İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 12:22 PM
    YEDDİNCİ FƏSİL
    ŞƏFAƏT
    1. İrad;
    2. Qanunun zəifliyi;
    3. Şəfaətin növləri;
    4. Qanunu pozmaq;
    5. Qanunu qorumaq;
    6. Rəhbərlik şəfaəti;
    7. Bağışlanma şəfaəti;
    8. Rəhmətin cazibəsi;
    9. Paklıq prinsipi;
    10. Sağlamlıq prinsipi;
    11. Ümumi rəhmət;
    12. Bağışlamaqla şəfaətin əlaqəsi;
    13. Şəfaətin şərti;
    14. Şəfaət Allaha məxsusdur;
    15. Tövhid və təvəssül (sığınmaq);
    16. İradlara cavab.
    İlahi ədalət mövzusunda, barəsində danışılmalı və araşdırılmalı məsələlərdən biri də «şəfaət» bəhsidir. Şəfaət barəsində bir sıra söz-söhbətlər var və bunlar, Vəhhabi təriqəti meydana çıxdıqdan sonra daha da qızışıb. Vəhhabi təriqəti Məhəmmədibni Əbdülvəhhaba məxsusdur və hal-hazırda Səudiyyə Ərəbistanının rəsmi təriqəti sayılır. Bu təriqət çox səthi və ibtidai səviyyədə, ibadətdə tövhiddən dəm vurur və ona görə də, İslamın dəqiq və ali maariflərinin çoxunu inkar edir. Onların, tərəfdarı olduqları tövhid, İslam əsaslarının çoxuna zidd olan Əşəri tövhidi kimidir.
    İRAD
    Şəfaət barəsində deyilmiş və ya deyilməsi mümkün olan iradlar aşağıdakılardan ibarətdir:
    1. Şəfaət, ibadətdə tövhid məsələsinə ziddir və ona inam bəsləmək bir növ şirk hesab olunur. Əvvəldə qeyd etdik ki, bu, vəhhabilər tərəfindən irəli sürülən iraddır və şiələrin içərisində də onların fitnələrinə uyan bəzi şəxslərlə rastlaşmaq olur. (Çox maraqlıdır! Aralarında az-çox Nəhcül-bəlağədən danışılan, içərilərindən tövhid məsələlərini çox ali şəkildə araşdıran İbni Sina, Xacə Nəsrəddin Tusi və Molla Sədra kimi filosoflar çıxmış İran xalqlarının bəzi nümayəndələri tövhid dərslərini İbni Teymiyyə və Əbdülvəhhabdan öyrənmək istəyirlər?!)
    2. Şəfaət təkcə ibadətdə tövhidlə deyil, hətta zati tövhidlə də ziddir. Çünki şəfaətə inam bəslənilməsi, şəfaət edənin rəhmət və şəfqətinin Allahın rəhmətindən geniş və çox hesab edilməsini tələb edir, ona görə ki, biz şəfaət edilməyəcəyi təqdirdə, Allahın şəfaət edilən şəxsə əzab verəcəyini fərz edirik.
    3. Şəfaətə inam, günaha meyilli insanların günah etməyə cürətlənmələri və hətta onların günah etməyə təşviq edilmələrinə səbəb olur.
    4. Qurani-kərim şəfaəti rədd edərək onun olması fikrini puça çıxarıb. Bu ilahi kitab qiyamət gününü belə təsvir edir: «Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş-iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!» (Bəqərə-48) (Bu surənin 123-cü ayəsinin məzmunu da bu ayə kimidir.)
    5. Şəfaət, Quranın «İnsana ancaq öz əməli, öz zəhməti qalar» buyuruğu və eləcə də «hər bir kəsin xoşbəxtliyi onun öz əməlindən asılıdır» prinsipi ilə ziddir.
    6. Şəfaətin düzlüyünə inanmaq bizim, Allahın şəfaət edənin təsiri altına düşməsinə və bununla da onun qəzəbinin rəhmətə çevrilməsinə inanmağımızı tələb edir, halbuki, Allah-taala təsir qəbul edən deyil. Onun halı dəyişməzdir və heç bir amil ona təsir göstərə bilməz. Dəyişkənlik ilahi zatın vacibliyinə ziddir.
