İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 12:10 PM

    DIRNAQARASI ZİYALILAR
    Bu qrupa daxil olanlar öz iddialarının isbatı üçün iki növ sübut, yəni əqli və nəqli dəlillər gətirirlər.
    1. Əqli dəlil: Onların «kimliyindən asılı olmayaraq, hər bir kəsin yaxşı əməli mükafatlandırılacaq» məntiqi və əqli dəlilləri iki müqəddiməyə əsaslanır.
    a). Allah-taalanın bütün varlıqlarla nisbəti bərabər və yeksandır. Allahın bütün zaman və məkanlarla da nisbəti bərabərdir. O, şərqdə olduğu kimi, qərbdə də var, yuxarıda olduğu kimi aşağıda da mövcuddur. Allah taala indiki zamanda var, keçmişdə də olub və gələcəkdə də olacaqdır. Keçmiş, indi və gələcək Allah üçün fərq etmir. Yuxarı, aşağı, şərq və qərb Onun üçün bərabər olduğu kimi, onun yaratdıqları da onun üçün yeksandırlar. Onun heç kəslə qohumluğu və xüsusi əlaqəsi yoxdur. Buna görə də Allahın bəndələrinə olan qəzəb və lütf nəzəri də yeksandır, əlbəttə bəndələrin özləri tərəfindən fərqlər mövcud olmayana qədər. (Bu sözlərin mənası, bütün şeylərin də Allahla bir cür nisbətə malik olmaları və onların hamısının ləyaqətinin bir olması demək deyil. Əşyaların Allahla olan nisbətləri yeksan deyil, amma Allahın onlarla olan nisbəti bərabərdir. Allah-taala bütün əşyalara bir cür yaxındır, amma əşyalar Ona yaxınlıq və uzaqlıqları baxımından bir-birlərindən fərqlənirlər. «İftitah» duasında bu barədə çox maraqlı bir cümlə var. Həmin cümlədə Allah belə vəsf edilir: «O, uzaq olduğu üçün görünməyən, yaxın olduğu üçün pıçıltıları eşidəndir.»
    Əslində biz Ondan uzaq, O isə bizə yaxındır. Maraqlıdır, necə ola bilər ki, iki şey bir-birinə yaxınlıq və uzaqlıq baxımından iki müxtəlif nisbətə malik olsun? Bəli, burada belədir, Allah əşyalara yaxındır, amma əşyalar Ona yaxın deyildirlər, yəni müxtəlif nisbətlərlə uzaq və ya yaxındırlar.
    Bu cümlədə olan maraqlı nöqtə burasıdır ki, Allahı uzaqlıqla vəsf edəndə məxluqatın sifətlərindən olan «görmək» məfhumunu ona misal gətiririk. Yəni heç kəs onu görə bilmir. Amma Allahı yaxınlıq sifəti ilə vəsf edəndə Onu öz sifətlərindən biri olan hüzur və agahlıq məfhumları ilə yad edirik. Söhbət bizim işimizdən gedəndə Allaha uzaqlıq, Onun işindən gedəndə isə yaxınlıq nisbəti veririk.
    Sədi gözəl deyib:
    Məzmunu: Yar mənə mənim özümdən yaxındır və təəccüblüsü burasıdır ki, mən ondan uzağam; mən nə edim və kimə deyim ki, yar mənim kənarımdadır, mən isə ondan uzağam.
    Buna görə də Allahın yanında heç kəs səbəbsiz əziz və ya xar deyil. Allahın heç kəslə qohumluq və ya yerlilik nisbəti yoxdur və həmçinin heç kəs Onun sevgili dürdanəsi deyil.
    Allahın bütün varlıqlarla nisbəti yeksan olduğu üçün, yaxşı əməlin bir nəfərdən qəbul edilərək digərindən rədd edilməsinin heç bir dəlili ola bilməz. Əməllər yeksan olsa, onların cəzaları da yeksan olacaq. Çünki biz, Allahın bütün varlıqlarla nisbətinin yeksan olmasını fərz etmişik. Deməli ədalət, Allahın müsəlman və qeyri müsəlmanlığından asılı olmayaraq yaxşı iş görmüş bütün insanları bərabər mükafatlandırmasını tələb edir.
