İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 11:17 PM
    Əhli-beytin (ə) vücud mərtəbələri
    İnsanın eniş və yüksəliş yolu
    İnsan üçün üzü maddi dünyaya və maddi dünyadan sonrakı mərhələlərə doğru bir yol var. İnsan keyfiyyət dəyişikliklərindən keçməklə ilkinə qayıdır. Quranda oxuyuruq: "Sizi yaratdı, (öləndən sonra onu doğru) qayıdarsınız.”("Əraf”, 29 )
    Əlbəttə ki, "Allahdan Allaha doğru” hərəkət təkcə insana aid deyil. Bütün mövcudlar üçün bu hərəkət mərhələləri var. Gediş və qayıdışla bu dairə tamamlanır. Amma yaranmışların şərəflisi olan insanın hərəkəti kamil bir hərəkətdir. Belə ki, insan eniş və yüksəliş dairəsində bütün vücud mərhələlərini adlayır.
    İnsan haqdan başlayaraq ən biçimli mərhələdən ən aşağı mərhələyədək yol keçir. Sonra mərifət yönümündə dəyişikliklərlə haqqa doğru dönür. İnsanlar arasında öncüllük səviyyəsinə malik olanlar öz geniş imkanlarına rəğmən uyğun yolu kamil şəkildə adlayır, heç bir nöqsana yol vermədən məqsədə çatırlar.
    İnsanlar arasında həzrət Peyğəmbər (s) və onun Əhli-beyti (ə) ən şərəfli kəslərdir. Onlar nəzərdə tutulan dövrəni kamil bir şəkildə ötüb keçirlər.
    İnsanın eniş mərhələləri
    Hər bir mövcud, hətta insan öncə heç nə, sonra var olmuşdur. Bu iki mərhələni nəzərdən keçirək:
    1. Bir vaxt insan ilahi elm zatında gizli şəkildə mövcud olmuşdur. Bu həmin "olmamaq” mərhələsidir.
    2. Bir vaxt Allah-təala ilahi elmi zatda gizli olan bu varlığı aşkarlamaq istəmişdir. Bu həmin "olmaq” mərhələsidir. Belə ki, insanı bu mərhələyə keçirən Allahın "ol” əmridir. Demək, insan ilkin mərhələdə "ol” əmrinə layiq olmamışdır. Quranda oxuyuruq: "Bir şeyi yaratmaq istədikdə yalnız "ol” deyər, o da dərhal olar.”("Yasin”, 82 ) Başqa bir ayədə buyurulur: "Bizim əmrimiz bir göz qırpımında həyata keçən yeganə əmrdir.("Qəmər”, 50 ) Qurani-məcid "olmamaq” mərhələsi haqqında buyurur: "İnsan yada salmırmı ki, biz onu bundan öncə olmadığı halda yaratdıq”.(Məryəm”, 667 )Qurani-kərimdə insan üçün zikr olunmayası bir hal yada salınır: "İnsan üçün zikr olunmayası bir dövr ötüb keçdimi?”("İnsan”, 1 )
    Bu həmin mərhələdir ki, bir şey olduğu halda onu yada salmağa dəymir.
    3. Bu şərif ayədən üçüncü mərhələ də aydınlaşır. Məlum olur ki, insan üçün zikr olunası bir mərhələ də var. Bu mərhələ həmin «var olma» mərhələsidir.
    İnsanın xaricən mövcudluğundan öncə elmi mövcudluğu
    Hər şey xaricən mövcud olmazdan öncə Allahın elmində var olmuşdur. Yalnız Allahın "ol” əmri ilə mövcudlar xaricən ərsəyə gəlmişlər.
    Allah tərəfindən xitab olunan bir şey var olmaya bilməz. Demək, xaricən mövcud olmayan bir şey haqqın elmində mövcuddur.
    Digər bir tərəfdən, bizim elmi varlığımız "təcərrüd” dəlilinə əsasən, daim elimlə müşayiət olunmuşdur. Sübut olur ki, biz xaricən mövcud olmazdan öncə (dünyaya gəlməmişdən qabaq) elmi şəkildə mövcud olmuşuq. Həmin elmi məqamda varlığımızı bilmişik. Amma bu varlıq xarici bir varlıq olmamışdır. Bu mövzuda "Məryəm” surəsinin 67-ci ayəsini xatırladıq.
