İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-Beytin (ə) məqamı

    Əhli-Beytin (ə) məqamı
    2012-01-02, 7:57 PM
    ŞER
    Mən özüm nazir idim mərdumun ey vay səsinə
    Yezid, qeyrətin var, qulaq as sən də Hüseyn vay səsinə!
    Mərhum Fizuli deyir:
    Güli-bustani fəğandır Hüseyn
    Dəri-dorci sidqü səfadır Hüseyn
    Cigərguşeyi həzrət Fatimə
    Süruri-dili-Mustafadır Hüseyn
    Mərhəba ey nuri-ruyindən münəvvər kainat
    Qovhəri-zati-şərifin cameyi-hüsni-sifat
    İndi isə sonuncu müqəddiməni də qeyd edib söhbəti əsl mövzuya, verilmiş sualın cavabına gətirib çıxarmaq istəyirəm. Əvvəldəki çıxışlarda peyğəmbərlər, imamlar və övliyaların nuraniyyət məqamının hamıdan çox olduğunu qeyd etdik. İndi deyəcəyim sonuncu müqəddimə isə odur ki, İmam Hüseynin (ə) özünəməxsus bir cəhəti vardır. O cəhət də budur ki, o Həzrət bütün insanlardan üstündür. Bu, təbii ki, bir iddiadır və sübuta ehtiyacı vardır. Sübut isə bundan ibarətdir. Peyğəmbər, imam və övliyalarda olan nuraniyyət məqamı zamanın tələblərinə görə müxtəlif dərəcələrdə təzahür edə bilər və nə qədər çox təzahür edərsə, həmin şəxsin fəziləti bir o qədər artıq olacaq. Başqa sözlə desək, axirətdə hər bir şəxsə veriləcək savabın dəyəri həmin şəxsin əməlinə əsasən hesablanacaq. Məsələn, hansısa bir alimə öz elmi ilə xalqa etdiyi xidmətə görə savab veriləcək. Əgər alim xalqa heç bir xidmət etməyibsə, yalnız alim olmasına görə savab qazanacaq və xalqa xidmət etmiş alimin aldığı mükafata yiyələnə bilməz.
    Hər bir peyğəmbər öz dövrünün tələblərinə əsasən imanı müəyyən qədər büruzə çıxara bilmişdir. Məsələn, İbrahim peyğəmbəri Allah taala təqribən 70 il övlad verməməklə imtahana çəkmiş, övladı olduqdan sonra isə onu uzaq bir yerə aparıb qoymağı əmr edir, bir neçə il də ötdükdən sonra həmin övladın başını kəsməyi əmr edir. İbrahim (ə) də möhkəm iman sayəsində bütün bunlara dözdü. Bu da İbrahimin (ə) nuraniyyət məqamını göstərir ki, hər nəyi vardısa, Allah yolunda qurban verməyə hazır idi. Lakin Allah taala onu yalnız bir övlad ilə sınağa çəkdi. Əlbəttə, digər oğlu İshaqı da Allah taala istəsəydi, o həzrət verərdi. Amma Allah taala bunu istəmədi. İndi əgər hansısa peyğəmbəri Allah taala iki övladla sınağa çəkərsə, məlum məsələdir ki, İbrahim peyğəmbərə nisbətən daha sox savab aparar. Hərçənd İbrahim peyğəmbər də bu cür imtahana çəkilsəydi, üzüağ çıxardı, lakin Allah ondan bunu istəməmiş və nəticədə İbrahim (ə) bu savaba çıtmamışdır. Eləcə də bütün peyğəmbərlər bu cür olmuşdur. İmam Hüseynin (ə) fəzilətinin bütün insanlardan artıq olması da onunla əlaqədardır ki, Allah taala o həzrəti bütün peyğəmbərlərin birgə məruz qaldığı sınaqlara çəkdi. Yəni, İmam Hüseyn (ə) 124 min peyğəmbərin çəkdiyi müsibətlərin və imtahanların hamısına dözdü və bu da onun nuraniyyət məqamının ən yüksək həddə olduğunu göstərir. İmam Hüseynin (ə) yaşadığı dövr tələb edirdi ki, o həzrət bütün çətinliklərə dözsün. Bəli, hansısa peyğəmbərin də dövrü ondan bunu tələb etsəydi, təbii ki, həmin peyğəmbər də buna boyun əyib razı olacaq və bütün bunların savabını əldə edəcəkdi. Lakin nə etmək olar ki, heç bir peyğəmbərin dövrü ondan İmam Hüseynin (ə) dövrünün tələbini tələb etməmişdir.
