İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 12:42 PM
    BEŞİNCİ FƏSİL
    ÖLÜM-İTİMLƏR
    1. Ölüm anlayışı;
    2. Ölüm qorxusu;
    3. Ölüm nisbidir;
    4. Dünya ruh üçün ana bətni kimidir;
    5. Dünya insanlıq məktəbidir;
    6. Etirazın kökü;
    7. Ölüm həyatın genişlənməsidir.
    ÖLÜM ANLAYIŞI
    Bəşəriyyəti həmişə narahat edən fikirlərdən biri, ölüm düşüncəsi və həyatın sona çatması məsələsidir. İnsan özündən «Dünyaya nə üçün gəlmişəm və nə üçün gedirəm?», «Bu tikib sökməkdən məqsəd nədir?», «Bu iş bihudə və boş bir iş deyilmi?» suallarını soruşur.
    Bu şer Xəyyama mənsubdur:
    Şerin məzmunu belədir: Məst adam hazır qədəhin sınmasını rəva bilməz; bəs onda bu qədər nazlı qamət və baş-gözü Allah nə üçün yaradıb və nə üçün sındırır?
    İnsan bir qədəhdir ki, Allah məhəbbətdən ona yüz dənə busə vurur; zamanın bu kuzəgəri belə zərif qədəh düzəldir və sonra onu yerə çırpır.
    Ölüm qorxusu fəlsəfi bədbinliyin yaranma səbəblərindəndir. Bədbin filosoflar, həyat və varlığı hədəfsiz, bihudə və hər bir hikmətdən boş təsəvvür edirlər. Bu təsəvvür onları sərgərdan edib və bəzən onlarda intihar hisslərini aşılayıb və aşılayır. Onlar öz-özlərində fikirləşirlər ki, əgər getməli və ölməliyiksə, gərək gəlməyəydik, amma indi ki, ixtiyarsız gəlmişik, bizim əlimizdən heç olmasa da bu bihudəçiliyin davam etməsinə yol verməmək və son qoymaq gəlir və bu puçluğa son qoymağın özü ağıllı bir işdir.
    Bu şer də Xəyyama mənsubdur:
    Şerin məzmunu belədir: Əgər bu dünyaya gəlməyim öz əlimdə olsaydı gəlməzdim; Əgər getmək mənlik olsaydı nə vaxt gedərdim?! Ən yaxşısı isə bu olardı ki, bu xarabaya nə gələydim, nə olaydım və nə də gedəydim.
    İnsanın bu şoranlıqdakı qazancı qəm-qüssə yeməkdən başqa bir şey deyil; xoşbəxt o adamdır ki, bu dünyadan tez gedib və rahat o adamdır ki, ümumiyyətlə bu dünyaya gəlməyib.
    ÖLÜM QORXUSU
    Ölüm məsələsi və bu baxımdan dünyanın quruluşuna tutulan iradları araşdırmazdan əvvəl, bu məsələyə də diqqət yetirmək lazımdır ki, ölüm qorxusu və ondan nigaran olmaq insana məxsusdur. Heyvanlar ölüm barəsində fikirləşmirlər. Heyvanlarda olan yeganə şey təhlükədən qaçmaq instinkti və mövcud həyatı qorumaq meylidir. Əlbəttə mövcud yaşayışın qorunması mənasında olan qalmaq meyli, həyatın zəruri tələblərindəndir. Amma insanda bundan əlavə gələcəyə baxış və gələcəkdə qalmaq da vardır. Başqa sözlə desək, insanda əbədi qalmaq arzusu vardır və bu arzu insana məxsusdur. Arzu, gələcəyi təsəvvür etməyə, əbədi qalmaq arzusu isə əbədiliyi təsəvvür etmək və düşünməyə əsaslanır və bu düşüncə və təsəvvür insanın xüsusiyyətlərindəndir. Buna görə də həmişə insanın fikrini özündə toplamış ölüm qorxusu hər bir heyvanda ani şərti refleks formasında olan təhlükədən qaçmaq instinktindən ayrı bir şeydir. İnsanın uşağı da, onda əbədilik arzusu, düşüncə kimi inkişaf etməmişdən əvvəl təhlükədən qaçmaq instinktinin hökmü ilə təhlükələrdən uzaqlaşır.