    İnsanın öz elmi varlığını bilməsi nə deməkdir? Yəni biz bilmişik ki, varıq, amma hazırda bu bilgimizi unutmuşuq. Diqqətlə düşünən anlayır ki, bir vaxt olmamış, sonradan vücuda gəlmişdir. Amma öncəki mərhələ zikr olunası deyil. Yalnız xarici varlıq mərhələsi yada salınasıdır.
    "Məgər insan yada salmır” sualından aydın olur ki, insanın hazırda unutduğu bir bilgisi olmuşdur. Əgər qəflət tozunu silə bilsək, bir vaxt Allah bizimlə danışmış, xarici varlığımız olmayan vaxt bizə nələrsə öyrətmişdir.
    Ayrılma yox, təcəlla
    Əlbəttə, belə bir nöqtəni yaddan çıxarmamlıyıq ki, insanın xarici surətə düşməsi ilahi elmdən qırılma yox, təcəlladır. Yəni xarici surətə düşdükdən sonra da ilahi elm insan vücudunu dərk etmir. Məsələn, ustad elmini şagirdə verdikdə boşluq yaranmır. Xarici surətə düşmüş insan ilahi elm mərhələsində də mövcuddur. Bu iki həqiqət arasında daimi bir əlaqə mövcuddur. Beləcə, qəflət tozunu silməklə öz nur mərhələmizi yada sala bilərik.
    Təbii vücud ən aşağı mərhələdir
    İnsanın təbii vücudu vücud mərtəbələrinin sonuncusudur. Ondan yuxarı "misali”, ondan da yuxarı "əqli”, ən yuxarı "elmi” vücud gəlir. İnsan ən alçaq mərtəbədən(Bax: "Məryəm”, 67 ) "ol” əmri ilə varlıq mərtəbəsinə keçir.(Bax: "İnsan”, 1 ) Bilməliyik ki, ilahi əmr və yaranış insanda cəmləşmişdir.("Əraf”, 54 ) Yalnız bundan sonra insan ərsəyə gəlir.
    Qurani-məcid bu qəribə mövcud haqqında buyurur: "Mən bəşəri üfunətli və tutqun palçıqdan götürülmüş quru gildən yaratdım.”(Bax: "Hicr”, 28 ) Başqa bir ayədə oxuyuruq: "Həqiqətən, mən bəşəri gildən yaradacağam.”(Bax: "Sad”, 71 ) Bu iki ayə və oxşar ayələr ən aşağı maddi və təbii varlıq mərhələsini açıqlayır. Sonra buyurulur: "Elə ki onu düzəldib ruhumdan üfürdüm, ona səcdə edin.”("Hicr”, 29 ) Bu ayələrə əsasən belə bir nəticə çıxarırıq ki, insan kompleks bir varlıqdır və digər mövcudlardan üstündür.
    Əhli-beytin (ə) vücud üstünlüyü
    İlahi maarif və Quran ayələrinə əsasən Əhli-beyt (ə) bütün mərhələlərdə bəşəriyyət arasında imtiyazlara malikdir. Onlar elmi, misali, əqli, təbii mərhələləri kamil şəkildə başa vurmuşlar. Çünki Əhli-beyt (ə) eyni bir kökdən, xüsusi bir nurdandır. Başqaları isə fərqli şəcərələrə malikdir. Həzrət Peyğəmbər (ə) buyurur: "Mən və Əli (ə) eyni bir ağacdan, qalan insanlar müxtəlif ağaclardandır.”("İqbal”, 296; "Biharul-ənvar”, 99-109, bab 7 ) Əhli-beytin (ə) vücudu istənilən bir məqamda başqaları ilə müqayisə oluna bilməz. Çoxsaylı mötəbər rəvayətlərə əsasən, onların nurani mahiyyəti hamıdan artıqdır. İnsana Allah tərəfindən müraciət olunması onun əzəmətini göstərir. Quranda bu barədə buyurulur: "Elə bir bəşər yoxdur ki, Allah onunla danışsın. Bu iş yalnız vəhy yolu ilə, qeyb pərdəsi arxasından və ya (mələk kimi) elçisi ilə mümkündür. Mələk Allahın izni ilə onun istədiyini vəhy edər. Şübhəsiz, o uca məqam və hikmət sahibidir.”("Şura”, 51 )
    Allahın müraciət etdiyi bəşərin ən şərəfli və ən kamili həzrət Məhəmməd (ə) və onun Əhli-beytidir (ə). Peyğəmbərə (s) gələn hər nə onların mübarək qəlbinə nəql olmuşdur. Əslində, Peyğəmbərin (s) risaləti vasitəsi ilə haqqın müraciət ünvanı olmuşlar.