    b). Əməllərin yaxşı və pisliyi şərti deyil, həqiqi və gerçəkdir. Kəlam və «Üsuli fiqh» alimlərinin dili ilə desək, «işlərin yaxşı və pis olmaları zatidir», yəni yaxşı işlərlə pis işlər bir-birlərindən zatən fərqlənirlər. Yaxşı işlər zatən yaxşı, pis işlər isə zatən pisdirlər. Düzlük, doğruluq, yaxşılıq, xalqa xidmət və sairə zatən yaxşı, yalan, oğurluq, zülm və sairə isə zatən pisdirlər. Düzlüyün yaxşı, yalanın isə pis olmasının səbəbi, Allahın onlardan birinə əmr edərək digərini qadağan etməsinə görə deyildir. Əksinə, düzlük yaxşı olduğu üçün Allah-taala onu əmr edib və yalan pis olduğu üçün onu qadağan edib. Daha qısa ifadə ilə desək, Allahın əmr və ya qadağan etməsi işlərin yaxşı və pis olmalarının zatiliyindən asılıdır.
    Bu iki müqəddimədən belə bir nəticəyə gəlirik ki, Allah-taala ayrı seçkilik əhli olmadığı və yaxşı əməl onu edənin kimliyindən asılı olmayaraq yaxşı olduğu üçün, yaxşı iş görənin mükafatlandırılması zəruri və qətidir.
    Pis iş görənlər və günahkarlar barəsində də məsələ dediyimiz kimidir və həmin əməlləri görənlər arasında fərq yoxdur.
    2. Nəqli dəlil: Qurani-kərim özünün bir çox ayələrində yuxarıdakı əqli dəlildə dediyimiz mətləbi, yəni insanların yaxşı və pis əməllərinin cəza və ya mükafatlandırılması arasında ayrı-seçkilik olmamasını təsdiq edib. Quran, ayrı seçkilik düşüncəsinə malik olan yəhudilərlə kəskin şəkildə mübarizə edib. Yəhudilər, İsrail soyunun Allahın ən sevimli qəbiləsi olmasına inam bəsləyirdilər və indi də həmin fikirdədirlər. Onlar deyirdilər ki, biz Allahın oğulları və Onun dostlarıyıq, əgər Allah bizi cəhənnəmə aparsa da bizim orada qalmağımız çox məhdud bir müddət olacaqdır. Quran bu cür fikirləri «arzu» və «puç xülyalar» adlandırıb və onunla kəskin mübarizə aparıb. Quran bu cür yersiz qürurlara düçar olmuş müsəlmanları da tənqid edib. İndi Quranın bu barədə olan bəzi ayələrinə nəzər salaq.
    1. Onlar: «Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz» deyərlər. (Ya Məhəmməd!) Onlara söylə ki: «Siz Allahdan belə bir vəd almısınızmı? (Əgər belədirsə) Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?
    Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunun şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.
    İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.» (Bəqərə, 80-82.)
    2. Bu ilahi kitab, digər bir yerdə yəhudilərin həmin xülyasına cavab olaraq belə buyurur:
    «Onları öz dinləri barəsində düzəltdikləri uydurmalar aldadıb yoldan çıxartmışdır.
    Elə isə vaqe olacağına şübhə edilməyən bir gündə (qiyamət günündə) onları (bir yerə) topladığımız zaman onların halı necə olacaq? O gün hər kəsə qazandığının (gördüyü əməllərin) əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.» (Ali-İmran, 24-25.)
    3. Başqa bir ayədə xristianlar da yəhudilərə əlavə edilərək birlikdə tənqid ediliblər:
    «(Yəhudilər və xaçpərəstlər) dedilər: Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək! Bu ancaq onların xülyalarıdır. (Ya Məhəmməd!) Onlara söylə: Əgər (bu iddianız) doğrudursa, dəlilinizi gətirin.
    Xeyr, onların dediyi kimi deyil, əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı (əvəzi) vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.» (Bəqərə, 111-112.)
    4. «Nisa» surəsində müsəlmanlar da yəhudi və xristianlara əlavə ediliblər. Quran yersiz ayrı-seçkilik düşüncəsinin kimdən olmasına baxmayaraq, kəskin tənqid atəşinə tutur. Sanki müsəlmanlar da kitab əhlinin fikirlərindən təsirlənərək onların, özlərini yersiz olaraq əziz sanmaları müqabilində iddialar edirlərmiş. Quran bu xam xəyalları puça çıxarmaq üçün belə buyurur:
    «Bu, (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır!
