İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əhli-Beytin (ə) məqamı

    Əhli-Beytin (ə) məqamı
    2012-01-02, 8:05 PM
    ƏHLİ-BEYT AYƏSİ
    Məhərrəm ayı İmam Hüseyn (ə) aşiqləri qara bayraqların altından keçirlər. Məclislərdə, Hüseyniyyələrdə və ya hər hansı bir münasib yerdə toplaşıb Hüseyn (ə)-ın adını zikr edir və bunu özlərinə ibadət hesab edirlər. Yer kürəsində müxtəlif firqələr mövcuddur. Bu firqələrin yolunu davam etdirən müxtəlif insanlar vardır. Bu məzhəb və firqələrin nümayəndəliri Hüseyn (ə) -in adının zikr edilməsini özlərinə ibadət hesab edirlər. Onlar Cəbraili tanıyırdılar və onun gətirdiyi sözləri, xəbərləri də gizlətmədilər və öz kitablarında saxladılar. Qələmləri, dilləri, və sinələrindəki, elmləri ilə o hədisləri və kəlamları hətta çox qorxulu vəziyyətlərdə belə qoruyub saxladılar və onlara əməl etdilər.
    Bəziləri soruşurlar ki, nə üçün Əli (ə)- ın adı Quranda çəkilməyib? Əhli-beyt kimlərdir? Peyğəmbər bu barədə nə deyib?
    Buna cavab olaraq «Əhzab» surəsinin 33-cü ayəsini oxuyaq. Ayədə bizə belə bildirilir: «Allah Əhli-beyti yer üzündə seçib, bəyənib və bütün çirkinlikləri onlardan uzaqlaşdırıb».
    Əgər Allah yer üzündə Əhli-beyti pak qərar veribsə demək, onlar heç vaxt yalan danışmazlar. Onların danışıqları hamısı Allah buyuran kimidir. Onların hərəkətlərində heç bir eyib və çirkinlik görünməz. Şeytan onlardan uzaqdır və onlara təsir göstərə bilmir. Çünki, Əhli-beyt pak və təmizdir. Bu, ayənin qısa surətdə mənasıdır.
    Görək Əhli-beyt adları barəsində Ummu Sələmə, Aişə və səhabələr nə bilirdilər. Onlar Peyğəmbərə (s) çox yaxın olublar.
    Bu barədə müxtəlif firqələrin kitablarında otuz üç hədis yazılıb ki, «Səhih Müslim», «Səhih Buxari», «Üsuli-Kafi» və digər kitablarda bunlar qeyd edilmişdir.
    Ummu Sələmə xanımdan belə nəql olunur: «Əhzab surəsi bizim evdə nazil oldu. Peyğəmbər (s) mənim evimdə idi. Mənə dedi ki, qapıları bağla və başqa adamları içəri buraxma» və özü də namaz qılmağa başladı. Mənə dedi ki, dur namaz qıl! Mən evin qapılarını bağlamaq istəyirdim ki, Fatimə (s) gəldi. Onun əlində, içində yemək olan balaca bir qazan var idi. Həzrət mənə buyurmuşdu ki, heç kəsi içəri buraxmayım. Amma mən Fatimə (s)-ə necə deyə bilərdim ki, gəlmə. Fatimə içəri daxil olduqdan sonra yeməyi gətirib atasının qarşısına qoydu. Peyğəmbər (s) soruşdu ki, ya Fatimə əmin oğlu və oğlanların haradadırlar? O da evdədir, deyə cavab verdi. Həzrət mənə dedi ki, gedib onları çağırım, gəlsinlər. Mən də gedib Əliyə dedim ki, Peyğəmbər sənidə, Həsən və Hüseynidə çağırır. Həzrət iki oğlunun əlindən tutdu və mənimlə birlikdə peyğəmbərin yanına gəldik. Rəsulallah mənə işarə edərək bildirdi ki, namazımı qılım və öz işlərimlə məşğul olum. Nahar etdikdən sonra Peyğəmbər (s) əynindəki əbanı açdı və onlar hamısı əbanın altında qaldılar. Bu müqəddəs ayə o vaxt nazil oldu. Ayə nazil olduqdan sonra Peyğəmbər (s) bu sözləri buyurdu.[1] Mən də yaxınlaşaraq, ya Rəsulallah mən Əhli-beytdən deyiləmmi, deyə soruşdum. Mən sənin həyat yoldaşlarındanamsa, demək, mən də Əhli-beytdənəm. O, isə buyurdu: Sənin aqibətin xeyirlidir. Sən Peyğəmbər (s)-in xanımlarından birisən, amma Əhli-beytdən deyilsən. Mən başa düşdüm ki, «Əhli-beyt Mühəmməd (ə), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə)- dır».
