İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1940
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamran
  • Seref
  • Foilimnuy
  • Karasevstist
  • Xalid11
  • semi_84
  • farid777
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 12:35 PM
    AXİRƏT ƏZABI
    Axirət dünyasının cəzalarının günahlarla daha sıx təkvini əlaqəsi vardır. Axirətdə əməllə cəza arasındakı əlaqə, nə birinci növ cəzalar kimi şərti və nə də ikinci növ cəzalar kimi səbəb-nəticə əlaqəsidir, əksinə bu əlaqə onlardan da bir dərəcə artıqdır. Burada «eynilik» və «birlik» əlaqəsi hakimdir. Belə ki, axirətdə yaxşı və ya pis iş görənlərə mükafat və ya cəza şəklində verilən əvəzlər, əməlin özünün cilvəsi və təzahürüdür.
    Qurani-kərim belə buyurur: «O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri, qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır...»(Ali İmran-30.)
    Digər bir yerdə isə belə buyurur: «...Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz...»(Kəhf-49.)
    Zilzal surəsinin 6-8-ci ayələrində isə belə buyurur:
    «O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbrlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar!...
    Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə onun xeyrini görəcəkdir.
    Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir.»
    Bəzi təfsirçilərin son nazil olmuş ayə saydıqları aşağıdakı ayədə isə belə buyurur:
    «Allaha tərəf qayıdacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır.» (Bəqərə-281.)
    Quranın yetim malı yemək barəsindəki təbiri isə belədir:
    «Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.» (Nisa-10.)
    Yəni yetim malı yemək eyni ilə od və atəş yeməkdir. Amma onlar bu dünyada olduqları üçün, bunu başa düşmürlər, bədən pərdəsi aradan götürüldükdən və bu dünyadan çıxan kimi od tutub yanacaqlar.
    Qurani-kərim iman əhlinə belə xəbərdarlıq edir:
    «Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun...!» (Həşr-18.)
    Bu, çox maraqlı qətiyyət və aydın tonla deyilmiş hökmdür. Ayə əmr formasında, hamının sabah üçün nə göndərdiyinə baxmasının zəruriliyini bildirir. Burada əvvəlcədən bir şey göndərməkdən söz gedir. Yəni siz orada eyni ilə indi göndərdiklərinizə malik olacaqsınız. Buna görə də nə göndərdiyinizə yaxşı baxın.
    Bu, səfərdən bir şey alaraq özündən qabaq vətənə göndərməyə bənzəyir. Həmin şəxs çox diqqətli olmalıdır. Çünki, səfərdən qayıdıb vətənə çatdıqdan sonra göndərdiyi poçt bağlamalarında özü göndərdiyi şeyləri görəcək. Onun oradan bir şey göndərməsi, vətənə qayıtdıqdan sonra isə başqa bir şeylə rastlaşması mümkün deyil.
    Bu ayədə «Allahdan qorxun» ifadəsi iki dəfə təkrarlanıb və onların arasında yalnız kiçik bir cümlə vardır və o, «hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın» sözləridir. Bəlkə də Quranda bunun bənzəri və belə qısa fasilə ilə iki dəfə təqvaya əmr edən ikinci bir ayə yoxdur.
    Quranda yenə belə buyurulur:
    «Günəş (əmmamə kimi sarınıb) sönəcəyi zaman;
    Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;
    Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;
    (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;
    Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;
    Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;
    Ruhlar (bədənlərə) qovuşacağı zaman;
    Diri-diri torpağa gömülən qız soruşulacağı zaman:
    O, hansı günaha görə öldürüldü –deyə;
    Əməl dəftərləri açılacağı zaman;
    Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;
    Cəhənnəm alovlandırılacağı zaman;
    Və Cənnət (möminlərə) yaxınlaşacağı zaman;
    Hər kəs (dünyada bu günkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!»(Təkvir, 1-14.)