    Mömin olmaqla bərabər yaxşı işlər görən kişilər və ya qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz.» (Nisa, 123-124.)
    5. Yersiz yaxınlıq və izzətləri pisləyən ayələrdən əlavə, məzmunu Allah-taalanın heç kəsin işinin əvəzini puça çıxarmamasını bildirən ayələr də vardır.
    Həmin ayələr də müsəlman və qeyri-müsəlmanlığından asılı olmayaraq, hamının yaxşı əməlinin qəbul edilməsinin dəlili hesab edilir.
    «Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə onun xeyrini görəcəkdir.
    Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir.» (Zilzal 7-8.)
    Başqa bir yerdə isə belə buyurur:
    «...Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!» (Tövbə-120.)
    Kəhf surəsinin 30-cu ayəsində isə belə buyurur:
    «...Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!»
    Bu ayələrin məzmunu elədir ki, onların ümumi hökmlərini məhdudlaşdırmaq mümkün deyil.
    Üsul alimləri deyirlər ki, bəzi ümumi hökmlər məhdudlaşdırıla bilməyən və istisna qəbul edilməzdir. Yəni ümumi məzmun və ifadə tərzi elədir ki, onları məhdudlaşdıraraq onlara istisna qail olmaq mümkün deyil. «Biz yaxşı iş görənin əcrini zay etmirik» deməyin mənası budur ki, Bizim Allahlıq məqamımız yaxşı əməli qorumağımızı tələb edir. Deməli, Allahın bir yerdə Öz Allahlıq məqamından əl çəkərək yaxşı əməlin savabını zay etməsi qeyri-mümkündür.
    6. Burada başqa bir ayə də vardır ki, bu mövzuda ona çox istinad edilir və onun müddəanı aşkar təkid etməsi bildirilir.
    «Şübhəsiz ki, iman gətirənlərdən yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!» (Maidə-69.)
    Bu ayədə qurtuluş və Allah əzabından amanda qalmaq üçün üç şərt bildirilib: Allaha və qiyamət gününə iman və bir də yaxşı əməl! Burada, dediklərimizdən başqa digər bir şərt yoxdur.
    Dırnaqarası ziyalıların bəziləri deyirlər ki, peyğəmbərlərin hədəfi ədalət və yaxşı işlərə dəvət olub və «hədəfi tut və müqəddiməni (vasitəni) tərk et (yəni onun nə olmasına elə də fikir vermə)» qanununa əsasən, demək lazımdır ki, ədalət və yaxşı işlər hətta Allah və qiyamətə qarşı kafir olan insanlardan belə qəbul edilir. Buna görə də Allah və qiyaməti inkar edib bəşəriyyətə mədəni, iqtisadi, tibbi, siyasi və ictimai sahələrdə böyük xidmətlər göstərmiş insanlar böyük mükafatlar alacaqlar.
    Əlbəttə, «Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə onun xeyrini görəcəkdir» və ya «Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!» kimi ayələrə istinad edə bilirlər. Amma həmin qism ayələr onların iddialarının əksini bəyan edir.
    İndi isə digər qrupun dəlillərinə baxaq.
    İFRATÇILIQ
    Yaxşı əməlin, Allah dərgahında kimliyindən asılı olmayaraq, hamıdan qəbul ediləcəyini iddia edən dırnaqarası ziyalıların müqabilində dırnaqarası ifratçı müqəddəslər dayanırlar. Bunlar həmin qrupun müqabil nöqtəsi sayılırlar. Bu qrupa daxil olanlar deyirlər ki, müsəlman olmayandan hansısa əməlin qəbul edilməsi qeyri-mümkündür. Kafirlərin və şiə olmayan müsəlmanların əməllərinin bir qəpik belə dəyəri yoxdur. Kafir və şiə olmayan müsəlmanın özü rədd edilirsə, əməli özündən qabaq rədd edilməlidir. Bu qrup da öz iddiasının sübutu üçün iki dəlil, yəni əqli və nəqli dəlil gətirir.
