İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 11:19 PM
    Zil-hiccənin ilk on gecəsi
    Qurani-Məciddə bildirildiyi kimi, zilhiccənin ilk on gecəsi xüsusi üstünlüyə malikdir.(Bax: "Bəqərə”, 197 )Təməttö ümrəsi və həcc bu günlərdə yerinə yetirilir. Bu on günün doqquzuncu günü Ərəfə günü, onuncu gecəsi Məşərdə dayanış günü, onuncu günü Qurban bayramı günüdür.
    Zilhiccə ayında ümmətin salehləri və ləyaqətliləri fövqəladə təlaş göstərib vaxtlarını ibadət və bəndəliklə keçirirlər. Bu günlərin çox böyük üstünlüyü, fəzilət və bərəkəti var. Həzrət Peyğəmbər (s) buyurur: "Allah üçün bu günlərin xeyir əməl və ibadəti bütün başqa günlərin xeyir əməl və ibadətlərindən üstündür.”(Məfatihul-cinan”, 413 )
    "Əyyamullah” ("Allahın günləri”)
    "Əyyamullah” dedikdə mömin ümmətə ilahi mərhəmət, fasiq cəmiyyətə qəzəb dövrü nəzərdə tutulur.
    Əyyamullaha diqqət, bu dövrdə baş vermiş hadisələrdən ibrət götürmək çox bəyənilmişdir. Allah-təala ümmətlərin inkişaf və oyanışı üçün bu günləri mühüm saymışdır: "Həqiqətən, Musanı nişanələrimizlə göndərdik ki, öz qövmünü qaranlıqlardan işığa çıxarsın, onlara Allahın günlərini xatırlatsın...”("İbrahim”, 5 )
    Deyilənlərdən əlavə, insanın günahdan uzaqlaşdığı, ibadətə başladığı, tövbə etdiyi, Allah dərgahına üz tutduğu vaxt rəvayətlərdə və ilahi qaynaqlarda ən üstün vaxtlardan sayılmışdır.
    Ən üstün insanlar
    Bir insanı başqalarından üstün edən onun imanı, elm və biliyi, təqvasıdır. Mömin insanlar başqalarından dəyərli sayılır. Əməl əhli olan alimlər başqa möminlərdən dərəcə etibarı ilə üstündür. Təqvası zirvə həddinə çatanlar isə hamıdan fəzilətli və dəyərlidir. Qurani-Məcid və rəvayətlər bu üç yönümdə lətif nişanələrə və dəqiq ifadələrə yer verir.
    İman əhli
    Qurani-kərimdə buyurulur: "Allah-təala möminləri sizdən bir dərəcə üstün etmiş alimlərimizi daha uca dərəcəyə çatdırmışdır. Allah gördüyünüz işlərdən xəbərdardır.”("Mücadələ”, 11 )
    Möminin dəyəri o qədər böyükdür ki, ayə və rəvayətlərdə möminə məhəbbət Allah və onun rəsuluna məhəbbət, möminə kömək Allah və onun rəsuluna kömək, mömini sevindirmək Allah və onun rəsulunu sevindirmək, mömini incitmək Allah və onun rəsulunu incitmək kimi dəyərləndirilir. İmam Baqir (ə) girami Peyğəmbərdən (s) belə rəvayət edir: "Mömini sevindirən, şübhəsiz, məni sevindirmişdir, məni sevindirən, həqiqətən, Allahı sevindirmişdir.”(Kafi”, 2-188 )
    İmam Baqir (ə) buyurur: "Allah qarşısında ən sevimli ibadət mömini sevindirmək, xoşhal etməkdir.”("Kafi”, 2-189 ) İmam Sadiq (ə) buyurur: "Möminin istəyini yerinə yetirmək Allah qarşısında ziyartəçisi yüz min dinar infaq etmiş iyirmi Həcdən üstündür.”("Kafi”, 2-193 ) Başqa bir rəvayətdə həzrət buyurur: "Şübhəsiz, mömin qardaşlarından birini doyurmaq bazara daxil olub Allah yolunda qul alıb azad etməyindən daha sevimlidir.”("Kafi”, 2-203 )
    Elm əhli
    Həzrət Peyğəmbər (s) alimlərin üstünlüyü haqqında buyurur: "Alimlərin başqalarından üstünlüyü mənim ən alçaq insanlardan üstünlüyüm kimidir.”(Təfsiri-Safi”, 2-675 ) Həzrət (s) başqa bir rəvayətdə buyurur: "Alimin abiddən üstünlüyü on dörd gecəlik ayın ulduzlardan üstünlüyü kimidir.”("Əvaliyul-ləali”, 1-257 ) Həzrət (s) başqa bir rəvayətdə buyurur: "Qiyamətdə üç zümrənin şəfaəti qəbuldur: Peyğəmbərlər, alimlər, şəhidlər.”("Təfsiri-Safi”, 2-676) İmam Baqir (ə) buyurur: "Elmindən faydalanan alim yetmiş min abiddən üstündür.”("Kafi”, 1-33 )