    Ölüm qorxusu əbədilik meylinin məhsuludur. Təbiət aləmində heç bir puç və bihudə meyl olmadığı üçün, bu meyli insanın ölümdən sonra əbədi olacağının dəlili hesab etmək olar. Bizim, yox olmaq fikrindən narahat olmağımız, bizim yox olmayacağımızın dəlilidir. Əgər biz gül və bitgilər kimi məhdud və müvəqqəti bir yaşayışa malik olsaydıq, bizdə əsaslı və köklü şəkildə əbədilik meyli yaranmazdı. Susuzluğun olması suyun olmasına bir dəlildir. Digər başqa əsaslı meyl və istedadların olması da meyl və istedadın üz tutduğu kamilliyin mövcudluğunun dəlilidir. Sanki, hər bir istedad, tərəfinə doğru gedilməli olan kamilliyin zehni xatirəsidir. İnsanı həmişə özünə məşğul etmiş əbədilik arzusu və ölüm nigarançılığı, onun yox olmayacaq gerçəkliyinin təzahür və cilvəsidir. Bu arzu və nigarançılıq eynilə insanın oyaq haldakı xüsusiyyət və müşahidələrinin cilvəsi olan yuxu kimidir. Yuxu aləmində aşkara çıxan şey, oyaqlıqda bizim ruhumuza daxil olmuş və bəzən orada kök salmış şeyin cilvəsidir. Oyaq vəziyyətdə əbədilik arzusu kimi, bizim ruhumuzda cilvələnən və bu dünyanın müvəqqəti həyatı ilə heç cür uyuşmayan şey, bizim istər-istəməz «İsgəndərin vəhşət zindanından» qurtulacaq və yükünü bağlayaraq «Süleyman mülkünə gedəcək» əbədi həqiqətimizin təzahür və cilvəsidir.
    Mövləvi bu həqiqəti çox maraqlı formada bəyan edib.
    Məzmunu: Fil arxası üstündə yatan kimi yuxuda Hindistanı görür; uzunqulaq isə yuxusunda heç vaxt Hindistanı görmür, çünki o, (Hindistan) qəribi deyil; fil Hindistanı o qədər yadına salar ki, həmin xatirələr gecə yuxusunda canlanar.
    Bu cür təsəvvürlər, düşüncələr və arzular arif və filosofların insanın bu maddi dünyadakı «qürbət» və ya «uyuşmazlığı» adlandırdıqları həqiqətdir.
    ÖLÜM NİSBİDİR
    Ölümlə bağlı irad, onun, yox olmaq güman edilməsindən yaranıb. Halbuki o, insan üçün yoxluq deyil, dəyişiklik, bir tərəfdən bataraq digər tərəfdən çıxmaq deməkdir. Başqa sözlə desək, ölüm yoxluqdur, amma mütləq deyil nisbidir, yəni bir tərəfdə yox olaraq digər tərəfdə var olmaqdır.
    İnsanın mütləq ölümü yoxdur. Ölüm bir halı əldən verərək başqa bir halı ələ gətirməkdir və hər bir dəyişiklik kimi, fanilik də nisbidir. Torpaq bitgiyə çevriləndə ölür, amma bu mütləq ölüm deyil. Torpaq özünün əvvəlki vəziyyət və xüsusiyyətlərini əldən verir və artıq, cansız formada olduğu şəkildə olmur. Amma əgər bir hal və vəziyyətdə ölübsə, başqa bir vəziyyətdə həyat əldə edib.
    Şerin məzmunu belədir: Cansızlıqdan ölüb canlı oldum və canlılıqdan ölüb heyvanlıqdan baş qaldırdım; heyvanlıqdan da ölüb adam oldum, bəs nə üçün ölüb azalacağımdan qorxuram?
    DÜNYA RUH ÜÇÜN ANA BƏTNİ KİMİDİR
    Bu dünyadan başqa bir dünyaya köçmək, uşağın ana bətnindən doğulmasına bənzəyir. Bu bənzətmə bir cəhətdən yetərli, digər cəhətdən isə yetərsizdir. Bənzətmənin yetərsizliyi dünya ilə axirətin fərqinin ana bətni ilə ondan xarici aləmin fərqlərindən daha dərin və əsaslı olmasındadır. Ana bətni ilə xarici aləmin hər ikisi təbiət aləmi və dünya həyatının bir hissələridir. Amma dünya həyatı ilə axirət aləmi, bir-birindən əsaslı fərqlənən iki həyatdır. Lakin bu bənzətmə digər cəhətdən, yəni şəraitlər arasındakı fərqləri göstərməsi baxımından yetərlidir. Uşaq ana bətnində olanda cift və göbək yolu vasitəsi ilə qidalanır, amma bu dünyaya ayaq basdıqdan sonra həmin yol bağlanır və o, ağız və həzm boruları vasitəsi ilə qidalanır. Onun ağ ciyəri ana bətnində olanda yaradılır, amma işləmir. Uşaq ana bətnindən xaric olan kimi onlardan istifadə olunmağa başlanılır.