    Şərəfli və kamil zümrə olan Əhli-beyt (ə) bütün mərtəbə və mərhələləri nöqsansız qət etmişdir. İlahi nur onlarda təcəlla etmiş, Allahın öz məxluquna xitabında vasitə olmuşlar.
    Bariz nümunə
    Bu müqəddəs vücudlardan biri olan Əmirəl-mömininin (ə) vəsfində həzrət Peyğəmbər (s) buyurur: "Şübhəsiz, mənim eşitdiyimi eşidir, mənim gördüyümü görürsən.”("Nəhcül-bəlağə”, 561, xütbə 234 )
    Bu kamil insan və əhatəli zat əql və nəql, qeyb və hazır, yuxu və oyaqlıq, dünya və axirət arasında ən münasib mövqedə idi. Yaranmışların imkanından xaric olan vücud və mərifət məqamına çatmışdı. Əmirəl-möminin (ə) "sanki” məqamını keçib, "şübhəsiz” məqamına yetişmişdi. O qətiyyətlə buyurur: "Görmədiyim Allaha bəndə deyiləm.”("Biharul-ənvar”, 67-196, bab 53 )
    Yəni yalnız qəlb gözümlə gördüyümə ibadət edirəm. Həzrət buyurur: "Əgər pərdələr kənara çəkilsə, yəqinliyim artmaz.”("Kafi”, 1-98 ) Bəli, onunla haqq arasında heç bir pərdə yox idi. Bütün pərdələri qəlb gözündən silmişdi. Mərifət və vücud baxımından Xaliqlə məxluq arasında vasitə idi. Vücud nuru həmin Məhəmməd nuru idi. Peyğəmbər (s) buyurur: "Mən və Əli (ə) bir nurdanıq.”("Ğurərul-hikəm”, 119 )
    Yaranmışlar varlıq məqamına gəldi. Kamil insan mələklərin müəllimi və səcdə yeri oldu. Mələklər daim kamil insan qarşısında səcdədədir. Adları bilməsi və səcdə yeri olması kamil insanın haqqıdır. Bu səbəbdən də mələklər daim kamil insanın mənəvi qüdrətinə tabe olmuşlar. Hazırda mələklər və digər mövcudlar imam Mehdinin (ə) nəzarəti altındadır.
