İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 11:23 PM
    Naşirdən
    Varlıq aləminin misilsiz şəxsiyyətləri, vücud gəmisinin sükançıları, yer və göy möcüzələri, pak ilahi sifətlərin aynaları, Həzrət Haqqın layiqli bəndələri, yerə enmiş göy əhli, ismət və paklıq simvolu Əhli-beyt (ə) haqqında danışmaq və yazmaq yetərincə çətin işdir. Bu oxşarsız pak insanların şəxsiyyətinə varmaq hər adamın işi deyil.
    Bu səma nurlarının haqq maarifi ilə tanış olan, ömrünü onların həqiqi maarifinin yayılmasına sərf edən insanlar özlərini Əhli-beyt (ə) məktəbinin şagirdi bilirlər. Böyük alimlər və düşüncə sahibləri insan tərbiyə edən bu səmavi məktəb qarşısında acizliklə diz çökmüş, bu məktəbə xidməti dünya və axirət səadəti saymış, özlərini bu dərgahın qulu bilmişlər.
    Mövlalar önündə baş əyə bilsən,
    Fəryadın göylərə qalxası hökmən.
    Şübhəsiz ki, məsum imamlarla tanışlıq, onlara məhəbbət, onların əmr və qadağalarına tabeçilik vacibdir. İnsanın tutumundan asılı olaraq, bu tabeçilik üçün mərtəbələr müəyyənləşmişdir. Allah kimsəni gücündən artıq yükləməz.
    Məsum imamların ilahi göstərişlərində bildirilir ki, mərifət, məhəbbət və vilayət həqiqətinin dərki üçün alim və agah rəhbərlərə, rəbbani alimlərin yardımına ehtiyac var.
    Bələdçisiz yola çıxma, amandı,
    Azmaq qorxusu var, dörd yan dumandı.
    Yalnız məsum imamların dəyərli buyuruqları və misilsiz maarifinə üz tutmaqla Əhli-beytlə (ə) tanışlıq ehtiyacını, onlara eşq fəlsəfəsini, Allahın qırılmaz ipindən tutmağın zəruriliyini, məsumlara təvəssülün səbəbini, onların pak hərəmlərinin ziyarətinin hikmətini, onlarla birgə şadlanmağın və qəmlənməyin illətini, məsumların müsibətlərində axıdılan göz yaşlarının mahiyyətini dərk etmək və zehnimizdə yaranası suallara cavab tapmaq mümkündür. Çünki bu müqəddəs vücudlar hər hansı bir çirkabdan pakdır və sədaqət nuru ilə münəvvərdir. Həqiqətən Allah onları hər cür çirkinlikdən paka çıxarmışdır.
    Demək, mərifətə çatdırmaq və haqqı tanıtdırmaq yalnız pak Əhli-beyt (ə) hüzurunda tərbiyə olunanların şənindədir. Bəli, yalnız paka çıxanlara üz tutmaq olar.
    Yol əhli "göz yaşında pak olub gəl” söyləyir,
    Paklara baxmaq üçün pak ol əvvəlcə deyir.
    Əhli-beyt (ə) yolunu gedənlər üçün ömrünü ilahi maarifə sərf edənlərin dil və qələminə müraciət etmək vacibdir. Üz tutacağımız bu insanlar öz elmlərini əməldə təsdiqləmiş, övliyaların məhəbbət və vilayətində qərq olmuşlar.
    Böyük alim və araşdırmaçı cənab Ustad Hüseyn Ənsariyan yarım əsrə yaxın araşdırma və təcrübələrdən sonra pak Peyğəmbər Əhli-beytini (ə) tanıtdırmaq yolunda addım atmışdır. Ustad mötəbər dini mənbələrə müraciət etmiş, bu kəramətli sülalənin misilsiz maarifindən faydalanmışdır.
    Maraqlıdır ki, on illər boyu pak Əhli-beyt (ə) maarifini araşdırdıqdan və təbliğ etdikdən sonra bu sonsuz okean sahilində dayanaraq belə buyurmuşdur: "Bu sahədə nə qədər çox araşdırma aparırsansa, bir o qədər heyran qalırsan.” Alim öz heyrətini hətta nəzmə çəkir.
    Müəllif üç il ardıcıl olaraq Əhli-beytlə (ə) tanışlıq üçün araşdırmalar aparmış, yalnız bu tədqiqatlardan sonra topladıqlarını kitab şəklinə salmaq qərarına gəlmişdir.