    Əbu Hüreyrə deyir: Mən Ummu Sələmə ilə danışdım və o mənə bu barədə necə olmuşdusa, nəql etdi. Mən də Ummu Sələmənin danışıqlarını eynilə başqalarına nəql etdim.
    Səfiyyə Binti Şəybə deyir: Aişə dedi ki, mənim də xəbərim var. Bir gün səhər Peyğəmbər (s) evdən çıxdı. Özünə, üzərində qara naxışlar salınmış parça bürümüşdü mən onu belə halda gördüm. Əlinin (ə) oğlu Həsən (ə) gəldi. Peyğəmbər (s) onu çiynindəki əbanın altına dəvət etdi Sonra Hüseyn (ə)-da gəlib o əbanın altına daxil oldu.. Sonra Fatimə (s)-lə Əli (ə)-da gəldi. Peyğəmbər (s) onların da əbanın altına daxil olmalarını buyurdu. Onlar da daxil olduqdan sonra Rəsulallah «Əhzab» surəsinin 33 ayəsini oxudu. Mən özüm bu hadisəni görmüşəm.
    Suməy ibn Uməyr adlı bir nəfər deyir: Anamla ikimiz bir gün Aişənın hüzurunda idik. Anam ondan soruşdu: Aişə, yaxşı olardı danışasan ki, Peyğəmbər (s)- in Əli (ə)- a olan münasibəti necə idi? Peyğəmbərin (s) Əli (ə)-a qarşı məhəbbəti barəsində mənə danış. Aişə dedi:
    كان أَُحبَّ الي رسول الله لقد رأيته وقد أدخله تحت ثوبهِ و فاطمة و حسناً و حسيناً ثمّ قال: أللهمّ هولا؛ أهلَ بيتي أللهمّ أذهب عنهم الرّجس و طهّرهم تطهيرًا
    Peyğəmbər (s) yanında Əlidən sevimli bir insan yox idi. Ona bütün insanlardan ən sevimli idi. Peyğəmbər (s) hamıdan çox onu istəyirdi. Bir gün gördüm ki, Peyğəmbər (s) Əlini (ə), Fatiməni (s), Həsən (ə) və Hüseyni (ə) əbanın altına salıb bu sözləri dedi: «İlahi bunlar mənim Əhli-beytimdir. Onlardan bütün çirkinlikləri, pislikləri, eyibləri uzaq et və bunları pak-pakizə et».
    Bu barədə Peyğəmbərin (s) səhabəliri nə deyiblər? Onlar həmişə Peyğəmbər (s)- lə bir yerdə olublar. Əksər müharibələrdə, namazlarda, məclislərdə onunla bir yerdə oturub həzrətin danışdığı sözləri, xütbələri, çıxışları dinləyirdilər. Əksəriyyət isə bu çıxışları yazıb qeyd edirdilər.
