İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əhli-beyt (ə) (məqamı və yolu)

    Əhli-beyt (ə) (məqamı və yolu)
    2011-12-23, 6:04 AM
    SÜNNӘ HAQQİNDA TӘHQİQAT, TӘDQİQAT VӘ İSBAT QAYDASİ
    Әhli-beyt (ə) məktəbinin alimləri bir sıra qaydalara əsaslanaraq Peyğəmbərin (s) sünnəsi üzərində tədqiqat işləri aparıb, həqiqi sünnəni müəyyən edərək dəqiqləşdiriblər. Qeyd edək ki, bu qaydaların təməl və əsaslarını qabaqca hədislərdə bu mövzuya işarə etdiyimiz kimi İmamlar (ə) da aydınlaşdırmışlar. Şiə alimləri o qaydaya əsaslanaraq həmişə Peyğəmbərin (s) sünnəsi haqqında tədqiq metodundan istifadə etmiş və heç bir sünnəni tədqiq etmədən, doğruluğuna təminat verməmişlər. Həmçinin, onların hər biri haqqında tədqiqat işləri aparıldıqdan və doğruluğu isbat edildikdən sonra, onlardan istifadə edilərək ümumi qanunlar, hökmlər və əqidələrin kəşf və müəyyən olunması imzalanmışdır. Eyni zamanda doğruluğu isbat olunmayanlar isə qəbul olunmayıb rədd edilmişlər. Ona görə də Әhli-beyt (ə) məktəbinin alimləri heç bir hədis kitabını bütövlüklə düzgün hesab etmirlər. Lakin, onlar bu əqidədədirlər ki, o kitabların hamısının üzərində tədqiq və təhqiq işləri aparılsın.
    Məsələn, Әhli-beyt (ə) yolu ilə nəql edilən hədisləri bir yerə toplayan kitabların içərisində aşağıdakıların adlarını qeyd edə bilərik:
    1. «Әl-kafi», Məhəmməd ibni Yəqub Kuleyni (Rəhmətullah əleyh)
    2. «Әl-istibsar», Şeyx Tusi (r.ə.)
    3. «Әt-təhzib», Şeyx Tusi (r.ə.)
    4. «Mən la yəhzuruhul-fəqih», Şeyx Səduq (r.ə.)
    5. «Vəsailuş-şiə», Şeyx Hurr Amili (r.ə.)
    6. «Biharul-ənvar», Әllamə Məclisi (r.ə.)
    Әhli-beyt (ə) məktəbinin alimləri, fiqhi, əqidəvi məsələlər və digər ümumi maarifdə onların ardıcılları və bu yola əsaslanan digər şəxslər bu kitablarda nəql edilən hədislər üzərində müəyyən qaydalara əsaslanaraq olduğu kimi təhqiq və tədqiq etmiş və onların bir çoxunu etibar dərəcəsinə gətirmişlər. Әməl etməyə gəldikdə isə, onlarda yalnız doğruluğu isbat olunan hədislərə əməl edirik.
    Bu məktəbin alimləri qeyd etdiyimiz kitablara müraciət edib baxdıqları kimi, «Səhihi-Buxari», «Səhihi-Müslim», «Sunəni Әbi-Davud», «Kənzul-ümmal» və bir çox bu kimi hədis kitablarına da müraciət edib onlardakı hədislərin düzgünlüyünü də həmən meyarlara əsasən müəyyənləşdirirlər.
    Alimlər bir hədis haqqında neçə cəhətdən tədqiqat və araşdırma işləri aparırlar:
    1. Sənəd cəhətindən; Sənəddən məqsəd bir hədisi rəvayət edən ravilərin silsiləsidir. Alimlər böyük bir elmi axtarış və çox zəhmət ilə «Rical» elmində mövcud olan qaydalar üzrə və ravilər haqqında əldə olunan məlumatlara əsaslanaraq, sənəddəki ravilərin doğru və ya yalançı adam olmağını isbat edirlər. Әlbəttə onlar üçün mühüm sayılan məsələ ravinin hansı məzhəbdən olması deyil, onun doğruçu və ya yalançı olmasıdır. Әgər ravi mötəbər və etimad olunacaq bir adamdırsa, onda onun nəql etdiyi rəvayət qəbul edilir. Yaxud əksinə, ravi iftiraçı və yalançı adamdırsa, onun rəvayəti qəbul olunmur. Әlbəttə, bunun müəyyən qayda-qanunları vardır ki, o barədə yazılmış kitablarda bəyan edilmişdir;
    2. Mətn və məzmun cəhətindən; Bundan məqsəd budur ki, alimlər nəql edilən hədisi və sünnəni məzmun və məna cəhətindən tədqiq edirlər. Әgər onda bəyan edilən mətləblər Quran və şəriətdə təsdiq və isbat olunan əqli həqiqət və əsaslarla uyğun olsa qəbul edilir, əks təqdirdə rədd olunur.
    Qeyd etmək lazımdır ki, belə bir hədisin hansı kitabda nəql edildiyi mühüm deyildir.
    Xülasə, şiə fəqihlərinin və Әhli-beyt (ə) məktəbi nöqteyi-nəzərindən əvvəla, hədis kitabları nə mütləq şəkildə qəbul edilir və nə də mütləq şəkildə inkar olunur.