    Yəni, o dünyada insana cənnət nemətləri və ya cəhənnəm əzabından çatacaq hər bir şey, onun özünün hazırladığı şeydir, yalnız bu fərqlə ki, o, burda onları tanımır, orada isə tanıyacaqdır. Quranın bir çox ayələrinin belə bir məzmunu var: Allah qiyamət günü, sizə nə etdiklərinizi xəbər verəcəkdir. Yəni siz indi nə etdiyinizi bilmirsiniz, qiyamət günü öz işlərinizdən xəbərdar olacaq və öz əməllərinizi tanıyacaqsınız.
    «(Ya Peyğəmbər!) De ki: (Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir.» (Cümə-8.)
    Axirətin cəzaları əməlin təzahürüdür. Oranın nemət və əzabları həmin yaxşı və pis əməllərdir ki, pərdə kənara çəkiləndən sonra, həmin formalarda cilvələnirlər. Quran oxumaq gözəl bir səs olacaq və insanın kənarında dayanacaqdır. Qeybət və başqalarını incitmək cəhənnəm itlərinin yeməyi formasında olacaqdır.
    Başqa sözlə desək, bizim əməllərimizin bir müvəqqəti və fani olan və bu dünyada söz və ya əməl şəklində zahir olan mülki surəti, bir də bizdən baş verdikdən sonra heç vaxt fani olmayan, bizim ayrılmaz ardıcıl, davamçı və övladlarımızdan sayılan mələkuti (məlaikə və ruh aləminə mənsub) forması vardır. Bizim əməllərimizin mələkuti forması həmişə qalır. Biz bir gün onlara çatacaq və onları həmin formada müşahidə edəcəyik. Gözəl və ürəkaçan olsalar, bizim nemətlərimiz, çirkin və iyrənc olsalar isə, bizim cəhənnəm odumuz olacaqlar.
    Hədisdə nəql edilib ki, bir qadın Peyğəmbərdən məsələ soruşmaq üçün o həzrətin yanına gəlibmiş. Həmin qadının boyu qısa imiş. O, gedəndən sonra Ayişə əli ilə onun qısa boyluğunu yamsılayır. Peyğəmbər (s) ona belə buyurur: Dişlərini təmizlə! Ayişə deyir: Ey Allahın Peyğəmbəri, mən ki, bir şey yeməmişəm?! Həzrət bir də onun dişlərini təmizləməsini istəyir. Ayişə dişlərini təmizləyir və ağzından bir parça ət düşür.
    Peyğəmbər (s), ilahi qüdrətlə qeybətin həmin dünyadakı mələkuti və qeybi mahiyyətini Ayişəyə göstərir.
    Qurani-kərim qeybət barəsində belə buyurur:
    «...Bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir)...» (Hucurat-12.)
    Peyğəmbərin (s) səhabələrindən olmuş Qeys ibni Asim nəql edib ki, bir gün Bəni-təmim qəbiləsindən olan bir dəstə adamla Peğəmbərin (s) yanına getmişdik. Mən o həzrətə dedim: Ey Allahın peyğəmbəri, biz səhrada yaşayırıq və sənin hüzurundan az bəhrələnirik, bizi moizə və nəsihət et.
    Peyğəmbər (s) çox faydalı nəsihətlər verdi, o cümlədən belə buyurdu:
    «Sənin, səndən heç vaxt ayrılmayacaq bir yoldaşın olacaq və o, səninlə birlikdə dəfn ediləcək, sən ölü, o isə diri olacaq. Əgər sənin yoldaşın şərəfli olsa səni əzizləyəcək, yaramaz olsa isə səni hadisələrin öhdəsinə buraxacaq. Sonra həmin yoldaşın səninlə məhşərə gələcək və qiyamətdə səninlə birgə olacaq və sən onun üçün məsuliyyət daşıyacaqsan. Bəs seçdiyin yoldaşın yaxşı olmasına diqqət et. Çünki o, yaxşı olsa sənin ünsiyyət vasitən olacaq, belə olmasa (pis olsa isə) sənin vəhşətinə səbəb olacaq. «Həmin yoldaşın sənin rəftarındır».
    Qeys ibni Asim, Peyğəmbərə (s) deyir ki, istəyirəm sizin nəsihətləriniz şer formasına salınsın və biz onu əzbərləyək və onunla fəxr edək. Peyğəmbər (s) Həssan ibni Sabitin dalınca adam göndərir. Amma Həssan gəlməmiş, o həzrətin sözlərindən vəcdə gəlmiş Qeys, Peğəmbərin sözlərini nəzmə çəkir və o həzrətə təqdim edir.
