İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə) (məqamı və yolu)

    Əhli-beyt (ə) (məqamı və yolu)
    2011-12-24, 6:26 AM
    ӘHLİ-BEYT (Ә) MӘKTӘBİNӘ MӘNSUB OLAN ALİMLӘRİN QURAN HAQQİNDAKİ GÖRÜŞLӘRİ
    «Şübhəsiz, biz zikri (Quranı) nazil etdik və həqiqətən onu qoruyacağıq.»
    Quran, Allahın kitabı və eyni zamanda öz Peyğəmbəri həzrət Məhəmməd ibni Әbdüllaha (s) nazil etdiyi vəhydir. Allah-taala bu müqəddəs Quranı hər cür nöqsan və təhriflərdən qorumuşdur. Bu ilahi vəhyə heç bir tərəfdən batil olan şeylər yol tapa bilməz. Məhz buna görədir ki, Qurani-kərim bu gün bizim əlimizə Peyğəmbərə (s) nazil olduğu şəkildə gəlib çatmışdır. Bu ilahi kəlamdan nə bir şey azaldılmış və nə də ona bir şey artırılmışdır.
    Bu əzəmətli və ilahi kitab şəriətin qaynağı, hədislərin mizanı, düşüncə və anlayışların dəqiq meyarıdır. Həmçinin bu kitab islam mədəniyyətinin düşüncə tərzinin mənşəyi və insanların xoşbəxtlik vasitəsi və səadət qaynağıdır.
    Bu ilahi vəhy tarixlər boyu müsəlmanlar tərəfindən nəsildən-nəslə təhvil verilmiş, eyni zamanda fövqəladə diqqət və sədaqətlə onu Cəbrailin Peyğəmbərə (s) nazil etdiyi şəkildə saxlamış və zəbt edərək bir-birlərinə nəql etmişlər. Bütün müsəlmanlar bu sözlərin düz olmasında və bunun ziddinə nəql edilən bütün uydurma hədisləri rədd etməkdə həmrəydirlər.
    Məşhur Quran təfsirçisi Әllamə şeyx Həsən Təbərsi (Allah ruhunu şad etsin) hansı ki, onun təfsiri alim və təfsirçilər üçün mötəbər mənbə hesab olunur. O, öz «Məcməul-bəyan» təfsirində belə yazır:
    «Qurandan bir şeyin ixtisar edilməsi və ya ona bir şeyin əlavə edilməsi haqqında danışmağa dəyməz. Çünki, Qurana bir şeyin artırılmasını müsəlmanlardan heç bir kim qəbul etməmişdir. Amma, Qurandan bir şeyin çıxarılmasına gəldikdə isə, onu «Həşəviyyə» təriqətli sünnilər və şiələrdən bir neçə nəfər söyləmişdir. Amma, şiələrin doğru və qəti nəzərləri bu sözün əksinədir.»
    Mərhum Seyyid Mürtəza şiələrin bu nəzərini «Tarablos sualları» haqqında yazdığı cavabında kamil bir şəkildə açıqlamış və sübut etmişdir. O, sözlərinin müxtəlif yerlərində təkid etmişdir ki:
    «Quranın əhatə etdiyi mövzunun sağlamlığı, hamısının ilahi vəhy olduğunun məşhur və qəti olması, tarixdə baş verən böyük hadisələrin, böyük şəhərlərin, kitabların, ədəbi əsərlərin və ərəb şerlərinin məşhurluğu kimidir. Hətta Quran, düzlükdə məşhur olmaqda adı çəkilən şeylərdən irəlidədir. Çünki, Quran nübüvvətin möcüzəsi, şəriət elmlərinin və din hökmlərinin qaynağı olduğu üçün müsəlmanlar və islam alimləri onu hifz etməkdə bütün bacarıq və sə᾿ylərini sərf etmişlər. Qurana qarşı olan bu maraq, diqqət və məhəbbət elə bir yerə çatmışdır ki, onlar hətta onun erab və qiraətində olan incəlikləri və hərflərinin, ayələrinin dəqiq sayında belə tədqiq etmiş, kitablarda və təfsirlərdə qeyd etmişlər. Bütün bunlarla yanaşı müsəlmanlar müxtəlif dövrlərdə Quranın qorunması və saxlanılması yolunda əllərindən gələn hər bir fədakarlığı göstərmişlər. Bəs görəsən bu qədər böyük diqqət və maraq olduğu halda Quranın dəyişdirilməsi və nöqsanlaşdırılması necə mümkün ola bilər?! Quranın təfsir və hissələrinin doğruluğuna olan qəti biliyimiz, eyni ilə Quranın özünün qəti və şübhəsizliyinə olan biliyimiz kimidir. Bunu da yenə bir misal ilə izah etmək istəyirik. Məsələn, tarixdə bir çox yazıçı və elm xadimləri tərəfindən müxtəlif kitablar yazılmış və bu kitablar müxtəlif dövri şəraitlərdə məşhurlaşmışlar. Bu kitablardan