    1. Əqli dəlil: Bu qrup öz əqli dəlilində deyir ki, əgər Allah dərgahında qeyri-müsəlman və ya qeyri-şiənin əməli qəbul edilirsə, onda müsəlmanla qeyri-müsəlman və həmçinin şiə ilə qeyri-şiə arasında nə fərq var? Onlar arasındakı fərq ya yaxşı əməlin müsəlman və şiədən qəbul edilməsi, qeyri-müsəlman və qeyri-şiədən isə qəbul ediləməməsi, ya da müsəlman şiənin pis əməlinin cəzalandırılmaması, qalanların pis əməllərinin isə cəzalandırılması formasında olmalıdır. Amma əgər hər iki dəstənin yaxşı əməllərinə mükafat və pis əməllərinə cəza veriləcəksə, bəs onda onlar arasında nə fərq var? Belə olan təqdirdə İslam və şiəliyin təsiri nədir? Kafirlə müsəlman və həmçinin şiə ilə qeyri-şiənin əməllərinin qiymətləndirilmə baxımından bərabər olmalarının mənası budur ki, İslam və şiəlik puç və lazımsız bir şeydir.
    2. Nəqli dəlil: Bu qrup yuxarıdakı dəlildən əlavə, Quranın iki ayəsi və bir sıra hədislərə də istinad edir.
    Bir çox rəvayətlərdə qeyri-şiənin, yəni Əhli-beytin vilayətini qəbul etməyənin əməlinin qəbul edilməməsi bildirildiyi kimi, Quranın bir neçə ayəsində də kafirin əməlinin qəbul edilmədiyi aşkarcasına bildirilib.
    Mübarək «İbrahim» surəsinin 18-ci ayəsində Allah-taala kafirin əməlini, küləyin sovuraraq yoxa çıxardığı külə bənzədib.
    «Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq!...»
    Mübarək «Nur» surəsinin 39-cu ayəsində isə kafirlərin əməlləri uzaqdan baxanda suya oxşayan, amma yaxından baxanda heç nə olmayan ilğıma bənzədilib.
    Həmin ayədə deyilir ki, gözləri qamaşdıran və bəzi avamların gözündə, hətta peyğəmbərlərin xidmətlərindən də böyük olan xidmətlər, əgər Allaha imanla birgə olmasa puçdur və ilğım kimi, xülyadan başqa bir şey deyil. Ayənin mətni belədir:
    «(Allahın vəhdaniyyətini danan, Quranı yalan hesab edən) kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. Allah da onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir.»
    Bu, kafirlərin nəzərə yaxşı gələn əməllərinin misalıdır. Aman onların pis əməllərinin əlindən! Vay onların halına!
    Sonrakı ayədə onun misalını belə oxuyuruq:
    «Yaxud onların əməlləri əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, bu (ikinci) dalğanın üstündən də bir dalğa zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, demək olar ki, onu görməz. Allah bir kəsə işıq verməsə, onun işığı olmaz.»
    Bu ayəni əvvəlki ayənin kənarına qoyanda belə bir nəticə əldə edilir ki, kafirlərin yaxşı əməlləri aldadıcı zahirlərinə baxmayaraq, əsası olmayan ilğımdır və onların pis əməlləri şər üstündən şər, zülmət üstündən zülmətdir.
    Həmin ayələr, kafirlərin əməlinin vəziyyətini aydınlaşdırır.
    Şiələrin nəzərində, qeyri-şiənin əməlinin vəziyyətini Əhli-beytdən (ə) nəql edilmiş hədislər aydınlaşdırır.
    Bu barədə çoxlu hədislər nəql edilib və maraqlananlar «Kafi» kitabının birinci cildi «Kitabul-höccə», ikinci cildinin «kitabul-iman vəl-kufr» fəsillərinə və «Vəsailuş-şiə» və «Müstədrəkul-vəsail» kitabının birinci cildlərinin «müqəddimatul-ibadət» fəsillərinə, «Biharul-ənvar» kitabının 18-ci fəslinin məad bəhsləri və qədim çapının yeddinci cildinin 227-ci fəsli, 15-ci cildinin əxlaq hissəsinin 187-ci səhifəsinə müraciət edə bilərlər.
