İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə) (məqamı və yolu)

    Əhli-beyt (ə) (məqamı və yolu)
    2011-12-23, 6:03 AM

    ӘHLİ-BEYT (Ә) MӘKTӘBİNDӘ TÖVHİD
    Həzrət Әli (ə) buyurmuşdur:
    «Dinin əvvəli Onu (Allahı) tanımaq, Onu tanımağın kamil olması Onun təkliyinin qəbul etmək, tövid və Onun təkliyinin qəbul olunmasının kamilliyi isə tam xalisliklə Ona ibadət etməkdən ibarətdir». [«Nəhcül-bəlağə», (Həzrət Әli (ə)-ın xütbə, məktub və qısa sözləri.)]
    İmam Cəfər Sadiq (ə) buyurmuşdur:
    «Allah-taala haqqı tanımaqla birlikdə olmayan əməli qəbul etməz və əməl üçün isə mərifətdən başqa heç bir şey deyildir. Hər kim haqqı tanısa onun o mərifəti onu əməl etməyə vadar edər. Bəs hər kim əməl etməzsə, onun mərifəti də (haqq tanımağı) yoxdur. Bilmək lazımdır ki, imanın bəzi hissələri digər hissələrini tamamlayır»
    Tövhid islam dininin təməli və müsəlmanların inam, düşüncə, elm və əməllərinin əsasıdır. O, şəriətdəki qanun və dəyərlərin, həmçinin təfəkkür və düşüncənin mehvəridir. Tövhid anlayışı islamın şirkdən uzaq və tövhidə əsaslanan mədəniyyətin meydana gəlməsində ən mühüm amildir. İslam mədəniyyətinin bəyəndiyi rəng və daşıdığı nişanə, ilahi rəng və tövhid nişanəsidir. Allah-taala Quranda «Bəqərə» surəsi, 138-ci ayədə buyurmuşdur:
    «(Bu) Allahın verdiyi bir rəng və nişanədir və kimdir ki, rəng və nişanəsi Allahdan daha gözəl ola! Və biz Ona (o Allaha) ibadət edirik».
    İslam mədəniyyətinin tövhid rəngi və nişanəsi onu xurafat, mövhumat və cahiliyyət dövrünə aid olan mədəniyyətlərdən ayırır. Və onun ilahi məsuliyyət və hədəflərini təyin edir.
    Həmçinin müsəlman şəxsin ictimaiyyətdəki nümunəvi davranış və fikirlərini istiqamətləndirir! Qurani-kərim və pak sünnə müsəlmanın əqidə və düşüncə qaynağıdır ki, aşkar şəkildə tövhid əqidəsini, əzəmət sahibi olan Allahın varlığını, Onun kamal sifətlərinin nədən ibarət oduğunu və Onun hər növ çirkinlik və naqislikdən uzaq olmağını bəyan etmişlər. İlk müsəlmanlar da bunu Allahın Peyğəmbəri və Qurani-kərimin bəyan etdiyi kimi öyrənib iman gətirmişlər. Zaman keçdikcə islam dini yayılmış, ölkələr bir-birinin ardınca fəth olunmuş və cahil mədəniyyətlərin təsiri altında olan millətlər də müsəlmanların sırasına daxil olmuşlar. Ayrı-ayrı dinlərə və millətlərə mənsub olmuş şəxslər islama daxil olduqca, Yunan və digər fəlsəfələrin müsəlmanlar arasında yayılması nəticəsində tövhid əqidəsinə xurafatlar daxil olmağa başladı. Tövhidi əqidə barəsində bəzi yersiz mücadilə və şübhələr meydana gəlmişdir. Məsələn, insanın öz işlərində məcbur (iradəsiz) və ya ixtiyarlı (iradəli) olması, Allahın cism olub-olmaması və ya merac haqqında meydana gələn mübahisələri göstərmək olar. Bunun nəticəsində də fikir ayrılığı və müxtəlif məzhəb və firqələr yaranmışdır. Әhli-beyt (ə) bu dövrlərdə islamın həqiqətini qorumaq və onun yanlış, batil və xurafi inamlardan uzaq qalması, çox geniş bir elmi və fikri mübarizə aparmışlar. Bu mübarizələr nəticəsində o batil firqələrdən çoxu müsəlmanlar arasında yayılmış və tarixdə bilinməz olmuşdur. Әhli-beyt (ə) Allahın verdiyi elm və mərifət sayəsində Allahın kitabını və Peyğəmbərin (s) sünnəsini həqiqi mənada bildiklərindən, tövhid anlayışını müdafiə edərək, batil və zəlalətə düşmüş firqələrin fikri əsaslarını rədd etməkdə