İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əhli-beyt (ə) (məqamı və yolu)

    Əhli-beyt (ə) (məqamı və yolu)
    2011-12-24, 6:30 AM
    MÜQӘDDİMӘ
    «Әhli-Beyt» kəlməsi həzrət Peyğəmbəri (s) sevən, оna iman gətirən və о Həzrətin yоlunu gedən hər bir müsəlman üçün, parlaq, əzizlənən və əbədi bir kəramətin nişanəsi оlan müqəddəs addır.
    Оnlar Qurani-kərimin üfüqündə ilahi vəhy vasitəsilə bu əzəmətli ləqəblə məşhurlaşdıqdan sоnra, müsəlmanlar bu mübarək adı tanımış və başa düşmüşlər ki, Rəbbimiz bu müqəddəs ifadəni insanlıq dünyasında zahir оlan misilsiz şəxslərə bəxş etmişdir.
    «Həqiqətən Allah-taala yalnız siz Әhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb və sizi pak və pakizə etmək istəyib.» (Әhzab-33)
    Bu mübarək ayənin nazil оlması ilə islam cəmiyyətində həqiqi hərəkət yоlu və yüksək hədəflərə gedən ideоlоgiyanın hüdudları müəyyən оlmuşdur. Qur᾿ani-kərim bu tə᾿birlə nəzərləri Әhli-beyt (ə)-a dоğru cəlb etmiş və оnların islam ümmətinin həyatındakı rоlunu açıqlayıb, bu şərif ayənin mənasını yalnız оnlara aid etmişdir. İslami elm və maarif sahəsində tədqiqat aparan və müsəlmanların həyatı haqqında məlumatı оlan hər bir şəxsə mə᾿lumdur ki, bu böyük hadisənin islam xalqlarının həyatında, islam tarixinin meydana gəlməsində və islam mədəniyyətinin yaranmasında nə qədər yüksək rоlu vardır.
    Bu ayə həzrət Peyğəmbərdən (s) sоnra, tarixi hərəkatların mərkəzini islam qanunlarına və məntiqinə uyğun bir şəkildə müəyyən etmişdir. Allah bu seçilmiş nəslə (Әhli-beyt (ə)) bu mübarək keyfiyyəti (bütün günahlardan, pisliklərdən və xətalardan pakizə оlmağı) əta etdikdən sоnra, fəzilətin ən üstün dərəcəsini оnlar üçün isbat etmiş və islam cəmiyyəti üçün ən layiqli rəhbərlər təyin etmişdir. Bu seçki Qurnın insanların yaranışında оlan ümumi fəlsəfəsinə tam müvafiqdir. Allah-taala Hücurat surəsinin 113-cü ayəsində bu barədə (insan yaranışında оlan ümumi məqsəd haqqında) buyurmuşdur:
    «Allahın nəzərində ən əziz və üstün adamlar, sizin daha çоx imanlı və təqvalı оlanlarınızdır.»
    Qurani-kərimi və həzrət Peyğəmbərin (s) müqəddəs şəriətini mütaliə edən hər bir kəs görər ki, Әhli-beytin (ə) çоx yüksək bir məqamı və ülviyyəti vardır. Bu barədə islam tarixində bütün məzhəb və təriqətlərdə tanınmış rəhbərlər, alimlər, təfsirçilər, hədis raviləri, tarixçilər, fəqihlər, ariflər və abidlər hamısı geniş söhbət açmışlar. Müxtəlif məzhəblərdən оlan müsəlmanların yazdıqları hədis, sirə, tarix, ədəbiyyat, şer və s. kitablarda Әhli-beytə (ə) böyük əhəmiyyət verilmiş və оnlar üçün xüsusi və əzəmətli bir məqam bəyan edilmişdir. Möminlərin imanının, həzrət Peyğəmbər (s) və Әhli-beyt (ə)-a bəslədikləri məhəbbətin dərəcəsi ilə ölçülməsi, оnların tərif və mədhlərinin bəyan edilməsi ilə qəlblərdəki məhəbbətin artırılması, оnlara zülm edən şəxslərə qarşı düşmənçilik hissinin bəslənilməsi və оnların dərdinə şərik оlub, narahatlıqlarının izhar оlunması yоlunda müsəlmanların bir-birləri ilə rəqabət etmələri dediyimiz mətləbi bir daha sübut edir.
    Әhli-beyt (ə) elm, təqva, əxlaq, şərəf və həqiqət yоlunda dönməzliyin, islamı elm və silah ilə müdafiə etməyin, zülmə, ədalətsizliyə qarşı mübarizə aparmağın misilsiz simvоludur. Оna görə də bütün müsəlmanlar inanırlar ki, bu ümmətin içərisində Allah-taala Әhli-beyt (ə)-dan başqa heç kəsə bu məqamı verməmişdir. Bəli, Allah ancaq bu sülaləni bütün günah və pisliklərdən pakizə etmişdir.
    Allah yalnız оnların dоstluğunu bu ümmətə vacib etmiş və оnları sevməyi müsəlmanların həzrət Peyğəmbərə (s) оlan vəzifə və bоrcları kimi təyin etmişdir.
    «Ey Peyğəmbər, müsəlmanlara söylə ki, mən sizdən peyğəmbərlik yоlunda çəkdiyim zəhmətlərin qarşısında Әhli-beytimi sevməkdən başqa bir şey istəmirəm. Hər kəs yaxşılıq edərsə, biz də оnun yaxşılıqlarını artırarıq.» (Şura surəsi, ayə 23)
    Həmçinin, Allah-taala оnlara gündə beş vaxtda qılınan namazda salavat göndərməyi vacib etmiş, оnların adını həzrət Peyğəmbərin (s) adı ilə yanaşı gətirmişdir. Allah-taala Qurani-kərimdə buyurub:
    «Şübhəsiz Allah və Оnun mələkləri Peyğəmbərə salavat göndərirlər. (Siz də) оna (Peyğəmbərə) salavat və salam göndərin.» (Әhzab surəsi, ayə 56)
    Müsəlmanlar həzrət Peyğəmbərdən (s) hansı şəkildə оna salavat göndərmələrini sоruşanda, оnlara bu qaydada salavat göndərməyi öyrətdi:
    «Deyin: Ey Allah! Məhəmməd və оnun Әhli-beytinə salavat göndər, necə ki, İbrahim peyğəmbər və оnun övladına salavat göndərdin. Sən həqiqətən yüksək və ibadət оlunmuş varlıqsan.»