    Biz nümunə üçün «Vəsailuş-şiə» «kitabından bir rəvayət nəql edirik:
    «Məhəmməd ibni Müslim deyir ki, imam Baqirin (ə) belə buyurduğunu eşitdim: Əgər kimsə Allaha ibadətdə özünü əziyyətə salsa, amma Allahın ona təyin etdiyi imama bağlı olmasa, əməli qəbul deyil və özü də yolunu azmış və sərgərdandır və Allah onun əməlini düşmən bilir. Əgər həmin şəxs bu halda ölsə, onun ölümü İslam ölümü deyil, küfr və nifaq ölümüdür. Ey Məhəmməd ibni Müslim, bil ki, zülm başçıları və onların davamçıları Allah dinindən xaricdirlər, özləri yollarını azıblar və başqalarını da azdırıblar. Onların yerinə yetirdikləri əməllər tufanlı bir gündə küləyə düçar olan kül kimidir ki, hazırladıqları şeydən heç nə əldə etməzlər, budur əsaslı azğınlıq.»(Vəsailuş-şiə; 1-ci cild, birinci hissə; səh 90..)
    Bu, səadət və xoşbəxtliyin əsasını iman və etiqad hesab edənlərin dəlilləri idi.
    Bəzən, bu qrupa daxil olanların bəziləri ifrata vararaq ancaq iman iddiasını, daha doğrusu hökm çıxarmaq üçün mənsubiyyət məsələsini sırf meyar hesab edirlər. Məsələn Mürciə, Bəni-üməyyənin hakimiyyəti zamanı həmin fikri təbliğ edirmiş. Xoşbəxtlikdən Bəni-üməyyənin kökünün kəsilməsi ilə onların da kökləri kəsilib. Həmin əsrdə Əhli-beytdən (ə) ilham alan şiə təfəkkürü Mürciənin müqabil nöqtəsi olub, amma bədbəxtlikdən son əsrlərdə Mürciənin fikirləri başqa bir formada avam şiələrin arasına da nüfuz edib. Şiələrin avam kütələsinin bir qrupu, Əmirəl-mömininə zahirdə də bağlı olmağı nicat tapmaq üçün yetərli hesab edirlər. Bu fikir, şiəliyin son əsrlərdəki çətinliklərinin əsas amili sayılır. Son əsrlərin dırnaqarası dərviş və sufiləri dini hökmlərə əməl edilməsini başqa yollarla təhqir edirlər. Onlar qəlbin saflığı məsələsini əllərində şüar ediblər, halbuki qəlbin həqiqi saflıq və paklığı əmələ zidd bir şey deyil, əməlin yerinə yetirilməsinin təşviq və təsdiq edicisidir.
    Bunun müqabilində əməlin dəyərini həddindən artıq şişirdərək böyük günahlara mürtəkib olanı da kafir hesab edənlər meydana çıxıblar. Xəvaric belə əqidəyə malik olub. Mütəkəllimlərin bəziləri böyük günaha mürtəkib olanı nə kafir və nə də mömin hesab edir, həmin şəxsin iki mənzil arasında yerləşdiyini deyirdilər.
    İndi bu nəzəriyyələrin hanısının düz olmasını araşdıraq. Görəsən ancaq etiqadın əsas olmasını vurğulayan nəzəriyyənin tərəfdarı olmaq lazımdır, yoxsa əməlin əsaslığına təkid edən nəzəriyyənin? Yoxsa burada üçüncü bir mövqe də var?
    İndi iman və etiqadın dəyəri bəhsinə başlayaq.
    İMANIN DƏYƏRİ
    İmanın dəyəri barəsində üç mərhələdə danışmaq lazımdır:
    1. Görəsən tövhid, nübüvvət və məad — şiəliyə görə bunlardan əlavə imamət və ədl — kimi dini əsaslara iman və etiqadın olmaması bütün şəraitlərdə (səbəbindən asılı olmayaraq) ilahi əzaba səbəb olacaqmı? Yoxsa bəzi imansızların üzürlü olmaları və imansızlıqlarına görə cəzalandırılmamaları mümkündür?
    2. Görəsən iman, yaxşı əməlin qəbul edilməsinin zəruri şərtlərindəndir və heç bir qeyri-müsəlman və hətta qeyri-şiənin xeyir əməli qəbul edilməyəcək?
    3. Görəsən Allahı inkar etmək əməllərin məhv olaraq aradan getməsinə səbəb olur?
    Gələn bəhslərdə bu üç mərhələnin araşdıracağıq.
