İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 12:39 PM
    ALTINCI FƏSİL
    AXİRƏT CƏZALARI
    1. Əməlin cəzası;
    2. İki dünya arasındakı fərqlər;
    3. İki dünya arasındakı əlaqə;
    4. Üç növ cəza;
    5. Tənbih və ibrət;
    6. Dünya cəzaları;
    7. Axirət əzabı;
    8. Nəticə.
    ƏMƏLİN CƏZASI
    İlahi ədalət bəhsində barəsində danışılmalı olan məsələlərdən biri də axirətdə əməllərə cəza verilməsi məsələsidir. Məad, yaxşı və pis əməllərə baxılması, yaxşı və pis iş görmüş insanlara əməllərinə müvafiq olaraq cəza verilməsinin özü ilahi ədalətin təzahürlərindəndir. Adətən məadın isbat edilməsi üçün gətirilən dəlillərdən biri də «Allah adil və həkim olduğu üçün insanların əməllərini hesabsız, cəza və mükafatsız qoymur» müddəasıdır.
    Əmirəl-möminin Əli (ə) buyurur:
    «Allahın zalımlara bir müddət möhlət verməsi mümkündür, amma onları heç vaxt boş buraxmayacaqdır. O, zalımların yolu üstündə dayanaraq sümük boğazı tutan kimi onların yolunu bağlayacaqdır».
    Bu fəsildə söhbət Allahın ədalətli olması vasitəsi ilə məadı isbat etmək deyil. Əksinə burada söhbətimiz ilahi ədalət baxımından cəzaların keyfiyyətinə edilən iradlar barəsindədir. Deyirlər ki, axirət dünyası barəsində nəql edilən cəza formaları ilahi ədalətin ziddinədir. Çünki, həmin cəzalarda günahla cəza arasında tənasüblük yoxdur və cəzalar ədalətsiz formalarda icra edilir.
    Bu iradda ilahi ədalətə dəlil hesab edilən cəza, ədalətə irad və hikmətə zidd kimi qiymətləndirilir. Bu iradın əsası, cəza qanunlarında cinayətlə cəza arasında tənasübə riayət edilməməsidir. Məsələn ədalət, yoldan keçən şəxsin başına zibil tökənin cəzalandırılmasını tələb edir. İndi həmin şəxs üçün nəzərdə tutulmuş cəzanın çox ağır, məsələn edam və ya həbs olmamasında heç bir şübhə yoxdur. Cinayətlə cəza arasında tənasüb prinsipinə əsasən, belə bir cinayət üçün ən çoxu bir həftə həbs cəzası kifayətdir. Bu kiçik işə görə həmin şəxsi səhra məhkəməsində mühakimə edib güllələsələr ədalətsizliyə yol vermiş olarlar. Cinayətlərə görə cəza verilməsi ədalətin zərurətlərindəndir, amma cinayətlə cəza arasındakı tənasübə riayət edilməsə, cəzanın özü bir növ ədalətsizlik olacaqdır.
    Qeybət, yalan, zina, qətl və bu kimi günahlar cinayətdirlər və cəza tələb edirlər. Amma görəsən axirətdə onlar üçün müəyyənləşdirilmiş cəza növləri, həddən artıq kəskin deyilmi? Quran qətl üçün cəhənnəmdə əbədi qalmaq cəzası müəyyənləşdirib. Rəvayətlərdə nəql edilib ki, həmin şəxs cəhənnəm itlərinin yeməyi olacaqdır. Bu minvalla digər günahlar üçün də ağır və dözülməz cəzaların veriləcəyi qeyd edilib. Onlar keyfiyyətləri baxımından həddindən artıq çox ağır, zaman baxımından isə çox uzun müddətli cəzalardırlar. İndi irad budur ki, günahla onun üçün müəyyənləşdirilmiş cəza arasındakı tənasübsizlik, ilahi ədalətlə nə qədər düz gəlir?
    Bu irada cavab vermək üçün müxtəlif cəza növləri barəsində söhbət edərək, axirət cəza növlərini tanımağımız lazımdır. Bu da əvvəlcə, mötəbər İslam sənədləri və əqli dəlillərin imkanı çərçivəsində axirət dünyasının quruluşu və həmin dünyanın quruluşu ilə bu dünyanın quruluşu arasındakı fərqlər barəsində söhbət etməyimizi tələb edir.
    İKİ DÜNYA ARASINDAKI FƏRQLƏR
    Görəsən axirət dünyasına da bu dünyaya hakim olan təbii qanun və əsaslar hakimdirmi? Görəsən bu dünya ilə axirət dünyası arasında fərq və ya fərqlər vardırmı? Axirət dünyası eyni ilə bu dünya kimidirmi və onun yeganə fərqi zaman baxımından bundan sonra gəlməsidir?
    Bu iki dünya arasında fərqin mövcudluğu qətidir. Əgər oxşarlıqlar varsa, fərqlərin olması da inkaredilməzdir.
