İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə) (məqamı və yolu)

    Əhli-beyt (ə) (məqamı və yolu)
    2011-12-24, 6:25 AM
    QURANİ TӘFSİR ETMӘ QAYDASİ
    Quranın təfsiri, onun kəlmə və cümlələrinin mənalarını bəyan və həqiqətləri aşkar etməkdən ibarət olduğunu və həmçinin Quran ayələrindən neçə-neçə mənaların ehtimal verildiyini nəzərə almaq, «təvil» isə bu ehtimalların hansının məqsədə uyğun olduğunu bəyan etməkdir. Yəni «təvil» bir ayənin batini mənasını (bir neçə məna ehtimalı olarsa) ayənin zahirinə münasib olan bir məna ilə əlaqələndirməkdir. Buradan belə aydın olur ki, ayə elə izah olunmalıdır ki, təvili ayənin zahiri təfsiri ilə zidd olmasın. Yəni, təvil ilə təfsir nəticə etibarı ilə eyni olsun. O da Quranın batini, gizli mənasını aşkar etmək və Allahın öz bəndələrinə yetirmək istədiyi məqsədi bəyan etməkdir. Təfsir kitabalarını və təfsirçilərin nəzərlərini tədqiq edərkən görürük ki, bəzi təfsirçilər özlərini necə də dərin quyuya salmış və təfsirdə tutduqları xüsusi metodun nəticəsindən əsil məqsəddən və ayələrlə münasib və layiqli rəftarlardan uzaq düşmüşlər. Bəzisi də şəxsi fikirlərindən istifadə edərək, Quranı öz fikir və əqidələrinə müvafiq təfsir etmiş və ayələri nəzərdə tutulmayan hadisələrə və şəxslərə aid etmişlər. Üstəlik bunun adını təvil də qoymuşlar.
    Məsələn, «Fəlsəfə» və «Kəlam» alimlərindən bəziləri Quran ayələrini yeri gəldi-gəlmədi öz fəlsəfi və kəlami nəzərlərinə uyğun bir şəkildə təvil etmişlər.
    Yenə görürük ki, bəzi yazıçılar və təfsirçilər Quranın ayələrini həqiqi və münasib olmadığı halda zorla olsa da, o əsrin məşhur elmi, iqtisadi, ictimai və siyasi hadisələri ilə əlaqələndirmək istəmişlər. Habelə, Quranı öz ürəkləri istəyən kimi təfsir etmişlər. Bu xətalara bir çox təfsirçilər (istər şiə olsun, istərsə də sünni) düçar olmuşlar. Sonra da öz səhv nəzərlərini müdafiə etmək üçün bir sıra dəlil və qondarma vasitələrdən istifadə etmişlər.
    Amma, biz təfsirdəki əsas və ali metoda nəzər saldıqda görürük ki, bu metod o təfsir üsullarını necə rədd edir və Quran təfsiri üçün doğru və sağlam bir əsas hazırlayır.
    Peyğəmbərin (s) və Әhli-beytin (ə) hədislərindən və onların yolunu səmimiyyətlə gedən təfsirçilərin üslubundan başa düşüldüyü kimi, Quran təfsirinin bir sıra özünəməxsus qayda və rəsmiyyətləri vardır ki, məhz onlara riayət etməklə müfəssirlər Quranı doğru-düzgün təfsir edər və nəzərdə tutulan nəticəyə yetişə bilərlər. Bununla da təfsir elmi öz mühüm rolunu insanlıq dünyasında ən yaxşı şəkildə ifa edər və müfəssirlər xəta və əyintilərdən, şəxsi fikirlərlə təfsir etmək və daxili ehtiraslara tabe olmaqdan xilas olarlar.
    Biz burada hədislərdən və bu yolu doğru bir şəkildə gedən alimlərin sözlərindən istifadə edərək, bu qayda və düzgün təfsir üslubunu qısa şəkildə bəyan etməyə çalışacağıq...
