İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əhli-Beytin (ə) məqamı

    Əhli-Beytin (ə) məqamı
    2012-01-02, 8:08 PM
    ÖN SÖZ
    İnsan öz varlığı, yaşadığı ətraf aləm, kainat, bu kainata hakim olan nizam-intizam və ümumilikdə ən kiçiyindən tutmuş ən böüyüynə qədər həyat üçün zəruri olan bütün vasitələrə görə özünü Allaha borclu hesab edərək ona şükr edir. Allah isə yaranışın səbəbini Mühəmməd və Ali Mühəmməd (s) kimi təqdim edir. (Ya Peyğəmbər! Sən olmasaydın aləmi, Əli olmasaydı səni, Fatimə olmasaydı sizi yaratmazdım). Deməli, bəşəriyyət özü qədər bağlı olduğu bu dünyaya görə onlara təşəkkür etməlidir. Təşəkkür isə özünü ilk növbədə onlara qarşı olan sevgidə doğruldur. Peyğəmbər (s) Əhli-beytə işarə edərək buyurur: «Bunları sevən məni, məni sevən isə Allahı sevib». Allah tərəfindən bizlərə Əhli-beyt kimi təqdim olunan bu insanlar mövcudat aləminin səbəbi olmaqla yanaşı onlar üçün hidayət ulduzları, nicat gəmisi, tövbə qapısı, Kəbə evi, Allahın yer üzərində höccəti, vəliləri, axirətdə isə Allahın təcalla obyektidirlər. İnsan dünyasını dəyişdikdən sonra da hesab, kitab, mizan, nəşr, həşr mərhələlərində Əhli-beyt onun üçün hidayət nuru olacaq.
    Dünyasını dəyişərkən Peyğəmbər (s) vəsiyyət edərək bütün dünyaya imamət aləminin ilk nümayəndəsini təqdim edirsə, «Mənim nəslimdən olan bu vilayətin sonuncu rəhbər nümayəndəsi, on ikincisi dünyanın sonuna bir dəqiqə də belə qalsa, gəlib onu ədalətlə dolduracaq» deyə onların son nümayəndəsini də təqdim edirdi.
    Quranda buyrulduğu kimi pak imamların hər birinin həyat yolu istər mənəvi, istərsə də digər cəhətlərdən bütün bəşəriyyət üçün örnək hesab edilir. Əgər insanlar onların hər birinin həyat tərzini düzgün şəkildə qiymətləndirərək öz həyat şəraitləri üçün düzgün formada tətbiq etsələr, istənilən ideal və arzu olunan nəticəni əldə edə bilərlər.
    Əhli-beytin həyat tərzi dini zəmində ilahi istəklərə çatmaq üçün istiqamət xəttini təyin etməklə yanaşı dünyəvi yaşayışın ən şərəfli və üstün cəhətlərini də müəyyən edir.
    «Üç dəfə dünyaya təlaq vermişəm» deyən Əli (ə) İslam dininin, Peyğəmbərin (s) bəşəriyyətə bəxş etdiyi ilahi dinin qorunması üçün hətta Allah tərəfindən təyin edildiyi xilafət məqamından da əl çəkərək 25 il səbr edir. Dünyanın qiymətini belə bir şəkildə göstərən Əli (ə) bütün varlığının Allah və Allah göndərdiyi islam dininə bağlı olduğunu və ən adi həyat şəraitində belə Allaha görə nəfəs alıb, verdiyini qeyd edir. Bununla da o, yaranışın ali məqsədini, insanın izzət və şərəfinin hansı meyarla ölçüldüyünü nümayiş etdirir. Bu xüsusiyyətləri onun digər on bir övladının davranışlarında da müşahidə edirik.
    İmam Hüseyn (ə) öz şəhadəti ilə insani ləyaqətin və şərafətin ən kamil nümunəsini bizlərə təqdim edir. Bunları ona layiq olan səhabələrin də simasında görə bilirik. Buna imamın səhabələri ilə söhbətləri zamanı daha aydın şəkildə rast gəlirik. Əli Əkbərin imama «Əgər biz haqla, haqq da bizimlədirsə, onda ölümün heç bir qorxusu yoxdur» deməsi izzət və şərəfin ən ali nümunəsidir.