    Onlar müxtəlif qanunların hakim olduğu iki həyat və iki dünyadırlar. Hökm çıxarmaqda tələsməyin, mən ilahi ədalətin dünyanın qanunlarından olub, axirətə aid olmamasını və orada zülmün rəva olmasını demək istəmirəm. Xeyr, bir qədər diqqət yetirsəniz məlum olar ki, mən digər bir mətləbi çatdırmaq istəyirəm.
    Bu iki növ həyat arasında mövcud olan fərqləri göstərmək üçün əlimizdə heç bir misal yoxdur. Çünki hər hansı bir misalı gətirmək istəsək, onun bu dünya qanunlarına aid olması qaçılmaz bir iş olacaq. Amma zehnləri həmin məsələ ilə tanış etmək üçün bir qədər güzəştlə dünya və axirəti ana bətni ilə dünyaya oxşatmaq olar. Həmin misaldan bundan əvvəl də, başqa bir məqsəd üçün istifadə etmişdik.
    Uşaq ana bətnində olanda bir növ həyat tərzinə, doğulduqdan sonra isə digər bir həyat tərzinə malik olur. Bu iki həyat tərzinin müştərək cəhəti, onların hər ikisində qidalanma xüsusiyyətinin olmasıdır. Amma ana bətnində olan döllə, dünyaya gələn uşağın qidalanması arasında fərq vardır. Uşaq ana bətnində bir bitgi kimi yaşayır. Bitgi öz kökü ilə qidalandığı kimi, uşaq da göbək vasitəsi ilə ananın qanından qidalanır və həmçinin nə ciyərləri ilə nəfəs alır və nə də mədəsi hansısa bir fəaliyyət göstərir. Amma bu dünyaya ayaq basan kimi, onun əvvəlki yaşayış tərzi dəyişir, həyatına başqa bir quruluş hakim olur. O, burada bir an belə əvvəlki kimi yaşaya bilmir və yeni yerləşdiyi bu dünyada nəfəs almalı və ağızı ilə yemək yeyərək qidalanmalıdır. Doğulmamışdan qabaq ciyərinə hava, mədəsinə isə yemək getsəydi o, ölərdi. İndi isə bunun əksi olub. İndi əgər bir neçə an ciyərinə hava getməsə və bir neçə saat yemək yeməsə ölər. Uşaq doğulandan sonra onu əvvəlki şəraitdə, məsələn bağlı bir qutuda yerləşdirərək ona, göbək vasitəsi ilə qan vurmaq və onun ağız-burun yollarını bağlamaqla saxlamaq olmaz. Çünki uşağın yaşayış sistemi dəyişib və o, bu yeni sistemdən istifadə etməlidir.
    Axirət dünyası da bu dünya ilə müqayisədə belədir. Orada olan həyat tərzi bu dünyadakından fərqlidir. Hər iki dünyada yaşayış var, amma onlar eyni deyildirlər. Oradakı yaşayışın qanun və sistemi, bu dünyadakından fərqlidir. Başqa sözlə desək, dünya ilə axirət iki aləm və həyatdırlar. Bu iki dünya arasındakı fərqləri əldə etmək üçün bu barədə dini sənədlərdə olan vəsflərə müraciət etmək lazımdır.
    İndi isə onlar arasındakı bir neçə fərqə işarə edək.
    1. Sabitlik və dəyişkənlik; Bu dünyada hərəkət və dəyişkənlik mövcuddur. Burada uşaq böyüyür, kamilləşir və sonra qocalaraq ölür. Bu dünyada yeni şeylər köhnəlir və köhnələr aradan gedir. Amma axirət dünyasında qocalıq və köhnəlik yoxdur. Orada ölüm məsələsi də yoxdur. Bu dünya fanilik, axirət dünyası isə əbədilik dünyasıdır. Bura aradan getmə və fanilik, ora isə sabitlik və bərqərarlıq evidir.
    2. Xalis və saf olmayan həyat; İkinci fərq budur ki, bu dünyada ölümlə həyat bir-birinə qarışıb, amma ora birbaşa yaşayış dünyasıdır. Burada cansız əşyalar və heyvanlar var və onların hər biri digərinə çevrilir. İndi bizim bədənimiz olan və yaşayan cismimiz, nə vaxtsa ölü və cansız olub və həyat bir daha ondan ayrılacaq və o, cansız hala qayıdacaqdır. Dünyada həyatla ölüm bir-birinə qarışıb. Amma axirətdə belə deyildir. Axirətin torpaq, gövhər, çınqıl, ağac və meyvələrinin hamısı həyata malikdirlər. Od orada da şüurlu və fəaldır.
    Qurani-kərim «Ənkəbut» surəsinin 64-cü ayəsində belə buyurur:
    «Axirət yurdu isə , şübhəsiz ki, əbədi həyatdır.»