və şübhələrin təməlini qazmaqda ən mühüm məsuliyyəti və rolu öz öhdələrinə almışlar. Bu barədə Әhli-beyt (ə)-ın mübahisələri, hədisləri, Quranın tövhid haqqındakı ayələrinə söylədikləri təfsirləri mötəbər mənbələrdə mövcuddur. Onlar müasir dövrdə tövhid haqqındakı şübhələri yox etməkdə, islami fikirləri öz orjinallığına qaytarmaqda və yolunu azmış adamaların ayələri öz şəxsi fikirlərinə əsaslanaraq təfsir etmələrinin müqabilində dayanmaq üçün mühüm bir rola malikdirlər. Hər kim tövhid əqidəsinin nəzəriyyələrindən xəbərdar olsa və Әhli-beyt (ə) məktəbi nöqteyi-nəzərindən tövhid inamının fikir və ideoloji planındakı yerini tədqiq etsə, onda bu məktəbin özünə məxsus üstünlüyünü dərk edə bilər. O zaman anlamaq olar ki, tövhid əqidəsinin əsası kamalın bütövlüklə Allah-taalaya məxsus olmasına, onun hər bir çatışmamzlıqdan pak bilinməsinə və onun şəriki, misalı və ziddinin olmaması üstündə qurulmuşdur. Həzrət Әli (ə) bu tövhidi istiqamətin əsaslarını bu cümləsində bəyan etmişdir:
    «Tövhid odur ki, Onu (Allahı) dərrakəndə sığışdırmayasan və ədalət odur ki, Ona töhmət vurmayasan». [«Nəhcül-bəlağə»].
    Әhli-beyt (ə)-dan nəql olunan bir çox hədislərdə tövhid əqidəsinin möhkəm əsasları aydınlaşdırılmış və Deysani, ibni Әbil Әvca, ibni Müqffə kimi onu inkar edənlərin və ya «Ğülat», «Mufəvvəzə», və «Cəbriyyə» kimi Allaha inanan, lakin yolunu azmış firqələrin şübhələri batil edilmişdir. Aşağıda Әhli-beyt (ə) tərəfindən tövhid əsasları haqqında söylənən bir sıra hədisləri olduğu kimi təqdim edəcəyik. Elə bu qısa işarələrlə aydın olacaq ki, Әhli-beyt (ə)-ın bəyan etdiyi tövhid anlayışı, həmin Quranda olan tövhid əqidəsinin özüdür. İmam Sadiq (ə)-dan rəvayət olunubdur ki, həzrət Әmirəl-möminin Әli ibni Әbi Talib (ə) belə buyurubdur:
    «Allahı Özü ilə, Peyğəmbəri (s) peyğəmbərliyi ilə və «ulul-əmri» (imamları) isə ədalət və yaxşı işlərə əmr etmələri ilə tanıyın...» [«Üsuli kafi» 1-ci cild. «Әt-tövhid» babı (Məhəmməd ibni Yəqub Küleyni)].
    Fəth ibni Yəzid imam Rza (ə)-dan belə rəvayət etmişdir:
    «Mən imam Rza (ə)-dan mərifətin (Allahı tanımağın) ən aşağı mərtəbəsinin nədən ibarət olduğunu soruşdum. O həzrət belə cavab verdi:
    «O (mərifət) Allahdan başqa bir tanrının olmaması, Onun oxşarı və bənzərinin olmaması, qədim (əzəldən) olması, sabit (dəyişməz və yox olmaz) olması və Onun misalının və bərabərinin olmamasını iqrar etməkdən ibarətdir». [Zikr edilən qaynaq].
    Nafe ibni Әzrəq imam Məhəmməd Baqir (ə)-dan soruşdu:
    «Allah-taala nə vaxtdan var?» İmam cavabında buyurdu:
    «Allah nə zaman yox olub ki, mən sənə Onun nə vaxtdan var olduğunu xəbər verəm? Әzəldən var və əbədi olacaq, hər bəndənin möhtac olduğu və özünə bir yoldaş və övlad götürməyən Allah bütün çatışmamazlıqlardan pakdır».
    İmam Cəfər Sadiq (ə) rəvayət etmişdir ki, bir yəhudi alim imam Әli (ə)-ın yanına gəlib soruşdu:
    «Ey Әmirəl-möminin! Sənin rəbbin nə zamandan var?» İmam (ə) buyurdu:
    «Vay olsun sənə! Bir zaman yox olan bir şeyə nə vaxtdan var, deyə soruşarlar? Mənim Allahım ilkinlərin ilkini və ondan qabaq bir vücud olmayan bir varlıqdır. O, nəhayətsiz və sonların sonudur. [Zikr edilən qaynaq].
    O, nəhayətsiz və həm də nəhayəti də nəhayətsizdir. Bütün nəhayətlər Onda qurtarır və O nəhayətlərin müntəhasıdır».