bəziləri elə yüksək dərəcədə şöhrət tapıblar ki, bir kimsə onlara bir şey artırmaq və ya ixtisar etməyə cürət edə bilməz. Çünki, o kitablara diqqət və maraq göstərən oxucular, onun bütün hissə və fəsilləri, həmçinin əhatə etdiyi mövzuları ilə tanışdırlar. Məsələn, əgər bir şəxs Sibəveyhin «Әl-kitab» adı ilə məşhur olan ərəb qarammatikasının sintaktikasına aid yazılmış kitaba bir şey əlavə etmək istərsə, əlbəttə buna cürət edə bilməz. Çünki, bu kitab o qədər məşhurdur ki, bu elm sahəsində mütəxəssis olan şəxslər onun bütün hissələri ilə tanışdırlar. Hətta ən kiçik bir dəyişiklik belə nəzərə çarparaq məlum olar. Məzni və sair müəlliflərin də əsərlərini beləcə misal çəkmək olar. Lakin, insafı olan bir kimsə bunu çox yaxşı bilir ki, Qurana olan diqqət və maraq adını çəkdiyimiz kitablaradan daha çoxdur. Bu müqddəs kitaba tarixlər boyu minlərcə təfsirlər yazılmış və minlərlə insan onu oxuyaraq əzbərləmişlər. Hələ çap maşınları mövcud olmayan zamanlarda Quran, əlyazma şəklində minlərcə nüsxələr dünyanın müxtəlif nöqtələrində yayılmışdır...»
    Yenə Seyyid Mürtəza yazır:
    «Quran Peyğəmbərin (s) zamanında indi mövcud olduğu şəkildə yazılmış və toplanıb tərtib edilmişdir. Sübutu da budur ki, Quran o vaxt dərs verilib əzbərlətdirilirdi. Hətta səhabələrdən bəziləri Quranı yaxşı əzbərləmək üçün təyin olmuşdular. Müsəlmanlar müntəzəm olaraq həzrət Peyğəmbərin (s) yanına gəlib Quran tilavət edər və öz qiraət səhvlərini düzəldərdilər. Hətta Әbdüllah ibni Məsud, Übeyy ibni Kəb kimi səhabələrdən bəziləri neçə dəfə Quranı Peyğəmbərin (s) yanında əvvəldən axıra qədər oxumuşdular. Bir az diqqət etdikdə məlum olur ki, bunların hamısı Quranın münəzzəm və kamil olduğuna aşkar sübutdur. Әgər «Həşəviyyə» sünniləri və şiələrin bəziləri bu sözün əksini söyləyirlərsə də, onların sözləri etina ediləcək bir şəkildə deyildir. Çünki, o sözü deyənlər bir dəstə hədis əhlidirlər ki, bəzi hədisləri nəql edib onların doğruluğuna inanırlar. Xülasə, şiələr və onların tədqiqatçı alimlərinin qəti nəzəri budur ki, Quran təhrif edilməmişdir».
    Məşhur şiə alimlərindən biri (hicri-qəməri tarixi ilə 381-ci ildə vəfat etmiş) mərhum Şeyx Səduq hansı ki, şiələrin dörd mötəbər kitablarından biri «Mən la yəhzurul-fəqih» və onlarca digər dəyərli kitabların müəllifidir. O, özünün «Etiqadati Səduq» adlı məşhur kitabında belə yazır:
    «Bizim etiqad və inamımız budur ki, Allahın Peyğəmbərə (s) nazil etdiyi Quran bu gün müsəlmanların əlində mövcud olan Quranın özüdür; ondan bir kəlmə əskilməmiş və ya artırılmamışdır. Hər kim biz şiələrin adından Quranın bundan qeyri cür olduğunu demiş olsa, yalandan söz düzəltmişdir.»
    Şeyx Səduq sözlərinin davamında öz sözlərinə dəlil və sübut gətirməyə başlamışdır. [«Məəl-Xətib fi xututihil ərizə, Şeyx Lutufullah Safi (səh. 42)].
    Şeyx Tusi adı ilə məşhur olan (hicri-qəməri tarixi ilə 460-cı ildə vəfat etmiş) mərhum Şeyxut-taifə Әbu Cəfər Məhəmməd ibni Həsən Tusi (şiənin dörd mötəbər kitabından ikisinin müəllifidir) «Təfsirut-tibyan» kitabında öz nəzərini belə bəyan edir:
    «Qurandan bir şeyin ixtisar edilməsi və ya ona bir şeyin əlavə edilməsi barəsində danışmağa dəyməz, çünki bu sözləri heç bir müsəlman qəbul etmir. Qurandan bir şeyin azaldılmasını bir dəstə istisna olmaqla, bütün müsəlmanlar rədd edirlər. Bu məzhəbin də rəyi bundan ibarətdir. Seyyid Mürtəzanın da sözlərindən və həmçinin doğru-düzgün hədislərimizdən də bu məsələ aydınlaşır.
