İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 12:20 PM
    BAĞIŞLANMA ŞƏFAƏTİ
    Şəfaətin ikinci növü günahların bağışlanmasında vasitəçilik etməkdir. Tənqidçilərin kəskin hücumlarına məruz qalan şəfaət, vasitəçiliyin bu növüdür. Amma Allahın köməyi ilə, bu kitabda verəcəyimiz izahlarla həmin növ şəfaətə heç bir iradın varid olmaması və onun İslamın ali və dəyərli məsələlərindən olaraq, müəyyən əsaslarla İslam maarifinin dərinliklərini göstərməsi aydınlaşacaq.
    RƏHMƏTİN CAZİBƏSİ
    İlk növbədə bu məsələyə diqqət yetirmək lazımdır ki, xoşbəxtliyə çatmaq üçün dünyada görülən bir çox təsirli əməllərdən əlavə, başqa bir hərəkət də vardır və o, Allah-taalanın hər şeydən yüksək olan rəhmətidir. Dini mətnlərdə «Ey rəhməti qəzəbini qabaqlayan...! «anlayışı kimi ifadələr vardır.
    Hafizin bu məzmunda məşhur bir qəzəli vardır. O, həmin qəzəldə bu məfhumu «sabiqə» kəlməsi ilə ifadə etmişdir. «Sabiqə» burada, «ilahi rəhmətin» hər şeydən qabaqda olmasıdır. Əlbəttə onun həmin kəlmədən məqsədi başqa şey də ola bilər ki, Quranda buna işarə edilib.
    PAKLIQ PRİNSİPİ
    Varlıq aləmində, ilahi rəhmətin cilvələrindən biri paklıq və saflanma nümunəsidir. Yaradılış sistemi yumaq və paklaşdırmaq xüsusiyyətinə malikdir. Dəniz və bitgilərin karbon qazını udaraq havanı təmizləmələri paklıq və saflaşdırmanın nümunələrindəndir. Əgər canlı varlıqların tənəffüsü və yanacaq maddələrinin tüstüsü ilə çirklənən hava, bitgi və dəniz kimi saflaşdırma «dəzgahları» vasitəsi ilə təmizlənməsəydi, yer kürəsi çox qısa bir müddətdə yaşamaq üçün yararlı olmaq xüsusiyyətini əldən verərdi. Çünki, onda nəfəs almaq qeyri-mümkün olardı. Ölü heyvan cəsədlərinin parçalanması və həmçinin canlı varlıqlardan ayrılan maddələrin dağılması yaradılışın paklaşdırma və saflaşdırma xüsusiyyətinin digər bir nümunəsidir. Maddiyyat və təbii qanunlarda olduğu kimi, mənəvi məsələlərdə də paklaşdırma və saflaşdırma nümunələri vardır. Bağışlama və günahın pis nəticələrinin aradan qaldırılması da bu qəbildəndir. Əfv və bağışlanma məsələsi də qəlb və ruhların, yuyulma imkanları qədər yuyulması və günahın pis nəticələrindən təmizlənməsi deməkdir.
    Əlbəttə, bəzi ürəklər təmizlənmək qabiliyyətini elə əldən verirlər ki, heç bir şeylə təmizlənmək imkanına malik olmurlar. Onlar sanki murdarlanmış əşyaya deyil, murdar şeyin özünə çevrilirlər. Allaha qarşı olan şirk və ya küfr, qəlbə yol tapıb orada yuva salanda ürəyin pak olaraq təmizlənmək qabiliyyətini aradan aparır. Küfrün ürəkdə qalması Qurani-kərimin dilində ürəyin, ilahi təbiətin və fitrətin möhürlənməsi adlandırılıb.
    SAĞLAMLIQ PRİNSİPİ
    Varlıq aləmində rəhmətin qəzəbi qabaqlamasının nümunələrindən biri, dünyada həmişə sağlamlığın əsas, xəstəliyin isə istisnai və təsadüfi olmasıdır. Hər bir canlı varlığın bədənində onun sağlamlığına xidmət edərək həmin istiqamətdə çalışan və onun varlığını qoruyan bir qüvvə yerləşdirilib. Qanda çox maraqlı müdafiə qüvvəsinə malik olan ağ hemoqlobinlərin mövcudluğu, bizim bu müddəamıza bir dəlildir. Canlı varlıqların bədənlərində olan bərpaçılıq və yenidənqurma xüsusiyyəti, həmin müddəaya digər bir dəlildir. Sümük sınıqları, yaralar və qida maddələrinin çatışmamazlıqları, həmin varlığın öz daxili fəaliyyətləri ilə bərpa edilir.