    Danışıq dilini yazıya çevirmək asan deyil. Bu səbəbdən də ustadın uyğun mövzudakı söhbətlərini məcmuə şəklinə salmaq bir qələm əhlinə tapşırılmışdı. Amma iş başa çatdıqdan sonra yazı ilə tanış olan ustad tərtibi bəyənməmişdir. İş başqa birinə tapşırılmışdır. Bu dəfə də məcmuə xoşa gəlməmişdir. Nəhayət, ustad özü bu işlə məşğul olmaq qərarına gəlmişdi. Maraqlıdır ki, üç illik bəhslərin qələmə alınması da bir bu qədər vaxt aparmışdır. Xacə buyurur:
    Ey yolçu, bil su durular o zaman,
    Qırx gecə saxlana çalxalanmadan.
    Bu əsər iyirmi yeddi ərbəindən (qırxdan) çox can, şövq, təsdiq şüşəsində saxlanmış, xalis Əhli-beyt (ə) maarifi şərbəti tək təşnələrə təqdim olunmuşdur. Əlbəttə, bütün bunlar Allahın lütfüdür. Bəli, Allahdır pak şərbət içirən!
    Bunu da qeyd etməliyik ki, kitabda yeni üslubda yanaşmalar özünə yer almışdır.
    Ustadın üzücü zəhmətlərinin və iti qələminin məhsulu olan bu əsər insan tərbiyə edən Əhli-beyt (ə) maarifinin, tövhid və əxlaq çeşməsinin tanıtdırılmasında istifadə olunasıdır.
    Ümid edirik ki, bu əsər həqiqət axtaranlar üçün pak Peyğəmbər Əhli-beytinin (ə) şəxsiyyətini açıqlayacaq, hal və əməl əhli üçün həmin müqəddəs məktəbə qovuşmaq imkanı yaradacaq.
    "Darul-irfan” elmi araşdırmalar mərkəzi
    ƏHLİ-BEYT (Ə) ŞƏXSİYYƏTİ
    Əhli-beytlə (ə) tanışlığın zəruriliyi
    İslam Peyğəmbəri (s) "Məvəddət” ayəsinə (Bax: "Şura”, 23 ) əsasən ömrünün son anlarınadək ümməti Əhli-beyti (ə) tanımağa və onlara itaətə çağırmışdır. Əhli-beyti tanımaq və onlara itaət Allahın kitabı və səhih rəvayətlərdə təsdiqini tapmış zərurətdir. Bu həqiqətə diqqət dünya və axirət səadəti üçün hazırlıqdır. Uyğun həqiqətə diqqətsizlik əbədi bədbəxtliklə, insanın zəhmətlərinin puça çıxması ilə nəticələnir.
    İmam Sadiq (ə) Müəlla ibn Xünəysə buyurur: "Ey Müəlla! Əgər bir bəndə yüz il (Kəbədə) Allahın rükn və məqamı arasında bəndəlik etsə, gündüzlər oruc tutub, gecələr ibadətə məşğul olsa, vaxtını raz-niyazda keçirsə, qocalıqda qaşları gözlərinin üstünü örtənədək, boynunun sümükləri sinəsinə enənədək bu halda olsa, amma bizim haqqımızı və yerimizi bilməsə, heç vaxt onun üçün mükafat olmayacaq.”("Səvabul-əmal və İqabul-əmal”, 455; "Əl-məhasin”, 1-90, bab 16, hədis 40; "Biharul-ənvar”, 27-177, bab 7, hədis 24 )
    Quran ayələri və mötəbər rəvayətlərdə təsdiqini tapmış bu mərifət insanı Əhli-beytdən (ə) uzaqlaşdıran hicabları aradan qaldırır. Nəticədə o böyük insanların varlığının, üslubunun, maarifinin təsiri insanın həyat səhifəsində özünü göstərir.
    Əgər insan Əhli-beytin (ə) varlıq aləmində mövqeyini, insanlıq məqamını anlayıb həyatın bütün sahələrində onların göstərişlərinə tabe olursa, belə bir tanışlıq həqiqi tanışlıqdır.