    KÜFRÜN CƏZASI
    Küfrün iki növ, yəni birinin inadkarlıq, digərinin isə nadanlıq və həqiqətlə tanış olmamaq ucbatından olmasında heç bir şəkk-şübhə yoxdur. Qəti əqli və nəqli dəlillərdə bildirilir ki, haqqa qarşı bilərəkdən inadkarlıq edən və onu başa düşərək inkar edən şəxs əzaba layiqdir. Amma ikinci növ küfr barəsində demək lazımdır ki, əgər həmin nadanlıq və cahillik təqsir və səhlənkarlıq üzündən olmasa, həmin şəxs Allahın əfv və bağışlamasına nail olacaq.
    Bu məsələni izah etmək üçün bir az təslim və inadkarlıq barəsində danışmaq lazımdır. Qurani-kərim buyurur:
    «O gün ki nə mal-dövlət, nə də övlad bir fayda verər!
    Ancaq sağlam, təmiz (daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!...» (Şüəra 88-89.)
    TƏSLİMİN DƏRƏCƏLƏRİ
    Qəlbin sağlamlıq və saflığının əsas şərti onun həqiqət müqabilində təslim olmasıdır. Təslimin üç mərhələsi - bədənin, əqlin və qəlbin təslim olma mərhələləri vardır.
    İki rəqib bir-biri ilə döyüşəndə onlardan məğlub olacağını hiss edənin təslim olması mümkündür. Belə hallarda adətən məğlub olan tərəf əllərini təslim əlaməti olaraq yuxarı qaldırır, döyüşdən əl çəkir və qarşı tərəfə tabe olur, yəni onun göstəriş verdiyi kimi hərəkət edir.
    Təslimin bu növündə insanın cism və bədəni təslim olur, amma fikir və düşüncəsi təslim olmur və hətta, fikrində bir daha döyüşdüyü tərəfə qalib gəlməyin yolları barəsində fikirləşir. Onun əql və fikrinin vəziyyəti belə olur. O, daxili hiss və duyğuları baxımından da həmişə düşmənə nifrin edir. Təslimin, daha doğrusu bədənin təslimi olan bu növü gücün ələ ala bildiyi ən son nöqtədir.
    Təslimin digər mərhələsi, əql və fikrin təslim olmasıdır. Əqli təslim edə bilən qüdrət və güc, məntiq və deduksiya qüdrətidir. Burada fiziki güc heç bir rol ifa etmir. Heç vaxt şagirdi döyməklə ona riyazi tənlikləri başa salmaq olmaz. Riyazi məsələləri ancaq deduksiya yolu ilə başa salmaq lazımdır və onun başqa yolu yoxdur. Əql və düşüncəni də fikir və deduksiya ilə fəth edərək ələ almaq olar. Əgər kifayət qədər dəlil mövcud olsa və onlar əqlə təqdim edilsə və o, həmin dəlilləri başa düşsə, dünyanın bütün güc və qüdrətləri onun təslim olmamasını tapşırsalar belə, təslim olacaq.
    Deyirlər ki, Qalileyə yer kürəsinin hərəkəti və günəşin mərkəz olması fikrinə görə işgəncə verəndə, yandırılmaq qorxusundan öz elmi nəzəriyyəsindən tövbə edib və həmin halda yerə nə isə yazıb. Baxıb görüblər ki, o, yerə bu cümləni yazıb: «Qalileyin tövbəsi ilə yer kürəsi öz hərəkətini dayandırmayacaq.»
    Güc insanı dildə öz sözündən dönməyə vadar edə bilər, amma insanın fikri, məntiq və dəlil gücü ilə qarşılaşmayınca təslim olmur.
    «...De ki: (Ey müşriklər!) Əgər (Allah barəsindəki iddialarınızda) haqlısınızsa, dəlilininzi gətirin!»(Nəml-64)
    Təslimin üçüncü mərhələsi qəlbin təslim olmasıdır. İmanın həqiqəti də məhz, qəlbin təslim olmasıdır. Əgər dil və fikrin təslimi qəlbin təslimi ilə birgə olmasa, ona iman deyilməz. Qəlbin təslim olması insanın bütün vücudunun təslim olması və hər bir inadkarlıq və inkarın rədd edilməsidir.
    Ola bilər ki, bir nəfər müəyyən fikir müqabilində hətta əqli və məntiqi baxımdan təslim olsun, amma onun ruhu təslim olmasın. İnsan təəssübkeşlik ucbatından inadkarlıq edəndə və ya şəxsi mənafeyinə görə həqiqətə təslim olmayanda onun əql, fikir və düşüncəsi təslim olur, amma ruhu inadkar olaraq qalır və təslim olmur. Buna görə də onun imanı olmur, çünki imanın həqiqəti qəlb və ruhun təslim olmasıdır.