    7. Şəfaət bir növ istisna qail olmaq, ayrı-seçkilik salmaq və ədalətsizlikdir, halbuki, Allahın yaratdığı quruluşda ədalətsizlik ola bilməz. Başqa sözlə desək, şəfaət Allah qanununda istisnadır, halbuki Onun qanunları ümumi, dəyişməz və istisnasızdır. «Sən Allahın qoyduğu qayda-qanunlarda əsla dəyişiklik görməzsən».
    Şəfaət məsələsi ilə ilahi ədalət arasında əlaqə yaradan bu iradlardır və həmin bəhsin bu kitabda irəli sürülməsinin səbəbi də odur.
    İradın izahında bunu da demək lazımdır ki, şəfaətin bütün günahkarlar barəsində həyata keçməyəcəyi qətidir. Çünki, belə olmayan surətdə nə qanunun və nə də şəfaətin heç bir mənası olmaz. Şəfaətin təbiətində ayrı-seçkilik və istisnalar var. İrad da elə həmin nöqtədən yaranır ki, günahkarların iki qrupa bölünmələri və bir qrupun tanışı olduğu üçün cəzalanmaqdan canlarını qurtarmaları, digər qrupun isə tanışı olmadığı üçün cəza alması necə mümkündür?
    Biz, qanunun tanışlıq və qohumbazlıqlar əlində giriftar olduğu insan cəmiyyətlərini fasid, geridə qalmış və ədalətsiz hesab edirik. İndi, ilahi quruluşda tanışbazlığın olmasına necə inana bilərik? Şəfaət olan cəmiyyətdə ədalət yoxdur.
    QANUNUN ZƏİFLİYİ
    Pul, tanış və gücün hər hansı bir cəmiyyətə təsir göstərə bilməsi, orada olan qanunun zəiflik və acizliyinin nişanəsidir. Qanun zəif olan cəmiyyətlərdə ədalətsizlik yaranır, güclülər ondan daha çox faydalana bilir və o, öz qüdrətini yalnız zəiflərə göstərir. Zəif qanun, zəif sinifləri tələyə daha yaxşı salır və cəza kürsüsündə oturdur. Amma o, güclüləri mühakimə etməkdə aciz qalır.
    Quran, ilahi qanunları güclü və möhkəm qanunlar kimi təqdim edərək, ilahi mühakimədə pul, tanış və güc amillərinin təsir göstərə bilməsini rədd edir. Quranda pul «ədl», (ya kökü «udul»dan - bir şeydən dönmək - olan mənada işlədilib), çünki, pul rüşvət kimi veriləndə haqq və həqiqətdən dönməyə səbəb olur; yaxud bir şeyin əvəz və bərabəri mənasında gətirilən tanış «şəfaət», güc isə «yardım» adlandırılıb. Bəqərə surəsinin 48-ci ayəsində belə oxuyuruq: «Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş-iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!»
    Yəni, axirət dünyasının quruluşu ictimai bəşər quruluşları kimi deyildir, ki, bəzən insan qanundan qaçmaq üçün tanış və ya pula sığınır və bəzən öz qohum-əqrəbasını köməyə çağırır və onlar qanunun icraçıları müqabilində güc nümayiş etdirirlər.
    İslamın ilk vaxtlarında müsəlman cəmiyyətlərində qanun çox güclü idi və cəmiyyət başçılarının ən yaxın adamları belə, ondan yaxa qurtara bilmirdilər. Əli (ə), qızının beytul-maldan zəmanətlə müvəqqəti istifadə üçün bir boyunbağı götürməsini eşitdikdə, onu bərk danlayır və tam ciddiliklə belə deyir: Əgər onu zəmanətlə götürməsəydin, əlini kəsərdim. (Yəni sənin barəndə oğru hökmünü icra edərdim.)