    Əgər biz Əhli-beyti (ə) ayə və rəvayətlərin göstərdiyi ünvanın həqiqi nümunəsi kimi tanısaq və bilsək ki, onlar "əhlüz-zikr”, "sadiqin”, "muhsinin”, "muttəqin”, "mucahidin”, "muminun”, "sabirin”, "ülul-əlbab”, "sirat”, "səbir”, "sarəllah”, "vəchullah”, "eynullah” kimi təbirlərin ən üstün təcəssümüdür, onlardan necə faydalanmağın və xoşbəxtliyimiz üçün necə bəhrələnməyin yolunu taparıq. Anlayarıq ki, onlardan savayı nicat gəmisi və həqiqi rəhbər yoxdur. Dünya və axirət çətinliklərində, vəsvəsələr hücum etdiyi vaxt yalnız onlara üz tutarıq. Beləcə, ağlımızı, ruhumuzu və qəlbimizi onların pak maarif şərbəti ilə sirab edərik. Quranda oxuyuruq: "Allahı sevirsinizsə mənə itaət edin, Allah da sizi sevsin..”("Ali-İmran”, 31 )
    Belə bir mərifət əldə etdikdə bütün vücudumuzla onlara itaət edərik ki, Allahın sevimlisi olaq, Allah da Əhli-beytin (ə) razılığı səbəbindən bizdən razı qalsın.
    Əhli-beytlə (ə) tanışlıq Allah, Quran və varlıq aləmi ilə həqiqi tanışlıq səbəbidir. Belə bir mərifət həqiqətlərin dərki üçün nuraniyyətə səbəb olur. Bu yolla nəfs saflaşdırılır, batin aləmi bəzənir. Əhli-Beytə (ə) eşq sayəsində insan siratı adlayır. Onların vilayət və imamətinin qəbulu əzabdan qurtuluş açarıdır.
    Əziz İslam Peyğəmbəri (s) mühüm bir rəvayətdə (Şeyx Süleyman Qunduzi Hənəfidən nəql olunmuş mühüm bir sənəddə) buyurur: "Ali-Məhəmmədlə tanışılıq oddan qurtuluş, onlara məhəbbət siratdan keçid icazəsi, onların vilayəti əzabdan sığortalanmadır.”(Yənabiul-məvəddət”, 1-78, bab 3, hədis 16; "Fəraidus-səmtəyn”, 2-256, bab 49, hədis 525 )
    Bəli, Əhli-beyti (ə) Quran və sünnə vasitəsi ilə tanısaq dünya və axirət səadətinə yol taparıq. Bu yolla əbədi bədbəxtlikdən qurtularıq.("Məcməuz-zəvaid”, 9-172 )
    Şeyx Süleyman Qunduzi və İbrahim ibn Məhəmməd Cəvini (hər ikisi tanınmış sünnə alimlərindəndir) Peyğəmbərin (s) dilindən həzrət Əli (ə) və digər imamlarla bağlı belə nəql edirlər: "Ya Əli! Mən elmin şəhəriyəm, sənsə onun qapısı. Şəhərə yalnız qapıdan daxil olurlar. Məni dost, səni düşmən sayan kəs yalan deyir. Çünki sən məndənsən, mən də səndən. Sənin ətin ətimdən, qanın qanımdan, ruhun ruhumdan, batinin batinimdən, aşkarın aşkarımdandır. Sən ümmətimin rəhbəri, məndən sonra onlar üzərində xəlifəmsən. Sənə tabe olan xoşbəxtliyə çatdı, sənə tabe olmayan bədbəxtliyə yuvarlandı. Səni dost bilən mənfəət əldə etdi, səni düşmən sayan ziyana düşdü. Sənə itaət edən nicat tapdı, səndən ayrılan həlak oldu. Sən və sənin nəslindən olan imamlar məndən sonra Nuhun gəmisi kimisiniz. Bu gəmiyə süvar olan nicat tapdı, ondan uzaqlaşan qərq oldu. Siz Əhli-beyt (ə) ulduzlar kimisiniz. Qiyamətədək bir ulduz batsa, başqa biri parlayır.”("Yənabiul-məvəddət”, 1-95, bab 4, hədis 6; "Fəraidus-səmtəyn”, 2-423, hədis 517; "Cameul-əxbar”, 14...)