    Allah-taala Bəqərə surəsinin 208-ci ayəsində belə buyurur:
    «Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin....»
    Yəni ruhunuz əqlinizlə müharibə etməsin, duyğularınız dərkinizlə vuruşmasın!
    Şeytanın, Quranda nəql edilmiş əhvalatı qəlbin küfrü, əqlin isə təslim olmasına bir nümunədir. Şeytan Allahı tanıyır, qiyamətə etiqad bəsləyir, peyğəmbərlər və onların vəsilərini tamamilə qəbul edir və onların məqamlarını etiraf edirdi, amma bütün bunlara baxmayaraq, Allah-taala onu kafir adlandıraraq belə buyurub:
    «...(Yalnız) o (Şeytan) lovğalanaraq imtina etdi və kafirlərdən oldu.» (Bəqərə-34.)
    Quran baxımından şeytanın Allahı tanımasının dəlili, bu ilahi kitabda aşkarcasına onun, Allahın Xaliq olmasını etiraf etməsidir:
    «....Sən məni oddan, onu isə palçıqdan yaratdın!..» (Əraf-12.)
    Qiyamətə etiqad bəsləməsinin dəlili isə budur:
    «...Mənə qiyamətə kimi möhlət ver!»(Əraf 14)
    Şeytanın peyğəmbərlər və məsumları tanımasının dəlili isə onun belə deməsidir:
    «(İblis) dedi: Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;
    Yalnız Sənin sadiq bəndələrindən başqa!» (Sad 82-83.)
    Təkcə əməlləri deyil, hətta bütün vücudları Allahdan başqasından pak və azad olan sadiq bəndələrdən məqsəd, Allah övliyaları və günahlardan pak olanlardırlar. Şeytan, onları tanıyır və onların günahlardan pak olmalarına etiqad bəsləyirdi.
    Quran, şeytanı bütün bunları tanıyan bir varlıq kimi təqdim etdikdən sonra onu kafir adlandırır. Deməli, buradan belə məlum olur ki, təkcə tanımaq və agah olmaq kifayət etmir, yəni hər hansı bir varlığın mömin kimi tanınması üçün onun fikir və idrakının təslim olması yetərli deyil. Bunun üçün başqa bir şey lazımdır.
    Quran məntiqi baxımından şeytanın bütün bu agahlıqlarına baxmayaraq, kafir hesab edilməsinin səbəbi nədir?
    Cavab məlumdur. Çünki şeytanın dərk etmə qüvvəsinin həqiqəti qəbul etməsinə baxmayaraq, onun hiss və duyğuları döyüşə qalxdı, qəlbi əqlinin dərki müqabilində üsyan etdi və həqiqəti qəbul etməkdən imtina edərək təkəbbürlük göstərdi. Bəli onun qəlbi təslim olmadı.
    HƏQİQİ REGİONAL İSLAM
    Biz adətən «filankəs müsəlmandır və ya müsəlman deyil» deyəndə, məsələnin həqiqətinə nəzər salmırıq. Coğrafi baxımdan müəyyən bir bölgədə yaşayan və valideynlərindən təqlid və ya irsi cəhətdən müsəlman olanları müsəlman, digər şəraitdə yaşayanlar və ata-analarından təqlid nəticəsində başqa dinlərdə olanları və ya heç bir dində olmayanları isə qeyri-müsəlman adlandırırıq.
    Amma bilmək lazımdır ki, bu cəhət istər müsəlman olmaqda, istərsə də müsəlman olmamaq və ya kafir olmaqda elə də dəyərə malik deyil. Bizim çoxumuz təqlid və region müsəlmanıyıq. Belə ki, bizim çoxumuzun müsəlman olmağımızın səbəbi, ata-anamızın müsəlman olması və əhalisi müsəlman olan bölgədə dünyaya gələrək böyüməyimizdir. Həqiqi dəyərə malik olan şey isə, real İslamdır və o, insanın həqiqət müqabilində qəlbən təslim olması, haqqı qəbul edərək ona əməl etməsi üçün ürək qapısını həqiqətin üzünə açması, qəbul etdiyi İslamın bir tərəfdən araşdırma və tədqiq, digər tərəfdən isə təslim və təəssübkeşsizliyə əsaslanmasıdır.