    Əhli-beytin (ə)vücud tutumu
    Əmirəl-möminin (ə) mələklərin vücud tutumu haqqında buyurur: "Onların ayaqları ən aşağı yerdə möhkəm dayanmış, boyunları yuxarı səmadan çıxmışdır.”("Nəhcül-bəlağə”, 23, xütbə 1; "Biharul-ənvar”, 74-302, bab 14, hədis 7 ) Mələklər mücərrəd varlıqlardır. Bu səbəbdən də bütün varlıq aləmini əhatə etmişlər. Rəvayətlərə əsasən bu mücərrəd həqiqətlər Peyğəmbər (s) və Əhli-beytin (ə) batinində təcəlla etmişdir. Quran Peyğəmbərin (s) qəlb üfüqündən doğduğu üçün ondan və Əhli-beytdən (ə) yalnız xeyir gözlənilir. İnsanın iki qəlbi yoxdur ki, birində haqq, birində batil olsun. Haqq və batil bir qəlbə sığmaz. Bəli, Əhli-beyt (ə) haqdan savayı bir şey deyil, onlar yalnız haqqı deyir, haqq iş görürlər. Əhli-beyt (ə) bütün yaranmışlar üçün rəhmətdir, hamı istəsə də, istəməsə də, onlardan faydalanır. Kamil insanlar ümmül-kitaba çatdıqlarından bu kitabdan xəbərdardırlar. Quranda buyurulur: "Hər növ təhrifdən uzaq kitabda; yalnız paklananlar ona yetişir.”(Vaqeə”, 78, 79 )
    Onlar zaman və məkanın fövqündədir. Keçmişi də, gələcəyi də adlamışlar. Elə bir məqama çatmışlar ki, zaman ayaqları altındadır və hər dövrdən xəbərdardırlar. Zaman və məkanın fövqündə dayananlar keçmişdən də, gələcəkdən də agahdırlar.
    Onlar keçmişi cərəyan etdiyi kimi görür, gələcəyi cərəyan edəcəyi kimi müşahidə edirlər. Məgər Allah meracda Qiyamət və ondan sonrakı həqiqətləri Peyğəmbərə (s) göstərmədimi?! Quranda buyurulur: "Sonra yaxınlaşdı və daha yaxın oldu; iki kaman arası, ya daha yaxın oldu.”("Nəcm”, 8, 9 ) Başqa bir ayədə oxuyuruq: "Şübhəsiz, bir dəfə də onu gördü; Sidrətül-Müntəhanın yanında; Məva cənnəti olan yerdə.”("Nəcm”, 13-15 ) Allah meracda Qiyaməti behişt və cəhənnəm şəklində Peyğəmbərə (s) göstərdi. Həzrət Peyğəmbər (s) nəinki keçmiş və gələcəyi bilir, hətta onları müşahidə edir. Həzrət Peyğəmbər (s) bütün varlığı ilə Əhli-beytdə (ə) təcəlla etdiyindən Əhli-beyt (ə) də öz növbəsində keçmiş və gələcəyi bilir və görür. Şübhəsiz, geniş vücud imkanlarına malik olanlar ibadətinə görə başqaları ilə müqayisə oluna bilməz. Onların ibadəti cin və insin ibadətindən üstündür. Peyğəmbər buyurur: "Əlinin xəndək günü cihadda vurduğu zərbə cin və insanların ibadətindən üstündür.”("İqbal”, 467; "Əvaliyul-ləali”, 4-86 )
    Əhli-beyt (ə) Quran mislidir
    İnsanlar Quranı anlamağa və onun ayələrinə əməl etməyə vəzifəli olduqları kimi, Əhli-beyt (ə) qarşısında da vəzifəlidirlər. Çünki İslam peyğəmbəri Əhli-beyti (ə) Quranla yanaşı əmanət tapşırır. Peyğəmbərin (s) buyuruğunca, Əhli-beyt (ə) insanların hidayətində və günahdan uzaqlığında Quran kimi təsirlidir.
    Rəvayətdə oxuyuruq: İslam peyğəmbəri (s) sonradan ölümlə sonuclanası xəstəlik zamanı Əmirəl-möminin (ə) və İbn Abbasın köməyi ilə ayağa qalxıb evdən çıxdı və Mədinə məscidində xurma ağacından olan sütuna söykənərək xalqa müraciətlə buyurdu: "Ey insanlar! Hansı peyğəmbər dünyadan getdisə, bir yadigar qoydu. Mən də Allah kitabı və Əhli-beytimdən (ə) ibarət Səqəleyni yadigar qoyuram. Bilin ki, bu iki əmanəti puça çıxaranı Allah puça çıxarar.”("Ehticac”, 1, 70; "Biharul-ənvar”, 28-175, bab 4, hədis 1 )
    Əmirəl-möminin (ə) buyurur: "Həqiqətən, Allah-təala bizi hər bir çirkinlikdən paka çıxardı, məsum qərar verdi, xalqa şahid tutdu, yer üzündə öz höccəti seçdi, bizi Quranla, Quranı bizimlə yanaşı qoydu. Biz heç vaxt ondan ayrılmarıq, o da heç vaxt bizdən ayrılası deyil.”("Kafi”, 1-191 )
    Əhli-beyt (ə) gizli Quran, Quran məfhumlarının daşıyıcısı, bu kitabın zahir və batinindən tam xəbərdar kəslərdir. Əhli-beyt (ə) heç şübhəsiz, Quranın eynən nümunəsi, əməli bir fürqan, ilahi kitabın kamil cilvəsidir. Demək, insanlar, xüsusi ilə müsəlmanlar Quran qarşısında məsul olduqları kimi Əhli-beyt (ə) qarşısında da məsuldurlar.