    Axirət canlı bir varlıqdır.
    Bu dünyada bədən üzvləri şüur və dərkə malik deyildirlər. Amma axirət dünyasında dəri, bədən və dırnağın da dərk etmə qüvvəsi var və onlar hətta söz də danışırlar. Qiyamətdə ağızlara möhür vurulacaq və hər bir bədən üzvü gördüyü iş barəsində özü danışacaqdır.
    Dildən sual soruşulmayacaq ki, o da yalanla əməlləri ört-basdır edə bilsin. Orada bütün üzvlər danışıq qüvvəsinə malik olacaq və öz gördükləri işləri izah edəcəklər.
    Qurani-kərim «Yasin» surəsinin 65-ci ayəsində belə buyurur:
    «Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri bizimlə danışar, ayaqları isə şəhadət verər.»
    Başqa bir yerdə isə insanların öz bədən üzvləri ilə bəhs və mübahisə etmələrini nəql edib. Quran, qiyamətdə günahkarların qulaq, göz və digər bədən üzvlərinin onların əleyhinə şəhadət vermələrini bəyan etdikdən sonra, həmin insanlarla onların bədənləri arasındakı mübahisəni belə vəsf edir:
    «Onlar öz dərilərinə: Nə üçün əleyhimizə şəhadət verirsiniz?-deyəcəklər. Dəriləri də belə cavab verəcəkdir: Hər şeyi dilə gətirən Allah bizi danışdırdı...» (Fussilət-21.)
    3. Əkin və biçin; Dünya ilə axirətin üçüncü fərqi budur ki, bura əkin və toxum səpmə yeri, ora isə məhsul götürəmə və biçin yeridir. Axirətdə əməl və ya müqəddimə yoxdur, orada nə varsa məhsul və nəticədir. Ora imtahanların qiymətləri elan edilən gün kimidir. Əgər şagird imtahan vaxtı dərs oxumağa bir az möhlət verilməsini istəsə və ya qiymətlər bildiriləndə «məndən indi soruşun cavab verim» desə, alacağı cavab bu olacaq ki, imtahanın vaxtı keçib, indi qiymət vermək vaxtıdır. Peyğəmbərlərin «camaat, saleh əməllərlə məşğul olun və axirət evi üçün azuqə toplayın» deyə, fəryad etmələrinin səbəbi də əməl vaxtının məhdud olmasıdır.
    Əmirəl-möminin (ə) buyurur:
    «Bu gün iş və əməl günüdür və hesabat yoxdur, sabah isə hesabat günüdür və (orada) iş (imkanı) yoxdur.» (Nəhcül-bəlağə, 42-ci xütbə.)
    O həzrət digər bir xütbəsində isə belə buyurur:
    «Ey Allah bəndələri, dil və bədənlərinizin sağlam olduğu, bədən üzvlərinizin sözünüzə baxdığı və fəaliyyət meydanı açıq olduğu indiki vaxtda iş görün.»
    Yəni, bədən sənin fəaliyyət göstərməyin və iş görməyin üçün vasitədir, səndən alınmamışdan və məhv olmamışdan qabaq onunla iş gör, (özü də) sənə xeyir və faydası olan iş!
    Möhlət qurtardıqdan və Qadir Allahın əmri ilə ruh bədəndən ayrıldıqdan sonra, əlindən heç bir iş gəlməyəcək. Həmin vaxt «məni qaytarın yaxşı işlər görüm» deyib, nə qədər fəryad etsən, eşidəcəyin cavab bu olacaq: «Mümkün deyil!» Əgər ağacdan qopmuş kal meyvənin ağaca birləşməsi və onun, keçmiş vəziyyətinə qayıdaraq yetişib şirinləşməsi mümkün olsa, dünyaya qayıtmaq da mümkün olar. Amma yaradılış qanunu başqa cürdür.
    Peyğəmbərin (s) bu barədə buyurduğu cümlə, necə də gözəldir. O həzrət buyurub:
    «Dünya axirətin əkinəcəyidir.»
    Bu hədisdə insanın ömrü, eləcə də dünya və axirət həyatı ilin iki fəslinə bənzədilib. Dünya əkin fəsli, axirət isə məhsul yığımı fəsli misalındadır.
    4. Şəxsi və müştərək müqəddərat; Dünya ilə axirət arasında olan dördüncü fərq, dünyada müqəddəratların müəyyən qədər müştərək olmasıdır. Amma axirətdə hər bir şəxsin digərindən ayrı bir müqəddəratı var. Məqsəd budur ki, dünya həyatı ictimaidir və ictimai həyatda birlik və vəhdət mövcuddur. Xeyirxah insanların yaxşı işləri başqalarının səadətində təsir göstərir. həmçinin pis əməlli insanların pis işləri, cəmiyyətə mənfi təsir göstərir. Buna görə də burada müştərək məsuliyyətlər də vardır. Cəmiyyətin üzvləri bir bədən üzvləri kimi, az-çox bir-birlərinin cəzasını çəkməlidirlər. Onlardan birinin fəaliyyətinin pozulması başqa üzvlərin sağlamlıqlarının aradan getməsinə səbəb olur. Məsələn, qara ciyərin yaxşı işləməməsinin zərəri, digər üzvlərə də təsir göstərir.