    Həzrət Haqq öz bəndələrinə əmr edir ki, Allahın ipinə sarılsınlar. Bundan ötrü Allahın ipini tanımaq lazımdır. Ayədə oxuyuruq: "Hamılıqla Allahın ipinə sarılın, pərakəndə düşüb dəstə-dəstə olmayın.”("Ali-İmran”, 103 )
    İmam Baqir (ə) "Allahın ipi” təbiri ilə bağlı buyurur: "Məhəmməd Əhli-beyti (ə) Allahın möhkəm ipidir. Allah bu ipdən möhkəm yapışmağı tapşırmışdır. Buyurmuşdur ki, hamılıqla Allahın ipinə sarılın, pərakəndə düşməyin, dəstə-dəstə olmayın.”("Təfsirul-Əyaşi”, 1-194, hədis 123; "Təfsirus-Safi”, 1-365; "Biharul-ənvar”, 65-233, bab 24 )
    Bəli, bu böyük şəxsiyyətlər sonsuz mərifət, elm və əməl dəryasıdır. Onlar bütün fəzilətlərə və kamilliklərə malikdirlər. Varlıq aləmində onlara oxşar tapılmaz. Allahın əmri ilə imamət məqamına çatıb bir dəstəni cəhənnəm əzabı ilə qorxutmaq, digərini behişt nemətlərilə həvəsləndirmək üçün seçilmişlər. Onlar bir zümrəni misali behiştə, bir başqa zümrəni əqli cənnətə, başqa bir qrupu müqəddəs ərşə, mənəviyyat və ləyaqətə inandırırlar.
    İnsan Əhli-beytə (ə) həqiqi mərifət sayəsində Allah və Qiyaməti tanıyır, mənəvi məfhumları dərk edir, Quranı olduğu kimi mənalandırır, peyğəmbər sünnəsini dərk edir, kamillik və fəzilət əldə edir, dünya və axirət xoşbəxtliyinə çatır, bədbəxtlikdən qurtulur, savab əməllərə yiyələnir, çirkin işlərdən uzaq qalır, Allaha yaxın məqama yüksəlir, behiştə giriş ləyaqəti qazanır, cəhənnəmdən amanda qalır, vəsvəsələrlə mübarizə yolunu tanıyır, ibadətin ləzzətini dadır, günahdan uzaq qalır, təqva həqiqətini dadır, təqva ilə zinətlənir, düzlük, paklıq, sədaqət və bütün başqa keyfiyyətlərə sahib olur.
    Bəli, ayə və rəvayətlərdən göründüyü kimi, Əhli-beyt (ə) bütün maddi və mənəvi bərəkətlərin mənbəsidir. İnsan onları tanımadan, onlara bağlanmadan heç bir bərəkətə nail ola bilmir.
    Şeyx Süleyman Qunduzi Hənəfi və İbrahim ibn Məhəmməd Cəvini həzrət Əlidən (ə) belə nəql edir: İslam Peyğəmbəri (s) buyurdu: "Ya Əli! Sənə dediklərimi yaz.” Dedi ki, unudacağımdanmı qorxursan? Buyurdu: «Yox, mən Allahdan istəmişəm ki, sən bütün həqiqətləri hifz edəsən. Amma şəriklərinə görə yaz.» Dedim ki, ey Allahın rəsulu şəriklərim kimdir? Buyurdu: "Sənin zürriyyəndən olan imamlar. Onlara xatir ümmət üçün yağış yağar, onların duası qəbul olar. Allah onların vasitəsi ilə ümmətdən bəlanı uzaqlaşdırar. Onların vücudu xatirinə səmadan mərhəmət nazil edilər. Sən onların birincisisən.” Sonra Həsənə işarə ilə buyurdu: "Bu onların ikincisidir.” Daha sonra Hüseynə işarə edərək buyurdu: "Hüseyndən sonra da imamlar var.”("Yənabiul-məvəddət”, 1-73, bab 3, hədis 8; "Fəraidus-səmteyn”, 2-259, bab 50, hədis 527)
    Əhli-beytin (ə) nümunə və məfhumu
    Zalım rejimlərin əlaltısı olan və hər yolla onların hakimiyyətinə bəraət qazandırmaq istəyən alimlər zümrəsi bir parça çörək və qızıl-gümüş xatirinə öz elmi və ictimai nüfuzundan istifadə etmiş, xüsusi bir inadkarlıq və təəssüblə zalım hakimlərin rəğbətini qazanmaq üçün dini həqiqətləri dəyişmiş, həqiqətdən uzaq açıqlamalar vermişlər. Hansı ki, Quran və rəvayətlərdə uyğun həqiqətlər tamam başqa şəkildə mənalandırılmışdır.