    Peyğəmbər ümmətinin onun vəsiyyətinə, Quran və Əhli-beytə (ə) münasibətdə rəftarı ayrı bir məsələdir. Olsun ki, İbn Zərin imam Məhəmməd Baqirə (ə) cavabı bu nöqtəni aydınlaşdıra: "Bir gün imam Məhəmməd Baqir (ə) İbn Zərə xitabən buyurdu: "Bizimlə sənə çatmış hədislərimiz haqqında danışarsanmı?” İbn Zər dedi: "Bəli, ey Allah rəsulunun oğlu! Həzrət Peyğəmbər (s) buyurdu: "Mən sizin aranızda iki əmanət qoyuram. Onlardan biri o birindən böyükdür: Allahın kitabı və Əhli-beytim (ə). Əgər bu iki şeydən möhkəm yapışsanız heç vaxt yolunuzu azmasınız.” İmam Baqir (ə) buyurdu: "Ey İbn Zər! Əgər Allahın rəsulunu görsən və o səndən soruşsa ki, məndən sonra bu əmanətlərlə necə davrandınız, ona nə cavab verərsən?” İbn Zər hönkürtü vurub ağlayaraq dedi: "Böyüyünü tikə-tikə doğradıq, kiçiyini öldürdük.”("Ricali-kəşiyy”, 219 )
    Əhli-beyt (ə) Quranın mislidir. Quranda olan sifətlər Əhli-beytdə də var. Quran da, Əhli-beyt (ə) də həm elmdir, həm nurdur, həm mizandır, həm pakdır, həm hidayətçidir, həm də məhşərdə şəfaətçidir.
    Əhli-beyt (ə) və elm
    Mübarək "Nəml” surəsində həzrət Süleymanın əhvalatında oxuyuruq ki, Süleyman Səba mələkəsinin səfirlərini geri qaytardıqdan sonra öz əyanlarına dedi: "Sizlərdən hansınız Səba padşahının taxtını o özü təslim olmuş halda yanıma gəlməzdən öncə gətirə bilər?” Cinlərdən olan div dedi: "Mən sən yerindən qalxmamış onu gətirərəm və buna qadirəm!” Amma kitab elmindən bilən kəs dedi: "Mən onu bir göz qırpımında gətirərəm.”("Nəml”, 40 )
    Süleyman kitab elmindən bilən kəs taxtı gətirdikdən sonra dedi: "Bu Rəbbimin ehsanındandır!” "Rəd” surəsinin son ayəsində isə bütün kitab elmini bilən haqqında deyilir: "Kafirlər dedilər: "Sən rəsul deyilsən.” Onlara de ki, Allahın və kitab elmini bilənin aramızda şahidliyi yetər.”("Rəd”, 43 )
    "Nəml” surəsində "elm” və "kitab” sözləri arasında işlənmiş "min” şəkilçisi bir şeydən müəyyən hissə mənasını bildirir. Məlum olur ki, Süleymanın sarayında olan kəs kitab elmindən bir hissəsini bilirmiş. Amma "Rəd” surəsinin 43-cü ayəsində "elm” və "kitab” sözləri arasında ara yoxdur. Demək, ayədə kitab elmindən bir hissəsi yox, bütün kitab elmi nəzərdə tutulur. Peyğəmbərin risalətinə şəhadəti Allahın şəhadəti ilə bərabər sayılan kəs, şübhəsiz, peyğəmbərdən sonra ümmətin ən biliklisi olmalıdır. Şiə təfsirçiləri Əhli-beytdən (ə) nəql olunmuş rəvayətlərə və böyük sünni alimlərinin təfsirlərinə əsaslanaraq bildirirlər ki, belə bir şəxs Əli ibn Əbi Talibdən (ə) başqası