    Cəmiyyətin üzvləri müştərək müqəddərata malik olduqları üçün bir nəfər günah etmək istəyəndə başqaları ona mane olaraq qarşısını almalıdırlar. Peyğəmbər (s) bir nəfərin günahının cəmiyyətə təsirini bir misalla belə bəyan edib: Bir qrup adam gəmiyə minmişdi və gəmi dənizin ortasında hərəkət edirdi. Sərnişinlərdən biri öz oturduğu yeri deşməyə başladı. Digər sərnişinlər həmin şəxs öz yerini deşir deyə, ona bir söz demədilər və beləliklə su həmin yerdən gəmiyə dolaraq onu batırdı. Amma əgər digər sərnişinlər onun əlindən tutaraq həmin işi görməsinə mane olsaydılar, həm öz canları sağ qalardı və həm də onu xilas edərdilər.»
    Dünyada qurunun oduna yaş da yanır və ya hansısa təhlükədən birlikdə nicat tapırlar. Bir qrupun müştərək həyat keçirdiyi cəmiyyətdə həm yaxşı və həm də pis işlərlə məşğul olanlar var. Bəzən pis işlərlə məşğul olanlar, xeyirxahlıq və yaxşı işlərlə məşğul olanların səmərəsindən bəhrələnirlər və bəzən də günahsız insanlar, günahkarların əməllərinin zərbəsindən ziyan görürlər.
    Amma axirət dünyası belə deyil. Orada başqalarının əməlinə şərik olmaq qeyri-mümkündür. Nə biri başqasının gördüyü və heç bir rolu olmadığı işdən bəhrələnə bilir və nə də heç kimə, kiminsə günahına görə əzab verilir. Axirət «ayrılıq» evidir, yaxşını pisdən, pakı isə napakdan ayırır. Orada günahkarları çağırırlar ki: «Ey günahkarlar! Bu gün (möminlərdən) ayrılın!» (Yasin-59.)
    Orada ata oğuldan, oğul isə atadan ayrılar və hər kəs öz əməlinin cəzasını çəkər.
    «...Heç bir günahkar başqasının günahını daşımaz...» (Ənam-164.)
    Bu fərqin yaranma mənşəyi, axirətin sırf feliyyət, bu dünyanın isə hərəkət, yəni istedadla hərəkətin bir-birinə qarışmış dünya olmasıdır. Sırf feliyyətlər bir-birlərindən təsirlənmir və bir-birlərinin kənarında olmalarına baxmayaraq, tərkibə girmirlər. Amma qarışıq feliyyətlər təsir qəbul edir və bir-birləri ilə tərkibə girmək imkanına malikdirlər. Buna görə də dünyada insanların bir növ vəhdəti olan «cəmiyyət» yaranır, amma «cəmiyyət» axirət üçün mənasız bir şeydir. Dünyada tədrici təsir göstərmə və təsirlənmə var, amma axirətdə belə bir şey yoxdur.
    Dünyada xeyirxah insanlarla oturub-duranda, həmin yoldaşlıqdan müsbət təsirlər əldə edilir, pis insanlarla oturub-duranda isə azğınlığa səbəb olur. Mövləvi deyir:
    Məzmunu: Gizli yollarla sinələrdən sinələrə məhəbbət və kinlər yol tapır.
    Firdovsi isə belə deyir:
    Məzmunu: Əgər ənbər satanın yanından keçsən, paltarını ənbər iyi bürüyər; əgər kömür satanın yanından keçsən, ondan pis və qaralıqdan başqa bir şey tapmazsan.
    Axirət dünyasında isə adam əbədi olaraq xeyirxahlarla otursa da, onun məqamı yüksəlmir və həmçinin pislərlə oturanda da, onun dərəcəsi tənəzzülə uğramır. Orada kiminləsə oturub-durmaq təsirli deyil və heç bir şey digər şeylərə təsir göstərmir. Orada kiməsə kin bəsləmək və ya birinin xeyrini istəmək, sinədən sinəyə keçmir. Orada nə ətir satanla oturub-duranda adamdan xoş iy gəlir və nə də kömür satanla olanda üstünə qara toz qonur. Orada, istər təbii, istərsə də şərti mübadilə mövcud deyil. Alış-veriş mübadiləsi bu dünyaya məxsusdur.
