi heyvan, mikrob və xəstəlik kimi var olan və pisliklərinin səbəbi onların bir sıra yoxluqların mənşəyi olmaları olan şərlər isə şübhəsiz ki, nisbidirlər. Bu qism işlərin pis olmaları müəyyən şey və ya əşyalara nisbətdədir. İlanın zəhəri onun özü üçün pis deyil, ondan zərər görən insan və heyvanlar üçün pisdir. Qoyun yeyərək məhv etdiyi bitgi üçün pis, amma özü, ya insan və ya canavar üçün pis olmadığı kimi, canavar da qoyun üçün pisdir, lakin özü və bitgilər üçün pis deyil.
    Mövlana deyir:
    Zəhre mar an marra başəd həyat
    Leyk an mər adəmirra şod məmat
    Pəs bəde mutəlq nə başəd dər cəhan
    Bəd be nisbət başəd inra həm be dan
    Mənası: İlanın zəhəri ilanın özü üçün həyatdır, amma həmin zəhər insan üçün ölümdür. Deməli dünyada mütləq və tam bir pis yoxdur, bil ki, pislik nisbidir.
    (Mövlana bu şerində iki məsələni bir-biri ilə qarışdırıb. Onlardan biri budur ki, pislik (əlbəttə ikinci növ pislik) əşyaların nisbi və müqayisəli vücudundadır, yəni hər bir şey özü üçün yaxşıdır. Əgər nəsə pisdirsə o, başqa birisi üçün pisdir. Məsələn, ilanın zəhəri ilanın özü üçün yaxşı, başqaları üçün isə pisdir. Burada demək lazımdır ki, ilanın zəhəri öz-özlüyündə pis deyil, başqaları üçün pisdir. Digər bir məsələ isə budur ki, vücudu hər şeyə nisbətdə yaxşı olan vacibul-vücud kimi şeyə, mütləq xeyir deyirlər. Hər bir şeyə nisbətdə pis olması fərz edilən şeyi isə, mütləq pis adlandırırlar. Mütləq xeyir və şərin müqabilində işlədilən nisbi xeyir və şərdən məqsəd, bir şeyin bütün şeylərə nisbətdə deyil, bəzi şeylərə nisbətdə xeyir və şər olmasıdır. Dünyada olan şeylərin əksəriyyəti belədir. Mövlananın bu beytdə gətirdiyi mətləb bu iki məsələnin qarışığıdır. Onun birinci beyti birinci məsələni, ikinci beyti isə ikinci məsələni xatırladır.
    Digər tərəfdən, hər bir şeyin yaradılma və xəlq etmənin aid olduğu və gerçək vücudu olan həqiqi vücudu başqası üçün deyil, onun özü üçündür. Hər bir şeyin başqa bir şey və ya şeylər üçün olması, həqiqi olmayan şərti vücududur və yaratma ona aid olmur.
    Başqa sözlə desək, hər bir şeyin bir özü, bir də başqası üçün olan vücudu vardır. Daha dəqiq desək, hər bir şeyin vücudu iki cür – bir dəfə özü üçün və öz-özlüyündə, bir dəfə isə başqası üçün nəzərdə tutulur. Şeylər özlərinin özləri üçün olmaları baxımından, bir həqiqətdirlər və bu baxımdan pis deyildirlər. Hər bir şey özü üçün yaxşıdır. Əgr bir şey pisdirsə o, başqası üçün pisdir. Məsələn əqrəbin özü üçün pis olmasını demək olarmı? Yaxud canavarın özü üçün pis olmasını demək mümkündürmü? Xeyir! Əqrəb və canavarın vücudunun onların özləri üçün yaxşı olmasında heç bir şəkk-şübhə yoxdur. Onlar özləri üçün biz özümüzə qarşı olduğumuz kimidirlər. Deməli, hər hansı bir şeyin pis olması onun öz varlığında deyil, başqasına nisbət verilməsindədir. Digər tərəfdən, həqiqət və gerçəkliyin hər bir şeyin öz-özlüyündə olan vücudu olması və başqalarına nisbət verilərək nəzərdə tutulan vücudların isə nisbi və şərti olmasında və buna görə həqiqi olmamalarında heç bir şübhə yoxdur. Belə ki, onlar, yəni şeyin başqaları ilə nisbətdə nəzərdə tutulan vücudları, varlıq aləmində yerləşməyiblər və həqiqi vücuda malik olmadıqları üçün onlara nə üçün nisbi vücud verilməsi barəsində də danışmaq olmaz. Başqa sözlə desək, hər bir şey iki dəfə yaranmayıb və ona iki vücud, məsələn bir öz-özlüyündə olan vücud və bir dəfə də başqalarına nisbətdə olan vücud verilməyib.