    O həzrət öz əmisi oğlu və alim dostu İbni Abbasın pis bir iş gördüyünü eşidəndə, məktub yazaraq onu çox kəskin şəkildə təhdid edir. O, həmin məktubunda belə yazır: «Əgər öz pis işindən qayıtmasan, səni qılıncımla ədəbləndirərəm və unutma ki, bu qılıncla öldürülənlər cəhənnəmə vasil olurlar!»
    Yəni bilirsən ki, mənim qılıncım cəhənnəmə layiq olan şəxslərdən başqa heç kəsin başına enmir və sənin bu işin səni cəhənnəmlik edər.
    Sonra öz ədalətinin bütün insanlara bərabər səviyyədə aid olmasını başa salmaq üçün belə buyurur:
    «Allaha and olsun ki, əgər Həsən və Hüseyn də bu günaha mürtəkib olsaydılar, onlara güzəşt etməzdim.»
    İslamın ilkin çağlarıdır, qanunun icraçısı da Əli (ə) özüdür. Buna görə də təəccüblənmək lazım deyil. Əgər Peyğəmbərin (s) yaratdığı sistemin nə qədər inkişaf etdiyini və ədalət məfhumunun kimlərə şamil olmağını bilmək istəyirsinizsə, aşağıdakı əhvalata diqqət edin:
    «Əmr As, Ömər tərəfindən Misirə hakim təyin edilmişdi. Bir gün onun oğlu müsəlmanlardan birinin üzünə bir sillə vurur. Zülmə məruz qalmış şəxs, Əmr Asın yanına gedərək şikayət edir. Amma o, heç bir tədbir görmür. Həmin qeyrətli şəxs Mədinəyə gəlir və Ömərin yanına gedərək hadisəni ona danışır. Ömər, Əmr As və onun oğlunu çağırtdıraraq mühakimə edir. Həmin mühakimədə Ömərdən tarixi bir cümlə nəql edilib. Ömər, Əmr As və onun oğluna xitab edərək belə deyir: «Nə vaxtdan camaatı özünüzə qul etmisiniz, halbuki onlar anadan azad doğulublar». O, sonra qisas hökmü verir.
    Ömər öz oğlu ilə də elə rəftar edib. O, oğlunun şərab içməsi sübuta yetdikdən sonra ona layiq olduğu cəzanın icra olunmasına əmr edib.
    Bunlar, Peyğəmbərin (s) müsəlmanlara öyrətdiyi ədalət idi və müsəlmanlar hələ ki, onları yaddan çıxarmamışdılar. Başqa sözlə desək, bunlar Peyğəmbərin işə saldığı və uzun müddət, az-çox həmin formada hərəkətdə olan mexanizmi idi.
    ŞƏFAƏTİN NÖVLƏRİ
    Əslində şəfaətin bir neçə növü vardır ki, onların bəziləri səhv və ədalətsiz hesab olunur və ilahi sistemdə həmin növ şəfaətlərdən mövcud deyildir. Amma onun bəzi növləri düzgün və ədalətlidir, onun nümunəsi ilahi sistemdə də mövcuddur. Səhv şəfaət, qanunu pozan və ona zidd olan şeylərdir. Lakin düzgün şəfaət, qanuna müvafiq və onun gücləndiricisidir. Səhv şəfaət tanışlıq yolu ilə qanunun icrasının qarşısını almaqdır. Şəfaət barəsində olan bu cür təsəvvürə əsasən, cinayətkar, qanunverici və qanunun hədəflərinin ziddinə olan bir iş görür və tanışbazlığa sığınmaq yolu ilə qanunvericiliyə və onun hədəflərinin iradəsinə qalib gəlir. Bu növ şəfaət dünyada zülm, axirətdə isə qeyri-mümkündür. Şəfaətə tutulan iradlar, onun bu növü barəsində düzdür və bu, Quranın rədd və inkar etdiyi vasitəçilik növüdür.
    Düzgün şəfaət, başqa bir növ şəfaətdir və onda nə istisna, nə ayrı-seçkilik və nə də qanun pozuntusu var və o, qanunvericiliyin ziddinə getməsini də tələb etmir. Quran, tam aşkar formada bu növ şəfaəti təsdiqləyib. Düzgün şəfaətin özünün də növləri vardır ki, biz, tezliklə onları izah edəcəyik.