    Əlbəttə, «axirət dünyasında olan həyat ictimai deyildir» sözündən məqsəd, orada hamının fərdi və tək həyat keçirməsi, özündən başqa heç kəsi görməməsi və başqaları ilə ünsiyyətdə olmaması demək deyildir. Məqsədimiz budur ki, bu dünyada olan cəmiyyət, yəni fərdlərin həqiqi tərkibi nəticəsində yaranmış müqəddəratlar, onları bir-birinə bağlayan əxlaqi və mənəvi birliklər, təsirlənmə və təsir göstərmələr, əməkdaşlıqlar, ziddiyyətlər və mübadilələr o dünyada mövcud deyil. Amma həm cənnətdə və həm də cəhənnəmdə birgə və cəm həyat vardır, ancaq bu fərqlə ki, xeyirxah və əməli saleh insanların cəmiyyətlərində olanlar ünsiyyət, ülfət, səfa və səmimiyyətdədirlər. Quranın təbiri ilə desək: «...Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər».(Hicr-47.)Yaramaz şəxslərin cəmiyyətlərində isə nifrət, bir-birindən bezmək və xoşagəlməz sözlər hakim olar.
    «...Hər tayfa (cəhənnəmə) girdikcə özündən əvvəlki dindaşına və ya tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq...»(Əraf-38.)
    «Şübhəsiz ki, bu — cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi, çənə-boğaz olması — bir həqiqətdir.» (Sad-64.)
    İKİ DÜNYA ARASINDAKI ƏLAQƏ
    Keçən söhbətimizdən bu dünya ilə axirət dünyasının quruluşu arasındakı fərqlər aydınlaşdı. İndi isə bu iki dünya arasındakı əlaqənin nədən ibarət olmasına baxaq.
    Dünya ilə axirət arasında əlaqə bərqərar olmasında heç bir şəkk-şübhə yoxdur. Onların arasında çox möhkəm bağlılıq və əlaqə vardır. Dünya ilə axirət arasındakı əlaqə bir ömürün iki hissəsi və ilin iki fəsli kimidir. Bir fəsildə əkmək, digər fəsildə isə biçmək lazımdır. Ümumiyyətlə, onlardan biri əkin, digəri isə biçin, biri toxum, digəri isə meyvədir. Axirətdəki cənnət və cəhənnəm burada yaranır. «Təfsirul-mizan» kitabının 13-cü cildinin 23-cü səhifəsində nəql edilmiş bir hədisdə belə deyilir:
    «Cənnət hal-hazırda heç bir əkini olmayan boş bir səhradır. Burada deyilən «Subhənallahi vəlhəmdu-lillahi və la ilahə illəllahu vəllahu əkbər və la hovlə və la quvvətə illa billahil əliyyil əzim» zikrləri orada əkilən ağaclardır».
    «Vəsailuş-şiə» kitabının 2-ci cildinin 1208-ci səhifəsində əziz İslam Peyğəmbərindən (s) nəql edilmiş digər bir hədisdə belə deyilir:
    «Merac gecəsi cənnətə daxil oldum və gördüm ki, mələklər qızıl və gümüş palçıqla bənnalıq edir, bəzən isə işdən əl çəkirlər. Onlara dedim ki, nə üçün gah işləyir, gah da dayanırsınız? Dedilər ki, tikinti mallarının gəlməsini gözləyirik. Soruşdum ki, tikinti malları nədir? Onlar dedilər ki, tikinti malları möminin dünyada dediyi «Sübhənallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər» zikrləridir. Möminlər həmin zikrləri deyəndə biz tikir, dayananda isə əl saxlayırıq.»
    Həmin kitabın 1206-cı səhifəsində, Peyğəmbərin (s) belə buyurduğu nəql edilib:
    «Allah-taala cənnətdə (möminlərin bu dünyada dedikləri) «Sübhanəllah», «Əlhəmdu-lillah», «La ilahə illəllah» zikrlərinin hər biri üçün bir ağac əkər.
    Qureyş qəbiləsindən olan bir kişi dedi: Onda bizim cənnətdə çoxlu ağaclarımız var.
    O həzrət buyurdu: Bəli, amma diqqətli olun ki, od göndərərək onları yandırmayasınız. Bunun dəlili Allah-taalanın bu ayəsidir ki, buyurur: «Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!» (Məhəmməd-33.)
    Yəni bu dünyadakı yaxşı işlərinizlə cənnət ağacları yaratdığınız kimi, pis işlərinizlə cəhənnəm odu yaradırsınız və həmin od öz yaxşılıqlarınızla yaratdıqlarınızı məhv edə bilər.
    Digər bir hədisdə isə belə buyurub: «Od ağacı yandıraraq külə döndərdiyi kimi, həsəd də insanın imanını yandırıb məhv edər.»
    Bütün bunlardan məlum olur ki, cəhənnəm də, cənnət kimi boş səhradır. Orada olan od və əzablar, insanın öz əli ilə yandıraraq göndərdiyi günahların cilvəsidir.
    Zahid məni aldatma Cəhənnəmdə od olmaz
    Onlar ki, yanarlar, odu burdan apararlar.