    Fərz edin ki, şagirdə bir mətləbi deyir, sonra isə onu dörd dəfə təkrar edirsiniz. Siz həmin dörd dəfənin hamısında bir mətləbi eyni ilə deyibsiniz. Başqa sözlə desək, sizin tərəfinizdən vücuda gəlmiş mətləb dörd dəfənin hamısında bir cür olub. Amma həmin dörd dəfənin hər birinin məxsus sifəti var. Onların biri birinci, biri ikinci, biri üçüncü, digəri isə dördüncüdür. İndi sual budur ki, siz hər dəfə iki iş görmüsünüz? Yəni, siz həm mətləbi təkrar etmisiniz və həm də onlara «birinci, ikinci, üçüncü...» sifətləri vermisiniz, yoxsa həmin sifətlər bir sıra nisbi və eyni halda şərti sifətlərdir ki, sizin, dörd dəfənin hamısında bir cür olan təkrarınızın bir-biri ilə müqayisəsindən yaranıb? Aydındır ki, sualın ikinci hissəsi düzdür. Şərti və intizai olan bu qism sifətlər, bunlarla yanaşı özlərinin həqiqi və gerçək olan işlərinin zəruri və ayrılmaz hissələrindəndir.
    Buna görə də bu işlər barəsində ayrı və müstəqil söhbət etmək, «Yaradan və xaliq nə üçün bu nisbi varlıqları yaradıb?» sualını vermək olmaz. Çünki, birincisi onlar gerçək varlıqlar olmadıqları üçün onların yaradılışından söhbət edilə bilməz, ikincisi həmin şərti və intizai varlıqlar gerçək və həqiqi varlıqların ayrılmaz hissələridirlər və onlar müstəqil olaraq irəli sürülə bilməzlər. Onların qeyri-müstəqil formada irəli sürülməsi isə belə ola bilər ki, bunların, onun üçün şərti və intizai zərurətlər olduqları həqiqi varlıqlar nə üçün yaradılıblar? Biz gələn fəsldə bu məsələni araşdıraraq ona cavab verəcəyik.
    Bu məsələni də xatırladaq ki, bizim «birinci, ikinci və sairə olmağımız şərti və intizai işlər olduğu üçün gerçək vücuda malik deyildirlər və buna görə də yaradılmırlar və onlar barəsində yaradılma fərz edilmir» deməyimiz başqa bir məsələ ilə, yəni «təqdim və təxir» və ya insan və ya azad və şüurlu amilin iki iş və ya şeydən birini digərindən qabağa salması məsələsi ilə qarışdırmamalıdır. Bu başqa bir məsələdir ki, biz sonra onun barəsində də danışacağıq. Yuxarıdakı misala diqqət edilsə, həmin məsələ aydınlaşar.
    Hər halda şərti işlərin səbəbə nisbət verilməsi məcazi məna daşıyır. Buna görə də filosoflar deyirlər ki, şərlər zati cəhətdən yaradanla bağlı olmayıb, nəticə və yaradılmış da deyildirlər. Onların məxluq və nəticə olmaları ərəzi və aksidensaldır. Əvvəldə dediyimiz kimi, bu, eyni ilə günəşin kölgənin yaranma səbəbi olması kimidir. Əlbəttə günəş olmasa kölgə də olmaz. Amma günəşin kölgənin yaranma səbəbi olması onun nurun yaranma səbəbi olmasından fərqlidir. Günəş, nuru həqiqi olaraq yaradır. Lakin kölgəni həqiqətən yaratmır. Kölgə yaradılmalı bir şey deyil. O, nurun məhdud olması səbəbindən yaranır və ümumiyyətlə eyn ilə nurun məhdudluğu deməkdir. Məsələ birinci və ikinci qism şərlər barəsində də belədir. Şərlər, şərti və yoxluq qismli işlərdirlər. Kor adamda korluq müstəqil bir gerçəklik olmadığı üçün, onu bir başlanğıcın, onun korluğunu isə digər bir yaradanın yaratmış olduğunu demək olmaz. Korluq və ya hər hansı bir şər, yoxluqdur və yoxluğun yaradan və başlanğıcı olmaz.