    Allah taala İbrahmdən (ə) təkcə İsmaili (ə) qurban istəmişdisə, İmam Hüseyndən (ə) iki oğlunu istəyir və o həzrət də bunu can-başla qəbul edir. Görün İmam Hüseyn (ə) həyatının son anlarında Allah taala ilə necə münacat edir.
    "Əkbər başı münşəqq olur olsun,
    nə sözüm var.
    Dilsiz balam əmsin oxu püstan əvəzində,
    Bülbüllərimin yansa da kaşanəsi yansın.
    Yatsınlar tikanlıqda gülüstan əvəzində.
    Ey kaş yüz on dörd ola oğlum mənim Allah,
    Qurban verəm hər sureyi-Quran əvəzində.
    Ya Rəbb, tamam aləmi-imkan Səninkidür.
    Bir xeymələr ki, onda daldalanır əhli-beyti şam,
    Od vursa düşmən, eyləsə talan, səninkidür.
    O halda Cəbraili-pakfitrət
    Bəyan etdi pəs əz təzimi-xidmət
    İcazə ver mənə ey şəmi-izzət
    Açım şəhpər sən eylə istirahət.
    Gətirim nuş elə Kovsərdən abi
    Silib qanlı gözün ol şahi-əbrar
    Edib Ruhul-əminə lütfün izhar
    Təbəssümlə açıb nitqi-qohərbar
    Dedi xoş gəldin, ey yari vəfadar
    Ona qıldı dübarə bu xitabi
    Mənə lazım deyil şəhpər səfasi
    Sərindi bu isti yerin səhrasi
    Mənə rahətdi ox-nizə yarasi
    Açıqdı əbd ilə məbud arasi
    Ki, salmaz vəchə vəchullah niqabi
    Özüm ətşan vəslə davərəm mən
    Nəinki teşnəyəm su istərəm mən
    Mənim teşnəmdi aləm Kovsərəm mən".
    İmam Hüseyn (ə) bütün varlığını Allaha qurban verir. Əliəkbərlə Əliəsğərdən keçir, qardaşlarından, Abbasından keçir, yar-yoldaşını qurban verir. Bunu zaman tələb edirdi, o həzrət də gülərüzlə buna razı oldu. Sözün əsl mənasında səbr elədi. Bacısı Zeynəbin (s) azacıq səbirsizlik etməsini gördükdə isə onu da səbirli olmağa səslədi. Belə ki, İmam Hüseyn (ə) tək qalıb atına minərək vidalaşıb döyüş meydanına tərəf getdikdə arxadan xanım Zeynəb (ə) onu səsləyir. İmam geri baxmır. Xanım Zeynəb (s) neçə dəfə səsləsə də İmam arxaya dönmür. Xanım Zeynəb (s) yalnız Fatimeyi Zəhranın (s) adını çəkdikdən sonra İmam geri dönür:
    Dil dedi Zeynəb, dilə gəldi İmam
    Aşiqi-dilvapəsini etdi ram
    Sənlə mənimdür dedi xunin qiyam
    Baci, nişləri nuş eliyib qıl dəvam
    Yar baxır ağlama, ay zi-məqam
    Olma belə qalibi-bicani-eşq!
    Sinəvi qəmlər oxuna baz elə!
    Aləmi-nasutiyə sən naz elə!
    Aləmi-lahutiyə pərvaz elə!
    Əhmədi-Muxtari sərəfraz elə!
    Səy elə ol silsilə cünbani eşq!
    Ruzi-əzəl mətrəh olanda bəla
    Çatdı bəla ilə bizə Kərbəla
    Mən bu biyabanidə ollam fəna
    Ta nəfəsin var sənə var ibtila
    Çün eşq giriftarinə yoxdur dəva
    Dərdidi tənha baci, dərmani-eşq
    Eşqimizin var əbədi dövləti
    Həqq özü vermiş bizə bu neməti
    Neyliyirəm canü sərü itrəti
    Bəsdi mənə dilbərimin vüsləti
    Xəncərü şəmşir ilə var ləzzəti
    Yar baxa doğrana qurbani-eşq.