    Cabir ibn Əbdüllah Ənsari deyir: Mən həmin gün orada idim. (ayə nazil olan gün). Peyğəmbər (s) Ummu Sələmənin evində idi. Mən də oraya getmişdim. Rəsulallah Həsən (ə), Hüseyni (ə), qızı Fatimə (s) və Əli (ə)- ı çağırıb ətrafına yığaraq Allaha üz tutaraq ərz etdi: «İlahi mənim Əhli-beytim bunlardır. Bütün çirkinlikləri bunlardan uzaqlaşdır. Onları pak-pakizə et. Peyğəmbər (s) bu sözləri dedikdən sonra Ummu Sələmə qabağa gəlib dedi:
    -Ya Rəsulallah, mən də Əhli-beytdənəm? Peyğəmbər buyurdu:
    -Xeyr. Ummu Sələmə sən xeyirdəsən, amma Əhli-beytdən deyilsən. Mən də Peyğəmbər (s)-in qarşısına keçib dedim:
    -Ya Peyğəmbər Allah sənin Əhli-beytini və bu itrəti tahirəni çox ikram etdi və sənin pak zürriyəni Allah pakizə etdi. Peyğəmbər (s) üzünü mənə tutaraq dedi:
    -Ey Cabir «Onlar mənim itrətim, mənim Əhli-beytimdir. Onlar mənim ətimdən və qanımdandırlar. Əli bütün vəsilərin ağasıdır. Mənim balalarım Həsən və Hüseyn balaların hamısının ən gözəlidir. Qızım Fatimə isə bütün qadınlar içində Ən əziz və şəriflidir. Məhdi də bizdəndir.»
    Səid ibn Cübeyr ibn Abbasdan belə nəql edir: Bir gün Müaviyə ilə birgə idim. Səd ibn Əbi Vəqqas Müaviyənin məclisinə daxil olub salam verdi. Müaviyə eşitmişdi ki, Əbu Vəqqas son vaxtlar Əli ibn Əbutalibə söyüş vermir. Bu eşitdiyini Əbu Vəqqasa çatdırmaq üçün üzünü Şam camaatına tutaraq dedi: Ey camaat yəqin ki, tanıyırsınız. Bu Əbu Vəqqasdır. Bu adam Əli ilə dost olub. Camaat başını aşağı salıb Əli (ə) barəsində pis danışdılar.
    فبكي سعدٌ فقال معاوية: ما الّذي أبكاك؟ قال: و لِِمَ لا أبكي لرجلٍ مِن أصحاب رسولِ الله(ص) يُسبُّ عندك و لا أستطيعُ أن أُغيّرَ. وقد كان في عليٍّ خصالٌ لأن تكونَ فيَّ منهم أحبُُّ من الدّنيا و ما فيها.....إلي أن قال: والخامسةُ: نزلت هذه الاية " إنّما يريدُ اللهُ ليُذهبَ عنكم الرِّجسَ أهل البيتِ و يطهّرَكم تطهيرًا" فدعَا النّبيّ(ص) عليًّأ و حسنًا و حسينًا و فاطمةَ فقال: أللهمّ هولاِ أهلي فأذهِب عنهم الرّجسَ و طهّرهم تطهيرًا
    Yəni: Bu zaman Səd ağladı. Müaviyə soruşdu:
    -Nə üçün ağlayırsan?
    -Niyə də ağlamayım. Peyğəmbər (s)-in səhabəsi Əlini söyürlər, mən də mane ola bilmirəm. Buna görə də ağlamaqdan başqa çarəm yoxdur. Sonra Səd ibn Əbi Vəqqas bu sözləri dedi: Bilirsiniz Əli kimdir? Əlidə olan xüsusiyyətlərdən biri məndə olsaydı, mənim üçün dünyanın bütün nemətlərindən üstün olardı. Bü xüsusiyyətləri sayaraq beşinci xislətə çatdı.
    Bu ayə kimin barəsində nazil olub? Bu ayə (Əhzab 33) nazil olanda Peyğəmbər (s) bu dörd nəfəri yanına çağıraraq dedi: «İlahi bunlar mənim əhli-beytimdir onlardan bütün çirkinlikləri apar, pak və pakizə qərar ver».
    Müaviyənin məclisində Əbu Vəqqas da etiraf etdi ki, Peyğəmbər (s) bu sözü bu dörd nəfərin haqqında deyib.
