İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 11:18 PM
    Əhli-beytin (ə) nurani şəxsiyyəti
    Peyğəmbərlik həqiqəti
    Böyük İslam Peyğəmbəri (s) istər zahiri, istər batini baxımdan Əhli-beytin (ə) kökü və şəni olduğundan onu tanımaq üçün imkan həddində Peyğəmbəri (s) tanımaq lazım gəlir. Rəvayətlərdə və ilahi maarifdə ilkin məxluq ünvanında dörd həqiqətə işarə olunmuşdur: nur, qələm, əql, ruh("İləluş-şəraye”, 593, hədis 44; "Şərhe üsule-kafi”; "Əvaliyul-ləali”, 4-99; "Biharul-ənvar”, 54-309 )
    Həzrət Peyğəmbərin (s) mübarək vücudu ondan görünmüş misilsiz təsir və kəramətlərə görə kamil nur, qələm və ağıl nümunəsidir. Bu səbəbdən də digər iki rəvayətdə ilkin məxluq olaraq nur və ruh tanıtdırılır. Bu dörd ünvan müxtəlif sözlərlə bəyan olunsa da, onların ümumi ünvanı birdir və bu bir ünvan həzrət Məhəmmədin (s) şəxsidir. Bu çox mühüm nöqtəni təəssübdən çəkinərək ağıl, ayə və rəvayətlər əsasında araşdırırıq.
    Nur
    Hikmət sahibləri nur haqqında deyir: Nur özü üçün aşkar olan və özündən qeyrilərini aşkarlayan bir həqiqətdir. Quran İslam Peyğəmbərinin (s) müqəddəs vücudunu "siracun munir”, yəni şölələnən çıraq adlandırır: "Ey peyğəmbər! Həqiqətən, biz səni (ümmətə) şahid, müjdə gətirən, qorxudan kimi göndərdik. Səni Allahın əmri ilə ona doğru dəvət edən, şölələnən çıraq qərar verdik.”("Əhzab”, 45, 46 ) Həzrət öz varlığını işıqlandıran və özündən qeyrilərinə işıq verən bir nur idi. O bütün varlıq həqiqəti ilə, zahir və batinlə vücudi bağlılıqla kamil aydınlıq və mərifətə malik idi. O çox səy göstərirdi ki, başqalarını da özü kimi varlıq həqiqəti, zahir və batinlə bağlılıq gerçəkliyi ilə tanış etsin. Bəli, nur hikmət sahiblərinin bildirdiyi kimi bu səciyyədədir: "Nur öz zatında zahir olan və özündən qeyrisini aşkar edən bir keyfiyyətdir.”("Məcməül-Bəhreyn”, 3-504 )
    Mehriban Allah həzrət Məhəmmədin (s) parlaq vücudunu, bir çox mötəbər rəvayətlərə əsasən, bütün mövcudlardan öncə yaratdı. Sonra bütün nur, ağıl, ruh, məna, maddə həqiqətləri bu nurdan ərsəyə gəldi. Onun nuru bərəkətindən zülmət pərdələri kənara çəkildi. Allah peyğəmbəri özü ilə bütün mövcudlar arasında vasitə qərar verdi. "Əhzab” surəsinin 46-cı ayəsinə əsasən, həzrət (s) günəş kimi tanıtdırılır.("Məaniyul-əxbar”, 114 ) Necə də gözəl təşbehdir! "Mən "günəşəm” söylənilir. Günəş təbiət aləmində günəş sisteminin yaranış mənbəyidir. Bu sistemdəki planetlər günəş sayəsində vücuda gəlib. Yer, Merkuri, Venera və başqa planetlər bir vaxt günəşdən ayrılmışlar.
    Allah günəş sistemini bugünkü formasında yaratmaq qərarına gəldiyi vaxt günəşdə böyük bir partlayış baş vermiş, ondan ayrılan hissələr xüsusi orbitlərdə günəşə cəzb olunaraq hərəkətə başlamışlar.