    Hədislərdə də müxtəlif şəkillərdə, əlimizdəki Quranı oxumaq və ona əməl etmək tövsiyə edilmişdir. Həmçinin imamlar, hədislərin doğru olub-olmamasını bilmək üçün onları Quranla üzləşdirib müvafiq olaraq yoxlamağa əmr etmişdir. Bu məşhur hədisin həzrət Peyğəmbərdən (s) nəql edilməsini bütün müsəlmanlar qəbul edirlər. O həzrət buyurdu:
    «(Ey müsəlmanlar!) mən sizin aranızda iki ağır (dəyərli) əmanət qoyub gedirəm. O iki şeydən möhkəm yapışıb ayrılmasanız, heç bir vaxt azmazsınız və doğru yoldan çıxmazsınız: (onların biri) Allahın kitabı (Quran) digəri isə Әhli-beytimdir. Bu iki şey bir-birlərindən ayrılmazlar.»
    Bu hədis aydın şəkildə dəlalət edir ki, Qurani-kərim bütün əsrlərdə mövcud olacaq. Әgər belə olmasaydı, Peyğəmbər (s) hədisdə qeyd olunan məsələyə necə əmr edərdi?! Görürük ki, Әhli-beyt (ə) da Quran kimi bütün dövrlərdə mövcuddurlar və müsəlmanların vəzifəsi budur ki, heç vaxt Quran və Әhli-beytdən (ə) ayrılmasınlar. Beləliklə, aramızda olan bu Quranı hər bir müsəlman qəbul edir. Belə olan halda bizim vəzifəmiz onu oxuyub əməl etmək və onun təfsir və mənalarını bəyan etməklə məşğul olmaqdır». [«Təfsirut-tibyan» (1-ci cild, səh. 3, Nəcəf çapı)].
    Böyük şiə alimi Şeyx Məhəmməd Cavad Bəlaği «Alaur-rəhman fi təfsiril Quran» kitabında Quranın əbədi kitab olmasına və onun hər cür təhriflərdən uzaq qalmasını gözəl dəlillərlə bəyan etmişdir. O, öz sözlərinin bir hissəsində belə yazır:
    «Qurani-kərim tarixlər boyu nəsildən-nəslə keçmiş və bütün müsəlmanlar ona ilahi bir kitab kimi inanmışlar. O, minlərcə nüsxələrə köçürülərək müxtəlif yerlərdə yayılmış və bu iş bu günə qədər davam etməkdədir. Müsəlmanlar gecə-gündüz bu Quranı üzündən oxumuş və qarilərin qiraətinə qulaq asmışlar. Minlərlə Quran hafizi bu müqəddəs kitabı əzbərləmiş və sonradan yazılan və yaxud yüz minlərcə Quranın doğru və nöqsansız olmasına nəzarət etmişlər. Buna görə də, tarixdə ardıcılları tərəfindən eyni səviyyədə qəbul edilməsi, şöhrəti, tanınması və öz orjinallığını əsrlər keçdikdən sonra qoruyub saxlamaq cəhətindən Quranla müqayisə oluna biləcək bir kitab yoxdur. Allah-taala özü də Quranın «Hicr» surəsinin 9-cu ayəsində buna aşkar vəd verərək buyurmuşdur:
    «Həqiqətən biz zikri (Quranı) nazil etdik və şübhəsiz biz onu qoruyub saxlayacağıq.»
    Yenə də «Qiyamət» surəsinin 18-ci ayəsində buyurur:
    «Həqiqətən o (Quranı) toplamaq və (sənə) oxumaq bizim vəzifəmizdir.»
    Beləliklə də, əgər oxucular bəzi nadir və zəif hədislərdə Quranın təhrifi haqqında bir şey görsələr onlara əhəmiyyət verməməli və bilməlidirlər ki, onların məzmunu bir-biri ilə müxalif və rəvayət edənləri isə zəif, həmçinin müsəlmanların ümumi fikirlərinin ziddinə danışan adamlardır».
    Mərhum Bəlaği yenə öz təfsirində «İmamiyyə şiəsinin nəzərinə görə Quranda nöqsan yoxdur» başlıqlı yazısında belə demişdir:
    Rəvayətləri mötəbər sayılan məşhur şiə hədisçisi Şeyx Səduq Etiqadat» kitabında belə demişdir: ...Biz şiələrin etiqad və inamı budur ki, Allahın Peyğəmbərə (s) nazil etdiyi Quran bu gün müsəlmanların əlində olan Quranın özüdür və bundan başqa bir şey deyildir. Hər kim bizim adımızdan Quranın bundan başqa olmasını desə, bizim dilimizdən yalan danışmışdır.»