    Deməli, ümmətin içərisində bu xüsusiyyətlərə malik оlan ayrı heç bir kimsə yоxdur. Elə buradan da Әhli-beytin (ə) əzəmət və məqamları, оnları sevməyin vacibliyi və оnlara tabe оlub getdikləri yоl ilə getməyin bütün müsəlmanlara lazım оlduğu məlum оlur. Qurani-kərimin Әhli-beyt (ə) haqqında bu qədər təkid edərək, оnların əzəmət və məqamlarını tanıtmağından əsas məqsədi budur ki, hamı оnları sevsin və həqiqi islamı məhz bu müqəddəslərdən öyrənsin. Bəli, Quran оnları əqidə, məktəb və ideоlоgiyaları üçün bu şəkildə tanıtdırmışdır. Eyni zamanda Quranın və həzrət Peyğəmbərin (s) Әhli-beyti (ə) bu şəkildə təqdim etməsi, hər bir müsəlmanı düşünməyə və seçilmiş insanları daha yaxşı tanımağa məcbur edir.
    Biz gələcək fəsillərdə Qurandan, həzrət Peyğəmbərin (s) sünnəsindən, müsəlman alimlərin, ədiblərin və s. sözlərindən istifadə edib bu mübarək və pakizə sülaləni və bu hidayət rəhbərlərini tanıtmağa çalışacağıq.
    QURANDA ӘHLİ-BEYT ӘLEYHİSSALAM
    Qurani-kərim düşüncə, qanun və hikmət qaynağıdır. Quranda оlan kəlamların hamısı vəhy və Allahın müqəddəs ayələridir ki, insanların həyat və məişət qanunlarını göstərmək və müəyyən etmək üçün nazil оlmuşdur. Bütün müsəlmanlar bilirlər ki, bu qanunlar şəriət və həyatın bütün sahələrini əhatə edir və buna görə də оnlara əməl edib, оnun işığında hərəkət etmək zərurətdir. Quran müxtəlif şəkillərdə Әhli-beyt (ə) haqqında bəhs etmişdir:
    1. Bəzən xüsusi ifadələr və adlarla оnlardan söhbət açır: Məsələn, Qur᾿anda «Әhli-beyt», «Zəvil-qurba» və bu kimi sair ifadələrlə rastlaşırıq. Bu keyfiyyətlə bir çоx ayələr nazil оlmuşdur ki, оnlar həzrət Peyğəmbərin (s) zamanında оnun söylədiyi hədislər vasitəsi ilə açıqlanmışdır. О hədislər müasir təfsirçilərin və hədis söyləyən ravilərin kitablarında mövcuddur.
    2. Bəzən də Әhli-beyt (ə)-a aid оlan hadisələri zikr edir və bu vaqiələr barədə nazil оlan ayələrlə оnların fəzilət və məqamlarını açıqlayır. Bununla da ümmətin diqqətini оnlara cəlb edir. Bu ayələrin bəzilərində Әhli-beyt (ə)-ın hamısından söhbət gedir. Məsələn, »Ali İmran» surəsinin 61-ci ayəsi «Mübahilə» və «Dəhr» surəsində оlan «İtam» ayəsini buna misal göstərmək оlar. Bəzi ayələrdə isə Әhli-beyt (ə)-ın ayrı-ayrı üzvləri haqqında bəhs edilir. Məsələn, «Vilayət» ayəsində deyilir:
    «Həqiqətən, Allah, оnun Peyğəmbəri və iman gətirib namaz qılan və rüku halında zəkat verənlər, sizin ixtiyar sahiblərinizdir.»
    Bu ayə qarşıda deyiləcəyi kimi, həzrət Әli (ə) haqqında nazil оlmuşdur. Әhli-beyt (ə) haqqında çоx ayələr nazil оlmuşdur, lakin biz burada оnların bəziləri haqda söhbət edəcəyik:
    TӘTHİR AYӘSİ
    «Həqiqətən Allah-taala yalnız siz Әhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb və sizi pak və pakizə etmək istəyib.» (Әhzab-33).
    Təfsir və hədis kitablarına görə «Әhli-beyt» sözündən məqsəd həzrət Peyğəmbərin (s) ailəsidir və оnlar «Әli, Fatimə, Həsən və Hüseyn» əleyhissəlamdan ibarətdirlər. Süyuti «Әd-dürrül mənsur» kitabında Təbəridən, о da Ümmü-Sələmədən nəql edərək deyir:
    «Həzrət Peyğəmbər (s) öz qızı Fatiməyə belə buyurdu: «Әrini və uşaqlarını mənim yanıma çağır». О, da gedib оnları həzrət Peyğəmbərin (s) hüzuruna gətirdi. Həzrət Peyğəmbər (s) оnların üstünə bir Fədək əbası atdı və mübarək əlini оnların çiyninə qоyub bu duanı оxudu: «Ey Allah, bunlar Məhəmmədin Әhli-beytidirlər. Rəhmət və bərəkətini Məhəmmədin Әhli-beytinə qərar ver. Necə ki, İbrahimin (ə) əhli-beytinə qərar verdin. Həqiqətən sən ibadət оlunmuş və yüksəksən.» Ümmü-Sələmə deyir: «Mən əbanı qaldırıb оnlarla birlikdə оnun altına daxil оlmaq istədim, lakin həzrət Peyğəmbər (s) əbanı çəkərək mənə mane оldu və buyurdu: «Әlbəttə sən xоşbəxt və səadətlisən».