    Mərhum Təbərsi «Məcməül-bəyan» təfsirində yazır: «Səhih sənədlə Әhli-beyt (ə) Peyğəmbərdən (s) belə rəvayət etmişlər:
    «Quranı ancaq doğru əsər (hədis) və aşkar nəss (ayələr) ilə təfsir etmək cayizdir.» [«Məcməül-bəyan» (1-ci cild, səh.13)].
    Әhli-beyt (ə) həmin üslub üzrə hərəkət etmiş və bu iki əsasdan uzaq olan Quran təfsirlərini qəbul etməmişlər:
    1. Quranı Quran ilə təfsir etmək (yəni, Quranın bir ayəsini digər ayəsi ilə təfsir etmək.)
    2. Quranı doğru-düzgün hədislərlə təfsir etmək.
    Bəli, həqiqi Quran təfsirçisi bu iki əsasa kamil şəkildə bağlı olmalıdır. Әlbəttə buna da diqqət yetirmək lazımdır ki, ağılın da Quranın məqsədlərini dərk etməkdə və mənalarını aşkar etməkdə böyük əhəmiyyəti vardır. Amma bu şərtlə ki, Quran və sünnənin hüdudlarından və onların ümumi qaydalarından kənara çıxmasın. [Peyğəmbər və imamların hədisərinə, davranışına sünnə deyilir.]
    Həzrət Peyğəmbər (s) özü də Quranı təfsir etməkdə ağıldan istifadə etməyə əhəmiyyət vermiş və bu işə təşviq etmişdir. Məsələn, bir hədisdə buyurur:
    «Quran aramdır və onda müxtəlif ehtimallar vardır. (Ağlınızı işə salıb), onu ən yaxşı ehtimallara aid edin.» [«Məcməül-bəyan» (1-ci cild, səh.13)].
    Yenə o Həzrətdən (s) nəql edilmişdir:
    «Quranı bəyan edin və əsrarəngiz mətləblərinə yiyələnməyə çalışın.» [«Məcməül-bəyan» (1-ci cild, səh.13)].
    Qurani-kərim də ağlın təfsirdəki rolunu aydınlaşdırmış və Quranı analiz edərək, ondan istifadə edən ağıl sahiblərini tərifləmişdir:
    «O Quranı (yalnız) o şəxslər tanıyırlar ki, onda istinbat (tədqiqat və araşdırma) etmiş olsunlar.»
    Digər yerdə də Quranın ayələri haqqında düşünməyən və ağıllarını kütləşdirib, təfəkkür etməyən adamları məzəmmət etmişdir:
    «Quranda fikirləşməzlərmi? Yoxsa, qəlblərə qıfıl vurulmuşdurmu?» [«Məhəmməd» surəsi, 24-cü ayə.]
    Bəs məlum oldu ki, Әhli-beyt (ə) məktəbində təfsir üç şeyə əsaslanır.