    Dini fitrət baxımından da hər bir körpə pak fitrətlə doğulur: «Körpə pak fitrətlə doğulur. Onu yəhudi və xristian edən, onun ata-anasıdır».
    Əsl yolundan çıxmış hər bir varlığın təbiətində, onu birinci vəziyyətinə qaytaran cazibə qüvvəsi olur. Filosofların dili ilə desək, qəsrə düçar olmuş hər bir təbiətdə, öz təbii vəziyyətinə qayıtmaq meyli yaranır, yəni dünyada həmişə əyrilik və azğınlıqdan qaçma və sağlamlığa yönəlmə qüvvəsi hakimdir. Bunlar rəhmətin qəzəbi qabaqlamasına misal olaraq gətirilən dəlillər idilər. Bağışlanmanın olması da həmin əsasdan yaranır.
    ÜMUMİ RƏHMƏT
    Bağışlama prinsipi istisnai bir hadisə deyil, varlıq aləmində rəhmətin qəzəbə qalib gəlməsindən yaranan ümumi bir formuldur. Buradan ilahi bağışlamanın ümumi olması və onun bütün varlıqları, onların hər birinin öz qabiliyyəti çərçivəsində əhatə etməsi məlum olur. Bu prinsip əzabdan xoşbəxtlik və qurtuluşa nail olanların hamısına aiddir. Buna görə də Qurani-kərim belə buyurur:
    «O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir...» (Ənam-16.)
    Yəni əgər rəhmət olmasa, heç kəsdən əzab götürülməz.
    Əziz İslam Peyğəmbəri (s) mübarək ömrünün son günlərində müsəlmanlar üçün oxuduğu xütbədə bu məsələni xatırladıb ki, qurtuluş və səadətə çatmaq üçün iki mühüm amil vardır. Onlardan biri əməl, digəri isə rəhmətdir.
    Həmin xütbənin bir hissəsi belədir:
    «Ey camaat! Allahın Heç kəslə qohumluq əlaqəsi yoxdur və həmçinin əməldən başqa, mənfəəti cəlb edərək ziyanı uzaqlaşdıracaq heç bir əlaqə də mövcud deyildir. Diqqətli olun! Heç kəs bihudə iddialar etməsin və və heç kəs xam xəyalla yaşamasın. Məni haqq olaraq göndərən Allaha and olsun ki, Allahın rəhməti ilə birgə olan əməldən başqa heç bir şey insanın nicat tapmasına səbəb olmur. Əgər mən özüm də günah etsəydim, süqut edərdim.»
    O həzrət sonra belə buyurub: «İlahi, mən çatdırdım?»
    Əziz İslam Peyğəmbəri (s), digər peyğəmbərlər və imamların bağışlanma istəmələrinin sirri də ilahi rəhmətin ümumi olmasıdır. Daha doğrusu belə demək olar ki, kim Allaha daha yaxındırsa, bu əsasdan daha çox bəhrələnir. Ümumiyyətlə, kim daha yaxındırsa Allahın gözəl adından və Onun kamillik sifətlərindən başqalarına nisbətdə daha çox istifadə edir.
    Əziz İslam Peyğəmbəri (s) belə buyurub:
    «Qəlbimdə küdurət nişanələri görünür və mən Allahdan gündə yetmiş dəfə bağışlanmaq istəyirəm.»
    BAĞIŞLANMA İLƏ ŞƏFAƏTİN ƏLAQƏSİ
    Allahın bağışlamasının şəfaətlə nə əlaqəsi vardır?