    Məşhur şiə alimi mərhum Şeyx Mufid «Әlməqalat» kitabının bir fəslində demişdir:
    «İmamiyyə şiələrinin çoxu Qurandan nə bir kəlmə nə də ki, bir surənin ixtisar edilməsinə qail deyildirlər. Amma, Әmirəlmöminin Әli ibni Әbi Talibin (ə) müshəfində ayələrin yanında yazılmış olan təfsir və izahlar bu gün əlimizdə olan Quranda yazılmışdır». (Lakin, Quranın əsli əvvəlki kimi mövcuddur.)
    «Kaşiful-ğita» kitabında Quran fəslinin 8-ci bəhsində belə yazılmışdır:
    «Şübhə yoxdur ki, Quran Allah-taalanın nəzarəti ilə bütün çatışmamazlıqdan qorunmuşdur. Bu fikri Quranın özü açıqca bəyan etmişdir. Bir sözlə alimlərin hamısı bu mətləbdə həmrəydir».
    Mərhum Şeyx Bəhaəddin də belə nəql etmişdir:
    Qurana bir şeyin artırılıb və ya ondan bəzi şeylərin azaldılması haqqında bəzi adamlar ixtilaf etmişlər. Amma, həqiqi nəzər budur ki, Quran bu kimi şeylərdən məhfuzdur və Qurandakı «Biz onu qoruyacağıq» ayəsi buna sübutdur.»
    Müqəddəs Bağdadinin «Şərhi-vafiyə» kitabında belə nəql edilmişdir:
    «Şiə alimləri arasında ümumi fikir budur ki, Qurandan bir şey azalmamışdır. Hətta, şiə alimlərinin bu fikirdə həmrəy olmaları da nəql edilmişdir».
    Müqəddəs Bağdadi sözünün davamında yazır:
    «Şeyx Әli ibni Әbdülali Quranın kamil olduğu və ondan heç bir şeyin ixtisar edilməməsi barəsində müstəqil bir kitab yazmışdır. O, kitabda bu sözləri qeyd etdikdən sonra mərhum Şeyx Səduqdan əvvəldə nəql etdiyimiz sözləri və Quranın naqis olmasına dəlalət edən bəzi rəvayətləri nəql edib belə cavab verir: «Әgər bir hədis, Quran və ya mütəvatir (düzlüyündə şübhə olmayan) hədislər və ya alimlərin ümumi şəkildə qəbul etdikləri fikirlə uyğun olmazsa və heç bir şəkildə onları doğru-düzgün təfsir etmək mümkün olmazsa, gərək o hədislər rədd oluna.» [«Alaur-rəhman» (təfsiri, mərhum Bəlaği, təfsirin müqəddiməsindən)].
    Müasir alim, böyük mücahid Şeyx Məhəmməd Hüseyn Ali Kaşiful-ğita «Şiəliyin kökü və əsasları» adlı kitabında öz nəzərlərini bu şəkildə izah edir:
    «Bu gün müsəlmanların əlində mövcud olan bu Quran Allah-taalanın Peyğəmbərə (s) bir möcüzə və kafirlərə qarşı mübarizə vasitəsi olaraq göndərdiyi kitabın özüdür. Onda nə bir çatışmamazlıq meydana gəlmiş, nə təhrif, nə də əlavələr olmamışdır. Bu məsələdə müsəlmanlar ümumi şəkildə həmrəydirlər...»
    Böyük islahçı və şiə alimi mərhum Әllamə Seyyid Әbdul-Hüseyn Şərəfüddin «Әlfüsulul-muhimmə fi təlifil-ümmə» kitabında bu məsələ haqqında öz nəzərlərini belə yazır:
    «Quran Müqəddəs kitabdır ki, heç bir tərəfdən ona batil fikirlər yol tapa bilməz və həqiqi Quran bu gün müsəlmanların əlində olan bu Quranın özüdür. Ona bir şey artırılmamış və heç bir şey də əskildilməmişdir. Həmçinin, bir kəlmə digər bir kəlmə ilə və ya bir hərf başqa hərflə dəyişdirilməmişdir. Hətta, Quranın bütün hərfləri də belə, Peyğəmbərin (s) zamanından bu günə qədər bütün nəsillərə mütəvatir, qəti və dəyişməyən bir şəkildə nəql edilmiş və əldən-ələ, dildən-dilə dolaşmışdır. Quran Peyğəmbərin (s) zamanından bu günə olduğu kimi bir yerə topladılmışdır. Cəbrail (ə)-da onu dəfələrlə həzrət Peyğəmbərə (s) təqdim edib göstərirdi. Buna görə də «Həşəviyyə» kimi bəzi cərəyanların bu mövzudakı düzgün olmayan nəzərlərinin heç bir etibarı yoxdur. Çünki, onlar doğru bir anlayışa malik deyillər».