    Bu sözləri dedikdən sonra xanım Zeynəb (s) sakit oldu. Allah taala İmam Hüseyni (ə) butun imtahanlara birdən çəkdiyinə, o həzrətin də bunlara ləyaqətlə cavab verib başıuca çıxdığına görə İmam Hüseynin (ə) məqam və fəziləti bütün peyğəmbərlərdən üstündür. Bu çətinliklərə bir yerdə məruz qalan hansısa peyğəmbər varmı? Əlbəttə, bir-iki beyt şer deməklə mən iddiamızı sübut etmək fikrində deyiləm. İddiamızı sübut edən hədislər də mövcuddur. İmam Sadiqdən (ə) söylənilmiş hədisdə deyilir ki, bir gün İmam Hüseyn (ə) uşaq olarkən Peyğəmbər (s) ona baxıb Ummi Sələməyə buyurdu ki, Ummi Sələmə, gördüyün bu uşağım Kərbəlada Allah yolunda şəhid olacaq. Ummu Sələmə deyir ki, ya Rəsuləllah, sən ki peyğəmbərsən, Allaha dua et ki, bu müsibəti ondan uzaqlaşdırsın. Həzrət buyurdu ki, Ummi Sələmə, mən bunu Allahdan istədim, Allah isə cavabında buyurdu ki, ey Mühəmməd (s), onun elə bir məqamı olacaq ki, Bəni-Adəm arasında ondan başqa heç kəsin belə məqamı olmayacaq.
    Əziz möminlər, peyğəmbərlər də Bəni-Adəm nəslindəndirlər, İmam Hüseyndən (ə) başqa Bəni-Adəm arasında heç kim bu məqama yetişməyəcəksə, deməli peyğəmbərlər də həmin məqama yetişə bilməzlər. Başqa bir hədisdə deyilir ki, İmam Hüseyn (ə) Kərbəlada qılıncına söykənərək yuxuya gedir. Yuxuda babası Peyğəmbəri (s) görür. Peyğəmbər (s) o həzrətə buyurur: «Oğlum, sən Ali-Mühəmmədin şəhidisən. Sənin ayağın dəyəcək Cənnət və göylərin sakinləri gəlişinlə çox sevinəcəklər. Həmin gecə iftara mənim yanımda olacaqsan».
    Hörmətli möminlər, bu hədisə diqqət yetirin! Peyğəmbər (s) İmam Hüseynə (ə) buyurur ki, sən Ali-Mühəmmədin (s) şəhidisən. Məgər İmam Əli (ə), xanım Fatimeyi Zəhra (s), İmam Həsən (ə) (və eləcə də sonradan digər imamlar) şəhid olmamışdılar? Niyə, onlar da şəhid olmuşdular, lakin bunun mənası o deməkdir ki, İmam Hüseynin (ə) şəhadəti ilə onların şəhadəti fərq edir. Gəlin başqa bir hədisə müraciət edək. İmam Sadiq (ə) buyurur: «Bir gün cəddim Rəsulullah anam Zəhranın evində idi. Babam Hüseyni ağuşuna almışdı. Birdən o Həzrət Hüseyni yerə qoyub səcdə edərək ağlayır. Peyğəmbər səcdədən qalxdıqdan sonra anam Zəhra ondan soruşur ki, ya Rəsuləllah, nəyə görə birdən səcdəyə gedib ağladınız? Peyğəmbər belə cavab verir: «Allah taala mənə sual verdi ki, ey Mühəmməd, Hüseyni sevirsən? Dedim ki, bəli, o, mənim gözümün işığıdır. Allah taala buyurdu ki, mübarək olsun bu uşaq sənə! Mənim salamım, salavatım, bərəkətim və Cənnətim də olsun bu uşağa! Və qəzəbim, lənətim, əzabım olsun onun qatillərinə və düşmənlərinə! Bil ki, o, bütün şəhidlər arasında Seyyidüş-şühəda və Seyyidi-şəbabi-əhlil-cənnət (cənnət cavanlarının ağası) olacaq». Digər imamlarin da həmin şəhidlər arasında olduğunu nəzərə aldıqda bir az əvvəl dediyimiz fikir öz həqiqətini tapır. Yəni, İmam Hüseynin (ə) şəhadəti ilə digər məsumların şəhadəti fərq edir. Düzdür, başqa bir hədisdə Peyğəmbər (s) buyurmuşdur ki, Həsən və Hüseyn cənnət cavanlarının ağalarıdarlır, lakin bu iki imamın da arasında Hüseyn (ə) Həsənin (ə) ağasıdır.