    Bu dünyada yalnız ümməti düşünən Əhli-beyt (ə) axirət aləmində də onlara Allahdan şəfaət diləyir. Bu şəfaətə xanımlar xanımı, Əhli-beyt anası Fatimeyi Zəhra (s) başçılıq edir. Amma təəssüflər olsun ki, bəşəriyyət belə bir xanımı qiymətləndirə bilmədi.
    Dünyanın izzət və şərəfi özünü Fatimə (s) və onun övladlarına qarşı olan sevgidə göstərirdisə, onun zilləti və ləyaqətsizliyi özünü insanların Fatimə (s) və onun övladlarından qeyrisində örnək axtardıqda göstərir.
    Söhbətlərini sevə-sevə dinlədiyimiz Höccətül-İslam vəl-müslimin Seyyid Əli Əkbər Ocaqnejad cənablarının 2003 və 2004-cü illərin məhərrəm aylarında buyurduğu moizələrin toplandığı bu kitabın Əhli-beyt haqqında olan çıxışlarını canlı şəkildə dinləyə bilməyənlər üçün çox faydalı olacağına inanırıq.
    Höccətül-İslam vəl-müslimin Seyyid Əli Əkbər Ocaqnejadın kitabda toplanmış moizələri Əhli-beyt sevgisi, sevginin şərtləri, əhəmiyyəti, faydaları, nəticəsi Mühəmməd (s), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə)- ın fəzilətləri, Kərbəla vaqiəsi və imamın Kərbəladakı səhabələri haqqında olan mövzuları əhatə edir. Mövzularla bağlı Quran ayələri və digər firqələrin kitablarından gətirilən hədislər söhbətlərin spesifik xüsusiyyətlərindəndir.
    İnanırıq ki «ən gözəl kəlam odur ki, qəlbdən çıxıb qəlbə daxil olsun» deyiminə əsasən Seyid Əli Əkbər Ocaqnejad cənablarının bu kitabda toplanmış söhbətləri həqiqətdən uzaq düşənlər üçün fitri oyanış, Əhli-beyt aşiqləri üçün isə sevgilərinin səviyyəsini təyin etməkdə mühüm rol ifa edəcəkdir.
    Kitab Höccətül-İslam vəl-müslimin Seyyid Əli Əkbər Ocaqnejadın moizələri əsasında yazıldığı üçün burada danışıq üslubu və forması saxlanılmışdır.
    Allah bu Əhli-beyt vaizinin ömrünü bərəkətli, bizləri isə Əhli-beytin həqiqi aşiqləri sırasında qeyd etsin!
    QURAN NÖQTEYİ-NƏZƏRİNDƏN BİZİM ƏHLİ-BEYT QARŞISINDA VƏZİFƏLƏRİMİZ
    Bu gecəki söhbətimizi Əhli-beytin kimlər olduğuna və eləcə də bu adın quranda öz əksini tapması məsələsinə həsr edəcəyik. Bəzən Əli (ə)-ın adının Quranda işlədilib, işlədilməməsini soruşurlar. Heç kəs suala inkar formasında cavab verə bilməz. Məsələnin mahiyyətini tam şəkildə anlamaq üçün öncə kiçik bir misalı diqqət mərkəzində saxlayaq. Beləki, həcc səfərinə gedən böyük bir şirkət sahibi gedərkən işçilərini toplayıb bildirir ki, bir müddət mən burada olmayacağam. Məndən sonra mənim təyin etdiyim şəxsin göstərişlərini yerinə yetirəcəksiniz. O, nə desə sanki, o sözü sizə mən demişəm. Sizə aydın oldumu? Hamı bir nəfər kimi təsdiq edir. Sonra birisi soruşur:
    -Ağa sizin təyin etdiyiniz o adam-başçımız kimdir?
    -Başçıları üzünü təyin etdiyi şəxsə tərəf çevirərək onun əlindən tutur və deyir:
    -Onu tanıyırsınızmı? Bəli, filankəsdir.
    Başçı:
    -Bax elə həmin bu adam mənim müavinimdir, aydın oldu?
    -Bəli, aydın oldu.