    QANUN POZUNTUSU
    Şəfaətin əqli və nəqli (hədislər) dəlillərlə rədd edilən səhv növlərindən biri də günahkarın müəyyən vasitələrlə ilahi hökmün icrasının qarşısını ala bilməsidir. Müasir dövrdə də bir çox geridə qalmış cəmiyyətlərdə cinayətkarlar baş vermiş hadisəni tanışlıqla ört-basdır edirlər.
    Avam camaatın çoxu, Peyğəmbər və imamların şəfaətlərini də belə təsəvvür edirlər. Onlar elə fikirləşirlər ki, Peyğəmbər (s), Əli (ə), həzrət Zəhra (s) və pak imamlar, xüsusilə imam Hüseyn (ə) ilahi sistemə nüfuz edə bilən qüvvədir və onlar Allahın iradəsini dəyişdirərək qanunu pozurlar.
    Cahillik dövrünün ərəbləri də, Allaha şərik qoşduqları bütlər barəsində belə fikirləşirdilər. Onlar deyirdilər ki, yaradılış, ancaq Allahın əlindədir, bu işdə heç kəs onunla şərik deyil, amma dünyanın idarəçiliyində bütlər onunla şərikdirlər. Onların əqidələri yaradılışda şirk deyil, rübubiyyətdə (idarəçilikdə) şirk idi.
    Bildiyimiz kimi, bəziləri bir müəssisə yaradır və onun idarəçiliyini başqasına tapşırır və ya həmin müəssisəni başqası ilə birgə idarə edirlər. Müşriklərin Allah, dünya və onun idarə olunması barəsindəki əqidələri də belə idi. Qurani-kərim onlarla çox kəskin mübarizə aparıb və dəfələrlə, Allahın nə yaradılışda və nə də rübubiyyətdə şəriki olmamasını elan edib. Quran bildirir ki, O, təkbaşına, dünyanın həm yaradıcısı və həm də idarə edənidir. Dünyanın mütləq hakimliyi Ona məxsusdur və O, aləmlərin Rəbbidir.
    Dünyada tədbir və idarəçiliyin Allahla bir başqası arasında bölünməsini güman edən müşriklər, Allahın razılığını qazanmağı özlərinə elə də lazım bilmir və deyirdilər ki, bütlər qarşısında kəsdiyimiz qurbanlar, həyata keçirdiyimiz ibadətlər digər rəblərin razılığını qazanmağımıza səbəb olur, hərçənd bu, Allahın razılığına zidd bir şey olsa da! Əgər bunların razılıqlarını əldə etsək, onlar Allahın yanında öz işlərini bir cür həll edəcəklər.
    Əgər müsəlmanlar arasında da kimsə, Rəbbinin idarəçilik sisteminin kənarında hansısa bir sistemin olmasını və Onun müqabilində iş görə bilməsini fikirləşsə, şirkə düçar olmuş olar. Əgər kimsə Allahın razılığını əldə etməklə, imam Hüseynin (ə) razılığını əldə etməyi ayrı-ayrı şeylər hesab etsə və ya onların hər birinin ayrı-ayrılıqda insanın səadətini təmin edə bilmələrini düşünsə, böyük bir səhv və azğınlığa düçar olduğunu bilməlidir. Bu səhv xülyada, Allah-taalanın bir şey, imam Hüseynin (ə) isə digər şeylərdən razı qalması, məsələn Allahın namaz, oruc, həcc, cihad, zəkat, düzlük, xalqa xidmət, valideynə yaxşılıq və bu kimi vacibi əməllərin yerinə yetirilməsi və ya yalan, zülm, qeybət, şərab içmək, zina və bu kimi digər günahların tərk edilməsindən, imam Hüseynin (ə) isə digər şeylərdən razı qalması və imamın bu kimi şeylərlə işinin olmaması təsəvvür edilir. Onlar elə fikirləşirlər ki, imam Hüseyn (ə), məsələn cavan oğlu Əli Əkbər üçün göz yaşı tökülməsi və ya qəmlənməkdən razı qalır. Necə deyərlər, imam Hüseynlə (ə) Allahın hesabı bir-birindən ayrıdır. Sonra bu bölmədən belə bir nəticəyə gəlirlər ki, Allahın razılığını əldə etmək çətindir və bunun üçün çoxlu işlər görmək lazımdır, amma imam Hüseynin (ə) razılığını əldə etmək asandır. Bunun üçün ancaq ağlamaq və sinə vurmaq lazımdır. Bəs, imam Hüseynin razılığı qazanıldıqdan sonra o, Allahın ümumi quruluşuna nüfuz edərək şəfaət edəcək və işləri düzəldəcək. Yerinə yetirmədiyimiz namaz, oruc, həcc, cihad və Allah yolunda sədəqə məsələlərinin hamısı düzələcək və bütün günahlar bağışlanaraq aradan gedəcəkdir.