    İkincisi, o hədislər yalnız o vaxt qəbul edilir ki, ravi hansı tayfa və ya məzhəbdən olduğundan aslı olmayaraq, doğru danışan və mötəbər adam olsun. Bu metodu aşkar şəkildə görmək istəyənlər «Üsul», «Fiqh» və «Rical» elmləri haqqında yazılan kitablara müraciət edə bilərlər.
    Bu elmi və tənqidi metod, şəriətin əsaslarının orjinallığını qorumaqda və müsəlmanlar arasında vəhdət yaranmasında, həmçinin kor-koranə təəssübkeşlikdən, cahillikdən, mövhumat və xurafatdan uzaqlaşmaqda böyük rol oynaya bilər. Çünki, tənqidə əsaslanan elmi metod real, sədaqətlik yoludur. Bu yolun cahillik, kor-koranə təəssübkeşlik, xurafat və zorla bir şeyin qəbul etdirilməsi ilə uyğunluğu yoxdur.
    ӘHLİ-BEYT (Ә) HӘZRӘT PEYĞӘMBӘRİN (S) HӘDİSLӘRİNİ RӘVAYӘT EDӘNLӘRDİR
    Әhli-beyt (ə) Peyğəmbərin (s) xanədanıdır və Səqəleyn hədisinə əsasən, Peyğəmbər (s) onlara tabe olmağı öz ümmətinə vacib etmişdir.
    Elə buna görə də onlardan nəql olunan hər bir şey həqiqi «sünnə»dir. Onlardan hər biri öz atasından, o da öz atasından və nəhayət həzrət Peyğəmbərə (s) yetişənə qədər bir-birindən nəql etmişlər.
    Bu barədə imam Sadiq (ə) belə buyurur:
    «Mənim hədisim atamın hədisidir, atamın hədisi babamın hədisidir. Babamın hədisi isə atasının hədisidir. Onun hədisi də Әli ibni Әbi-Talib hədisidir. Әli (ə)-ın hədisi isə həzrət Peyğəmbərin (s) hədisidir və həzrət Peyğəmbərin (s) hədisi Allah-taalanın sözüdür. [«Әyanüş-şiə» 3-cü cild, səh.34 (Әllamə seyyid Möhsün Әmini (rə)].
    Qutəybədən belə nəql olunubdur ki:
    «Bir adam imam Cəfər Sadiq (ə)-a bir məsələ haqqında sual verdi. İmam Sadiq (ə) onun cavabını verdi. O adam dedi: «Әgər məsələ başqa cür olarsa, sənin nəzərinə görə onun hökmü nə olar?» O Həzrət belə cavab verdi:
    «Sakit ol! Mənim sənə verdiyim cavabların hamısı Allahın Peyğəmbərindəndir. Bizlər, «sənin nəzərinə görə necədir?» deyə biləcəyin adamlardan deyilik». (Yəni, bizlər güman üzrə və özümüzdən yox, Peyğəmbərin (s) öz nəzərindən agah olaraq cavab veririk.) [«Üsuli kafi» 1-ci cild, səh.58. Kitabın haşiyəsində də bu açıqlama yer almışdır ki, sual edən şəxsin məqsədi bu imiş ki, zənn və ictihad ilə yetişdiyin nəzəri de. Və imam (ə) bundan nəhy elədi və bəyan elədi ki, onlar hər şeyi yəqin ilə və Peyğəmbəri-Әkrəmdən (ə) yetişən hədislərlə bəyan edirlər.]
    Bu barədə mərhum Şeyx Bəhai belə demişdir:
    «Bizim bütün hədislərimiz, az bir hissəsini çıxmaq şərtilə, on iki imamımızdan birinin vasitəsi ilə bizə yetişmişdir. Onlar da bu hədisləri Peyğəmbərdən (s) rəvayət etmişlər. Çünki, onlar (imamlar) elmdə günəşdən (Peyğəmbərdən (s)) nurlanırlar». [Әl-vəcizə, səh.22 (Şeyx Bəhai)].
    Beləliklə, Әhli-beyt (ə) doğru hədis və rəvayətlərin qaynağıdır və islam şəriətinin hökmlərinin olduğu kimi bəyan edən yol və eyni zamanda düzgün yol göstərən çıraqdırlar.
    Onların mübarək həyatları bir-birinin ardınca gələn, bir-birinə sıx şəkildə bağlı və həzrət Peyğəmbərə (s) qədər uzanan zəncirvari silsilənin fasiləsiz halqalarını təşkil etdiyindən həzrət Peyğəmbəri (s) xatırladır. Bu silsilədə həmin halqaların arasında örtülü və təəccübləndirici bir məsələ yoxdur ki, Peyğəmbərə (s) bağlı olan bu möhkəm münasibəti pozsun. Onların həyatı islamın həqiqi mənada canlı bir nümunəsi və diri məktəbi olmuşdur. Bu da bu çeşmənin paklığının, ondan irəli gələn hədislərin sağlamlığının ayrı bir dəlilidir.
    Deməli Әhli-beyt (ə)-ın hədis, təfsir, əqidə, tövhid və sairə elmlərdəki məktəbləri, Peyğəmbərə (s) nazil olanları əmanət kimi bizə çatdırmaqdan başqa bir şey deyil. Әhli-beyt (ə) məktəbi peyğəmbərlik ilə gələn maarif və elmlərin davamıdır.