    Peyğəmbərin (s) nuru hər nədən öncə yaradılmışdır. Allahın iradəsi ilə bütün həqiqətlər bu nurdan qaynaqlanır. Varlıq aləmi Məhəmməd nurunun bərəkəti ilə yaşayır.
    Günəş sistemindəki digər planetlər günəşin vücudundandır. Varlıq aləmindəki mövcudlar da öz növbəsində Peyğəmbərin (s) varlıq günəşindən ərsəyə gəlmişlər. Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə bu mənaya işarə olunur: "Mən günəşəm, Əli (ə) aydır, Fatimə (s.ə.) zöhrədir (venera) Həsən (ə) və Hüseyn (ə) iki başqa ulduzdur.”("Məaniyul-əxbar”, 114 ) Bu rəvayət peyğəmbər kimi fəsahətli və bəlağətli natiqin dilindəki maraqlı təşbehlərdəndir. Rəvayətdə batini bir həqiqət təbii bir həqiqətlə müqayisə olunur. Bu yolla insanlara çatdırılır ki, Məhəmməd (s) həqiqəti günəş kimi digər varlıqların ərsəyə gəlməsinin səbəbidir. Bütün varlıq ona borcludur və onun bütün varlıq üzərində mənəvi və maddi haqqı var. Allah-təala da öz buyuruqlarında bu nöqtəyə işarə etmişdir: "Allaha və peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun”("Ali-İmran”, 132 ); "Bilin ki, qənimət və fayda olaraq əldə etdiyiniz hər bir şeyin beşdə biri Allahın, Onun rəsulunun və rəsulunun yaxınlarınındır.”("Ənfal”, 41 )
    Bəli, bütün nemətlər Allahın izni ilə peyğəmbərin ixtiyarındadır. Hər bir varlıq peyğəmbər süfrəsindən faydalanır. Buna görə də, kamil şəkildə onun haqları yerinə yetirilməlidir. Bilməliyik ki, bu işdə də fayda insanların özünə qayıdır. Qurani-kərimdə oxuyuruq: "Sizdən istədiyimiz hər bir muzd özünüz üçündür...”("Qələm”, 1 )
    Qələm
    Rəvayətdə «qələm» deyərkən bütün mənəvi və batini işləri əks etdirən həqiqət nəzərdə tutulur və bu həqiqət səadət, xoşbəxtlik, hidayət və kəraməti qeydə alır, Allah-təalanın iradəsi ilə onun mərhəmətini aləmlərə yayır. Qələm Allah-təalanın and yeri olaraq Məhəmməd (s) həqiqətidir: "And olsun qələmə...”("Qələm”, 1 )
    Qələm həm də peyğəmbər şəni olaraq bütün ləyaqətə çatanlar üçün xoşbəxtlik müəyyənləşdirir, hidayət edən və qanunlar vasitəsilə aləmləri mərhəmətə qərq edir: "Səni aləmlərə yalnız rəhmət olaraq göndərdik.”("Ənbiya”, 107 )
    Əql
    Rəvayətdə əql deyərkən insanla həqiqətlər arasındakı vasitə nəzərdə tutulur. Əqlin ilkin mənası Məhəmməd həqiqətidir. Əql varlıq aləmində ilkin olmaqla yanaşı Allahın ən sevimli məxluqudur: "And olsun izzət və cəlalıma, səndən əzizini yaratmamışam.”("Kafi”, 1-10 )
    Rəvayət Peyğəmbəri (s) Allah hüzurunda ən əziz, ən yaxın bəndə kimi tanıtmırmı?! Belə bir vəziyyətdə nə üçün ən əziz məxluq olan ağılı Peyğəmbərin (s) varlığından saymayaq?! Bəli, o külli əql və əqli-küllidir. Ağılın varlıq aləmindəki bütün əsərləri peyğəmbərin mübarək vücudunda cilvələnmişdir.
    Ruh
    Qurani-məcid ayələrinə əsasən ruh "kun” sözü ilə vücuda gəlmiş məna məqamındandır.