    Yenə, şiələrin böyük şəxsiyyəti, din alimi mərhum Seyyid Möhsün Hüseyni Amili «Әyanuş-şiə» kitabında bu məsələ haqqında bu şəkildə fikir söyləmişdir:
    «Şiələrin, istər klassik, istərsə də müasir alimlərindən heç birisi Qurana bir şeyin artırıldığını söyləməmişlər. Və onların hamısı bu fikirdədirlər. Eyni zamanda Qurandan bir şeyin azaldılmaması məsələsində də tədqiqatçı şiə alimlərinin hamısının fikri birdir».
    Bəli, Quran budur və Әhli-beytin (ə) məktəbi də bu (əlimizdəki) Qurana Peyğəmbərə (s) nazil olan Quran kimi baxır. Dünyada bəşəriyyət olduğu qədər Quran da olacaq, onların həyatlarında daimi olaraq nur saçıb parlayacaq və insanları hidayət və təkamülə doğru sövq etdirəcəkdir.
    Göründüyü kimi alimlər və tədqiqatçılar Quranın təhrifi haqqında söylənən hədisləri, müsəlmanların arasında düşmənlər tərəfindən çirkin niyyətlərlə uydurulmuş yalanlar hesab edirlər. Elm və bilik anlayışlarına malik olan şəxslər onları şiddətlə rədd edirlər. Bir də bəzi hədislər vardır ki, onların üzərində diqqətlə düşünməyən adam belə fikirləşir ki, o hədislər Quranın naqis olduğuna və ya ayrı bir Quranın mövcud olduğuna dəlalət edir. Necə ki, bəziləri belə xəyal etmiş və islam düşmənləri də bundan əks istifadə edib müsəlmanları bir-birinə qarşı qoymuşlar. O da budur ki, imamların bəzilərindən, məsələn imam Sadiq (ə)-dan nəql edilmişdir ki, İmam (ə) öz sinəsinə işarə edərək buyurdu:
    «And olsun Allaha, Peyğəmbərin silahı, qılıncı və zirehi biz (imamların) yanındadır. And olsun Allaha Fatimənin «müshəfi» bizim yanımızdadır. O müshəfdə Qurandan heç bir ayə də yoxdur. Onu Peyğəmbər (s) imla etmiş və Әli (ə) da öz əli ilə yazmış... [«Biharul-ənvar» Әllamə Məclisi (4-cü cild, səh. 270)].
    Bəziləri xəyal ediblər ki, imam Sadiq (ə) bu sözü deməklə bildirmək istəyib ki, bu Qurandan başqa müshəf (Quran) da vardır və o da imamların yanındadır. Bəzi qərəzli adamlar da bunu bəhanə edib, şiələrin adını ləkələmək istəyirlər. Halbuki, ərəb dilindən bir az xəbəri olan sadə bir adam da bunu anlayır ki, imam Sadiq (ə)-ın «Müshəf» kəlməsini deməkdən məqsədi nə olmuşdur. Bu kəlmənin mənasını başa düşmək üçün lüğət kitablarına müraciət etmək kifayətdir.
    Rağib İsfəhani «Müfrədat» kitabında «Səhifə»kəlməsini belə izah edir: «Hər bir açıq və geniş şeyə səhifə deyərlər, çöhrə səhifəsi kimi və həmçinin üzərində bir şey yazılana da səhifə deyilir ki, bunun cəm forması «Səhaif» və «Suhuf» kəlmələridir. Quranda da buyurur:
    «Elə pak səhifələr oxuyur ki, onda dəyərli və sağlam kitablar vardır.»
    Bəzi şəxslər bu «suhuf» (səhifələr) kəlməsinin «Quran» mənasında işlənməsini başa düşürlər. Çünki, Quranda yazılmış səhifələr vardır.
    Deməli «Müshəf», daxilində yazılı səhifələr olan şeyə (kitaba) deyilir ki, onun cəm forması «Məsahif» kəlməsidir. [«Möcəmu mufrədati əlfazil-Quran», Rağib İsfəhani, («Müshəf maddəsi).]
    Beləliklə, «Müshəf» kəlməsi müasir dildə «kitab» deməkdir və Qurana məxsus bir ad deyildir. Yəni, bir cild içərisində bir miqdar yazılı səhifə olarsa, ona «Müshəf» deyilir. Quran da bir miqdar səhifələrdən toplandığı üçün ona da «Müshəf» deyilmişdir. Allah-taala bu müqəddəs kitaba «Quran», «Zikr», «Fürqan», «Kitab» və sairə adlar vermişdir. Amma Qurana «Müshəf» adını qoymamışdır. Bəlkə, müsəlmanlar Quran toplandıqdan sonra ona «Müshəf» adını vermişlər.