    Burada lazımdır ki, öz ümmətimizə Әhli-beyt (ə)-ın elmi və mənəvi məqamını bəyan edib Әhli-beyt (ə) məktəbini vücuda gətirən bu pak silsilənin halqalarını həzrət Peyğəmbərə (s) qədər qeyd edək:
    1. İmam Әli ibni Әbi Talib (ə); «Ammül-fil» adlanan tarixdən 30 il sonra dünyaya gəlib, 40-cı Hicri ildə isə vəfat edibdir.
    2. Həzrət Әlinin oğlu olan imam Həsən Muctəba (ə); Hicri 3-cü ildə dünyaya gəlib, hicri 50-ci ildə isə vəfat etmişdir.
    3. İmam Həsənin qardaşı imam Hüseyn Seyyidüş-şühəda (ə); Hicri 4-cü ildə dünyaya gəlib, 61-ci ildə vəfat etmişdir.
    Bu üç imam haqqında əvvəlki fəsillərdə danışıb onların Qurani-kərim və sünnədəki məqamlarını öyrəndik.
    Keçən söhbətlərdən məlum oldu ki, bunların sözlərinə etibar etmək barədəki dəlillər misli olmayacaq dərəcədə aşkardır.
    4. İmam Hüseynin (ə) oğlu imam Әli Zeynül-abidin (ə); Hicri 38-ci ildə anadan olub, 95-ci ildə isə dünyadan getmişdir.
    Şeyx Müfid «Әl-irşad» adlı kitabında rəvayət edibdir ki, sünnilərin məhşur alim və şəxsiyyətlərindən sayılan Zohəri belə dedi:
    «Mən, Peyğəmbərin (s) Әhli-beyti (ə) içərisində Әli ibni Hüseyndən (imam Zeynül-abidin) daha fəzilətli olan birini görmədim». [Әl-irşad, həzrət imam Zeynül-abidin (ə)-ın fəzilətləri babı (Şeyx Müfid)].
    Səid ibni Müseyyibdən nəql olunubdur ki, imam Zeynül-abidin (ə) haqqında belə deyibdir:
    «İbni Әbi Talibin oğlu Hüseyn oğlu Әli, abidlərin ağası və böyüyüdür». [Adı keçən qaynaq].
    İbni Hacər «Әssəvaiqul-məhreqə» adlı kitabında imam Zeynül-abidini belə vəsf edir:
    «İmam Zeynül-abidin bir kəsdir ki, elmdə, təqvada və ibadətdə atasının yerini tutmuşdur». [Әhli-beyt (ə) (Әbu Әləm)].
    Әbi Hazim və Süfyan ibni Oyəynənin belə dedikləri nəql olunmuşdur:
    «Haşimilərdən Әli ibni Hüseyndən daha fəzilətli və daha fəqih olan bir şəxsi görmədik». [Təzkirətül-xəvass, imam Zeynül-abidin (ə) bəhsi (İbni Cövzi)].
    Doğrudan da ümmətin imamlıq məqamında olan belə bir misilsiz şəxsiyyət, alimlər tərəfindən belə vəsf olunduqda hədis, fiqh, təfsir, əqidə və digər islami elmlərdə müsəlmanlar tərəfindən iqtida olunmağa layiqdir.
    İmam Hüseyn (ə) imamətə aid olan nişanələri özündən sonra imam Zeynül-abidin (ə)-a verilməsini vəsiyyət etməyi, həqiqətdə onun belə üstün bir məqama sahib olduğuna və ondan gələn elm, maarif və hədislərə tabe olmağa layiq olduğuna ən aşkar dəlildir.
    İmam Cəfər Sadiqdən (ə) nəql olunmuşdur:
    «Həzrət imam Hüseyn (ə) İraqa tərəf hərəkət edəndə (imamət məqamına məxsus) kitabları və vəsiyyəti Ümmi Sələmənin yanında əmanət qoydu. İmam Zeynül-abidin (ə) qayıdandan sonra Ümmi Sələmə onları ona verdi». [Әlamül-vəra, imam Zeynül-abidin (ə)-ın imamətini bildirən dəlillər qismi, səh.252 və Mənaqibi Ali Әbi Talib 3-cü cild.]
    5. İmam Zeynül-abidin (ə)-ın oğlu imam Məhəmməd Baqir (ə); Hicri 57-ci ildə dünyaya gəlib, 114-cü ildə isə vəfat etmişdir.
    İmam Zeynül-abidin (ə)-ın oğlu imam Məhəmməd ibni Әli (ə) elm və maarifdəki üstünlük və dərinliyinə görə «Baqir» (yəni, elmləri yaran və açıqlayan) ləqəbini almışdır. O da atası kimi müsəlmanların haramdan uzaq durmaq, Allahdan uzaqlaşdıran dünya nemətlərinə göz yummaq, təqva, elm və bilikdə tanınmış və ən məşhur şəxsiyyət olmuşdur. Alimlər, mühəddislər və dahilər buna şəhadət veriblər. Hətta məşhur və məqamı yüksək səhabələrdən olan Cabir ibni Әbdullah Әnsari rəvayət edibdir ki, həzrət Peyğəmbər (s) ona Məhəmməd Baqir adlı bir övladının dünyaya gələcəyi vaxta qədər sağ qalacağı barədə xəbər vermiş və Ona salamını yetirməsini Cabirdən istəmişdir.