    Bütün bu müqəddimə və hədislərdən əldə olunan nəticə budur ki, bir-biri ilə döyüşən iki ordudan birinin rəhbəri İmam Hüseyn (ə)- dır, İmam Hüseynin vücudu isə Quranın vücudu deməkdir. Çünki Peyğəmbər (s) buyurmuşdur ki, Quran Əli (ə) ilə, Əli (ə) də Quranladır, digər tərəfdən də ötən səhifələrdə hədislərlə sübut etdik ki, bütün məsumlar bir şəxs kimidirlər, deməli, İmam Hüseynin (ə) vücudu elə Peyğəmbərin (s) öz vücududur. Çünkü Peyğəmbər (s) buyurur ki, Hüseyn məndən, mən də Hüseyndənəm. Bu ordunun başçısı elə bir şəxsdir ki, bütün qohum-əqrəbası (Babası Peyğəmbər (s), atası Əli (ə), anası Fatimeyi Zəhra (s), qardaşı İmam Həsən (ə), oğlanları) hamı şəhid olmuşlar. Qarşı tərəfdəki ordunun rəhbəri isə Yezid ibn Müaviyədir, Müaviyə də Əbu Süfyanın oğludur, Əbu Süfyan isə həmin şəxsdir ki, döyüşdə Peyğəmbərin (s) dişini sındırmışdır. Yezidin babası belə bir şəxs idi. Bəs nənəsi kim idi? Nənəsi Hind isə həmin qadın idi ki, Peyğəmbər (s), ölümünə nalə çəkib ağlamış Həmzənin (ə) qətlə yetirilməsinin baisi olmuş, Ühüd döyüşündə barmaqlarını Həmzənin qarnına soxaraq ciyərini çıxarıb dişləmişdir. Bu da Yezidin nənəsi. Bəs atası Müaviyə kimdir? O da həmin şəxsdir ki, iki imamla müharibə etmişdir. Tutaq ki, kimlərsə İmam Həsəni (ə) xəlifə kimi qəbul etmir, bəs Əlini (ə) necə? O ki, ən azı dördüncü xəlifə idi. Peyğəmbərin ən yaxını idi, səhabələrin ən fəzilətlisi idi. Necə olur ki, heç bir cəhətdən Əli (ə) ilə müqayisə edilməsi mümkün olmayan hansısa bir səhabənin adı kitablarda par-par parıldayır və ona nə isə pis söz deyən şəxs dinsiz adlanır, amma Əliyə (ə) qarşı müharibə edən şəxs pis olmur? Necə ola bilər ki, bu qədər haqsızlıqlara görə Müaviyəyə lənət demək günah olur? Müaviyə hansı ixtiyarla dövrün xəlifəsinə qarşı çıxırdı? Təbii ki belə bir şəxsin oğlunun da necə adam olması məlumdur. Yezid vur-tut 3 il hakimiyyətdə oldu. Hakimiyyətinin ilk ilində İmam Hüseyni (ə) qətlə yetirib, ikinci ilində Mədinəyə hücum edərək 1700 nəfər tanınmış şəxsi, 10 min nəfər də siravi müsəlmanı qətlə yetirib, üçüncü ilində isə Kəbəyə hücum etmişdir. Buda onun hakimiyyətdə olduğu 3 il. Atasının da dövründə belə olmuşdur. Müaviyənin hakimiyyətdə olduğu illərdə Peyğəmbər (s) səhabələrinin başı kəsildi, Hücr ibn Ədiyy və Mərəc Əzradənin gözü görə-görə qəbirləri qazılıb kəfən geyindirilərək başları vurulmuşdur. Əmr ibn Həmid Xəzai də Peyğəmbər (s) səhabəsi olmuşdur. Onun başını kəsərək aparıb arvadının üstünə atırlar. Arvadı Müaviyənin məmurlarına deyir ki, mənim adımdan Müaviyəyə çatdırın ki, mən neçə ildir ki, Əmrlə həyat yoldaşıyam, amma onun