    Şəfaət barəsində olan bu təsəvvür, nəinki batil və puçdur, hətta rübubiyyətdə şirkdir və ən böyük iftixarı Allah bəndəçiliyi olan imam Hüseynə (ə) hörmətsizlikdir. Necə ki, onun atası həzrət Əli (ə) ifratçı nəzərlərdən çox qəzəblənir, onların sözlərindən Allaha pənah aparırdı. İmam Hüseyn (ə) Allahın ümumi quruluşu və ya babası Peyğəmbərin şəriəti müqabilində yeni bir sistem yaradaraq Allah qanunundan qaçmaq yolu göstərmək üçün şəhid olmayıb!!! Onun şəhadəti İslamın əməli proqramı və Quran qanunlarının zəifləməsi üçün olmayıb. Əksinə, o həzrət namaz, zəkat və İslamın digər qanunlarının bərpası üçün həyatından keçərək şəhid olmaqla razılaşıb.
    O həzrətin özü, qiyamının fəlsəfəsi barəsində belə buyurub:
    «Mən nəfsani istəklər uğrunda və şöhrətpərəstlik üçün qiyam etməmişəm. Mənim qiyamımın məqsədi babamın ümmətini islah etməkdir. Mən yaxşı işlərə əmr edərək pis işlərdən çəkindirmək istəyirəm.»
    Biz də o həzrətin ziyarətnaməsində belə oxuyuruq:
    «Mən şəhadət verirəm ki, sən namaz qılıb oruc tutmusan, insanları yaxşı işlərə dəvət edərək pis işlərdən çəkindirmisən və Allah yolunda layiqincə cihad edib Onun kitabına və Peyğəmbərinin sünnəsinə əməl etmisən.»
    QANUNUN QORUNMASI
    İndi isə düzgün şəfaətin nədən ibarət olmasına nəzər salaq. Qanunu gücləndirərək onu qoruyan düzgün şəfaət iki cürdür. Qeyd etmək lazımdır ki, həm sünni və həm də şiə mənbələrində bu şəfaətləri təsdiq edən çoxlu rəvayətlər vardır:
    1. Rəhbərlik və ya əməl şəfaəti;
    2. Bağışlanma və ya lütf şəfaəti.
    Birinci növ şəfaət əzabdan qurtulmaq, nemətlərə doğru irəliləmək və məqamı yüksəlməsinə səbəb olan şəfaətdir. İkincisi isə əzabın aradan aparılması, günahların bağışlanması, savab və nemətlərə çatılmasına səbəb olan şəfaətdir və bu şəfaət insanın məqamının yüksəltmir. Bu, Peyğəmbərin (s) barəsində «Mən şəfaətimi ümmətimin böyük günahlara mürtəkib olanları üçün saxlamışam, amma yaxşı iş görənlər məzəmmət edilməyəcəklər» buyurduğu həmin şəfaətdir.