    Təhrif olunmuş ifadələrdən biri də Əhli-beyt (ə) ifadəsidir. Hansı ki, Allah-təala "Təthir” ayəsində məhz «Əhli-beyt» (ə) təbiri ilə müraciət edir.
    Təthir ayəsində "Əhli-beyt (ə)” ifadəsi
    Uyğun ayədə oxuyuruq: "Həqiqətən, Allah siz Əhli-beytdən (ə) (şiə və sünni rəvayətlərinə əsasən Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn) hər növ çirkinliyi uzaqlaşdırmaq, sizi layiqincə (günah və xətadan) pak etmək istəyir.”("Əhzab”, 33 )
    Cahil və qəlbikor alimnümalar müsəlmanları doğru yoldan azdırmaq üçün heç bir ədəb gözləmədən həmin ifadəni şəxsi məqsədlərinə uyğun təfsir etmişlər. Bu ayədə kişi cinsinə aid əvəzlik işlədilmişdir. Müxaliflər isə "Əhli-beyt (ə)” ifadəsini həzrət Peyğəmbərin (s) zövcələri mənasında təfsir edirlər. Onların nəzərincə, "Əhli-beyt” nümunəsi yalnız peyğəmbərin zövcələridir!
    Zeyd ibn Əli ibn Hüseyn buyurur: Bir qrup nadan elə güman edir ki, Allah bu ayədə peyğəmbərin zövcələrini nəzərdə tutmuşdur. Şübhəsiz ki, bu böyük yalandır və ona əl atanlar günaha düşür. Əgər Allah bu ayədə peyğəmbərin zövcələrini nəzərdə tutsaydı, hökmən qadın cinsinə aid "ənkunnə” təbirindən istifadə edərdi. Bundan öncəki və sonrakı ayələrdə peyğəmbər zövcələri haqqında danışılarkən yalnız qadın cinsində əvəzliklərdən istifadə olunmuşdur.(Təfsiri-əl qəmi”, 2-193; "Biharul-ənvar”, 35-206, bab 5, hədis 1 )Sünnə əhlinin hədis kitablarından olan "Səhihi-müslim”də də uyğun rəvayət nəql olunmuşdur. Bu, əslində Bəni-Üməyyə və Bəni Abbasi hakimlərinə xatir təhrifə əl atan alimnümalara cavabdır. Quran və rəvayətlərə zidd olaraq bir çox sünni kitablarında uyğun təbir peyğəmbərin zövcələri kimi açıqlanır.
    Yezid ibn Həyyan Zeyd ibn Ərdəmdən belə rəvayət edir: Peyğəmbər «Səqəleyn» hədisini bəyan etdiyi vaxt ondan soruşduq ki, Əhli-beyt (ə) peyğəmbərin zövcələridirmi? Peyğəmbər (s) buyurdu: "And olsun Allaha ki, yox! Qadın ömrünün bir hissəsini əri ilə keçirir. Sonra ər onu boşayır və atasının, tayfasının yanına qayıdır. Peyğəmbər Əhli-beyti (ə) onun zürriyyəsidir və peyğəmbərdən sonra onlara sədəqə haramdır.("Səhihi-Müslim”, 4-1493, bab 4, hədis 2408 ) Müxaliflər, Ayişə də daxil olmaqla peyğəmbərin zövcələri, səhabələr və alimlərdən bir qrupu yaxşı bilirdilər ki, Əhli-beyt (ə) dedikdə Əli, Fatimə, Həsən və Hüseyn, məsum imamlar nəzərdə tutulur. Amma şiəliyə qarşı inadkarlıq onları nəfsə itaətə və zalım əməvi, abbasi hakimlərinə tabeçiliyə sövq etdi.
    Rəvayətlərdə "Əhli-beyt (ə)” təbirinin mənası
    Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir sıra rəvayətlərdə Əhli-beyt (ə) nümunəsi olaraq həzrət Əli (ə), həzrət Fatimə (s), imam Həsən (ə), imam Hüseyn (ə) və onların nəslindən olan məsum imamlar nəzərdə tutulur. Ümmü Sələmə, Ayişə, Əbu Səid Xidri, Əbu Bərzə Əsləmi, Əbül Həmra Hilal ibn Haric, Əbu Leyla Ənsari, Ənəs ibn Malik, Bərra ibn Azib, Suban ibn Bəcdəd, Cabir ibn Abdullah Ənsari, Zeyd ibn Ərqəm, Əbu-Sələmə Məxzuminin qızı Zeynəb, Səd ibn Əbu Vəqqas, Sübeyh uyğun rəvayəti nəql etmiş ravilərdir.