    Uşağın ana bətnində olduğu müddətdə nəfəs boruları və ciyərindən kiçicik bir istifadə etməməsi çox maraqlıdır. Hətta bəlkə uşağın həmin orqanı, ana bətnində bir an işə düşsə, uşağın ölümünə səbəb olar. Bu vəziyyət, o, ana bətnində olduğu son ana kimi davam edir. Amma ana bətnindən xaric olan kimi tənəffüs orqanları işə düşməyə başlayır və bundan sonra onun fəaliyyəti bir an dayansa, onu ölüm təhlükəsi gözləyir.
    Doğuşdan əvvəlki həyat tərzi beləcə ondan sonrakı həyat tərzinə çevrilir. Uşaq doğulmamışdan qabaq bir həyat tərzində, ondan sonra isə digər bir həyat tərzində yaşayır.
    Ümumiyyətlə, tənəffüs orqanı uşaq ana bətnində olanda yaradılmasına baxmayaraq, ora üçün yaradılmır. Onun yaradılması ana bətnindən sonrakı həyat üçün əvvəlcədən olan hazırlıqdır. Görmə, eşitmə, dadma və qoxulama orqanlarının da heç biri bütün genişlik və mürəkkəbliyi ilə həmin yaşayış üçün deyil, ondan sonrakı mərhələ üçündür.
    Bu dünya digər dünyaya nisbətdə, insanın ruhi orqan və sistemləri yaradılaraq onu başqa bir yaşayışa hazırlayan ana bətni kimidir. İnsanın ruhi istedadları, bəsitlik və abstraktlığı, onun «mən»inin parçalanmazlığı və nisbi sabitliyi, sonsuz arzuları, geniş və sonsuz düşüncələrinin uzun, geniş və hətta əbədi həyat üçün lazım olan vasitələridir. İnsanı bu maddi və fani dünyada qərib və onunla «uyuşmaz» edən də bu şeylərdir. İnsanın bu dünyada «qamışlıqdan kəsilmiş, ah-naləsindən yer-göy ağlayan və həmişə vüsal dərdini demək üçün çox-çox geniş bir sinə axtaran «ney» halında olmasının səbəbi də budur. (İnsanın neyə bənzədilməsi Mövləvinin bir şerindəki təmsilə işarədir). İnsanın özünü «başda oturan şah» bilməsi və dünyanı özünə nisbətdə «mehnətlər küncü» adlandırmasının və ya «özünü müqəddəs gülüstanın quşu», dünyanı isə «hadisələr tələsi» kimi görməsinin səbəbi də həmin şeydir.
    Qurani-kərim buyurur:
    «Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?» (Muminun-115.)
    İnsanın bütün bu təchizat və vəsaitlə Allaha, onun üçün geniş və münasib meydan olan dünyaya qayıtmaması, ana bətnindən sonra heç bir dünyanın olmamasına və bütün döllərin ana bətni dövrü qurtardıqdan sonra fani olmalarına bənzəyir. Belə çıxır ki, ana bətnində heç bir rol oynamayan və həmin bitgi mərhələsi üçün artıq bir şey olan bu görmə və eşitmə orqanları, beyin və sinir sistemi, ciyər, mədə və sairə boş yerə yaradılıb və onlar istifadə edilməmiş yoxluq diyarına göndərilirlər.
    Bəli, ölüm insan həyatının bir mərhələsinin sonu, digər bir mərhələsinin isə başlanğıcıdır.
    Yeni körpənin doğulması doğulduğu dünyaya nisbətdə doğulmaq, bundan əvvəlki dünyaya nisbətdə isə ölüm olduğu kimi, insanın ölümü də dünyaya nisbətdə ölüm, dünyadan sonrakı aləmə nisbətdə isə doğulmaqdır.
    DÜNYA İNSANLIQ MƏKTƏBİDİR!