    1. Quranı Quranla təfsir etmək;
    2. Quranı sünnə məsumların davranışı və doğru hədisləri ilə təfsir etmək;
    3. Quranı Quran və sünnəyə bağlı olan ağıl ilə təfsir etmək.
    Həmçinin məlum oldu ki, təfsirin özünəməxsus qayda-qanunları vardır. Ona görə də Әhli-beyt (ə) məktəbində müfəssirin öz şəxsi fikirlərinə əsaslanan və ya dövrün bəzi elmi nəzəriyyələrini, fəlsəfi və kəlami əqidələrini Quranla uzlaşdıran və yaxud zəif, uydurma, sənədsiz, Quranın mətni ilə müxalif olan və qəti, doğru hədislərlə zidd olan təfsirlər və onlara tabe olan alim və müfəssirlər qəbul edilməmişdir. Tədqiqat aparanlar, bu düzgün təfsir üslubuna əsaslanmayıb, Quranın ruhundan uzaq olan, şəxsi düşüncə və nəzəriyyələrdən qidalanan təfsirləri (həm şiə həm də sünnilər arasında) görə bilərlər. Bu cəhətdən də bu kimi təfsirlərə heç bir əhəmiyyət verməmək və şəxsi fikirlərə əsaslanan təfsirlərdən başqa təfsirləri qəbul etmək lazımdır. Çünki, kimliyindən aslı olmayaraq təfsirçi Qurana yox, əksinə Quran müfəssirə əsasdır. Öz növbəsində, əgər müfəssirin sözü etibarlı mənbələrə əsaslanmasa, onun sözü müsəlmanlar üçün heç bir zaman əsas ola bilməz. Məsum və pak İmamlar da (ə) qəti məlumat və dəlil olmadığı halda nəzər verməyi qadağan etmişlər:
    Bildiyiniz şeyi deyin, amma bilmədiyiniz şeyin haqqında «Allah daha yaxşı bilir» söyləyin. Ola bilər ki, insan Qurandan bir ayəni götürüb (təfsir etmək istəyə), lakin, (onun təfsirində) elə bir xəta uçrumuna yuvarlana ki, onun həqiqi mənası ilə təfsir ediliyi mənası arasında yerlə göy arası qədər fasilə ola! [«Üsuli-kafi», Kuleyni (1-ci cild, səh.42)].
    İmam Sadiqdən (ə) rəvayət edilmişdir:
    «Hər bir şeyi Quran və sünnə ilə ölçmək lazımdır.» [«Üsuli-kafi», Kuleyni (1-ci cild, səh.69)].
    ӘHLİ-BEYT (Ә) MӘKTӘBİ NÖQTEYİ-NӘZӘRİNDӘN PEYĞӘMBӘRİN (S) SÜNNӘSİ
    «Allah o bəndəni xoşhal edib nurlandırsın ki, mənim sözümü eşidib yadda saxlayır və onu başa düşərək eşitdiyi kimi başqalarına çatdırır. Çünki, çox fiqh (şəriət elmi daşıyan və başqalarına çatdıran olar ki, özü fəqih (müctehid) olmaz və çox fiqh elmi daşıyan olar ki, tərəf-müqabili onun özündən daha yüksək fəqih və bilikli olar.» [«Әd-dirayə», Şəhid Sani (səh.113)].
    Müsəlmanların islam hökmlərini və qanunlarını tədqiq edərək (Qurandan sonra), istifadə etdikləri ikinci mənbə Peyğəmbərin (s) sünnəsidir. Sünnə Quranı təfsir edib aydınlaşdırır və onun fikri, tərbiyəvi və hüquqi məzmununu əsas qayda-qanunlar şəklində bəyan edir. Quran çox böyük, dərin və əbədi bir fikrə, hüquqi zənginlik və sərvətə malikdir, bu zənginlikləri kəşf edərək bəyan edən sünnədir. Sünnənin Qurandan kəşf etdiyi mənaları heç bir adi ağıl dərk edə bilməz. Çünki, ilahi vəhyin bilavasitə tərəf-müqabili Peyğəmbərin (s) özüdür. Buna görə də Quranın məzmunu, hökmləri, mənaları, hədəf və məqsədlərinin tam mənasını kamil və doğru-düzgün şəkildə Peyğəmbərin (s) özü dərk edə bilər. Bu cəhətdən də sünnə Quranın bəyanı üçün ən münasib bir vasitədir. Bu mənbə Qurandan ilham aldığı üçün Quran kimi dərin və tükənməz, eyni zamanda əbədi bir çeşmə qaynağıdır. Sünnə Qurandan sonra insanın fərdi və ictimai həyatında yaşayış qanunlarını, onun xoşbəxtlik və səadətini aydınlaşdıran ən mötəbər meyardır. Allah-taala Quranda buyurur:
    «...Peyğəmbərin sizə verdiyi, (bəyan etdiyi) şeyləri alın (əməl edin) və onun qadağan etdiyi şeylərdən çəkinin...» (Həşər surəsi, 7-ci ayə.)