    RƏHBƏRLİK ŞƏFAƏTİ
    Bu növ şəfaəti izah etmək üçün bundan əvvəlki fəsildə «axirət əzabı» adı ilə bəhs etdiyimiz bölmədəki bir mətləbi xatırlatmaq istəyirəm. Biz həmin söhbətimizdə dedik ki, insanın dünyadakı əməl və rəftarları, o biri dünyada cilvələnərək zühur edir və həmin əməllərin əsl həqiqəti orada canlanır. İndi həmin mətləbə bunu da artırmaq istəyirəm ki, axirətdə təkcə əməllər deyil, «rabitələr» də canlanır. Bu dünyada, insanlar arasında olan mənəvi əlaqələr, o biri dünyada özünün həqiqi və mələkuti formasını alır. Bir nəfər başqa birinin yola gəlməsinə səbəb olanda, onlar arasında olan rəhbərlik və tabeçilik əlaqəsi, qiyamətdə həqiqi və gerçək şəklinə düşür və yola gətirən başçı, yola gələn isə ardıcıl kimi zahir olurlar. Kimsəni yoldan çıxarmaq və azdırmaq barəsində də məsələ eynilə belədir.
    Qurani-kərim İsra surəsinin 71-ci ayəsində belə buyurur:
    «Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca getdikləri rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq...»
    Hamı öz başçısı, yəni əməldə ilham aldığı şəxs ilə məhşərə gələcək.
    Axirətdə Fironun öz qövmü üçün rəhbər şəklində zahir olması barədə belə buyurulur:
    «Firon qiyamət günü camaatının qabağında gedib onları atəşə (Cəhənnəmə) aparacaq....» (Hud-98.)
    Bu dünyada azğınlar üçün başçı və örnək olmuş Firon o biri dünyada da onların başçı və rəhbəri kimi zahir olacaqdır. Firon həm dünyada və həm də axirətdə öz qövmünün şəfaətçi və vasitəsi olacaqdır. O, dünyada günah və azğınlıq, axirətdə isə cəhənnəmə çatdırmaq vasitəsi olacaqdır. Onun axirətdə öz qövmü üçün şəfaətçi və vasitə olması, dünyada qövmünü azdırmaq vasitəsi olmasının təzahürüdür.
    Quranın təbirləri arasında maraqlı nöqtələrdən biri də budur ki, bu ilahi kitab Fironun öz qövmünü cəhənnəmə salacağını bildirir. Quran bu ifadəsi ilə Fironun, öz qövmünün azğınlığındakı təsirini xatırladaraq buyurur ki, Firon onları dünyada azğınlığa saldığı kimi, axirətdə də cəhənnəmə salacaqdır. Ümumiyyətlə, Fironun onları axirət dünyasında cəhənnəmə salması, onun öz qövmünü bu dünyada azğınlıq yoluna salmasının təzahür və cilvəsidir.
    Əlbəttə, aydındır ki, bu dünyada haqq və batil rəhbərlər müxtəlif qisimlərə bölündüyü kimi, o dünyada da həmin qisimlər olacaqdır. Məsələn, Peyğəmbərin (s) hidayət nurundan istifadə edən və onun mübarək şəriətindən bəhrələnən şəxslərin hamısı qiyamətdə də onun arxasınca gedəcəklər. O həzrət orada əməli-saleh insanların bayraqdarı olacaqdır.
    Şəfaətin bu mənasında Peyğəmbər (s), Əmirəl-möminin (ə), həzrət Fatmeyi-Zəhra (s.ə.), imam Həsən, imam Hüseyn (ə) və digər imamlar öz şagird və davamçılarının şəfaətçisi olacaqlar. Burada məqam və dərəcələr arasındakı silsiləvi ardıcıllıqlar öz yerindədir, məsum və pak imamların şəfaətçi olmaları da həzrət Peyğəmbər tərəfindəndir.
    Bu hesabla, hətta alimlər dərs verdikləri və hidayət etdikləri şəxslərə şəfaət edəcəklər. Burada bir-birinə bağlı olan bir silsilə yaranır və kiçik qruplar böyüklərlə birləşir və nəhayət onların hamısının başında həzrət Peyğəmbər (s) durur.
    Hədislərdə imam Hüseynin (ə) çoxlu insanlara şəfaət edəcəyi barədə danışılmasının səbəbi, o həzrətin məktəbinin bu dünyada dinin dirçəldilməsi və ayrıları ilə müqayisədə daha çox insanların hidayətinə səbəb olmasındadır.