    Sünnə əhlinin mötəbər kitabları uyğun rəvayətlərə əsaslanaraq "Əhli-beyt (ə)” ünvanını göstərmişlər. Şiələr Quran və rəvayətlərə istinadən Əhli-beytə (ə) bağlanmış, onları Peyğəmbərin (s) həqiqi canişini kimi tanımışlar. Şiələrin əqidəsincə, bu rəhbərlərə itaət vacibdir və onlara iqtida dünya və axirət səadətinə aparır. Bəli, əbədi qurtuluş həqiqi Əhli-beyt (ə) yolunu izləməkdir.
    Yaxşı olar ki, təbərrük və əminlik üçün bir neçə rəvayəti yada salaq. Əlbəttə ki, bütün rəvayətləri sadalamaq kitabımızın imkanından xaricdir.
    Birinci rəvayət:
    Əvvam ibn Huşəb Təmimidən belə rəvayət edir: Təmimi dedi: Ayişənin yanına gəldim, o mənə dedi: "Allah rəsulunun Əlini (ə), Fatiməni, Həsən və Hüseyni çağırdığını gördünmü? Həzrət ərz etdi ki, Pərvərdigara, onlar mənim Əhli-beytimdir (ə), istənilən bir çirkinliyi onlardan uzaq et, onları kamil paklığa çatdır.”(Səduq, "Əl əmali”, 382)
    İkinci rəvayət:
    Cəmi ibn Üməyr deyir: Anamla birlikdə Ayişənin hüzuruna getdik. Anam ondan soruşdu ki, həzrət Peyğəmbərin (s) Əliyə (ə) məhəbbəti necə idi? Ayişə dedi: "Kişilər arasında peyğəmbərə ən sevimlisi o idi. Özüm görmüşəm ki, Fatimə, Həsən və Hüseynlə birlikdə onları əbasının altına alıb və deyib: "Pərvərdigara, bunlar mənim əhli-beytimdir; Pərvərdigara, istənilən bir çirkinliyi onlardan uzaq et, onları kamil paklığa çatdır.” Mən də əbanın altına girmək üçün yaxına getdim. Amma peyğəmbər məni uzaqlaşdırdı. Dedim ki, mən Əhli-beytdən (ə) deyiləmmi? Cavab verdi: "Səndə xeyir var.”("Şəvahidut-tənzil”, 2-61, hədis 682 )
    Üçüncü rəvayət:
    İsa ibn Abdullah ibn Malik Ömər ibn Xəttabdan belə nəql edir: "Peyğəmbərdən belə buyurduğunu eşitdim: "Ey insanlar, mən sizin öncülünüzəm və siz hovuz kənarında mənə qovuşarsınız. Elə bir hovuz ki, genişliyi Sənadan Busraya qədərdir. Onda ulduzlar sayda qızıl camlar var. Mənim yanıma gəldiyiniz vaxt sizdən Səqəleyn haqqında soruşaram. Düşüncə və diqqətlə bu iki canişinimə baxın. Sarılacağınız ən böyük şey Allahın kitabıdır. Onun bir tərəfi Allahın, digər bir tərəfi sizin əlinizdədir. Ona sarılın, pərakəndə düşməyin. Sarılacağınız kiçik şey mənim əhli-beytimdir. Allah mənə xəbər verib ki, bu iki şey hovuz kənarında mənə çatanadək bir-birindən ayrılmaz. Ömər ibn Xəttab deyir: "Peyğəmbərə dedim: "Ey Allahın rəsulu! Sənin əhli-beytin kimlərdir? Buyurdu: "Mənim əhli-beytim Əli və Fatimə övladları, Həsən və Hüseyn, Hüseyn sülbündən (zürriyyəsindən) doqquz imamdır. Bunlar mənim əhli-beytim, ətimdən-qanımdan olanlardır.”(Təfsiri-əl Burhan”, 1-9; "Kifayətul-əsər”, 91; "Biharul-ənvar”, 36-317, bab 41, hədis 165 )
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 650 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024