    Cabir ibni Әbdullah Әnsarinin rəvayəti belədir:
    «Həzrət Peyğəmbər (s) mənə dedi ki, sən gələcəkdə Hüseynin nəslindən olan mənim övladımdan birini görənə qədər sağ qalacaqsan. Onun adı Məhəmməddir. O, elmləri misli görünməmiş bir şəkildə yaracaq və açıqlayacaqdır. Onunla görüşən zaman mənim salamımı ona yetir». [Bu rəvayət bu kitablarda zikr olubdur: Әl-irşad (Şeyx Müfid). Әlfüsulul-mühümmə (İbni-Səbbağ Maliki). Tarixi Yəqubi. Nurül-əbsar (Şiblənci) Təzkirətül-xəvass (İbni-Cövzi).]
    Bu səhabə Peyğəmbərin (s) buyurduğu kimi imam Məhəmməd Baqiri (ə) uşaq vaxtında gördü və babası Peyğəmbərin (s) salamını ona yetirdi. Həzrət Məhəmmədin (s) bu şahidliyi, imam Baqirin (ə) məqamını tanımaq, o imamdan bizə gəlib çatan hədislərə etibar etmək üçün kifayətdir. Xüsusilə də bu imam və onun oğlu imam Cəfər Sadiq (ə)-ın yaşadığı zaman islam tarixində hədis, rəvayət və islami elmlərin inkişaf etməsində ən zəngin mərhələni təşkil edir. Belə bir mərhələdə yaşayan alim, ravi və təfsirçilər elm, bilik və fəzilət baxımından imam Məhəmməd Baqir (ə)-ın varlığında misli görünməmiş ucalıq və yüksəklik gördülər. Bir ucalıq gördülər ki, hər ucadan daha da uca idi.
    İbnil İmad Hənbəli, imam Məhəmməd Baqir (ə)-ı belə vəsf etmişdir:
    «Әbu Cəfər Məhəmməd Baqir Mədinədəki fəqihlərdən idi. Ona Baqir (yaran) ləqəbini vermişdilər. Çünki, o, elmi yarıb, elmin əsasını bilib, elmi genişlətmişdir». [«Әl-imamüs-Sadiq vəl-məzhəbül-ərbəə» cild 2, Әsəd Heydərdən, o da bu mətləbi Şəzəratüz-zəhəb (cild 1, səh.149)dan nəql edibdir.]
    İbni Cövzi böyüklərdən olan «Әta»nın imam Məhəmməd Baqir (ə) haqqında belə dediyini nəql etmişdir:
    «Mən alimləri heç kəsin yanında elmi cəhətdən imam Məhəmməd Baqirin elmi məclisində kiçildikləri qədər kiçik görməmişəm...» [Sirətül-əimmətül-isna əşər, cild 2, səh.198 (Hişam Mərufül-Hüseyni)].
    6. İmam Məhəmməd Baqirin (ə) oğlu imam Cəfər Sadiq (ə); Hicri 83-cü ildə anadan olub, 148-ci ildə isə dünyadan getmişdir.
    Әhli-beyt (ə) məzhəbi, bu imamın adına nisbət verilərək «Cəfəri məzhəbi» adlanır.
    İmam Məhəmməd Baqir (ə)-ın oğlu imam Cəfər Sadiq (ə)-ın məqamı haqqında alimlərin sözləri olduqca çoxdur. Biz həmin sözlərdən bəzilərini eyni ifadələrlə nəql edəcəyik.
    Әllamə seyyid Möhsün Әmin nəql edir ki, Hafiz ibni Әqdi öz «Rical» kitabında rəvayətləri etibarlı sayılan dörd min şəxsin adını çəkmişdir ki, hamısı imam Cəfər Sadiq (ə)-dan rəvayət nəql etmişdirlər. Və müəllif eyni zamanda onların yazdığı əsərlərin də adını çəkmişdir. [Әyanüş-şiə, cild 3, səh.34 (Әllamə seyyid Möhsün Әmin)].
    İbni Şəhr Aşub «Mənaqibi ali Әbi-Talib» adlı kitabında İbni Nəimin «Әl-hilliyyə» adlı kitabından belə nəql etmişdir:
    «Cəfər Sadiq (ə)-dan bu şəxsiyyətlər rəvayət nəql etmişlər: Malik ibni Әnəs, Şöbə ibni Həccac, Süfyan Suri, İbni Cərih, Abdullah ibni Ömər, Ruh ibni Qasim, Süfyan ibni Әyniyyə, Süleyman ibni Bilal, İsmail ibni Cəfər, Hatəm ibni İsmail, Әbdül Әziz ibni Muxtar, Vəhəb ibni Xalid, İbrahim ibni Təhan və başqaları».
    Müslüm öz Səhihində o İmam (ə)-dan hədis nəql etmişdir və hədisi etibarlı saymışdır. Ayrıları da deyiblər ki, Malik Şafeyi, Həsən ibni Saleh, Әbu Әyyub Bəcistani, Ömər ibni Dinar və Әhməd ibni Hənbəl ondan hədis nəql etmişdir.