    Məzmunu: «Öz əllərinlə özünə bir dost seç ki, insanın qəbirdə (bərzəxdə) dostu onun əməlləridir; sən qiyamət günü üçün dost seçib hazırlamaq məcburiyyətindəsən; əgər başın bir şeyə qarışsa, diqqətli ol ki, o, Allahın bəyəndiyi şeydən başqa bir şey olmasın; çünki insan ölümdən sonra öz əməlindən başqa heç bir şeylə yoldaş olmur; həqiqətən insan öz ailəsində qonaqdan başqa bir şey deyil, bir az orada qalır və sonra köçüb gedir».
    Digər bir hədisdə deyilir: «Bu əzablar sizin özünüzə qaytarılan əməllərinizdir.»
    Afərin Sədi, bu şeri çox gözəl deyib:
    Ömürdən gedir hər keçən nəfəs
    Baxıram ətrafa qalmamış bir kəs.
    Ey yatan əlli il qəflətdə bütün
    Qoyma ki, boş keçsin bu qalan beş gün.
    Utansın o kəs ki, ömrü puç etdi
    Dünyadan köçəndə xəcalət getdi.
    Köç vaxtı səhərin şirin yuxusu
    Qoyar piyadəni yoldan doğrusu.
    Hər gələn dünyada bir bina saldı
    O getdi mənzili özgəyə qaldı.
    Çoxları dünyaya göstərmiş həvəs
    Tikdiyi mənzildə qalmamış bir kəs.
    İndi ki, öləcək pis də yaxşı da
    Xoş ona ki, çatdı yaxşı bir ada.
    Bir yarpaq göndər öz qəbrinə bu gün
    Ki sonra göndərmək deyildir mümkün.
    Sütülkən kim yesə əkinin hər il
    Başşaq toplayacaq xərmən üstü bil.
    Ey pulsuz bazara gedən sərsəri
    Qorxuram əli boş dönəsən geri.
    USTADIN XATİRƏSİ
    Ömrümdə gördüyüm ən böyük şəxsiyətlərdən, doğrudan da pərhizkarlıq, ibadət və yəqin əhllərinin simvolu və keçmiş alimlərin saleh davamçısı olmuş ustadım mərhum Hacı Mirzə Əliağa Şirazidən bir yuxu xatirəm var ki, məncə onu nəql etmək faydasız olmaz.
    1321-ci ilin (1942-ci il) yayında Qumdan İsfahana getdim və onunla birinci dəfə İsfahanda tanış oldum. Əlbəttə, bu tanışlıq sonralar mənim ona qarşı çox güclü məhəbbətimə və onun mənə qarşı ustad və atalıq lütf və mərhəmətinə çevrildi. Bir gün o, ziyarət üçün Quma gəlmişdi. Həmin müddətdə ustad bizim otağımızda qalırdı və onu sevən böyük alimlərin hamısı onunla orada görüşürdülər.
    Mən ilk dəfə İsfahana gedəndə həmin şəhərdən olan, düz iyirmi il bir yerdə dərs oxuduğum və indi Qum dini mədrəsələrinin böyük müəllim və müctəhidlərindən olan əziz dostum mənə dedi ki, Sədrəddin mədrəsəsində böyük bir alim var və Nəhcül-bəlağədən dərs deyir, gəl onun dərsinə gedək. Bu təklif mənim üçün ağır idi. Çünki, fikirləşirdim ki, «Kifayətul-üsul» oxuyan tələbənin Nəhcül-bəlağə dərsinə getməyə nə ehtiyacı var?! Nəhcül-bəlağəni özüm oxuyub «bəraət və istishab» qanunları ilə məsələlərimi həll edərəm.