    Əgər kimsə təslim sifətinə malik olsa, amma İslamın həqiqəti müəyyən səbəblərdən ona gizli qalmış olsa və o, haqq olan dini öyrənə bilməməkdə günahsız olsa, Allah-taala ona heç vaxt əzab verməz və həmin şəxs cəhənnəmdən nicat tapanlardandır. Allah-taala Quranda belə buyurur:
    «...Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik.» (İsra 15.)
    Yəni, həkim və kərim olan Allahın höccəti tamamlanmamış kimsəyə əzab verməsi qeyri-mümkündür. Üsul alimləri bu ayənin əqlin hökmünü təsdiqləyən məzmununu «bəyan edilməyən şeyə görə cəzalandırmanın qəbahət olması» qaydasına əsasən deyirlər ki, Allahın, bir həqiqəti açıqlamayınca bəndələrə əzab verməsi xoşagəlməz bir işdir.
    Adlarının müsəlman olmamasına baxmayaraq, təslim ruhuna malik olan insanların olmalarının mümkünlüyünə fransız filosofu Dekart — əlbəttə onun öz sözlərinə əsasən — yaxşı nümunədir.
    Onun tərcümeyi-halında yazıblar ki, o, öz fəlsəfəsini şəkkdən başlayıb və özünün bütün məlumatlarında şəkk edərək hər şeyi sıfırdan başlayıb. Öz fikir və düşüncəsini başlanğıc nöqtəsi seçərək belə deyib: «Mən fikirləşirəm, deməli varam.»
    O, öz vücudunu sübut etdikdən sonra, ruhu isbat edib və həmçinin cism və Allahın mövcudluğuna qəti inam əldə edib. Yavaş-yavaş din seçməyə başlayıb və yaşadığı ölkədə rəsmi din olan xristianlığı qəbul edib.
    Amma o, çox maraqlı bir nöqtəyə toxunaraq deyir: «Mən xristianlığın dünyada ən yaxşı din olmasını iddia etmirəm. Mənim üçün araşdırılması mümkün olan dinlər arasında bu dinin münasib olmasını deyə bilərəm. Mən həqiqətlə vuruşmuram, dünyanın başqa yerlərində xristianlıqdan da üstün bir din ola bilər.»
    O, elə xəbərsiz olduğu və əhalisinin din və məzhəbinin nə olmasını bilmədiyi ölkəyə misal olaraq İranın adını çəkib. Dekart bu barədə belə deyib: «Mən nə bilirəm? Bəlkə də, məsələn İranda xristianlıqdan üstün olan bir din var?!»
    Belə adamları kafir adlandırmaq olmaz, çünki onlar inadkarlıq göstərmir və aşkarcasına küfr etmirlər. Onlar həqiqəti ört-basdır etmək istəmirlər. Küfrün mahiyyəti isə inadkarlıq və həqiqəti ört-basdır etmək meylindən başqa bir şey deyil. Bunlar fitrət və təbiətləri baxımından müsəlmandırlar. Bəli, bunları müəyyən mənada müsəlman adlandırmaq mümkün olmasa da, kafir də adlandırmaq olmaz. Çünki müsəlmanla kafirin bir-birinin qarşısında dayanması məntiq və fəlsəfədə müsbətlə mənfinin bir-birinin qarşısında dayanması kimi deyil. Bunların bir-birlərinin müqabilində dayanmaları təzadların qarşılaşması kimidir, yəni biri varlıq, digəri isə yoxluq olan iki şeyin bir-birinin müqabilində dayanması kimi deyil, hər ikisi varlıq olan şeylərin bir-birləri ilə qarşılaşması kimidir.
    Əlbəttə, Dekartı misal çəkməyimiz, əvvəldə qeyd etdiyimiz qaydadan uzaqlaşmağımız demək deyil. Biz əvvəldə ayrı-ayrı şəxslər barəsində fikir söyləməməyi qərara almışdıq. Amma burada Dekartı misal çəkməkdən məqsədimiz bu idi ki, biz onun sözlərinin düz olmasını, həqiqət müqabilində doğrudan da dediyi qədər təslim olmasını və digər tərəfdən həqiqətən araşdırma aparmaq imkanına malik olmamasını fərz etsək o, fitri bir müsəlman sayıla bilər.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 728 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024