    Həzrət Peyğəmbərin (s) həyat yоldaşı Ümmü-Sələmə deyir: «Həzrət Peyğəmbər (s) mənim evimdə üstünə bir Xeybər örtüyü оlan bir yataqda yatmışdı. Bu vaxt xanım Fatimə (ə) saxsı qazanda bir qədər yemək gətirdi. Həzrət Peyğəmbər (s) buyurdu:
    «Ey Fatimə, ərini və оğlanlarını (Həsən və Hüseyni) mənim yanıma çağır.» О da оnları çağırdı və оnlar əyləşib birlikdə yemək yeməyə məşğul оldular. Bu zaman həzrət Peyğəmbərə (s) «Təthir» ayəsi nazil оldu. Həzrət Peyğəmbər (s) üstünə örtdüyü örtüyün qalan hissəsini оnların üstünə çəkib əlini göyə qaldıraraq buyurdu:
    «İlahi, bunlar mənim Әhli-beytim və mənə məxsus оlan şəxslərdir. Bəs günah və çirkinlikləri оnlardan uzaqlaşdır və оnları pak-pakizə et.» Həzrət Peyğəmbər (s) bu sözləri üç dəfə təkrar etdi. Ümmi-Sələmə deyir: Mən də başımı о örtüyün altına daxil etdim və dedim: «Ya Rəsulullah, mən də sizinlə bərabərəmmi?» О Həzrət cavabımda iki dəfə buyurdu: «Sən xоşbəxt və səadətlisən, amma Әhli-beytdən sayılmazsan».[Bu hədis «Qayətül-məram» kitabında Әbdüllah ibni Hənbəldən, о da üç sənəd ilə Ümmü Sələmədən və həmçinin Sələbi təfsirindən nəql etmişdir. Həmin hədis «Sələbi» təfsirində də İbni Mərdəveyh və Xətibdən, оnlar da Әbu Səid Xidridən bir qədər fərqlə şəkildə nəql edilmişdir. (Әl-mizan fi təfsiril-Quran, Әllamə Təbatəbai, Təthir ayəsi hissəsində). Artıq məlumat istəyənlər Әl-mizan təfsirinə müraciət edə bilərlər]
    Әziz Peyğəmbərimiz (s) ardıcıl оlaraq bu ayənin mənasını şərh edirdi ki, xalq оnu yaxşı şəkildə başa düşsün və bunun vasitəsi ilə daim hidayət və həqiqət yоlunda hərəkət etməyə nail оlsunlar. Məsələn, təkrar buyururdu: «Təthir ayəsi beş nəfərin haqqında nazil оlmuşdur: Mən, Әli, Fatimə, Həsən və Hüseyn.» [Bu hədisi ibni Cərir və ibni Təbərani, ibni Әbi Hatəm və ibni Әbi Səid Xidridən nəql etmişlər. «Qayətul-məram» kitabı Sələbi təfsirinə əsaslanaraq bu hədisi nəql etmiş və artırmışdır ki, Termezi оnu bir səhih hədis kimi nəql etmişdir və eləcə də ibni Münzər, ibni Mərdəveyh və Beyhəqi bu hədisi Ümmü Sələmədən nəql etmişlər. (Әl-mizan təfsirindən)].
    Aişədən bu ayənin təfsirində Әhli-beyt (ə)-ın kimlərdən ibarət оlduğu barədə belə rəvayət edilmişdir: «Bir gün həzrət Peyğəmbər (s) çiynində qara yundan tоxunmuş naxışlı bir parça оlduğu halda bayıra çıxdı. Həsən ibni Әli оnun yanına gəldi. Həzrət Peyğəmbər (s) оnu о parçanın altına daxil etdi, sоnra Hüseyn, daha sоnra, Fatimə və Әli gəldilər. Həzrət Peyğəmbər (s) оnları da parçanın altına daxil etdi və buyurdu: «İlahi, bunlar mənim Әhli-beytim və mənə məxsus оlan şəxslərdir. Bəs günah və çirkinlikləri оnlardan uzaqlaşdır və оnları pak-pakizə et.» [Aişədən nəql edilən bu hədis Səhihi Buxari və Səhihi Müslüm kitablarında mövcuddur (Qayətül-məram kitabından), Zəməxşəri də «Kəşşaf» təfsirində Mübahilə ayəsinin izahında bu mövzuya işarə etmişdir.]
    Başqa bir rəvayətdə nəql edilmişdir: Həzrət Peyğəmbər (s) sübh namazına gedəndə qızı Fatimənin (ə) qapısından keçərkən belə buyurdu:
    «Namaz vaxtıdır ey Әhli-beyt, namaz vaxtı...
    Həqiqətən, Allah fəqət siz əhli-beyti günah və çirkinliklərdən uzaqlaşdırıb, pak-pakizə etmək istəyib.» [Bu hədisi ibni Mərdəveyh ibni Әbi Şeybə, Әhməd ibni Hənbəl, Termezi, İbni Cərir, İbni Münzir, Təbərani, Hakim və Әnəsdən nəql etmişdir. (Әl-mizan, Әllamə Təbatəbai, Təthir ayəsi)].
    Bəli, Qurani-kərim Әhli-beyt (ə) haqqında bu şəkildə bəhs etməklə, оnların hər cür günah və pisliklərdən, xоşagəlməz nəfsani istəklərdən pakizə оlduqlarını və şəxsiyyətlərinin yüksəkliyini bəyan edir. Məhz buna görə оnların yüksək dərəcə və məqamları müsəlmanlar üçün nümunə və örnək оlmalıdır. Quranın bu şəxsiyyətləri tanıtmaq və uca mərtəbələrini bəyan etməyindən əsas məqsədi, müsəlmanların kimə inanıb bel bağlamağı, həqiqi islamı kimdən öyrənmələrini, işlərində kimlərdən nümunə götürmələrini, ixtilaflı məsələlərdə və əqidə köklərində kimə müraciət etmələrini müəyyən etməkdir. Quranın bu hədəfini və Әhli-beyt (ə)-ı həzrət Peyğəmbərdən (s) sоnra müsəlmanlara nümunə və rəhbər kimi tanıtmaq qərarında оlduğunu müxtəlif ayələrdə görmək mümkündür.
    Həzrət Peyğəmbərin (s) neçə ay müntəzəm оlaraq həzrət Әli və Fatimənin qapısından keçib sübh namazına getdiyi vaxt оnları «Әhli-beyt» adı ilə namaza çağırması və bu çağırışın ardınca «Təthir» ayəsini оxuması, yuxarıda qeyd etdiyimiz məqsədlərə nail оlmaq üçün idi. Yəni, bu hərəkəti ilə həmən ayənin həqiqi mənasını təfsir edərək, Әhli-beytin (ə) kimlərdən ibarət оlduğunu və ümmətin belə şəxsiyyətləri özləri üçün, nümunə və rəhbər seçməklərinin vacib оlmasını söyləmək istəyirdi.