qarşısında gündüzlər bir dəfə də olsun süfrə açmamışam. Çünki həmişə oruc olub, gecələr isə bir dəfə də olsun onun üçün yorğan-döşək salmamışam, çünki bütün gecələri ibadətlə məşğul olub. İndi isə sən belə bir insanın qətlinə fərman verdin. Başqa bir nümunəyə nəzər salaq. Müaviyənin əmri ilə Busr ibn Ərta Şamdan Mədinəyə gələrək Əhli-beyti sevən 30 min insanı birdəfəyə qətlə yetirir Müaviyənin əmri ilə bütün xətib və natiqlər xütbələrdə Əlini (ə) söyməli idilər. Müaviyə özü bunun səbəbini belə açıqlayır ki, istəyirəm uşaqları Əlinin düşmənçiliyi ilə böyüdüb, gəncləri də Əlinin düşmənçiliyi ilə qocaldam. Bunlar hamı tarixi faktlardır, bir-iki yox, onlarla kitabda qeyd olunmuşdur. Əgər bu gün bü sözlər kimlərəsə sərf etmirsə, bunu tarixin yaddaşından silmək olmaz. Bax, budur Yezidin nəsli! İmam Hüseyni (ə) yanına çağırtdırıb Yezid üçün beyət almaq istəyən Mədinə valisi Vəlid ibn Ütbəyə İmam buyurur: «Vəlid, biz Peyğəmbər (s) ailəsiyik, İslam bizimlə başlayıb bizimlə də sona çatacaq. Məgər mən Yezidi tanımıram?! O, fasiq, şərabxor, günahsız insanların qatili, açıq-aşkar günah edən bir adamdır. Mənim kimi insan onun kimisinə beyət etməz». Fikir verin, İmam buyurmur ki, mən Yezidə beyət etmərəm. Belə desəydi, bəli, iki ərəbin mübarizəsi olardı.
    «Bəni-Haşim mənimlə hökumət davası edir, yalan sözdür ki, vəhy gəlib, ayə nazil olub»- deyən Yezid kimi bir adamı müsəlman adlandırmaq olarmı? İki ərəbin hökumət üstündə bir-biri ilə mübarizə apardığını deyən Yezid və yezidçilərdir. Məsələ iki ərəbin mübarizəsindən getmir. Hüseyn (ə) Allahın, Quranın, Peyğəmbərin nümayəndəsi idi. İmam Hüseynlə (ə) Yezidin mübarizəsi Allah ordusu ilə şeytan ordusunun mübarizəsi idi, haqq ilə batil mübarizəsi idi, nurla zülmətin, ədalətlə zülmün mübarizəsi idi. Şərabxor, it və meymun oynadan fasiq bir adamı Əmirəl-möminin adlandırmaq olarmı? Gərək insan nə qədər bədbəxt olsun ki, Yezidi Əmirəl-möminin adlandırsın! İmam Hüseyni (ə) müdafiə etmək Allahı, Quranı, Peyğəmbəri müdafiə etmək deməkdir Biz də fəxr edirik ki, Yezid kimi yox, məhz Hüseyn (ə) kimi bir şəxsin ardıcılıyıq və bu gün ona əza saxlayırıq. Əsl eşq məktəbi görmək istəyən məhz Kərbəla məktəbindən xəbərdar olmalıdır. Allah taaladan da arzumuz budur ki, bizləri dünya və axirətdə İmam Hüseyn (ə)- dan ayrı salmasın.
    Məhərrəm ayının 10-cu günü- Aşura günü təkcə İslam dünyasında deyil, bütün bəşəriyyət aləmində çox əlamətdar gündür. Bu günün özünəməxsus fəziləti, böyük hikməti vardır. Bu günlə əlaqədar çıxış edən hər bir şəxs borcludur ki, həmin günün tarixi, mahiyyəti və fəziləti haqda danışsın.