    Ömər ibn Xəttab deyir: Peyğəmbərdən (s) mən özüm eşitdim ki, buyururdu: «Camaat mən sizdən qabaq gedirəm. Qiyamət günü kövsər kənarına gələrkən, sizi orada gözləyəcəyəm, və iki şey barəsində soruşacağam. Diqqət yetirib görün ki, məndən sonra mənim sözlərimə necə əməl edəcəksiniz? Bunlardan biri Allahın kitabı olan Qurandır. O bir ipdir ki, bir tərəfi sizin, bir tərəfi isə Allahın əlindədir. Qurandan möhkəm yapışın, onu açıb oxuyun və əməl edin. İkincisi isə mənim Əhli-beytimdir. Allah mənə xəbər verdi ki, bu iki əmanət qiyamətə qədər bir-birindən ayrılmayacaq.»
    Mən özüm şəxsən Peyğəmbər (s)- dən soruşdum:
    -Ya Rəsulallah sənin itrətin kimdir ki, deyirsən onlar Quranla bir yerdədir və onları bir-birindən ayırmayın. Onların adlarını de! Buyurdu:
    -Mənim itrətimin kim olduğunu öyrənmək istəyirsiniz? Onlar: «Əli, Fatimə, Əli və Fatimənin oğlanları. Doqquz nəfər də Hüseynin nəslindəndir. Onlar imamlardır. Onlar insanları hidayət edənlərdir. Onlar mənim itrətim, ətləri ətimdən, qanları qanımdan olanlardır.» («Kifayətul-əsər» kitabı, səh: 91.)
    Həzrət Əli (ə) buyurur: Peyğəmbər yatırdı. Məni də çağırıb yanına uzanmağımı buyurdu. Sonra zövcəm Fatiməni, Həsən və Hüseyni də yanına çağırdı. Əbanı üsütümüzə atdıqdan sonra bu ayəni buyurdu. («Əhzab» surəsinin 33-cü ayəsini) Cəbrail baxıb dedi: Ya Rəsulallah, mən də sizdənəm? Şübhəsiz ki, Cəbrail ora daxil ola bilməzdi. Biz beş nəfər idik, altıncı şəxs Cəbrail idi.
    Kərbəla hadisəsindən sonra əsirləri Şam şəhərinə gətirdilər. Şəhərə daxil olanda günorta idi. Əsirlərin üzləri açıq idi. Şamın (zahirən) «kişiləri» onlara baxıb dedilər: Bunlar nə gözəl insanlardır. Biz hələ belə gözəl əsirlər görməmişik. Siz kimsiniz? Hüseynin (ə) altı yaşlı qızı Səkinə ayağa qalxıb dedi: Ey Şamlılar biz Ali Mühəmmədin əsirləriyik. Elə bilirsiniz ki, biz xaricdən gəlmişik? Xeyr, biz Peyğəmbərin balalarıyıq.
    Onlar bir pilləkanın üstündə əyləşdilər. İmam Səccad (ə) əsirlərin arasında idi. Qoca bir kişi gəlib əsirlərin qarşısında duraraq dedi:
    -Şükür olsun Allaha ki, sizi öldürdü, sizi bu günə qoydu və fitnəni kökündən kəsdi.
    Həzrət Səccad (ə) ayağa qalxıb dedi:
    -Ay kişi sən heç Quran oxumusan? Dedi, bəli oxumuşam. Bu ayəni də oxumusan ki, Allah buyurur: «Ya Peyğəmbər, de: mən risalətimin qarşılığı olaraq sizdən yalnız mənim Əhli-beytimə məhəbbət istəyirəm.»
    Dedi ki, bəli, oxumuşam.
    -Əgər oxumusansa bil ki, Əhli-beyt bizik.
    -Sonra Həzrət əlavə edərək buyurdu: Bu ayənidə oxumusanki Allah buyurur: «Zil-qurbanın (əhli-beytə) həqqini əda edin.» («İsra» surəsi: 26 -cı ayə.)
    Dedi ki, bəli, oxumuşam.
    -Biz həmən insanlarıq.
    -İndi bunları bilə-bilə gəlib deyirsən ki, şükür olsun Allaha ki, sizi öldürdü? Kim sənin başını xarab edib, hansı təbliğatın təsirindən bu günə qalmısan?