    Yay tətili günlərində heç bir işimizin olmadığından və həmçinin bu təklifi əziz dərs yoldaşım verdiyi üçün oraya getdim və tezliklə öz səhvimi başa düşdüm. Başa düşdüm ki, mən Nəhcül-bəlağəni başa düşməmişəm və indi nəinki onu ustadla oxumağa ehtiyacım var, hətta onu dərs vermək üçün düz-əməlli bir ustadın olmamasını da etiraf etməliyəm. Bundan əlavə gördüm ki, təqva və mənəviyyat əhli olan elə bir şəxsiyyətin qarşısındayam ki, biz dini tələbələrin dili ilə desək, «onu görmək üçün uzaq yollardan səfər etməyə dəyən» adamlardandır.
    Onun özü, canlı bir Nəhcül-bəlağə idi. Nəhcül-bəlağənin nəsihətləri ruhunun dərinliklərinə işləmişdi. Mən həmin şəxsin Əmirəl-möminin əleyhissəlamın ruhu ilə bağlı olduğunu hiss edirdim. Mən doğrudan da, həmişə hesablayanda, özümün ən böyük ruhi azuqəmin həmin şəxsin söhbətindən olmasını görürəm. Allah ondan razı olsun və onu pak imamalar və övliyaları ilə məhşur etsin.
    Mənim həmin şəxsdən böyük xatirələrim var və onlardan biri, indi nəql etmək istədiyim yuxudur. O, bir gün dərs əsnasında göz yaşları ağ saqqalına süzüldüyü halda bu yuxunu nəql etdi.
    «Yuxuda gördüm ki, ölümüm çatıb. Mən yuxuda ölümü bizə deyilən kimi gördüm. Özümü bədənimdən ayrı görür və bədənimin qəbristanlıqda dəfn edilməsini müşahidə edirdim. Məni qəbristanlığa apararaq dəfn edib getdilər. Tək qaldım və nə olacağından nigaran idim. Birdən, bir ağ itin qəbirə daxil olduğunu gördüm. Həmin vaxt bu itin mənim kobudluğumun təzahürü olmasını və indi mənim yanıma gəlməsini hiss etdim. Nigaran oldum. Özümü itirmişdim və nə etmək lazım olduğunu bilmirdim, elə bu zaman həzrət imam Hüseyn (ə) gəldi və mənə dedi ki, qorxma, mən onu səndən ayıraram. «(Mərhum Hacı Mirzə Əliağa Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) çox bağlı olub. Böyük müctəhid, filosof, ədəbiyyatşünas, arif və təbiblərdən sayılan bu böyük insan hətta, qədim tibb və ədəbiyyat kimi bəzi sahələrdə birincilərdən sayılıb və İbni Sinanın «Qanun» kitabını tədris edib. O, həmçinin imam Hüseyn (ə) yolunun xidmətçilərindən idi. Minbərə gedər, moizə edər və dini müsibətlər oxuyardı. Çox az adam tapılardı ki, bu təqvalı və saf şəxsiyyətin minbərinə qulaq assın, amma batinən özündə bir dəyişiklik hiss etməsin. O, minbərdə moizə edəndə, Allah və qiyamətdən danışanda mənəvi və ruhi dəyişiklik halında olar, Allah, Peyğəmbər və Əhli-beyt məhəbbəti, onu özünə tərəf çəkərdi. Allahı zikr etməklə halı dəyişərdi. O, Allah-taalanın bu ayəsinin nümunəsi idi: «Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.» (Ənfal-2.) Peyğəmbər (s) və ya Əmirəl-mömininin (ə) adını çəkəndə göz yaşı tökərdi. Bir dəfə Ayətullah Bürucirdi, onu Aşura ongünlüyündə keçirdiyi məclisdə söhbət etməyə dəvət etmişdi. Onun minbərləri xüsusi tərzdə keçərdi. Adətən, Nəhcül-bəlağədən kənara çıxmazdı. O, Ayətullahın evində minbərə gedərdi və iştirakçılarının əksəriyyəti elm əhli və tələbələr olan məclis, onun söhbətlərindən çox təsirlənərdi. Belə ki, o, söhbətə başlayandan qurtarana kimi məclisdə göz yaşı və hıçqırtı səslərindən başqa bir şey müşahidə edilməzdi.)
    Həmin yuxu məsələsində, şəfaət barəsində nöqtələr var ki, Allahın köməyi ilə gələn fəsildə ona toxunacağıq.