    Təqva əhli
    Quran təqva əhli haqqında buyurur: "Şübhəsiz, sizin Allah qarşısında ən sevimliniz ən pəhrizkar olanınızdır. Həqiqətən, Allah bilən və agahdır...”("Hucurat”, 13 ) İslam peyğəmbəri (s) buyurur ki, Allah Qiyamət günü xalqa belə müraciət edər: "Sizə (ibadət və bəndəlik) əmri verdim, amma siz əhd bağladığınız bu işi puça çıxardınız və bağlılıqlarınızı gücləndirdiniz. Mən bu gün bəndələrimi mənə bağlayan əlaqəni genişləndirərəm, sizin ata-babalarınıza bağlılığınızı alçaldaram. Haradadır təqva əhli? Allah qarşısında sizin ən sevimliniz ən pəhrizkar olanınızdır.”("Məcməül-bəyan”, "Hucurat” surəsinin təfsiri )
    Ən üstün yaranmış Əhli-Beytdir (ə)
    Haqq-ədalət mizanında insanın dəyər ölçüsü onun imanı, mərifəti və təqvası olduğundan Əhli-beyt (ə) ağıl və düşüncə sahibi olan bütün varlıqlardan üstündür. Əhli-beytin iman və təqvası mələkləri, cin və insi geridə qoyur. Əhli-beyt (ə) mərifət zirvəsindədir. Onlar keçmişdən də, gələcəkdən də xəbərdardırlar. Batin də, zahir də onlara gizli deyil. Onların imamət və vilayətinin qəbulu hamı üçün vacibdir. Şəxsiyyətindən asılı olmayaraq, hər bir insan yalnız onlara iqtida sayəsində nicat tapa bilər. Əhli-beytdən (ə) üz döndərənlər qəlbikor və düşüncəsiz varlıq səviyyəsində qalasıdır.("Fatir”, 19; "Əraf”, 179)Belələri zahirən diri olsa da, elmli və mərifətli olduğunu iddia etsə də faydasızdır. Cahilin alimə, bilməyənin bilənə, ixtisas sahibi olmayanın mütəxəssisə, yolunu azanın bələdçiyə itaətini ağıl hökm edir. İmama iqtida da bu qəbildəndir və sağlam əql belə bir itaəti rədd etmir.
    Şübhəsiz, insan hansı şəraitdə, harada qərar tutmasından asılı olmayaraq, Əhli-beyti (ə) tanıdığı halda onlara iqtida etməsə, dini onlardan öyrənməsə, onların göstərdiyi yolda qədəm atmasa, Quranın təfsiri olan səmərəli maarifindən faydalanmasa, qəti göstərişlərinə əməl etməsə, hətta bütün ömrünü cihada sərf etsə də, İslam peyğəmbərinin (s) buyuruğuna əsasən, fayda əldə etməyəcək. Beləcə, əbədi bədbəxtliyə düçar olub, azğınlıqda qalacaq! Bəli, yalnız Qurani-məcidə Əhli-beytə (ə) sarılanlar azğınlıqdan qorunacaq, öz təlaşlarında fayda götürəcək, ömrünü zaya çıxarmayacaq. Müxtəlif firqələrə məxsus hədislərin nəql etdiyi kimi həzrət Peyğəmbər (s) buyurur: "Aranızda elə bir əmanət qoyuram ki, ona sarılsanız heç vaxt yolunuzu azmassınız: onlardan biri o birindən böyükdür: Allah tərəfindən yerə doğru çəkilmiş ip olan Allahın kitabı və mənim əhli-beytim (ə). Bu iki şey Kövsər hovuzu kənarında mənə çatanadək bir-birindən ayrılmaz. Diqqətlə baxın ki, mən olmayan vaxt bu iki dəyərli şeyə münasibətdə mənim haqqımı necə əda edirsiniz.”(Sunəne-Termezi”, 5-663; "Biharul-ənvar”, 23-118, bab 7, hədis 36 )
    Əhli-beytin (ə) vücud həqiqəti
    Ayə və rəvayətlərə və ötən söhbətlərə nəzər salsaq, "Mübahilə”("Ali-İmran”, 61 )ayəsinə əsasən isbat etmək olar ki, on bir məsum imamın vücudu Əli (ə) vücudundan qol-budaq atmışdır. Onun nuru isə Məhəmməd (s) nuru ilə birdir. Onlar arasında yalnız cismani fərq var.