    Onu maddi ünsürlərdən saymaq olmaz: "Agah olun ki, yaratmaq və əmr ona məxsusdur...”("Əraf”, 54 ) Ruhun həqiqəti kimsəyə məlum deyil. Ruh sadəcə "kun” ("ol”) sözü ilə zahiri vücuda yetişir. Ayədə oxuyuruq: "Bir şeyin vücuda gəlməsi qərara alındıqda ona yalnız "ol” deyilər, o da dərhal olar.”("Bəqərə”, 117 ) Başqa bir ayədə buyurulur: "Səndən ruh haqqında soruşarlar. De ki, ruh Rəbbimin işlərindəndir...”("İsra”, 85 )Növbəti ayədə oxuyuruq: "Ruhu öz əmri ilə bəndələrindən istədiyinə verər...”("Ğafir”, 15 ) Ruh Allahın ilkin yaratdıqlarındandır. Girami peyğəmbərlərin (s) buyuruqlarında oxuyuruq: "Allahın ilkin yaratdığı mənim ruhumdur.”("Biharul-ənvar”, 54-309 ) Özünü müxtəlif təbirlərlə tanıtdıran peyğəmbər başqalarının anlayacağı şəkildə danışmaq istəyir. Bu səbəbdən də buyurur: "Allahın yaratdığı ilkin şey nurdur”; "Allahın yaratdığı ilkin şey qələmdir”; "Allahın yaratdığı ilkin şey əqldir”; "Allahın yaratdığı ilkin şey mənim ruhumdur.” Ötən izahatlardan belə bir nəticə çıxarmaq olar ki, nur, qələm, ağıl və ruh arasında müəyyən bir bağlılıq var. Bu dörd təbir eyni bir həqiqətə işarədir və bu həqiqət Məhəmməd həqiqətidir. Təbirlərimiz müxtəlif olsa da, ilahi bir həqiqətə, həzrətin (s) misilsiz gözəlliyinə ünvanlanmışdır.
    Eşq başqa aləmdir, sığmaz bəyana,
    Onun cilvəsidir baxsan hər yana.
    İstənilən bir halda onun müqəddəs vücudu bütün yaranmışların köküdür. Nur, qələm, əql, ruh eyni bir həqiqətin mərtəbələridir. Belə ki, nur, qələm və ruhun, ruh və qələm əqlin həqiqətidir. Allah Məhəmməd həqiqətini, nur, qələm, əql və ruh kimi mərtəbələrə malik olan bu gerçəyi başqa mövcudların vücuda gətirilməsində vasitə qərar vermişdir. İmam Sadiq (ə) buyurur: "Allah öncə yaradılış iradəsini xəlq etmiş, sonra bütün varlığı bu iradə vasitəsi ilə ərsəyə gətirmişdir.”("Tövhid”, 147, bab 11, hədis 19; "Biharul-ənvar”, 54-56 )
    Yəni Allah digər bir adı Məhəmməd nuru olan istəyi heç bir vasitəsiz xəlq etmiş, sonra digər mövcudları Məhəmməd nuru vasitəsi ilə yaratmışdır. Çünki məhdud əqli və qeyri-əqli həqiqətlər bilavasitə müqəddəs zata bağlı ola bilməz. Demək, Məhəmməd nuru bir bərzəx kimi sabit və dəyişən arasında vasitədir. Mütləq Məhəmməd nuru olmadan alimlə məxluq arasında zati rabitə mümkünsüzdür. Bəli, haqqın zati təcəllası peyğəmbərlik nurudur. Rəvayətdə deyilir: "Allah əqli yaratdı və əql mənəvi yaranmışlar arasında birincisidir. Allah onu ərşin sağ tərəfində öz nurundan yaratdı”("Kafi”, 1-85, bab 14, hədis 4 )
    Mim fərqi var Əhməd-Əhəd arası,
    Bütün aləm bir bu mimdə durası.