    Xülasə, bu yanlış fikrin yaranmasına səbəb budur ki, onlar Müshəfin ədəbi mənası ilə lüğətdəki mənasını qarışdıraraq İmamın (ə) «Müshəf» kələməsindən Quranı nəzərdə tutduğunu zənn etmişlər. Halbuki, İmam (ə) özü anlaşılmamazlıq yaranmasın deyə, o hədisdə «Onda Qurandan bir ayə də belə yoxdur», deyərək bu fikri izah etmişdir. Yəni, Fatimənin (ə) Müshəfi Quran deyildir və onda Qurandan bir şey yoxdur. Ümumiyyətlə o vəhy deyil, Peyğəmbərin (s) imla etdiyi (dediyi) və Әlinin (ə) yazdığı bir kitabdır.
    Bəzi alimlər deyiblər ki, «Müshəfe Fatimə» Peyğəmbərin (s) həzrət Zəhraya təlim və tərbiyə məqsədi ilə öyrətdiyi dua və nəsihətlərdir.
    Görürük ki, bəzi müsəlmanlar bu sadə şeyi səhvən və yaxud da qəsdən düzgün olmayan bir şəkildə düşünərək bəyan etmişlər.
    Allah hamımızı xəta və günahlardan hifz etsin!
    QURAN ӘHLİ-BEYTİN (Ә) HӘDİSLӘRİNDӘ
    Bunu onların həyati yaradıcılıqlarında, rəvayətlərində, tövsiyə və nəsihətlərində, səhabələrinə, tələbələrinə və bütün müsəlmanlara verdikləri təlimatlarında açıqca görmək olar. İmam Cəfər Sadiq (ə) babası həzrət Peyğəmbərdən (s) belə rəvayət etmişdir:
    «Ey insanlar! Siz müvəqqəti bir evdəsiniz və elə bir dəvəyə minmisiniz ki, sizi sürətlə aparır. Görürsünüz ki, gecə-gündüz, günəş və ay (öz hərəkət və fırlanmaları ilə) bütün təzə şeyləri köhnəldir və hər bir uzaqlığı yaxınlaşdırırlar. Verilən vədlərin hamısını (bir-bir) gətirib çatdırırlar. Bəs (bu) uzaq səfər üçün tədarük görün».
    Rəvayət edən deyir:
    O halda Miqdad ibni Әsvəd qalxıb dedi: Ey Allahın Peyğəmbəri (s)! (Buyurduğunuz) bu keçici ev nədir? Peyğəmbər (s) cavabında buyurdu:
    Bu (dünyadır) ki, səfər cehizini hazırlayıb, köç etmək evidir. Bəs fitnələr qaranlıq gecə parçaları kimi sizə gölgə saldığı vaxt Qurana üz tutub, ondan yapışın, çünki Quran şəfaəti qəbul olan bir şəfaətçi və şikayəti qəbul olan bir şikayətçidir. Kim onu öz qarşısında (yol göstərən) qərar versə, onu cənnətə aparar və kim onu arxada tutsa, onu cəhənnəmə sövq edər. Quran ən yaxşı bir yola hidayət edən dəlildir. O bir kitabdır ki, onda (həqiqətlər) yazılaraq bəyan edilmişdir. O ciddi və qəti bir kitabdır, əyləncə və zarafat kitabı deyildir. Onun bir zahiri və bir batini vardır. Zahiri hökmdür, batini isə elm, zahiri gözəldir, batini isə dərin. Onun ulduzları vardır. O ulduzların da ulduzları vardır. [Bu ifadədə bir neçə ehtimal verilir: 1) Ola bilər ki, məqsəd Quranın ayələridir ki, bəzisi bəzilərini izah edir. 2) Ola bilər ki, məqsəd Quranın ayələri və hədisləridir ki, Quranı izah edir. 3) Ola bilər ki, məqsəd Quran və imamlardır ki, Quranın təfsirçiləri və həqiqi yozucularıdırlar.]
    O Quranın təəccüb doğuran işləri saysız-hesabsız və qəribəlikləri isə köhnəlməzdir. O Quranda hidayət çıraqları və hikmət məşəlləri vardır. Quran, onun sifətlərini tanıyan adamlar üçün mərifət yoludur. Demək (hər bir inamlı şəxs) onun xüsusiyyət və keyfiyyətlərini bilmək gərəkdir ki, bununla həlak olmaqdan nicat tapa və bəlalardan qurtara. Şübhəsiz, düşünmək bəsirətli qəlbin həyatıdır, necə ki, qaranlıqda olan adam nur ilə yol gedər...». [«Üsuli-kafi» (2-ci cild, səh. 598) Kitabu fəzil-Quran.]
    İmam Sadiqdən (ə) belə nəql edilmişdir:
    «Quranı əzbərləyib ona əməl edən şəxs, Allahın yaxın mələkləri ilə məşhur olar.» [«Üsuli kafi» (2-ci cild, səh. 603)].