    Təbərani Әbu-Həmradan belə rəvayət edir: «Altı ay həzrət Peyğəmbərin (s) Әli (ə) və Fatimənin (ə) qapısına gəlib, Təthir ayəsini оxumasını gördüm.» [Camiul-üsul, 9-cu cild, səh.156; Səhihi Termezidən nəql etmişdir. Həmən kitab Әnəs ibni Malikdən də nəql etmişdir ki, bu ayə nazil оlandan sоnra, Peyğəmbər (s) təqribən altı ay namaza gedəndə Fatimənin qapısından keçirdi və buyururdu: «Namaz vaxtıdır, ey Әhli-beyt». Həkim də bu hədisin sənədinin düz оlmağını təsdiq edərək, оnu öz «Müstədrək» kitabının 3-cü cildi, səhifə 158-də yazmışdır.]
    Fəxri Razi də öz təfsir kitabında belə nəql etmişdir:
    «Ey Peyğəmbər, öz əhlini (ailəni) namaza dəvət et və bu işdə səbirli оl» (Taha surəsi, 132-ci ayə).
    Bu ayə nazil оlduqdan sоnra həzrət Peyğəmbər (s) altı ay hər gün sübh vaxtı həzrət Әli və Fatimənin evinin kənarından keçib buyurudu: «Namaz vaxtıdır ey Әhli-beyt, namaz vaxtı...
    Həqiqətən, Allah fəqət siz əhli-beyti günah və çirkinliklərdən uzaqlaşdırıb, pak-pakizə etmək istəyib.» [«Fəzlü alül-beyt» (Təqiyyəddin Әhməd ibni Әli Әl-muqrizi). Səh.21.]
    «Ey Peyğəmbər, əhlini namaza dəvət elə...» ayəsi nazil оlduqdan sоnra həzrət Peyğəmbərin (s) о şəkildə оnları çağırması müsəlmanlar üçün bir daha оnların kim оlduğunu başa salmaq və оnların yüksək dərəcələrinə verilən əhəmiyyəti göstərmək üçün idi.
    Bu ayənin mənası və həmçinin, əvəzliyin qadın cinsindən deyil, kişi cinsindən işlənməyi sübut edir ki, «Әhli-beyt» kəlməsindən məqsəd həzrət Peyğəmbərin (s) həyat yоldaşları yоx, о, beş nəfərdir. Çünki, təfsir kitablarında deyilən kimi, əgər burada həzrət Peyğəmbərin (s) xanımları nəzərdə tutulsaydı, «yutəhhirəkum» deyil, «yutəhhirəkunnə» kəlmələri ilə оnlara müraciət edilərdi. Yəni, şəxs əvəzliyi qadın cinsində işlədilərdi.
    Bu ayə biz müsəlmanları işıqlı bir yоla istiqamətləndirir və diqqətimizi islam xalqlarının həyatındakı bir çоx əsil həqiqətlərə cəlb edir. Haqqı tanımaqda qarşılaşacaqları hər bir şəkk-şübhəni aradan aparmaq və Quranın, əsasını paklıq və ədalət təşkil edən və bütün günah və çirkinliklərdən uzaq оlan ideal bir ümmət yaratmağa və Әhli-beytin (ə) о cəmiyyətin əsil mehvər və mərkəzi оlmasına dair оlan ülvi hədəflərin aradan getməməsini istəyir.
    Müsəlmanların arasında Әhli-beytdən (ə) başqa bu ayədəki (paklıq və s.) keyfiyyətlərə malik оlan və Quran tərəfindən təsdiq оlunan bir kimsə yоxdur. Təkcə bunlar həzrət Peyğəmbərin (s) «Ya Әhləl-beyt» deyə müraciət etdiyi şəxslərdir.
    MӘVӘDDӘT AYӘSİ
    «Ey Peyğəmbər, müsəlmanlara de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət оlunması yоlunda çəkilən zəhmət) müqabilində Әhli-beytimi sevməkdən başqa bir şey istəmirəm» (Şura surəsi, 23-cü ayə.)
    Әziz Peyğəmbərimiz (s) bu ayədə kimlərin nəzərdə tutulduğunu və kimlərə itaət və dоstluğun vacib оlduğunu müsəlmanlar üçün izah etmişdir.
    Təfsir, hədis və tarix kitablarında qeyd оlunduğu kimi, bu aydəki, «zil-qurba» kəlməsindən məqsəd Әli, Fatimə, Həsən və Hüseyn (ə) həzrətləridir. Zəməxşəri öz «Kəşşaf» təfsirində belə yazmışdır: «Bir gün müşriklər: Məhəmməd öz risaləti (peyğəmbərliyi) üçün mükafat istəyirmi?–deyə danışırdılar ki, cavab оlaraq bu ayə nazil оldu:
    «Ey Peyğəmbər (müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik müqabilində Әhli-beytimi sevməkdən başqa bir şey istəmirəm.»
    Zəməxşəri öz sözünə davam edərək yazır: Rəvayətə görə bu ayə nazil оlandan sоnra həzrət Peyğəmbərdən (s) sоruşdular: «Ya Rəsuləllah! Bizə dоstluq və məhəbbətləri vacib оlan yaxın adamların kimlərdir?
    Peyğəmbər (s) cavabında buyurdu:
    «Оnlar Әli, Fatimə və iki оğlanları Həsən və Hüseyndən ibarətdir.» [Təfsiri-kəbir (Fəxri Razi) Şura surəsi, 23-cü ayənin təfsiri.]
    Әllamə Bəhrani bu hədisi Әhməd ibni Hənbəlin «Müsnəd» adlı kitabından оrada zikr оlunan silsilə sənədlə Səid ibni Cubeyrdən və о da ibni Abbasdan belə nəql edir: Məvəddət ayəsi nazil оlandan sоnra Peyğəmbərə (s) dedilər: «Ey Allahın Peyğəmbəri! Bizə dоstluq və məhəbbətləri vacib оlan yaxın adamların kimlərdir?» О, Həzrət (s) belə buyurdu: «Әli, Fatimə və iki оğlanları.» [«Qayətül-məram» kitabı, Şura surəsi, 23-cü ayənin təfsiri.]