    O yenə soruşdu:
    «Ey Әmirəl-möminin! Sən də peyğəmbərsənmi?» İmam cavab verdi:
    «Mən Məhəmməd peyğəmbərin xidmətçilərindən biriyəm». [Zikr edilən qaynaq].
    İmam Baqir (ə)-dan belə nəql olunmuşdur:
    «Allahın zatı haqqında fikirləşməyin. Lakin, Onun böyüklüyünə baxmaq istəsəniz, Onun yaratdıqlarının əzəmətinə baxın». [Zikr edilən qaynaq].
    İmam Cəfər Sadiq (ə) səhabəsi, Məhəmməd ibni Müslümə belə vəsiyyət edibdir:
    «Ey Məhəmməd! Həqiqətən, insanlar o qədər danışarlar ki, nəhayət Allahın zatı haqqında da söhbət edərlər. Bu sözləri eşidən zaman deyin: Oxşarı və bənzəri olmayan Allahdan başqa bir Allah yoxdur». [Zikr edilən qaynaq].
    İmam Məhəmməd Baqir (ə) buyurmuşdur:
    «Hər bir şeyin haqqında danışın, ancaq Allahın zatı haqqında danışmayın». [Zikr edilən qaynaq]
    Həzrət imam Әlidən (ə) Allahın, məxluqatın yaranışdan qabaq harada olduğunu soruşdular. O Həzrət (ə) cavabda buyurdu:
    «Allah-taalanın zaman və məkana ehtiyacı yoxdur. Həqiqətən, O Allah bütün çatışmamazlıqdan pak-pakizədir». [Zikr edilən qaynaq].
    Bir şəxs həzrət Әlidən (ə) soruşmuşdur:
    «Rəbbimiz yeri və göyü yaratmazdan əvvəl harada idi?» İmam (ə) cavab vermişdir:
    «Allah-taala «Məkan» yaranmazdan qabaq var olduğu halda, Onun məkanı haqqında necə sual edirsiniz?»
    Yenə də bir nəfər Həzrət Әlidən (ə) soruşdu:
    «Ey Әmirəl-möminin! Sən Allaha ibadət edən zaman Onu görürsənmi?» İmam (ə) cavab verdi:
    «Vay olsun sənə! Mən görmədiyim Allaha ibadət etmərəm».
    O yenə soruşdu:
    «Sən Onu necə görürsən?» İmam (ə) cavab verdi:
    «Onu (zahiri) gözlər vasitəsi ilə müşahidə etmək olmaz, lakin qəlblər öz həqiqi inamları ilə Onu görə bilərlər». [Zikr edilən qaynaq].
    Məhəmməd ibni Həkim də rəvayət etmişdir:
    «İmam Musa Kazim (ə) atama belə yazmışdı:
    «Allah-taala, Onun haqqında söylənən sifətlərin hamısından daha uca, daha üstün və daha böyükdür. Demək, Onu özü vəsf etdiyi kimi vəsf edin və bununla da kifayətlənin.»
    Müfəzəl nəql edibdir:
    «İmam Musa Kazim (ə)-dan Allahın sifətlərindən bəziləri haqqında soruşdum. İmam (ə) buyurdu:
    «Bu barədə Quranda olanlarla kifayətlənin». [Zikr edilən qaynaq].
    Әbdürrəhman ibni Әtik deyir:
    «Әbdül Məlik ibni Әyənin vasitəsi ilə imam Cəfər Sadiq (ə)-a yazdım:
    «İraqda bir dəstə adamlar var ki, Allahı şəkil və cizgilərlə vəsf edirlər. Sizə qurban olum, əgər məsləhət bilsəniz tövhid haqqında olan doğru anlayışı mənə yazasınız». İmam (ə) cavabında mənə belə yazmışdı:
    «Allah sənə mərhəmət eləsin ki, özündən qabaqkıların tövhid barəsində olan fikirlərini məndən soruşursan. (Bil ki,) Allah-taala hər bir şeydən ucadır və Onun misli və bənzəri yoxdur. O, eşidən və görəndir. Vəsf edənlərin vəsfindən uca və pakdır. Bil ki, o şəxslər ki, Allahı məxluqata bənzədirlər, Allaha iftira deyirlər. Allah sənə mərhəmət eyləsin, tövhid haqqında doğru anlayış Quranda zikr olduğu Allahın sifətləridir. Bəs Allah-taalanın fani olmağını, Onu bir şeyə bənzətməyi unut. Çünki, Onun haqqında bir şeyi inkar etmək və Onu bir şeyə bənzətmək düzgün deyildir
    O Allah sabitdir və vəsf olunan sifətlərin hamısından yüksəkdir. Bu barədə Quranda olanlarla kifayətlənin ki, həqiqət aşkar olan bir halda yoldan azmayasınız».