    Dünya, insan üçün axirətə nisbətdə hazırlıq və təkmilləşmə məktəbidir. Dünya axirətə nisbətdə bir gənc üçün məktəb və universitet dövrü kimidir. Dünya doğrudan da məktəb və tərbiyə ocağıdır.
    Nəhcül-bəlağənin qısa kəlmələr bölməsində deyilir ki, bir nəfər həzrət Əlinin (ə) yanına gəlir və dünyanı pisləməyə başlayaraq «dünya zalımdır, dünya insanı aldadır, dünya cinayətkar və hoqqabazdır» və bu kimi sözlər deyərək, gileylənməyə başlayır. Həmin şəxs böyük şəxsiyyətlərin dünyanı məzəmmət etdiklərini eşidib elə bilirmiş ki, dünyanı məzəmmət etməkdən məqsəd, onun həqiqətini məzəmmət etməkdir və dünya zati baxımdan pisdir. Amma əslində o, dünyapərəstliyin, insan və onun səadəti ilə bir araya sığmayan məhdud istək və baxışların pis olmasını bilmirdi. Əli (ə) ona belə deyir: «Dünya səni aldatmır, sən dünyaya aldanırsan; dünya sənə qarşı cinayət törətməyib, sən ona qarşı cinayət törətmisən.» O Həzrət söhbətinin davamında bu nöqtəyə çatır: «Dünya onunla sədaqətli olana qarşı sədaqətlidir, onu dərk edən üçün sağlamlıq mənbəyidir; dünya Allah dostlarının məbəd və ibadətgahı, Allah mələklərinin səcdəgah və namaz yeri, Allah vəhyinin nazil olduğu yer və Allah övliyalarının ticarətxanasıdır».
    Şeyx Əttar bu dastanı nəzmə çəkərək belə deyib:
    Məzmunu: Bir nəfər o ədalətli Allah şirinin yanında dünyanı pislədi; heydər ona dedi ki, dünya pis deyil sən pissən, çünki ağıldan uzaqsan; dünya həm gecə və həm də gündüz işlənilməsi lazım olan əkin sahəsi kimidir ki, kim başında izzət və din havasını gəzdirirsə, bu dünyadan məhsul götürə bilər; bu gün əkdiyin toxum sabah bar verər, əgər bir şey əkməsən, sabah onun barı puç olar; belə olsa sən dünyadan bir bəhrə aparmayacaqsan və həyat görməmiş öləcəksən; sonra həmişə qəm-qüssə içində qalacaqsan, iş çətin, insan süst, yol isə uzaqdır.
    Qurani-kərim buyurur:
    «Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur...»(Mulk-2.)
    Yəni həyatla ölümün birləşməsi olan dünya, bəşəriyyətin xeyirxahlıq labaratoriyasıdır.
    Bilmək lazımdır ki, Allahın imtahanları istedad və bacarıqları aşkar etmək üçündür və hər hansı bir istedadın üzə çıxarılması, onu inkişaf etdirmək və kamilləşdirməkdir. Bu imtahan və sınaq varlığın sirlərindən pərdə götürmək deyil, sirr kimi gizli istedadları üzə çıxarmaqdır. Burada pərdə götürmək yaratmaq istiqamətlidir. İlahi sınaq və imtahan, insanın sifətlərini istedad və qüvvə xəlvətgahından feliyyət və kamal səhifəsinə çıxarır. İlahi sınaq çəkini azaltmaq deyil, onu artırmaqdır.
    Bu izahdan sonra məlum olur ki, qeyd etdiyimiz ayə dünyanı istedadların yetişdirilməsi və insanların tərbiyə ocağı olması həqiqətini açıqlayır.
    ETİRAZIN KÖKÜ
    Ölümün mahiyyəti barəsindəki təfsirlə, etirazların əsassız olması aydınlaşır. Həmin etirazlar əslində insan və dünyanı tanımamaq, başqa sözlə desək, naqis və sonsuz dünya görüşündən yaranır.
    Doğrudan da əgər ölüm dünyanın sonudursa, əbədi qalmaq meyl və arzusu həddindən artıq çox narahatedicidir və ölüm, işıqlı və gələcəyi görən düşüncədə, sonsuz dərəcədə vəhşət yaradandır.