    Yenə buyurur:
    «Artıq siz (müsəlmanlar) üçün, axirət gününə ümidləri olanlar üçün Allah Peyğəmbərinin (həyat və davranışında) yaxşı bir örnək və meyar vardır...» (Әhzab surəsi, 21-ayə.)
    Başqa bir ayədə buyurur:
    «...Әgər bir şeydə ixtilafa düşsəniz, onun həllində Allah və onun Peyğəmbərinə müraciət edin.» (Nisa surəsi, 59-cu ayə.)
    Әhli-beyt (ə) və onlara tabe olanlar daima bu yolda və bu ilahi əmrlərdə, təfsirdə, hədislərdə, hüquqi məsələlərdə, əqidəvi mövzularda və ümumiyyətlə hər bir şeydə Peyğəmbərin (s) sünnəsinə əsaslanıb, onu qoruyub, Quranla birlikdə onun da icra edilməsi yolunda çoxlu mübarizələr etmiş və müxtəlif əziyyətlər, zindanlar, sürgünlər və hətta şəhid olmağa belə razı olmuşlar.
    Lakin təəssüflə qeyd etmək lazımdır ki, Peyğəmbərin (s) pak sünnəsi də yalançı, hiyləgər, dünyapərəst və müsəlman geyimində peyda olan din düşmənləri tərəfindən müxtəlif təhrif, yalan və əyintilərə məruz qalmışdır. Bunun vasitəsi ilə də fırıldaqçı adamlar bu ilahi risalətin parlaq simasını ləkələndirib, ümməti ictimai həyatından və gedəcəyi doğru yoldan azdırmaq istəmişlər.
    Peyğəmbərin (s) pak sünnəsini müdafiə cəbhəsinin önündə dayanan və onun həqiqi məzmununu aydınlaşdıran Әhli-beyt (ə), həmişə əyinti və azğınlıqlarla mübarizə aparmış və ümməti Quran və sünnəyə inanmağa və ondan ayrılmamağa dəvət etmiş, sünnənin doğru və ya səhv olmasını yoxlamaq üçün Qurana müraciət etmələrini tövsiyə etmişlər. Çünki, Quran bütün təhrif və hiylələrdən məhfuz qalmışdır. Şükürlər olsun Allaha ki, bu gün əlimizdə olan Quran, həmən Cəbrailin (ə) Peyğəmbərə (s) nazil etdiyi Quranın özüdür:
    «Həqiqətən Biz o zikri (Quranı) nazil etdik və şübhəsiz, Biz onu qoruyacağıq.» (Hicr surəsi, 9-cu ayə.)
    Onun üçün də görürük ki, Әmirəl-möminin (ə) buyurur:
    «Ey insanlar! Fitnələrin başlanğıcı, daxili ehtiraslara tabe olmaq və Allahın kitabı ilə müxalif olan bidət (yalan yerə çıxarılan) hökmlərdən ibarətdir ki, bununla da bəzi insanlar bəziləri ilə dost olarlar. Әgər batil müəyyən olsaydı və özünün həqiqi simasında görünsəydi, heç bir şey ağıl sahiblərinə gizli qalmazdı və əgər həqiqət müəyyən olub həqiqi simasında görünsəydi, daha heç bir ixtilaf çıxmazdı. Amma, (təəssüflər olsun ki) bir qədər batildən götürülür, bir qədər də həqiqətdən və bu iki şey bir-birinə qarışdırılıb birlikdə verilir. Elə o zaman Şeytan öz dostlarına hakim olar. (Yalnız) o şəxslər xilas olarlar ki, Allah tərəfindən onlar üçün elədikləri əməllərin müqabilində yaxşı bir aqibət təqdir edilmiş olsun.» [«Üsuli-kafi», Kuleyni (1-ci cild, səh.54)].