    Bu zaman kişi əllərini göyə qaldırıb dedi: İlahi mən sənə tovbə edirəm. Üç dəfə bunu dedikdən sonra əlavə etdi; İlahi mən Ali-Mühəmmədin düşmənlərindən və Əhli-beytin qatillərindən uzaqlaşıram. Mən Quranı oxumuşdum, amma bunları başa düşməmişdim.
    Peyğəmbər (s) özü də öz Əhli-beytinə xüsusi hörmət edirdi. Ona görə yox ki, onlar Peyğəmbərin (s) qızı, kürəkəni və nəvələri idi, buna görə də Peyğəmbərin (s) onlara şəxsi münasibəti var idi. Peyğəmbərin (s) onlara qarşı Əhli-beytin üzvləri kimi islami münasibəti var idi.
    Əbu Həmra (Peyğəmbərin xadimi) deyir: Sübh namazının vaxtı olanda Peyğəmbər gəlib Əli və Fatimənin evinin qarşısında dayanıb (onların evlərinin qapısı məsçidə açılırdı) deyirdi: «Ey Əhli-beyt sizə salam olsun, namaz vaxtıdır. Bunu dedikdən sonra Peyğəmbər «Təthir» ayəsini oxuyurdu. Allah istəmişdir ki, siz Əhli-beytdən günahı uzaqlaşdırsın, sizi tamamilə pak və təmiz etsin («Əhzab» sursi, 33-cü ayə.) Onlar da cavab verirdi: Sənə də Allahın salamı, rəhməti və bərəkəti olsun (Allahın rəhməti və bərəkəti üzərindən əskik olmasın). Sonra Peyğəmbər (Allah sizə rəhmət etsin) namaz vaxtıdır.» deyə buyurardı. («Usdul-ğabə» kitabı, cild 6, səh: 74, hədis: 5827.)
    Peyğəmbər (s) Əhli-beyt haqqında bir sıra bənzətmələr demişdir ki, buna da Əhli-beytin «Mənziləti» deyirlər.
    PEYĞƏMBƏRİN NƏZƏRİNDƏ ƏHLİ-BEYTİN MÖVQEYİ VƏ ONLAR HAQQINDA OLAN BƏNZƏTMƏLƏRİ
    Peyğəmbər (s) Əhli-beyti Nuhun gəmisinə oxşatmışdır.
    Əba Zərr buyurur: Mən özüm Peyğəmbərdən (s) eşitdim. O həzrət buyururdu: «Mənim Əhli-beytim eynilə Nuhun gəmisinə bənzəyir. Gəmiyə minən nicat tapacaq, ondan uzaqlaşan isə məhv olacaqdır.»
    Bu hədis «Səhih Müslim»- də «Səhih Buxari»- də və «Kənzül-Ümmal»- da nəql olunub.
    Bir hədisdə Əbu Hüreyrə deyir: Peyğəmbər (s) buyurdu: «Biz nicat gəmisiyik. Bu gəmiyə minən nicat tapar. Bu nicat gəmisindən uzaqlaşan isə təhlükəyə düşüb həlak olar. Allah məhzərində bir hacəti olan insan (istəyi olan insan) biz əhli-beyti vasitə edib öz istəyini Allahdan istəsin.» («Fəraidus-simtəyn» kitabı, cild 1, səh: 37.)
    «Bəşarətül-Müstəfa»da nəql olunur ki, Əli (ə) Kumeylə belə buyurdu: Ya Kumeyl, Ramazan ayının on beşinci günü Peyğəmbər (s) mənbərə çıxıb üzünü mənə tutaraq dedi: «Əli və Əlidən olan pak-pakizə oğlanlar məndən, mən də onlardanam. O uşaqlar yer üzündə hamıdan pakdırlar, onlar nicat qapısı və nicat gəmisidirlər. Bu gəmiyə minən və bu qapıdan daxil olanlar nicat taparlar, uzaq düşənlər isə həlak olarlar. Ondan sonra Həzrət buyurdu: Nicat tapanlar Cənnətdə olarlar. Əks təqdirdə isə oda düşərlər.»