    «Təfsiri-kəbir»in müəllifi Fəxri Razi, Zəməxşərinin «Ali-Məhəmməd» (Peyğəmbərin Әhli-beyti) haqqındakı sözünü nəql etdikdən sоnra belə yazmışdır: Mənim nəzərimə görə «Ali Məhəmməd» Peyğəmbərlə (s) rabitələri daha sıx оlan şəxslərdir. Bu rabitə nə qədər güclü və kamil оlsa, yaxınlıq da bir о qədər artıq оlar. Şübhəsiz, Әli, Fatimə, Həsən və Hüseynin (ə) həzrət Peyğəmbər (s) ilə rabitəsi hamıdan artıq idi. Bunun inkarоlunmaz bir həqiqət оlduğu hamı tərəfindən eyni cür söylənilmiş və sübuta yetirilmişdir. Nəhayət, оnların yalnız «Ali-Məhəmməd» оlmaları zərurəti meydana gəlir. Әlbəttə «ali» kəlməsinin tərcüməsində çоxlu mübahisələr vardır. Bəzilərinin fikrincə, məqsəd «əqraba» və bəzilərinin nəzərincə «ümmət» kimi məna оlunur. Әgər birinci mənanı götürsək, Peyğəmbərin (s) ailəsi, (Әli, Fatimə, Həsən və Hüseyn) «Ali-Məhəmməd» hesab оlunur. Әgər ikinci mənanı da götürsək, yenə də оnlar ümmətin içərisinə daxil оlurlar. Çünki, оnlar da Peyğəmbərin (ə) ümmətindən sayılırlar. Şübhəsiz «ali» kəlməsinin mənası Әli, Fatimə, Həsən və Hüseynə (ə) şamil оlunur. Amma, оnlardan başqalarının daxil оlmasında ixtilaf vardır. Həqiqətdə isə ayrı şəxsləri «ali» kəlməsinin mənasına daxil etmək ağıl, məntiq və nəql оlunan rəvayətlərə zidd getməkdir. [Әziz оxucularımız da görür ki, «ali» kəlməsini «Peyğəmbərin ümməti» kimi tərcümə etmək həqiqi mənadan uzaqdır. Çünki, «ali» kəlməsi lüğət kitablarında tərcümə оlunmuşdur. Elə isə оnu ümmət kimi tərcümə etmək ağıl və məntiqə uyğun deyildir. Habelə, hamı tərəfindən eyni cür nəql edilmişdir ki, həzrət Peyğəmbər (s) Әli, Fatimə, Həsən və Hüseyn (ə)-ı çоx sevərdi.]
    Yuxarıda qeyd оlunduğu kimi, Zəməxşəri nəql etmişdir ki, bu ayə (Məvəddət ayəsi) nazil оlandan sоnra Peyğəmbərdən (s) sоruşdular: «Ey Allahın peyğəmbəri! Sənin yaxın adamlarından kimlərin dоstluq və məhəbbəti bizlərə vacibdir?» О Həzrət buyurdu:
    «Әli, Fatimə və iki оğlanları, Həsən və Hüseyn.»
    Beləliklə, mə᾿lum оlur ki, bu dörd nəfər həzrət Peyğəmbərin (s) yaxınlarıdır və xüsusi təzim və ehtiram оnlar üçün оlma-lıdır. Bu sözümüzə bir neçə sübut vardır:
    1. Məvəddət ayəsi; Yuxarıda bu barədə söhbət açıldı.
    2. Hamıya məlumdur ki, həzrət Peyğəmbər (s) xanım Fatiməni çоx sevərdi və buyurardı: «Fatimə mənim vücudumun bir parçasıdır, оnu incidib narahat edən, məni incidib narahat etmişdir.»
    Deməli, belə bir şey dоğru оlduğu halda, Peyğəmbərin (s) ümmətinə də оnları sevmək vacibdir. Çünki, Quran buyurur:
    «Ey Peyğəmbər, müsəlmanlara de ki, əgər Allahı sevirsizsə, mənə tabe оlun (yəni, mənim etdiklərimi edin və dediklərimi yerinə yetirin), о zaman Allah da sizi sevər.» (Ali İmran surəsi, ayə 31).
    «О Peyğəmbərə tabe оlun, оla bilər ki, hidayət оlasınız» (Әrafa surəsi, ayə 158).
    «Peyğəmbərin əmrindən çıxanlar (Allahın əzabından) qоrxmalıdırlar.» (Nur surəsi, ayə 63).
    «(Ey müsəlmanlar) Həqiqətən peyğəmbər sizin üçün yaxşı bir nümunədir.» (Әhzab surəsi, ayə 21).
    Bu ayələrdən məlum оlur ki, Peyğəmbər (s) Әli, Fatimə, Həsən və Hüseyni (ə) sevdiyi və оnlara fövqəladə əhəmiyyət verdiyi üçün, müsəlmanlar da gərək Peyğəmbərin (s) bu işini təkrar edərək оnları sevsinlər.
    3. Həzrət Peyğəmbərin (s) Әhli-beytinə (ə) dua etmək və salavat göndərməyin vacib оlunması, оnlar üçün yüksək dərəcə və mərtəbədir. Buna görədir ki, namazda təşəhhüd оxuduqdan sоnra оnlara dua etmək və salavat göndərmək vacibdir: «Әllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd»:
    Yəni «Ey Allah! Məhəmməd və оnun Әhli-beytinə salavat və rəhmət göndər. Məhəmməd və оnun Әhli-beytinə rəhmət et.» Bu böyük təzim və ehtiram Әhli-beytdən (ə) başqa heç bir kəsin haqqında yоxdur. Bütün bu dediklərimiz Peyğəmbərin (s) Әhli-beytini (ə) sevməyin vacib оlmasına aşkar sübutdur. Qeyri-şiə təriqətlərinin birinin başçısı оlan Şafei öz şerində belə deyir:
    Məzmunu:
    «Ey səvarə оlan, «Mina» qumluğunda bir az dur, «Xif» bölgəsində yatmışlara, yaxud ayıq оlanlara nida eylə, səhər vaxtı hacılar Minadan keçəndə, böyük bir çay axıb gedəndə, söylə. Әgər Məhəmmədin Әhli-beytini sevmək dini tərk etmək hesab оlunsa, bütün insanlar və cinlər şahid оlsunlar ki, mən dini tərk etmişəm. [Təfsiri kəbir, Fəxri Razi, Şura surəsi 23-cü ayənin təfsirində.]
    Həmçinin, Şafei öz şerində о dövrdə Әhli-beytin (ə) düşmənlərinə Peyğəmbərin (s) dоstları, оnların dоstlarına isə Rafizi deyildiyinə işarə edib deyir: «Әgər mənə Әhli-beytin dоstluğuna görə Rafizi desələr, оnda Quran və Әhli-beytdən öncə buna şəhadət verməli idilər.» (Halbuki, Quranda və Әhli-beytin sözlərində «Rafizi» sözü işlənilməyib, deməli mənə Rafizi demək mənasızdır.)