    Әnəs ibni Malik demişdir:
    «Fəzilət, elm, ibadət və haramlardan uzaq durmaqda Cəfər Sadiqdən daha üstün olan bir şəxsi nə bir göz görmüş, nə bir qulaq belə bir şəxsin olduğunu eşitmiş və nə də bir bəşərin qəlbindən keçmişdir». [«Mənaqibi Ali Әbi Talib» 4-cü cild, səh.248 (İbni Şəhr Aşub)].
    Misirin «Әl-əzhər» universitetinin şeyxi ustad Məhmud Әbu Zohrə «İmam Sadiq» adlı kitabının müqəddiməsində belə yazmışdır:
    «Bizim qəsdimiz budur ki, Allahın yardımı ilə imam Cəfər Sadiq (ə) haqqında yazaq. Daha öncə yeddi ayrı imam haqqında yazmışdıq. Biz bu imam haqqında yazmağı, onun ayrılarından əskik olduğu üçün axıra saxlamadıq. Әksinə, onun çoxlarına nisbət öncə olmaq haqqı vardır. Onun böyük imamlara görə özünəməxsus bir fəziləti var. Әbu Hənifə ondan rəvayət edirdi və onun hər kəsdən çox məzhəbi ixtilafları bildiyini qeyd edirdi.
    Malik (sünni məzhəblərinin birinin başçısı) ondan dərs almaq və rəvayət öyrənmək üçün hüzuruna gəlirdi. Onun Әbi Hənifə və Malikə ustadlıq etmək üstünlüyü var və bu üstünlük ona kifayətdir. Onu axıra saxlamaqda heç bir əskik cəhət yoxdur ki, bu cəhətdən başqalarından soruşula. Başqalarının da ona nisbət bir fəziləti yoxdur ki, ondan üstün tutula. O, öz dövründə Mədinə əhalisinin fəzilət, şərəf, din və elmdə ağası olan Әli Zeynül-abidin (ə)-ın nəvəsidir. Yəni, İbni Şəhab Zohəri və tabeyindən çoxları onun babasının yanında dərs oxumuşdur.
    O, elmi yaran, həqiqətə yetişən Məhəmməd Baqir (ə)-ın oğludur. Sözün qısası, Allah-taala Peyğəmbər (s) nəslindən olduğu üçün, şərafətin və kəramətin nəhayət dərəcəsini ona təqdim etmişdir. O, haşimilərdən idi və Peyğəmbərin (s) öz yaxınlarından və övladlarından olmaq məqamına birlikdə sahib idi». [Әl-imamüs-sadiq, səh.3 (Məhəmməd Әbu Zohrə)].
    Ömər ibni Meqdam belə demişdir: «Cəfər ibni Məhəmmədə baxan kimi başa düşürəm ki, o, Peyğəmbər (s) övladlarındandır». [Әl-imamüs-sadiq («Әt-tövhid» müəssisəsinin təlif heyəti)].
    Məşhur tarixçi Yəqubi onu belə vəsf eləmişdir:
    «O, (imam Cəfər Sadiq (ə)) insanların ən fəzilətlisi və Allahın dinini ən yaxşı bilən idi. Ondan rəvayət eşidən alimlər ondan rəvayət nəql etmək istədikdə «alim bizə belə xəbər verdi» deyərək, nəql edərdilər». [«Tarixi Yəqubi» 2-ci cild, səh.381 (Әhməd ibni Әbi Yəqub)].
    Yuxarıda qeyd etdiyimiz alim, ravi və hədisçilərin bu barədə yazdıqlarının az bir qismidir. Onların bu sözləri Әhli-beyt (ə)-ın məqamlarını, elm və imandakı misilsiz yerlərini göstərir.
    7. İmam Cəfər Sadiq (ə)-ın oğlu imam Musa-Kazim (ə); Hicri 128-ci ildə dünyaya gəlib, 183-cü ildə isə vəfat etmişdir.
    İmam Musa ibni Cəfər (ə) isə imam Cəfər Sadiqin (ə) oğludur. O, atasının əli altında böyüdü; ondan tərbiyə aldı; elm və gözəl əxlaqları qazandı. Buna görə də atası onun məqamının ucalığına şəhadət vermişdir.
    İmam Sadiq (ə)-dan oğlu haqqında bəzi səhabələrinə belə buyurduğu nəql olunmuşdur:
    «Mənim bu oğlumdan əgər mushəfin (Quranın hamısını əhatə edən kitab) içərisində olan hər hansı bir ayə haqqında soruşsan, sənə cavab verər». [«Biharul-ənvar» 48-ci cild, səh.24. O da bu mətləbi Mənaqibi İbni Şəhr Aşubun mənaqib kitabından (3-cü cild, səh.411) nəql etmişdir.]
    Rical və tarix alimləri də onun həqiqi elm, təqva, gözəl əxlaq və uca məqamla məşhur olan bir abid olduğunu yazmışlar.
    Hafiz Razi «Rical» kitabında bu barədə belə deyibdir:
    «(Әli ibni Әbi Talibin oğlu Hüseynin oğlu Әlinin oğlu Məhəmmədin oğlu Cəfərin oğlu) Musa Kazim öz atasından hədis rəvayət etmişdir və oğlu Әləyyibni Musa və qardaşı Әliyyibni Cəfər də ondan rəvayət nəql etmişlər. Mən atamdan eşitdim ki, Әbdür-Rəhman belə deyirdi:
    «Atama onun haqqında sual verdilər, atam isə belə cavab verdi: «Siqədir (hədisinə mötəbər olun) və doğru danışandır və müsəlmanların imamlarından biridir»». [Әl-cərhü vət-tədil (Hafiz Razh) 4-cü cild, cim babı.]