    Peyğəmbər (s) Əhli-beyti Beytül-müqəddəsin hittə qapısına bənzədir.
    O qapıdan daxil olanlar bağışlanacaq, daxil olmayanlar isə bağışlanmayacaq.
    Bu hədis «Əs-Səvaiqul muhriqə» kitabının 152-ci səhifəsində gəlib ki,. Peyğəmbər buyurur: «Mənim Əhli-beytim sizin aranızda sanki, hittə qapısıdır. Allah Bəni-İsrailə buyurdu ki, əgər hittə qapısından daxil olsanız, sizi bağışlayaram. Mənim də ümmətimdən hər kəs islama Əhli-beytimin tərəfindən daxil olsa, onu bağışlayaram. Allaha yaxınlaşmaq istəyən bu qapıdan keçsin.»
    Yenə Peyğəmbər (s) buyurur: «Məndən sonra imamlar 12 nəfərdir. Onların doqquzu Hüseynin (ə) nəslindəndir. Doqquzuncusu «Qaim» adlanacaq.» («Kifayətul-əsər» kitabı, səh: 38; «Əl-mənaqibu ibni Şəhri-aşub», cild 1, səh: 295.)
    Səhabələrdən olan Əbu Səid Xidri deyir: Bir gün Peyğəmbər (s) gəlib namaza başladı. Biz də onunla namaz qıldıq. Zöhr namazını qıldıqdan sonra möhtərəm Peyğəmbər (s) üzünü bizə tərəf tutub kəramətlə buyurdu: «Ey mənim səhabələrim mənim Əhli-beytim sizin aranızda Nuhun gəmisi kimdir və eləcə də Bəni-İsraildəki hittə qapısı kimidir. Məndən sonra onların ətəyindən yapışın. Onlar mənim zürriyyəmdən olan raşidi (hidayətçi) imamlardır Əgər belə etsənisz, siz yolunuzu heç vaxt azmayacaqsınız». Bir nəfər Peyğəmbərdən soruşdu: Ya rəsulullah! Səndən sonra imamların sayı neçə nəfər olacaqdır? «Onlar mənim Əhli-beytimdən olan on iki nəfərdir»-deyə cavab verdi. («Kənzul-ummal» kitabı, cild 434, hədis: 4429.)
    Digər bir hədisdə Peyğəmbər (s) Əhli-beyti Kəbəyə bənzədərək buyurur: «Ya Əli siz (Əhli beytin) misalı Allah evinin (Kəbənin) misalı kimidir (Siz Kəbə kimisiniz). Sizə məhəbbət bəsləmək Məscidül-hərama daxil olmaq kimidir. Sizi sevib məhəbbət bəsləyənlər və sizi özünə ağa hesab bilənlər (Kəbəyə daxil olub amanda qalan kimi) əzabdan xilas olmuş olarlar. Amma sizə qarşı kin bəsləyib, ədavət edənləri Allah oda atacaqdır. Ya Əli, imkan və qüdrəti olan kəsə Allah həcci vacib etmişdir. O, xəstə və imkanı olmayanların üzrünü qəbul edər. Amma sənin məhəbbətinlə bağlı Allah nə fəqirdən, nə xəstədən, nə sağlamdan, nə kordan, nədə ki, gözlüdən üzr qəbul etməyəcək.»
    Başqa bir hədisində Peyğəmbər (s) Əhli-beytini göyün üzündəki ulduzlara bənzədir. «Göyün üzündə olan ulduzlar yerdə yaşayan insanlara yol göstərib hidayət etdiyi kimi, mənim Əhli-beytim də yolunu azmışları hidayət edər».
    İbni Abbas nəql edir ki, Peyğəmbər (s) buyurdu: «Göy ulduzları insanlarını yollarını azmasınlarından amanda saxladığı kimi mənim əhli beytimdə ümmətimi ixtilafa düşməkdən amanda saxlayır. Ərəblərdən onlara qarşı çıxıb ixtilaf yaratdıqları zaman İblisin dəstəsinə çevrilərlər.» Bu hədis də «Səhihi Müslüm» və «Səhihi Buxari» -dəndir.