    Düzdür ki, başçı müavinin adını çəkmir, amma onu tanıtdırır. Sualla ona müraciət olunduqda isə deyir: o, filankəsdir. (Amma həmin şəxs həccə getdikdən sonra işçilər bir yığıncaq təşkil edir və belə bir qərara gəlirlər ki, özlərinə başçı təyin etsinlər.)
    Quranda Əhli-beytin adı çəkilmiş və onunla bağlı ayrı-ayrı mövzulara da işarə edilmişdir. Peyğəmbər (s)- dən Əhli-beytin kim olduğunu soruşduqda cavabında buyurur ki, Əhli-beyt Əlidir.
    Quranda Allah buyurur ki, «Peyğəmbərin (s) əmrlərinə itaət edin, onun bizləri çəkindirməyə çalışdığı işlərdən isə kənar durun! Peyğəmbər (s)- də öz növbəsində Əhli-beytin, Əli (ə) və ona itaətin vacibliyini bəyan edir. Lakin Peyğəmbər (s)- dən sonra bir sıra şəxslər deyir ki, Əhli-beyt Ummü Sələmədir, Aişədir, Ummu Hənifədir və s. Bir çoxları bildirir ki, axı Peyğəmbər (s) özü dəfələrlə camaatın arasında bəyan edib ki, Mənim Əhli-beytim Əli, Fatimə, Həsən və Hüseyndir.»
    Düzdür ki, Quranda Əli (ə)- ın adı çəkilmir. Lakin ünvanı göstərilir. Peyğəmbər (s)- də öz növbəsində bu ünvanı açıqlayır. Əhli-beytin fəziləti, şərafəti, mövqeyi və hansı dərəcədə olması bizə məlumdur. İndi bilməliyik ki, onlar qarşısında bizim borcumuz, vəzifəmiz nədir? Onlar bizdən nə tələb edirlər?
    Birinci vəzifəmiz: Onları sevmək və onlara qarşı məhəbbət bəsləməkdir.
    Qurandakı sözü gedən mövzu ilə bağlı ayədən əlavə Peyğəmbər (s) buyurur: «Mən Əhli-beytin kimlər olduğunu göstərib onları sizə tanıtdırdım. Sizin birinci vəzifəniz onlara qarşı məhəbbət bəsləməkdir.» Deməli müsəlmanların birinci vəzifəsi Əhli-beytə qarşı sevgi göstərib, məhəbbət bəsləməkdir.
    Bir gün bir neçə nəfər ənsar Mədinə də Peyğəmbərin (s) görüşünə gedərək deyirlər: Ya Rəsulalla, biz başa düşürük ki, sən bizə çox xidmətlər göstərmisən: biz azğın idik, sən bizi hidayət etdin, bütlərə ibadət edirdik, sən bizi tək olan Allaha səcdə etdirdin, haqqa tərəf hidayət etdin. Biz səndən öncə yoxsul idik, pis vəziyyətdə yaşayırdıq, sən bizə izzət və şərəf verdin. Maddi cəhətdən indi vəziyyətimiz çox əladır. Bunların hamısını bizlər üçün sən etmisən. İndi biz də öz növbəmizdə sənə xidmət etmək istəyirik. Bizim malımız, sərvətimiz, dəvələrimiz, qoyunlarımız, qızıllarımız, pullarımız sənin ixtiyarındadır. İstədiyin qədər xərcləyə bilərsən. Yazırlar ki, bu zaman bu ayə nazil oldu: «Ya Peyğəmbər! deki, risalətimin müqabilində sizdən heç bir təmənnam yoxdur. Sizdən istədiyim yalnız budur ki, mənim Əhli-beytimə qarşı məhəbbət göstərəsiniz.» («Şura» surəsi, 23-cü ayə)
    Səhabələr arasında Quranşünaslardan və Quran təfsirçisi olan İbni Abbas Səid ibn Cubəyrin dilindən (Səid ibn Cubəyr Peyğəmbər (s) Əhli-beytinə müxalif olan insanlardandır) nəql edir: «Peyğəmbər (s) buyurur: «Məvəddəti fil qurba ali Mühəmməd». Peyğəmbərdən (s) qeyd edilən məsələ ilə bağlı istənilən qədər hədis vardır. Bu hədis «Səhih-Buxari» 4-cü cild, «Musnəd ibn Hənbəl» 1-ci cild, «Sunəni-Tirmizi»- nin 5-ci cildində qeyd olunmuşdur.