    Əhli-beyt (ə) mütləq nurdur
    Mötəbər bir hədisdə girami Peyğəmbər (s) buyurur : "Allahın ilk yaratdığı mənim nurumdur.”("Biharul-ənvar”, 15-24) Ötən səhifələrdə sübuta yetdi ki, Əhli-beyt (ə) bu nurun kamil cilvəsidir. Asanlıqla qəbul etmək olar ki, Əhli-beyt (ə) nurdan başqa bir şey deyil. Bu nur həmin ilahi nurdur. Quranın bir çox ayələrində həmin nur yada salınır. Əhli-beyt (ə) öz varlıq həqiqətini Allah həqiqətindən alır. Allah həqiqəti bütün kamal sifətlərinin toplumudur. Əhli-beyt (ə) daimi olaraq bu həqiqətə bağlıdır. Cahillərin və azğınların nəfəsi bu nuru söndürə bilməz. Qurani-kərimdə oxuyuruq: "Allahın nurunu ağızları ilə (üfürüb) söndürmək istəyirlər. Amma kafirlər xoşlamasalar da, Allah öz nurunu tamamlayandır.”("Səf”, 8 ) Bu və buna oxşar ayələrdə "nur” sözü ədəbi baxımdan "Əllah” sözünə əlavə olunmuşdur. Sadə desək, mötəbər rəvayətlərdə Əhli-beyt (ə) heç vaxt Allahdan ayrılmayası nur kimi tanıtdırılır. İmam Sadiq (ə) buyurur: "Onun ilahi ruha bağlılığı günəşin özündən güclü ulduza bağlılığıdır.”("Kafi”, 2-166 )
    Bəli, Əhli-beyt (ə) Allah-təalaya günəş özündən güclü ulduza bağlı olduğu kimi bağlıdır. Mötəbər mənbələrdə təsdiqini tapmış "Cameyi-kəbirə” ziyarətində Əhli-beyt (ə) həqiqəti haqqında oxuyuruq: "Allah sizin hamınızı nur olaraq yaratdı.”("Əl fəqih”, 2-613 ) Ziyarətin davamında oxuyuruq: "Sizin hamınızın ruhu, nuru və xasiyyəti birdir, xoş və pakdır.”(Əl fəqih”, 2-613 )"Varis” ziyarətində deyilir: "Şəhadət verirəm ki, sən uca sülblərdə bir nur idin.”(Əl təhzib”, 6-113 ) Məqtəl kitablarında oxuyuruq: "İmam Səccad (ə) atasının kəsilmiş başını torpağın üzərinə qoyanda dedi: "Ey ata! Dünya səndən sonra qaranlıqdır, axirət isə sənin nurunla işıqlanmış!”(Pişvayi-şəhidan”, 230 )
    Əhli-beyt (ə) və onun ardıcılları
    Əbu Xalid Kabili deyir: "İmam Baqirdən (ə) Allah-təalanın "Allaha, onun peyğəmbərinə və nazil etdiyimiz nura iman gətirin” buyuruğu haqqında soruşdum. İmam buyurdu: "Ey Əba Xalid! And olsun Allaha, nur Məhəmməd ailəsindən olan imamlardır. And olsun Allaha, onlar Allahın nazil etdiyi nurlardır. And olsun Allaha, onlar Allahın göylərdə və yerdəki nurudur. Ey Əba-Xalid! İmam nuru möminlərin qəlbində gündüzün günəşindən parlaqdır. And olsun Allaha, onlar möminlərin qəlbini işıqlandırır. Allah-təala onların nurunu istədiyindən gizləyir. Beləcə, həmin zümrənin qəlbi qaranlıq qalır. And olsun Alaha, ey Əba Xalid! Allah qəlbini paklayınca kimsə bizim bəndəmizi sevməz, vilayətimizi qəbul etməz. Bir şəxs bizə təslim olmayınca Allah onun qəlbini paklamaz... Bəndə paklanmaq üçün bizə sülh qapısından yaxınlaşmalıdır. Allah sülh qapısından daxil olanı ağır hesabdan hifz edir, Qiyamətin böyük qorxusundan amanda saxlayır.”("Kafi”, 1-194 )
    Qayıtmağa gəlməmişəm
    İnsan çirkinliklərdən uzaqlaşmaq, günahlardan qorunmaqla öz qəlbini Əhli-beyt (ə) nuruna layiq edir, müqəddəs vücudlara yaxınlaşır. Belə bir şəxs Əhli-beyt (ə) və mələklər tərəfindən cəzb olunur. O, sirati-mustəqimə, haqq yola dönür.