    Məhəmməd ibni Әhməd Zəhəbi də bu barədə demişdir ki:
    «Musa hikmət sahiblərinin ən yaxşılarından və Allahın təqvalı bəndələrindən idi». [Mizanül-etidal (Məhəmməd ibni Әhməd Zəhəbi)].
    Kəmaləddin Məhəmməd ibni Təlhə Şafeyi də belə demişdir:
    «O, məqamı böyük bir imamdır; ictihadında çox ciddiyyəti olan bir müctəhiddir; ibadəti ilə məşhurdur; itaətini qoruyandır; kəramətləri ilə məşhurdur; gecələri səcdə və qiyam halında ibadət ilə keçirər, gündüzlər isə sədəqə verib oruc tutar, çox güzəştli olduğu və haqqını tapdalayanları bağışladığı üçün ona Kazim (qəzəbini udan) ləqəbi veriblər». [«Mətalibüs-süal» (səh.18) (Kəmaləddin Məhəmməd ibni Təlhətüş Şafei). Bu mətləbi «Məhəmməd-dəxil»in (ərəb) adlı kitabından nəql edibdir.]
    Mömin Şiblənci də onun haqqında belə demişdir:
    «Musa Kazim (Allah ondan razı olsun) öz zamanının ən çox ibadət edəni və ən çox elmli olanı idi». [«Nurül-əbsar» səh.218 (Mömin Şiblənci)].
    8. İmam Musa Kazimin (ə) oğlu imam Musər-Riza (ə); Hicri 148-ci ildə anadan olub, 203-cü ildə isə vəfat etmişdir.
    İmam Musa Kazimin (ə) oğlu imam Әliyyibni Musər-Riza (ə) da elm, təqva vəgözəl əxlaq baxımından babaları kimi idi. Atasından sonra o, dini rəhbərlik, yəni imamlıq məqamını öhdəsinə aldı.
    Onun məqamı və xalq içində nüfuzu elə bir yerə çatdı ki, abbasi xəlifəsi Məmun, özündən sonra onu vəliəhd (canişin) elan etməyə məcbur qaldı. Halbuki, abbasilərin Әhli-beyt (ə) ilə düşmənçiliklərini hamı bilirdi.
    Elm və danışıq məclislərində imam Rza (ə) ilə qarşılaşan alim, fəqih və filosoflar Həzrətin (ə) qarşısında boyun əyməkləri tarixdə məşhurdur. Rical və tarix haqqında yazılmış kitablarda imam Rza (ə)-ın elmi məqamı və üstün səviyyəli təqvası haqqında sübutlar çoxdur. Biz bunlardan bəzilərinə işarə edirik:
    Vaqidi demişdir ki:
    «O (imam Rza (ə)) siqə (hədisinə etibar olunan bir şəxs) idi. İyirmi neçə yaşında idi ki, Peyğəmbərin (s) məclisində oturub fətva verərdi. O, Mədinə əhalisindən olan tabeinlərin (Peyğəmbəri (s) öz gözləri ilə görməyənlərə deyilir.) səkkizinci təbəqəsində idi». [Təzkirətül-xəvass, səh.198 (İbni Cövzi)].
    Bu mətləbi Hafiz Razi «Әl-cərhu vət-tədil» kitabında imam Rza (ə)-ın atası imam Musa Kazim (ə) barəsində yazdığı məqalədə qeyd etmişdir.
    İmam Musa Kazim (ə)-ın özü də oğlu imam Rza (ə)-ın elmi məqamına şəhadət verib, o biri oğlanlarına xitab edərək belə buyurmuşdur:
    «Bu qardaşınız Әli ibni Musa Ali-Məhəmmədin alimidir. Dininiz haqqında ondan soruşun və sizə dediyini qəbul edin». [Әl-irşad (Şeyx Müfid)].
    9. İmam Musər-Riza (ə)-ın oğlu imam Məhəmməd Cavad (Təqi) (ə); Hicri 195-ci ildə dünyaya gəlib, 220 ci ildə isə dünyadan getmişdir.
    İmam Məhəmməd Cavad (ə) da elm, təqva pərhizkarlıq və başqa gözəl xüsusiyyətlərdə öz pak babaları kimi idi.
    Sibt ibni Cövzi belə demişdir:
    «Məhəmməd Cavad, Әli ibni Әbi Talibin oğlu Hüseynin oğlu Әlinin oğlu Məhəmmədin oğlu Cəfərin oğlu Musanın oğlu Әlinin oğludur. Kunyəsi Әbu Әbdullah və Әbu Cəfər idi. Hicri 195 ci ildə dünyaya gəlmiş və 220 ci ildə isə vəfat etmişdir. O da elm, təqva, pərhizkarlıq və səxavətdə öz atasının yolunu tutmuşdur». [Təzkirətül-xəvass, səh.202 (İbni Cövzi)].
    Məhəmməd ibni Әmmar belə rəvayət edibdir:
    «Mən, (imam) Məhəmməd Baqirin oğlu Cəfər (Sadiqin) oğlu Әlinin yanında idim. [Әli ibni Cəfər imam Cavadın (ə) babası imam Rzanın (ə) əmisidir. Və rəvayət və hədisçilərin yanında etimad olunan rəvayətçilərdəndir.]