    Bu hədis Səid ibn Cubəyrdəndir. Bu ayə nazil olduqda Səhabələr ayağa qalxaraq soruşdular: Ya Rəsuallah, kimlərdir sənin əhli-beytin, onlar kimlərdir ki, biz onlara məhəbbət bəsləməliyik və onların məhəbbəti bizə vacib olub? Peyğəmbər (s) buyurdu: «Əli, Fatimə və onların oğlanları.»
    İkinci vəzifəmiz: Onların vilayətini qəbul etməkdir.
    Vilayət nədir?
    Məhəbbətlə ilə vilayət fərqlənir. Kiməsə məhəbbət göstərib sevmək, onu özünə rəhbər bilib ondan itaət etməklə fərqlənir, buna görə ki, ikincisində mən ondan təbəiyyət edərək, onun itaətini özümə vacib sayıram. İsan ürəyində çox şeyə sevgi göstərə bilər, amma bunun vilayətə heç bir dəxli yoxdur. Sevirəm başqa bir şey, vilayətini qəbul edirəm isə başqa bir şeydir. Quranda buyurulur ki, onların məhəbbəti sizin qəlbinizdə olmalıdır. Vilayət isə birinin sənə rəhbər kimi təyin edilməsi və sənin tərəfindən bunun qəbul edilməsidir. Namaz, oruc və s. əmirlər quranda vacib buyurulub itaət edildiyi kimi vilyəti də qəbul edib ondan itaət olunması vəcibdir. Vilayətsiz namazın, orucun və ibadətin heç bir faydası yoxdur. Bəzi hədislərdə buyurulur: «Vilayət qəbul edilmədiyi halda edilən 70 illik ibadətin heç bir xeyri yoxdur.» Bu, yuxarıda qeyd etdiyim başçı və özündən sonra təyin etdiyi müavin məsələsi kimidir. Beləki, nizam-intizamın pozulmamasını istəyirsənsə, müavinin sözünə baxmalısan.
    Zeyd ibn Ərqəm nəql edir: «Peyğəmbər (s) axırıncı vida həccindən qayıdırdı, «Qədiri-Xum» çölünə çatdıqda dəvədən enərək camaatı bir yerə yıgdı. Hər şey hazır olduqdan sonra Peyğəmbər (s) sözə başladı: «Allah mənim mövlamdır və mən də bütün möminlərin vəlisiyəm! Bu sözlərimi qəbul edirsinizmi? Dedilər: Bəli, qəbul edirik. Peyğəmbər (s) sonra Əli (ə)-ın əlindən tutaraq buyurdu: Mən hər kimin mövlasıyamsa Əli (ə) da onun mövlasıdır. İlahi, kim onu sevirsə, sən də onu sev, kimin ondan acığı gəlirsə, sənində ondan acığın gəlsin! (ona düşmən münasibəti bəsləyənlərə qarşı sən də düşmən ol!)». Bu hədis «Səhih-Buxari», «Səhih Muslim»-in 3-cü, 4-cü cildlərində, «Sunəni Tirmizi»-nin 5-ci cildində «Sunəni ibn Macə»-nin 1-ci cildində, «Əhməd ibn Hənbəli»-nin 641-ci səhifəsindən qeyd edilmişdir və eləcə də «Sunən ibni Macə»-də 12 yerdə, «Mustədrəkus-səhihəyn» kitabının, 7 yerində bu hədis öz əksini tapmışdır.
    Bu barədə Peyğəmbərdən (s) başqa bir hədis də nəql edirlər. Peyğəmbər (s) buyurur: «Mənim kimi yaşayıb, mənim kimi dünyadan getməg istəyən və Allahın mənə vəd etdiyi cənnətə daxil olmaq istəyən şəxs Əli ibn Əbi Talibi sevməli və vilayətini qəbul edərək onu özünə rəhbər təyin etməlidir. Daha sonra isə onun pak vərəsəsi və zurriyyəsini özünə başçı təyin etməlidir. Onlar imamlardır, onlar insanları pak yola hidayət edənlər və məndən sonra qaranlıq gecələrin çıraqlarıdırlar. Camaat, Onlar sizi heç vaxt hidayət yolundan çəkindirib, azğınlıq yoluna çəkməzlər onlar daim sizi hidayət və mərifət nuruna doğru apararlar.»