    İmam Sadiqin (ə) səhabələrindən olan Әbu-Bəsir deyir ki, mən o həzrətə dedim:
    «Bizim qarşımıza bəzi məsələ və mövzu çıxır ki biz onun hökmünü və cavabını Quranda tapa bilmirik, həmçinin onun izahında və o mövzuda sünnə əlimizdə yoxdur. Belə bir şəraitdə öz nəzəriyyəmizə görə əməl edə bilərikmi? İmam Sadiq (ə) cavabında buyurdu:
    «Xeyr, əməl edə bilməzsiniz. Çünki, bu şəraitdə əgər (sənin nəzəriyyən) həqiqətlə müvafiq olsa, heç bir savabın olmaz və əgər səhv olsa, onda böyük və əzəmətli Allahın adından yalan danışmış olarsan.»
    İmam bu sözünün davamında Peyğəmbərdən (s) bu hədisi nəql etdi:
    «Hər bir bidət azğınlıq və zəlalətdir, hər azğınlıq (əhli) cəhənnəmə daxil olacaq.» [«Üsuli-kafi», Kuleyni (1-ci cild, səh.56)].
    İmam Sadiqin (ə) Әbdüllah ibni Yəfur adlı səhabəsi deyir:
    «Mən imam Sadiqdən (ə) soruşdum ki, bəzən etimad etdiyimiz, bəzən də mötəbər bildiyimiz ravilər bizə hədis rəvayət edirlər. Bu vəziyyətdə bizim vəzifəmiz nədir? O həzrət buyurdu:
    «Әgər sizin əlinizə bir hədis gəlib çatsa və (onun təsdiq barəsində) Qurandan və Peyğəmbərin kəlamlarından bir şahid tapsanız, (onu qəbul edin və ona əməl edin), əks təqdirdə (onu rədd edin və qəbul etməyin ki, bu surətdə) o, nəql edənin özünə layiqdir.» [«Üsuli-kafi», Kuleyni (1-ci cild, səh.69)].
    Әbu-Әyyub Hurr adlı bir ravi də imam Sadiqdən (ə) belə eşitdiyini rəvayət edir:
    «Hər bir şey Allahın kitabı və Peyğəmbərin sünnəsi ilə üzləşdirilib yoxlanılmalıdır. Bəs Allahın kitabı ilə müvafiq olmayan hər bir hədis yalan və uydurmadır.» [«Üsuli-kafi», Kuleyni (2-ci cild, səh 69)].
    Әyyub ibni Raşid imam Sadiqdən (ə) rəvayət etmişdir:
    «Quranla uyğun olmayan hədis yalandır.»
    İmam Sadiq (ə) həzrət Peyğəmbərdən (s) belə rəvayət etmişdir:
    «Hər kim ümmətin ixtilafında mənim sünnəmə əsaslanıb ona tabe olsa, (qiyamət günü) yüz şəhidin savabını alar.» [«Müşkatul-ənvar», Təbərsi («Әlxəzu bissünnə» fəsli)].
    Bir nəfər Әmirəl-möminin Әlinin (ə) yanına gəlib dedi:
    «Sünnəni, bidəti, camaatı və ixtilafı mənə aydınlaşdır.» Həzrət o şəxsin cavabında buyurdu:
    «Peyğəmbərin etdikləri «sünnə», ondan sonra meydana gələn şeylər «bidət»dir. «Camaat» (ittifaq) haqq əhlinin (nəzər) birliyidir, hətta onların sayı az olsa da, «ixtilaf»da batil əhlinin nəzəridir, hətta onların sayı çox olsa da.» [«Müşkatul-ənvar», Təbərsi («Әlxəzu bissünnə» fəsli)].