    Bəzilərinin, həyatı puç saymalarının səbəbi onların əbədi yaşamaq arzusuna malik olmaları və həmin arzunun gerçəkləşməsini qeyri-mümkün bir iş saymalarıdır. Əgər onlar əbədilik arzusuna malik olmasaydılar, həyat və yaşayışı hətta tam yoxluqla sona çatsa belə, puç sanmaz və onu heç olmasa müvəqqəti xoşbəxtlik və tez keçən dövlət adlandırardılar. Onlar həmin surətdə, heç vaxt yoxluğun bu cür varlıqdan yaxşı olmasını fikirləşməzdilər. Çünki, həmin şəraitdə, bu varlığın müddətinin qısa olması fərz edilir və onun dalınca yoxluğun gəlməsi ona eyb sayılır. Deməli, bütün eyb və iradlar yoxluq və müddətin qısalığı baxımındandır. İndi bəs, həmin qısa müddətli varlığın yerinə də, yoxluğun olması necə yaxşı ola bilər?!
    Bəli, biz indi özümüzdə əbədilik arzusunu görürük və bu arzu, əbədiliyin özünün təsəvvür edilməsindən yaranır. Yəni biz əbədilik və onun gözəllik və cazibələri barəsində təsəvvürə malikik və həmin cazibələr bizdə həmişə olmaq və həyatın nemətlərindən həmişə istifadə etmək arzusu yaradır.
    Bizim zehnimizə bir sıra materialist fikirlər hücum edəndə və bizə, həmin fikir və arzuların boş olmasını və əbədiliyin olmamasını təlqin edəndə, bizim narahat olmağa və bizdə böyük əzab və vəhşət hissinin yaranmasına haqqımız var. Onda arzu edirk ki, kaş bu dünyaya gəlməyəydik, bu əzab və vəhşətlə üzləşməyəydik. Deməli, varlığın boş və puç olması fikri, zatı istəklə sonradan qazanılmış təlqin arasındakı uyuşmazlığın nəticəsidir. Əgər həmin instintk olmasaydı, bizə hətta həmin səhv materialist fikirlər təlqin edilməsəydi də, bizdə belə bir təsəvvür yaranmazdı.
    İnsan və onun həqiqi və gizli quruluşu, onda istedadına malik olduğu kamala çatmaq üçün əbədilik arzusunu yaradıb. Bu quruluş və mövcud istedadlar, məhdud və bir neçə günlük dünya həyatından artıq olduğu üçün, yaşayışın, dünya həyatı ilə xülasə olunacağı şəraitdə həmin istedadların hamısı bihudə olmuş olur. Əbədi həyata imanı olmayan insan, öz quruluşu və arzu düşüncələri arasında uyuşmazlıq görür və dili ilə deyir ki, varlığın sonu yoxluqdur və bütün yollar fanilikdə bitir, bəs həyat və yaşayış puç və bihudədir! Amma o, daha geniş və yetərli olan istedadlar dili ilə belə deyir: Yoxluq yoxdur, qarşıda sonu olmayan bir yol var, əgər mənim həyatım məhdud olsaydı, mən əbədilik istedad və arzusu ilə yaradılmazdım.
    Buna görə də əvvəldə dediyimiz kimi, Qurani-kərim qiyamətin rədd edilməsi düşüncəsini, yaradılışı bihudə hesab etməklə bir hesab edir.
    «Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?» (Muminun-115.)
    Bəli, dünyanı «məktəb» və «təkmilləşmə ocağı» hesab edən və başqa həyat və dünyaya imanı olan şəxs, etiraz edərək «bizi ya gərək dünyaya gətirməyəydilər, ya da gətiriblərsə ölməməliyik» demir. Necə ki, birinin «uşaq, ya məktəbə getməməlidir, ya da əgər məktəbə gedirsə, heç vaxt məktəbi tərk etməməlidir» deməsi məntiqi deyil.
    Xacə Nəsrəddin Tusinin ustadı olmuş Baba Əfzəl Kaşani çox ali bir rübaidə ölümün fəlsəfəsini bəyan edib:
    Məzmunu belədir: Ruh gövhəri bədən sədəfinə birləşən kimi həyat suyundan insanın surəti formalaşdı; gövhər tamam olan və sədəf sınan kimi o, sultanın tacının üstündə oturdu.