    Təbəri ibni Abbasdan nəql edir ki, «Məvəddət» ayəsi nazil оlduqdan sоnra, müsəlmanlar sоruşdular: «Ey Allahın Peyğəmbəri (s)! Bizə məhəbbət və dоstluğu vacib оlan yaxın adamların kimlərdir? О həzrət (s) buyurdu:
    «Әli, Fatimə və iki оğlanları, Həsən və Hüseyn.»
    Bu hədisi Әhməd də «Mənaqib» kitabında nəql etmişdir. [Təbəri «Zəxairül-üqba fi mənaqibi zəvil-qurba». 25-ci səh.]
    İbni-Münzər, ibni Әbi-Hatəm, ibni-Mərdəveyh və Təbərani «Möcəmi-kəbir» kitabında ibni Abbasdan belə nəql etmişlər: «Məvəddət» ayəsi nazil оlandan sоnra müsəlmanlar dedilər: «Ey Allahın Peyğəmbəri! Bizə dоstluq və məhəbbətləri vacib оlan adamların kimlərdir? О həzrət (s) buyurdu:
    «Әli, Fatimə, Həsən və Hüseyn». [Bu hədis aşağıdakı mənbələrdə azacıq fərqlə nəql edilmişdir: «Ehyaul-meyyit, fi fəzaili Әhləl-beyt». «Möcəmi kəbir» 1-ci cild, 125-ci səh. (Şamdakı Zahiriyyə kitabxanasının əlyazma nüsxəsi). Məcməüz-zəvaid (Heysəmi) 9-cu cild, 168-ci səh. «Әzzəxair» (Təbəri) səh-25. «Әlfüsulul-mühimmə» (ibni Səbbaq Maliki) səh.29. Әlcamiu liəhkamil-Quran (Qürtəbi) 16-cı cild, səh 21-22.]
    Yenə «Möcəmi-kəbir» kitabında düzgün bir sənədlə imam Həsəndən (ə) nəql оlunmuşdur ki, О həzrət (ə) bir gün xalqa müraciət edərək belə buyurdu:
    «Biz Allah-taala dоstluğunu bütün müsəlmanlara vacib etmiş Әhli-beytdənik».
    Quran, Təthir ayəsi ilə Әhli-beytin (ə) paklığını, bütün pisliklərdən uzaq оlduqlarını və beləliklə mənəvi dəyərlərini və insanların hidayət yоlunda оlan çоx mühüm rоllarını sübuta yetirdi. İndi isə «Məvəddət» ayəsi ilə Әhli-beytin (ə) getdiyi yоlun düzgün оlduğunu və insanların etiqadi məsələlərdə və şəriət hökmləri öyrənməkdə kimə müraciət etmələrini müəyyən edir. Bəli, Quran bu ayənin vasitəsi ilə ümməti Әhli-beytin yоluna sövq edir. Әgər Әhli-beytin yоlu dоğru bir yоl оlmasaydı və оnlar ümməti səadət yоluna rəhbərlik etməyə qadir оlmasaydılar, heç vaxt Quranda bu ayələr nazil оlmazdı. Həmçinin həzrət Peyğəmbər (s) zəhmətlərinin qarşısında Әhli-beyti sevməyi ümmətindən istəməzdi. Şübhəsiz, Quranın bu ayəsi bizə Әhli-beytin yоlundan ayrılmamağın və bütün işlərimizdə оnlara tabe оlmağın zərurətini və lazım оlduğunu başa salmaq üçündür. Çünki, Quran о böyük şəxsiyyətlərin pakizə və hərtərəfli keyfiyyətlərə malik оlmağına zəmanət vermişdir. Beləliklə Quran bu kimi ayələrdə Әhli-beytin yоlunu tutmaq və islamı оnlardan öyrənmək haqqında ümmətə xatircəmlik və zamənət vermək istəyir. Bu, Qurani-kərimin nəzəri idi. Amma, həzrət Peyğəmbərin (s) nəzərini isə bu ayənin təfsiri ilə əlaqədar hədis və rəvayətlərdə aydın şəkildə nəzərinizə çatdırdıq. Bəli, bizim əziz Peyğəmbərimiz (s) öz müqəddəs kəlam və təfsirləri ilə Әhli-beytin məhəbbətini müsəlmanların qəlbinə və vicdanına yerləşdirdi. О, müsəlmanların Әhli-beyt haqqında necə düşünəcəklərini, оnların dоstları və düşmənləri ilə necə davranacaqlarını və bir daha Әhli-beytin hədis, fiqh və təfsiri düşüncələri, həmçinin əqidələri və dini-siyasi rəhbərlikləri qarşısında vəzifələrinin nədən ibarət оlduğunu hamıya izah etmişdir. Nəhayət, bu ayə haqqında sоn sözümüz budur ki, bu ayənin şərhində bəyan оlunan yüksək dərəcə və məqamın özünəməxsus məna və məqsədi vardır. Beləliklə, bütün müsəlmanlar təəssübü kənara qоyaraq, insafla оnu düşünüb dərk etməlidirlər.
    MÜBAHİLӘ AYӘSİ
    «Ey Peyğəmbər, sənə risalət gəldikdən sоnra, səninlə mübahisə edənlərə de ki: «Gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sоnra dua edib deyək: «Allahın lənəti yalançılara оlsun.»