    Ömər Səd aşura gününün başlanğıcında imam Hüseynlə (ə) danışıq üçün dörd nəfər göndərdi. İmam Hüseyn (ə) Ömər Sədin məktubuna cavab versə də, gələnlər geri dönmədi. Həzrət buyurdu: "Nə üçün mənim cavabımı aparmırsınız?” Dedilər: "Qayıtmağa gəlməmişik! Həmişəlik sizinlə olmaq, sizinlə qalmaq istəyirik!”("Pişvayi-şəhidan”, 385 )
    Bəli, qəlbdə hazırlıq olduqda Əhli-beyt (ə) nuru görünməyə başlayır. Bu nur insanın imamət çevrəsinə yaxınlaşmasına səbəb olur. Beləcə, insan dünya və axirət xoşbəxtliyinə qovuşur.
    Əhli-Beytə (ə) beyət Allaha beyətdir
    Rəvayətlərə əsasən Allahın nuru olan imam Allaha məxsus mənəvi şənə malikdir. Ona itaət edən Allaha itaət etmişdir, onu dost tutan Allahı dost tutmuşdur, ona beyət edən Ona beyət etmişdir.
    İbn Abbas deyir: "Mən Kəbə evinin təvafında səmavi bir nida eşitdim: "Ey insanlar! Allaha beyət etmək istəyən Hüseynə beyət etsin!” Mən səs eşitdim, amma kimsəni görmədim.”("İhqaqul-həqq” )
    Görüş üçün paklıq
    Göylərdə və yerdə Allahın nuru olan, bütün çirkinliklərdən uzaq, paklıq təcəssümü Əhli-beyt (ə) öz şiəsini imkan həddində pak və çirkinlikdən uzaq görmək istəyir.
    Əhli-beyt (ə) batini çirkinliyi zülmət sayır. Onlar israr edirlər ki, insanlar onlara iqtida etməklə batini zülmətdən qurtulsunlar. Onlar paklığa o qədər məftundurlar ki, hətta zahirən çirkaba batanlarla görüşmək istəmirlər. Boynunda cənabət qüslü olan bir ərəb Mədinəyə daxil oldu. Düşündü ki, öncə imam Sadiqlə (ə) görüşsün, sonra qüsl versin. İmamın qapısını döydü. İmam qapının arxasından buyurdu: "Öncə pak ol, sonra buraya gəl.”("Vəsailuş-şiə”, 2-212 )
    Paklarla görüşür təriqət əhli,
    Saf göz yaşlarında yuyun əvvəli.
    Peyğəmbərsayağı həyat
    Əhli-beyt (ə) məhəbbəti ilə yaşamaq, onların nurani və pak yoluna uyğun həyat sürmək, maddi və mənəvi yönümlərdə onlara iqtida etmək əslində peyğəmbərsayaq yaşamaqdır.
    İmam Məhəmməd Baqir (ə) nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: "Peyğəmbərsayaq yaşayıb, şəhidlər tək ölmək, bütün ağacları Rəhman Allah tərəfindən əkilmiş behiştdə məskun olmaq istəyən kəs Əlinin (ə) vilayətini qəbul etməli, onun dostu ilə dost olmalı, ondan sonrakı imamlara iqtida etməlidir. Çünki onlar mənim ailəmdir, məndən yaranmışlar. Pərvərdigara! Mənim düşüncə və biliyimi onlara ruzi et...”("Kafi”, 1-208 )
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 756 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024