    Bu rübaidə cism, çox bahalı gövhər olan insan ruhunu öz batinində yetişdirən sədəfə bənzədilib. Gövhərin vücudu kamilləşəndə, onun öz alçaq yerindən insanın başındakı uca məqamına qalxması üçün həmin sədəfi sındırması zəruridir. İnsan ölümünün fəlsəfəsi də onun, təbiət aləminin zindanından, genişliyi yer və göyün genişliyi qədər olan gözəl cənnətə köçürülməsi və yaxınlığında hər bir kamillik əldə edilən qüdrətli hökmdar və böyük Allahın ətrafında yer tutmasıdır. «Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında, haqq məclisində qadir hökmdar Allahın hüzurunda olacaqlar».(Qəmər 54-55.) Bəqərə surəsinin 156-cı ayəsinin mənası da elə budur: «...Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq...»
    «Nə üçün ölürük?» iradı və onun cavabı çox gözəl şəkildə Məsnəvinin dastanlarının birində gəlib:
    Məzmunu: Musa dedi ki, ey işləri hesaba əsaslanan Allah, nə üçün bir şeyin planın çəkir, sonra isə onu xarab edirsən? Kişi-arvad vasitəsi ilə onları artırır, sonra isə onları viran edirsən? Allah ona dedi ki, mən sənin bu sualının inkar, qəflət və nəfsani istəklərdən yaranmadığını bilirəm; əgər belə olmasaydı, səni ədəbləndirərərək məzəmmət edər və bu sualına görə incidərdim; amma sən bizim işlərimizin hikmətini və məsələnin sirrini bilmək istəyirsən; sən bu məsələni öyrənərək camaatı ondan xəbərdar etmək və hər bir «çiyi» püxtələşdirmək istəyirsən; Allah sonra dedi ki, ey dərrakə sahibi, sualı soruşdun, indi cavabını eşit! Ya Musa! Torpaqda toxum ək ki, sən özün də həmin işin insaf olmasını etiraf edəsən; Musanın əkini bitəndən sonra sünbüllər yetişərək gözəl şəklə düşdü; o, əlinə oraq alaraq onların hamısını biçdi və qeybdən qulağına nida gəldi ki, nə üçün əkin əkərək onu yetişdirir, sonra isə onu biçirsən? Musa dedi ki, ey Rəbbim, mənim buranı dağıdaraq viran etməyimin səbəbi burada toxum və samanın olmasıdır; toxumun saman anbarında olması yaxşı deyil, həmçinin toxum anbarında samanın olması da pisdir; bunları bir-birinə qatmaq hikmətə uyğun deyil və aralarında fərq qoymaq vacibdir; Allah ondan soruşdu ki, bu biliyi hardan öyrənmisən? Bu şamın nurunu hardan alışdırmısan? Musa dedi ki, ey Allahım, bu ayırma qabiliyyətini sən mənə vermisən, Allah ona dedi ki, bəs səncə mənim belə bir ayırma qabiliyyətim yoxdur? Məxluqat arasında pak və çirkin qara ruhlar var; bu sədəflər bir dərəcədə deyildirlər, onların arasında dürr və xalis olmayanı var; buğdanı samandan ayırmaq lazım olduğu kimi, bu yaxşıları da pislərdən ayırmaq lazımdır.
    ÖLÜM HƏYATIN GENİŞLƏNMƏSİDİR
    Ölüm barəsində danışanda bu məsələyə də diqqət etmək lazımdır ki, «ölüm və həyat» hadisələri, varlıq aləmində ardıcıllıq və dəyişmə sistemi yaradırlar. Həmişə bir qrupun ölümü digər bir qrupun həyatına şərait yaradır. Ölən canlıların, bədənləri istifadəsiz qalmır və onlardan bitgilər və ya yeni və təravətli canlılar yaradılır. Sədəf sınır və təbiətə parlaq bir gövhər təhvil verir. Həmin cism və maddədən bir daha yeni bir sədəf yaranır və onun içində başqa bir gövhər yetişir. Sədəfin sınması və təbiətə gövhər təhvil verməsi saysız-hesabsız miqdarda təkrarlanır və beləliklə, zamanın sonsuz uzunluğunda həyat feyzi genişlənir. Əgər min il bundan əvvəl yaşayan insanlar ölməsəydilər, bu günki insanların yaşamasına növbə çatmazdı, necə ki, müasir insanlar da yer boşaltmasalar gələcək nəsillər üçün vücuda gəlmək imkanı olmayacaq. Əgər keçən ilki güllər yer üzündən silinməsəydilər, yeni ilin təzə və təravətli gülləri özlərini göstərmək üçün yer tapmazdılar. Maddə, məkan baxımından həyatı qəbul etmək üçün məhdud, zaman baxımından isə sonsuz tutuma malikdir. Maraqlıdır ki, dünyanın cismləri məkan baxımından hər nə qədər genişliyə malik olsalar, zaman baxımından da genişliyə malik olurlar və varlığın bu cəhətdə də misilsiz genişliyi var.