    Yenə də Әlidən (ə) belə nəql edilmişdir:
    «Sünnə iki hissədir, birisi vacibdir və ona əməl etmək hidayət, tərk etmək isə zəlalət və azğınlıqdır. İkincisi isə vacib olmayan sünnədir ki, ona əməl etmək fəzilət və üstünlük, onu tərk etmək, xəta və günah deyildir.» [«Müşkatul-ənvar», Təbərsi («Әlxəzu bissünnə» fəsli)]
    İmam Baqirin (ə) bu şəkildə buyurduğu rəvayət edilmişdir:
    «Hər kim (Peyğəmbərin) sünnəsindən irəli keçərsə, geri qaytarılmalıdır.» [«Müşkatul-ənvar», Təbərsi («Әlxəzu bissünnə» fəsli)].
    Yenə imam Baqirdən (ə) rəvayət edilir:
    «Sünnədə qiyas qaydası doğru deyildir. Necə doğru ola bilər, halbuki, heyz halında olan qadın yediyi orucun qəzasını tutmalıdır, amma (qılmadığı) namazın qəzasını qılmaq lazım deyildir. (Bir halda ki, qiyas qaydasına əsasən namaz orucdan üstündür və orucun qəzası vacib olan yerdə namazın da qəzası mütləq vacib olmalı idi.» [«Müşkatul-ənvar», Təbərsi («Әlxəzu bissünnə» fəsli)].
    İmam Sadiq (ə) həzrət Әlidən (ə) belə rəvayət etmişdir:
    «Hər haqqın bir həqiqəti və hər doğrunun bir nuru vardır. Bəs Allahın kitabı ilə uyğun olan şeyi götürün (əməl edin) və Peyğəmbərin (s) sünnəsi ilə zidd olan şeyi tərk edin...»
    Yenə imam Sadiq (ə) buyurmuşdur:
    «Allah, Peyğəmbərdən hədis nəql edib yalan deməyən və ya hansı bir vasitə ilə xalqı yalandan qoruyan adamlara rəhmət eyləsin. [«Müşkatul-ənvar», Təbərsi («Әlxəzu bissünnə» fəsli)].
    Həzrət Әmirəl-möminin (ə) Peyğəmbərdən (s) belə rəvayət edir:
    «Әgər sizin əlinizə mənaları bir-birinə əks olan hədislər çatarsa və o hədislərin bəziləri bəzilərini inkar edərsə, onda onlar mənim sözüm deyildir, hətta «Peyğəmbər söyləyib» desələr də. Әgər sizə bəzi hədislər nəql edilərsə və onlar bir-birlərini təsdiq edərsə, onda onlar mənim sözlərimdir. Hər kim məni vəfatımdan sonra görsə, elə bil ki, məni diri olarkən görmüşdür və hər kim məni ziyarət etsə, qiyamət günü onun şahidi olaram və onun xeyir işlərinə şəhadət verərəm.» [«Müşkatul-ənvar», Təbərsi («Әlxəzu bissünnə» fəsli)].
    İmam Məhəmməd Baqir (ə) səhabəsi Məhəmməd ibni Müslimə belə buyurdu:
    «Ey Məhəmməd! Әgər sənə istər yaxşı, istərsə də pis ravi tərəfindən bir rəvayət gəlib çatsa və Quranla uyğun olsa, onu qəbul et və o ravilər tərəfindən sənə bir rəvayət gəlib çatsa və Quranla uyğun olmasa, onu qəbul etmə.» [«Müşkatul-ənvar», Təbərsi («Әlxəzu bissünnə» fəsli)].
    Biz bütün bunlardan bu qənaətə gəlirik ki, siz əziz oxucular üçün Әhli-beyt (ə) nöqteyi-nəzərindən Peyğəmbər (s) sünnəsinin reallığı, bu sünnə ilə münasibət tərzi, eyni zamanda bu sünnənin Quranla bağlılığı, həmçinin onun islam qanunlarını hazırlamaqda və islam xalqları üçün ictimai quruluşun yaranmasındakı rolu müəyyənləşmişdir.