    Təqva və yaxşı işlərdən cənnətin huri, qəsr və əbədi nemətləri yarandığı kimi, çirkinlik və murdarlıqlardan da cəhənnəmin ilan, kərtənkələ, qaynar su və zəqqum yeməkləri yaranır. Allah-taala cəhənnəm əhli barəsində belə buyurur: «Bizi aciz buraxacaqlarını (əzabımızdan qaçıb canlarını qurtara biləcəklərini) zənn edərək ayələrimizi (batil etməyə) cəhd göstərənlər isə şiddətli bir əzaba düçar olacaqlar».(Səba-5.)
    ÜÇ NÖV CƏZA
    «İki dünya arasındakı fərqlər» və «iki dünya arasındakı əlaqə» başlıqlı söhbətlərimiz indi barəsində danışmaq istədiyimiz məsələ, yəni cəzaların növləri barəsindəki söhbətimiz üçün müqəddimə idi. Biz indiki söhbətimizdə axirətdəki cəza növlərinin dünyadakı cəza növlərindən fərqli olmasını sübut etmək istəyirik. Cinayətlə cəza arasında tənasüb olmaması barəsində edilmiş iradın cavabı bu fərqin başa düşülməsindən asılıdır.
    Cəza üç növdür:
    1. Şərti cəza; (tənbih və ibrət).
    2. Günahla təbii və birbaşa əlaqəsi olan cəza; (dünyadakı cəzalar).
    3. Cinayətin öz cilvəsi olan və ondan başqa bir şey olmayan cəzalar (axirət əzabları).
    TƏNBİH VƏ İBRƏT
    Birinci cəza növü insan cəmiyyətlərində ilahi və ya qeyri-ilahi qanunvericilər tərəfindən müəyyənləşdirilmiş cəza qanunlarıdır. Həmin cəza növlərinin iki faydası vardır. Onlardan biri cəzadan yaranan qorxu nəticəsində, həmin cinayətkarların yaramaz işlər törətmələrinin qarşısının alınmasıdır. Buna görə də həmin cəza növlərini tənbih adlandırmaq olar. Onun digər faydası isə, zərər çəkmiş tərəfin sakitləşməsi və təsəlli tapmasıdır. Bu fayda, cinayət başqalarına qarşı törədildikdə və onların haqlarının pozulduğu təqdirdədir.
    İnsanda intiqam və ondan yaranan rahatlanma hissi çox güclüdür və həmin hiss deyəsən ibtidai icma quruluşları vaxtı, indikindən də güclü olub. Əgər canini qanun yolu ilə cəzalandırmasaydılar, cəmiyyətdə həddindən artıq çox pozğunçuluq və özbaşınalıq yaranardı. Bu hiss insanda indi də vardır və ən azı mütərəqqi cəmiyyətlərdə bir az zəif və ya gizlidir. Zülmə məruz qalmış insanda, ruhi gərginlik yaranır və əgər onun həmin gərginliyi aradan qaldırılmasa o, bilərəkdən və ya bilmədən bir gün cinayət törədə bilər. Amma cinayətkarı onun gözü qarşısında cəzalandıranda, onun gərginliyi aradan gedir və ruhu, kin-küdurətlərdən təmizlənir.
    Cinayətkarların tərbiyə olunmaları və cəmiyyətdə nizam-intizam yaradılması üçün cəza qanunlarının olması lazım və zəruridir və heç bir şey onun yerini tuta bilməz. Bəzilərinin «cinayətkarı cəzalandırmaq əvəzinə tərbiyə etmək və həbsxana əvəzinə tərbiyə evləri yaratmaq lazımdır» sözləri bir növ «söz oynatmaq» kimidir. Cinayətkarı tərbiyə etmək və tərbiyə evləri yaratmaq şübhəsiz ki, lazımlı və zəruri bir işdir və düzgün tərbiyənin, cinayətin sayını azaltması qətidir. Unutmaq olmaz ki, cinayətlərin baş verməsinin səbəblərindən biri, ictimai qarışıqlıqlar olduğu kimi, düzgün ictimai, iqtisadi və mədəni sistemlərin yaradılmamasıdır və belə mərkəzlərin yaranması cinayətlərin azalmasında mühüm rola malikdir. Amma bunların heç biri digərinin yerini tutmur. Nə tərbiyə və ədalətli quruluş cəzanın canişini ola bilir və nə də cəza, düzgün tərbiyə və ictimai quruluşun yerini tuta bilir.
    Tərbiyə nə qədər düzgün və ictimai quruluş nə qədər ədalətli və sağlam olsa da, yenə azğın və itaətsiz insanlar tapılırlar və onların qarşısının alınmasının yeganə yolu, bəzən hətta çox ağır formalı cəzalardır.