ola bilməz. Həmin vaxt həzrətin iyirmidən az yaşı olmuşdur! Sünnə əhli rəvayətçilərindən olan Əbu Səid Xidri deyir: "Allah rəsulundan soruşdum ki, kitab elminə sahib olan kəs kimdir? Həzrət buyurdu: "Kitab elminə sahib olan kəs qardaşım Əli ibn Əbi Talibdir (ə).” Həzrət Əlidən (ə) uyğun təbir haqqında soruşulur. Həzrət buyurur: "Kitab elminə sahib olan kəs mən özüməm.”("Bəsairud-dərəcat”, 216, bab 1, hədis 21; "Biharul-ənvar”, 35-432, bab 24, hədis 12 )
    Əbdürrəhman ibn Kəsir "mən onu bir göz qırpımında gətirərəm” ayəsi ilə bağlı deyir: İmam Sadiq (ə) barmaqlarını aralayıb sinəsinə qoydu və buyurdu: "And olsun Allaha, bütün kitab elmi bizdədir.”("Kafi”, 1-229 ) Allahın rəsulu (s) Allah-təalanın Əhli-beytlə (ə) bağlı buyuruğunu belə yada salır: "Səndən sonra mənim elmimim xəzinədarı onlardır.”("Kafi”, 1-193 ) İmam Səccad (ə) buyurur: "Biz Allahın qapıları, doğru yol, elm xəzinəsi, onun vəhyini təkrarlayan, tövhid sütunu və sirlərini saxlayanıq.”("Məaniul-əxbar”, 35 )
    Əmirəl-möminin (ə) buyurur: "Agah olun ki, Adəmin gətirdiyi hər bilik və son peyğəmbərədək peyğəmbərlərin hər əməli həzrət Məhəmməd (s) ailəsində var. Bəs sizi hansı azğınlığa çəkirlər və hansı tərəfə üz tutmusunuz?”("Təfsiri-Qummi”, 1-368; "Biharul-ənvar”, 89-80, bab 8, hədis 7 ) Həzrət Peyğəmbər (s) buyurur: "Biz rəhmət açarı, risalət mənzili, mələklərin gəl-get məhəlli və elm mədəni olan Əhli-beytik (ə).”("Fəraidul-səmteyn”, 1-44 ) İmam Səccad (ə) buyurur: "Nə üçün insanlar bizə kinlidir?! And olsun Allaha, biz Peyğəmbər şəcərəsi, rəhmət evi, elm və mərifət mədəni, mələklərin gəl-get məhəlliyik.”("Kafi”, 1-221 )
    Əhli-beyt (ə) elmin dərinliyinə varan hikmət və bilik mədəni, Peyğəmbər (s) elminə varis, insanların ən agahı, Allahın sirr xəzinəsi olan kəslərdir. «İsmi-əzəm»dən xəbərdar, bütün dillərlə tanış, keçmişdən və gələcəkdən agah, səmavi kitabları bilən, olmuşu və olanı görən Əhli-beytdir (ə). Əhli-beyt (ə) Allahın beyti, Nuhun gəmisi, Quranın misli, insanların üstünü, əmr sahibi, zikr əhli, haqqın kökü, risalət mədəni, dünyanın sütunu, dinin keşikçisidir.
    Əhli-beytin (ə) elm və biliyinin genişliyi haqqında rəvayətlər çoxdur. "Kafi”, "Təfsirul-fərat”, "Məaniyul-əxbar”, "Kifayətul-əsər”, "Yənabiul-məvəddət”, "Nəzhətun-nazir” kitablarında bu rəvayətlər qeydə alınmışdır. İstəyənlər uyğun mənbələrə müraciət edə bilər.
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 710 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024