    Başqa bir hədisdə Səlman, Əba Zərr, Miqdad və Əli (ə) nəql edirlər: «Həzrət buyurdu ki, mənim Əhli-beytim ümmətimin içində səmanın ulduzları kimidir.» Beləki, göydə bir ulduz batdıqda digər ulduz onun yerini tutur. Bunlar da belədir, biri dünyasını dəyişdikdə, digəri onun yerində oturur. Onlar hidayət edən imamlardır. Özləri isə hidayət olunmuşlardır. Bunlara qarşı olan kinin onlara heç bir ziyanı yoxdur. Əksinə burada ziyana, kin bəsləyənlərin özləri düşər.»
    «Onlar yer üzərində Allahın höccəti və Allah tərəfindən şahiddirlər. Əhli-beytə itaət edən sanki, Allaha itaət etmişdir. Onlara itaət etməyənlər isə sanki, Allaha itaətsizlik göstərmişlər. Onlar həmişə Quranla, Quranda onlarladır. Qiyamətə qədər onlar bir-birindən ayrılmayacaqlar. Onların əvvəli qardaşım Əli (ə), sonra oğlum Həsən (ə), sonra isə oğlum Hüseyn (ə)- dır. Qalan doqquzu isə Hüseyn (ə) -ın nəslindən olan imamlardır».
    Peyğəmbər (s) onları bədəndə olan başa və başda olan iki gözə bənzədib.
    Peyğəmbər (s) buyurub: «Ey mənim ümmətim! Baş insan bədənində və eləcə də iki göz başda mühüm üzvlər olduğu kimi, mənim Əhli-beytimi öz aranızda baş və başda olan iki göz kimidir qərar verin. Belə ki, başsız bədən hərəkət edə bilmədiyi kimi, gözsüz başda öz hərəkət istiqamətini tapa bilməz.» («Kifayətul-əsər», səh: 111).
    Həzrət burada demək istəyir ki, mən sizə bildirdim ki, mənim Əhli-beytim Nuhun gəmisi kimi, Beytül-müqəddəsin hittə qapısı, göyün ulduzları və başda olan iki göz kimidir. Bir söz də əlavə edim ki, Əhli-beyti olduğu kimi tanımağa çalışan və tanıyanın əməlinin dəyəri çox böyükdür. Allah kimə Əhli-beyti tanıyıb, onların vilayətini başa düşmək neməti veribsə, demək, Allah xeyrin hamısını ona əta etmişdir.
    Bu hədisi Miqdad nəql edir. Peyğəmbər (s) buyurdu: «Peyğəmbərin Əhli-beytini tanıyan oddan bəraət qazanıb. Onların məhəbbətini ürəyinə salanlar sirat körpüsünə vəsiqə qazanar. Əhli-beytin vilayətini qəbul edənlər əzabdan xilas olar.»
    İnsanlar dərk etməlidir ki, niyə görə məhərrəm ayı yığılıb İmam Hüseynə (s) əza saxlayarlar.
    Hüseyn İbn Əli (ə) Əhli-beytdən biridir. Hüseyn (ə) Peyğəmbərin (s) qucağının zinətidir, Hüseyn (ə) Peyğəmbərlə (s) birgə Mədinənin mənbərdə oturandır, Hüseyn Peyğəmbər (s) namaz qılarkən onun çiyinlərində oturan balasıdır.
    Ummü Sələmə deyir: «Mən Hüseyni Peyğəmbərin (s) çiyinlərindən götürmək istəyərkən onun acığı gələrdi və deyərdi ki, dəymə, qoy özü nə vaxt istəsə, onda düşsün.»
    Hüseyn o kəsdir ki, Peyğəmbər (s) onun dodaqlarından öpə-öpə ağlayırdı. Soruşanda ki, ya Peyğəmbər, niyə ağlayırsan? Deyirdi ki, gördüyüm günlərə ağlayıram.
    Category: Əhli-Beytin (ə) məqamı | Added by: Islam_Kitabxanasi
    Views: 625 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024