    Öncə də qeyd etdik ki, İmam Hüseynlə (ə) Yezidin mübarizəsi iki ərəbin bir-biri ilə mübarizəsi yox, dinlə dinsizliyin, imanla imansızlığın, haqq ilə nahaqqın, ədalətlə zülmün mübarizəsidir. Bu da Allahın buyurduğunu yerinə yetirmək deməkdir. İbrahim (ə) ilə Nəmrud, Musa (ə) ilə Firon mübarizə apardığı kimi İmam Hüseyn (ə) da Yezidə qarşı mübarizə aparmışdır. «Bu iki ərəb hakimiyyət uğrunda mübarizə aparmışdır» fikrində olanlara isə indi deyəcəyim cavabı vermək lazımdır. Şeyx Abdulla Əla sünni məzhəbinin görkəmli alimlərindən biridir. O demişdir: «Tarixdə baş vermiş iki hicrət bəşəriyyətin taleyində mühüm rol oynamış, insanların həyatını büsbütün dəyişmişdir. Bunlardan birincisi Mühəmmədin (s) Məkkədən Mədinəyə hicrətidir. Bu hicrətdən məqsəd o idi ki, Peyğəmbər (s) İslamın əsasını qurmaq istəyirdi. İkinci hicrət isə Hüseyn ibn Əlinin (ə) Mədinədən Məkkəyə hicrəti olmuşdur». Gəlin Şeyx Abdulla Əlanın dediyi bu cümləni bir az araşdıraq. Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməkdə məqsədi o olmuşdur ki, İslam dininin bünövrəsini qurmaq istəyirdi. Bu, nə deməkdir? Bunun mənası odur ki, Peyğəmbər (s) Məkkədə peyğəmbərliyə seçilmiş, 13 il orada təbliğ etmiş, lakin İslamın bünövrəsi hələ də qurula bilməmişdi. İlk növbədə İslamın bünövrəsinin nə olduğunu bilmək lazımdır. Bu bünövrənin yaranması üçün İslam Peyğəmbərinin 3- əsas vəzifəsi var idi:
    1) Quran və islami qayda qanunları insanlara çatdırıb və mənasını izah etmək. Məsələn «əqimus-səlatə» (namaz qılın) ayəsi nazil olmaqla İslamda namazın vacib olduğu məlum oldu. Eləcə də digər qanunlar. Yəni, camaat bu ayələr gəlməyənədək İslamın qayda-qanunlarından xəbərsiz idi, ayələr nazil olduqdan sonra isə Peyğəmbər (s) onları bu qanunlarla tanış etdi. Beləliklə, İslam dini sözlə-dildə meydana gəldi.Daha sonra bu sözlərin məna və məfhumunu camaata başa salmaqdır. Yəni, məsələn, camaat «əqimus-səlatə» ayəsini eşitdikdə «səlat» (namaz) sözünün mənasını olduğu kimi bilmirdi. Çünki İslam gəlməzdən öncə duaya «səlat» deyərdilər. Lakin Peyğəmbər (s) bildirdi ki, bu gündən etibarən «səlat» dua deyil, gün ərzində 17 rukət namazdan ibarətdir ki, onun da kefiyyətini o həzrət özü müsəlmanlara bəyan etmişdir. Beləliklə də İslamın yenicə meydana gəlmiş sözlərinin mənası da aydınlaşdı.
    2) İslamda İslami şəxslərin yaranması: Yəni, məsələn, «əqimus-səlatə» (namaz qılın) ayəsi nazil olaraq namazın vacib olduğunu bildirdikdə məsələn, 10 nəfərdən beşi durub namaz qılmaqla İslami şəxsə çevrildiyi halda hələ namaz qılmayan digər 5 nəfər isə hələ ki, İslami şəxslər olmamışlar. Peyğəmbər (s) bu üç vəzifəsini Məkkədə yerinə yetirdi. Lakin İslamın ən əsas bünövrəsi indi deyəcəyim bünövrə idi ki, o, Məkkədə yox, Mədinədə meydana gəldi və İslamın bünövrəsi deyildikdə məhz o başa düşülür. Yəni, Peyğəmbər (s) Məkkədə olarkən İslamın dildə adı yaranmış, lakin hələ özü-əsl İslam yaranmamışdı. Peyğəmbər (s) gördü ki, Məkkədə əsl İslam yaratmaq mümkün deyil. Ona görə də o Həzrət Mədinəyə hicrət etdi. Şeyx Abdulla Əlanın da «Peyğəmbərin hicrət etməsindən məqsəd o idi ki, İslamın bünövrə və əsasını qurmaq istəyirdi» deməsi buna işarədir.