    Üçüncü vəzifəmiz: Onlara «təməssuk» etməkdir. Yəni, onların ətəyindən yapışmaq.
    Hər bir məsələdə onlardan möhkəm tutmalıyıq ki, tufana düşüb yolumuzu itirməyək. Tufan olduqda isə yer-göy bir-birinə qarışdığından heç kəs bir-birini görmür. Yalnız tufan yatdıqdan sonra kimin yolu azması və kimin qalması məlum olur. Möhkəm bir şey tapıb ondan yapışanlar salamat qalır. Heç nədən yapışmayanları isə tufan aparır. Tənəssükün ifadə etdiyi məna da elə bundan ibarətdir.
    Əhli-beyt yer üzündə ondan ötürüdür ki, yellər, tufanlar, sellər gəlib səni aparanda onların ətəyindən yapışasan ki, yolunu azmayasan. Peyğəmbər buyurur: «Mən və Əhli-beytim cənnətdə olan bir ağacıq. Ağacın şaxələri isə dünyadadır. Bizə təməssuk edənlər, yəni bizdən möhkəm yapışanlar düzgün yol tapıb Allaha tərəf gedəcəkdir.».
    Bu barədə Osman (III xəlifə) də Peyğəmbər (s)-dən belə bir hədis nəql edir:
    الائمة بعدي اثنا عشر تسعة من صلب الحسين و منا مهدي هذه الامة من تمسك من بعدي بهم فقد استمسك بحبل الله و من تخلي منهم فقد تخلي من الله
    «Məndən sonra imamlar on iki nəfərdən ibarətdir. (Onların üçü sizə məlumdur Əli, Həsən və Hüseyn (ə)). Doqquzu Hüseynin nəslindəndir. Bu ümmətin Məhdisi (ə.f.) də bizdəndir. (ki, onların axırıncısıdır.) Hər kəs məndən sonra onlara təməssük etsə Allahın ipindən yapışmış olub, onlardan uzaqlaşan isə Allahdan uzaq düşmüşdür.» (Bu hədis «Kifayətul Əsər»-in 94-cü səhifəsində qeyd edilib.)
    Dördüncü vəzifəmiz: Onlara ikramdır (Hörmət bəsləmək).
    İkram budur ki, onları gördükdə hörmət etməlisən. Adları çəkiləndə ehtiram göstərəsən. Bu məsələ ilə bağlı Allah Quranda buyurur: «Allahın adının zikr olunduğuna və uca tutulduğuna izn verdiyi evlərdə gecə və gündüz Allahın zikri və təsbihi deyilir». («Nur» surəsi, 36-cı ayə.)
    Başqa bir ayədə Allah buyurur: «Allah göylərin və yerin nurudur». Peyğəmbər buyurur: «Bu nurun mənbəyi həmin evlərdir».
    Ravilərdən olan Ənəs ibn Malik və Burəydə nəql edirlər ki, Peyğəmbər (s) bu ayəni oxuyandan sonra bir nəfər ayağa qalxıb soruşdu:
    -«Ya Rəsulallah! O evlər hansı evlərdir ki, deyirsən Allah göylərin və yerin nurudur. Bu nurun mənbəyi isə o evlərdir? Peyğəmbər buyurdu:
    -Bu evlər peyğəmbərlərin evləridir. Ənəs ibn Malik əlavə edir ki, orada olan Əbu Bəkr ayağa qalxaraq Əli (ə) və Fatimə (s)- ın evinə işarə edərək soruşdu:
    -Ya Rəsulallah! Bu evdə o evlərdəndir? Həzrət buyurdu:
    -Bəli, bu ev nəinki o evlər kimi bəlkə onlardanda üstün olan bir evdir.» («Əd-durrul-mənsur» kitabı, cild: 6, səh: 203; «Şəvahidut-tənzil» kitabı, cild 1, səh: 534; «Kənzul-ummal» kitabı, cild 12, səh: 100; «Fəraidus-simtəyn» kitabı, cild 2, səh: 277 və 541.)