    Ölümə irad tutanlardan olmuş Xəyyam öz etirazlarına cavab olan bir nöqtəni xatırladaraq deyir:
    Məzmunu: İnsan çətinlik çəkməklə azad olar, qətrə sədəfin həbsində dürr olar, əgər mal qalmasa.
    Piyalənin boşalmasından, saqinin onu bir daha dolduracağını fikirləşmək olmaz.
    O, həmçinin belə deyir:
    Şerin məzmunu belədir: Dur! Fani dünyanın qəmini çəkmə, otur bir az güzaranını şadlıqda keçirməklə məşğul ol; əgər dünyanın təbiətində vəfa olsaydı, başqalarının əlindən sənə növbə çatmazdı.
    Şair bu cəhəti dünyanın vəfasızlığının üstünə atır. Bəli, əgər yalnız indi növbəsi olan şəxs meyar olsa, bunu vəfasızlıq adlandırmaq olar. Amma əgər öz dövrlərini keçirməli olanları nəzərə alsaq, ad dəyişilir və vəfasızlığın yerinə insaf, ədalət və növbənin riayət edilməsi gəlir.
    Burada kimsə deyə bilər ki, Allahın qüdrəti sonsuz olduğu üçün, həm indikilərin həmişə qalmaları və həm də gələcək nəsillərin yer, ərzaq və digər şeylərlə təmin olunmasına nə mane olur?!
    Onlar bilmirlər ki, vücud imkanı olan hər şey Allah tərəfindən verilib və verilir və əgər nə isə mövcud deyilsə, deməli elə də olmalıdır. Başqa yer və münasib mühit imkanı hazırlanması fərziyyəsi, əgər mümkün olsa belə, orada digər insanların vücuda gəlmələrinə şərait yaradır, amma insanların qalmalarının və onların həyatlarını davam etdirmələrinin, gələcək nəsillərin vücuda gəlmələri yollarını bağlaması iradı, yenə də öz yerində qalır.
    Bu nöqtə «ölüm nisbidir» adı altında verdiyimiz cavabı daha da təkmilləşdirir. Bu iki nöqtənin xülasəsi budur ki, dünyanın maddəsi öz təbii seyr və cövhəri hərəkətləri ilə abstrak ruhların parlaq gövhərlərini yaradır. Abstrak ruh, maddəni buraxaraq daha ali və güclü həyatı davam etdirir və maddə bir daha öz ətəyində digər bir gövhər yetişdirir. Bu quruluşda həyatın təkamül və genişlənməsindən başqa heç bir şey yoxdur və həmin genişlənmə yerdəyişmələrdə həyata keçir.
    Ölüm haqqında söylənilən digər bir irad, onu kuzə düzəldərək sındıran sənətkara bənzətmək və varlığın başlanğıcı və yaradılış aləminin icraçısının, kuzə düzəldəndən ibrət almasını arzulamaq isə o qədər uşaqyanadır ki, bu barədə söhbət etməyə belə dəyməz. Bu cür düşüncələr şair taktikası və bir növ incə və mahir xülyapərəstlikdir ki, yalnız poeziya və incəsənət baxımından müəyyən dəyərə malikdir. Çox ehtimal ki, Xəyyama nisbət verilən şerlərin sahibinin nəzəri belə olub və ya o, məhdud materialist təfəkkür tərzinə malik olmaqdan yaranıb. Amma «yuxuya getdiyininz kimi ölür və yuxudan durduğunuz kimi dirilirsiniz» deyən şəxsin fəlsəfəsində bütün iradlar həll edilib. (Bu, Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdir.) Belə şəxs ölümdən nəinki qorxmur, bəlkə Əli (ə) kimi onun arzusundadır və onu nicat və qurtuluş hesab edir.
    Böyük İslam filosoflarından biri olmuş Mirdamad belə deyir: «Ölümün acılığından qorxma, çünki onun acılığı elə ondan qorxmaqdadır».