    3) İslamda vəhdət, cəmiyyət əsası və bünövrəsi: Yəni, Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən qısa müddət sonra bütün müsəlmanları bir-biri ilə qardaş edərək İslam hökumətinin təməlini qoydu. Bax, budur İslamın əsası. Xəlvət bir yerə çəkilib gözdən uzaq yerdə namaz qılıb ibadət etmək İslamın əsası deyil. İslamın əsası odur ki, müsəlmanlar bir olsunlar. Peyğəmbərin (s) əsl vəzifəsi də məhz bu işi həyata keçirmək olmuşdur. Bunu həyata keçirmək üçün də təbii ki, təşkilata ehtiyacı var idi. Buna görə də Peyğəmbər (s) həyatda olduğu müddət ərzində şəxsən özü bu təşkilata rəhbərlik etmişdir. Lakin vəfat etmək istərkən təbii ki, bu təşkilata rəhbərlik etmək vəzifəsini kiməsə tapşırmalı idi. Bəli, Peyğəmbər (s) bu vəzifəni İmam Əliyə (ə) həvalə etdi. İmam Əli (ə) şəhid olarkən bu vəzifəni İmam Həsənə (ə), o da İmam Hüseynə və bu silsilə ilə həmin vəzifə 12-ci imama tapşırılmışdır. İmam Hüseynin (ə) dövründə şərait elə alınıb ki, kimliyini əvvəldə çox yaxşı xatırladığımız Yezid bu təşkilatı məhv etmək istəyir. Bunun da iki səbəbi var idi:
    1) Təməlini Peyğəmbərin (s) qoyduğu bu təşkilatın qayda-qanunları itib-batsın, onlara daha əməl olunmasın.
    2) Hakimiyyət Əbu Süfyan nəslinin əlindən çıxmasın. Hansı ki, onlar bu hakimiyyətə qəsbi yolla, heç nədən gəlib çatmışdılar və Peyğəmbərin (s) xəlifəsi adı ilə rəhbərlik etmək fikrindəydilər. Bax, budur İmam Hüseynin (ə) qiyamının əsl mahiyyəti! Həmin dövrdə nəyə görə İmam Hüseyn (ə) başqa hökmdarlara (məsələn, heç müsəlman da olmayan Roma imperiyasına) qarşı qiyam etmədi? Çünki onların İslamla düşmənçiliyi məlum idi və müsəlmanlar müvəqqəti də olsa, onlarla sülh şəraitində yaşayırdılar. Yezid isə müsəlman və Peyğəmbərin canişini adı ilə İslamı aradan aparmaq istəyirdi. Məlum məsələdir ki, bu iş mümkünsüz idi. Bütün günahları edə-edə məgər Peyğəmbər canişini olmaq mümükündür? Bunun əsl səbəbkarı isə Yezidin atası Müaviyə olmuşdur. Çünki oğlu Yezidi hakimiyyət başına gətirən məhz o olmuşdur. İmam Hüseyn (ə) də təbii ki, Yezid kimi bir şəxsə beyət edib boyun əyməyi heç cür qəbul edə bilməzdi. Belə olmasaydı, İmam Hüseyn (ə) «heyhat minnəz-zillət» (heyhat, alçaqlıq bizdən uzaqdır) deməzdi.
    Damənim gərdi məzəmmət be hiç ünvan görməz
    Bütün bunları nəzərə alaraq İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hicrət edir. Şeyx Abdulla Əlanın fikri də məhz budur. Yezid hakimiyyətə qəsbi yolla gəlmişdisə, İmam Hüseynin (ə) Allah tərəfindən təyin olunmuş haqqı idi ki, hakimiyyətə gəlsin. Bunu şəxsən Müaviyənin özü də bilirdi. İmam Həsənlə (ə) sülh bağlayan Müaviyə sülh qətnaməsinin bəndlərindən birində özündən sonra İmam Həsənin (ə), əgər o, həyata olmazsa, onda qardaşı İmam Hüseynin (ə) hakimiyyətə gələcəyini qəbul edərək şəxsən imzalamışdı. Lakin sonradan həmin sülh qətnaməsini camaatın gözü qarşısında minbərdə ayağı altına ataraq daha onun qüvvədə olmadığını bildirir. Bunu tarix təsdiqləyir, tarixi isə danmaq və ya təhrif etmək qeyri-mümkündür. Öncə qeyd etdiyimiz kimi Əlinin (ə) adının çəkilməsi belə qadağan edilmişdi. Əgər Müaviyənin imkanı olsaydı, Peyğəmbərin (s) də adının çəkilməsini qadağan edərdi.
    Category: Əhli-Beytin (ə) məqamı | Added by: Islam_Kitabxanasi
    Views: 758 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024