    Bundan əvvəl dediyimiz kimi, imam Hüseynin (ə) şəfaəti Allahdan Onun razı olmadığı bir şeyi istəməsi formasında deyildir. O həzrətin şəfaəti iki cür olacaq. Onun şəfaətlərindən biri bu dünyada yaratdığı və axirət dünyasında zahir olacaq hidayətlər, digəri isə bir qədər sonra bəyan edəcəyimiz formada olacaq.
    İmam Hüseyn (ə) öz məktəbində hidayət yoluna gələnlərin şəfaətçisidir. Bəli, o həzrət onun məktəbini azğınlıq vasitəsi edənlərin şəfaətçisi deyil.
    Bu nöqtəni də yaddan çıxarmaq olmaz ki, Quran vasitəsi ilə bir qrup doğru yola gəldiyi, digər bir qrup isə yolunu azdığı kimi, imam Hüseynin (ə) məktəbi vasitəsi ilə də bir dəstə insan hidayətə gələcək, digər bir dəstə isə yolunu azacaqdır. Bu məsələ insanların özündən asılıdır.
    Allah-taala Qurandakı məsəllər barəsində belə buyurur:
    «Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: Allah bu məsəllə nə demək istəyir?-deyirlər. Allah bu məsəllə bir çoxlarını düz yoldan azdırır, bir çoxların isə doğru yola aparır».(Bəqərə-26.)
    Mövləvi bu məsəl barəsində çox gözəl bir təmsil deyib:
    Məzmunu belədir: Allahdan bu nöqtəni istə ki, sürüşüb lap aşağı enməyəsən; bir çoxları Quran vasitəsi ilə yollarını azdılar, bu ip vasitəsi ilə bir çoxları quyuya düşdülər; ey inadkar, ipin heç bir günahı yoxdur, çünki sən özün yuxarı qalxmaq istəmirdin.
    «Rəsən» – risman, yəni ip mənasındadır. İplə həm quyudan çıxmaq və həm də quyuya düşmək olar, bu bizim onlardan hansını seçməyimizdən asılıdır.
    Quran və Hüseyn məktəbi bəşəriyyəti bədbəxtçilik quyularından xoşbəxtlik qülləsinə aparmaq qüdrətinə malik iplərdir. Onların biri Allah, digəri isə insan tərəfindən olan ipdir. İndi kiminsə bu iki ilahi ipdən pis istifadə etməsinin günahı həmin iplərdə deyil, həmin şəxsin özündədir və bunun mənası odur ki, onun özü yuxarı qalxmaq sövdasında deyil. Əlbəttə bu cür adamlar Quran və Hüseyn məktəbi vasitəsi ilə cəhənnəm quyusunun dibinə aparılırlar və bu həqiqət, o biri dünyada aşkar olacaq, onlar Quran və imamların göstərişi ilə cəhənnəmə atılacaqlar. Budur «cənnət və cəhənnəmi bölən» olmağın mənası! Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdə belə deyilir:
    «Quran şəfaəti qəbul edilən şəfaətçi və xəbəri təsdiqlənmiş xəbər verəndir.»
    Bu doğrudan da çox maraqlı bir ifadədir. Buuyrur ki, Quran həm möminləri xoşbəxtlik cənnətinə aparan şəfaətçi və həm də kafir və günahkarları cəhənnəmə aparan amildir. Quran bir qrupu gözəl cənnətə, digər bir qrupu isə qorxulu cəhənnəmə aparan vasitədir.
    Bu növ şəfaəti rəhbərlik şəfaəti adlandırmaq yaxşı olar. Onu «əməl şəfaəti»də adlandırmaq mümkündür. Çünki, burada insanın xoşbəxtlik və bədbəxtliyinə səbəb olan əsas amil onun yaxşı və ya pis əməlidir.
    Şəfaət barəsində tutulan iradların heç birinin bu növ şəfaətə aid olmaması məlum bir məsələdir. Xüsusilə bu mənada olan şəfaət, ilahi ədalətlə nəinki ziddiyyətdə deyil, hətta onu təsdiq də edir.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 669 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024