    Onların əmrləri, sözləri, tapşırıqları və sifarişləri bizim üçün qanundur. Bu barədə Peyğəmbərdən (s) nəql edilən çoxlu sayda hədislər vardır. Peyğəmbər buyurub: « Allah bütün peyğəmbərlərin züriyyələrini onların öz sülbündən qərar verdi mənim zürriyyəmi isə Əlinin sülbündə qərar verib». Həzrət ardınca buyurdu: «Onların üstün bilin və onlardan qabağa keçməyin!» (Şazan ibn Cəbrailin «Əl-fəzail» kitabı, səh: 130.)
    Beşinci vəzifəmiz: «Əzzikr» dir.
    Yəni onları yad etməkdir. Bizdən tələb olunur ki, onlardan danışıb, onları yad edək. Ummu Sələmə nəql edir: Mən peyğəmbərin dilindən eşitdim ki, o Həzrət buyurdu: «Harada bir insan və ya bir tayfa oturub Peyğəmbər (s) dən, onun fəzilətlərindən danışırsa, bir sıra mələk gəlib onlara qoşulur. Camaat dağılışdıqdan sonra isə mələklər də ərşdə öz yerlərinə gedərlər. Digər mələklər onlardan hardan belə gəlirsiniz ki, üzərinizdən bu vaxta qədər duymadığımız ətir iyi gəlir, deyə soruşarlar. Həmin mələklər belə cavab verərlər: Yerdə bir dəstə mömin oturub söhbət edirdilər. Üzərimizdə olan onların sözlərinin ətrinin qoxusudur. Bu vaxt mələklər xahiş edərlər ki, bizi də aparın, biz də onları ziyarət edək. Mələklər onların artıq dağılışdıqlarını bildirdikdə, deyərlər ki, onda aparın, onların oturduqları yerləri ziyarət edək.»
    Bir çox kitablar o cümlədən «Yənabiul-məvəddə» kitabı, cild 2, səh: 271 və bu kimi sair kitablar hədisi qeyd etmişlər.
    Altıncı vəzifəmiz: Onların fəzilətlərindən əlavə müsibətlərindən də danışmalıyıq.
    Bəzilərinə İmam Hüseynə (ə) ağlamaq qəribə gəlir və sual edirlər ki, İmam Hüseynə ağlamağın nə kimi faydası vardır?
    Heç kəs istəməz ki, rəngli paltarlar geyinib, şadlıq etməsin və hər gün qara geyinsin. Amma, əgər Hüseyn (ə) özü istəsə necə, onda biz nə etməliyik? Mümkündür ki, belə deyilsin: İmam Hüseyn (ə) ağa şəhid olub və öz hədəfinə çatıb. Gəlin əlvan rəngli paltarlar geyinib şadlıq edək və Hüseyni təbrik edək. Heç də pis fikir deyil. Amma bunu onlar (Əhli-beyt) özləri istəmir. Əgər siz Hüseyni yad edib, ona məhəbbət göstərmək və onu yad etmək istəyirsinizsə, bunun yolunu biz (Əhli-beyt) sizə göstəririk. Necə ki, Allah buyurub: «Ey mənim bəndələrim siz bilirsiniz ki, mən sizə nemət vermişəm sizi yaratmışam, sizə sağlamlıq vermişəm, hava, su, torpaq, torpaq altında dəfinələr, xəzinələr, qızıl, gümüş, neft, qaz, hər şey, meşələr, nə lazımdırsa, çatışmayan nə qalıb? Əgər bir şey qalıbsa, deyin ya Allah sən onu bizə verməmisən. İndi əgər mənə təşəkkür etmək istəyirsiniz, onda təşəkkürün yolunu da mən təyin etməliyəm. Əgər ədəbli Adam olmaq istəyirsənsə, onda hər gün on yeddi rükət namaz qıl!»