    Bu barədə Həmzə ibni Məhəmməd deyir:
    «Mən imam Musa Kazim (ə)-a məktub yazaraq (Allahın) cism və surəti haqqında soruşdum. İmam (ə) cavabında belə yazdı:
    «O (Allah), hər bir çatışmamazlıqdan uzaq, bənzəri və surəti olmayan bir varlıqdır». [Zikr edilən qaynaq].
    Beləliklə Quranın ruhunu təfsir edən Әhli-beyt (ə) məktəbində tövhid əqidəsinin, Allahı mütləq şəkildə çatışmamazlıqlardan pak bilmək prinsipinə əsaslandığını görürük. Bu yolla Әhli-beyt (ə) batil əqidələri, islami anlayışlara qarşı yaranmış şübhələri və xurafatları aradan aparmışlar....
    Bu dediklərimiz «Ğülat», «Müfəvvəzə», «Mücəssəmə», «Hülul» kimi xurafatların rədd olunmasında öz əksini tapmışdır.
    Әhli-beyt (ə)-ın bu izahları sayəsində Әhli-beyt (ə) məktəbinin həqiqi ardıcılları ilə bu yoldan azmış və ya özlərini qeyri-rəsmi olaraq, bu yolun davamçıları hesab edənlər (Ğülat, Müfəvvəzə, Hülul, İttihad kimi firqələr) fərqlənirlər.
    Әlbəttə qeyd edək ki, tarix boyu iftira, yalan və hiyləgərliklə aldadıb, müsəlmanların birliyini pozmaq istəyənlər, əslində isə islam düşmənlərinə qulluq edənlər olduqca çox olmuşdur.
    İLAHİ ӘDALӘT VӘ İNSAN DAVRANİŞLARİNİN İZAHİ
    «Allah-taala şəhadət verir ki, Allahdan başqa ədaləti bərpa edən bir tanrı yoxdur. Mələklər və elm sahibləri də (şəhadət verirlər). Və (O,) ədalətə əsaslanır. Әziz və hikmət sahibi olan Allahdan başqa bir tanrı yoxdur». (Ali İmran surəsi, 18-ci ayə)
    Әdalət Allahın sifətlərindən biridir və Onun əlaməti dünyanın hər bir yerində müşahidə olunur.
    İlahi ədalətin nişanələri yaranışda açıqca göründüyü kimi, ilahi kitablarda göndərilən şəriət və onun qanunlarında da aşkar müşahidə olunur. Allah-taala Qurani-kərimdə «Nəhl» surəsinin 40-cı ayəsində belə buyurur:
    «Həqiqətən Allah ədalət və yaxşılıqlara əmr edir».
    İlahi ədalət Allahın öz yaratdıqlarında icra edilərək qəza və qədərdə öz əksini tapdığı kimi, axirət dünyasında da hakim olacaq. Bu qanunlara əsaslanaraq yaxşı iş görənlər yaxşılıqlarla mükafatlandırılacaq və pis iş görənlər isə pisliklərinə görə cəzalandırılacaq... Necə ki, «Kəhf» surəsinin 40-cı ayəsində buyurulub:
    «Sənin Pərvərdigarın heç bir kəsə zülm etməz.. (Kəhf-40)
    Yenə buyurur:
    «Sonra (o gündə) hər bir şəxs etdiyi əməllərin əvəzini kamil şəkildə alacaqdır». (Bəqərə-281)
    Yenə də buyurur:
    «Onun etdiyi hər bir yaxşı və pis iş onun özü üçündür». (Bəqərə-286)
    İlk müsəlmanlar bu əqidədə yaşayaraq gördükləri işlərdə o mətləbə əsaslanırdılar. Amma, sonralar müxtəlif fəlsəfə və məzhəblərin yaranması nəticəsində müsəlmanlar arasında bir-birindən fərqli olan üç nəzəriyyə meydana gəldi:
    1. Cəbr: Yəni, mütləq məcburiyyət;
    2. Təfviz: Yəni, mütləq muxtariyyət;
    3. Nə cəbr və nə də təfviz: Yəni, orta mövqe.
    1). Quran ayələrinin bəzilərinin zahirinə diqqət yetirmək və digər ayələrə nəzər salmamağın nəticəsində bəziləri xəyal edirdilər ki, Quran Cəbr nəzəriyyəsini təsdiq edir. Məsələn, Allah-taala bir ayədə buyurur:
    «Allah, istədiyini hidayət edir və istəmədiyini zəlalətə salır».
    Bu ayənin həqiqi mənasını bilməyənlər belə təsəvvür edirdilər ki, insan heç bir iradə və ixtiyara malik deyildir. Yəni insan xaricdən idarə olunan bir texnika kimidir. Bu nəzəriyyəyə görə insan bütün işlərində ixtiyarsız və məcburiyyət qarşısındadır. Bu fikir sahiblərinə «Cəbriyyə» deyilir.