    İmanı gücləndirmək, düzgün tərbiyə üsulu yaratmaq, cəmiyyəti saflaşdırmaq və cinayətin yaranma səbəblərini aradan aparmaqla cinayətlərin sayını çox azaltmaq olar və həmin yollardan istifadə edilməsi zəruridir. Amma inkar etmək lazım deyil ki, cəza da öz yerində lazımdır və başqa şeylərin heç biri, onun göstərdiyi təsirə malik deyil. Bəşəriyyət hələ ki, nəsihət vermək, yol göstərmək və digər təlim-tərbiyə vasitələri ilə bütün insanları tərbiyə etməyə nail olmayıb və bəlkə heç bundan sonra da olmayacaq və indiki maddi həyat tərzi və mədəniyyətin belə bir iş görəcəyinə, heç vaxt cinayət törədilməycək bir şərait yarada biləcəyinə ümid də yoxdur. Bu günki mədəniyyət, cinayətləri nəinki azaltmayıb, hətta onları daha da çoxaldıb.
    Qədimdə aftafa oğurluğu, cib kəsmək və yol kəsmək formasında həyata keçirilən cinayətlər, bu gün minlərlə görünən və görünməyən, gizli və aşkar formalarda baş verir. Müasir dövrdə böyük ticarət gəmilərinin, avtomobil və təyyarələrin oğurlanması halları ilə rastlaşırıq.
    Dediyimiz dəlillərə görə, insan cəmiyyətləri üçün şərti cəza qanunlarının zəruri və xeyirli olmasını qəbul etmək lazımdır. Amma əvvəldə qeyd etdiyimiz kimi, cəza qanunlarını müəyyənləşdirənlər, cinayətlə cəza arasındakı uyğunluqlara riayət etməlidirlər.
    Amma maraqlı burasıdır ki, axirət dünyasında bu cür qanunların olması ağıla batan deyil. Çünki, orada nə cinayətin təkrarlanması və nə də intiqamdan yaranan rahatlıq hissi məsələsi var və nə də axirət əməl yeri deyil ki, insanı cəzalandırmaq onun ikinci dəfə həmin çirkin əmələ mürtəkib olmaması məqsədi daşısın. Həmçinin Allah-taalada intiqam və ondan yaranan rahatlıq hissi yoxdur ki, O, ürəyini soyutmaq üçün intiqam alsın. Orada məzlumların, xüsusilə Allah övliyaları və geniş ilahi rəhmət təzahürlərindən zülmə məruz qalanların ürəklərini soyutmaq məsələsi də mövcud deyil. Məlumdur ki, Allah övliyalarından olmayan şəxs üçün belə, həmin dünyada bir az xeyir, rəhmət və bağışlanma əldə etmək, düşməndən intiqam almaqdan daha üstündür.
    Bundan əlavə bütün əzablar insanların hüquqlarına aid olmadığı üçün, ilahi ədalətin, məzlumların zalımlardan intiqam almaqla razı salınmasını tələb etməsini demək olmaz. Əzabların mühüm bir hissəsi şirk, riya, Allaha ibadətin tərk edilməsi kimi insanların haqqı deyil, Allahın haqqı ilə bağlı məsələlərdə olacaq. Belə olan şəraitdə, dünya cəzalarında dediyimiz iki təsir və xüsusiyyətin heç biri mövcud olmur.
    DÜNYA CƏZALARI
    Cəzaların ikinci növü cinayətlə səbəb-nəticə əlaqəsinə malik olan cəzalardır. Yəni həmin cəza görülmüş cinayətin nəticə və təbii məhsuludur. Bu cəzaları «əməlin cəzaları» və ya «günahın vəzi əsəri» adlandırırlar. Günahların çoxu, bu dünyada ona mürtəkib olana xoşagəlməz vəzi təsirlər göstərir. Məsələn, şərab içmək ictimai ziyanlara səbəb olmasından əlavə, şərab içənin ruhi və cismi vəziyyətinə bir sıra zərərlər də gətirir. Şərab içmək sinirlərin pozulması, qanın laxtalanması və qara ciyər xəstəliklərinin yaranmasına səbəb olur. Fahişəlik bir çox cinsi və infeksiya xəstəlikləri yaradır.
    Bunlar günahın zati təsirləridir və qanuni cəzalar olmadıqları üçün cinayətlə cəza arasında tənasübün riayət edilməsi məsələsi burada irəli sürülə bilməz. Nəsihət verənin sözlərinə qulaq asmayan və öldürücü zəhəri başına çəkən şəxs mütləq öləcəkdir. Həmin ölüm zəhər içməyin təbii nəticəsi və vəzi təsiridir. İndi burada kiminsə «bu yazıq yalnız beş dəqiqə günah iş gördü, nə üçün ölümə düçar oldu və varlığını əldən verdi?» deməsi səhv bir işdir. Əgər birinə «özünü dağdan atsan öləcəksən» desələr, onun «mənim özbaşınalığımla bu ağır cəza arasında nə tənasüb və uyğunluq var?» deyib etiraz etmək haqqı yoxdur. Burada, məsələ səbəb-nəticə qanunu məsələsidir. Özünü dağdan atmaq və ya zəhər içmək səbəb, ölmək və məhv olmaq isə onun nəticəsidir. Həmin səbəblərin nəticəsi budur və bundan başqa cür ola da bilməz.