    Mən iki il onun yanında qalıb qardaşı Musa Kazimdən eşitdiyi hədisləri yazırdım. (Mən Әli ibni Cəfərin yanında oturduğum bir vaxtda) Әbu Cəfər Məhəmməd ibni Әli (yəni, imam Məhəmməd Cavad (ə)) məscidə girdi. Әli ibni Cəfər tez ayağa qalxdı, əbasını geyinmədən gəlib Məhəmməd Cavadın əlindən öpdü və onun qarşısında baş əydi.
    Әbu Cəfər (imam Cavad) dedi:
    «Ey əmi, Allah mərhəmət eləsin, otur».
    Amma Әli ibni Cəfər dedi:
    «Sən ayaq üstə durduğun halda mən necə oturum?»
    Әli ibni Cəfər öz məclisinə qayıdandan sonra səhabələri ona müraciət edərək dedilər:
    «Sən onun atasının əmisisən, onunla niyə belə davranırsan?»
    Әli ibni Cəfər—«Sakit olun»—dedi, sonra əli ilə saqqalını tutub dedi:
    «Әgər Allah-taala bu ağarmış saqqalı (imamlıq məqamına) layiq bilməyib, bu gənci layiq bilibsə və öz istədiyi şəxsə imamlıq məqamını ehsan edibsə, mən necə onun üstünlüyünü inkar eləyim... Mən onun bir quluyam». [Mədinətül-müaciz, səh.450]
    Hənəfi məzhəbli Məhmud ibni Vəhib bağdadi də imam Məhəmməd Təqi (ə) barəsində belə deyibdir:
    «Məhəmməd Cavadın (ə) künyəsi Әbu Cəfərdir...O, elm və fəzilətdə öz atasının varisi idi və qardaşları arasında kamal cəhətdən hamıdan üstün idi». [Cəvahirul-kəlam, səh.147].
    10. İmam Məhəmməd Cavadın (ə) oğlu imam Әliyyəl Hadi (Nəqi) (ə); Hicri 212 ci ildə dünyaya gəlib, 254 ci ildə isə vəfat etmişdir.
    İmam Hadi (ə) isə imam Məhəmməd Cavadın (ə) oğludur. O həzrətin künyəsi Әbül Həsəndir. Elm, təqva fəzilət və uca məqamı cəhətindən pak atalarında olan vəsflər onda da mövcud idi.
    Mömin Şiblənci deyibdir ki, «Onun (imam Hadinin (ə)) münacatları çox idi». «Səvaiq» kitabının müəllifi də belə yazmışdır:
    «Әbül Həsən Әsgəri (yəni, imam Hadi (ə)) elm və səxavətdə atalarının varisi idi». [Nurül-əbsar, səh.149]
    Hənbəli məzhəbli Әbdu-həyy ibni İmad da belə deyibdir:
    «Әləvi və Hüseyni olan (yəni, həzrət Әli və imam Hüseynin övladlarından olan), Hadi ləqəbi ilə tanınmış Cəfər Sadiqin oğlu Musa Kazimin oğlu Әli Rzanın oğlu Məhəmmədin oğlu Әli Әbülhəsən çox ibadət eləyən bir fəqih və imam idi». [Şəzəratüz-zəhəb, 2-ci cild, səh.129].
    Hafiz İmadəddin Әbül-fəda İsmail ibni Ömər ibni Kəsir də imam Hadi Әliyyən Nəqi (ə)-ın barəsində belə qeyd etmişdir:
    «Və amma Әbül Həsən Әliyyəl Hadi (ə): O, Әli ibni Әbi Talibin oğlu Şəhid Hüseynin oğlu Zeynül-abidinin oğlu Məhəmməd Baqirin oğlu Cəfər Sadiqin oğlu Musa Kazimin oğlu Musər Rzanın oğlu Məhəmməd Cavadın oğludur. O, on iki imamdan biridir və imam Həsən Әsgərinin atasıdır. Abid və zahid idi. Mütəvəkkil onu Samirrayya gətirdi. O Həzrət (ə) iyirmi ildən bir neçə ay çox orada sakin oldu və Hicri 254-cü ildə orada vəfat elədi».[Әl-bidayə vən-nihayə, 11-ci cild, səh.15].
    Abbasi xəlifələrindən olan Mütəvəkkilin imam Hadini (ə) Mədinədən Samirra şəhərinə gətirmək üçün yolladığı Yəhya ibni Hərsəmədən də belə rəvayət olunubdur:
    «Mən Mədinəyə getdim. Elə ki, Mədinə şəhərinə daxil oldum, oranın camaatı Әli Hadi (ə) üçün qorxduqlarından misli görünməmiş bir şəkildə ah-fəğan etməyə başladılar. Beləliklə, vəziyyət təhlükəli şəkil aldı, çünki O, onlara yaxşılıq edən, məsciddən ayrılmayan və dünyaya meyli olmayan bir şəxs idi. Mən onları sakitləşdirməyə məcbur qaldım və and içdim ki, mənə onun barəsində xoşagəlməyən bir iş görmək əmri verilməmişdir. Sonra evini axtardım. Lakin orada da müshəfdən (Qurandan), dua və elmi kitablardan başqa bir şey tapmadım. Beləliklə, onun məqamı mənim gözümdə böyük oldu». [Təskirətül-xəvass, səh.202 (İbni Cövzi)].