    2). Digər bir nəzəriyyəyə görə insan öz işlərində Allahın iradə təsiri altında olmayıb, tam mənası ilə azad və ixtiyar sahibidir. Hətta, belə iddia edirdilər ki, Allahın insanın işlərinin qarşısını almağa qüdrəti yoxdur. İstər bu işlər öldürmək, zülm, içki içmək və sairə işlər kimi pis və ya ibadət, ədalət, səxavət və namaz qılmaq kimi yaxşı işlər olsun. Bunlara «Müfəvvizə» deyirlər.
    3). Әhli-beyt (ə) isə nə Cəbr və nə də Təfviz prinsipinə əsaslanaraq, bu fikirlərin hər ikisini rədd etmiş və bu nəzəriyyələrin Qurani-ərimdəki tövhid məfkurəsinə zidd olduqlarını bəyan etmişlər. Әhli-beyt (ə) izah etmişlər ki, insanın davranışlarını Allahın ədalətinə əsaslanaraq təfsir etmək lazımdır. Әks təqdirdə, insanın iradə və ixtiyarını inkar etmək və onu öz işlərində məcburi saymaq, yaradan Allahı zülmlə ittiham etmək mənasını verir. Çünki, onun mənasından belə çıxır ki, Allah-taala bir tərəfdən insanı pis işlər görməyə məcbur edir, digər tərəfdən də onu bu işlərdə cinayətkar bilib cəzalandırır.
    Müsəlmanların çoxu bəzi ayələrin həqiqi mənasını unudaraq onların zahiri mənalarına diqqət yetirmiş və səhv olaraq insanın öz işlərində məcbur olduğunu yəni, qeyri-iradi olmasını düşünmüşlər.
    Məsələn, aşağıdakı ayə kimi:
    «Allah istədiyini yoldan çıxarır və istədiyini hidayət edir».
    Amma Әhli-beyt (ə) bu ayədə qeyd olunan hidayət və zəlalət məfhumlarını elə bəyan etmişlər ki, Allahın ədaləti ilə tam uyğun gəlir.
    Eyni zamanda Әhli-beyt (ə) «Cəbr» müqabilində olan «Təfviz» fikrini (yəni, insanların öz işlərində tam öz başlarına buraxıldıqları və yüksək bir qüdrətin tədbirinə tabe olmadıqları fikrini) də rədd etmişlər və bunu Allah-taalanı (nəuzubillah) qüdrətsizlikdə ittiham etmək kimi qiymətləndirmişlər.
    Bu iki azğın fikirin müqabilində Әhli-beyt (ə)-ın bəyan etdikləri həqiqət və doğru məzhəb bundan ibarətdir ki, nə «Cəbr» doğrudur və nə də «Təfviz». Həqiqət bu iki fikirlərin arasında olan bir nöqtədir. İnsan bu dünyada öz işlərində məcbur olmadığı kimi, öz başına da buraxılmamışdır. Әhli-beyt (ə)-ın hədisləri bu mövzunu çox dəqiq və açıq bir şəkildə bəyan etmişdir.
    Biz bu barədə Әhli-beyt (ə)-dan nəql olunan hədislərə işarə etməzdən qabaq, Әhli-beyt (ə)-ın məktəbi ilə digər məzhəblər arasında Allahın ədaləti barəsində olan ixtilaf və fərqləri qısaca qeyd edəcəyik.
    1. İnsan hər bir zaman xeyir və şər işləri görməyə ixtiyarlıdır. Məsələn, insan zülm etməyə, yalan danışmağa və sair pis işlərə gücü və iradəsi çatdığı kimi, bu işləri görməyib ədalətli olmağa və yaxşı işlər görməyə də gücü və iradəsi çatır. Bu iki yoldan hər hansı birini istəsə, öz azad iradəsi və ixtiyarı ilə görə bilər.
    Әlbəttə, Allah-taala insanı bir iş görməyə vadar etməyə qadir olduğu kimi, hər hansı bir pis işdə də qabağını almağa və qadağan etməyə qadirdir. Amma, Allah-taala heç kəsi zorla bir işi görməyə və ya bir işi tərk etməyə məcbur etməz.
    Bəli, Allah-taala öz lütf və rəhməti ilə ilahi inayət və mərhəmətə layiq olan şəxsləri pis və bəyənilməyən işləri görməkdən çəkindirər. Məsələn, bəzən insanların yaxşı işlərdə müvəffəqiyyət qazanmasına kömək edir. Amma bu iş heç də insanın ixtiyarını və iradəsini əlindən almaq deyil, əksinə ona əldə etdiyi ləyaqətə görə bir lütf və mərhəmət etməkdir.