    Allahın bağışlaması Onun digər bütün rəhmətləri kimi qanun və sistemə malikdir. Biz dünyanın qanun və quruluşa malik olması barəsində geniş söhbət etdik və dedik ki, varlıqlar arasında olan fərqlər onların vücudlarının zərurətlərindəndir. Həmin söhbətdə qeyd etdik ki, varlıqlar arasında olan fərqlər şərti deyil, onların zati zərurətlərindəndir, yəni onların mahiyyət və vücudlarının tələblərindəndir. həmin fərqlərin olmaması, eyni ilə onların özlərinin olmaması deməkdir və onların vücudunu da fərqlərsiz fərz etmək qeyri-əqli bir şeydir.
    Həmin söhbətlərdən məlum oldu ki, Allahın rəhmət cərəyanlarının heç birinin qanunsuz həyata keçməsi mümkün deyil. Buna görə də Allahın bağışlaması da kamil ruhlar, peyğəmbərlər və övliyaların böyük ruhları vasitəsi ilə günahkarlara çatmalıdır və bu, dünyanın qanuna malik olmasının zərurətlərindəndir. Vəhy rəhməti vasitəsiz həyata keçmədiyi və bütün insanlar Allah tərəfindən peyğəmbərliyə təyin edilmədikləri və həmçinin digər heç bir rəhmət vasitəsiz gerçəkləşmədiyi kimi, bağışlanma rəhmətinin də vasitəsiz həyata keçməsi mümkün deyil.
    Əgər əlimizdə şəfaət barəsində nəql edilmiş heç bir dəlil olmasaydı, biz ən şərəfli məxluqun olmasının mümkünlüyü və varlığın qanuna malik olması kimi əqli yollar və qəti dəlillərlə ona qail olmalı idik.
    Möhkəm əqli əsaslar, Allahın bağışlama rəhmətini qəbul edən şəxsi, bağışlama cərəyanının ümumi əql və ya ümumi ruh, yəni tam ilahi vilayətə malik əql və ruh yolu ilə həyata keçməsini demək məcburiyyətində qoyur. İlahi feyz və lütfün varlıqlara qanun və hesabsız çatması mümkün deyil.
    Amma xoşbəxtlikdən Quran bizə burada da kömək edib. Biz İslam rəvayətləri, xüsusilə şiələrin mötəbər və yüksək səviyyəli hədislərində Peyğəmbər və imamların vilayətləri və imanın sonrakı dərəcələrdəki insanlırın məqamları barəsindəki mətləbləri həmin Quran ayələrinə artırmaqla belə bir nəticə əldə edirik ki, bağışlama vasitəsi təkcə bir ümumi ruh deyil, bəlkə ümumi və cüzi bəşəri ruhlar, malik olduqları müxtəlif məqamlara uyğun olaraq şəfaət payına malikdirlər. Bu İslam və Quranın ən mühüm təlimlərindən biridir ki, yalnız müqəddəs şiə məktəbində imamlar və onların şagirdləri tərəfindən yaxşı izah edilib. Buna görə də bu məsələ şiə məktəbinin fəxr etdiyi məsələlərdəndir.
    ŞƏFAƏTİN ŞƏRTLƏRİ
    Şəfaətin Allaha nisbət veriləndə həmin bağışlama, rəhmət vasitələrinə nisbət veriləndə isə şəfaət adlandırılmasını nəzərə alanda məlum olur ki, bağışlama üçün lazım olan hər bir şərt şəfaət barəsində də vardır. Əqli baxımdan bağışlanmanın şərti, şəxsin bağışlanma qabiliyyətinə malik olmasından başqa bir şey deyil. Əgər kimsə Allahın bağışlama rəhmətindən məhrum olursa, bu, ilahi rəhmətin məhdud olmasında deyil, həmin şəxsin bu qabiliyyətə malik olmamasındadır. Allahın rəhməti hansısa bir varlı şəxsin bank hesabı kimi məhdud deyil. Allahın rəhməti qeyri-məhduddur, amma qabiliyyətlər bir-birindən fərqlidir. Ola bilər ki, bir nəfər qətiyyən bağışlanma qabiliyyətinə malik olmasın və Allahın rəhmətindən bəhrələnməsin.
    Dini mənbələr baxımından aydındır ki, Allaha kafir olmaq və şərik qail olmaq əfv və bağışlanmanın insana çatmasına mane olur.