    Cinayətlə cəzanın tənasüblüyü məsələsi, əlaqələri zati və gerçək olmayan şərti cəzalara aiddir. Amma təbii cəzalar əməlin nəticəsi və ayrılmaz hissəsidir və bu kitabın ikinci fəslində dediymiz kimi, dünyanın səbəb-nəticə qanununda hər bir şeyin öz yeri var və həqiqi səbəbin həqiqi nəticəyə səbəb olmaması qətiyyən mümkün deyil.
    Dünya ilə axirətin fərqlərindən danışarkən dedik ki, dünya əkin, axirət isə biçim mövsümüdür. Amma bəzi əməllər öz nəticələrini elə bu dünyada göstərirlər, necə deyərlər, biçin elə burada olur. Əlbəttə bu, yəni əməlin nəticəsinin burada alınması və biçinin burada olması, ilahi cəzanın bir növüdür. Amma bu kamil cəza deyil. Dəqiq hesab və tam cəza axirətdə olacaq. Dünya əməl evidir və onda bəzən cəza da görünür. Amma axirət yüz faiz cəza və hesab evidir və orada əmələ heç bir imkan yoxdur.
    Allahın yaratdıqları məxluqlarla bağlı işlər – istər xalqa xidmət olsun, istərsə də pislik — adətən onun axirət cəza və mükafatından heç bir şey əskilmədən bu dünyada cəza və mükafatlandırılır.
    Valideynə pislik bu dünyada cəzalandırılır, xüsusilə əgər həmin pislik valideyni öldürmək olsa. Hətta insanın ata və anası fasiq və kafir olsalar belə, onlara qarşı edilmiş pislik nəticəsiz qalmır.
    Abbasi xəlifələrindən olmuş Müntəsir atası Mütəvəkkili öldürdü və qısa bir müddətdən sonra özü də öldürüldü. Halbuki Mütəvəkkil çox xəbis və alçaq bir adam idi. Mütəvəkkil özünün şənlik məclislərində Əmirəl-möminin Əli əleyhissəlamı məsxərə edirmiş. Onun təlxəkləri özlərini o həzrətin şəklinə salır və onu yamsılayaraq məsxərə edirmişlər və öz şerlərində Əli əleyhissəlama qarşı nalayiq sözlər işlədirmişlər. Müntəsir atasının Həzrət Zəhranı (s.ə.) söyməsini eşidir və böyük şəxsiyyətlərin birindən, onun cəzasının nə olmasını soruşur. Həmin şəxs deyir ki, onun cəzası öldürməkdir, amma bil ki, atasını öldürənin ömrü qısalar. Müntəsir deyir ki, mən Allahın itaətində ömrümün qısalmasından qoxmuram. O, atasını öldürür və ondan sonra yeddi aydan çox yaşamır.(Səfinətul-bihar 10-cu cild səh 296.)
    Əli əleyhissəlam xalqa yaxşılıq və xidmət etməyin bu dünyadakı əksül-əməli barəsində belə buyurub:
    «Birinə yaxşılıq etdikdən sonra onun sənə təşəkkür etməməsi və ya nankorluq etməsi, səni yaxşı işlər görməkdən soyutmasın. Sən öz mükafatını, həmin şəxsdən almaq istədiyindən də çox miqdarda, heç bir yaxşılıq etmədiyin digər birisindən alacaqsan. Hər halda dünya sənin mükafatını qaytaracaq, hətta sən heç vaxt gözləmədiyin yerdən olsa belə!»
    Mövləvi əməl və əksül-əməl barəsində belə deyir:
    Məzmunu belədir: Bu dünya dağ, əməllərimiz isə nidadır; dağdan bizə tərəf səs qayıdıb gələr.
    Başqası isə dünyanın cəza və mükafatları barəsində belə deyib:
    Məzmunu belədir: Mən öz gözümlə gördüm ki, bir keçiddə bir quş qarışqanın canını aldı; amma o, başını ovdan qaldırmamışdı ki, başqa bir quş gəlib onun işini bitirdi; pislik edəndə onun afətindən amanda olmağını güman etmə ki, təbiətə cəza vermək vacib edilib.
    Əlbəttə, bir nəfər və ya qrupa zərər və ziyan dəyəndə, belə fikirləşməməliyik ki, həmin zərər-ziyan, mütləq onların əməllərinin cəzasıdır. Çünki bu dünya müsibətlərinin digər fəlsəfələri də vardır. Hər halda, bizim fikrimizcə bu dünyada əməlin cəzası məsələsi mövcuddur.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 792 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024