    2. Allah-taala qiyamət günü hər bir insanı gördüyü işlərə görə cəzalandırar. İlahi ədalətin nəticəsi olaraq, yaxşı iş görənlərlə pis iş görənlərin mükafat və cəzaları bir-birindən ayrı olar. Bir dəstə öz gördükləri işlərin nəticəsində atəş və cəhənnəmə, digər bir dəstə isə cənnətə girməyə layiq olarlar.
    Amma, müsəlman firqələrindən bəziləri demişlər ki, Allahın yaxşı iş görənləri cəhənnəmə və pis iş görənləri isə cənnətə aparmağı heç də qəbahət sayılmır.
    Onlar yanlış olaraq, aşağıda qeyd olunan ayəyə əsaslanmışlar:
    «(Allah), gördüyü işlər barəsində sorğu-sual olunmaz; (bütün bəndələr), isə sorğu-sual olunarlar». (Әnbiya-23)
    Bəziləri bu müqəddəs ayənin doğru olmayan təfsirinə istinad edərək demişlər:
    «Vacib deyildir ki, Allah-taala qiyamət günü üçün verdiyi mükafat vədlərinə əməl etsin».
    Amma Әhli-beyt (ə)-dan nəql olunan hədislərdə bu sözün Allahın sədaqət və ədaləti ilə müxalif olduğu bəyan edilmişdir.
    Bu (yanlış) fikir yaxşı iş görən insanla pis iş görən insanı bir sayır və şəriətdə müəyyən olunan vəzifələri və onların mahiyyətini itirir. Halbuki, müqəddəs islam şəriətində heç bir iş cəza və məsuliyyətsiz deyildir. Allah-taala buyurur:
    «Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir, (mükafatını alacaqdır.) Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir, (cəzasını çəkəcəkdir).
    3. Bəzi müsəlmanların nəzəri bu olubdur ki, (nəuzubillah) Allah-taala öz bəndələrinə gücü və imkanları çatmayan vəzifə və təkliflər müəyyən edə bilər. Onlar öz nəzərlərində bu müqəddəs ayənin yanlış təfsirinə istinad etmişlər. Ayə belədir:
    «Ey rəbbimiz, gücümüz çatmayan vəzifələri bizə daşıtdırma!» (Bəqərə-286) [Әllamə Təbatəbai (r.h.) «Әl-mizan fi təfsiril-Quran» adlı təfsir kitabında yuxarıdakı ayənin təfsirində qeyd edibdir ki, Bizim taqətimiz (gücümüz) olmayan şeydən məqsəd, insanı ilk başdan gücü yetişməyən bir şeyə mükəlləf qılınması deyildir. Çünki, bildiyiniz kimi bunu ağıl səhih bilmir və Allah-taalanın Quranda nəql etdiyi «Dedilər ki, biz eşitdik və itaət elədik» sözü də belə bir şeyin iradə olmadığına dəlildir. Bəlkə «Bizim taqətimiz olmayan şeylər»dən məqsəd, insanların elədikləri günahlar nəticəsində onlara və normalda təhəmmül olunmayan təkliflər göydən enən əzab, Məsx olmaq və buna bənzəyən əzablardır.(Әl-mizan təfsiri, 2-ci cild, səh.445)
    Amma Әhli-beyt (ə) bu nəzəri rədd edərək izah etmişlər ki, bu anlayış Allahın ədaləti və Qurani-kərimin aşkar ayələri ilə uyğun gəlmir. Çünki, Allah-taala açıqca buyurubdur:
    «Allah heç kəsi qüvvəsi çatmayan işi (görməyə) vadar etməz». (Bəqərə-286)
    Burada Әhli-beytdən (ə) bu mövzuların həqiqəti barəsində nəql olunan bəzi rəvayət və fiqh mübadilələrini qeyd edəcəyik. Bu rəvayətlərdə ilahi ədalətə əsaslanaraq insanın davranışı, rəftarı və insan iradəsi ilə Allah-taalanın iradəsi arasındakı rabitə izah olunmuşdur.
    Әhli-beyt (ə) məktəbinə məxsus olan bu izahatda, bu məktəbin əqidə, fikir və ideolgiya birliyi aydın olur, Cəbr, Təfviz və Quranın əsasları ilə uyğun gəlməyən digər nəzəriyyələrin batil olduğu isbat edilir.
    İmam Cəfər Sadiq (ə)-dan rəvayət edilmişdir ki, belə buyurdu:
    «Həqiqətən Allah məxluqatı yaratdı və onların aqibətlərini də bilir. Onlara əmr və nəhylər edib və əmr etdiyi şeyləri tərk etmək qüdrətini də veribdir. Amma onlar Allahın izni olmazsa, heç bir işi icra və tərk edə bilməzlər». [Üsuli kafi, 1-ci cild, cəbr və qədər babı (Kuleyni)].