    ŞƏRLƏR - ƏDALƏT PRİNSİPİ BAXIMINDAN
    Beləliklə, «dualizm» iradı, varlığın iki mənşə və kökə malik olma xülyası aradan gedir. Çünki, söhbətimizdə sübut etdik ki, aləmdə iki cür mənşənin olmasını tələb edən iki cür varlıq yoxdur.
    Amma bundan əvvəl dediyimiz kimi, şərlərin yoxluq olmaları məsələsi, təkcə, ilahi ədalət məsələsinin həll edilməsi üçün kifayət etmir. Bu ilkin mərhələdir və hal-hazırda həmin bəhsdən əldə edilən nəticə yalnız budur ki, varlıqlar iki növ deyildir, yəni varlıq olmaları baxımından pis və yaxşı qismlərə bölünmürlər. Demək varlıq, varlıq olması baxımından xeyir, yoxluq isə yoxluq olması baxımından şərdir. Varlıqlar yoxluqlarla birgə olduqları və ya bir sıra yoxluqların mənşələri olmaları baxımından şərdirlər. Deməli, varlığın özündə heç bir ikilik hökm sürmədiyi üçün bizdə varlığın iki kökə malik olması fikri də yaranmamalıdır. Yoxluq da, yoxluq olduğu üçün ayrı bir mənşə və başlanğıcın olmasını tələb etmir.
    Amma şərlər məsələsi, ilahi ədalət baxımından başqa formadadır. Həmin baxımdan, şeylərin ikiliyindən söhbət getmir. Burada söhbət budur ki, şeylərin iki və ya bir cür olub-olmamalarından asılı olmayaraq, varlıq aləmində nə üçün naqislik, çatışmamazlıq, fanilik və yoxluq vardır? Nə üçün biri kar, digəri kor, üçüncüsü isə şikəst yaradılıb? Karlıq, korluq və sairənin yoxluq olması bu iradın həll edilməsi üçün kifayət etmir. Çünki, həmin halda da bu sual öz yerində qalır ki, nə üçün varlıq həmin yoxluqların yerini doldurmayıb? Məgər bu feyzin bir növ əsirgənilməsi və o da öz növbəsində bir növ zülm deyilmi? Dünyada narahatçılıqlara səbəb olan boşluqlar var və ilahi ədalət onların doldurulmasını tələb edir!
    Bundan əvvəl dediyimiz kimi, bir sıra varlıqlar da var ki, onlar nadanlıq, acizlik, yoxsulluq və bu kimi yoxluqlara səbəb olurlar və bir sıra fanilik, naqislik və çatışmamazlıqların yaranma amilidirlər. Xəstəlik, tufan, yanğın və zəlzələləri buna misal göstərmək olar. İlahi ədalət, naqislik və çatışmamazlıq kimi nəticələrin olmaması üçün həmin şeylərin özlərinin də olmamalarını tələb edir.
    Məsələyə bu cəhətdən yanaşanda iki mətləbə diqqət yetirmək lazımdır.
    Həmin məsələlərdən biri budur ki, görəsən bu naqislik və çatışmamazlıqların dünyanın işlərindən ayrılması mümkündür, yoxsa yox? Yəni dünya bu çatışmamazlıqlarsız mövcud ola bilərmi? Yoxsa, bunlar dünyanın ayrılmaz zərurətləridir və onların olmaması dünyanın olmaması deməkdir?
    Digər bir məsələ isə budur ki, görəsən naqislik və çatışmamazlıq adlandırılan şeylər tamamilə şərdirlər və onlarda heç bir xeyir yoxdur, yoxsa onlar tamamilə şər deyildir və onlarda çoxlu xeyir və mənfəət də vardır və onlar olmasa dünyanın nəzmi bir-birinə dəyər və xeyirlər yaranmazlar?
    Bizim bundan əvvəl də işarə etdiyimiz şərlər bəhsimizin ikinci və üçüncü hissəsi bu iki mətləbdən ibarətdir. Bəhsin ikinci hissəsi birinci hissə barəsində danışanda aydınlaşdı və gələcəkdə daha da aydın olacaq. Amma üçüncü hissənin aydınlaşması üçün daha çox söhbətə ehtiyac var və biz dördüncü fəsldə onun barəsində geniş surətdə danışacağıq.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 735 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024