    NƏTİCƏ
    Günahla cəzanın tənasübü barəsindəki iradın cavabını belə xülasə etmək olar ki, tənasübün riayət edilməsi, ictimai və şərti cəzalarda məna verir. Qanunverici bu növ cəzalarda cinayətlə cəzanın mütənasib olmasını nəzərə almalıdır. Amma əməllə təkvini əlaqə və bağlılığı olan cəzalarda, yəni cəzanın əməlin həqiqi nəticə və əsəri olan yerlərdə və ya günahla eynilik və vəhdəti olan cəzalarda, yəni cəza, əməlin özü olanda, tənasübün olub-olmaması barəsində danışmaq mümkün deyil.
    «Necə ola bilər ki, Allah bizə çox kiçik günahlara görə böyük cəzalar versin?» deyən Rassel, axirətin dünya ilə olan əlaqəsinin şərti və ictimai əlaqələr növündən olmamasını dərk etməyib.
    Rassel kimilər İslam maarifi və həqiqətlərindən uzaq və xəbərsizdirlər. Onlar hətta ilahi maarifin əlifbası ilə belə tanış deyildirlər. Rassel kimilər yalnız xristian dünyası ilə tanışdırlar. Onlar İslamın fəlsəfə, irfan və digər dərin maarifindən azacıq da olsa, agahlığa malik deyildirlər. Rassel, İslam maarifi ilə azacıq tanışlığı olanların gözündə, İslam və şərq fəlsəfəsi sahəsində orta məktəb şagirdi qədər də saya gəlmir.
    İslam, öz qoynunda çox böyük şəxsiyyətlər — bu dünyada olduqları halda axirətlə tanış olan və Rassellərin təsəvvürlərindən çox yüksək həqiqətləri duyan insanlar yetişdirib.
    Quran məktəbinin şagirdləri, axirət dünyasının cəzalarının bu dünyada olan əməllərlə eyni olması həqiqətini və həmin cəzanın dünya əməllərindən başqa bir şey olmamasını çox yaxşı öyrəniblər. Mövləvinin bu həqiqəti bəyan edən şerləri var. Bizim özümüzün moizə edilməyimiz baxımından, həmin şerləri nəql etmək yaxşı olar.
    Mövləvi belə deyir:
    Məzmunu: Ey Yusifin kürkünü yırtan; canavarlar bir-bir sənin xasiyyətin olublar və qüssədən sənin bədən üzvlərini yırtırlar; toxuduğunu həmin gün geyin və əkdiyini həmin gün ye; əgər tikanlardan yorulmusansa onları özün əkmisən və əgər ipəyin varsa onu özün toxumusan; əgər səndən məzluma zərər toxunubsa o, cəhənnəmin zəqqum ağacına dönəcək; ilan zəhəri kimi acı olan bu sözlərin ilan və kərtənkələ olub ətəyindən yapışacaq.
    Qurana, bu şagirdlərinə görə eşq olsun! Əgər Quran olmasaydı Mövləvi, Hafiz, Sənai, Əttar, Sədi və başqaları da olmazdılar. İranlıların istedadları, İslam nuru ilə parladı və İslam maarifini, bütün xalqlardan daha yaxşı dərk etmək fəxri, İran xalqları üçün bəsdir. Söhbətimi Sədinin bu barədəki nəsihətləri ilə sona çatdırıram.
    Məzmunu: Əkdiyimiz bu tikandan xurma yemək olmaz; əyirdiyimiz bu yundan ipək toxumaq olmaz; günah lövhəsinə üzürxahlıq xətti çəkmədik; böyük günahların kənarına yaxşı işlər yazmadıq; qocalıq və gənclik gecə-gündüz kimi keçdi; gecə oldu, gündüz gəldi biz ayılmadıq; bizim qiyamətdə arxa və pənahımızın olacağı təəccüblü olar, çünki biz bu gün heç kəsə arxa-pənah olmamışıq; əgər qiyamət günü Xacə şəfaət etməsə bəlkə, çirkin olduğumuza görə daraqçıdan incimərik.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 489 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2021