    İmam Әli ibni Әbi Talib (ə) Müaviyə ilə müharibə etmək üçün Şama gedən zaman öz səhabələrindən biri ilə belə danışıq aparmışdı. O şəxs belə sual etmişdi:
    «Ey Әmirəl-möminin! Bilmək istəyirik ki, bizim bu səfərimiz Allahın qəza-qədəri ilədirmi? (Yəni alın yazısı ilə)».
    Әmirəl-möminin Әli (ə) cavabında buyurdu:
    «Bəli ey yaşlı adam! Allaha and olsun ki, sizlər Allahın təqdiri olmazsa, heç bir addım da yol gedə bilməzsiniz».
    Bu vaxt o yaşlı kişi dedi:
    «Ey Әmirəl-möminin! Mən səfərdəki zəhmətimi Allahın hesabına qoyuram. (Yəni hər nə iş görsən Ona hesablanır.)
    Әmirəl-möminin Әli (ə) buyurdu:
    «Vay olsun sənə! Sən elə zənn edirsən ki, bu mütləq bir qəza və mütləq bir qədərdir? Әgər belə olarsa, o zaman savab və əzab vədələri batil olar.(Mənasız olar)».
    Və (Allahın yaxşılara cənnət) vədə verməsi və ya (yoldan çıxanları) əzabından qorxutması, mənasız olar.(Və günahkar olanı) tənqid etmək və xeyirxahları tərifləmək və onlara təşəkkür etmək əbəs olardı.
    Həqiqətən Allah-taala öz bəndələrini (ixtiyar sahibi olduqları üçün), öz əmrləri ilə yaxşı işləri görməyə əmr etmiş və nəhyləri ilə pis işlərdən çəkindirmişdir. Onun bəndələrin üzərinə qoyduğu vəzifələr çətin yox, asandır. Və az əməlin müqabilində çox mükafat verəcəkdir.
    Allahın əmrlərinin icra olunması, Onun məğlubiyyətinə səbəb olmadığı kimi, edilən itaət də bəndənin məcburi olması üçün deyildir.
    O, göyləri, yeri və onların arasında olan mövcudatı, boş yerə yaratmayıb və əbədi əzab və nemətlərin müjdəçisi olan peyğəmbərləri əbəs yerə göndərməmişdir. Bu (dünyanın və s. boş yerə yaranması) küfr edənlərin düşüncələridir. Bəs, vay olsun kafirlərə cəhənnəm atəşindən». [Nəhcül-bəlağə (Sohi salehin tədqiq etdiyi çap, səh.481)]
    İmam Riza (ə)-dan nəql olubdur ki, Onun yanında söz Cəbr və Təfviz məsələsindən düşdü. İmam (ə) belə buyurdu:
    «Bu barədə sizə mübahisəyə ehtiyacı olmayan bir əsas deyim ki, kim onu qəbul etməyib sizinlə müxalifət eləsə, onu məğlub edə biləsiniz?»
    Dedik ki, əgər münasib bilirsinizsə buyurun. Həzrət (ə) buyurdu:
    «Həqiqətən izzət və cəlal sahibi olan Allaha itaət etmək, zorla və çarəsizlikdən deyildir və eləcə də günah etmək bəndələrin Onun iradəsinə qələbə çalması ilə olmayıb. O, öz mülkündə bəndələri öz başlarına buraxmamışdır. Allah onlara verdiklərinin sahibidir. Və onlara verdiyi gücü öz qüdrətilə dəstəkləmişdir. Әgər bəndələr Ona itaət edərlərsə, Allah onlara mane olmaz. Eyni zamanda ona günah etmək yolunu tutduqları halda, əgər Allah onların qabağını almaq istəsə, alar. Amma, əgər istəməzsə, bu heç də onları günaha vadar etmək sayılmaz».
    Sonra buyurdu:
    «Hər kəs bu sözün məna və həqiqətini öyrənsə, müxaliflərə cavab verə bilər». [Әl-mizan təfsiri 1-ci cild, Cəbr və Təfviz bəhsi. Әl-mizan da bu hədisi Şeyx Səduq (rə)-ının «Әt-tövhid» və «Üyunü əxbarü-Rza» kitabından nəql etmişdir.]