    İmam Sadiq (ə) mühüm bir rəvayətdə buyurur: "Varlıq olmayanda Allah vardı. Sonra varlığı və məkanı yaratdı. Daha sonra nurların nurlandığı nurlar nuru xəlq olundu. Bütün nurlar ondan parladı. Elə bir nur ki, Məhəmməd və Əlini ondan xəlq etdi.”
    Digər bir rəvayətdə nəql olunur ki, həzrət Peyğəmbər (s) buyurdu: "Ya Əli! Mən və sən bir nurdan yaradılmışıq. Sonra həmin nur Adəmin sülbündə qərar verilib. Əbdül-Müttəlibin sülbündə bu nur ikiyə bölündü. Bir hissəsi Abdullahın, digəri Əbu Talibin sülbündə qərar tutdu.”("Biharul-ənvar”, 5-13, bab 1, hədis 15 )
    Heç bir nur və ruh peyğəmbərə Əli nuru və ruhu kimi yaxın olmamışdır. Allah-təala merac gecəsi məhz bu yaxınlıq səbəbindən peyğəmbərlə Əmirəl-mömininin səsi ilə danışdı. Bu səbəbdən Məhəmməd və Əli arasında qardaşlıq əqdi qərar verildi. Bu qardaşlıq və birlik varlıq aləmində özünü göstərəsi idi. Ona görə də buyuruldu: "Mənim eşitdiyimi sən də eşidirsən, mənim gördüyümü sən də görürsən.”("Nəhcül-bəlağə”, 562, xütbə 234 )
    Vilayət risalətin batini və sirridir
    Mötəbər rəvayətlərə və möhkəm dəlillərə əsasən Əli (ə) həzrət Məhəmmədin (s) sirri və batinidir. Vilayəti risalətin batini və sirri qərar verməsi Allahın istəyidir. Harada Məhəmməd (s) hüzur edirsə, həmin batin və sirr onunla olur. Demək, Əlinin (ə) vilayəti olmadan risalət naqisdir. Qurani-kərimdə buyurulur: "Ey peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı bəyan et. Əgər bəyan etməsən, Allahın risalətini yerinə yetirməmisən. Allah səni insanlardan qoruyar. Şübhəsiz, Allah kafir qövmü hidayət etməz.”("Maidə”, 67 )
    Əli ibn Əbu Talibin (ə) müqəddəs vücudu vilayət mərtəbəsində haqqın izni ilə varıq aləminə təsir göstərir, hazır və qeybi nümayiş etdirir. Varlıq aləmində həzrətin nuru nəzərə alınmadan heç bir iş görülmür. Demək, həzrət Əlinin (ə) məhəbbəti və vilayətinin qəbulu olmadan insan peyğəmbər məhəbbəti və Allah sevgisinə yetişə bilməz. Çünki Allahın vəlisi onun üçün bir qapıdır. Məhəmməd (s) və Əli (ə) nuru varlığın başlanğıcı və davamıdır. Hədisdə deyilir: "Allah sizinlə başladı, sizinlə sona çatdırar. İnsanların qayıdışı da sizə doğrudur.”("Üyuni əxbarur-Riza”, 2-272 )
    Üfüqlərə nəzər saldığım zaman
    Əlinin varlığı oldu nümayan.
    Bu sözlər küfürdən uzaqdır, uzaq,
    Əliylə başlanıb bitir hər varaq.(Mövlana Rumi.)