    İmam Zeynəl-abidin (ə) Peyğəmbərdən (s) belə nəql etmişdir:
    «Әgər Allah bir adama Quran nemətini (Quran öyrənməyi və ona əməl etməyi) versə və o adam başqa bir adama daha yaxşı bir şey verildiyini güman etsə, onda o şəxs böyük bir şeyi kiçik və kiçik bir şeyi böyük hesab etmiş olar.[«Üsuli kafi» (2-ci cild, səh. 605)].
    İmam Baqir (ə) Peyğəmbərdən (s) belə nəql etmişdir: «Ey Quran oxuyanlar! Allahın sizlər üçün verdiyi bu Quran (nemət) üçün Allahdan qorxun. (Qiyamət günündə) mən və siz sorğuya tutulacağıq. Məni risalətimin təbliği haqqında və sizi isə öyrəndiyiniz Quran və mənim sünnəm (dediklərim və elədiklərim) haqqında sorğuya tutacaqlar.» [«Üsuli kafi» (2-ci cild, səh. 606)].
    İmam Sadiqdən (ə) nəql edilmişdir:
    «Mömin adama layiq olan iş budur ki, ölümündən qabaq Quranı öyrənsin və ya onu öyrənmək halında olsun.» [«Üsuli-kafi» (2-ci cild, səh. 607)].
    Yenə imam Sadiqdən (ə) belə rəvayət edilmişdir:
    «Quran Allahın məxluqatı ilə olan əhdi-peymanıdır. Şübhəsiz, hər bir müsəlmana layiq olan iş budur ki, Allahın əhdinə baxsın və hər gün ondan əlli ayə oxusun.» [«Üsuli-kafi» (2-ci cild, səh.609)].
    Aşağıdakı rəvayətlər də imam Sadiqdən (ə) nəql edilmişdir:
    «Üç şey Allah-taalaya şikayət edər: 1. Xarab olan məscid ki, onun əhli onda namaz qılmayalar. 2. Cahillər içərisində qalan alim. 3. Divara asılıb, üstünə toz qonan və oxunulmayan Quran.» [«Üsuli-kafi» (2-ci cild, səh.613)].
    «Şübhəsiz, Quran ölməz və diridir. O Quran gecə-gündüz və günəş-ay cərəyan edən kimi cərəyan edər. Bizim əvvəlimiz (Quran ilə) birlikdə olduğu kimi, axırımız da onunla bərabər olar.»
    Həzrət Әmirəl-möminin Әli ibni Әbi Talibdən (ə) belə rəvayət edilmişdir:
    «Sonra ona (Məhmmədə (s)) kitab nazil etdi! Kitab (Quran) işıqları sönməyən bir nurdur. Alovları azalmayan bir çıraqdır. Elə bir yol ki, işığı zülmətə dönməz. Dəlil və bürhanı rədd edilməyən bir fürqandır (haqqı batildən ayıran). Sütunları yıxılmayan bir bina, xəstəliklərdən çəkinməyən bir şəfadır. Köməkləri məğlub edilməz, izzət vasitəsi və tərəfdarları tək qalmayan bir həqiqətdir. O, (Quran) imanın mədəni və mərkəzi, elmin və biliyin qaynaqları və dənizləridir. Әdalətin bağları və çeşmələri, islamın əsas damları və binasıdır. Həqiqət və ədalətin vadiləri və düzənlikləri və su götürənlərin suyunu tükəndirə bilməyən bir dəryadır. Su götürmək onun azalmasına səbəb olmayan bir qaynaqdır, gələnlərə nə qədər su verilərsə, yenə də qurtarmaq bilməyən bir yerdir. Yolçuların yolu itirmədikləri mənzillər, yol gedənlərin gözündən yayınmayan nişanələrdir. Elə yüksəklikləri vardır ki, hər istəyən o ucalıqlardan keçə bilməz.
    Allah onu (Quranı) alimlərin susuzluğunu aradan aparmaq vasitəsi, fəqihlərin qəlblərinin baharı və saleh insnlara yol göstərmə vasitəsi qərar vermişdir. Elə bir dərmandır ki, ondan sonra dərd olmaz və elə bir nurdur ki, yapışılacaq halqası möhkəm və elə bir sığınacaqdır ki, ona bir şey nüfuz edə bilməz. Ona dost olana izzət və ona daxil olan kimsəyə təhlükəsizlik vasitəsidir. Ona inananlara yol göstərən və ona mənsub olanlara üzr vasitəsi olar. Onunla danışanın dəlil və bürhanı və onunla (düşmənə qarşı) vuruşanın şahididir. Onunla sübut gətirənə qələbə qazandırır və ona əməl edənləri qoruyar. Onu icra edəni özü ilə daşıyar. Kim onu özünə nişanə etsə, onu hidayət edər və onu vücuduna alanın olar. Quran başa düşənlərə və dərk edənlərə elm və bilikdir. Ondan rəvayət edənə hədis, söz və onunla mühakimə edənə hökmdür.» [«Nəhcül-bəlağə», (198-ci xütbə)].