    Qurani-kərim belə buyurur:
    «Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlar...»(Nisa-116)
    İman əldən gedəndə insanın bağışlanma ilə olan əlaqəsi birdəfəlik kəsilir və o, bir də bu böyük lütfdən bəhrələnmək imkanına malik olmur. İnsanın qəlbinə küfr möhürü vurulanda o, dünyanın bütün okeanlarına atılsa belə, içinə bir damcı su getməyən ağzı bağlı qaba bənzəyir. Həmin şəxsin vücudu, Haqqın rəhmət sularının gül əvəzinə tikan kolları yetişdirdiyi şoranlıqlara bənzəyir.
    Təbiətinin lətifliyində heç bir şübhə olmayan yağış bağçada lalə, şoranlıqda isə tikan bitirir.
    Əgər şoranlıqda gül bitmirsə bu, yağışın azlığı deyil, yerin o şeyə hazır olmamasındandır.
    Qurani-kərim mələklərin dilindən Allahın rəhmətinin genişliyini belə bəyan edir:
    «Ərşi daşıyanlar və onun ətrafında olanlar öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ihtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!».
    Bu ayədən həm Allahın rəhmətinin məhdud olmamasını və həm də bağışlanmadan bəhrələnmək ləyaqətinin əsas şərtini başa düşmək olar.
    Quranın ayələrindən belə başa düşülür ki, Allaha iman, şəfaət və bağışlanmaya nail olmağın əsas və zəruri şərtlərindəndir. Amma bu yeganə şərt deyil və heç kəs bütün şərtlərin nədən ibarət olmasını qəti şəkildə deyə bilməz. Bunu ancaq və ancaq Allah özü bilir. Şirkdən başqa digər bütün günahların bağışlanmasına müjdə verilmiş ayədə «Allaha istədiyi şəxslər» şərti vardır və həmçinin şəfaət barəsində olan ayələrdə «Allah razı olduğundan başqa heç kəsə şəfaət etməzlər» qeydi gətirilib. Bunların hər ikisi eyni məna əks etdirir. Quran sanki şəfaətin bütün şərtlərini aşkarcasına bildirmək istəməyib. Deyəsən ürəkləri qorxu və ümid arasında saxlamaq niyyətində olub. Buradan başa düşmək olar ki, «şəfaətə inam, insanı günah etməyə cürətləndirir» iradı yersizdir.
    ŞƏFAƏT ALLAHA MƏXSUSDUR
    Həqiqi şəfaətlə yanlış şəfaətin fərqi bundadır ki, Həqiqi şəfaət Allahdan başlayaraq günahkarda bitir, amma səhv şəfaətdə məsələ bunun əksinədir.
    Həqiqi şəfaətdə vasitəni, yəni şəfaət edəni işə salan, yanında şəfaət edilən Allah-taaladır. Amma yanlış şəfaətdə onu işə salan şəfaət edilən, yəni günahkardır. Səhv və batil şəfaətlərdə, şəfaətçi vasitəçilik sifətini günahkardan alır, çünki vasitəni oyadaraq şəfaət etməyə vadar edən və vasitəni vasitə edən o (günahkar) olur. Amma Peyğəmbərlər, övliyalar və Allah dərgahına yaxın olan şəxslərə nisbət verilməsi düzgün olan haqq şəfaətlərdə, şəfaətçinin şəfaət etməsi Allah tərəfindəndir. Vasitəni vasitə edən Allahdır. Başqa sözlə desək, səhv şəfaətdə şəfaətçi şəfaət edilən, yəni günahkarın yanında şəfaət edilən (qüdrət sahibi) isə şəfaətçinin təsiri altına düşür. Lakin düzgün şəfaətdə məsələ bunun əksinədir. Yəni yanında şəfaət edilən qüvvə, yəni Allah şəfaətçidə təsir edən səbəb olur və şəfaət edən Onun təsiri və istəyi ilə günahkara təsir edir. Şəfaətin səhv növündə rəhməti oyadan silsilənin başında günahkar durur. Onun düzgün növündə isə həmin silsilənin başında duran Allahdır.