    Şeyx Müfid (r.ə.) yazdığı «Şərhül-əqaid» kitabında deyibdir:
    «İmam Әliyyən Nəqi (ə)-dan nəql olunubdur ki, o Həzrətdən (ə) insanların işlərinin Allah-taala tərəfindən yaranıb-yaranmaması haqqında sual olundu. İmam (ə) belə buyurdu:
    «Әgər insanın işləri özündən aslı olmayaraq Allah tərəfindən törənsəydi, Allah o işlərdən uzaq olduğunu elan etməzdi. Halbuki, Allah-taala buyurubdur: «Həqiqətən Allah müşriklərdən uzaqdır». Bu ayədə Allah-taala müşriklərin özlərindən «bəri» olduğunu deyil, onların şirklərindən və pis işlərindən uzaq olduğunu nəzərdə tutmuşdur. [Әl-mizan təfsiri, Cəbr və Təfviz bəhsi, Әllamə Təbatəbai (r.ə.)].
    «Әt-tövhid» kitabında da Məhmməd ibni Әclandan nəql olunubdur ki, o belə dedi:
    «Mən imam Cəfər Sadiq (ə)-a dedim ki, Allah hər şeyi bəndələrin öz ixtiyarına buraxıbdır?»
    İmam (ə) buyurdu:
    «Allahın kərəm və məqamı hər şeyi bəndələrin ixtiyarına buraxmaqdan daha ucadır. Dedim ki, elə isə Allah öz bəndələrini gördükləri işlərə məcbur edibdir. Buyurdu ki, Allahın ədaləti bundan daha ucadır ki, bəndəni bir işə məcbur edə və sonra da ondan ötrü onu cəzalandıra». [Zikr edilən qaynaq].
    Və (Uyunu əxbarülr-rza) adlı kitabında da «Allah onları (heç bir şeyi) görməyəcəkləri bir qaranlıqda buraxdı», ayəsinin təfsiri barəsində imam Riza (ə)-ın belə buyurduğu nəql olunubdur:
    «Tərk etmək və özbaşına buraxmaq məfhumları xalqa aid olduğu kimi, Allaha nisbət verilməz. Amma, Allah-taala bəzi bəndələrinin küfr və zəlalətindən qayıtamayacaqlarını bildiyi üçün onlara yardım və lütfünü şamil etməmiş və seçdikləri işlərində onların qarşısını almamışdır». [Zikr edilən qaynaq].
    Yenə «Uyunu əxbarür-riza»kitabında «Allah onların qəlblərinə möhür vurmuşdur» ayəsinin təfsirində imam Riza (ə)-ın belə buyurduğu söylənilmişdir:
    «Bu ayədə işlənən «xətm» (möhür) sözündən məqsəd, kafirlərin öz küfrlərinin cəzası olaraq, qəlblərinin möhürlənməsi (öz təbiətini itirib ayrı bir təbiət alması) olmuşdur. Onların bir hissəsi istisna olmaqla, qalanları iman gətirməyəcəklər».
    Göründüyü kimi Әhli-beyt (ə)-ın məktəbində Allaha aid olan hidayət və zəlalət məfhumları insanların ixtiyarını inkar etmək mənasında deyildir. Bu məktəb nöqteyi-nəzərindən insan həqiqi mənada ixtiyar və iradəyə malikdir və bu cəhətdən də gördüyü bütün işlərdə məsuliyyət daşıyır. Çünki, Allah insanı həm iradəli yaratmış və həm də ona xeyir və şər yollarının nə olduğunu açıq-aydın bəyan etmişdir. Allah-taala Qurani-kərimdə buyurub:
    «Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor. (Bu onun öz işidir)». (İnsan-3)
    Və yenə buyurub:
    «Və Biz ona hər iki yolu da göstərdik».
    Həzrət Rəsuli-əkrəm (s) bu ayəni belə təfsir etmişdir:
    «Bu iki yol xeyir və şər yollarıdır. Sizlər çalışın ki, şər yolu sizin üçün xeyir yolundan sevimli və əziz olmasın».
    Әhli-beyt (ə)-ın insanın rəftar və davaranışı və eləcə də insanda baş verən xeyir və şərlərin izahında bəyan etdikləri üsul və əsasın xülasəsi bu cümlədə dərc olunmuşdur:
    «Nə Cəbr doğrudur və nə də Təfviz. Həqiqət bu iki mərhələnin arasında yerləşən ortaq bir nöqtədir».
    Әhli-beyt (ə)-ın birindən «Cəbr vəTəfvizin arasında bir ortaq yer varmı?» deyə sual edilən zaman belə buyurmuşdur:
    «Bu iki fikrin arasında günəşlə yerin arasında olan məsafə qədər bir orta mənzil vardır».
    Bu məsələ Әhli-beyt (ə)-ın cəbr və ixtiyar mövzusu barəsində bəyan etdikləri əsasın qısa şəkildə olan izahı idi ki, müsəlmanlar onu o müqəddəslərdən öyrənib inanmışlar.
    Category: Əhli-beyt (ə) (məqamı və yolu) | Added by: Islam_Kitabxanasi
    Views: 948 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024