    Bəli, budur Quranın Әhli-beyt (ə) məktəbində qiymət və dəyəri, Quranın əhəmiyyəti və onun həyati rolu. Biz bu əhəmiyyət və həyati rolu Quranın bir cümləsində öz əksini tapdığını görürük:
    «Həqiqətən bu Quran ən sağlam və ən doğru yola hidayət edir.» (Әsra surəsi, 9-cu ayə).
    Quran ümmətin əsas qanunu, elm və hidayət qaynağı, mərifət və mədəniyyət meyarıdır. Yalnız, düşüncə və anlayış vasitəsi olan Quranla insan həyatının nizama salınması üçün elmi bir qanun hazırlamaq olar.
    QURANİ ANLAMAQ VӘ ONU TӘFSİR ETMӘK ÜÇÜN ӘSASLİ QAYDALAR
    Biz əvvəldə qeyd etmişdik ki, Quran Әhli-beyt (ə) nöqteyi-nəzrindən əbədi bir kitab hesab olunur və ona təhrif əli yetişə bilməz və Quran ilahi qanunların qaynağı olaraq əbədi yaşyacaqdır. Quran şəriət hökmlərinin kökü və mənbəyidir. Hətta, hədislərin və doğru və ya səhv olduğunu və ümumiyyətlə hər bir şeyin doğruluğunu Quranla müəyyənləşdirmək lazımdır. Bu mövzuda həzrət Peyğəmbərdən (s) belə rəvayət edilmişdir.
    «Məndən (Peyğəmbər) sizə bir hədis gəlib çatsa, siz onu Allahın kitabı ilə yoxlayın, Quranla müvafiq olanı qəbul edin və müxalif olanı vurun divara (rədd edin).» [Təbəri, «Məcməül-bəyan» təfsirinin müqəddiməsindən (1-ci cild, səh.13)].
    Bütün bunlardan sonra, bu nəticəyə yetişirik ki, bu əsas və islami üslub müsəlmanlara, o cümlədən elm və mərifət əhlinə Quranı necə anlayacaqlarını aşkar və müəyyən edir, Quranın ayələri ilə necə davranacaqlarını onlara göstərir.
    Quranı başa düşmək və onu təfsir, təvil etmək çox mühüm bir məsələdir. Çünki, düşüncə sağlamlığı, islami inamın və əqidənin doğruluğu ona bağlıdır. Ona görə də Quranı başa düşən, şəriət və əqidə qaynaqlarını ələ gətirmək, ictimai, siyasi, iqtisadi, tərbiyəvi, hüquqi və sairə qanunları Qurandan və şəriət mənbələrindən çıxarmaqda hər hansı əyinti və qüsurun üz verməsi, müsəlmanların səhv etmələrinə və yoldan çıxmalarına və nəhayət onların parçalanıb ayrılmaqlarına, islami dəyərlərin və paklıqların aradan getməsinə səbəb olar.
    Bu mühüm və əsaslı mətləbin önündə hər şeydən əvvəl «təfsir» və «təvil» arasındakı fərqi izah etmək lazımdır. Lüğət yazanlar «təfsir» sözünün tərifini belə izah etmişlər: «Təfsir» - sözün mənasını kəşf edib, onu aşkar etməkdir.
    «Təvil» kəlməsinin mənası isə belə izah edilmişdir: «Təvil» - sözün iki ehtimaldan birisinin layiqli bilinməsidir. Quranın zahiri ilə müvafiq olmaq şərtiylə.
    Әhməd Riza, təfsiri belə izah edir: «Təfsir» «fəssərə» felindən alınmışdır və mənası da «meydana çıxmaq» və ya «aşkar olmaq»dır. Әslində isə bu söz, aşkarlıq mənasında olan «səfr» sözündən alınmışdır. Məsələn, ərəb dilində sübh vaxtı aşkar olan zamana və yaxud qadın üzünü aşkar edəndə ona «səfr» deyərlər.
    Mərhum şeyx Təbərsi də məşhur «Məcməül-bəyan» təfsirində «təfsir» və «təvil» kəlmələrini belə izah edir: «Təfsir» sözü çətin bir kəlmənin məqsədini izah etməkdir. «Təvil» də iki ehtimaldan birini kəlamın zahiri ilə müvafiq olmaq şərtilə təsdiq etməkdir. Ayrı ifadə ilə təfsir, bəyan etmək mənasındadır.» [«Məcməül-bəyan» (1-ci cild, səh.1)]
    Әbül-Әbbas Mübərrəd belə deyir: «Təfsir» və «təvil» sözlərinin mənası birdir. Bəziləri deyiblər ki, «təfsir» bir şeyin üstündə örtüyün götürülməsi və «təvil», məqsədə nail olmağa və bir şeyin sona çatmasına deyərlər.
    Category: Əhli-beyt (ə) (məqamı və yolu) | Added by: Islam_Kitabxanasi
    Views: 850 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024