    Molla Sədranın «Hədid» surəsinin təfsirində səhv və düzgün şəfaətin bir-birindən ayrılması, batil şəfaət adlandırdığımız şeyin bu dünyada olması axirət quruluşunda isə olmaması və belə bir şeyin orada olmasının qeyri-mümkünlüyü barəsində çox incə və elmi bir sözü var.
    O, söhbəti genişləndirməklə zati və təsadüfi səbəblər və zati və ərəzi hədəflər (qayət) məsələsini irəli sürərək mövzuya bu dünyada, (özü də təkcə insan cəmiyyətlərində yox) təsadüfi səbəblərin bir şeyin müqəddaratını müəyyənləşdirməsinin və ya bir şeyin zati hədəflərə çatmaqdan məhrum olaraq ancaq ərəzi hədəfə çatmasının mümkünlüyü, axirət dünyasının isə təsadüfi səbəblər və ərəzi hədəflərin təsirlərindən uzaqlığının necə olması ilə başlayır. Bu mövzunun səviyyəsi çox yüksək olduğu üçün onu şərh etməkdən çəkinərək elm əhlinə Molla Sədranın təfsirinə müraciət etməyi tövsiyə edirəm.
    Qurani-kərimin Allahın izni olmadan şəfaətin mümkün olmamasını deyən ayələri həmin nöqtəni nəzərdə tutur. Bu ilahi kitab xüsusilə bu barədə çox maraqlı ifadələrə malikdir, o cümlədən:
    «De ki: Bütün şəfaət yalnız Allaha məxsusdur...» (Zumər-44.)
    Bu ayə tam aydınlıqla şəfaət və vasitəçilik məsələsini təsdiqləyir və bütün şəfaətləri Allaha aid edir. Çünki şəfaətçini şəfaətçi edən Allahdır. Bu ayənin yalnız qiyamətdə həyata keçəcək şəfaəti nəzərdə tutması və necə deyərlər, yüksələn olan qövsə aid olması da mümkündür. Həmçinin onun bütün rəhmət vasitələri barəsində olması, yəni azalan qövsə aid olması da mümkündür. Hər halda axirət şəfaətinə aid olduğu üçün bu mənanı verir ki, günahkarın Allahın istəyi olmadan şəfaətçini işə salmaq qüdrəti yoxdur və həmçinin şəfaətçi də Onun izni olmadan dəm vurmaq gücünə malik deyil.
    Bu mətləbin əqli dəlili, ilahi fəlsəfədə isbata yetirilmiş «vücudu zati cəhətdən vacib olan varlıq bütün cəhət və heysiyyətlərdən vacibul-vücuddur», yəni vücudu öz zatında vacib olan varlıq başqasının nəticəsi olmadığı kimi, öz sifət və işlərində də başqa səbəbin təsiri altına düşə bilməsinin qeyri-mümkünlüyüdür. O, mütləq təsir göstərəndir və heç nədən təsirlənmir.
    TÖVHİD VƏ TƏVƏSSÜLLƏR
    Dediklərimizdən ibadətdə tövhid barəsində ali və mühüm bir nöqtə əldə edilir. Allah övliyalarına təvəssül edərək onlardan şəfaət istəyəndə onun, Allahın vasitə etdiklərindən olmasına diqqət etmək lazımdır. Qurani-kərim belə buyurur:
    «Ey iman gətirənlər! Allahdan qorxun. Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) yol axtarın...»(Maidə-35.)
    Ümumiyyətlə səbəbi yaradan, onu səbəb edən və bizdən səbəb və vasitələrdən istifadə etməyimizi istəyən Allah-taalanın özü olduğu üçün səbəb və vasitələrə üz tutaraq onlara sığınmaq şirk deyil, eyni ilə tövhiddir. Bu baxımdan maddi, ruhi, zahiri, mənəvi, dünya və axirət səbəbləri arasında heç bir fərq yoxdur. Amma maddi səbəbləri elmi-təcrübi yolla araşdırmaq və nədən ibarət olmasını bilmək olar. Mənəvi səbəbləri isə yalnız dini üsullarla, yəni vəhy, Quran və sünnə yolu ilə aşkar etmək lazımdır.