    Bu qayda-qanunlardan aşağıdakı nəticələr hasil olur:
    1. Peyğəmbərin (s) adından danışılan bütün söz və əməllər Quranla yoxlanılmalı və bunun vasitəsi ilə onun düzgünlüyü müəyyənləşməlidir. Beləliklə, Quranla uyğun olanlar Peyğəmbərin (s) sünnəsi, zidd olanlar isə o Həzrətin (s) adından söylənmiş yalan və iftiralardır;
    2. İslamda qanun və şəriət mənbəyi Quran və sünnədir. Onlar hökmlərin və ictimai quruluşun meyarıdır. Buna görə də fiqhi hökmlər (hüquqi və əxlaq normaları), eyni zamanda bütün ideologiyalar Quran və sünnə ilə uyğun olarsa həqiqət, əks təqdirdə bidət və batil hesab olunmalıdır;
    3. Sünnənin bir hissəsinin qəti şəkildə Peyğəmbər (s) tərəfindən olması, o cümlədən onların Quranla uyğun olması dəqiqləşdirilmişdir. Ona görə də digər hədis və rəvayətlərin düzgünlüyünü müəyyənləşdirmək üçün o hədislərdən və qəti sünnələrdən istifadə etmək olar.
    PEYĞӘMBӘRİN (S) SÜNNӘSİNİN NÖVLӘRİ
    İslam alimləri Peyğəmbərin (s) sünnəsini üç yerə bölmüşlər:
    1. Peyğəmbərin (s) sözləri: Bu hissə Peyğəmbərin (s) bütün hədisləri, xütbələri, vəsiyyət və namələrinə aiddir;
    2. Peyğəmbərin (s) əməlləri: Bu hissə Peyğəmbərin (s) xalqa münasibət tərzi, ibadətləri, baş verən hadisələr və davranışlarından ibarətdir. Bu hissədə meyar Peyğəmbərin (s) iş üslubu və əməl keyfiyyətləridir. Yəni, Peyğəmbərin (s) gördüyü hər bir iş dəlalət edir ki, işin icrasına icazə verilir. Çünki aydın məsələdir ki, Peyğəmbər (s) heç bir zaman nalayiq və haram iş görməzdi. Peyğəmbərin (s) hərəkət və əməllərini iki hissəyə bölmək olar:
    a) Vacib əməllər: Peyğəmbər (s) icra etdiyi bəzi əməllərin (namaz, oruc, həcc, xalq arasında ədalətli olmaq və s.) vacib olduğunu göstərir və müsəlmanların onların hamısını icra etməyin vacibliyini bildirir;
    b) Cayiz və mubah əməllər: Peyğəmbərin (s) bəzi işləri vardır ki, onlar o işlərin vacib olmasına yox, sadəcə olaraq o işlərin icrasına icazə verdiyinə dəlalət edir.
    Vacibi müstəhəbbdən, cayizdən, məkruhdan ayıra bilmək üçün Peyğəmbərin (s) sünnəsini də izah etməyə ehtiyac vardır. Bu cəhətdən də mütəxəssis alimlər müxtəlif sübutlar, əlamətlər, üsul və fiqh elmində olan qaydalar üzrə bunları müəyyən edib aydınlaşdırırlar.
    3. Peyğəmbərin (s) təyid və təsdiqləri: Bu hissədə nəzərdə tutulan məqsəd budur ki, Peyğəmbərin (s) vaxtında bəzi müsəlmanlar bir sıra əməllər edirdilər ki, o Həzrət (s) bu işlərdən xəbər tutan zaman susar, heç bir söz deməz və o işləri qadağan etməzdi. Bu sükutun özü o əməlin caiz olduğunu göstərirdi. Çünki, əgər o işlər haram olsaydı, Həzrət (s) o işləri qadağan edərdi. Buna misal olaraq o dövrdə baş verən bəzi ictimai məsələlər və şəxsi münasibətləri göstərmək olar.
    Category: Əhli-beyt (ə) (məqamı və yolu) | Added by: Islam_Kitabxanasi
    Views: 778 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024