    On iki imamın vahid varlıq həqiqəti
    Mötəbər kitablarda nəql olunmuş rəvayətlərə əsasən on iki imamın vəsfi bütün baxımlardan eynidir. Çünki onların hər biri həmin Məhəmməd (s) nurundan və həqiqətindəndir. Bilməliyik ki, girami Peyğəmbərin (s) vücudunda peyğəmbərlikdən əlavə də bir şey var. Həmin bu şey məsum imamlarda da özünü göstərmişdir. Onlar özləri buyurduqları kimi Allahın gözəl adlarıdır. Rəvayətdə buyururlar ki, and olsun Allaha, biz Allahın gözəl adlarıyıq.”("Kafi”, 1-145 )
    Bu səbəbdən də bəşəriyyət onlara borcludur. Onların bəşəriyyətin boynunda haqları var. Bu haqları ödəmək vacibdir. "Kafi” kitabında məsumlardan belə rəvayət olunur: "Dünya və onda olanlar Allah-təalanın, onun peyğəmbərinin və bizim ixtiyarımızdadır. Dünyada olanlardan nə əldə edilsə, ilahi təqvaya əməl olunmalı, Allahın haqqı ödənməli və qardaşlara yaxşılıq edilməlidir. Belə edilməsə, Allah, Onun rəsulu və biz üz çevirərik.”("Kafi”, 1-408 )
    İstənilən bir halda Əhli-beytin (ə) varlıq qaynağı Məhəmməd (s) nurudur. O Əli (ə) və Fatimədə (s.ə.) tam cilvələnmişdir. Əli (ə) və Fatimə (s.ə.) arasındakı əqd on bir məsumun zühuru ilə nəticələnmişdir. Həmin vaxtdan bəşəriyyətin hidayəti üçün onların adı, sayı bəyan olunmuşdur.
    "Ülul-əmr” kimlərdir?
    Cabir ibn Əbdüllah Ənsari deyir: Allah-təala Peyğəmbərinə ayə nazil etdi: "Ey iman əhli! Allaha itaət edin, peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun...”("Nisa”, 59 ) Bu ayə nazil olanda mən dedim: "Ey Allahın rəsulu! Biz Allahı və Onun rəsulunu tanıyırıq. Bəs itaəti vacib olunmuş "ülul-əmr” kimdir?” Həzrət (s) buyurdu: "Cabir! Məndən sonra canişinlərim və müsəlmanların rəhbərləri var. Onların birincisi Əli ibn Əbi Talib (ə), ikincisi Həsən (ə), üçüncüsü Hüseyn (ə), daha sonra Əli ibn Hüseyn (ə), Məhəmməd ibn Əlidir (ə). Onun adı Tövratda Baqir kimi qeyd olunur. Sən onu görəcəksən. Onu ziyarət edəndə mənim salamımı çatdır. Sonra Cəfər Sadiq (ə), Musa Kazim (ə) Əli ibn Musa (ə), Məhəmməd ibn Əli (ə), Əli ibn Məhəmməd (ə), Həsən ibn Əli (ə) canişin olar. Sonda adı mənim adımdan olan höccət, Həsən ibn Əlinin (ə) övladı gələr. Allah şərqi və qərbi onun əli ilə fəth edər. O şiələrin və dostların gözündən qeybə çəkilər. Həmin vaxt Allahın istədiklərindən savayı onun imamətinə möhkəm inanan olmaz.”("Əl-mənaqib”, 1-242; "Kəmalud-din”, 253; "Kifayətul-əsər”, 53 )
    Əhli-beyt (ə) pak-pakizə şəcərədir
    Diqqəti cəlb edən digər bir nöqtə budur ki, Əhli-beytin (ə) varlıq həqiqətindən danışarkən rəvayətlər onu "Şəcərətun təyyibə” (pak-pakizə şəcərə) adlandırır. İmam Sadiq (ə) Qurani-kərimin "İbrahim” surəsində zikr olunmuş "Şəcərətun təyyibə” ifadəsi ilə bağlı soruşularkən Əmr ibn Hurəysə deyir: "Alahın rəsulu onun kökü, Əmirəl-möminin (ə) onun gövdəsi, peyğəmbər və Əli nəslindən olan imamlar onun budaqlarıdır. İmamların elmi onun meyvəsi, mömin şiələr onun yarpaqlarıdır.” Sonra imam əlavə etdi: " And olsun Allaha, mömin dünyaya gələndə bu ağacda yarpaq cücərər, mömin dünyadan gedəndə bu ağacdan yarpaq düşər.”("Kafi”, 1-428 )
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 748 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024