    «Yaxşılığın müqabilində yaxşılıq etmək» ağlın hökmüdür. İndi əgər, biz də İmam Hüseyn ağaya təşəkkür etmək istəyiriksə, yəni ya Hüseyn sən nə qədər qəhrəman, şərafətli insansan. Sən müharibə etdin. Zalımın qarşısında baş əymədin, dayanıb xütbə oxudun, şəhid oldun və bununla bizə, şərəf və izzət bəxş etdin. İndi biz səni yad etmək istəyiriksə, bunu necə edək? Buyurur ki, onu sizə mən deməliyəm. Mənim müsibətlərimi yad edin. Məhərrəm ayında, aşurada gözlərinizdən yaş tökün! Əgər belə etsəniz, mənə təşəkkür etmiş olarsınız. Demək, ağlamağı İmam özü bizdən istəyib. İmam Hüseyn ağaya ondan əvvəl Əli (ə) ağlayıb, Əlidən (ə) əvvəl Peyğəmbər (s) ağlayıb.
    İmam Hüseyn (ə) ağanın öz dilindəndir: «Hər hansı bir insan mənə görə bir dəfə ağlasa, Allah mənim ehtiramıma xatir Cənnəti ona vacib edər. İmam Cəfər Sadiq (ə) buyurub: İki yerdə nəfəs çəkmək zikr savabındadır: Biri orucluqda, yəni Ramazan ayı. İkincisi isə Məhərrəm ayı, yaxud Hüseyn (ə), Əhli-beyt üçün qurulan məclisdə iştirak edən insanlar alıb verdikləri hər bir nəfəs də zikr etmiş kimi hesab edilirlər.»
    Yenə o həzrət buyurur: «Əgər bir Adam bizə görə narahat olarsa və qəmlənərsə, o qəm ibadət hesab edilər.»
    Nəql edirlər ki, altıncı İmam buyurdu: «Yeri var ki, bu hədis qızıl suyu ilə yazılsın.»
    Şəxsən Peyğəmbər (s) özü İmam Hüseynə (ə) ağlayıb. Mən Aişədən bir hədis deyəcəyəm. Aişənın bu hədisi «Məcməuz-Zəvaid» kitabının 9-cu cild, səh:187-də qeyd edilmişdir.
    Aişə nəql edir ki, bir gün Peyğəmbərə (s) vəhy nazil olurdu. Hələ o zaman balaca uşaq olan İmam Hüseyn (ə) özünü Peyğəmbərin (s) üstünə atdı. Cəbrail uşağa baxıb soruşdu:
    -Ya Peyğəmbər! bu uşağı sevirsən? Peyğəmbər (s) «əlbəttə sevirəm»- deyə cavab verdi. Cəbrail buyurdu:
    -Bilirsənmi ki, səndən sonra bu uşağı qətlə yetirəcəklər? Daha sonra əlini uzadaraq Peyğəmbərə (s) ağ rəngdə olan bir qədər torpaq verdi və buyurdu: Bu Kərbəla torpağıdır. Hüseyni bu torpaq üzərində öldürəcəklər.
    Cəbrail getdikdən sonra Peyğəmbər (s) ağlaya-ağlaya durub otaqdan çıxdı. Çıxarkən mənə dedi:
    -Aişə, Cəbrail indi mənə xəbər verdi ki, Hüseyni Kərbəla çölündə öldürəcəklər. Məndən sonra mənim ümmətim çox böyük bir imtahan qarşısında qalacaqdır.
    Peyğəmbər (s) bunu deyib məscidə tərəf yola düşdü. Məsciddə olan səhabələr arasında Əli (ə), Əbu Bəkr, Ömər, Hüzeyfə, Əmmar, Əbu Zərr və başqaları da var idi. Onlar Peyğəmbərin (s) ağlayaraq məscidə daxil olduğunu gördükdə soruşdular:
    -Ya Rəsulallah nə üçün ağlayırsan? Peyğəmbər (s) üzünü onlara tərəf tutaraq buyurdu:
    -Cəbrail mənə məndən sonra oğlum Hüseynin Neynəva çölündə qətlə yetiriləcək-şəhid olacağını xəbər verdi. Sonra isə bu torpağı verib bildirdi ki, Hüseyn bu torpaqda dəfn olunacaq.
    Peyğəmbər (s) bu sözləri deyərkən həm özü ağlayırdı, həm də orada olan camaat. Amma Peyğəmbər (s) demirdi ki, ağlamamalıyıq.