    İslam filosoflarından olmuş Şeyx Şəhabəddin Söhrəvərdi isə belə deyib: «Filosof öz iradəsi ilə ruhunu bədənindən çıxara bilməyincə, onu filosof hesab etmirik». Ruhu bədəndən çıxarmaq onun üçün sadə və adi bir iş olmalı və onun adətinə çevrilməlidir.
    Bu cümləyə oxşar digər bir kəlam da İsfahan dini mədrəsəsinin banisi olmuş tədqiqatçı filosof Mirdamaddan nəql edilib.
    Cismlərinin qəlbində yetişmiş qiymətli gövhərini tanıyan şəxslərin məntiqi budur. Yetərsiz və məhdud materialist düşüncələr çərçivəsində boğulan şəxs isə təbii ki, ölümdən nigaran olacaqdır, çünki, onun fikrincə ölüm yoxluqdur.
    O, öz fikri ilə bütün şəxsiyyəti olan bədəninin ölərək məhv olmasından narahatdır. Buna görə də ölüm düşüncəsi onun dünyaya qarşı bədbin olmasına səbəb olur. Belə düşüncə ilə yaşayan şəxs, dünyaya olan baxışını və ondan olan anlayışlarını dəyişdirməli və bu iradların dünyaya olan səhv baxışlardan yaranmasını bilməlidir.
    Bu bəhs mənə Feyziyyə mədrəsəsində olan sadə qəlbli bir kitab satanı xatırladır.
    Qum şəhərində təhsil aldığım illərdə, Feyziyyə mədrəsəsində sadəlövh bir kişi kitab satırdı. Həmin kişi satdığı kitabları yerə düzər və tələbələr ondan kitab alardılar. O, bəzən çox təəccüblü işlər görür və çox gülməli sözlər danışardı ki, onun həmin söz və işləri dillərdə gəzərdi. Tələbələrdən biri danışırdı ki, bir gün onun yanına gedib satdığı kitablardan birinin qiymətini soruşdum. O, mənim cavabımda kitabı satmadığını dedi. Nə üçün? - deyə səbəbini soruşdum. Dedi: Onu satsam, gərək digər birini alıb onun yerinə qoyam.
    Həmin tələbə deyirdi ki, kitab satanın bu sözünü eşidəndə məni gülmək tutdu. Kitab satan, əgər həmişə alqı-satqı və mübadilədə olmasa, kitab satan olmaz ki? Həm də heç bir qazanc əldə edə bilməz!
    Səhv etməsəm, Xəyyamın şer məktəbinin davamçılarından olan həmin kitab satan kişi, deyəsən aşağıdakı şeri deyibmiş:
    Şerin məzmunu belədir: Venera və ay göydə göründüyü kimi, heç kəs əsl şərabdan yaxşı bir şey görməyib; mən şərab satanlara təəccüblənirəm ki, onlar satdıqlarından yaxşı şey ala biləcəklərmi?
    O, mey satana irad tutur ki, nə üçün mey satırsan? Əlbəttə, bu irad tutma ciddi deyil, şer dili ilədir və o, öz gözəllik və incəliyinə görə həmin cəhətə borcludur. Amma həmin məntiqi «ciddilik» meyarları ilə ölçdükdə, bir mey içənin mey satanın işini öz işi ilə necə səhv saldığını görürük. Mey, onu içən üçün hədəf, satan üçün isə vasitədir. Mey satanın işi mey alıb-satmaq, gəlir əldə etmək və həmin əməli bir daha təkrar etməkdir. İşi bu olan şəxsi malının qurtarması nəinki, narahat etməz, hətta sevindirər də, çünki, malın qurtarması, elə onun hədəflərinin bir hissəsidir. (Yəni mal satılıb qurtarsın və o, bir daha yeni mal gətirsin.)
    Hanı o arif ki, süsənin dilini başa düşərək ondan soruşa ki, nə üçün getdi və nə üçün gəldi?
    Yaradılış, alverlə məşğul olmaq kimidir. Dünya bazarı malın tədarük görülməsi, satılması , qazanc əldə edilməsi və həmin işin bir daha təkrar edilməsidir. «Ölüm və həyat sistemi» mübadilə, artırmaq və təkmilləşdirmək sistemidir. Yaradılışın mübadiləsinə irad tutan dünyanın qanun və hədəflərini bilmir.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 673 | Downloads: 0 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024