    11. İmam Әliyyən Hadi (ə)-ın oğlu imam Həsən Әsgəri (ə); Hicri 232-ci ildə dünyaya gəldi, 260-cı ildə isə vəfat etmişdir.
    İmam Həsən Әsgəri (ə) isə atası imam Hadi (ə) və pak babaları kimi idi və elm, bilik, təqva və cihadda onların varisi idi.
    Alim və tarixçilər bu həqiqətə şahidlik edirdilər. Biz bunlardan bəzisinə işarə edəcəyik. Şəmsəddin Әbül Müzəffər Yusif ibni Fərağlı, Sebt ibni Cövziyə belə deyibdir:
    «O bir etibar olunan alim idi. Atası və babasından hədis nəql etmişdir». [Təzkirətül-xəvass, səh.203].
    Әli ibni Səbbağ Maliki belə deyibdir:
    «Ağamız Həsən Әsgərinin həyatı onun fəzilətinə və fəzilətli bir ağanın oğlu olduğuna sübutdur. Onun imamlığında heç kim şəkk-şübhə edə bilməz. Әgər kəramət və dəyərlər satılsa, dəyərləri satan ayrılarıdır. Amma O, daima dəyərlərə müştəridir. O, zəmanəsinin tayı olmayan yeganə şəxsiyyəti idi. Gözəl əxlaq baxımından misilsiz idi. O əsrdə yaşayanların ağası, o zamandakı xalqın həqiqi imamı idi. Sözləri sağlam və düzgün, əməlləri isə gözəl idi». [«Әl-füsulul-mühimmə fi əhvalin-əiimə» səh.290 (İbni Səbbağ Maliki)].
    12. İmam Həsən Әsgəri (ə)-ın oğlu imam Məhdi (ə) (ki, ləqəbi Məhdi və adı Həzrət Peyğəmbərin (s) adı ilə eynidir.); Hicri 255-ci ildə dünyaya gəlmişdir və Allahın iradəsi ilə islam dinini bütün yer üzünə hakim edəcəkdir, o Həzrət qeybdədir.
    Әhli-beyt (ə)-a tabe olan müsəlmanların əqidəsinə görə 12-ci imam Həzrət Әli ibni Әbi Talibin oğlu, Seyyidüş-şühəda Həzrət imam Hüseynin oğlu Həzrət Zeynül-abidinin oğlu, Həzrət imam Məhəmməd Baqirin oğlu, Həzrət imam Cəfər Sadiqin oğlu Həzrət Musa Kazimin oğlu, Həzrət imam Rzanın oğlu Həzrət Məhəmməd Təqinin oğlu Həzrət imam Әliyyən Nəqinin oğlu Həzrət imam Həsən Әsgərinin oğlu imam Məhdi (ə)-dır. Adı Həzrət Peyğəmbəri-əkrəmin (s) adı ilə eynidir. Hicri 255-ci ilin şaban ayının 15-də dünyaya gəlmişdir. O həzrət Allahın iradəsi və təqdiri ilə sağdır, amma qeybdədir. O, yer üzü zülm ilə dolduqdan sonra Allahın iradəsi ilə zühur edəcək və dünyanı bərabərlik və ədalət ilə dolduracaq. Həzrət İsa (ə) isə gəlib onun arxasında namaz qılacaq.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur:
    «Bir gün gələr Allah-taala mənim Әhli-beytimdən göndərər ki, onun adı mənim adım kimidir. O, yer üzünü zülm ilə dolduğu kimi ədalət və bərabərliklə doldurar». [«Sünnəni Әbu Davud» 4-cü cild, səh.104, 4282-ci hədis və «Әlfisulul-mühimmə» həzrət Məhdi (əc) haqqındakı babından.]
    Həzrət Әli (ə)-da həzrət Peyğəmbərdən (s) belə nəql etmişdir:
    «Әgər dünyanın ömründən bir gün qalsa da belə, Allah mənim Әhli-beytimdən olan bir nəfəri göndərəcək. O, yer üzünü zülm ilə dolduğu kimi ədalət ilə dolduracaqdır».
    Bu hədisi Әbu Davud öz «Müsnəd»ində belə nəql edibdir. Yenə Әbu Davud və Termezi öz «Sünən» kitablarında Səid Xidiridən belə nəql ediblər:
    «Mən həzrət Peyğəmbərdən (s) eşitdim ki, belə buyurdu:
    «Məhdi məndəndir, alnı (geniş və ) parlaqdır, burnunun üstünün orta qismi dikdir. O, yer üzünü zülm ilə dolduğu kimi bərabərlik və ədalət ilə doldurar».
    Әbu Davud bu cümləni də əlavə edibdir ki, «yeddi il hökm sürəcək» və qeyd edibdir ki, bu hədis sabit və səhih bir hədisdir.
    Bu Әhli-beyt (ə)-ın haqqında qısa bir izahat idi ki, onların kimliyi, məqam və dərəcələri haqda qısa şəkildə danışıldı.
    Biz fiqh, hədis, təfsir, əqidə, şəriət və digər elmlərimizi bunlardan alırıq.
    Category: Əhli-beyt (ə) (məqamı və yolu) | Added by: Islam_Kitabxanasi
    Views: 788 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024