    Başqa bir hədis: Bir gün peyğəmbər səfərə çıxırdı. Hələ o zaman İmam Hüseynin iki yaşı var idi. Səfər zamanı gördülər ki, Peyğəmbər (s) yolda dayanıb öz-özünə bu ayəni- «İnna lillah və İnna iləyhi raciun» -oxuyaraq ağlayır. Soruşdular:
    -Ya Rəsuallah niyə ağlayırsan? Həzrət buyurdu:
    -Cəbrail mənə Hüseynin şəhid olacağını xəbər verdi. Bu xəbəri mənə elə çatdırdı ki, sanki, mən o hadisələrin hamısını öz gözlərimlə gördüm. Hətta nizələrə taxılmış yaralı başları da mənə göstərdi.
    Həzrət çox qəmli şəkildə səfərini başa vurub qayıtdı. Qayıtdıqdan sonra Həsən (ə) və Hüseynin (ə) əlindən tutub mənbərə çıxdı. Mənbərdə bir xütbə oxudu. Xütbəni oxuduqdan sonra sağ əlini Həsənin (ə), sol əlini isə Hüseynin (ə) başına qoyaraq buyurdu:
    - «İlahi mən özümdən sonra bu iki övladımı ümmətimin içində əmanət qoyub gedirəm. Amma Cəbrail mənə xəbər verib ki, onların biri zəhərlə, digəri isə qılıncla öldürüləcəkdir. İlahi sən özün şəhadəti onlara mübarək et! Pərvərdigara bunların qatillərindən öz bərəkətini kəs!»
    Peyğəmbər (s) bu sözləri dedikdə məsçiddəkilər ağlamağa başladı. Bu halı belə müşahidə edən Peyğəmbər (s) əlavə edərək buyurdu: «Ey insanlar, siz indi ağlayırsınız, amma həmin gün bunlara kömək etməyəcəksiniz. Yenə üzünü Allaha tutaraq buyurdu: «İlahi, mən bu iki əmanəti qiyamətə qədər bu ümmət arasında qoyub gedirəm onlaradan biri Quran, digəri isə mənim itrətimdir».
    İbni Abbas nəql edir ki, bir gün Əli (ə)-ın yanına getmişdim. (Peyğəmbərdən (s) sonra) gördüm ki, ağa ağlayır. Soruşdum: ağa niyə ağlayırsan? Əli (ə) cibindən bir səhifə çıxarıb mənə göstərdi. Həmin səhifədə Peyğəmbərin (s) buyurduğu sözlər yazılmışdı. Kərbəlada nələr olacaq hamısı, hətta şəhidlərin də adları bir-bir yazılmışdı. Bütün hadisələr qeyd edilmişdi.
    Peyğəmbər (s) Hüseynə (ə) ağlayır, Əli (ə) Hüseynə (ə) ağlayır, Zəhra (ə) Hüseynə ağlayır, Ümmü Sələmə ağlayır, İmam Həsən (ə) ağlayır, İmam Hüseyn (ə) özü də ağlamağın zəruriliyini təkid edir. Bəs biz nədən ağlamayaq? Əgər Hüseynə imam Əli (ə), imam Həsən (ə), Peyğəmbər ağlayırsa, onda bizim də borcumuzdur ki, onların müsibətini zikr edib onlara ağlayaq.
    Hüseyn məclisinə qəlbidə yara gedərəm.
    Mühəqqər aşiqinəm qəlbidə yara gedərəm.
    Xuda nakərdə mən də olsam asitanindən
    Üzüm-gözüm öyrəşib qapına, hara gedərəm?
    Hüseynin aşiqiyəm, eşq izzətimdir mənim.
    Sual tələtim, şame hidayətimdir mənim.
    Hüseynə ağlamasam neylərəm bir göz yaşı mən
    Bu şor göz yaşı şirindir, şərəfimdir mənim.
    Biz hamımız İmam Hüseyn (ə) əzasında ağlamağa hazırıq və hamımız bu əməli ibadət bilirik. Allah bu ibadəti hamıdan qəbul etsin!
    Category: Əhli-Beytin (ə) məqamı | Added by: Islam_Kitabxanasi
    Views: 794 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024