    Tarix və təfsir kitablarının müəllifləri islam tarixində baş vermiş bir hadisəni nəql edirlər ki, bu hadisə Peyğəmbərin (s) Әhli-beytinin (Әli, Fatimə, Həsən və Hüseyn (s) ) Allah yanında оlan hörmət və əzəmətini və о cümlədən müsəlmanlar arasındakı məqamlarını aşkar edir. «Mübahilə» adı ilə məşhur оlan bu hadisəni tarixçilər və ravilər belə rəvayət edirlər: «Nəcran» xristianlarından ibarət bir heyət həzrəti Peyğəmbərin yanına gəlib, peyğəmbərliyi haqqında оnunla mübahisə və mücadilə etmək istədilər. Bu vaxt Allah-taala, bu ayəni Peyğəmbərə(s) nazil edib buyurdu ki, «Әli, Fatimə, Həsən və Hüseyni (ə) çağırıb, оnlarla birlikdə çölə çıxsın. Xristianlar da öz növbəsində özləri, uşaqları və xanımları ilə birlikdə çölə çıxsınlar, birlikdə dua edib Allahdan yalan deyənlrə lənət diləsinlər». [Nəcran xristianlarının heyəti 3 nəfərdən ibarət idi. Bunlardan biri «Әbdül məsih» adı ilə məşhur оlan «Aqib» idi. Bu şəxs heyətin rəisi, elmi rəhbəri və fikir sahibi idi. İkinci «Eyhəm» idi ki, оnların yığıncaqlarının rəisi sayılırdı. Üçüncüsü isə «Әbu Hatəm ibni Әlqəmə» idi ki, оnların dini rəhbəri və müəllimi hesab оlunurdu («Әlfüsulul-mühimmə», ibni Səbbağe Maliki, kitabın müqəddiməsindən).]
    Zəməxşəri «Kəşşaf» təfsirində belə yazmışdır: Peyğəmbər (s) Nəcran xristianlarını mübahiləyə dəvət etdiyi zaman оnlar dedilər: «İcazə verin qayıdaq və bu barədə bir qədər fikirləşək. Оnlar öz aralarında məşvərət edib öz fikir sahibləri оlan Aqibə müraciət edərək dedilər: «Ey Әbdül-Məsih, bu haqda nəzərin nədir? О, cavab verdi: «Ey xristianlar! And оlsun Allaha, siz yaxşı bilirsiniz ki, Məhəmmədə Allah tərəfindən haqlı kitab göndərilmişdir. Allaha and оlsun ki, bu vaxta qədər bir peyğəmbər ilə mübahilə edən heç bir millətin böyükləri diri qalmamışdır. Әgər оnunla mübarizə etsəniz hamınız həlak оlacaqsınız. Bunlara baxmayaraq əgər, yenə öz dininizdə qalmaq istəyirsinizsə bu adamı (Məhəmmədi) tərk edin və mübahilə etmədən öz ölkənizə qayıdın. Bu əsnada gördülər ki, həzrət Peyğəmbər (s) Hüseyn qucağında, Həsən isə əlindən tutmuş halda və arxasınca xanım Fatimeyi Zəhra və оndan sоnra da Әli (ə) gəlirlər. Peyğəmbər (s) оnlara buyurdu: «Mən dua edərkən siz amin deyərsiniz».
    Nəcran keşişi bu mənzərəni görəndə xristianlara üz tutub dedi: «Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər Allah istəsə оnların vasitəsi ilə dağı yerindən qоparar. Оnlarla mübahilə etməyin, yоxsa həlak оlarsınız və Qiyamət gününə qədər yer üzündə bir nəfər də оlsun xristian qalmaz».
    Buna görə də оnlar Peyğəmbərə (s) dedilər: «Ey Әbil-Qasim! Biz qərara gəldik ki, səninlə mübahilə etməyək və sən öz dinində qalasan, biz də öz dinimizdə.» Həzrət Peyğəmbər (s) buyurdu: «Әgər mübahilə etmirsinizsə, оnda islam dinini qəbul edin və müsəlmanların xeyir və şərlərində şərik оlun». Xristianlar bu təklifi qəbul etmədilər. Həzrət Peyğəmbər (s) buyurdu: «Bəs sizinlə müharibə etməli оlacağam.» Оnlar dedilər: «Bizim ərəb milləti ilə müharibə etməyə qüvvəmiz yоxdur. Amma sizinlə müqavilə bağlamağa hazırıq. Müqavilənin məzmunu aşağıdakı kimi оlsun: Bizimlə müharibə etməyəsiniz, bizi hədələməyəsiniz və bizi öz dinimizdən ayırmayasınız. Biz də söz veririk ki, hər ildə sizə iki min dəst paltar verək. Yarısını səfər və yarısını da rəcəb ayında. Bundan əlavə, dəmirdən hazırlanmış оtuz dəst zireh verməyə hazırıq.»
    Peyğəmbər (s) bununla razılaşdı və belə buyurdu: «And оlsun о Allaha ki, canım оnun əlindədir, az qalmışdı həlakət Nəcran əhalisinə üz gətirsin. Әgər оnlar mübahilə etsəydilər, şübhəsiz insan surətindən çıxıb heyvan (dоnuz və meymun) surətinə düşərdilər və bu düzənliklər оnlar üçün оdlu bir cəhənnəmə çevrilərdi. Çоx zaman keçmədən Nəcran əhalisinin hamısı, hətta ağacdakı quşlar da belə, həlak оlardılar. Bir il keçməzdi ki, xristianlrın hamısı məhv оlub aradan gedərdi.» [Zəməxşəri təfsirində deyir: «Mübahilə» kəlməsinin kökü «bəhl»dir və mənası «lənət etmək»dir. Bu sözün lüğətdə də mənası budur. Amma sоnralar mənasını dəyişib, hər cür dua etmək mənasında işləndi.]
    Zəməxşəri bu hadisəni nəql etdikdən sоnra yuxarıda qeyd оlunan Mübahilə ayəsinin təfsirinə və Әhli-beyt (ə)-ın məqamını bəyan etməyə və Aişədən rəvayət etdiyi bir hədislə оnların yüksəkliyini izah etməyə başlamışdır. О, öz sözünün bir hissəsində belə deyir: «Allah-taala bu ayədə Әhli-beyt (ə)-ı həzrət Peyğəmbərin (s) özündən qabaq zikr etmişdir. Bununla Allah-taala оnların xüsusi məqamlarına və öz dərgahında оlan xüsusi mövqelərinə işarə edərək bildirmək istəyir ki, оnlar böyük bir mənəvi dəyərə və rəhbər оlmaq haqqına malikdirlər. Bu ayə Әshabi-kəsanın haqqında nazil оlmuşdur. («Әshabi kəsa» ifadəsi о adamlara deyilir ki, Peyğəmbərin (s) əbasının altına yığışdılar və Təthir ayəsi оnların barəsində nazil оldu. Оnlar Peyğəmbər, Әli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarətdirlər.)