    Digər bir məsələ də budur ki, insan kiməsə sığınaraq ona yalvaranda və ya ondan şəfaət etməsini istəyəndə ilk növbədə Allaha üz tutmalı, sonra Allahdan vasitə və şəfaətçiyə tərəf gəlməlidir. Çünki dediyimiz kimi, həqiqi şəfaət, yanında şəfaət edilənin şəfaətçini həmin məqsədlə işə salmasıdır ki, şəfaətçi Allah istədiyi və razı olduğu üçün də şəfaət edir. Batil şəfaətdə isə yanında şəfaət edilənə təsir etmək üçün əsas diqqət şəfaətçiyədir. Buna görə də həmin vaxt günahkarın bütün diqqəti şəfaətçidə olur ki, gedib tərəf müqabilin yanında olan nüfuz və qüdrətindən istifadə edlərək onu razı salsın. Deməli, əsas diqqətin şəfaətçiyə olması və Allaha diqqət edilməməsi ibadətdə şirkdir.
    Allahın işləri qanunauyğunluq əsasındadır. Kiminsə yaradılış aləminə diqqət etmək istəməməsi azğınlıqdır. Buna görə də Allah-taala günahkarları Peyğəmbərin (s) qapısına getməyə istiqamətləndirib və ondarın özlərinin bağışlanma istəmələrindən əlavə, o həzrətin də onlar üçün bağışlanma istəməsini bildirib. Qurani-kərim belə buyurur:
    «Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər».(Nisa-64.)
    Bəli, Peyğəmbərin (s) ömrünün son günlərində buyurduğu kimi, təkcə saleh əməl və təqvaya arxalanmaq olmaz. «Əməl və Allahın rəhmətindən başqa heç bir nicat verən yoxdur.»
    İRADLARA CAVAB
    Bağışlanma növlü şəfaətə verdiyimiz izahlarla şəfaət barəsindəki iradların cavabı aşağıdakı kimi olur.
    1. Şəfaət nə ibadət və nə də zati tövhidlə təzad təşkil etmir, çünki şəfaətçinin rəhməti Allahın rəhmət nurundan başqa bir şey deyil, şəfaət və rəhmətin yayılması da Allah tərəfindəndir. (Birinci və ikinci iradların cavabıdır.)
    2.Günahların bağışlanmasına inam məsələsi insanın günah etmək cürəti əldə etməsinə səbəb olmadığı və yalnız ümidvarlıq yaratdığı kimi, şəfaət inamı da insanın günaha təşviq edilməsi deyil. Bağışlanma və şəfaətin insana şamil olmasının şərtinin Allahın iradə və razılığının mövcudluğu olmasını nəzərə alanda, bu inam hissinin təsirinin qəlbləri məyusluq və ümidsizlikdən qurtarmaq və onu həmişə qorxu və ümid içində saxlamaq səviyyəsində olması aydınlaşır. (Üçüncü irada cavab.)
    3. Şəfaət iki növə ayrılır və onlardan biri düzgün, digəri isə səhv şəfaətdir. Şəfaətin Quranın bəzi ayələrində rədd edilməsi, bəzi ayələrində isə təsdiqlənməsinin səbəbi, iki növ şəfaətin təsəvvür edilməsidir. Quran zehnləri batil və səhv şəfaətdən düzgün şəfaətə tərəf cəlb etəmək istəyib. (Dördüncü iradın cavabı.)
    4. Şəfaət, əməlin əsaslığı nəzəriyyəsi ilə də zidd deyil. Çünki əməl qəbul edən səbəb, Allahın rəhməti isə faili səbəb yerindədir. (Beşinci irada cavab.)
    5. Düzgün şəfaətdə Allahın hansısa təsir altına düş-məsi təsəvvürü yoxdur, çünki o, yuxarıdan aşağı olan bir axındır. (Altıncı iradın cavabı.)
    6. Şəfaətdə və habelə bağışlamada istisna və ədalətsiz-lik yoxdur. Allahın rəhməti hədsizdir və kim bu rəhmətdən məhrumdursa, qabiliyyət və ləyaqətini əldən verdiyi üçündür, yəni məhrumluğun səbəbi qəbul edənin naqisliyidir. (Yeddinci irada cavab.)
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 618 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024