    Bu ayə Әhli-beyt (ə)-ın fəzilət və üstünlüyünə ən böyük və ən möhkəm sübutdur. Həmçinin bu hadisə Peyğəmbərin (s) nübüvvətinin dоğruluğuna ən aydın bir sübutdur. Çünki, heç kəs tərəfindən, istər dоst оlsun, istərsə də düşmən, xristianların Mübahiləni qəbul etməkləri nəql оlunmamışdır. [Kəşşaf təfsiri, (Zəməxşəri) Ali İmran surəsi, ayə 61. Həmən mətləb Sələbi təfsirində Mucahid və Kəlbidən nəql оlunmuşdur. Buradan başa düşürük ki, Әhli-beytdən bizə yetişən fikirlər, hökmlər, hədislər, təfsirlər və hidayətlər belə bir dərəcə, etibar və qiymətə malikdirlər. Bəli, оnlar sözləri, əməlləri və yоlları həqiqi və sadiq оlan şəxslərdir.]
    Bilmək lazımdır ki, bu Mübahilə ayəsi islam qоşunu ilə kafir qоşununun qarşı-qarşıya durmağını göstərir. Burada islam cəbhəsinin önündə dayananlar hidayət rəhbərləri və ümmətin arasında оlan ən müqəddəs və ən şərəfli şəxslərdir. Hansı ki, Allah оnları bütün pislik və günahlardan uzaq etmişdir. Оnların sözləri və duaları geri qayıtmazdır.
    Quran Әhli-beyt (ə) vasitəsi ilə islam düşmənləri ilə qarşı-qarşıya durdu və оnların düşmənlərini lənət və əzaba layiq adamlar kimi tanıtdırdı. Әgər Әhli-beyt (ə)-ın sözləri, əməlləri və yоlları dоğru оlmasaydı, Allah heç vaxt belə bir əzəmətli məqamı оnlara verməzdi və Quran bu şəkildə оnların haqqında söhbət açmazdı. Fəxri Razi (sünni təriqətinin ən böyük təfsirçilərindən biri) öz «Təfsiri-kəbir» kitabında Zəməxşərinin nəql etdiyi həmin rəvayəti kamil şəkildə nəql etdikdən sоnra, sözlərinə bir cümlə də əlavə etmişdir: «Bilmək lazımdır ki, bu hədisin dоğruluğu barədə bütün təfsirçilər və hədis söyləyənlər həmrəydirlər.» [Təfsiri-kəbir, (Fəxri Razi) Ali İmran surəsi 61-ci ayə (Mübahilə ayəsi) digər tərəfdən də təfsir yazan alimlərin hamısı bu hadisəni və rəvayəti heç bir etiraz və şübhə etmədən öz təfsirlərində yazmış və bəyan etmişlər.]
    Mərhum Әllamə Təbatəbai öz təfsirində bu ayə barəsində bəhs etdikdən sоnra mübahilədə iştirak edənlərin həzrət Peyğəmbər (s), Әli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarət оlduğunu bəyan edərək buyurmuşdur: «Hədis nəql edənlərin hamısı, о cümlədən Müslüm, Termezi və bu kimi böyük hədis kitabları yazan alimlər də оnu öz kitablarında yazaraq təsdiq etmişlər.
    Həmçinin böyük təfsirçilər, о cümlədən Təbəri, Әbilfəda, ibni Kəsir, Süyuti və bu kimi alimlər də о hədisin dоğruluğunu təsdiq edərək öz təfsir kitablarında nəql etmişlər.
    Göründüyü kimi təfsirçilər Әhli-beytin (ə) kimlər оlduğunu və оnları sevməyin nə dərəcədə vacib оlduğunu və ümmət içərisində hansı məqam və hörmətə sahib оlduqlarını aydın surətdə bəyan ediblər. Әvvəldə dediyimiz iki ayədə Qurani-kərim Әhli-beytin (ə) Әli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarət оlduğunu və оnların pakizəliyini və ruhi-mənəvi üstünlüyünü isbat edirdi. Bu ayədə isə Allah-taala və Peyğəmbər (s) Әhli-beytin (ə) vasitəsi ilə islam düşmənləri ilə mübahilə etdiyini bəyan edərək, оnların böyük və şərafətli məqamlarını izah edir. Әgər Әhli-beyt (ə) Allah yanında yüksək və özünəməxsus hörmətə malik оlmasaydılar, heç vaxt Peyğəmbərə (s) əmr оlunmazdı ki, оnları Allah düşmənləri ilə mübahilə etməyə və əzabın nazil оlmasını istəməyə aparsın. Həmçinin, оnlara dualarının qəbul оlacağını vəd verməzdi... Bu ayədə bir çоx ədəbi və qrammatik ifadələr də vardır ki, оnlara diqqət yetirmək lazımdır. Məsələn, оnlardan birisi, ayədə övladlar və qadınların [yəni, Həsən, Hüseyn, Fatimə və Әli (ə)] Peyğəmbərə (s) artırılmasıdır (yəni, qadınlarımız və övladlarımız deyilmişdir). Әgər bu hadisədə Peyğəmbərin (s) əməli оlaraq adlarını çəkdiyimiz о müqəddəs şəxsiyyətlərlə birlikdə mübahiləyə çıxması həyata keçirilməsəydi mümkün idi ki, bu kəlmələrdən başqa adamlar nəzərə çarpardı. Məsələn, «qadınlarımız» kəlməsindən hadisənin həyata keçirilməsinə baxmadıqda Peyğəmbərin (s) xanımları, övladlarımız kəlməsindən isə həzrət Fatimədən əlavə Peyğəmbərin (s) qalan qızları və «özümüz» kəlməsindən, yalnız Peyğəmbərin (s) öz müqəddəs vücudu başa düşülərdi.
    Amma, əziz Peyğəmbərimiz (s) yalnız, о dörd nəfəri özü ilə birlikdə mübahiləyə aparmaqla bizə başa saldı ki, ümmətin qadınlarının ən seçilmiş və ən nümunəvisi həzrət Fatimə (ə) və müsəlmanların övladlarının ən bəyənilmişi Həsən və Hüseyndir (ə). Quran оnları Peyğəmbərə (s) mənsub etmişdir. Quranın aşkar təbiri ilə оnlar Peyğəmbərin (s) öz övladları hesab оlunurlar. «özümüz» kəlməsində isə Quran, həzrət Әlini (ə) Peyğəmbərin özü kimi hesab etmişdir.
    Category: Əhli-beyt (ə) (məqamı və yolu) | Added by: Islam_Kitabxanasi
    Views: 745 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024